Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-10/2023 26.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olmayan, Ağsu rayonu, Ləngəbiz kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 11 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qayınatası Şahid4 məxsus, Ağsu rayon Ləngəbiz kəndində yerləşən evin qarşısında saxladığı, etibarnamə əsasında idarə etdiyi “Tofaş Şahin” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, arvadı X1 barəsində təhqiramiz ifadələr işlətməsi ilə bağlı ona irad bildirən qayını Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisənin gedişində Zərərçəkmiş şəxs yumruqla qəsdən baş nahiyəsindən vuraraq və boğaz nahiyəsindən əli ilə sıxaraq sonuncuya burunüstü nahiyənin sıyrığı, boynun ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, eləcə də, sol qaşın yan hissəsinin hematoması və sıyrığı ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid1 onun qayınlarıdır, həmin şəxslərlə əvvələr normal münaisbətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 7-8 ildir ki, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və orada fəhləlik edərək ailəsini saxlamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə qaynı Zərərçəkmiş şəxs işləmək üçün Bakı şəhərinə gəlmiş və müvəqqəti olaraq onun kirayə qaldığı evə yerləşmişdir. xx.xx.2022-ci il tarixdə həmkəndlisi X8 rayon Ləngəbiz kəndində toy məclisi keçirdiyi, onu və qaynı Zərərçəkmiş şəxs həmin toy məclisinə dəvət etdiyi üçün o, qaynı Siyasətlə birlikdə həmin tarixdə saat təxminən 10 radələrində Bakı şəhərindən çıxaraq ona məxsus olan Tofaş şahin markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayonu Ləngəbiz kəndi istiqamətində yola düşmüşdür. Həmin gün saat təxminən 12 radələrində qaynı Siyasət ilə birlikdə Ağsu rayon Ləngəbiz kəndinə çatmış və qaynatası Şahid4 evinə gedərək Bakı şəhərindən gələrkən aldıqları ərzaqları qaynatasının evinə qoyub Siyasətlə birlikdə Seymur Fərhadovun toy məclisində iştirak etmək üçün toy məclisi keçirilən yerə getmişdir. Qaynı Siyasətlə birlikdə toy məclisində işitirak edərək yemək yeyib, spirtli içki olan araq içmiş, toyda yeyib-içdikdən sonra qayınları Fərasət, Siyasət və Qamətlə birlikdə toy məclisindən çıxmış və Qamət onun Tofaş şahin markalı avtomobilini idarə edərək evlərinin qarşısına gəlib avtomobili saxlamışdır. Qamət avtomobili saxladıqdan sonra özü və qardaşları Siyasət və Fərasət avtomobildən düşmüş və evlərinə daxil olmuş, o, isə sükan arxasına keçərək digər qaynı Saməti evlərindən götürüb, birlikdə pivə içmək üçün Ağsu rayon Keçdiməz kəndinə getmiş, lakin orada pivəxana açıq olmadığından təxminən 10-15 dəqiqə sonra Samətlə birlikdə qaynatası Babaseyidin evinin qarşısına geri qayıtmışdır. Qaynatasının evinin qarşısına çatdıqdan sonra Samət avtomobildən düşmüş və Samətin evi atasının evindən ayrı olduğu üçün öz evi istiqamətində çıxıb getmişdir. Bundan sonra isə o, avtomobili ilə qaynatası Babaseyidin evinin qarşısında qalmış və bir qədər sonra avtomobili ilə səs siqnalı vermiş, səs siqanlı verdikdən təxminən 3-4 dəqiqə sonra qaynı Siyasət qapının qarşısına çıxmış və gəlib avtomobilinə əyləşmiş, Siyasət avtomobilə əyləşdikdən sonra o, Siyasətə Bakı şəhərinə geri qayıtmağı təklif etmiş, lakin Siyasət ona içkili olduğunu deyərək Bakı şəhərinə yola çıxmamalarını, sabahısı gün getmələrini demiş, o, isə qayını ilə bu barədə razılaşmış, bundan dərhal sonra qaynı Zərərçəkmiş şəxs ona bacısını, yəni öz arvadı Xumar Qasımovanı söydüyünü deyərək avtomobildə onunla mübahisə etməyə başlamış, o, Siyasətə bacısını söymədiyini, bacısı Xumarın onun öz arvadı olduğunu bu söhbətin haradan çıxdığını soruşmuş, lakin Siyasət ona bacısını, yəni öz arvadını söydüyünü kimdənsə eşitdiyini deyərək yaxasından yapışıb, onunla mübahisə etməyə başlamış və yumruqla sağ gözaltı nahiyəsindən vurmuş, Siyasət onu vurduqdan sonra o da Siyasətin yaxasından yapışıb sol qaş nahiyəsindən yumruqla vurmuş və onlar avtomobildə əlbəyaxa olmuş, sonra o, Siyasətə mübahisəni davam etdirmək üçün avtomobildən aşağı düşməsini bildirmiş və özü də avtomobildən aşağı düşmüş, həmin vaxt Siyasət də avtomobildən yerə düşümüş və bir-birilərinə tərəf gəlməyə başlamışlar, lakin onlar bir-birilərinə çatmamış qayınatası Şahid4 evdən çölə çıxaraq onların yanına gəlmiş və oğlu Siyasəti götürüb evə aparmağa başlamış, həmin vaxt Siyasət əli ilə avtomobilin sağ ön qapısının dəstəyini dartaraq qırmış və yumruqla avtomobilinin ban hissəsinə vurmuş, sonra qayınatası, yəni Siyasətin atası Şahid4 Siyasəti götürüb evə aparmış, bundan təxminən 1-2 dəqiqə sonra digər qaynı Fərasət və arvadı Camalə, həmçinin Siyasətin arvadı Aytac da çölə çıxaraq onun yanına gəlmişlər, onlar yanına gəldikdə Siyasətin mübahisə etdiyi şəxsin o, olmasını görüb, ona heç bir söz deməyib evə geri qayıtmışlar, bundan sonra təxminən 4-5 dəqiqə müddətində o, qapının qarşısında tək qalmış, bir qədər sonra isə digər qaynı Qamət evdən çölə çıxaraq onu təhqir edib, ona yaxınlaşmış və qolundan tutaraq onu evin həyətinə aparmış, evin həyətində Qamət də ona bacısını söydüyünü deyərək sillə ilə boynunun arxasından, yumruqla isə başından vurmuş və əynindəki köynəyini cırmış, həmin vaxt isə qaynatası Babaseyid onlara yaxınlaşaraq onları ayırmış və onu qapıdan çölə çıxardaraq çıxıb getməsini bildirmiş, o, isə çölə çıxıb döyülməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. 11 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində qayını Zərərçəkmiş şəxsla özünə məxsus avtomobildə mübahisələri 5-6 dəqiqə çəkmiş, sonra digər qaynı Şahid1la mübahisələri 2-3 dəqiqə çəkmiş, orada sadəcə ailə üzvləri olmuş, səs-küyə kənar şəxslər toplaşmamışdır. Baş vermiş hadisə ilə bağlı hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun yeznəsidir, Sənanla əvvələr normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 3-4 gündür ki, işləmək üçün Bakı şəhərinə getmiş, lakin qalmağa yeri olmadığından müvəqqəti olaraq yeznəsi Təqsirləndirilən şəxs Bakı şəhərində kirayə qaldığı evə yerləşmişdir. xx.xx.2022-ci il tarixdə həmkəndlisi X8 rayon Ləngəbiz kəndində toy məclisi keçirtdiyi üçün və onu, həmçinin yeznəsi Təqsirləndirilən şəxs həmin toy məclisinə dəvət etdiyindən o, yeznəsi Sənanla birlikdə həmin tarixdə saat təxminən 10 radələrində Bakı şəhərindən çıxaraq Təqsirləndirilən şəxs idarə etdiyi Tofaş şahin markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayonu Ləngəbiz kəndi istiqamətində yola düşmüşdürlər. Həmin gün saat təxminən 12 radələrində yeznəsi ilə birlikdə Ağsu rayon Ləngəbiz kəndinə çatmış və atası Şahid4 evinə gedərək Bakı şəhərindən gələrkən aldıqları ərzaqları atasının evinə qoyub Sənanla birlikdə Seymur Fərhadovun toy məclisində iştirak etmək üçün toy məclisi keçirilən yerə getmişdir. Yeznəsi Sənanla birlikdə toy məclisində işitirak edərək yemək yeyib, spirtli içki olan araq içmişdir. Toyda yeyib-içdikdən sonra qardaşları Qamət və Fərasət ilə birlikdə yeznəsi Sənanın avtomobili ilə yaşadıqları evə getməyə başlamış, həmin vaxt avtomobili qardaşı Qamət idarə etmişdir. Onlar birlikdə atası Babseyid Seyidova məxsus evə gəlib çatmış, evə çatdıqdan sonra o və qardaşları Fərasət və Qamət avtomobildən düşərək evə daxil olmuş, Sənan isə avtomobilinə minərək oradan çıxıb getmişdir. O, qardaşları ilə birlikdə evə daxil olduqdan sonra qardaşları Fərasət və Qamət evin həyətində ailə üzvləri ilə birlikdə çay içməyə, o, isə qapının arxa tərəfində nar ağacından nar dərib yeməyə başlamışdır. Təxminən 5-10 dəqiqə sonra yeznəsi Sənan geri qayıtmış və evin qapısından içəri daxil olaraq ona Bakı şəhərinə geri qayıtmağı təklif etmiş, o, isə Sənana sərxoş olduğunu deyib, sabahısı gün getmələrini bildirmiş, lakin cavabında Sənan ona bacısı Xumar Qasımova barəsində nalayiq söz işlədərək bacısının onu bezdirdiyini və buna görə geri qayıtmaq istədiyini demiş, Sənan bacısının barəsində nalayiq ifadə işlətdiyi üçün ona irad bildirmiş və düzgün danışmasını demiş, lakin Sənan onu çölə çağıraraq mübahisələrini davam etdirməyi təklif etmiş, o, Sənanla razılaşmış və mübahisələrini davam etdirmək üçün birlikdə çölə çıxmış və qapının ağzında olan Sənana məxsus avtomobilə əyləşərək mübahisələrini davam etdirməyə başlamışlar, həmin vaxt o, avtomobilin ön sərnişin oturacağına, Sənan isə sükanın arxasında əyləşmişdir. Onlar avtomobilə oturduqdan dərhal sonra Sənan bir söz demədən anidən yumruqla sol qaşının yan hissəsindən vurmuş, Sənanın onu vurması səbəbindən o da Sənanı sağ gözaltı nahiyəsindən yumruqla vurmuş, sonra onlar avtomobildə əlbəyaxa olmuş, daha sonra Sənan avtomobildən düşərək ona tərəf gəlməyə başlamış, Sənan ona çatdıqda o, avtomobildən düşmək üçün avtomobilin qapısını açmış, lakin həmin vaxt artıq Sənan ona çatdığından o, avtomobildən yerə düşməmiş Sənan onu yenə də orada yumruqla burnundan vurmuş, sonra isə boğazından yapışaraq boğazını sıxmağa başlamış, həmin vaxt qardaşı Fərasətin həyat yoldaşı Camalə çölə çıxmış və onların dalaşmasını görüb, tez onlara yaxınlaşmış və evdən kömək çağırmış, bir qədər sonra oraya qardaşı Fərasət və öz arvadı Aytac da gəlmiş, onlar gəldikdən sonra Sənanla onu ayırmış və onu evə aparmışdırlar. Sənan isə çöldə qalmış və söyüş söyə-söyə harasa çıxıb getmişdir. 11 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qardaşı Şahid1 döyməmiş, Qamət mübahisə zamanı ümumiyyələ orada olmamış, Sənanı sadəcə olaraq özü yumruqla bir dəfə vurmuş, həmçinin Təqsirləndirilən şəxs məxsus avtomobilin qapısının dəstəyini qırmamış və avtomobilə heç bir xəsarət yetirməmişdir. Mübahisələri 5 dəqiqə müddətinə baş vermiş, ora kənar şəxlsər toplaşmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir, həmin şəxslə əvvələr normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs və Şahid1 isə onun oğlanlarıdır. Kürəkəni Sənan və oğlu Siyasət Bakı şəhərində yaşayıb, işləyirlər. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Seymur Fərhadov kənddə toy məclisi keçirtdiyindən və həmin toy məclisinə oğlu Siyasəti və kürəkəni Sənanı da dəvət etdiyindən, həmin gün saat 12 radələrində Sənan və Siyasət Bakı şəhərindən çıxaraq Ağsu rayonuna Ləngəbiz kəndinə gəlmişdirlər. Həmin gün Siyasət, Qamət, Sənan, həmçinin Fərasət toyda iştirak etdikdən sonra birlikdə onun evinə gəlmişlər, lakin həmin vaxt kürəkəni Sənan evə gəlməmiş, oğlu Qamətin ona deməsinə görə Sənan avtomobili ilə pivə içmək üçün Keçdiməz kəndinə çıxıb getmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra evinin həyətində oğlanları və gəlinləri ilə çay içərkən gəilni Camalə evin qapısından səslənərək oğlu Siyasətin və kürəkəni Sənanın qapının ağzında, Sənanın avtomobilində dalaşmalarını bildirmiş, bundan sonra oğlu Fərasət və digər gəlini Aytac da qapı istiqamətində getməyə başlamış, lakin o və oğlu Qamət evin həyətində qalmış və çölə çıxmamışdır. Bir qədər sonra isə gəlinləri Camalə və Aytac, həmçinin oğlu Fərasət digər oğlu Siyasəti evə, yəni çay içdikləri yerə gətirmiş, həmin vaxt o, oğlu Siyasətdən nə baş verdiyini soruşduqda, Siyasət ona Sənanla dalaşdığını bildirmiş, bundan sonra o, Siyasəti danlamış və sonra Sənanı da danlamaq üçün qapının ağzına çıxmış, lakin o, çölə çıxdıqda Sənan artıq çıxıb getmiş, buna görə də o, Sənanı görməmiş və evə geri qayıtmışdır.11 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində sadəcə olaraq oğlu Siyasət və kürəkəni Təqsirləndirilən şəxs arasında mübahisə olmuş, həmin mübahisə zamanı oğlu Qamət orada olmamış, həmçinin Qamətlə Sənan arasında hər hansı bir mübahisə baş verməmiş, Qamət Sənanı döyməmiş, Sənan bu barədə yalan demişdir. İş üzrə şahidlər X2, Şahid3, Şahid5 və Şahid1 məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və ibtidai istintaqda verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Şahidlər X2, Şahid3, Şahid5 və Şahid1 ibtidai istintaqda verdikləri ifadə məhkəmə iclasında elan olunmuşdur. Şahid X2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğlu, həm də baldızı Xumar Qasımovanın əridir, Siyasət və Şahid1lar isə onun qayınlarıdır, həmin şəxslərin hər biri ilə normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Sənan və Siyasət Bakı şəhərində yaşayıb, işləyir. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Seymur Fərhadov yaşadıqları kənddə toy məclisi keçirtdiyindən və həmin toy məclisinə Siyasəti və Sənanı dəvət etdiyindən, həmin gün saat 12 radələrində Sənan və Siyasət Bakı şəhərindən çıxaraq Ağsu rayonuna Ləngəbiz kəndinə gəlmişdirlər. Həmin gün Siyasət, Qamət, Sənan və onun əri Fərasət toyda iştirak etdikdən sonra birlikdə yaşadıqları evə geri qayıtmış, lakin Sənan evə daxil olmayıb, avtomobili ilə çıxıb getmişdir. Həyat yoldaşı və qayınları evə gəldikdən sonra onlar evdə çay içməyə başlamış, həmin vaxt qaynı Siyasət isə qapının yaxınlığında nar ağacında nar dərib, nar yeyməyə başlamışdır. Bir qədər sonra o, qapının ağzında avtomobil dayanmasının səsini eşitmiş və Sənanın geri qayıtdığını düşünmüş, buna görə də təzədən çay dəmləmiş və Siyasəti, həmçinin Sənanı çay içməyə dəvət etmək üçün qapının yaxınlığına getmiş, o, qapıya çatdıqda Siyasətin həyətdə olmadığını müəyyən etmiş və yəqin ki, çöldə Sənanla söhbət etdiyini düşünərək qapının qarşısına çıxmış, qapının qarşısına çıxdıqda o, Siyasətin Sənanın tofaş şahin markalı avtomobilinin ön sərnişin oturacağında əyləşdiyini, Sənanın isə sükanın arxasında əyləşdiyini görmüş, həmçinin Sənanın əyləşdiyi yerdən Siyasətin üzünə əl-qol atmasını görmüş, o, əvvəlcə onların zarafatlaşmasını düşünmüş, lakin sonradan Sənan avtomobildən düşərək Siyasət tərəfə yaxınlaşmış və ayaq üstə dayanaraq avtomobilin ön sərnişin oturacağında əyləşən Siyasəti yumruqla üz nahiyəsindən vurmağa başlamış, bundan sonra isə o, tez evdəkiləri səsləyərək oraya gəlmələrini bildirmiş, onun səsinə Siyasətin arvadı Aytac və əri Fərasət gəlmiş, onlar birlikdə Siyasət və Sənanı ayırmış və Siyasəti gətirib evə salmışlar, həmin vaxt Sənan köynəyinin yaxasını cıraraq onları şərləyəcəyini deməyə başlamış, lakin ona fikir verməmiş və qapının arxasını bağlamışdırlar. Sənan isə qapıdan çöldə qalmış və piyada şəkildə çıxıb harasa getmişdir. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs baldızı Xumar Qasımovanın əridir, Zərərçəkmiş şəxs isə onun əri, Şahid1 isə qayınıdır, həmin şəxslərin hər biri ilə normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Sənan və Siyasət Bakı şəhərində yaşayıb, işləyirdilər. xx.xx.2022ci il tarixdə həmkəndlisi Seymur Fərhadov kənddə toy məclisi keçirtdiyindən və həmin toy məclisinə Siyasəti və Sənanı da dəvət etdiyindən, həmin gün saat 12 radələrində Sənan və Siyasət Bakı şəhərindən çıxaraq Ağsu rayonuna Ləngəbiz kəndinə gəlmişdirlər. Həmin gün Siyasət, Qamət, Sənan və Fərasət toyda iştirak etdikdən sonra birlikdə yaşadıqları evə geri qayıtmışlar, lakin Sənan evə daxil olmayıb, avtomobili ilə çıxıb getmişdir. Həyat yoldaşı və qayınları evə gəldikdən sonra onlar evdə çay içməyə başlamış, həmin vaxt əri Siyasət isə qapının yaxınlığında nar ağacında nar dərib yeyməyə başlamışdır. Bir qədər sonra isə saat təxminən 17 radələrində eltisi Şahid2 Siyasəti və Sənanı çay içməyə dəvət etmək üçün qapının ağzına çıxmış, Camalə qapının ağzına çıxdıqdan çox az sonra qışqıraraq Siyasət ilə Sənanın dalaşdıqlarını bildirmiş, o, tez çölə qaçaraq onları ayırmağa getmiş, həmin yerə çatdıqda Sənanın ayaq üstə dayanaraq avtomobilin ön sərnişin oturacağında əyləşən əri Siyasəti yumruqla üz nahiyəsindən vurduğunu görmüş, o və Camalə araya girərək onları ayırmağa çalışmış, sonra isə qaynı Fərasət də oraya gəmiş və birlikdə əri Siyasəti gətirib evə salmışlar, həmin vaxt Sənan köynəyinin yaxasını cıraraq onları şərləyəcəyini deməyə başlamış, lakin ona fikir verməmişlər və qapının arxasını bağlamışdırlar. Sənan isə qapıdan çöldə qalmış və piyada şəkildə çıxıb harasa getmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yeznəsidir, həmin şəxslə əvvələr normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs isə qardaşıdır. Yeznəsi Sənan Bakı şəhərində yaşayıb, işləyir, qardaşı Siyasət isə 3-4 günlüyünə Sənanın yanına işləmək üçün getmişdir. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Seymur Fərhadov kənddə toy məclisi keçirtdiyindən və həmin toy məclisinə Siyasəti və Sənanı dəvət etdiyindən, həmin gün saat 12 radələrində Sənan və Siyasət Bakı şəhərindən çıxaraq Ağsu rayonuna Ləngəbiz kəndinə gəlmişdirlər. Həmin gün o, qardaşları Siyasət və Fərasətlə, həmçinin yeznəsi Sənanla birlikdə toyda iştirak etdikdən sonra birlikdə Sənana məxsus avtomobil ilə ata evinə geri qayıtmışdırlar, həmin vaxt hər kəs içkili olduğundan və o, içki içmədiyindən yeznəsi Sənana məxsus avtomobili özü idarə etmişdir. Onlar birlikdə ata evinə çatdıqdan sonra o və qardaşları avtomobildən düşmüş, lakin Sənan Keçdiməz kəndində gedərək pivə içəcəyini deyib avtomobilinə minib oradan çıxıb getmişdir. O və qardaşları isə ata evinə daxil olub birlikdə ailə üzvləri ilə evin həyətində çay içməyə başlamışdırlar, lakin qardaşı Siyasət qapının içəri tərəfdən qarşısında qalaraq orada olan nar ağacından nar dərib yeməyə başlamışdır. Bundan təxminən 15-20 dəqiqə sonra qardaşı Fərasətin arvadı Camalə evin qapısından səslənərək qardaşı Siyasətin və yeznəsi Sənanın qapının ağzında, Sənanın avtomobilində dalaşmalarını bildirmiş, buna görə də qardaşı Fərasət və Siyasətin arvadı Aytac da qapı istiqamətində getməyə başlamışlar, lakin o və atası Babaseyid evin həyətində qalmış və çölə çıxmamışdır, bir qədər sonra isə gəlinləri Camalə və Aytac, həmçinin qardaşı Fərasət digər qardaşı Siyasəti evə, yəni çay içdikləri yerə gətirmişlər, həmin vaxt atası Babaseyid qardaşı Siyasətdən nə baş verdiyini soruşduqda, Siyasət onlara Sənanla dalaşdığını bildirmiş, bundan sonra atası Siyasəti danlamış və sonra Sənanı da danlamaq üçün qapı istiqamətində getməyə başlamış, lakin bir qədər sonra atası geri qayıdıb, Sənan çöldə olmadığını, çıxıb getdiyini bildirmişdir. 11 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində sadəcə olaraq qardaşı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında mübahisə olmuş, həmin mübahisə zamanı orada olmamış və Təqsirləndirilən şəxs döyməmiş, Sənanın bu barədə yalan danışmış, bundan başqa avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamış, Təqsirləndirilən şəxs toydan çıxarkən sərxoş olması səbəbindən məcbur qalıb sonuncuya məxsus Tofaş şahin markalı, **-BH-*** d.q.n-lı avtomobili idarə etmişdir. Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsidir, həmin şəxslə əvvələr normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs və Şahid1 isə onun qardaşlarıdır. Yeznəsi Sənan və qardaşı Siyasət Bakı şəhərində yaşayıb, işləyirlər. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Seymur Fərhadov kənddə toy məclisi keçirtdiyindən və həmin toy məclisinə qardaşı Siyasəti və yeznəsi Sənanı da dəvət etdiyindən, həmin gün saat 12 radələrində Sənan və Siyasət Bakı şəhərindən çıxaraq Ağsu rayonuna Ləngəbiz kəndinə gəlmişdirlər. Həmin gün o, Siyasət, Qamət, Sənan ilə birlikdə toyda iştirak etdikdən sonra Sənanın avtomobili ilə yaşadıqları evə gəlmişdirlər. Həmin vaxt avtomobili spirtli içki içmədiyinə görə qardaşı Qamət idarə etmişdir. Sənanın avtomobili ilə yaşadıqları evə çatdıqdan sonra qardaşları Qamət və Siyasət, həmçinin o özü avtomobildən düşmüş və yaşadıqları evə daxil olmuşdurlar, lakin Sənan özü avtomobilinin sükanının arxasına keçərək oradan çıxıb getmişdir. Bundan sonra isə ailə üzvləri ilə birlikdə yaşadıqları evin həyətində çay içməyə başlamışdırlar, qardaşı Siyasət isə qapının ağzında içəri tərəfdə ağacdan nar dərib, nar meyvəsi yeməyə başlamışdır. Bundan təxminən 10-15 dəqiqə sonra isə qapının ağzında avtomobil dayanmasını səsi eşdilmiş və həmin avtomobilin yeznəsi Sənana məxsus olacağını düşünərək həyat yoldaşı Cəmalə Sənanı dəvət etmək üçün qapının ağzına çıxmış, bir qədər sonra isə Camalə evdən onu və digər ailə üzvlərini çağıraraq Siyasət və Sənanaın dalaşdığını bildirmiş, bundan sonra o, tez qapının qarşısına tərəf getmiş, həmin yerə çatanda qardaşı Siyasətin Sənana məxsus avtomobilin ön sərnişin oturacağında əyləşdiyini, Sənanın isə həmin tərəfdə avtomobildən çöldə ayaq üstə Siyasətin üzünə yumruqla zərbələr endirdiyini, həmçinin həyat yoldaşı Camalənin Sənanı tutaraq aralamağa çalışdığını görmüş, o da tez Sənan və Siyasətə yaxınlaşıb, qardaşı Siyasəti götürüb yaşadıqları evə geri gətirmiş, Sənan isə orada qalmış və piyada şəkildə çıxıb harasa getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Ağsu rayon Şöbəsinin 11 oktyabr 2022-ci il tarixli, 226 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər vardır: Sağ alt göz qapağının sıyrığı. Göstərilən xəsarət küt əşya (alət) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən şəraitə və vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə: Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Ağsu rayon Şöbəsinin 11 oktyabr 2022-ci il tarixli, 227 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər vardır: Sol qaşın yan hissəsinin hematoması və sıyrığı, burunüstü nahiyyənin sıyrığı, boyunun ön səthinin sıyrığı. Göstərilən xəsarətlər küt əşyalar (alətlər) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən şəraitə və vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə: Sol qaş nahiyyəsində olan hematoma və sıyrıq bir zərbənin təsirindən əmələ gəlməklə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, burunüstü nahiyyənin sıyrığı və boyunun ön səthinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM- 127.1-ci maddəsi ilə təqsirli bilinmiş, CM-in 73.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 1(074)-30/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmiş, o, cinayət məsuliyyətindən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. CM-in 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ibtidai istintaq zamanı 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-10/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-10/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver