Məhkəmə qərarları › İş №1(015)-80/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-80/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-80/2023 14.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələsgərov Rafiq Ramiz oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1968-ci ildə Gürcüstan SSR Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasını vətəndaşı, orta təhsilli, ailəli, 1-ci qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi VAZ-21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sadıxlı-Ağstafa avtomobil yolunun Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisindən keçən 23-cü kilometrliyində, Sadıxlı kəndi istiqamətində 60-65 km/ sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək, cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirmiş və həmin vaxt avtomobil yolunu sol tərəfdən sağ tərəfə keçən piyada X3 avtomobilin qabaq hissəsi ilə vuraraq onun başın alın və təpə nahiyəsinin qançırları və sıyrıqları, burun sümüklərinin qapalıyerdəyişməli sınığı, hər iki gözaltı nahiyənin qançırı, sağ aşağı ətrafın bayır səthinin qançırı, sağ budun aşağı 1/3-nin qapalı-yerdəyişməli sınığı, sağ ağ ciyərin cırılması, sağ tərəfli hemopnevmotoraks, daxili qanaxma və travmatik-hemorragik şokla müşayət olunan, sağ döş qəfəsinin 7-8-9-cu qabırğalarının qapalı-yerdəyişməli sınığı, sağ döş qəfəsinin qapalı küt travması, hər iki yuxarı ətrafın, gövdənin sağ tərəfinin çoxlu sayda sıyrıqları və qançırları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə, sağ ağ ciyərin travmatik cırılması nəticəsində baş vermiş daxili qanaxma, travmatik-hemorragik şok səbəbindən ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Xətai kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. VAZ-2107 markalı ** BN *** qeydiyyat nişanlı avtomobil ona məxsusdur, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Zərərçəkmiş şəxs Elçin Xəlilovu əvvəllər tanımamışdır. 18 iyun 2023-cü il tarixdə qohumu- arvadının bacısının əri Şahid1 və sonuncunun avadını Qazax rayonu Kosalar kəndindəki toy məclisindən Ehtibarın yaşadığı Saloğlu kəndinə apardığı vaxt öz arvadı da avtomobildə olmuş, Ehtibar onun idarə etdiyi VAZ-2107 markalı ** BN *** qeydiyyat nişanlı avtomobildə, ön sərnişin oturacağında, arvadı və arvadının bacısı isə arxa oturacaqda oturmuş, həmin gün, saat 21 radələrində Sadıxlı Ağstafa yolunun Poylu qəsəbəsi ərazisindən keçən hissəsində, avtomobili təxminən 60-65 km/saat sürətlə sürdüyü vaxt qarşıdan- Ağstafa şəhəri istiqamətində bir nəfər şəxsin yolun kənarı ilə gəldiyini görmüş, həmin şəxs avtomobil ona yaxınlaşan vaxt qəfildən yoluna çıxmış və avtomobili ilə şəxsi vurmuşdur. Əvvəlcə avtomobilə nəyin dəydyini anlamadıqları üçün sərnişinlər avtomobilə daş dəydiyini bildirsələr də o, adam dəydiyini deyərək avtomobilini saxlayıb yerə düşmüş, həqiqətən də avtomobilin sonradan adının Elçin Xəlilov olmasını bildiyi şəxsə dəydiyini, sonuncunun yerə yıxıldığını görmüşdür. Hadisə yerinə gəlmiş TTY avtomobili Elçini xəstəxanaya aparmış, lakin Elçin xəstəxanada ölmüşdür. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisindən üzrxahlıq etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi onunla barışmışdır, özü Birinci Qarabağ müharibəsində iştirak etmişdir, 1-ci qrup əlildir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonu, Poylu qəsəbəsində yaşayır. X5 əkiz qardaşı olmuşdur. 18 iyun 2023-cü il tarixdə, saat 21-22 radələrində evdə olan vaxt qardaşı Elçinin xəstaxanaya aparılmasını eşitmiş, Ağstafa rayon mərkəzi xəstəxanasına getlmiş, xəstəxanada həmin gün, saat 21 radələrində Ağstafa rayonu Xətai kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı avtomobillə Ağstafa- Sadıxlı yolununda, Poylu qəsəbəsi ərazisində Sadıxlı kəndi istiqamətində hərəkətdə olarkən qardaşı Elçini avtomobillə vurması bəlli olmuşdur. Elçin aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs ondan və ailə üzvlərindən üzrxahlıq etmişdir, Yusiflə barışmışdır, ondan şikayətçi deyil. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, Poylu qəsəbəsində yaşayır. X8 tanışıdır, münasibətləri yaxşı olmuşdur. 18 iyun 2023-cü il tarixdə saat 17 radələrində Elçinlə görüşüb Poylu qəsəbəsinin ərazisində yerləşən kafeyə balıq yeməyə getmiş, orada araq və pivə içmiş, saat 20 radələrində kafedən çıxıb qəsəbədə yerləşən çayxananın yanına qayıtmışlar. Çayxananın yanında bir qədər durandan sonra Elçin yenidən kafeyə qayıtmaq istədiyini demiş, birlikdə qəsəbənin girəcəyinə qədər söhbət edə-edə getmişlər. Kafeyə doğru piyada özü Ağstafa şəhəri istiqamətində yolun sol, Elçin isə sağ tərəfi ilə getdikləri vaxt, saat 21 radələrində Elçin yolu ona tərəf, yəni Ağstafa şəhəri istiqamətdə sola keçmək istəyəndə Ağstafa şəhəri tərəfdən gələn VAZ-2107 markalı avtomobil öz yolunda Elçini vurmuş, Elçin yolun sağ tərəfinə yıxılmışdır. O, sərxoş olduğundan əvvəlcə qorxub qəsəbəyə tərəf qaçaraq çayxanadan adam çağırmaq istəmiş, çayxana bağlı olduğu üçün gedib Elçinin evinə hadisə barədə məlumat vermiş, sonra isə Elçinin ailəsi ilə birlikdə hadisə yerinə qayıtmışdır. Orada məlum olmuşdur ki, Elçin xəstaxanaya aparılmışdır. Xəstaxanada Elçinə tibbi yardım edilsə də o, aldığı xəsarətlərdən ölmüşdür. Elçin də həmin vaxtı sərxoş olmuş, əvvəllər də Elçin sərxoş hlada avtomobil yoluna çıxaraq özü və yoldakı avtomobillər üçün təhlükə törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Saloğlu qəsəbəsində yaşayır, Təqsirləndirilən şəxs bacanağıdır, X8u əvvəllər tanımamışdır. 18 iyun 2023-cü il tarixdə saat, 20-21 radələrində Qazax rayonu Kosalar kəndində toydan Yusif VAZ-2107 markalı avtomobili ilə arvadını, onu və onun arvadını götürüb onları evlərinə düşürmək üçün Saloğlu qəsəbəsinə yola düşmüşlər. Sürücünün yanında, qabaq oturacaqda özü oturmuş, qadınlar isə arxa oturacaqda oturmuşlar. Poylu qəsəbəsi ərazisində, yaşayış məntəqəsi olmayan hissədə Sadıxlı kəndi istiqamətində hərəkət edən vaxt onların hərəkət zolağının sol tərəfində təxminən 8-10 metr aralı sonradan adını bildiyi Elçin qəfilədən soldan sağa tərəf yola qaçmış, Yusifin idarə etdiyi avtomobil Elçinə dəymiş, qadınlar avtomobilə daş dəydiyini bildirsələr də Yusif avtomobili saxlamış, Elçinin yanına qayıtmış, onlar da Yusifin yanına getmişlər. Orada zəng vurub xəstəxanaya məlumat vermişlər, hadisə yerinə gələn təcilitibbi yardım avtomobili Elçini xəstəxanaya aparmışdır. Xəstaxanada Elçinə tibbi yardım olunsa da sonuncu orada ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da eyni məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 06 iyul 2023-cü il tarixli 04 nömrəli rəyində görünür ki, mərhum X2 meyiti üzərində başın alın və təpə nahiyəsinin qançırları və sıyrəqları, burun sümüklərinin qapalı-yerdəyişməli sınığı, hər iki gözaltı nahiyənin qançırı, sağ aşağı ətrafın bayır səthinin qançırı, sağ budun aşağı 1/3-nin qapalıyerdəyişməli sınığı, sağ ağ ciyərin cırılması, sağ tərəfli hemopnevmotoraks, daxili qanaxma və travmatik-hemorragik şokla müşayət olunan, sağ döş qəfəsinin 7-8-9-cu qabırğalarının qapalı-yerdəyişməli sınığı, sağ döş qəfəsinin qapalı küt travması, hər iki yuxarı ətrafın, gövdənin sağ tərəfinin çoxlu sayda sıyrıqları və qançırları xəsarətləri olmuşdur, xəsarətlər həyatidirlər, Elçin Xəlilovun ölümündən azacıq əvvəl küt əşyaların təsirindən yaranmışdırlar və dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, mərhumun ölümünə səbəb sağ ağ ciyərin travmatik cırılması nəticəsində baş vermiş daxili qanaxma, travmatik-hemorragik şok olmuşdur, meyit üzərində olan xəsarətlərin lokalizasyasını nəzərə alaraq hadisədən bilavasitə əvvəl avtomobil mərhumun bədəninin sağ hissəsi ilə kontaktda olmuşdur, Elçin Xəlilovun qanında etil spirti aşkar edilmişdir, qanda qatılığı 0,8 %-dir, canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. İş materiallarında olan məhkəmə avtotexniki ekspertizasının 11 avqust 2023-cü il tarixli 8/2146 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, avtomobilin fotoşəkillərindən piyadanın VAZ-21074 markalı avtomobilin qabaq sağ hissəsi ilə vurulması müəyyən olunur, istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizmi, yəni yolu soldan sağa doğru keçən piyadanın VAZ-21074 markalı avtomobilin qabaq sağ hissəsi ilə vurulması real hadisə mexanziminə uyğundur. İş materiallarında olan, zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi Sadıxlı-Ağstafa avtomobil yolunun Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisindən keçən 23-cü kilometrliyində baş vermişdir. İş materiallarında olan 642516 nömrəli sənəddən görünür ki, hadisə baş verən vaxt Təqsirləndirilən şəxs ayıq olmuş, spirtli içki qəbul etməmişdir. İş materiallarında olan AC 627164 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə verilmişdir, xx.xx.2026-cı il tarixə qədər etibarlıdır. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, DSMF Ağstafa rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 038049 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində iştirak etmişdir, 1-ci qrup əlildir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hal, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadufi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ondan şikayətinin olmamasını, Azərbaycan Respublikasının ərazi btövlüyünün qorunmasında iştirak etməsini, 1-ci qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, cəzasını ağırlaşdıran hal olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq olunmasını məqsədmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibi Y. Abbasova təhvil verilmiş “Vaz 2107” markalı, ** BN *** nömrəli avtomobil onun istifadəsinə saxlanılmalı, iş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmiş “Vaz 2107” markalı, ** BN *** nömrəli avtomobil sahibi Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar