Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-10/2024 25.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X57 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil X16 və Müdafiəçi iştirakları ilə xx xxxxxx 1956-cı il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, əvvəllər Ağsu rayon Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş, halhazırda "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 308.1, 179.2.2. 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 20 aprel 2017-ci il tarixdən 29 iyun 2020-ci il tarixədək Ağsu rayon Mənzil İstismar sahəsinin rəisi vəzifəsində işləyərkən maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət etmək kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması kimi tələblərə əməl etməyib mədaxil orderi yazdıraraq 2018-ci ildə 2100,00 manat, 2019-cu ildə 1125,00 manat, 2020-ci ildə 990,00 manat, cəmi isə 4215,00 manat pul vəsaitini Ağsu rayon Mənzil İstismar Sahəsinin kassasına mədaxil edib üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək 2018-ci ildə kassa məxaric orderləri vasitəsilə 1750,00 manat məbləğində cari təmir işləri üçün mal-materialların, 270,00 manat məbləğində təsərrüfat mallarının, 80,00 manatı dəftərxana ləvəzimatlarının alınmasına, 2019-cu ildə kassa məxaric orderləri vasitəsilə 540,00 manat məbləğində cari təmir işləri üçün malmaterialların və 585,00 manat məbləğində nəqliyyat vasitəsinə ehtiyyat hissələrinin alınmasına, 2020-ci ildə kassa məxaric orderi vasitəsilə 640,00 manat məbləğində cari təmir işləri üçün mal-materialların alınmasına xərcləməklə dövlətin qanunla qorunan mənafelərinə 3865,00 (üç min səkkiz yüz altmış beş manat) manat pul vəsaitindən ibarət mühüm zərər vurmuşdur. Bundan başqa o, Ağsu rayon Mənzil İstismar sahəsinin rəisi vəzifəsində işləyərkən özünün və inzibati işçilərin əvəzsiz qazanc əldə etməsi vahid niyyəti ilə Mənzil İstismar sahəsinin işçilərinin əmək haqqılarının verilməsinə nəzarət etmək kimi səlahiyyətləri olmasından istifadə edərək, özünə 2018-ci ildə 148,84 manat, 2019-cu ildə 1078,00 manat, 2020-ci ildə 400,00 manat olmaqla cəmi 1626,84 manat, baş mühəndis Şahid3 2018-ci ildə 61,81 manat, 2019-cu ildə 6,16 manat, 2020-ci ildə 1,00 manat olmaqla cəmi 68,97 manat, sabiq baş mühasib X17 2018-ci ildə 158,02 manat, 2019-cu ildə 651,45 manat, 2020-ci ildə 1,04 manat olmaqla cəmi 810,51 manat, sabiq komputerçi-karguzar X23 2018-ci ildə 747,47 manat, 2019-cu ildə 1077,50 manat, 2020-ci ildə 100,00 manat olmaqla cəmi 1924,97 manat, dalandar Şahid4 2018-ci ildə 207,55 manat, 2019-cu ildə 891,80 manat olmaqla cəmi 1099,35 manat, fəhlə Şahid5 2018-ci ildə 239,87 manat, 2019-cu ildə 621,80 manat olmaqla cəmi 861,67 manat, fəhlə Şahid7 2018-ci ildə 215,82 manat, 2019-cu ildə 758,80 manat olmaqla cəmi 974,62 manat, fəhlə X6 2018-ci ildə 218,77 manat, 2019-cu ildə 50,00 manat olmaqla cəmi 268,77 manat, fəhlə X24 2019-cu ildə 400,00 manat, fəhlə X2 2019-cu ildə 151,80 manat, fəhlə X9 2019-cu ildə 3,00 manat, elektrik X25 2019-cu ildə 3,00 manat, fəhlə X26 2019-cu ildə 3,00 manat, dalandar X18 2020-ci ildə 100,00 manat olmaqla ümumilikdə yuxarıda adları qeyd olunan 13 nəfər işçilərin və özünün “Kapital bank”ın Ağsu rayon filialında olan hesablarına Mənzil İstismar Sahəsinə məxsus olan ona etibar edilmiş cəmi 8396,50 (səkkiz min üç yüz doğsan altı manat əlli qəpik) manat məbləğində pul vəsaitinin köçürülüb, cinayətdən xəbərsiz işçilər tərəfindən qeyd edilən hesablardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək həmin məbləğdə ona etibar edilmiş xeyli miqdarda pul vəsaitininin vahid niyyətlə 1626,84 (min altı yüz iyirmi altı manat səksən dörd qəpik) manatını mənimsəmiş və 6769,66 (altı min yeddi yüz altmış doqquz manat altmış altı qəpik) manatını isə israf etmə yolu ilə talamışdır. Bundan başqa o, təkrarən Ağsu rayon Mənzil İstismar Sahəsinin maliyyə fəaliyyətinin düzgünlüyünü və sərf olunan pul vəsatinin səmərəliyini təmin etmək kimi səlahiyyətlərindən istifadə edərək təsdiqedici sənəd olmadan MİS-in hesabına mədaxil olunma və istifadəsinə dair sənədlər tərtib edimədən 2019-cu ilin oktyabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən elektrik malları alaraq 739,60 manat pul vəsaitini məxaricə silməklə, eləcə də MİS üzrə təsdiqedici sənəd olmadan 2018-ci ilin aprel ayında bağlanmış müqavilə əsasında kommunal xidmətlərin göstərilməsi üçün Mənzil İstismar Sahəsi tərəfindən işlərin görülməsi müqabilində il ərzində görülmüş işlərə görə podratçı təşkilata vəsaitin ödənilməsi nəzərdə tutulduğu halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsassız olaraq 830,00 manat məbləğində büdcə vəsaiti köçürməklə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş, ümumilikdə 1569,60 manat (min beş yüz altmış doqquz manat altmış qəpik) pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamışdır. Bununla da Təqsirləndirilən şəxs CM-nin 308.1, 179.2.2. 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək və ərizə təqdim edərək ifadəsində göstərmişdir ki, 20 aprel 2017-ci ildən 29 iyun 2020-ci il tarixədək Ağsu rayonu Mənzil İstismar Sahəsində rəisi vəzifəsində işləmişdir. Rəis kimi xidməti vəzifələri MİS-in ümumi işinə rəhbərlik etməkdən, əməkhaqqıların verilməsinə nəzarət etməkdən və satınalmalar üzrə qalib şirkətlərlə müqavilə bağlamaqdan ibarət olmuşdur. İşlədiyi dövrdə Mənzil İstismar Sahəsinin baş mühasibi X30, xəzinadar isə daxili əmrlə X32 olmuşdur. Onların hər ikisi ilə münasibətlərim normal olmuş onlarla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 08 iyul 2020-ci il tarixdən hal-hazıradək isə Ağsu rayonu MİS-nin rəisi X12r. Onunla da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 9 saylı Regional maliyyə müfəttişliyi tərəfindən 01 yanvar 2018-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan dövr ərzində Ağsu rayonu Mənzil istismar Sahəsinin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmışdır. Həmin yoxlamanın yekunlarına dair tərtib edilmiş 19 noyabr 2022-ci il tarixli aktla qismən tanış olmuşdur. Həmin aktda fəalliyyəti ilə bağlı buraxdığı pozuntularla razıdır. Ağsu rayonu Mənzil İstismar Sahəsinin kassası üzrə 3865,00 manat pul vəsaiti ilə bağlı əməliyyatların aparılmasının Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamının tələblərinə zidd olmasını bilməmişdir. 2018-2020-ci illərdə Ağsu rayon Mənzil İstismar Sahəsinin 15 (on beş) nəfər işçisinə onlara ödənilməli olan əməkhaqqı məbləğlərindən çox vəsait, yəni 8396,50 manat ödəməsini həmin işçilərin maddi durumunun pis olması ilə bağlı etdiyini bildirmişdir. Həmin pul vəsaitinin 4297,26 manatını qaytarmış, qalan 4099,24 manatı isə qaytara bilməmişdir. 2019-cu ilin dekabr ayında Ağsu şəhər M.Ə.Rəsulzadə küçəsində yerləşən 23 saylı ictimai yaşayış binasında aparılmış təmir-tikinti işlərinin yerinə yetirildiyi rəsmiləşdirilmiş 29180,30 manat (ƏDV-siz) dəyərində tikinti-quraşdırma işlərinin həcminin 13998,99 manat (ƏDVsiz) artırılmasını, Ağsu şəhər Üzeyir Hacıbəyov küçəsində yerləşən 29 saylı ictimai yaşayış binasında aparılmış təmir-tikinti işlərinin yerinə yetirildiyi rəsmiləşdirilmiş 22410,10 manat (ƏDV-siz) dəyərində tikinti-quraşdırma işlərinin həcminin 12127,52 manat (ƏDVsiz) artırılmasını və Ağsu şəhər Melioratorlar qəsəbəsində yerləşən 2 saylı ictimai yaşayış binasında aparılmış təmir-tikinti işlərinin yerinə yetirildiyi rəsmiləşdirilmiş 12564,04 manat (ƏDV-siz) dəyərində tikinti-quraşdırma işlərinin həcminin 1243,61 manat (ƏDV-siz ) artırılmasını görülməmiş işlərin yerinə başqa işlərin görülməsi ilə bağlı olduğunu bildirmişdir. Ağsu şəhəri Şəhidlər Xiyabanında, S.Xasıyev küçəsinin bir hissəsində yeni işıq dirəklərinin qoyulamsı və yeni xəttlərin çəkilməsi işlərinin 2019-cu ilin iyul-avqust aylarında yerinə yetirildiyi rəsmləşdirlmiş 19937,08 manat (ƏDV-siz) dəyərində tikintiquraşdırma işlərinin həcminin 953,53 manat (ƏDV-siz) artırılmasını xatırlamadığını bildirmişdir. Bundan başqa ifadəsində bildirmişdir ki, Mənzil İstismar Sahəsi üzrə 2019-cu ilin oktyabr ayında "xxxx" MMC tərfindən 739,60 manat dəyərində elektrik mallarının alındığı rəsmləşdirilmiş, lakin təsdiqedici sənəd olmadan müəssisənin hesabına mədaxil olunma və istifadəsinə dair sənədlər tərtib edimədən müəssisənin hesabından məxaricə silinməsini, eləcə də Mənzil İstismar Sahəsi üzrə təsdiqedici sənəd olmadan (akt və işlərin görülməsinin təsdiq edən sənədlər tərtib edilmədən) 2018-ci ilin aprel ayında bağlanmış müqavilə əsasında kommunal xidmətlərin göstərilməsi üçün Mənzil İstismar Sahəsi tərəfindən işlərin görülməsi müqabilində il ərzində görülmüş işlərə görə podratçı təşkilata vəsaitin ödənilməsi nəzərdə tutulduğu halda "xxxx" MMC- yə 2018-cu ilin aprel ayında əsassız olaraq 830,00 manat məbləğində büdcə vəsaiti köçürməsini texniki xəta olaraq etməsini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan pulları qərəzli olaraq etməmişdir, rəhbərlik etdiyi idarənin xərclərini ödəmək üçün nağd qaydada çıxartmışdır, eyni zamanda işçilərə də artıq yazdığı vəsait onların maddi rifahının yaxşılaşdırılması üçün olmuşdur. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini, həmçinin əməlində CM-nin 308.1-ci maddəsinin tərkib əlamətləri olmadığından CM-nin 308.1-ci maddəlsinin ittihamdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X33 Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, onunla barışıq əldə etməsini, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etməsini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini, həmçinin əməlində CM-nin 308.1-ci maddəsinin tərkib əlamətləri olmadığından CM-nin 308.1-ci maddəsinin ittihamdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, onunla barışıq əldə etməsini, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etməsini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini, həmçinin əməlində CM-nin 308.1-ci maddəsinin tərkib əlamətləri olmadığından CM-nin 308.1-ci maddəsinin ittihamdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 23 avqust 2022-ci il tarixli MİHO/ 111-2-2022-585, 17 sentyabr 2022-ci il tarixli, MİHO/ 111-2-2022-630 nömrəli məktublarının və Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 avqust 2022-ci il tarixli, 04/xid 4237 nömrəli, 17 sentyabr 2022-ci il tarixli, 04/xid 4773 nömrəli məktuları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmiş Ağsu rayon Mənzil İstismar Sahəsində 01 yanvar 2018-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan dövrdə Ağsu Rayon Prokurorluğunun 16 avqust 2022-ci il tarixli qərarının təsviri hissəsində qeyd edilən şəxslərə ödənilmiş əməkhaqlarının və 09 sentyabr 2022-ci il tarixli qərarın icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 9 saylı Regional maliyyə müfəttişliyinin 30 avqust 2022-ci il tarixli MN seriyalı ********* və 22 sentyabr 2022-ci il tarixli MN seriyalı ********* nömrəli vəsiqələrinə əsasən müfəttişliyin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi Şahid2 tərəfindən Ağsu rayon Mənzil İstismar Sahəsinin (bundan sonra-Mənzil İstismar Sahəsi) 2018-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayına kimi olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmışdır. Yoxlamanın yekunlarına dair 19 noyabr 2022-ci il tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı işçilərin işə davamiyyətində, əməkhaqqıların ödənilməsində, satınalmaların həyata keçirilməsində və aktda qeyd edilən bir sıra pozuntular aşkar edilmişdir. Bundan başqa 15 may 2023-cü il tarixli qərarla əlavə yoxlama aparılmış və onun yekunlarına dair də akt tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan pullar idarənin xərclərini ödəmək üçün nağd qaydada çıxarıldığı bildirilsə də həmin vəsait hesabına alınan mallar və onların sərf edilməsinə dair hər hansı akt və ya sənəd yoxdur. Sonda zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxsin onlara dəyən ziyanı tam ödədiyini, onunla barışdıqlarını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 Aliağa oğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 23 avqust 2022-ci il tarixli MİHO/ 111-2-2022-585, 17 sentyabr 2022-ci il tarixli MİHO/ 111-2- 2022-630 nömrəli məktublarının və Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 avqust 2022-ci il tarixli 04/xid 4237 nömrəli, 17 sentyabr 2022-ci il tarixli 04/xid 4773 nömrəli məktuları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmiş Ağsu rayon Mənzil İstismar Sahəsində 01 yanvar 2018-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan dövrdə Ağsu Rayon Prokurorluğunun 16 avqust 2022-ci il tarixli qərarının təsviri hissəsində qeyd edilən şəxslərə ödənilmiş əməkhaqlarının və 09 sentyabr 2022-ci il tarixli qərarın icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 9 saylı Regional maliyyə müfəttişliyinin 30 avqust 2022-ci il tarixli MN seriyalı ********* və 22 sentyabr 2022-ci il tarixli MN seriyalı ********* nömrəli vəsiqələrinə əsasən tərəfimdən Ağsu rayon Mənzil İstismar Sahəsinin (bundan sonra-Mənzil İstismar Sahəsi) 2018-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayına kimi olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmışdır. Yoxlamanın yekunlarına dair tərəfindən 19 noyabr 2022-ci il tarixli akt tərtib edilmişdir. Mənzil İstismar Sahəsinin kassasında nağd pul vəsaitlərinin mədaxili və məxarici yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamının tələblərinə əməl edilməyərək, Mənzil İstismar Sahəsinin kassası üzrə cəmi 4215,00 manat, o cümlədən 2018-ci ilin fevral-iyul aylarında 2100,00 manat, 2019-cu ilin noyabr, dekabr aylarında 1125,00 manat və 2020-ci ilin may, avqust aylarında 990,00 manat məbləğində nağd pul əməliyyatları aparılmışdır. Mənzil İstismar Sahəsinin əməkhaqlarının və digər ödənişlərin hesablanıb ödənilməsinin düzgünlüyü yoxlanıldıqda qüvvədə olan normativ-hüquqi sənədlərin tələblərinin gözlənilməməsi nəticəsində bir sıra nöqsanlara yol verildiyi aşkar edilmişdir, Belə ki, Ağsu rayon Mənzil İstismar Sahəsinin işçilərinə ödəniş cədvəllərinə əsasən ələ çatası məbləğlərin onların ödəniş kartları üzrə bank hesablarına köçürülmüş məbləğlərlə üzləşdirilməsi zamanı 2018-2020-ci illərdə 15 (on beş) nəfər işçinin ödəniş kartları üzrə bank hesablarına onlara ödənilməli olan əməkhaqqı məbləğlərindən 4096,48 manat çox vəsait köçürülmüşdür. Ağsu Rayon Mənzil İstismar Sahəsi tərəfindən aparılmış əsaslı və cari təmir işlərini nəzarət-ölçü qaydasında yoxlanılaraq aşağdakılar müəyyən edilmişdir. Belə ki Sifarişçi təşkilat - Ağsu Rayon Mənzil İstismar Sahəsi üzrə İşlərin yerinə yetirilməsini təsdiq edən qəbul aktları Ağsu Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, Ağsu rayon Mənzil İstismar Sahəsinin rəisi, baş mühəndisi, Ağsu şəhər İcra nümayəndəsi və podratçı təşkilatın nümayəndələri tərəfindən imzalanaraq möhürlə təsdiq olunmuşdur. Təmir-tikinti işlərinin dəyərlərinin hesablanmasında, həmçinin sənədlərin tərtibatında bəzi nöqsanlara yol verilmişdir. Belə ki, qəbul aktlarında bəzi hallarda iş həcmləri faktiki yerinə yetirildiyindən artıq rəsmiləşdirilmiş, ayrı-ayrı konstruksiyalar üzrə işlərin adları tikinti norma və qaydalarına uyğun yazılmamış, yerinə yetirilmiş gizli təmir-tikinti işləri üzrə müvafiq aktlar tərtib olunmamış, qəbul aktlarında və qiymət cədvəllərində adlar, soyadlar tam göstərilməmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində "xxxx" MMC üzrə 27360,12 manat, "xxxx" MMC üzrə 8064,40 manat və "xxxx" MMC üzrə 2577,89 manat olmaqla cəmi 38002,41 manat (ƏDV-siz) məbləğində artıq büdcə vəsaiti xərclənmişdir. Yoxlama ilə əhatə olunan dövrdə müəssisənin üçün alınmış dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının və digər mal-material qiymətlilərinin istifadə olunmasının düzgünlüyü yoxlanıldıqda fərq müəyyən edilmişdir. Belə ki, Mənzil İstismar Sahəsi üzrə 2019-cu ilin oktyabr ayında "xxxx" MMC tərfindən 739,60 manat dəyərində elektrik mallarının alındığı rəsmləşdirilmış, lakin təsdiqedici sənəd olmadan müəssisənin hesabına mədaxil olunma və istifadəsinə dair sənədlər tərtib edimədən müəssisənin hesabından məxaricə silinmişdir. Mənzil İstismar Sahəsi üzrə təsdiqedici sənəd olmadan (akt və işlərin görülməsinin təsdiq edən sənədlər tərtib edilmədən) 2018-ci ilin aprel ayında bağlanmış müqavilə əsasında kommunal xidmətlərin göstərilməsi üçün Mənzil İstismar Sahəsi tərəfindən işlərin görülməsi müqabilində il ərzində görülmüş işlərə görə podratçı təşkilata vəsaitin ödənilməsi nəzərdə tutulduğu halda "xxxx" MMC- yə 2018cu ilin aprel ayında əsassız olaraq 830,00 manat məbləğində büdcə vəsaiti köçürülmüşdür. Mənzil İstismar Sahəsi üzrə 09 oktyabr 2020-ci ildə Fiziki şəxs X27 62996 nömrəli X46 ilə alınmış 210,00 manat dəyərində olan təsərrüfat mallarının istifadə müddəti başa catmadan 10 oktyabr 2020-ci il tarixli aktla maddi məhsul şəxslərin hesabından silinmişdir. Mənzil İstismar Sahəsinin balansında olan istifadə etdiyi ixtisaslaşdırılmış maşın- mexanizm vasitəsinə dizel yanacağının silinməsinin, həmçinin alınmış ehtiyat hissələrinin onların üzərinə quraşdırılmasının düzgünlüyü normativ-hüquqi sənədlər əsasında yoxlanıldıqda bir sıra uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 2019-cu ilin dekabr ayında təsdiqedici sənəd olmadan (işlərin yerinə yetirilməsinə dair, ehtiyyat hissələrinin ixtisaslaşdırılmış maşın-mexanizm vasitəsinin üzrinə qoyulmasına dair akt və elektron vergi hesab faktura) təhtəlhesab şəxsin adına kassa məxaric orderi yazılaraq ehtiyyat hissələrinin alınması məqsədləri üçün kassadan 585,00 manat məblğində nağd pul vəsaiti məxaricə silinmişdir. Mənzil İstismar Sahəsini Elektrik briqadasının sürücüsü Şahid6 növbəti əmək məzuniyyətində olarkən, onun adına həmin dövrlər üçün yol vərəqləri tərtib edilərək 2019-cu ilin dekabr ayında və 2020-ci ilin sentyabr aylarında cəmi 440,00 litr miqdarında 264,00 manat məbləğində, həmçinin Mənzil İstismar Sahəsi üzrə Bobcat T40- 140 (qaldırıcı) markalı ixtisaslaşdırılmış maşın-mexanizm vasitəsi təmirə dayandığı dövrlər üçün yol vərəqləri tərtib edilərək 2021-ci ilin fevral və aprel aylarında cəmi 460,00 litr miqdarında 368,00 manat məbləğində dizel yanacağı məxaricə silinmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Ağsu şəhər Mənzil İstismar Sahəsində baş mühəndis vəzifəsində işləyir. Xidməti vəzifələrinə Mənzil İstismar Sahəsinin işçilərinin gündəlik iş fəaliyyətinə nəzarət etmək, işçilərin əməyinin mühafizəsi qaydalarına nəzarət etmək, texnikaların düzgün istifadə edilməsinə nəzarət etmək və sair aiddir. 360 manat aylıq əmək haqqı alır. ünvan 2 ünvanında yerləşir. 20 aprel 2017-ci ildən 29 iyun 2020-ci il tarixədək Ağsu rayonu Mənzil İstismar Sahəsində rəisi vəzifəsində Təqsirləndirilən şəxs işləmiş, 08 iyul 2020-ci il tarixdən hal-hazıradək isə Ağsu rayonu MİS-nin rəisi X12r. Onunların hər ikisi ilə münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 2018-ci ildə 61,81 manat, 2019-cu ildə 6,16 manat, 2020-ci ildə 1,00 manat olmaqla cəmi 68,97 manat artıq əmək haqqı köçürülməsini maddi durumunun pis olması ilə bağlı Təqsirləndirilən şəxs xahiş etməsindən sonuncu tərəfindən köçürülməsini, buna görə heç kimə pul və sair maddi nemət verməməsini, əmək haqqısının özünün almasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X32 və X30 məhkəmə iclasında Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2018-ci ildən halhazıradək Ağsu rayonu Mənzil İstismar Sahəsində fəhlə işləyir. 20 aprel 2017-ci il tarixdən 29 iyun 2020-ci il tarixədək Ağsu rayon MİS-nin rəisi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 08 iyul 2020-ci il tarixdən hal-hazıradək isə Ağsu rayonu MİS-nin rəisi X12r. Əlhüseyn Mayılovla da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 2018-ci ildə 207,55 manat, 2019-cu ildə 891,80 manat olmaqla cəmi 1099,35 manat ona artıq əmək haqqı ödənilməsini şəkər və təzyiq xəstəliyindən əziyyət çəkdiyindən Təqsirləndirilən şəxs xahiş etmişdir ki, ona artıq əmək haqqı vurulsun. Təqsirləndirilən şəxs da qeyd etdiyi pul vəsaitini əmək haqqı kimi onun kart hesabınaa vurmuşdur. Həmin pul vəsaitini isə müalicəsinə xərcləmişdir. Belə ki, gözündən əməliyyat olunmuşdur. Buna görə heç kimə pul və sair maddi nemət vermədiyini, əmək haqqısını özünün almasını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu ildən halhazıradək Ağsu rayonu Mənzil İstismar Sahəsində fəhlə işləyir. 20 aprel 2017-ci il tarixdən 29 iyun 2020-ci il tarixədək Ağsu rayon MİS-nin rəisi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 08 iyul 2020-ci il tarixdən hal-hazıradək isə Ağsu rayonu MİS-nin rəisi X12r. Əlhüseyn Mayılovla da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş, “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin” vahid tarif-ixtisas sorğu kitabçalarının tələblərinə zidd olaraq işçilərin əməyinin aylıq ödəniş dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində 2018-ci ildə yoxlama ilə əhatə olunan dövrdə inzibati idarə işçiləri üzrə baş mühəndis vəzifəsi 2-ci dərəcə ilə tarifləşdirməli olduğu halda 14-cü dərəcə ilə tarifləşdirirlərək ona 336,72 manat artıq əməkhaqqı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci “Gəlir vergisinin dərəcəsi” maddəsinin tələblərinə əməl edilməyərək, işçilərə məzuniyyət hesablanarkən gəlir vergisinin düzgün tətbiq olunmaması nəticəsində ona 2019-cu ildə 42,00 manat artıq məzuniyyət hesablanıb ödənilməsi barədə məlumatının olmamasını, buna görə heç kimə maddi və sair nemət verməməsini, eləcə də ondan heç kimin istəməməsini, əmək haqqısını özünün almasını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayından 2020-ci ilin aprel ayınadək Ağsu rayonu Mənzil İstismar Sahəsində fəhlə işləmişdir. 20 aprel 2017-ci il tarixdən 29 iyun 2020-ci il tarixədək Ağsu rayon MİS-nin rəisi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 08 iyul 2020-ci il tarixdən halhazıradək isə Ağsu rayonu MİS-nin rəisi X12r. Əlhüseyn Mayılovla da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. O, işdən könüllü sürətdə öz ərizəsi ilə çıxmışdır. 2018-ci ildə adına tərtib edilmiş məxaric orderi üzrə 1750,00 manat dəyərində cari təmir işləri üçün mal-materialların, 270,00 manat təsərrüfat mallarının və 80,00 dəftərxana ləvazimatlarının alınmasına xərclənmişdir. Təqsirləndirilən şəxs xahiş etdim ona yardım üçün əlavə pul vəsaiti versin. Təqsirləndirilən şəxs da 2018ci ildə 215,82 manat, 2019-cu ildə isə 758,80 manat ona artıq əmək haqqı vurmuşdur ki, o, oğlunun müalicə edə bilsin. Buna görə heç kimə maddi və sair nemət vermədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X34 ifadəsində göstərmişdir ki, 2017-ci ildən 2020-ci ilin may ayınadək Ağsu rayonu Mənzil İstismar Sahəsində fəhlə işləmişdir. 20 aprel 2017-ci il tarixdən 29 iyun 2020-ci il tarixədək Ağsu rayon MİS-nin rəisi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 08 iyul 2020-ci il tarixdən halhazıradək isə Ağsu rayonu MİS-nin rəisi X12r. Əlhüseyn Mayılov da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. O, öz ərizəsi ilə könüllü olaraq işdən çıxmışdır. 2019-cu ildə 400,00 manat ona artıq əmək haqqı köçürülməsini atası xəstə olduğundan Təqsirləndirilən şəxs xahiş etmiş, Təqsirləndirilən şəxs da ona 400 manat artıq əmək haqqı vurmuşdur. Buna görə heç kimə maddi və sair nemət vermədiyini bildirmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş X7 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildən 2021-ci ilədək Ağsu rayonu Mənzil İstismar Sahəsində xadimə işləmişdir. 20 aprel 2017-ci il tarixdən 29 iyun 2020-ci il tarixədək Ağsu rayon MİS-nin rəisi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 08 iyul 2020-ci il tarixdən hal-hazıradək isə Ağsu rayonu MİS-nin rəisi X12r. Əlhüseyn Mayılovla da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 2019-cu ildə ona 151,80 manat çox əmək haqqı köçürülməsini, pula ehtiyacı olması səbindən Təqsirləndirilən şəxs xahiş etmişdir ki, ona artıq əmək haqqı vurulsun. Təqsirləndirilən şəxs da artıq əmək haqqı vurmuşdur. Buna görə heç kimə maddi və sair nemət vermədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X35, X19 və X31 məhkəmə iclasında X7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ildə idarənin adına tərtib olunmuş kassa məxaric orderləri vasitəsilə, 540,00 manat məbləğində cari təmir işləri üçün mal-materiallar və 585,00 manat məbləğində nəqliyyat vasitəsinə ehtiyyat hissələri alınmış, 2020-ci ildə adına tərtib olunmuş kassa məxaric orderi vasitəsilə, 640,00 manat mbləğində cari təmir işləri üçün mal-materiallar alınmışdır. Belə ki, qeyd edilən vəsaitləri Bobcat T-40140 nəqliyyat vasitəsinə ehtiyat hissələrinin alınmasına, cari təmir işləri üçün isə küçə işıq dirəklərinin lampalarının alınmasına xərclənmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması haqqında 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Ağsu rayonu Mənzil İstismar Sahəsinin işçiləri X40, X3, X20, X21 və X10 işə gəlmədikləri halda gündəlik 08 saat əmək haqqı hesablanaraq ödənilməsi faktı üzrə CMnin 308.1-ci maddəsi ilə 22029007 nömrəli cinayət işi başlanmışdır. - Zərər çəkmiş şəxs kimi tanımaq haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi zərər çəkmiş şəxs qismində tanınmışdır. - 22029007 nömrəli cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 9 saylı Regional maliyyə müfəttişliyi tərəfindən 01 yanvar 2018-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan müddət ərzində Ağsu rayon Mənzil İstismar Sahəsinin yoxlanılmasının yekunlarına dair tərtib edilmiş 19 noyabr 2022ci il tarixli aktda qeyd edilən kassa əməliyyatlarının aparılması, əmək haqqlarının hesablanıb ödənilməsi, torpaq, tikili və avadanlıq, material və digər ehtiyatların qorunub saxlanılması vəziyyətinin yoxlanılması ilə əlqədar törədilmiş qanun pozuntuları X36 və X13 ilə bağlı olmadığından həmin pozuntular Ağsu rayon Mənzil İstismar Sahəsinin sabiq rəisi Təqsirləndirilən şəxs və hal-hazırki rəisi X28 ilə bağlı olduğundan, eləcə də sair xüsusatlarla bağlı 22029007 nömrəli cinayət işindən CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. - 220296012 nömrəli cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 12 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 9 saylı Regional maliyyə müfəttişliyi tərəfindən 01 yanvar 2018-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan müddət ərzində Ağsu rayon Mənzil İstismar Sahəsinin yoxlanılmasının yekunlarına dair tərtib edilmiş 19 noyabr 2022ci il tarixli aktda qeyd edilən kassa əməliyyatlarının aparılması, əmək haqqlarının hesablanıb ödənilməsi, torpaq, tikili və avadanlıq, material və digər ehtiyatların qorunub saxlanılması vəziyyətinin yoxlanılması ilə əlqədar törədilmiş qanun pozuntuları X30 ilə bağlı olmadığından həmin pozuntular Ağsu rayon Mənzil İstismar Sahəsinin sabiq rəisi Təqsirləndirilən şəxs və hal-hazırki rəisi X28 ilə bağlı olduğundan, eləcə də sair xüsusatlarla bağlı ********* nömrəli cinayət işindən CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. - Azərbaycan Respublikası Ağsu Rayon Mənzil İstismar Sahəsinin arayışından görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs idarə rəisi vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının 60 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Mənzil İstismar İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və onunla bağlanmış əmək müqaviləsi təsdiq edilmişdir. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının 30 nömrəli xx.xx.2020-ci il tarixli Əmrinin surətindən görünür ki, Ağsu Rayon Mənzil İstismar İdarəsinin rəisi Təqsirləndirilən şəxs öz ərizəsinə əsasən 29 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Hüquqi şəxsin fəaliyyətinin yoxlanması üçün mütəxəssisin cəlb edilməsi haqqında 16 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Ağsu rayon Mənzil İstismar Sahəsinin 01 yanvar 2018-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək qərarın təsviri hissəsində adları qeyd edilən şəxslərə işə gəlmədikləri halda hesablanaraq ödənilmiş əmək haqqlarının məbləğinin müəyyən edilməsindən ötrü Ağsu rayon Mənzil İstismar Sahəsində yoxlama aparılması məqsədilə mühasibat sahəsində xüsusi biliyə malik mütəxəssis(lər) cəlb edilmişdir. - Hüquqi şəxsin fəaliyyətinin yoxlanması üşün mütəxəssisin cəlb edilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş hüquqi şəxsin fəaliyyətinin yoxlanması üşün mütəxəssisin cəlb edilməsi haqqında qərara əlavə olaraq Ağsu rayon Mənzil İstismar Sahəsinin 01 yanvar 2018-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilmiş təsərrüfat xərclərinin miqdarı və həmin xərclərin təyinatı üzrə xərclənib-xərclənməməsi, həmçinin qanun pozuntusuna yol verildiyi aşkar edilərsə, nədən ibarət olması, hansı vəzifəli şəxs tərəfindən törədilməsi, yaranma səbəbləri, dövrü və vurulmuş ziyanın məbləğinin müəyyən edilməsindən ötrü Ağsu rayon Mənzil İstismar Sahəsində yoxlama aparılması məqsədilə mühasibat sahəsində xüsusi biliyə malik mütəxəssis(lər) cəlb edilmişdir. - Azərbaycan Respublikası Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Ağsu rayon Mənzil İstismar Sahəsinin maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair 19 noyabr 2022-ci il tarixli akt və ona əlavə edilmiş sənədlərdən görünür ki, Aparılmış maliyyə yoxlaması nəticəsində 01 yanvar 2018-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan müddət ərzində Ağsu rayon Mənzil İstismar Sahəsinin vəzifəli şəxsi tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə zidd olaraq əmək haqqıların hesablanıb ödənilməsi, qanunsuz olaraq kassa əməliyyatlarının aparılması, eləcə də artıq pul vəsaitinin israf edilməsi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 aprel 2017-ci il tarixdən 29 iyun 2020-ci il tarixədək Ağsu rayon Mənzil İstismar sahəsinin rəisi vəzifəsində işləyərkən maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət etmək kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması kimi tələblərə əməl etməyib mədaxil orderi yazdıraraq 2018-ci ildə 2100,00 manat, 2019-cu ildə 1125,00 manat, 2020-ci ildə 990,00 manat, cəmi isə 4215,00 manat pul vəsaitini Ağsu rayon Mənzil İstismar Sahəsinin kassasına mədaxil edib üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək 2018-ci ildə kassa məxaric orderləri vasitəsilə 1750,00 manat məbləğində cari təmir işləri üçün mal-materialların, 270,00 manat məbləğində təsərrüfat mallarının, 80,00 manatı dəftərxana ləvəzimatlarının alınmasına, 2019-cu ildə kassa məxaric orderləri vasitəsilə 540,00 manat məbləğində cari təmir işləri üçün malmaterialların və 585,00 manat məbləğində nəqliyyat vasitəsinə ehtiyyat hissələrinin alınmasına, 2020-ci ildə kassa məxaric orderi vasitəsilə 640,00 manat məbləğində cari təmir işləri üçün mal-materialların alınmasına xərcləməklə dövlətin qanunla qorunan mənafelərinə 3865,00 (üç min səkkiz yüz altmış beş manat) manat pul vəsaitindən ibarət mühüm zərər vurmuşdur. Bundan başqa o, Ağsu rayon Mənzil İstismar sahəsinin rəisi vəzifəsində işləyərkən özünün və inzibati işçilərin əvəzsiz qazanc əldə etməsi vahid niyyəti ilə Mənzil İstismar sahəsinin işçilərinin əmək haqqılarının verilməsinə nəzarət etmək kimi səlahiyyətləri olmasından istifadə edərək, özünə 2018-ci ildə 148,84 manat, 2019-cu ildə 1078,00 manat, 2020-ci ildə 400,00 manat olmaqla cəmi 1626,84 manat, baş mühəndis Şahid3 2018-ci ildə 61,81 manat, 2019-cu ildə 6,16 manat, 2020-ci ildə 1,00 manat olmaqla cəmi 68,97 manat, sabiq baş mühasib X17 2018-ci ildə 158,02 manat, 2019-cu ildə 651,45 manat, 2020-ci ildə 1,04 manat olmaqla cəmi 810,51 manat, sabiq komputerçikarguzar X23 2018-ci ildə 747,47 manat, 2019-cu ildə 1077,50 manat, 2020-ci ildə 100,00 manat olmaqla cəmi 1924,97 manat, dalandar Şahid4 2018-ci ildə 207,55 manat, 2019-cu ildə 891,80 manat olmaqla cəmi 1099,35 manat, fəhlə Şahid5 2018-ci ildə 239,87 manat, 2019-cu ildə 621,80 manat olmaqla cəmi 861,67 manat, fəhlə Şahid7 2018-ci ildə 215,82 manat, 2019-cu ildə 758,80 manat olmaqla cəmi 974,62 manat, fəhlə X6 2018-ci ildə 218,77 manat, 2019-cu ildə 50,00 manat olmaqla cəmi 268,77 manat, fəhlə X24 2019-cu ildə 400,00 manat, fəhlə X2 2019-cu ildə 151,80 manat, fəhlə X9 2019-cu ildə 3,00 manat, elektrik X25 2019-cu ildə 3,00 manat, fəhlə X26 2019-cu ildə 3,00 manat, dalandar X18 2020-ci ildə 100,00 manat olmaqla ümumilikdə yuxarıda adları qeyd olunan 13 nəfər işçilərin və özünün “Kapital bank”ın Ağsu rayon filialında olan hesablarına Mənzil İstismar Sahəsinə məxsus olan ona etibar edilmiş cəmi 8396,50 (səkkiz min üç yüz doğsan altı manat əlli qəpik) manat məbləğində pul vəsaitinin köçürülüb, cinayətdən xəbərsiz işçilər tərəfindən qeyd edilən hesablardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək həmin məbləğdə ona etibar edilmiş xeyli miqdarda pul vəsaitininin vahid niyyətlə 1626,84 (min altı yüz iyirmi altı manat səksən dörd qəpik) manatını mənimsəmiş və 6769,66 (altı min yeddi yüz altmış doqquz manat altmış altı qəpik) manatını isə israf etmə yolu ilə talamışdır. Bundan başqa o, təkrarən Ağsu rayon Mənzil İstismar Sahəsinin maliyyə fəaliyyətinin düzgünlüyünü və sərf olunan pul vəsatinin səmərəliyini təmin etmək kimi səlahiyyətlərindən istifadə edərək təsdiqedici sənəd olmadan MİS-in hesabına mədaxil olunma və istifadəsinə dair sənədlər tərtib edimədən 2019-cu ilin oktyabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən elektrik malları alaraq 739,60 manat pul vəsaitini məxaricə silməklə, eləcə də MİS üzrə təsdiqedici sənəd olmadan 2018-ci ilin aprel ayında bağlanmış müqavilə əsasında kommunal xidmətlərin göstərilməsi üçün Mənzil İstismar Sahəsi tərəfindən işlərin görülməsi müqabilində il ərzində görülmüş işlərə görə podratçı təşkilata vəsaitin ödənilməsi nəzərdə tutulduğu halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsassız olaraq 830,00 manat məbləğində büdcə vəsaiti köçürməklə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş, ümumilikdə 1569,60 manat (min beş yüz altmış doqquz manat altmış qəpik) pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilməsinə dair qərar qəbul edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraaat CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələrindən CM-nin 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona yenidən ittiham elan edilməsi, Ağsu rayon Mənzil İstismar sahəsinin 2019 və 2020-ci illər ərzində keçirdiyi satınalmalar üzrə ziyan ödənildiyindən Təqsirləndirilən şəxs və X11 əməllərində CM-nin 308.1-ci maddəsinin tərkib əlamətləri yaranmamış və bu səbəbdən onların barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi, Ağsu rayon Mənzil İstismar sahəsinin 2019 və 2020-ci illər ərzində keçirdiyi satınalmalar üzrə ziyan ödənildiyindən görülmüş işlərin təhvil-təslimi zamanı iştirak etmiş X8, X4 və X14 da əməllərində cinayət tərkibi yaranmadığından onların barələrində CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi, 2020-ci ilin avqust ayında mədaxil orderi tərtib edilərək Mənzil İstismar sahəsinin bank hesabından 350 manat pul vəsaitinin kassaya mədaxil edilməklə sonradan məxaric orderi vasitəsi ilə cari təmir xərclərinə sərf edilməsində dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurulmadığından X11 əməlində CM-nin 308.1-ci maddəsinin tərkib əlamətləri yaranmamış və bu səbəbdən onun barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi, vahid niyyət olmadan 210,00 manat dəyərində təsərrüfat mallarının istifadə müddəti başa çatmadan, eləcə də 368,00 manat dəyərində dizel yanacağının məxaricə silinməsi, sürücü faktiki işlədiyi müddət ərzində 264,00 manat məbləğində dizel yanacağının məxaricə silinməsi ilə bağlı X11 əməlində CM-nin 179.2.3-cü maddəsinin tərkib əlamətləri yaranmadğından onun barəsində CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməli olması qərara alınmışdır. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək o, CM-nin 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. - Zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanıma haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Nümayəndə zərər çəkmiş şəxs Maliyyə Nazirliyinin nümayəndəsi qismində tanınmışdır. Beləliklə, Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq olunan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinin tərkibi vardır. Lakin təqsirləndirilən şəxsin həmin maddə ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, CPM-in: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Ağsu rayon Mənzil İstismar Sahəsinin maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair 19 noyabr 2022-ci il tarixli akt və ona əlavə edilmiş sənədlərdən görünür ki, köçürülən 8396,50 manat vəsaitin 4297,26 manatı maddi məsul şəxslər tərəfindən 2020-ci ildə Mənzil İstismar Sahəsinin bank hesabına köçürülmüşdür. - Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan, ABB-nin №-BPM**********32 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və №BPM**********32 nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 500 manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. - Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan, ABB-nin №-BPM**********99 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və №BPM**********99 nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 550 manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. - Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan, ABB-nin №-BPM**********54 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və № BPM**********54 nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 500 manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. - Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan, ABB-nin №-BPM**********47 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və № BPM**********47 nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 500 manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. - ABB-nin №-BPM**********60 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və № BPM**********60 nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 960 manat pul ödənilmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2024-cü il tarixli, 11152 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X5 Dəymiş zərərin ödənilməsi təyinatı üzrə 1000 manat pul ödənilmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2024-cü il tarixli, 21637 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X5 4000 manat pul ödənilmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2024-cü il tarixli, 26794 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X5 1530 manat pul ödənilmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2024-cü il tarixli, 15208 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X5 3459 manat pul ödənilmişdir. - Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan əlavə məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə məsuliyyət həmin maddənin dispozisiyasında qeyd olunan əməlin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda yaranmış olur. Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə görə dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər də vəzifəli şəxs hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz səlahiyyətindən sui-istifadə etməsi yalnız müvafiq qanunvericilik aktlarının tələblərinə zidd olaraq əməkhaqqıların hesablanıb ödənilməsi, qanunsuz olaraq kassa əməliyyatlarının aparılması, eləcə də artıq pul vəsaitinin israf edilməsində ifadə olunmuşdur. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 23-cü bəndində göstərilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət də dələduzluq cinayəti kimi mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. Bundan başqa Cinayət Məcəlləsinin 308.1-ci, həm 179.2.3-cü maddələri eyni subyekt və obyekt üzrə biribirinə nisbətən ümumi və xüsusi normalardır. Cinayət işinin materiallarına nəzər yetirdikdə də müəyyən olunur ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirmək məqsədi daşımadığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda CM-nin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxsin əlavə olaraq CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinməsinə zərurət yoxdur. CPM-in: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilməlidir. İş materiallarına əlavə edilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 39, 40, 43, 321, 344-347, 356 və 384- 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak, eləcə də xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur, məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X16 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətinə Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-10/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-10/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver