Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-1/2024 19.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində X1 yaşadığı evin qarşısında, Ağsu şəhəri, Ə.Bayramov küçəsində aralarında baş vermiş şəxsi münasibətlər zəmnindəki mübahisə zamanı sonuncunun yumruqla baş nahiyəsindən vurmuş, nəticədə isə sol əlinin 4-cü barmağında olan üzük Qüdrət Süleymanovun baş nahiyəsinə dəyərək ona başın təpə nahiyəsinin yarası xəsarəti ilə müşaiyət olunan, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olub qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək ona dəyən maddi və mənəvi ziyanın ödənildiyini, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 276 nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər – başın təpə nahiyəsinin yarası. Göstərilən xəsarətlər dərəcəsinə görə ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 698 saylı Əfv Fərmanına əsasən xx.xx.2007-ci il tarixdə cəzadan azad edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5 il 7 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 6 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qazaxıstan Respublikasının Aktau Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin 1 və 2-ci bəndlərinə və 188-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə və 58-ci maddənin 3-cü hissəsinə əsasən təqsirli bilinərək 3 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. - Ağsu Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 1(016)-60/2021 nömrəli qərarı ilə cinayət işinin icraatı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. - Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Rusiya Federasiyasında həbsdə olduğu üçün Ağsu Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə məhkəmə iclaslarında iştirak edə bilmir. O, iş üzrə zərərçəkmiş şəxs X2 ilə barışdığından, iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. - Ağsu Rayon Məhkəməsinin 04 sentyabr 2024-ci il tarixli, 1(016)-1/2024 nömrəli qərarı ilə cinayət işinin icraat təzələnmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və X1 ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməlidir. CPM-in: 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CM-in 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ilə barışdığı və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən, CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iş materialları ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi 12 iş saatı üçün cəmi 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 40.3, 43, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-1/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-1/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver