Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-74/2023 05.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Ximətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 20,675 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını əldə edərək, əynində olan gödəkçənin sol yan cibində qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19:04-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, H.Əliyev adına prospektdə yerləşən “İkiqaplı” marketin qarşısında saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə həşiş qətranı Ağstafa rayon polis şöbəsinin inzibatı binasında, həmin gün saat 20:22-dən 20:42-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağstafa şəhəri, H.Əliyev prospektində VAZ-2107 markalı, **-BX-*** dövlət qeydiyyat nömrəli avtomaşınla hərəkətdə olarkən polis işçiləri tərəfindən saxlanılmış və polis işçiləri özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirirərək onlarla birlikdə Ağstafa RPŞ-yə getməli olduğunu bildirmişlər. Polis şöbəsində olarkən müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, üzərindən narkotik vasitə tiryək çıxmışdır. Həmin narkotik vasitəni tutulmamışdan 02 ay əvvəl yol qəzasına düşdüyü üçün qabırğalarında yaranan ağrılarına görə istifadə etmiş, onu təxminən 1 il əvvəl Bakı şəhərində, hazırda xatırlamadığı yerdəki avtobus dayanacağında tapmışdır. Tutulduğu gün atası xəstə olduğu üçün ona dərman almaq məqsədi ilə qohumu Əli adlı şəxsin evinə getmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağstafa rayonu ərazisində olması, üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə istifadəçisi olması barədə məlumat daxil olmuş, həmin gün, saat 19:04-də o, CAB-nin əməliyyat müvəkkili Şahid2 və DYPB-nin əməkdaşı Şahid3 ilə birlikdə Ağstafa şəhəri Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı **-BX-*** markalı həmin avtomobili saxladıb, özlərini təqdim etmiş və onu Ağstafa RPŞ-nə aparmışlar. Polis şöbəsində Eldəniz müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvələcə ona üzərində hər hansı narkotik vasitə varsa könüllü olaraq verməsi bildirilmiş, Eldəniz də ağ rəngli selofan torbaya bükülü olan qara rəngdə kəskin iyiyə malik olan narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşdirmə işləri aparılmış, aşkar edimiş əşya möhürlənib götürülmüşdür. Sonra Eldənizin üzərində şəxsi axtarış davam etdirilmiş, heç bir qanunsuz əşya aşkar edilməmiş, bundan başqa, Eldənizin avtomobilinə də baxış keçirilmiş, oradan da qanunsuz əşya tapılmamışdır. Eldənizin üzərində şəxsi axtarış xx.xx.2023-cü il tarixdə, saat 20:22-də başlamış, saat 20:42-də bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3 və Şahid2 Şahid1la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf rəngli, içərisində qara rəngli polietilen torbaya bükülü vəziyyətdə 21,58 qram çəkidə narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 25 aprel 2023-cü il tarixdə saat 20:22-də başlamış, həmin gün saat saat 20:42-də bitmişdir. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2023-cü il tarixli, 16/449 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxsoğlu..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə olan digər 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 20,675 qram olan maddə (bitki mənşəli kütlə), narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır (20,675 qram çəkidə həşiş qətranından 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 20,625 qram çəkidə həşiş qətranı qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 1149 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan həşişdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 03 ay 18 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə həbs edilmiş, xx.xx.2023-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunaraq o, məhkəmə iclas zalında həbsdən azad edilmiş, 03 oktyabr 2023-cü il tarixdə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həmin tarixdə məhkəmə iclas zalında həbs edilmişdir, o vaxtdan da həbsdə saxlanılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olub törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanları, eyni zamanda, aşkar edilmiş narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablanmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 20,625 qram həşiş qətranı məhv edilməli, məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 20,625 qram həşiş qətranı məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-74/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-74/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver