Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-85/2023 14.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası vətəndaşı İsmayılov X2 vətandaşı X4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 10 dekabr 2022-ci il tarixdə, saat 23:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət - buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Ceyrançöl qəsəbəsi ərazisində yerləşən 8-ci sərhəd zastavasının 9-cu sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmişdir. 27 iyun 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2019-cu ildə qanuni yolla valideynləri və dayısı Gürcüstan Respublikasında yaşadıqları üçün ora getmiş, bir müddət heyvandarlıqla məşğul olmuş, sonra Azərbaycan Respublikasına qayıtmaq istəmiş, lakin imkanı olmadığı üçün sərhədi qanunsuz yolla keçmək qərarına gəlmiş, xalası oğlu, Gürcüstan vətəndaşı Ərzuman Şirinovla gizli yolla gəlmək məqsədilə xx.xx.2022-ci il tarixdə onunla birlikdə Gürcüstan-Azərbaycan sərhədinə gəlmiş, həmin gün, saat 23:30 radələrində onlar Azərbaycan Respublikası ərazisinə keçmişlər. Ərzuman ona Ağstafa şəhərinə getmək üçün yolu göstərdikdən sonra geri, Gürcüstana qayıtmış, özü isə piyada asfalt yolun kənarına çıxmış, ordan tanımadığı şəxsin idarə etdiyi, yol maşnı olan “Niva” markalı maşınla sərnişin kimi Kür çayının körpüsünə qədər gəlmiş, oradan da avtobusla Ağstafa şəhərinə gəlmiş, oradan Bakı şəhərinə getmişdir. Bir müddət orada fəhləlik edərək kirayədə qalmış, sonra iş yoldaşları Ağstafa rayonuna ot yığımına getdiklərini dedikdə o da onlarla Ağstafa rayonuna gələrək orada fəhləlik etmiş, sonra isə Ceyrançöl adlanan ərazidə fermada sərhədçilər tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır, gələcəkdə bir daha qanunsuz əməllərə yol verməyəcəkdir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının komendantı vəzifələrini müvəqqəti icra edən, kapitan Şahid1 ifadəsində göstərmişdir ki, 1 nəfərin şəxsin Gürcüstandan qanunsuz keçib və Ağstafa ərazisində fermada işləməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında fermaya həyət göndərilmiş, heyət orda olarkən təqsirləndirilən şəxs şüphələnərək qaçmağa cəhd göstərmiş, həyəti cəlb edərək, yaxalanması ilə bağlı göstəriş vermişdir. Dindirmə zamanı onun qanunsuz yolla sərhədi keçdiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının əməliyyatçısı baş leytenant Şahid2 da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 27 iyun 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Ağstafa rayonu, Ceyrançöl massivində yerləşən N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 9-cu sahəsinə baxış keçirilərkən məlum olmuşdur ki, həmin ərazi sərhəd zastavasının 3000 metr, Ağstafa rayonu Poylu qəsəbəsində 40 km məsafədədir, ərazi düzənlik və dağlıq relyefə məxsusdur, dövlət sərhəd xətti dağlıq ərazidən keçir. Baxış zamanı Təqsirləndirilən şəxs 10 dekabr 2022ci il tarixdə saat 23:30 radələrində dövlət sərhədini qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdiyi ərazini göstərmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı inzibati qaydada 01 gün tutulmuşdur. İş materiallarımda olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Gürcüstan vətəndaşı X1 barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 01 gün təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-85/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-85/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver