Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-72/2023 07.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə təsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 4 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Tatlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə, saat 18 radələrində qayınatası Şahid2 Ağstafa rayonu, Tatlı kəndində yerləşən yaşadığı evin həyətinə gedərək azyaşlı qızı X2 ilə görüşmək istəməsini bildirdikdən sonra qayınanası Zərərçəkmiş şəxs buna razılıq verməməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində münaqişə zamanı həmin evin eyvanında Zərərçəkmiş şəxs sinəsinə təpiklə bir dəfə vurmuş, sonuncu zərbənin təsirindən yerə yıxıldıqda bir tərəfi kəsici, ucu deşici xassəyə malik, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ əlinə vuraraq ona ovuc nahiyyəsinin kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İlqar oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs arvadı Şahid1 anasıdır, onun əvvəllər Aynurla və ailə üzvləri ilə normal münasibətləri olmuş, Zərərçəkmiş şəxs ilə aralarında heç bir problem olmamışdır. Hazırda Aynur valideynləri ilə birlikdə Ağstafa rayonu, Tatlı kəndində atası və anası ilə bir evdə yaşayır. 06 mart 2023-cü il tarixdə, saat 18 radələrində o, azyaşlı qızı Sevinc ilə görşümək üçün qaynatası Şahid2 Tatlı kəndindəki evinin həyətinə getmiş, evin eyvanında qaynanası Təranə ona çıxıb getməsini demiş, o, qızı Sevinclə görüşüb sonra gedəcəyini bildirmiş, lakin Təranə ona qulaq asmamış, qızı ilə görüşməsinə razılıq verməmiş, onların evini tərk etməsini birldirmiş, aralarında mübahisə olmuş, həmin vaxt o, bir qədər də spirtli içki qəbul etdiyi üçün evin eyvanında Təranənin sinəsinə təpik vurmuş, Təranə yıxılmış, daha sonra o, hava qaraldıqdan sonra kənddə özünü heyvanlardan qorumaq üçün daim cibində gəzdirdiyi mətbəx bıçağı ilə Təranənin əlinə bir dəfə vurmuş, sonra isə oradan çıxıb getmişdir. Hadisə baş verən vaxt Təranədən başqa, sonuncunun əri, həmçinin də Aynur evdə olmuş, baş verənləri görmüşlər. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, sonuncu onunla barışmışdır. Bİr daha Təranə və onun ailə üzvlərinə qarşı hər hansı qanunsuz əmələ yol verməyəcəkdir. Barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağstafa rayonunun Tatlı kəndində yaşayır, Təqsirləndirilən şəxs onun qızı Aynurun əridir. Aynur ilə Məhəmməd arasında narazılıq olduğu üçün qızı gəlib onlarla birlikdə yaşayır. 06 mat 2023-cü il tarixdə, saat 18 radələrində evlərində olduqları vaxt Məhəmməd onların həyətinə gəlmiş, həmin vaxt o, Məhəmmədin spirtli içki qəbul etdiyini hiss eləmiş, evin eyvanında Məhəmməd qızı, onun nəvəsi Sevinci görməyə gəldiyini bildirmiş, Məhəmmədə Sevincin onun yanında olduğunu və onlara anası ilə görüşmək üçün yeni gəldiyini demiş, çıxıb getməsini istəmiş, aralarında mübahisə olmuş, Məhəmməd əvvəlcə təpiklə sinəsinə vurub onu eyvanda yerə yıxmış, sonra isə bıçaqla sağ əlinə bir dəfə vurub xəsarət yetirmişdir. Hazırda o, Məhəmmədlə barışmışdır, sonuncudan şikayətçi deyil, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı yazılı ərizə verərək Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödədəyini, təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsi və onun ailə üzvlərini bir daha narahat etməyəcəyinə söz verdiyini göstərmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 09 mart 2023-cü il tarixli 98 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ ovuc nahiyəsinin kəsilmiş yarası– kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 19 aprel 2023-cü il tarixli 16/410 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134, 157, 221 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər: səmimi peşmanlıq çəkdikdə; zərər çəkmiş şəxslə barışdıqda; şərait dəyişdikdə. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində başlanmış cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 31,5 manat məbləğində pul M. Abbasovdan alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-72/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-72/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver