Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-71/2024 31.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı il tarixdə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, işsiz, Qazax Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üzərində 01 il 08 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatında olmaqla, yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Ağstafa rayon X4 hissəsinin kadrlar üzrə kiçik inspektoru vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyinə görə ona olan etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə Qazax rayonu Cəfərli kənd sakini X2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon X4 hissəsində müvafiq vəzifəyə təyin edilməsinə təsir etmək imkanına malik olduğunu sonuncunun qohumu Şahid2 vasitəsi ilə yalandan vəd verərək, verdiyi vədi icra etmək niyyəti olmadan 2021-ci ilin mart ayının sonlarında istintaqa məlum olmayan günündə və saatda Ağstafa şəhəri, Heydər Əliyev prospektində yerləşən “Beynəlxalq bankın” Ağstafa filialının yaxınlığında X1 qohumu Şahid2 ilə görüşərək sonuncudan Xanlar Heydərova məxsus olan 12000 manat pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Xanlar Heydərova öz qulluq mövqeyinə görə ona olan etibardan sui-istifadə etməklə və aldatmaqla xeyli məbləğdə ziyan vurararaq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, əvvəllər Ağstafa rayon X4 hissəsinin kadrlar üzrə kiçik inspektoru vəzifəsində işləmişdir. Vəzifədə işlədiyi dövrdə Şahid2 adlı tanışı qohumunun onun işlədiyi idarəyə işə girmək istəməsini bildirmiş, o, da köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, Elvinin tanışı Xanlar Heydərov ilə görüşmüş və ondan 12000 manat pul müqabilində oğlunu işə düzəldəcəyini bildirmişdir. Daha sonra o, 2021-ci ilin mart ayının sonlarında Ağstafa şəhərində yerləşən “Beynəlxalq” bankın yaxınlığında Elvinlə görüşərək ondan 12000 manat pulu almışdır. Lakin o, həmin şəxsi işə düzəldə bilməmişdir. Hazırda aldığı 12000 manat pulu zərərçəkənə qaytarmış və zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 adlı şəxs onun həm qohumu, həm də dostudur. 2021-ci ilin mart ayının dəqiq xatırlamadığı günündə o, Elvinlə Ağstafa rayonunda yerləşən “Sərinlik” kafesində yemək yeyən zaman Elvinə oğlunun əsgərlikdən gəlməsini və işə düzəltmək istəməsini bildirmişdir. Elvin ona tanışının olmasını və oğlunu işə düzəldə biləcəyini bildirmişdir. Daha sonra Elvin Anarla danışmış və 12000 manat pula oğlunun işə düzələ biləcəyini bildirmişdir. Bundan sonra o, kredit götürərək pulu Elvinə vermişdir. Bundan sonra iş uzanmış və o, təqsirləndirilən şəxsdən pulunu geri istəmişdir. O, da pulun bir qismini vermişdir. Bundan sonra Ağstafa RPŞ-nə müraciət etmiş və Anar onun pulunu tam olaraq qaytarmışdır. Təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs onun oğludur. O, oğlunun bu əməlləri barədə əvvəlcədən məlumatlı olmamış, yalnız oğlu həbs edildikdə bu işdən xəbər tutmuşdur. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs onların yaşadığı evə gələrək ona bildirmişdir ki, Anar ondan oğlunu işə düzəltmək üçün 12000 manat pul almış və işi düzəltməmişdir. Bundan sonra Xanların pulunu vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, 2020-ci ildən hazıra qədər Ağstafa rayon polis şöbəsinin X10 bölməsinin İnzibati təcrübə üzrə baş inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2017-ci ildən bəri tanımış, onunla yaxın münasibəti olmuş, aralarında əvvəllər ədavət, düşmənçilik olmamış, yaxın dostluq münasibəti olmuş, Anar 2022-ci ilin sonlarınadək Ağstafa rayon Yanğından Mühafizə Xidmətinin kadrlar şöbəsində işləmiş, həmin şəxs hələ Ağstafa rayon Yanğından Mühafizə Xidmətinin kadrlar şöbəsində işlədiyi vaxt, 2021-ci ilin mart ayının əvvəlində Ağstafa rayonu ərazisində “Sərinlik” kafesi adlanan yerdə oturub yemək yeyən vaxt Anar ona söhbət əsanasında işə düzəltmək istədiyi qohum-əqrəbası və s. olarsa köməklik edə biləcəyini demiş, eyni zamanda Anar onun bunun qiymətinin 12000 manat olduğunu demiş, söhbət əsnasında onun həmin vaxt qohumu Qazax rayonu Cəfərli kənd sakini Şahid3 işsiz olması yadına düşmüş, O da bu barədə Anara demiş, ondan qohumu Şahid3 işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, O da bu işi həll edə biləcəyini, bunun üçün ona 12000 manat pul lazım olduğunu demiş, Anara bu barədə ilkin olaraq şifahi qaydada bildirmiş, lakin Anara Vüsalın atası Xanlar ilə danışıb tam əmin olduqdan sonra ona bu barədə dəqiq məlumat verəcəyini demiş, bu söhbətdən bir gün sonra O, Xanlar ilə bu barədə danışmış, yəni Anar adlı tanışının olmasını, onun Ağstafa rayon Yanğından mühafizə hissəsində işləməsini, onun işə adam düzəldə biləcəyini demiş, yəni Vüsalı FHN-də işə düzəldə biləciyini demiş, eyni zamanda Xanlara Anarın bu iş üçün 12000 manat pul istədiyini də demiş, Xanlar da razılaşmış, bu söhbətdən təqribən 5 gün sonra 2021-ci ilin mart ayının əvvəllərində O, Xanlar ilə Qazax rayonu, Səməd Vurğun küçəsində görüşmüş, Xanlar burada ona əlbəəl qaydada 12000 manat məbləğində pulu sayıb vermiş, O, Xanlardan aldığı 12000 manat məbləğində pulu 2021-ci ilin mart ayının sonlarında dəqiq xatırlamdığı gündə Ağstafa şəhəri ərazisində “Beynəlxalq bank”ın Ağstafa filialının yaxınlığında Təqsirləndirilən şəxs məxsus boz rəngli “Opel” markalı, **-VH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobildə sayıb Anara vermiş, həmin vaxt yanlarında başqa heç kim olmamış, Anar pulu aldıqdan sonra ona qohumu Xanların oğlu Vüsalın yaxın günlərdə Bakı şəhərinə komissiyaya gedəcəyini, onu tez bir zamanda işə düzəldəcəyini demiş, lakin bunu hansı qaydada edəcəyi barədə ona dəqiq məlumat verməmiş, O da həqiqətən Anara etibar edib tanışı Xanlara məxsus olan 12000 manat pulu ona vermiş, Anarın əvvələr də bu qaydada kimlərisə işə düzəltdiyini eşitmiş, həm də yaxın dostluq münasibəti olduğu üçün ona etibarı yaranmış, bundan sonra Anar qohumu Şahid3 2021-ci ilin may ayının ortalarında dəqiq xatırlamadığı gündə Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən FHN-nin həkim komissiyasına getməli olduğunu demiş, Vüsal da 2021-ci ilin may ayının ortalarında Bakı şəhərinə getmiş, orada olanda Vüsal Anarın mobil telefonuna zəng etsə də Anar telefonlara cavab verməmiş, Vüsal bu barədə ona dedikdən sonra O, artıq Anarın onun və Xanların etibarından sui-istifadə etdiyini, onu və Xanları aldatdığını başa düşmüş, Vüsal da artıq Anar onun telefon zənglərinə bir neçə dəfə cavab vermədiyi üçün aldanıldığını anlayaraq Qazax rayonuna qayıtmış, həmin vaxtı O,özü də Anara zəng edərək pulu geri qaytarmasını bildirmiş, Anar da ona işin alınmadığını, pulu yaxın zamanda qaytaracağını demiş, 2021-ci ilin may ayının axırlarından oktyabr ayına kimi O, dəfələrlə Anardan ona qohumu Vüsalı işə düzəltməsi üçün verdiyi 12000 manat pulu qaytarmasını demiş, bir neçə dəf təkidlə pulu istədikdən sonra Anar 2021-ci ilin noyabr ayında Xanlara Ağstafa rayonunda yerləşən “İzoil” yanacaqdoldurma məntəqəsinin yanında 2000 manat əlbəəl qaydada, daha sonra həmin ayda dəqiq xatırlamadığı gündə Qazax rayonunda atasına məxsus dəyəri 6300 manat olan “Vaz 2107” markalı avtomobili vermiş, bundan sonra artıq Anar Xanlara bir daha pul verməmiş, belə olduqda da Xanlar ondan hər dəfə pulu qalan hissəsini təkidlə istəməyə başlamış, buna görə də O, 2022-ci ilin yanvar ayının 27-də Qazax rayonunda Mərkəzi avtovağzalın yanında ümumilikdə Anarın Xanlara verməli olduğu 12000 manat puldan yerdə qalan 3700 manat pulu əlbəəl qaydada Xanlara vermiş, həmin pulu Xanlara qaytarmaq üçün isə tanışından faizli şəkildə pul götürmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 08 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Qazax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024cü il tarixədək 09 ay 18 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyi üçün ona CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 (bir) il 08 (səkkiz) ay (səkkiz) 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 18 (on səkkiz) günlük hissəsi ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Qazax Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 (bir) il 08 (səkkiz) ay (səkkiz) 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 18 (on səkkiz) günlük hissəsi ilə qismən toplanılmaqla o, qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-71/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-71/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver