Məhkəmə qərarları › İş №1(015)-84/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-84/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-84/2024 17.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Аğstafa rayonunun Oraq-Çəkic kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Qaçaq Kərəm kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək tanışı, Ağstafa rayonu Yenigün kənd sakini Zərərçəkmiş şəxs hər hansı bir təşkilata işə düzəldəcəyinə inandırıb Zərərçəkmiş şəxs təqdim etdiyi özünə aid “Kapital Banka” məxsus **********647690 nömrəli plastik karta ünvan 1 ünvanda yerləşən Kəsəmən marketdə quraşdırılmış MPAY elektron ödəmə sisteminin terminalı vasitəsilə 18 may 2023-cü il tarixdə saat 13:23-də 2000, 13:25-də 2000 və 13:26-da 1000 manat, 27 may 2023-cü il tarixdə saat 09:47-də isə Ağstafa rayonu Xətai kəndində yerləşən Tataroğlu marketdə quraşdırılmış eManat elektron ödəmə sisteminin terminalı vasitəsilə istifadəsində olan həmin karta 1000 manat pulu Zərərçəkmiş şəxs köçürtdükdən sonra həmin pulları hüquqa zidd və əvəzsiz olaraq ələ keçirərək sonradan işin həlli istiqamətində hər hansı bir hərəkət etməyərək və müxtəlif bəhanələrlə pulun qaytarılmasından imtina edərək vahid niyyətlə əhatə edilən qəsdlə Zərərçəkmiş şəxs cəmi 6000 manat pulunu aldadıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonunun Xətai kəndində yaşayır. Zərərçəkmiş şəxs həmyerlisidir. 2023-cü ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs onunla söhbət zamanı işsiz olmasını, iş axtardığını bildirmiş, ona kömək etməsini xahiş etmişdir. Həmin vaxt Pərvanəni aldadıb pulunu ələ keçirmək qərarına gəlmiş, yalan danışıb 6000 manat pul müqabilində onu işə düzəldəcəyini demiş, Pərvanə ona inanmışdır. Daha sonra Pərvanə onun "xxxx"a məxsus **********647690 nömrəli plastik karta ünvan 1 ünvanında yerləşən Kəsəmən marketdə quraşdırılmış “MPAY” elektron ödəmə sisteminin terminalı vasitəsilə 18 may 2023-cü il tarixdə saat 13:23-də 2000, 13:25-də 2000 və 13:26-da 1000 manat, 27 may 2023-cü il tarixdə saat 09:47-də isə Ağstafa rayonu Xətai kəndində yerləşən Tataroğlu marketdə quraşdırılmış “eManat” elektron ödəmə sisteminin terminalı vasitəsilə 1000 manat pulu göndərmişdir. Ümumilikdə Pərvanə ona 6000 manat məbləğində pul yollamış, o da pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan Pərvanə ondan pulu qaytarmasını istəmiş, lakin pulu Pərvanəyə qaytara bilməmişdir. Hazırda törətdiyi cinayətdən peşmandır, Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə qaytarıb vermiş, bundan əlavə dəymiş ümumi ziyanın 25% məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Pərvanə onunla barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon sakinidir. Təqsirləndirilən şəxs həmyerli kimi tanıyır, aralarında hər hansı narazılıq olmamışdır. Əvvəllər işləsə də yaşlı və xəstə valideynlərinə baxmaq üçün işdən çıxmış, valideynləri öldükdən sonra işsiz olduğu üçün iş axtarmağa başlamışdır. Bir dəfə İmamhüseynlə rastlaşdıqda sonuncudan ona iş tapmasına köməklik eləməsini xahiş etmiş, İmamhüseyn 6000 manat müqabilində ona iş tapacağını bildirmiş, o da inanmışdır. O, İmamhüseynin "xxxx" məxsus **********647690 nömrəli plastik kartına ünvan 1 ünvanında yerləşən “Kəsəmən market”də quraşdırılmış “MPAY” elektron ödəmə sisteminin terminalı vasitəsilə 18 may 2023-cü il tarixdə saat 13:23-də 2000, 13:25də 2000 və 13:26-da 1000 manat, 27 may 2023-cü il tarixdə saat 09:47-də isə Ağstafa rayonu Xətai kəndində yerləşən Tataroğlu marketdə quraşdırılmış “eManat” elektron ödəmə sisteminin terminalı vasitəsilə 1000 manat olmaqla, ümumilikdə 6000 manat pul göndərmişdir. Sonradan İmamhüseynin onu aldatdığını anlamış, pulunu qaytarmasını tələb etmiş, pulu qaytarılmadığı üçün şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi, ona vurduğu ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan qəbzlərdən görünür ki, "xxxx" ASC-yə məxsus, Təqsirləndirilən şəxs aid **********647690 nömrəli plastik karta ünvan 1 ünvanında yerləşən “Kəsəmən market”də quraşdırılmış “MPAY” elektron ödəmə sisteminin terminalı vasitəsilə 18 may 2023-cü il tarixdə saat 13:23-də 2000, 13:25-də 2000 və 13:26-da 1000 manat, 27 may 2023-cü il tarixdə saat 09:47-də isə Ağstafa rayonu Xətai kəndində yerləşən Tataroğlu marketdə quraşdırılmış “eManat” elektron ödəmə sisteminin terminalı vasitəsilə 1000 manat pul göndərilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Kapital Bank ASC”-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərərin 25 faizi, yəni 1500 manat pulu dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanlığı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi sübuta yetirilmişdir, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.2ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə bаrışmış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyаnı və eyni zamanda 1500 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir, zərərçəkmiş şəxsin ondan hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması, eyni zamanda dövlət büdcəsinə dəymiş ziyanın 25%-i məbləğində pulu ödəməsi nəzərə alınmalı və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut olan cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd kağız vərəqdə 04 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddiа, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd kağız vərəqdə 04 (dörd) ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar