Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-75/2023 30.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, işsiz, Qazax Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbayca Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək üzərində qəti olaraq üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, ünvan 1 ünvanda yaşamış, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 19 ünvanında, Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında yerləşən, sonuncuya məxsus qaraja qanunsuz daxil olaraq, qarajdan 1 ədəd 300 manat dəyərində, 10 litr həcmində, 1979-cu il Rusiya Federasiyası istehsalı olan mis materialdan hazırlanmış samovarı, 1 ədəd 40 litrlik, aliminium materialdan hazırlanmış 100 manat dəyərində Rusiya Federasiyası istehsalı olan şirəli qazanı, 1 ədəd 15 litrlik, aliminium materialdan hazırlanmış, Rusiya Fedrasiyası istehsalı olan 50 manat dəyərində şirəli qazanı, 1 ədəd Rusiya Federasiyası istehsalı, 20 litrlik, göy rəngli, dəmir materialdan hazırlanmış 65 manat dəyərində şirəli qazanı, diametri 16 mm, 1,5 metr ölçüdə 1 ədədi 2,25 manat olmaqla 10 ədəd cəmi 22,5 manat dəyərində armaturu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 537,5 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa şəhəri, C.Cabbarlı küçəsi ev 6-da yaşamış, Zərərçəkmiş şəxs qonşusu olmuşdur. 10 avqust 2022-ci il tarixdə, saat 14:30 radələrində sərxoş halda yaşadığı evdən küçəyə çıxmış, yolun kənarında qonşusu Zərərçəkmiş şəxs məxsus qarajın qapısının yarı acıq olduğunu görmüş, oğurluq eləmək üçün qarajdan içəri daxil olmuş, oradan 01 ədəd samovar götürüb çıxmış, növbəti gün samovarı 30 manata Ağstafa rayonunun Vurğun qəsəbəsində metal yığanlara satmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir, əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, hazırda heç bir yerdə işləmir, uzun müddətdir ki, təxminən 40 ildir ki, Rusiya Federasiyasnda yaşayır, Rusiya Federasiyası vətəndaşıdır. O, 2022-ci ilin may ayının axırında ailəli ünvan 2ünvanında yerləşən evinə gəlmişdir. Evin qarşısında ona məxsus qaraj yerləşir. O, həmin qarajda ev əşyalarını saxlamış, həm də həyat yoldaşı X3 məxsus “Opel” markalı avtomaşın qarajda olmuşdur. O, günorta vaxtı hərdən bir qarajın qapısını açıq vəziyyətdə qoymuşdur ki, içəri havalansın. xx.xx.2022-ci il tarixdə o, qaraja daxil olub əşyalara baxanda görmüşdür ki, əşyalar və avtomobil hamısı yerindədi. xx.xx.2022-ci il tarixdə yenidən qarajın içərisində olan əşyalara baxanda görmüşdür ki, xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək olan müddətdə qarajdan açıq qapıdan daxil olma yolu ilə 1 ədəd samovar, 2 ədəd aliminium qazan, 1 ədəd dəmir qazan və təxminən 10 ədəd armatur oğurlanmışdır. İş üzrə şahid olan Şahid ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2022-ci ilin avqust ayınında o, Ağstafa rayonu Vurğun qəsəbəsində dostu Vüsalın metal yığımı məntəqəsində sonuncuya işində kömək edərkən Təqsirləndirilən şəxs tək, əlində 01 ədəd latun materialından olan samovar gətirib ona bildirmişdir ki, öz evindən gətirib, maddi ehtiyacı olduğuna görə satmaq istəyir. O, samovarı neçəyə satmaq istədiyini soruşanda, Azər ona 28 manata satmaq istədiyini demiş, həmin vaxt 28 manat pulu sayıb Azərə vermiş, samovarı ondan götürmüşdür.Sonradan Azərin satmış olduğu samovarın oğurluq olmasını polis əməkdaşlarından eşitmiş, könüllü olaraq samovarı polis əməkdaşlarına təqdim etmişdir. O, samovarın oğurluq olmasını bilsəydi, onu almayacaqdı. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş, Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 9/5798 №-li, xx.xx.2022-ci il tarixli rəyinə əsasən 1 ədəd 10 litr həcmində olan, 1979-cu il Rusiya istehsalı olan mis materialdan hazırlanmış samovarın qiymətinin 300 manat, 1 ədəd 40 litrlik, aliminium materialdan hazırlanmış Rusiya Federasiyası istehsalı olan şirəli qazanın qiymətinin 100 manat, 1 ədəd 15 litrlik, aliminium materialdan hazırlanmış, Rusiya Fedrasiyası istehsalı olan şirəli qazanın qiymətinin 50 manat, 1 ədəd Rusiya Federasiyası istehsalı, 20 litrlik, göy rəngli, dəmir materialdan hazırlanmış şirəli qazanın qiymətinin 65 manat, diametri 16 mm olmaqla 1,5 metr ölçüdə 1 ədədi 1,5 manat dəyərində armaturun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən cəmi 537,5 manat müəyyən edilir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə o, qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona qəti olaraq təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq, üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti və protesti verilmədiyindən hökm qanuni qüvvəyə minmişdir və Təqsirləndirilən şəxs cəza çəkməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür, hazırda orada cəza çəkir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X2 adlı azyaşlı uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və onunla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, hazırki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası, Qazax Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən qismən toplanılmalı, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd mis materialdan hazırlanmış samovar sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Qazax Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, qismən toplanılsın, o, qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd mis materialdan hazırlanmış samovar sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-75/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-75/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver