Məhkəmə qərarları › İş №1(015)-83/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-83/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-83/2024 09.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində şikayət verilmiş şəxs X2 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi X1in şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq Müəyyən etdi : X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi X1 şikayətini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X7 onun barəsində əsassız ittihamlarla Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edərək bildirmişdir ki, 2020-ci ilin yanvar ayından həmin ilin sentyabr ayınadək o, X5 Məmmədova təyin olunacaq cəzanı daha yüngül həddə təyin edilməsinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə 69200 manat, 4500 ABŞ dolları olmaqla, ümumilikdə 76850 manat pul vəsaitini ələ keçirmişdir. Guya Mehman ona axırıncı dəfə 2022-ci ilin sentyabr ayında Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində yerləşən “Ayan Palace”-nin qarşısında nağd və əlbəəl şəkildə 5000 manat pul vəsaiti vermişdir. Məmmədov Mehman bununla bağlı sosial şəbəkədə müxtəlif məzmunda məlumatlar yaymışdır. “Tik-tok” sosial şəbəkəsində isə İbadət Məhərrəmov “Qazi atasını aldatdı” adı altında məqalə yayımlanmasını təşkil etmişdir. Həmin məqalə “Tiktok” sosial şəbəkəsində dəfələrlə yayımlanmışdır. Mehman Məmmədovla uzun müddət tanış olmuş, Rusiya Federasiyasında bir şəhərdə işləmiş, münasibətləri həmişə yaxşı olmuşdur. Mehman Məmmədov onun və övladlarının barəsində həqiqətə uyğun olmayan məlumatlarla müxtəlif orqanlara müraciət etmişdir. Mehman Məmmədov onun barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib heç bir nəticəyə nail olmamasını görüb barəsində Tovuz rayon Polis Şöbəsinə də müraciət etmişdir. Bundan sonra Mehman Məmmədov Respublika Hərbi Prokurorluğuna müraciət edərək onun övladlarının qanunsuz yolla hərbi xidmətdən yayınmaları barədə həqiqətə uyğun olmayan şər və böhtandan ibarət məlumatlar vermişdir. Onun övladları barədə müraciətinə Qazax hərbi prokurorluğunda baxılmış və əsassız olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Mehman Məmmədov orqanlara müraciətləri ilə bərabər müxtəlif saytlarda onun və oğlanlarının barəsində həqiqətə uyğun olmayan məlumatların yayılmasını da təşkil etmişdir. Mehman Məmmədovun niyyəti ondan pul almaqdır. Ona görə də X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən sonuncu hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış xüsusi ittihamçı və onun nümayəndəsi vəkil Nümayəndə məhkəmə hazırlıq iclasına gəlməmişdir. Xüsusi X1 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hal-hazırda şikayətin geri götürülməsi zərurəti yaranmışdır. Ona görə də hazırki iş üzrə şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 əməlində cinayət əlamətlərinin mövcud olmadığını, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə əsas verir. İş materiallarında olan ərizədən də göründüyü kimi, xüsusi ittihamçının etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək yaranmış zərurətlə əlaqədar şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-in 300.1.3 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi X1un şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar