Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-8/2023 08.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi X4 iştirakları ilə xx.xx.1999-cu ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, 14 fevral 2021-ci il tarixdə günorta saatlarında özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 01 ədəd istifadə olunmuş “Aleksandrit Candela” markalı lazer aparatı alacağına dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanda sonuncudan 15000 manat nağd pul, 3000 manat dəyərində “İphone 11 Pro” markalı mobil telefon aparatı və 12000 manat təşkil etmiş 200 qram çəkidə, 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 30000 (otuz min) manat dəyərində, xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən, tanışı Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evində olduğu müddətdə Zərərçəkmiş şəxs1 başının ev işlərinə qarışmasından istifadə edərək sonuncunun sanitar qovşağındakı paltar asılqanından asılmış özünə məxsus olan əl çantasında saxladığı 1 ədəd 750 əyarlı 6,23 qram çəkidə 820 manat dəyərində briliyant qaşlı qızıl üzüyünü, 750 əyarlı 15,99 qram çəkidə 2214 manat dəyərində briliyant qaşlı sırğa və üzük dəstini, 1 ədəd 583/585 əyarlı 4,56 qram çəkidə 364 manat dəyərində qızıl qolbağını, 1 ədəd 583/585 əyarlı 5,06 qram çəkidə 448 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 583/585 əyarlı 15,24 qram çəkidə 1300 manat dəyərində qızıl qol saatını, 583 əyarlı 4 qram çəkidə 320 manat dəyırində yarpaq formasında 1 cüt sırğasını gizli olaraq talayıb oğurluq etməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 5466 (beş min dörd yüz altmış altı) manat dəyərində xeyli miqdarda maddi zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib, özünü CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bir ildir ki, tanıyır. Onunla həmin vaxtdan sonra tez-tez bir-birilərinin evinə gedib-gəlmişlər. xx.xx.2021-ci il tarixdə o, Elmiranın Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən evinə gedib iki gün orada qalmış, həmin vaxt Elmiranın evində təmir işləri görüldüyündən Elmira əşyalarını evin mətbəxinə və ayaqyoluna yığmışdır. Elmira əşyalarını yığan zaman o, Elmiranın qızıl-zinət əşyalarını boz rəngli əl çantasının içərisinə qoyub çantasının, həmin çantanı da ayaqyolundakı paltar asılqanından asdığını görmüşdür. 19 iyul 2021-ci il tarixdə axşam saatlarında həmin qızılları oğurlayıb sataraq və borclarını ödəməsi üçün əl çantasını açıb içərisindən sellofan kəsiyinə bükülmüş qızıl-zinət əşyalarını götürüb öz əl çantasına qoymuş, lakin həmin vaxt əşyalara baxmamışdır. O, qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin gecə Elmiranın evində qalmış, xx.xx.2021-ci il tarixində saat 12 radələrində Elmira ilə birlikdə evdən çıxıb Ağstafa şəhərinə gəlmişlər. Təxminən 20-25 dəqiqə evdə qaldıqdan sonra o, oğurladığı qızıl–zinət əşyalarını satmaq üçün Qazax şəhərinə getmişdir. Qazax şəhərinə çatdıqdan sonra Heydər Əliyev prospektində yerləşən əvvəlcədən tanıdığı Sahib adlı şəxsin işlətdiyi qızıl-zinət əşyalarının təmiri mağazasına getmiş, Sahibə yaxınlaşıb qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O, oğurladığı 1 ədəd qızıl sep, 1 ədəd qızıl qolbağı, 1 ədəd brilyant qaşlı qızıl üzük və sırğa dəsti, 1 ədəd qızıl saat, 1 ədəd brilyant qaşlı qızıl üzük, 1 cüt qızıl sırğadan ibarət olan qızıl-zinət əşyalarını Sahibə vermiş, Sahib həmin qızıl-zinət əşyalarına baxıb çəkmiş və ona 1400 manat pul verəcəyini demiş, o da razılaşıb qızılları Sahibə verib 1400 manatı almışdır. Bundan sonra o, Ağstafa şəhərinə qayıtmış, təxminən 2 gün sonra o, yenidən Sahibin işlətdiyi mağazaya getmiş və Sahibə qızıl-zinət əşyalarını satmaq istədiyini demişdir. Bundan sonra o, qalan qızılları Sahibə vermiş, Sahib həmin qızıl-zinət əşyalarını çəkib ona 1300 manat pul vermişdir. Elmira sonradan qızıl-zinət əşyalarının oğurlandığını bilmiş, onu öz evinə çağırmış və ona qızıl-zinət əşyalarının oğurlamasını bildirmiş, o da oğurladığını etiraf edərək qızılları Qazax şəhərində satdığını demişdir. Bundan sonra o, Elmira ilə birlikdə Qazax şəhərində Sahibin mağazasına getmiş, Sahib Elmiraya qızılları ondan almasını və 2700 manat pulu qaytarsa qızılları qaytaracağını demişdir. Həmin vaxt Elmira 250 manat pulu Sahibə verərək ondan qızıl qolbağını almışdır. Sonradan Sahib qızılları Elmiraya qaytarmışdır. Sahibə qızılları oğurladığını deməmişdir. Zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş və onu dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 178.2.4-cü maddəsi ilə isə bağlı göstərmişdir ki, Eleonora və Pərvin Əmrahova uşaqlıq rəfiqəsidir. O, Eleonoradan mütamadi olaraq faizlə pul almış və həmin pulları da qaytarmışdır. O, “Aleksandrit Candela” markalı lazer aparatı almaq adı ilə Eleonoranı aldadıb onun 15.000 manat nağd pulunu, 3000 manat dəyərində “İphone 11 Pro” markalı mobil telefonunu və ümumi dəyəri 12000 manat təşkil etmiş 200 qram çəkidə 750 əyarlı müxtəlif növ qızılzinət əşyalarını ələ keçirməmişdir. O, yalnız telefonunu almış həmin telefonun dəyəri olan 1250 manat pulu da “Neftçilər” metro stansiyasında mart ayının dördündə “Gülnarə” adlı lombardın arxasında Eleonoraya ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X2 7-8 aydır ki, tanıyır, Zinyətlə Ağstafa rayonu ərazisindəki gözəllik salonunda tanış olmuş, həmin vaxtdan dostluq münasibəti yaranmışdır. Onlar mütəmadi olaraq bir-birlərinin yaşadığı evlərinə gedib-gəlmişlər. 2021-ci ilin iyul ayında evində usta işləyən zaman özünə məxsus olan 1 ədəd qızıl sepi, 1 ədəd qızıl qolbağını, 1 ədəd brilyant qaşlı qızıl üzük va sırğa dəstini, 1 ədəd qızıl saatı, 1 ədəd brilyant qaşlı qızıl üzüyü, 1 cüt qızıl sırğanı qara rəngli qutuda əl çantasının içərisində saxlamışdır. Həmin ay ərzində demək olar ki, hər gün Zinyət onun evinə gedibgəlmişdir. Təxminən xx.xx.2021-ci ildə səhər saatlarında o, evində əl çantasına baxan zaman içərisində olan qızıl-zinət əşyalarının yerində olmadığını görmüş, həmin vaxt fikirləşmişdir ki, Zinyət onun evinə gedib-gəlir, bəlkə qızılları o götürər. O, bu barədə Zinyətdən soruşmuş, lakin Zinyət qızılları oğurlamadığını demişdir. Zinyət əvvəllər bir dəfə onun yanında Qazax şəhərində yerləşən Sahib adlı şəxsin işlədiyi qızıl dükanında qızıl muncuqlu qolbağ satmışdır. Ona görə də, o, Sahibin mağazasına gedib Zinyətin ona qızıl satıb-satmadığını soruşmuş, Sahib isə Zinyətin ona qızıl satdığını demişdir. Sahib Zinyətin satdığı qızılları göstərdikdən sonra o görmüşdür ki, öz qızıllarıdır. Bundan sonra o, Zinyətlə görüşüb bu barədə bildirmiş, qızılları oğurladığını etiraf etmiş, ondan şikayətçi olmamasını və qızılları qaytaracağını bildirmişdir. Buna görə də, o, şikayət etməmiş, Zinyətlə birlikdə Sahibin mağazasına getmişdir. Sahib Zinyətə demişdir ki, qızılları aldığına görə ona verdiyi 2700 manatı qaytarsa qızılları verəcək. Bundan sonra o, 500 manat verib Sahibdən qızıl qolbağını almış, Zinyət isə qalan qızılları almaq üçün vaxt istəmiş, lakin vaxt keçsə də qızılları qaytarmadığı ücün polisə şikayət etimişdir. Bundan sonra Sahib qızılları könüllü olaraq istintaqa təqdim etmiş, o da öz qızıllarını istintaqdan almışdır. Təqsirləndirilən şəxslə barışmış və ondan şikayətçi deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Zinyət valideyinləri ilə birlikdə Bakı şəhərində onlarla eyni məhəllədə kirayədə yaşamış, həmin vaxtdan aralarında rəfiqəlik münasibətləri yaranmışdır. Hal-hazırda gözəllik salonunda lazeroloq işləyir və boş vaxtlarında yaşadığı evdə dırnaq ustası kimi fəaliyyət göstərir. 2020-ci ilin sonlarınadək Bakı şəhərində “Aristokrat” adlı klinikada lazeroloq kimi işləmiş, lakin həmin klinikada olan “Aleksandrit Candela” markalı lazer aparatının kirayəsi baha olması ilə əlaqədər geri qaytarıldığından işdən çıxmışdır. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərindən Zinyət dırnaqlarını qaynaq etdirmək üçün yaşadığı evə gəlmiş, dırnaqlarını qaynaq etdirən zaman təsadüfən söhbət “Aleksandrit Candela” markalı lazer aparatından düşmüş, o, Zinyətə həmin aparatı kirayəyə götürmək istməsini, lakin qiymətinin baha olmasını bildirmişdir. Bu zaman Zinyət ona tibbi ləvazimatların alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu, işlənmiş vəziyyətdə 30000 manat müqabilində ona lazer aparatı təşkil edə biləcəyini demiş, o, isə Zinyətə inanmışdır. Zinyətə 15.000 manat nağd pulu olduğunu, qalan pulu isə “İphone 11 Pro” markalı mobil telefonunu və özünə məxsus qızıl-zinət əşyalarını sataraq düzəldə biləcəyimi demişdir. Zinyət isə ona telefon və qızılları verməsini, həmin əşyaları baha qiymətə satıb, qalan 15000 manat pulu da düzəldəcəyini və ona lazım olan lazer aparatını alınmasını təşkil edəcəyini bildirmişdir. Bundan sonra, yəni 14 fevral 2021-ci il tarixdə Zinyət onun yaşadığı evə gəlmiş, lazer aparatını almaq məqsədi ilə ondan 15000 manat nağd pul, 3000 manat dəyərində “İphone 11 Pro” markalı mobil telefonunu, habelə 12000 manat dəyərində qiymətləndirdiyi, ümumiliklə 200 qram çəkidə, 750 əyarlı üzük, sırğa cütləri, qolbaq, boyunbağı və digər qızıl-zinət əşyalarını götürmüş və ona söz vermişdir ki, qızılları da satıb pul əldə etdikdən sonra 2021-ci ilin mart ayının əvvəllərinədək lazer aparatını alıb, verəcək. Həmin muddətin çatmasına baxmayaraq Zinyət sözünə əməl etməmiş, onu müxtəlif bəhanələrlə aldatmışdır. Hal-hazırdada ona məxsus pulu, qızıl-zinət əşyalarını və mobil telefonu qaytarmır, onu aldadır. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, ibtidai istintaq orqanı dələduzluq cinayəti ilə bağlı ittiham verərkən zərərçəkmişin yuxarıda qeyd olunan ifadəsindəki hallara, şahid ifadəsinə, zərərçəkmişə məxsus telefonun təqsirləndirilən şəxsdən aşkar olunmasına aid iş materiallarına əlavə edilmiş dəlil və sübutlara əsaslanmışdır. Həmin ittiham üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 uşaqlıq yaşlarından tanıyır, onunla rəfiqəlik münasibətlərindədirlər. Təqsirləndirilən şəxs da təxminən uşaqlıqdan tanıyır. Onunla tanışlıqları valideyinləri ilə birgə onlarla eyni məhəllədə kirayədə yaşamağa başladığı vaxtlardan yaranmış, aralarında yoldaşlıq münasibətləri olmuşdur. Eleonoranın sənəti lazeroloq olduğu üçün, uzun müddət bu sahədə, lakin son vaxtlarda işlədiyi “Aristokrat” klinikasından həmiş iş üçün zəruri olan “Aleksandrit Candela” markalı lazer aparatının götürülməsi ilə əlaqədar iş fəaliyyətini davam etdirə bilməmişdir. Bundan sonrakı vaxtlarda Eleonora yaşadığı evdə fərdi qaydada dırnaq ustası kimi işləmiş, lazer aparatını əldə etməklə lazeroloq kimi iş fəaliyyətini davam etdirmək istəmişdir. Təxminən 2021-ci ilin fevral ayının əvəllərində Eleonora ona zəng edərək yaşadığı evdə olduğunu, Zinyətin onu yanında olduğunu və 15000 manat nağd pul olduğunu, pulun qalan 15000 manat hissəsini isə özünə məxsus “İphone 11 Pro” markalı mobil telefon aparatını, habelə qızıl-zinət əşyalarını ona verəcəyini bildirərək onun yanında olmasını istəmişdir. Həmin vaxt Zinyətin tanışlarının olduğunu deyib, şəxsi əlaqələrinə istinad edərək həmin lazer aparatını əldə edə bilməsi ilə bağlı özünə güvənliklə danışıq və davranışı onun həqiqətən də bu məsələni həll edə biləcəyinə dair inam yaratmışdır. Belə olan halda, Eleonora özündə 15000 manat nağd pul olduğunu, pulun qalan 15000 manat hissəsini isə özünə məxsus “İphone 11 Pro” markalı mobil telefon aparatını, habelə qızıl-zinət əşyalarını sataraq düzəldə biləcəyini demişdir. Zinyət isə pul, habelə mobil telefon və qızılları ona verilməsini deyib, həmin qızıl və mobil telefonu özünün daha baha satışını həyata keçirib, ümumilikdə 30000 manat pul düzəldəcəyini, həmin pul müqabilində isə ona sözügedən aparatını təşkil edəcəyini demişdir. Eleonora onun iştirakı ilə “Aleksandrit Candela” markalı lazer aparatının təşkili məqsədi ilə 15000 manat nağd pul, 3000 manata qiymətləndirdikləri “İphone 11 Pro” markalı mobil telefon aparatını, habelə 12000 manata qiymətləndirdikləri ümumilikdə 200 qram çəkidə 750 əyyarlı üzük, sarğa cütləri, qolbaq, sep və bu kimi digər qızıl-zinət əşyalarını Zinyətə vermişdir. Zinyət 15000 manat pul, mobil telefon, habelə qızıl-zinət əşyalarını götürdükdən sonra qısa müddətdə mobil telefonu, habelə qızılların satışını həyata keçirib, tələb olunan ümumilikdə 30000 manat pulu düzəldəcəyini, 2021-ci ilin mart ayının əvvəllərinədək olan müddət ərzində isə həmin pul müqabilində lazer aparatını alaraq ona təhvil verəcəyini demişdir. 2021-ci ilin mart ayının əvvəlləri olmasına baxmayaraq, Zinyətin aparatın gətirmədiyini görüb, o, həmçinin Eleonora Zinyətlə əlaqə saxlayıb, aparatla bağlı maraqlanmağa başlamış, Zinyət də, onlara müxtəlif yalan vədlər verməklə, aparatı qısa müddətə gətirib təhvil verəcəyini demişdir. Lakin bir neçə vaxt keçməsinə baxmayaraq, aparatın gətirilmədiyini gördükdə Zinyətlə təkrar əlaqə saxlamağa cəhd etsələr də onunla əlaqə saxlaya bilməmişlər. Artıq həmin zaman Zinyət tərəfindən aldadıldıqlarını başa düşmüşlər. Buna görə də Eleonora hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayında tanımışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Ağstafa şəhərində yerləşən işlədiyi “Hüseyn Telekom” adlanan mağazaya gəlib “İphone 11 Pro” markalı mobil telefonu göstərib satmaq istədiyini demişdir. O, mobil telefona baxıb işlək vəziyyətdə olduğunu müəyyən etmiş, Zinyətdən həmin mobil telefonu haradan aldığını soruşmuşdur. Zinyət isə həmin mobil telefonu Bakı şəhərində yerləşən mağazadan aldığını bildirmişdir. O, Zinyətlə razılaşıb həmin mobil telefonu 1000 manata ondan almış və pulunu Zinyətə ödəmişdir. Həmin vaxt o, Zinyətdən həmin mobil telefonu almağı barədə Zinyətlə sənəd tərtib etmişdir. Zinyət həmin sənədi özü yazıb imzalamış və mağazanın möhürü ilə həmin sənədi möhürləmişdir. Bundan sonra təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində həmin mobil telefonu 1350 manata Ağstafa rayonu Xətai kənd sakini Şahid2 satmışdır. Anar ona əvvəlcədən 1000 manat ödəmiş, qalan məbləğ 3 ay ərzində hissə-hissə ödəməsinə razılaşmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, o, 2021-ci ilin sentyabr ayında Ağstafa şəhərində Elşən adlı şəxsdən 1350 manat pul ödəyərək “İphone 11 Pro” markalı mobil telefonu almış bundan sonra həmin mobil telefonu istifadə etmişdir. Bir müddət işlətdikdən sonra cibindən yerə düşüb ekranı sınmış, telefon təmiri ustaları telefonu düzəldə bilmədiklərindən həmin telefonu atmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilmə haqqında protokoldan və şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 15000 manat məbləğində pul vəsaitinin, 200 qram çəkidə 750 əyarlı ağ qızılın və telefonun öz evində verdiyini göstərmiş, həmin yerin fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid3 könüllü olaraq təqdim etdiyi 1 ədəd "A4" kağıza baxış keçirilmiş, baxış zamanı kağız üzərində aşağıdakı yazıların olduğu müəyyən edilmişdir: "mən Məmmədova Zinyǝt Niyazi qızı, İpone 11 pro **********82591 imeil kodlu telefonu Hüseyn telekoma satıram, Məmmədova Zinyǝt Niyazi qızı imza xx.xx.2021, ***-***-**-**, ***-***-**-** imza möhür" baxış sənədin kserosurəti çıxarılaraq, protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsində əldə olunmuş 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir:
1. xx.xx.2021-ci il tarixdə saat 13:32:47-də Zərərçəkmiş şəxs2 adına olan **********75 saylı nömrə istifadə edilmiş və həmin vaxt "Baki shahari, Xatai rayonu, M.Hadi kuchasi, 23 sayli binanin yaxinlighindaki mantaqanin dami" anten dairəsində olmuşdur.
2. xx.xx.2021-ci il tarixdə saat xx.xx.2021-ci il saat 2:40:33-dən xx.xx.2021-ci il saat 15:45:27-dək Məmmədova Zinyǝt Niyazi qızının adına olan **********22 saylı nömrə istifadə edilmiş və həmin vaxt Bakı şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur.
3. xx.xx.2021-ci il tarixdə saat xx.xx.2021-ci il saat 16:14:33-dən xx.xx.2021-ci il saat 13:15:22-dək X3 adına olan **********82 saylı nömrə istifadə edilmiş və həmin vaxt Bakı şəhəri, Qazax, Ağstafa və Tovuz rayonları ərazilərində müxtəlif anten dairələrində olmuşdur.
4. xx.xx.2021-ci il tarixdə saat 17:32:39-dan xx.xx.2021-ci il saat 16:07:36-dək Novruz Əliyevin adına olan **********05 saylı nömrə istifadə edilmiş və həmin vaxt Qazax, Ağstafa, Tovuz, Şəmkir, Kürdəmir və Goranboy rayonları ərazilərində müxtəlif anten dairələrində olmuşdur.
5. xx.xx.2021-ci il tarixdə saat 17:32:39-dan xx.xx.2021-ci il saat 18:27:42-dək Möhyəddin Heydərovun adına olan **********28 saylı nömrə istifadə edilmiş və müxtəlif anten dairələrində olmuşdur.
6. xx.xx.2021-ci il saat 12:36:47-dən xx.xx.2021-ci il saat 11:01:10-dək X6 ASC adına olan **********03 saylı nömrə istifadə edilmiş və müxtəlif anten dairələrində olmuşdur.
7. xx.xx.2021-ci il saat 21:41:03-dən xx.xx.2021-ci il saat 20:22:57-dək Şahid2 adına olan **********65 saylı nömrə istifadə edilmiş və müxtəlif anten dairələrində olmuşdur. İbtidai istintaq orqani yuxarıda sadalanan sübutlara əsaslanaraq təqsirləndirilən şəxsə dələduzluqda ittiham vermişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bir-birilərinə inamlı etibarlarının yaranması öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 qonşu olmuşlar, Təqsirləndirilən şəxs orada daimi deyil, müvəqqəti olaraq kirayədə yaşaması zərərçəkmiş şəxsə məlum idi. Onun ev şəraitindən, anasının aztəminatlı işdə işləməsindən, onların həyat tərzindən Zərərçəkmiş şəxs2 məlumatı olmuşdur. Bunu zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir. Belə olan vəziyyətdə sonuncunun Təqsirləndirilən şəxs etibar edib 30000 manat dəyərində pulu və ya əmlakları verməsi şübhəli haldır. Eyni zamanda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs özünü polis işçisi kimi təqdim etməsini, onun polis işçisi olduğundan 120000 manat dəyərində “Aleksandrit Candela” markalı lazer aparatını dəyərindən aşağı qiymətə 30000 manata ala biləcəyini qeyd etsə də, məhkəmə iclasında qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs heç vaxt polis geyimində görməməsini, onun həmin işdə işləməsini təsdiq edən xidməti vəsiqəsinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs “Neftçilər” metrostansiyasında telefon alqı-satqısı ilə məşğul olmasını bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 izahatında 2021-ci ilin fevral ayının əvvəllərindən Zinyətin dırnaqlarını qaynaq etdirmək üçün yaşadığı evə gəlməsini, dırnaqlarını qaynaq etdirən zaman təsadüfən “Aleksandrit Candela” markalı lazer aparatından söhbət etmələrini, bu zaman Zinyətin ona tibbi ləvazimatların alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu, işlənmiş vəziyyətdə 30000 manat müqabilində ona lazer aparatı təşkil edə biləcəyini bildirmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, həmin zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 inandırmaq üçün qeyd etdiyi tibbi ləvazimatların alqı-satqısı ilə məşğul olan hər hansı bir tanışına zəng etməmiş, satılan malın sənədini, şəkilini belə ona göstərməmişdir. Malın mövcudluğu, vəziyyəti barədə, satan şəxs barədə məlumat vermədiyi halda, təqsirləndirilən şəxsin ümumiyyətlə bu sahədə fəaliyyəti olmadığı halda, zərərçəkənin inam qazanması inandırıcı görünmür. Göründüyü kimi Zərərçəkmiş şəxs2 ifadələrində ziddiyyətli hallar mövcuddur. Belə ki, o, Təqsirləndirilən şəxs özünü polis işçisi kimi təqdim etməsini, onun polis işçisi olduğundan inanaraq “Aleksandrit Candela” markalı lazer aparatını ona alacağını, həmçinin Təqsirləndirilən şəxs ona tibbi ləvazimatlarının alqı-satqısı ilə məşğul olan tanışları olduğundan inanmasını bildirmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs peşəsi lazeroloq deyil, o, hər hansı bir tibbi ləvazimatlarının alqı-satqısı ilə məşğul olmamışdır. Həmin halı Zərərçəkmiş şəxs2 da bilmişdir. “Aleksandrit Candela” markalı lazer aparatı isə tibb sahəsinə aid olmaqla, Təqsirləndirilən şəxs həmin aparatın iş funksiyasından, onun dəyərindən və necə əldə ediləcəyindən məlumatı olmamışdır. Belə olan halda soncununun bir ay ərzində həmin aparatı əldə edərək Zərərçəkmiş şəxs2 çatdırması inandırıcı deyildir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs öz evində 15000 manat məbləğində pul vəsaitinin və 200 qram çəkidə 750 əyarlı ağ qızıl verməsini bildirmişdir. Həmin halı da məhkəmə inandırıcı hesab etmir. Belə ki, 12000 manat dəyərində qızılların Zərərçəkmiş şəxs2 məxsus olması, onların əyyarını və çəkisini təsdiq edən sənəd mövcud deyildir. Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs qeyd edilən qızılları torbada verdiyini qeyd etmişdir. Lakin, ibtidai istintaq orqanı tərəfindən həmin qızıl-zinət əşyalarının Zərərçəkmiş şəxs2 məxsus olması, onların əyyarı, çəkisi, eyni zamanda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə nağd şəkildə verdiyi 15000 manat məbləğində pul vəsaitinin verməsini, həmin pul vəsaitinin isə neçə ədəd hansı pul əskinaslarından (1, 5, 10, 20, 50, 100 manatlıq) ibarət olması, sonradan Təqsirləndirilən şəxs qeyd edilən pullara və qızıl-zinət əşyalarına sahiblik və ya sərəncam vermək hüquqlarının yaranmasını təsdiq edəcək faktlar barədə heç bir dəlil mövcud deyildir, həmin hallar da məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 15000 manat məbləğində pul vəsaitini və 200 qram çəkidə 750 əyarlı ağ qızılı Zərərçəkmiş şəxs2 öz evində verməsini ifadəsində göstərsə də, 15000 manat məbləğində pul vəsaitini və 200 qram çəkidə ağ qızılları şahid Pərvin Əmrahova Təqsirləndirilən şəxs verməsini izahatında göstərmişdir. (i.v.37) Təqsirləndirilən şəxsə pulun və qızılın konkret kim tərəfindən verilməsi zidiyyətli haldır. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs “Aleksandrit Candela” markalı lazer aparatını dəyərindən aşağı qiymətə 30000 manata ala biləcəyini, bu barədə razılığa gəlmələrini qeyd etsə də, məhkəmə iclasında ona verilmiş suallara cavabında Zinyətə 28000 manat dəyərində pul, qızıl və telefon verməsini, qalan 2000 manatı isə aparatı aldıqdan sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsə verilmiş ittihamda isə 30000 manat dəyərində pul, qızıl və telefon qəbul etməsi göstərilmişdir. Həmin ziddiyyətli hal da Təqsirləndirilən şəxs “Aleksandrit Candela” markalı lazer aparatını dəyərindən aşağı qiymətə ala biləcəyi barədə zərərərçəkmiş şəxsə vəd verməsini və ondan hər hansı bir məbləğdə pul və ya əmlak almasını inkar edir. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “Aleksandrit Candela” markalı lazer aparatının alınması üçün etibardan sui-istifadə etmə və aldatma yolu ilə 15000 manat nağd pul və ümumilikdə 12000 manat təşkil etmiş 200 qram çəkidə, 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarını alıb, ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda zərər vurmaqla dələduzluq cinayətini törətməsi sübut olunmur. Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilərkən yetərli sübutlar toplanılmamış, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, təhlil olunmamış, sübutlar bir-biri ilə müqayisə edilməmişdir. İbtidai istintaq sübut kimi yalnız zərərərçəkmiş şəxsin və onun yaxın rəfiqəsi olan Pərvin Əmrahovanın ifadələri ilə kifayətlənmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 məxsus “İphone 11 Pro” markalı mobil telefonun Təqsirləndirilən şəxs aşkar olunması ilə bağlı təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq zamanı telefonun onda olmasını danmışdır. Bildirmişdir ki, telefonun onda olması etiraf etdiyi halda, qızıl və pulun da onda olmasından şübhələr artacağından qorxmuşdur. Lakin telefon aşkar olunduqdan sonra etiraf etmişdir ki, telefonu zərərçəkmişdən almışdır. Amma lazer aparatına görə deyil, satdığı üçün almışdır. Telefonun dəyəri olan 1250 manat pulu da “Neftçilər” metro stansiyasında mart ayının dördündə “Gülnarə” adlı lombardın arxasında Eleonoraya ödəmişdir. Məhkəmə hesab edir ki, telefonu lazer aparatının alınması üçün verilməsi həqiqətə uyğun deyildir. Telefon təqsirləndirilən şəxs tərəfindən özü üçün və yaxud satıb pulunun ödənilməsi məqsədi ilə gütürülə bilər ki, bu mübahisə də mülki iddianın predmetidir. “İphone 11 Pro” markalı mobil telefonun özünün və ya onun dəyərinin qaytarılması isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə olduğundan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı həmin tələb üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Ümumiyyətlə, zərərçəkmiş lazer aparatını 30.000 manata almaq qərarına gəlmişdirsə, hansı səbəbdən onun dəyərinin bir hissəsini qızılla və telefon ilə ödəməsini izah edə bilməmişdir. Aparatı satan şəxsin kimliyi müəyyən edilmədiyi halda, ödənişin sayı və dəyəri müəyyən edilmədən 12000 manat qiymətləndirilən qızıla və telefona dəyişməsi həqiqəti əks etdirmir. Bütün yuxarıda sadalanan təkzibolunmaz şübhələr olduğundan təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsinin təsdiq edilməsi üçün yetərli hesab etmək olmaz. Belə ki, şəxsin əməlində cinayət tərkibinin olması üçün cinayət tərkibinin əlamətləri (cinayətin obyekti, cinayətin subyekti, subyektiv cəhət və nəhayət cinayəti törətməyə yönəlmiş konkret hərəkəti, hərəkətsizliyi, zamanı, məkanı və.s. faktorları özündə birləşdirən obyektiv cəhət) tam formada mövcud olmalıdır. Ona görə də cinayət işi üzrə əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə cinayət əməlini törətməsini şübhə altına almaqla həmin şəxsin qeyd edilən maddə ilə təqsirləndirilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 28.4-cü maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən, məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində də təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Qeyd edilən maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, cinayət işi üzə verilmiş ittihamla ziddiyyət təşkil etdiyindən, təsqirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus pulu və qızıl-zinət əşyalarını ələ keçirərək ona xeyli miqdarda zərər vurmaqla dələduzluq cinayətini törətməsinin sübuta yetirilməsi qənaətinə gəlməsinə əsas vermir. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində cinayət hadisəsi, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə tədqiq olunmuş hazırkı işin bütün hallarını və Cinayət prosessual qanunvericiliyin normalarını əsas tutaraq qeyd edir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən bu səbəbdən məhkəmənin hökmünün qanuni və əsaslı olması qanunvericiliyin tələbidir. Əks yanaşma yuxarıda qeyd edilən hüquq normalarını özündə əks etdirən hüquq sistemini əhəmiyyətsiz edə, təqsiri olmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə, cinayəti törədən şəxslərin isə məsuliyyətdən kənar qalmasına şərait yarada bilər, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CPM-nın 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin araşdırılması zamanı yol verilən kobud qanun pozuntuları, sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunan ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verildiyi üçün onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nın 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Bundan başqa, Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Həmin ittiham üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Qazax şəhəri, H.Əliyev prospektində yerləşən zərgərlik dükanında işləyir, qızıl satqı və təmiri ilə məşgul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Aralarında əvvəllər heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. Təxminən 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs sonradan tanıdığı Elmira adlı qadınla birlikdə onunm işlədiyi dükana gəlmiş və həmin vaxt Zinyət ona 1 ədəd qızıl qolbağı 100 manata satmışdır. Həmin vaxt o, Zinyəti və Elmiranı tanımışdır. Bundan təxminən 2 ay sonra, yəni 2021-ci ilin iyul ayında Zinyət tək onun işlədiyi dükana gəlmişdir. 1 ədəd 750 əyarlı, 6,23 qram çəkidə, brilliyant qaşlı qızıl üzüyünü, 750 əyarlı, 15,99 qram çəkidə, briliyant qaşlı qızıl sırğa və üzük dəstini, 1 ədəd 583 əyarlı, 4,56 qram çəkidə, qızıl qolbağını, 1 ədəd 583 əyarlı, 5,06 qram çəkidə qızıl boyunbağını, 1 ədəd 583 əyarlı, 15,24 qram çəkidə qızıl qol saatını, 583 əyarlı, 4 qram çəkidə yapraq formasında 1 cüt qızıl sırğanı ona göstərmək satmaq istədiyini demişdi. O da həmin qızılları götürərək baxmış, tərəzidə çəkmiş və həmin qızılları ümumilikdə 2900 manata ala biləcəyini demişdir. Zinyətlə də razılaşmışlar. Ona görə də pulu verib qızıl zinət əşyalarını Zinyətdən almışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə çağırmış, o da qızılları aldığını etiraf edərək həmin qızılları satdığı şəxslərdən geri alaraq polis əməkdaşlarına təhvil vermişdir. 0, Zinyətin ona satdığı qızılların oğurluq olduğunu bilməmişdir, Zinyət həmin qızılların ona məxsus olduğunu demiş, o da inanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 gün tutulmuşdur. İş materiallarında olan 26 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 könüllü təqdim etməsinə əsasən Məmmədova Zinyǝt Niyazi qızının oğurladığı qızıl-zinət əşyalarından 1 ədəd qızıl qolbağı ondan götürülmüş və həmin qızıl-zinət əşyasına baxış keçirilmiş, baxış zamanı fotoşəkillər çəkilərək, protokola əlavə edilmişdir. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 6/3919-9/6358 No-li xx.xx.2021-ci il tarixli rəyinə əsasən: -1 ədəd 750 ǝyarlı, 6,23 qram çəkidə, briliyant qaşlı qızıl üzük- 820 manat - 750 ǝyarlı, 15,99 qram çəkidə, briliyant qaşlı qızıl sırğa və üzük dəsti- 221 -1 ədəd 583/585 ǝyarlı, 4,56 qram çəkidə qızıl qolbağı- 364 mana - 1 ədəd 583/585 ǝyarlı, 5,06 qram çəkidə qızıl boyunbağı- 448 mana - 1 ədəd 583/585 ǝyarlı, 15,24 qram çəkidə qızıl qol saatı- 1300 manat - 583 ǝyarlı, 4 qram çəkidə yarpaq formasında 1 cüt qızıl sırğa- 320 manat Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş və nəzəri hesablanmış məmulatların 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5466,00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Məmmədova Zinyǝt Niyazi qızı əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Ağstafa RMX-dan alınmış arayışa əsasən Məmmədova Zinyǝt Niyazi qızı xəstəxanada psixiatrik və narkoloji qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 16-cı maddəsində əks olunmuşdur. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Göründüyü kimi, qanunverici bir sıra cinayət əməllərinin kriminoloji baxımdan yüksək ictimai təhlükəliliyini nəzərə alaraq belə cinayətlərin təkrarlığının yaranmasını Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrində birbaşa qeyd etmişdir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq bu Məcəllənin 177-185-ci, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-185-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur. Hazırki cinayət işi üzrə ibtidia istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə gəlindiyindən onun sonradan törətdiyi oğurluq cinayətinə CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq təkrar cinayət törədilmə kimi hüquqi qiymət verilərək törətdiyi oğurluq əməli 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin, onun CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini məhkəmə istintaqı zamanı törətməsi sübuta yetirilmədiyindən və həmin maddə ilə ona bəraət verildiyindən onun törətmiş olduğu oğurluq cinayətinə təkrarlıq kimi hüquqi qiymət verilə bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrindən CM-nin 177.2.4-cü maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit olunmuş prinsipə əsasən, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadəsi, onu tamamlayan və birbirinə uyğun gələn cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4cü bəndi). Məhkəmə təqsirləndirilən şəxsin az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, ondan şikayətçi olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, iş üzrə maddi sübut olan, məhkəmə həllinədək saxlanılması üçün sahibi İş üzrə maddi sübut olan, məhkəmə həllinədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmiş 1 ədəd 750 əyyarlı 6,23 qram çəkidə brilyant qaşlı qızıl üzük, 750 əyyarlı 15,99 qram çəkidə brilyant qaşlı qızıl sırğa və üzük dəsti, 1 ədəd 583-585 əyyarlı 4,56 qram çəkidə qızıl qolbağı, 1 ədəd 583-585 əyyarlı 5,06 qram çəkidə qızıl boyunbağı və 1 ədəd 583-585 əyyarlı 15,24 qram çəkidə qızıl qol saatı Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılmalı, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq,
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edəcək sübutlar yetərli olmadığından ona bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə Təqsirləndirilən şəxs onun CM-nin 178.2.4-cü maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrindən CM-nin 177.2.4-cü maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, məhkəmə həllinədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmiş 1 ədəd 750 əyyarlı 6,23 qram çəkidə brilyant qaşlı qızıl üzük, 750 əyyarlı 15,99 qram çəkidə brilyant qaşlı qızıl sırğa və üzük dəsti, 1 ədəd 583-585 əyyarlı 4,56 qram çəkidə qızıl qolbağı, 1 ədəd 583-585 əyyarlı 5,06 qram çəkidə qızıl boyunbağı və 1 ədəd 583-585 əyyarlı 15,24 qram çəkidə qızıl qol saatı Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.
Hakim: Natiq Abbasov