Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-9/2025 28.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X11 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Qazax rayonu Kalininkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonu Həsənsu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Fəridə Cahangir qızı X1 ilə müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə 30000,00 ABŞ dolları və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzini Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 iyul 2015-ci il tarixli, 2(104)- 1272/2015 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 3(015)-91/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasını təmin etməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 15 mart 2021-ci il, 06 aprel 2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 14 aprel 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, əvvəllər işlədiyi Ağstafa rayon Üzüm Stehsalı və Emalı zavodu 2000-ci ildə X6 tərəfindən özəlləşdirilərək orada “Ümid” firmasını təsis etmiş, həmin firmada 2018-ci ilədək işləmiş, hazırda isə fərdi əmək fəaliyyəti ilə məşğul olur, 2011-ci ilin dekabr ayında Gürcüstan vətəndaşları Zərərçəkmiş şəxs və Besik Sidamonidze ilə “Ümid” firması arasında şərabçılıq sahəsində müqavilə bağlanmış, bundan sonra firmada istehsal edilmiş çaxırlar çənlərə yığılmış, çənlərin mühafizəsi isə Zərərçəkmiş şəxs Gürcüstandan gətirdiyi şəxslər tərəfindən təmin edilmiş, bir müddətdən sonra sonuncunun şəriki B.Sidamonidzeli firmaya gəlmiş və çənlərdəki çaxırın dəyərini T.Hüseynova ödədikdən sonra məhsulları aparmış, həmin vaxtdan təxminən bir il sonra Zərərçəkmiş şəxs tərəfindən onlara qarşı borc tələbinə dair məhkəmədə iddia qaldırmış, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(104)-1272/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan və X2 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə 30000 ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Ağstafa rayon icra və probasiya şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin ona aid hissədə icrasının təmin olunmasını tələb etmiş, o, isə sonuncuya borcu olmadığı üçün qətnaməni əsassız hesab etdiyindən icrasını təmin etməmiş, icra məmuru dəfələrlə ondan məhkəmə aktını icra etməməsi ilə əlaqədar izahatlar almış, hətta Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021ci il tarixli, 3(015)-91/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, icra məmuru ona qətnamənin icrasını qərəzli təmin etmədiyi üçün məsuliyyəti barədə rəsmi xəbərdarlıq vermişdir. Məlum borc Zərərçəkmiş şəxs ilə “Ümid” firmasının direktoru Tofiq Hüseynov arasında qurulmuş iş birliyindən yaranmış və borcu da sonuncu ödəməklə qətnamənin icrasını təmin etməli olmuş, lakin Tofiq Hüseynov ölmüşdür. Maddi imkanı olmadığı üçün zərəri ödəyə bilməmişdir. Əməlindən peşmandır, ümumi borcdan zərərçəkmişə çatdırılması üçün Ağstafa rayon İcra və Probasiya şöbəsinin depozit hesabına 2000 manat pul ödəmişdir. Ona yüngül cəza təyin olunmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, 01 aprel 2012-ci il tarixdə Təqsirləndirilən şəxs və X6 ilə bağlanmış müqaviləyə əsasən investisiya şəklində “Ümid” şirkətinin şərab zavoduna sərmayə qoyulmuş, müqavilənin şərtinə görə növbəti beş il müddətində əldən olunacaq gəlirin 45% ona, 51% T.Hüseynova, 4% isə Təqsirləndirilən şəxs çatması barədə razılaşılmış, bundan başqa həmin şirkərin bərpa və təmir işləri üçün 2010-cu ilin dekabr ayından 2011-ci ilin iyun ayınadək olan dövrdə Tbilisi şəhərindən Ağstafa rayonunun, Həsənsu kəndinə 10024,00 ABŞ dollar dəyərində mal və material şəxsi vəsaiti hesabına alıb göndərmiş, 2012-ci ilin yanvar ayından iyun ayınadək olan müddətdə şərab materiallarını hazırlayan işçilərə əmək haqqı, qida, nəqliyyat və digər xərclər üçün ümumilikdə 10000,00 ABŞ dollar məbləğində pul vəsaiti ödəmiş, həmin ilin təxminən sonlarından zavod fəaliyyətə başlayaraq istehsal etdiyi məhsulların satışını təşkil etmiş və oradan əldə edilmiş gəliri onlar götürməklə ona aid hissəsini verməmişdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, işin icrası ilə əlaqədar zəruri icra işləri aparılmışdır. İcra sənədi üzrə 30000 ABŞ dolları Zərərçəkmiş şəxs ödənilməli olduğu halda, təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş olunmamışdır. Ona görə də təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunmuş, barəsində cinayət işi başlanılması üçün təqdimat göndərilmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxsin adına əmlaklar aşkar olunmamış, əvvəllər aşkar olunmuş əmlaklar da özgəninkiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(104)-1272/2015 nömrəli qətnaməsinin və icra vərəqəsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(015)-119/2025 saylı qətnaməsi ləğv edilmiş, cavabdehlər Təqsirləndirilən şəxs və X3 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə 30000 (otuz min) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmiş və müvafiq icra vərəqi verilərək həmin qərar icraya yönəldilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(104)-1272/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs və Tofiq Hüseynova tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İş materiallarından görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, X4 28 iyul 2021-ci il tarixdə öldüyü istintaqla sübuta yetirildiyi üçün cinayət işinin icraatına ona aid hissədə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 3(015)-91/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarda inzibati qaydada cərimə olunmuşdur. İş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs məsuliyyət barədə xəbərdarlıq olunmasına, həmçinin məhkəmə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat miqdarda inzibati qaydada cərimə edilməsinə baxmayaraq o, öz hərəkətlərini davam etdirərək Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(104)- 1272/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Ağstafa rayon notariat ofisinin notariusu tərəfindən həyata keçirilmiş 21 yanvar 2016-cı il və 20 aprel 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 iyul 2015-ci il tarixli, 2(104)-1272/2015 saylı qətnaməsinin icrasından qərəzli yayınmaq məqsədilə özünə məxsus olmuş və Ağstafa rayonu, Həsənsu kəndində yerləşən, ümumi sahəsi 2381.4 kv.metr olan, ümumi sahəsi 315.6 kv.metr olan əmlak komplekslərini və ümumi sahəsi 339.8 kv.metr olan 6 otaqlı fərdi yaşayış evini qızı X8 bağışlama yolu ilə özgəninkiləşdirmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən ediməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, sınaq müddəti bitmiş, məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun övladları Eka Gortamaşvili, Rusudan Gortamaşvili və Gvantsa Gortamaşvili məhkəməyə ərizə ilə müraciət edərək onları atalarının hüquqi varisi kimi qəbul etmələrini xahiş etmişlər. Məhkəmə Zərərçəkmiş şəxs övladları olan Eka Gortamaşvilini, Rusudan Gortamaşvilini və Gvantsa Gortamaşvilini zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanımışdır. Belə ki, Azərabycan Respublikası CPM-nin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 87.2 və 106.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.2-ci maddəsinin “törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər” və 106.1-ci maddəsinin “hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri hüquqi varis hesab olunur” müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində və ya bundan sonra hər hansı başqa bir səbəbdən ölmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş zərər çəkmiş şəxsin əvəzinə cinayət təqibi üzrə icraatda iştirak edən və həmin Məcəllənin 106.6-cı maddəsində nəzərdə tutulan hallar (hüquqlar) istisna olmaqla, hüquq və vəzifələri həyata keçirən hüquqi varisi nəzərdə tutur. İş materiallarında olan Zərərçəkmiş şəxs vərəsələrinin məhkəməyə göndərdikləri ərizədən görünür ki, onlar Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(104)-1272/2015 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə 30000 (otuz min) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi ilə bağlı pul məbləğinin ödənilməsini tələb edirlər. Əks halda Təqsirləndirilən şəxs CM-nin 306.1-ci madddəsi ilə qanun çərçivəsində cəzalanmasını tələb edirlər. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin vasitəsilə ödənilmiş 28286 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2000 manat məbləğində pul Ağstafa rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-9/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-9/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver