Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-8/2025 28.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ hakimi Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı zərərçəkmiş Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Kamalədin oğlunun iştirakları ilə xx.xx.1965-ci il ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Tatlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə saat 06 radələrində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, yəni nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi "VAZ-2106" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində "Bayraq meydanı" adlanan yerdə Qazax şəhəri istiqamətində saatda 60 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almalı olduğu halda, bunlara riayət etməyərək, cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirib avtomobili həmin vaxt yolun sağ tərəfindən əsas yola daxil olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ-21011" markalı **-BR-*** qeydiyyat nişanlı avtomobilin sol yanından vurub toqquşmaqla həmin avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1 sol gicgah nahiyəsinin səthi əzilmiş yara və sol kürək sümüyünün sınığı xəsarətləri ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli və öz avtomobilində olan sərnişən Zərərçəkmiş şəxs2 sol-sağ dizin alt səthində əzilmişsıyrılmış yaraları, döş qəfəsinin sol İV-V-Vİİ qabırğaların yerdəyişməsiz sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır dərəcəli bədən xəsarətləri almasına, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını idarə etmə hüququ olmayan şəxs tərəfindən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonu Tatlı kəndində qeydiyyatda olmaqla yaşayır. Hadisə baş verən vaxt Ağstafa Mənzil təsərüfat birliyində fəhlə işləmişdir. Sonra işdən çıxarıldığı üçün hazırda işsizdir. Zərərçəkmiş şəxs2 arvadı, digər Zərərçəkmiş şəxs1 isə həmkəndlisidir. Zərərçəkmiş şəxs1la münasibətləri normal olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. Özünün avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 18 avqust 2023-cü il tarixdə saat 06 radələrində həmin arvadı Zərərçəkmiş şəxs2 və bacısı Şahid ilə birlikdə idarə etdiyi VAZ-2106 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobillə hər üçünün işlədiyi Ağstafa Mənzil təsərüfat birliyinə işə getdikləri vaxt, “Bayraq meydanı” deyilən yerə çatarkən qəfildən Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ-21011" markalı avtomobil onun yoluna çıxmış, həmin vaxt avtomobili saatda 60 km sürətlə idarə etmiş, avtomobilini bir qədər sola çəksə də avtomobilinin qabaq hissəsi həmin avtomobilin sol tərəfi ilə toqquşmuş, nəricədə arvadı və Anar xəsarət almışlar. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxslər onunla barışmışlar, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ağstafa rayonu Tatlı kəndində qeydiyyatda olmaqla yaşayır. Ağstafa mənzil təsərrüfat birliyində fəhlə işləyir. Təqsirləndirilən şəxs əri, Zərərçəkmiş şəxs1 isə həmkəndlisidir. 18 avqust 2023-cü il tarixdə səhər saatlarında Mehmanın idarə etdiyi VAZ-2106 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobillə avtomobillə Tatlı kəndindən çıxıb Ağstafa şəhərinə gəlmişlər. Avtomobildə ön sərnişin oturacağında onun özü, arxa oturacaqda isə Mehmanın bacısı Həyat oturmuş, həmin gün, saat 06 radələrində Ağstafa şəhərindəki “Bayraq meydanı”na çatan vaxt Anarın idarə etdiyi avtomobil qəfildən yola çıxmış, Mehman nə qədər çalışsa da qəzanın qarşısını ala bilməmiş, toqquşma baş vermiş, o da xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti, tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Tatlı kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük hüququ vardır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Aralarında hər hansı ədavət və düşmənçəlik olmamışdır. 18 avqust 2023-cü il tarixdə saat 06 radələrində Ağstafa şəhərində yerləşən bazardan çıxıb idarə etdiyi VAZ-21011 markalı ** BR *** qeydiyyat nişanlı avtomobili ilə Ağstafa şəhərinin içərisiylə kəndə qayıdan vaxt, “Bayraq meydanı” deyilən yerdə dayanmadan Bakı şəhəri istiqamətində yolun sağında yerləşən yanacaqdoldurma məntəqəsinə dönmə əməliyyatı aparıb getmək istəmiş, avtomobillərin gəlmədiyini fikirləşib gəldiyi surətlə də yola daxil olmuşdur. Yolun orta xəttinə çatanda sol tərəfdən gələn, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil istiqamətini bir qədər sola çəkərək ağ xəttdən yanacaq doldurma məntəqəsi tərəf zolaqda onun avtomobilini vurmuşdur. Hazırda Mehman ona dəymiş ziyanı ödədiyi üçün təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Təqsirləndirilən şəxslə eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 21 avqust 2023-cü il tarixli 357 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər– sol gicgah nahiyəsinin səthi əzilmiş yarası və sol kürək sümüyünün sınığı xəsarətləri küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan əlavə məhkəmə-tibb ekspertizasının 08 yanvar 2024cü il tarixli 375 «a» nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlər– sol-sağ dizin alt səthində əzilmiş-sıyrılmış yaraları, döş qəfəsinin sol İV-V-Vİİ qabırğaların yerdəyişməsiz sınığı xəsarətləri küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 16 oktyabr 2023-cü il tarixli 8/2897 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21011 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 8/1761-4/1119 nömrəli 01 noyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskdə qeydə alınmış VİD- 20240613-WA0026 adlı videogörüntü ekspertizası yolu ilə yol-nəqliyyat hadisəsi iştirakçılarının hərəkət parametrlərini müəyyən etmək mümkün olmamış və məhkəmə tərəfindən hazırki, ekspertizanın təyini haqqında qərarda konkret olaraq qiymətləndirilmiş hadisə mexanizmi təqdim edilməmişdir. Ona görə də, məhkəmə yolnəqliyyat hadisələri ekspertizası yolu ilə sürücülərin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün olmamışdır. İş materiallarında olan Ağstafa RPŞ-nin xx.xx.2023-cü il tarixli 173/4452-2023 nömrəli məktubundan görünür ki, Ağstafa rayonu Tatlı kənd sakini xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına DİN-nin X2 Sistemində sürücülük vəsiqəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Ağstafa RİHB-nin Tatlı kənd İƏD üzrə nümayəndəsindən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi aktından görünür ki, hadisə baş verən vaxt Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 1(015)-56-2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmiş, o, cinayət məsuliyyətindən azad edilmiş, iş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış “VAZ-2106” markalı, **-BJ- *** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs1 və iş üzrə digər maddi sübut olan, ibtidai istintaq zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılmış “VAZ-21011” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsində saxlanılmış, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Zərərçəkmiş şəxs1 tutularaq Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesaba ödənilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışmasını və ondan şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və cərimə cəzası təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzası təyin edilməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış “VAZ-21011” markalı, **-BR-*** dövlət qeydiyyat avtomobilin Zərərçəkmiş şəxs1 istifadəsində, iş üzrə digər maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmış “VAZ-2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs istifadəsində Ağstafa Rayon Məhkəməsinin 1(015)-56-2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərarına əsasən saxlanılmalı olması nəzərə alınmalı, iş üzrə məhkəmə xərci- ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pulun Ağstafa Rayon Məhkəməsinin 1(015)-56-2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs1 tutulmalı olması nəzərə alınmalı, iş üzrə digər məhkəmə xərci- məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməli, məhkəmə xərcləri- Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ0136010**********944, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6500 (altı min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış “VAZ-21011” markalı, **-BR-*** dövlət qeydiyyat avtomobilin Zərərçəkmiş şəxs1 istifadəsində, iş üzrə digər maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmış “VAZ-2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs istifadəsində Ağstafa Rayon Məhkəməsinin 1(015)-56-2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərarına əsasən saxlanılmalı olması nəzərə alınsın. İş üzrə məhkəmə xərci- ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pulun Ağstafa Rayon Məhkəməsinin 1(015)-56-2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs1 tutulmalı olması nəzərə alınsın, iş üzrə digər məhkəmə xərciməhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ0136010**********944, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-8/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-8/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver