Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-8/2024 25.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Gəncə şəhəri, H.Əliyev prospekti 89 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göygöl rayon Hacıməlik kəndində yaşayan, tanışı 16 yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sonuncunun könüllü razılığı əsasında Ağstafa şəhəri 20 Yanvar küçəsində yerləşən “Təbriz” kafesinin istirahət üçün nəzərdə tutulmuş otağına gətirərək həmin otağa qoyulmuş çarpayıda, cinsi ehtirasın təmin edilməsinə yönələn hərəkətlərlə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qəsdən qeyri təbii yolla cinsi əlaqədə olub anal dəlik sfiktorunun bir qədər boşalması və şüavari büküşlərin bir qədər hamarlaşması ilə müşayiət eilən xəsarətlər yetirərək seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs ilə əlaqəsi olmamış, aralarında heç nə baş verməmişdir. Aysunu ilk dəfə Ağstafada yerləşən “Sərinbulaq” restoranında tanışı Fuad adlı şəxsin vasitəsilə tanımışdır. Belə ki, o, Ağstafa şəhərinə gəzmək məqsədi ilə gəlmiş, burada Elçin, Əli və Vüqar adlı tanışları ilə görüşərək gəzmiş və bir neçə gün “Mədinə” adlı oteldə qalmışdır. O, Ağstafa şəhərinə gəldikdən bir gün sonra Fuad gəlmiş, daha sonra isə Aysun Fuadın yanına gəlmişdir. Ağstafada “Sərinbulaq” restoranında olarkən onun Fuadla sözü çəpləşmiş və aralarında mübahisə baş vermişdir. Daha sonra Aysun və Fuad stoldan durub getmişlər. Həmin günün səhərisi o, Gəncə şəhərinə getmək üçün taksi sifariş vermiş və Fuada zəng edərək onların da gedib getməyəcəyini soruşmuş, Fuad razılıq verdikdən sonra Ağstafa şəhərində yerləşən “Dərya” marketin yaxınlığından maşına əyləşərək getmişlər. Daha sonra Tovuz şəhərində yerləşən “Şam bağı” adlanan oteldə Fuad və Aysunu düşürmüşlər. Təxminən gecə saat 03 radələrində o, Fuada zəng etmiş, telefonu Aysun açaraq Fuadın hamamda çimməsini ona bildirmişdir. Fuada zəng etməkdə məqsədi onun həmin günün sabahsı Qazax rayonuna qayıdacağı və onların da gedib getməyəcəyini bilmək olmuşdur. Daha sonra Fuad ona zəng edərək onları da götürməsini bildirmiş, o da taksi ilə Gəncədən gələrkən Fuad və Aysunu da götürərək Ağstafa şəhərinə qayıtmışlar. 22 aprel 2022-ci il tarixdə o, “Mədinə” oteldə qalmışdır. Həmin gün saat 21:00-dan 00:30-a dək olan müddət ərzində o, Qazax şəhərində yerləşən “Damcılı” restoranında dostu Elçinlə birlikdə olmuş, Aysu ilə “Təbriz” oteldə gecə qalmamışdır. Qeyd olunan gecəni Fuadla bir yerdə, “Mədinə” oteldə qalmışlar. O, Aysu ilə qeyri təbii yolla cinsi əlaqədə olmamışdır, ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Göygöl şəhərində yaşamışdır. Hadisədən əvvəl 9-cu sinifin attestatına şəkil çəkdirməli olduğu üçün evdən çıxmış, Turan Xəlilov adlı tanışına zəng edərək evdən çıxdığını, ona qalmağa yer lazım olduğunu bildirmiş,Turan ona mərkəzi poçtun qabağına gəlməsini və 15 dəqiqəyə gələcəyini demişdir. Turan onunla görüşdükdə ona Orxan adlı şəxsin olmasını, onun xalası oğlu olmasını və onunla tanış edəcəyini, onun yanına, Ağstafa şəhərinə getməsini bildirmiş, o da razılaşmışdır. Daha sonra Turan onu 22 aprel 2022-ci il tarixdə taksi ilə Ağstafa şəhərinə yola salmışdır. Ağstafa şəhərində, qırmızı rəngli yanacaqdoldurma məntəqəsinin yaxınlığında Orxan Gürcüstan nömrəli avtomobil ilə onu qarşılamış, onu “Sərinlik” adlı kafeyə aparmış, orada əvvəlcə Orxanla ondan başqa heş kəs olmamışdır. Daha sonra Fuad adlı bir şəxs gəlmiş, onlar yemək yemişdir. Sonra oradan çıxıb getmiş, bir qədər sonra ora yenidən qayıtmışlar. Kafedə olarkən o, Orxana Turanın ona iş tapacaqlarını deməsini bildirdiyini söyləmiş, Orxan ona iş tapacaqlarını və ev tapılana kimi bir gün oteldə qalmasını demişdir. Kənan adlı polis əməkdaşı Orxanla onu avtomobili ilə “Təbriz” oteli adlı bir yerə aparmış, Orxan ondan otaqda tək qalıbqalmamasını soruşduqda o, Orxana tək qalacağını bildirmiş, Orxan ona bu ərazidə narkomanların və oğruların çox olduğunu deyib onunla birlikdə qalmasını bildirmiş, o da razılaşmışdır. Həmin gün, saat 21 radələrində Orxanla öz razılığı əsasında bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Orxan ona cinsi əlaqədə olmaları barədə heç kimə danışmamasını tapşırmışdır. Gecəni birlikdə orada qalmışlar. Növbəti gün, o, ilk olaraq Fuada Orxanla cinsi əlaqədə olması barədə demişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağstafa şəhəri, 20 Yanvar küçəsində yerləşən “Təbriz” kafesinin sahibidir. 22 aprel 2022-ci il tarixdə o, dostları ilə balıq tutmağa getmiş və dostu Sakitə onun yerinə kafedə durmasını xahiş etmiş, saat 21-22 radələrində kafeyə qayıtdıqda, dostu ona bir nəfər polis əməkdaşının gəlməsini və qonaqlarının olmasını, bir günlük qalmaları üçün otaq verilməsini xahiş etdiyini bildirmiş, o, da razı olaraq həmin şəxslərin qalması üçün istirahət otağını vermişdir. Bir neçə gün sonra polis əməkdaşları tanımadığı bir qızla onun kafesinə gəlmiş, qıza onu tanıyıb tanımaması, görüb görməməsi barədə sual verildikdə qız onu tanımadığını bildirmiş, sonra onu Ağstafa RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində olarkən o, baş vermiş hadisə barədə eşitmişdir. Dostu kafei qalmaları üçün verərkən həmin şəxslərdən pul almamış, polis əməkdaşı xahiş etdiyi və çoxdan tanığını üçün onun istirahət otağının açarını həmin polis əməkdaşına vermişdir. Otaqda qalan şəxslər tezdən durub getmiş, onların getməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Təbriz” kafesinin sahibi Eminin dostudur. Emin adətən işi olduqda ondan kafedə durmasını xahiş edir o, da onun yerinə kafedə durur. 22 aprel 2022-ci il tarixdə, saat 21 radələrində Kənan adlı polis əməkdaşı gələrək istirahət otaqlarında yer olub olmamasını və bir gecəlik qalmaq üçün qonaqlarının olmasını bildirmiş, o da qonağının qadın olub olmamasını soruşduqda polis əməkdaşı qonağının kişi olmasını və dostu olmasını bildirmişdir. Daha sonra həmin şəxs qonağının gec gələcəyini və açarı ona verməsini bildirmişdir. O da açarı polis əməkdaşına vermişdir. Qonağın gəlməsini və getməsini görməmişdir. Həmin günün səhərisi açarı obyekt sahibinə təhvil vermişdir. Emin ona zəng edərək polis əməkdaşlarının gəlməsini və onun açarı verdiyi gün otaqda gecə bir qadının da qalmasını və məlum hadisənin baş verməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onu Gəncə şəhərindən Ağstafa şəhərinə Təqsirləndirilən şəxs çağırmışdır. Onu polis əməkdaşı Kənanla da Orxan tanış etmişdir. O, Ağstafaya gəldikdə onu Kənan və Orxan avtovağzal ərazisində bir otelə yerləşdirmişlər. O, Ağstafa şəhərində üç gün qalmışdır. Gəldiyi günün səhərisi Orxan və Kənanla birlikdə onlar Ağstafa şəhərindən üzü Qazax şəhərinə tərəf istiqamətdə yolun sağın bir kafedə oturub yemək yemişlər. Kənanla Orxan Bakı şəhərindən bir qonaqlarının gəlməsini, onu qarşılamaq lazım olduğunu bildirmişlər. Orxan durub getmiş, yarım saat sonra sonra Aysu ilə gəlmiş, sonuncunu Bakı şəhər sakini kimi təqdim edərək 20 yaşının olmasını bildirmişdir. Özü Ağstafa şəhərinə gəldiyi ilk gün oteldə Orxanla birlikdə qalmış, ikinci günü Orxan onu “Mədinə” otelə düşürmüş, onu düşürdükdən sonra Orxan Aysu ilə birlikdə çıxıb getmişlər. Növbəti gün, saat 09 radələrində Orxan gəlib onu oteldən götürəndə Aysu da Orxanın yanında olmuşdur. Aysunun yaşının az olmasını və evdən qaçdığını başqa bir polis əməkdaşından eşitmiş, Orxana bu haqda bildirmiş, buna görə Orxanla mübahisə də etmişdir. Orxanla gecə oteldə qalarkən cinsi əlaqədə olmaları barədə Aysu ona məlumat vermişdir. Aysu Ağstafa şəhərinə ilk gəldiyi günün axşamı Orxan onunla “Mədinə” oteldə qalmamış, adıçəkilən oteldə özü tək gecələmiş, onu “Mədinə otelə düşürdükdən sonra Orxanla Aysu birlikdə getmişlər. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ağstafa rayon Qaçaq Kərəm kəndində yaşayır və “Sərinlik” kafesində bufetçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Tural Xəlilov adlı şəxsi əvvəllər tanımamışdır. Ağstafa şəhərində yerləşən “Sərinlik” kafesi əmisi X1 adınadır, o da həmin kafedə rəsmi olaraq bufetçi vəzifəsində işləyir, bundan başqa həmin kafe əmisinin olduğuna görə ümumi nəzarətə o da köməklik edir. “Sərinlik” kafesi hər gün səhər saat 09 radələrində açılır və axşam saat 23:45 radələrində bağlanır. “Sərinlik” kafesi ancaq kafe kimi fəaliyyət göstərir, başqa heç bir xidmət göstərmir. xx.xx.2022-ci il tarixdə təxminən 16-17 radələrində əvvəldən tanımadığı, heç vaxt heç bir yerdə görmədiyi bir qız və bir oğlan kafeyə gəlmişlər, kafeyə daxil olduqdan sonra yemək olub-olmadığını soruşmuşlar, o da yemək olduğunu və kim olduqlarını soruşmuş, oğlan da yol adamı olduqlarını yemək yeyib gedəcəklərini bildirmişdir. Bundan sonra onlar kafedə olan 4 nömrəli otaqda oturmuşlar və kola, çoban salatı, xatırlamadığı yeməklərdən sifariş vermişlər. Bir qədər sonra bir nəfər tanımadığı bir oğlan kafeyə daxil olaraq 4 nömrəli otağa daxil olmuş və daxil olmağı ilə də çıxmağı bir olmuş, bundan sonra çıxıb getmiş, sonradan da həmin oğlanı görməmişdir. Qızla oğlan isə bir qədər otaqda yemək yedikdən sonra çıxıb getmişlər. Həmin gün oğlanla qızın kafeyə qayıtdıqlarını görməmişdir. Ertəsi günü isə ümumiyyətlə həmin oğlanı və qızı görməmişdir. xx.xx.2022-ci il tarixdə nə, qızı nə oğlanı, nə də qızın dediyi şəxsləri görməmiş, bəlkə də həmin tarixdə işdə olmamış, amma yenə də xatırlamır. 22-xx.xx.2022-ci il tarixlərində kafedə yerləşən 4 nömrəli otağa X2 nəzarət etmişdir. Onun və Zeynalın, ümumiyyətlə orada olan bütün işçilərin əmək müqaviləsi vardır. Həmin qız və oğlanın kim olduqlarını bilmir, sonradan qızı bir dəfə polis əməkdaşları ilə birlikdə kafeyə baxış keçirilən zaman görmüşdür. İş üzrə şahid olan Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin sentyabr ayından Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, 2022-ci ilin iyul ayından etibarən isə Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Orxan və Fuad adlı şəxsləri Gəncə şəhərindən bir tanışı vasitəsilə tanımışdır. Onlar Ağstafa şəhərində olarkən ona yaxınlaşıb saxta əməliyyat tədbirləri vasitəsilə pul qazanmağı təklif etsələr də o, buna razılıq verməmişdir. Orxanın özü ilə yanında Gəncə şəhərindən gətirdiyi Aysun adlı qızı tanımışdır. Onunla heç bir münasibəti olmamışdır. Onun ümumiyyətlə 15 yaşı olduğundan xəbəri olmamışdır. 22 aprel 2022-ci il tarixdə axşam Orxan və Aysun ilə birlikdə “Təbriz” kafesinə getmişdir. Orxan ondan Ağstafada qalmaq üçün yer tapmağını xahiş etmişdir. O da onların bir günlük qalması üçün onlarla birlikdə Təbriz kafesinə getmiş və Orxanın qalması üçün kafenin işçisi ilə danışmışdır. Həmin gecəni Orxan və Aysun kafenin istirahət otağında qalmışlar. Həmin gecə onların arasında nə baş verməsini həmin vaxt bilməmişdir. Tam əmnidir ki, həmin gecə Orxan Təbriz kəfesində Aysun ilə qalmışdır. Sonralar eşitmişdir ki, Orxan həmin gecə Təbriz kafesinin istirahət otağında Aysun ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. İş materiallarında olan MTE-nin Gəncə şəhər şöbəsinin 26 aprel 2022-ci il tarixli 651 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun bir qədər boşalması, şüavari büküşlərin bir qədər hamarlaşması anal dəlk vasitəsilə qeyri təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdir. Azyaşlı Zərərçəkmiş şəxs anal dəlik nahiyyəsində aşkar edilmiş cırılma anal dəlik vasitəsilə qeyri təbii yolla cinsi əlaqə zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün təsiri nəticəsində əmələ gələ bilər və əmələ gəlmə müddəti müayinə olunan vaxta nəzərən(müayinə xx.xx.2022) 1-3 gündür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən üzərində 1000 manat cərimə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdə cəriməni tam ödəmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli, 207-nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi 01 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdən halhazıradək həbsdədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsini, Zərərçəkmiş şəxs ilə heç bir əlaqəsi olmamasını, aralarında heç bir şey olmamasını bildirmişdir. Lakin onun qeyd etdikləri zərərçəkmiş şəxs, şahid ifadələri, işdə olan digər sənədlərlə, eləcə də digər istintaq hərəkətləri ilə inkar edildiyindən məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşmaqla onu özünümüdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutulduğu 01 gün müddət təyin olunmuş cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-8/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-8/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver