Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-10/2025 10.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1977-ci ildə Ağsu rayonu, Padar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Socar” X1ru seysmik ekspedisiyasının mövsümi 3-cü dərəcəli gözətçisi vəzifəsində işləyən, məhkumluğu olmayan, Ağsu rayonu, Padar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 31 may 2024-cü il tarixdə, saat təxminən 19 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Ağsu rayon Padar kəndində yerləşən evin yaxınlığında Zərərçəkmiş şəxs evinin qarşısından keçən su arxının kol-kosdan təmizlənməsini tələb etməsini səhhətində olan problemlərə görə yerinə yetirə bilməyəcəyini deməsi səbəbindən Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etməsi ilə əlaqədar zərərçəkmiş Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı evdən özü ilə gətirdiyi, mərhum atasından miras qalmış 1946-cı ildə “İjevks” silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJB 46” modelli “F 3693” nömrəli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, yivsiz, qoşalüləli odlu ov tüfəngi olan silah ilə Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə havaya bir dəfə atəş açdıqdan sonra ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarına, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə xuliqanlıq niyyətilə həmin silahla bir dəfə atəş açıb Zərərçəkmiş şəxs sol qol nahiyəsindən vuraraq zərərçəkmiş Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa səthinin döş boşluğuna nüfuz etməyən yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol bazu kələfinin zədələnməsilə sol yuxarı ətrafında hərəkət məhdudluğu fonunda və atrofiya və trofik yara ilə müşayiət olunmayan, bazu kələfinin neyropatiyası sol yuxarı ətrafın parezi ilə müşayiət olunan, sol bazunun əzələ və vətərlərinin, arteria və venaların, sinirlərin zədələnməsi kimi ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla daimi pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Ağsu rayonu, Padar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun qohumu və qonşusudur. Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinə gələn su arxının və kol-kosun yaşadığı ünvana gedən yola mane olmasını bəhanə edib bir neçə ildir ki, onu bu məsələ ilə əlaqədar narahat edir. Sonuncu dəfə təxminən 3 il bundan qabaq kənddə olan toy məclislərinin birində Zərərçəkmiş şəxs yenə bu məsələni gündəmə gətirib ona qarşı nalayiq ifadə işlətmişdir. O isə Zərərçəkmiş şəxs fikir verməmişdir. Həmin vaxtdan sonra onların münasibətləri yaxşı deyildir. 31 may 2024-cü il tarixdə saat təxminən 18 radələrində o, həyətini suvarmaq istəyirmiş. Bu məqsədlə qohumu və onunla qonşuluqda yaşayan Şahid da ona kömək etmək üçün çağırmışdır. O, İsmayıl ilə birlikdə həyətinə gələn su arxının suyunu açıb iş görən zaman Zərərçəkmiş şəxs yaşadığı evdən küçəyə çıxıb ona nəyə görə su arxını və həyətin kənarında olan kol-kosu təmizləmədiyini bildirmişdir. O da ayaqlarının ağrıdığını, xəstə olduğunu, yaxın zamanda bir adam tapıb bu işləri gördürəcəyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs yaşadığı evin qarşısından uzaqlaşıb yolun dar olan hissəsinə çəkilmiş və mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt onlar bir-birinin yaxasından yapışmışlar. Bu zaman Zərərçəkmiş şəxs onun başının arxa nahiyəsindən şillə ilə vurmuş və yenə də böyük-kiçiyini, arvad uşağını nalayiq ifadələrlə söymüşdür. Həmin vaxt o, pis olmuş, özünü təhqir olunmuş hiss etmiş və Zərərçəkmiş şəxs aralanıb yaşadığı evə getmiş, evdə atasından miras qalmış və öz otağında gizlətdiyi tüfəngi götürmüşdür. Sonra isə 2 ədəd patron götürüb tüfəngin ayrı-ayrı lülələrinə yerləşdirmişdir. Onun 2 patron götürməkdə məqsədi patronları göyə atıb, Sahibi qorxutmaq olmuşdur. O, patronları tüfəngə yerləşdirdikdən sonra yaşadığı ünvandan çölə çıxmış, bu zaman İsmayıl onun arxasınca gəlib onun getməməyini bildirmişdir. O isə İsmayıla gəlməməsini, gözləməsini demişdir. İsmayıl da bundan sonra gəlməmişdir. Sonra Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlib Sahibi çölə çağırmış, Sahib çölə çıxmışdır. Sahib çölə, yəni yaşadığı ünvanın qarşısına çıxdıqdan sonra o, Sahibdən onu niyə söydüyünü soruşmuş və Sahibə “həmin söyüşləri mən sənə söysəm götürərsən” deyə bildirmişdir. Sahib də “mən o sözlərə görə səni cıraram, parçalayaram” demiş və onun nəslini söyərək üstünə gəlmişdir. O da həmin vaxt Sahibi qorxutmaq üçün Sahibdən 4-5 metr kənara bir dəfə havaya atəş açmışdır. Bu zaman Sahib yenidən onu nalayiq ifadələrlə təhqir etmiş və onun üstünə gəlmişdir. O, həmin vaxt tüfəngi boşaltmaq istəyirmiş. Qorxurmuş ki, onlar əlbəyaxa olan zaman atəş açılar və oraya gəlmək istəyən şəxslərə, həmçinin Zərərçəkmiş şəxs xəsarət yetirə bilər. O, tüfəngi boşaltmaq istəyərkən Sahib ona tərəf gəlmiş və o, tətiyi çəkərək atəş açmışdır. O, güllə atıldıqdan sonra başını yuxarı qaldırmış və Sahibin dayandığını görmüşdür. Elə həmin vaxt görmüşdür ki, Sahibin qol nahiyəsindən qan açılmışdır. Zərərçəkmiş şəxs tüfənglə vuran zaman aralarında təxminən 8-10 metr məsafə olarmış. Onların birinci mübahisəsi təxminən 8-10 dəqiqə ərzində olmuşdur. O, tüfənglə kənara atəş açan zaman və Zərərçəkmiş şəxs tüfənglə vuran zaman isə mübahisə 5-7 dəqiqə ərzində olmuşdur. Zərərçəkmiş şəxs atəş açaraq xəsarət yetirdiyi ov tüfənginin ona məxsus olmasını təsdiq edən sənədlər mövcud deyildir, həmin silah ona atasından yadigar qalmışdır. Sahib onun üstünə gələn zaman o, birinci dəfə Sahibi qorxudub dayandırmaq üçün Sahibdən kənara atəş açmışdır. İkinci dəfə yenə Sahib onun üstünə gəlir və onu söyürmüş. Həmin vaxt o, yenə də Sahibi dayandırmaq və onunla əlbəyaxa olmamaq üçün çalışırmış ki, yenə də kənara güllə atsın. Lakin tüfəngin sol lüləsi yaxşı işləmədiyi üçün o, bir neçə dəfə cəhd etsə də kənara atəş aça bilməmişdir. Sonra isə tüfəngi boşaltmaq istəmişdir. Bu zaman isə qəfildən atəş açılmışdır. Sonra o, həmin yerdən çıxıb getmiş və DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib, Sahib adlı şəxsi ov tüfəngi ilə vurmağı və təcili tibbi yardım göndərilməsi barədə məlumat vermişdir. Daha sonra öz avtomobilinə minib tüfəngi çaya atmaq üçün Ağsu rayon Padar kəndinin yaxınlığından keçən Girdiman çaya getmiş və tüfəngi çayın gur yerinə atmışdır. Sonradan polis əməkdaşları hadisə yerinə gəlmişlər və ondan tüfəngi hara atmağını soruşmuşlar. O da tüfəngi atdığı yeri polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları çayın içərisindən tüfəngi aşkar edib onun iştirakı ilə götürmüşlər. O, tüfənglə kənara atəş açan zaman və Zərərçəkmiş şəxs tüfənglə vuran zaman orada kənar şəxslər olmamış və hadisə yerinə kənar şəxs gəlməmişdir. Həmin vaxt Şahid ondan təxminən 30-40 metr arxada olmuşdur. Şahid onların yanında olmamışdır. İsmayıl yolda dayanıb gəlmədiyi üçün onun Zərərçəkmiş şəxs tüfənglə vurmasını görməmişdir. O, Sahiblə olan hadisəni heç bir xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində törətməyə məcbur olmuşdur. O, hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəyən maddi və mənəvi ziyanı ödəmişdir. Bu səbəbdən, ona yüngül cəza verilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Ağsu rayon Padar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun qohumu və qonşusudur. Onun yaşadığı ünvana gedən yol Təqsirləndirilən şəxs yaşadığı ünvanın yanından keçir. Təqsirləndirilən şəxs yaşadığı ünvana gedən su arxı yolu yararsız vəziyyətə salır və həyətin kol-kosu yolun rahat gediş gəlişinə mane olur. O, Elnura 2-3 ildir ki, bu barədə deyir, lakin Elnur bununla bağlı heç bir iş görmür. Təqsirləndirilən şəxs su arxını qazmır və kol-kosu təmizləmir. 31 may 2024-cü il tarixdə, saat təxminən 18 radələrində o, öz yaşadığı ünvandan çölə çıxan zaman Təqsirləndirilən şəxs onun qapısının ağzında dayandığını görmüşdür. Şahid isə Təqsirləndirilən şəxs köməklik məqsədilə su arxının suyunu açırdı. O, Təqsirləndirilən şəxs nə üçün kol-kosu təmizləmədiyini və su arxını qazmadığını bildirmişdir. Bu vaxt onların arasında mübahisə yaranmış və Təqsirləndirilən şəxs yol yiyəsinin ünvanına nalayiq ifadələr işlətmiş, o isə Elnura söyüş söyməməyini demişdir. Bu zaman Elnur onun yaxasından yapışmışdır. O da Elnurun başının arxa nahiyəsindən itələmiş və çıxıb getməyini bildirmiş, Elnur da onu hədələyərək çıxıb getmiş, o da öz həyətlərinə keçmişdir. Təxminən 20-25 dəqiqə sonra Elnurun onu çağırdığını eşitmişdir. Bu zaman o, çölə çıxmış, çölə çıxanda görmüşdür ki, Elnur əlində qoşalülə tüfənglə yaşadığı ünvanın qarşısında dayanmışdır. Həmin vaxt Elnur onu nalayiq ifadələrlə təhqir etmiş və tüfəngi ona tərəf tuşlayıb ondan biraz kənara boşluğa atəş açmışdır. O, isə Elnura “sən nə edirsən, sənin başın xarabdır” deyə bildirmiş və iki-üç addım irəli getmişdir. Elnur yenə ona qarşı nalayiq ifadə işlətmiş və onun sol tərəfindən bir dəfə atəş açmışdır. Bu zaman onun sol qol nahiyəsindən və böyür nahiyəsindən bərk ağrı tutmuş, həmçinin qolundan qan axmağa başlamışdır. Sonra o, qolunu tutub qapının ağzında oturmuşdur. Elnur isə çıxıb getmişdir. Bundan sonra ailə üzvləri gəlib ona yardım etməyə başlamışlar. Sonra isə təcili tibbi yardıma zəng etmişlər. Təqsirləndirilən şəxslə birinci dəfə mübahisə edən zaman Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs onu tüfənglə vuran zaman aralarında 7-8 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxslə birinci dəfə mübahisə edən zaman, həmçinin Təqsirləndirilən şəxs onu tüfənglə vuran zaman orada kənar şəxslər olmamışdır. Yalnız Şahid olmuşdur. Onların birinci mübahisəsi 3-5 dəqiqə ərzində, ikinci mübahisəsi isə 2-3 dəqiqə ərzində olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Ağsu rayon Padar kəndində anası X13 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Həmin şəxslər onun qohumları və qonşularıdır. 31 may 2024-cü il tarixdə, saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs onu çağıraraq öz həyətlərində iş gördüyünü bildirib, onun da köməklik etməyini, həyəti suvarmağını istəmişdir. O da bundan sonra Elnurla birlikdə Elnurun yaşadığı ünvana tərəf getməyə başlamışdır. Həmin vaxt o, Elnurun yaşadığı evin həyətinə gedən su arxı ilə suyu açıb aparmaq istəmiş, bu zaman Zərərçəkmiş şəxs yaşadığı evdən küçəyə çıxıb Elnura nəyə görə su arxını və həyətinin kənarında olan kol-kosu təmizləmədiyini bildirmişdir. Elnur da ayaqlarının ağrıdığını və xəstə olduğunu demiş, bu zaman Elnur və Sahibin arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə Təqsirləndirilən şəxs təhqir etmişdir. Həmin vaxt Elnur və Sahib bir-birlərinin yaxasından yapışmışlar. Bu zaman Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs başının arxa nahiyəsindən şillə ilə vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həyacanlanmış və Zərərçəkmiş şəxs aralanıb “gözlə sən görərsən” deyib yaşadığı evə doğru getmişdir. O, isə 5-10 dəqiqə Zərərçəkmiş şəxs yanında dayandıqdan sonra Elnurun yaşadığı evin həyətinə gedib, iş görməyə başlamışdır. O, iş görən zaman Təqsirləndirilən şəxs yaşadığı evdən tüfəng götürərək həyətə düşdüyünü və həyətdən çölə çıxdığını görmüş, o da Təqsirləndirilən şəxs dalınca getmiş, lakin Təqsirləndirilən şəxs ona gəlməməsini və gözləməyəni bildirmişdir. O da qorxusundan getməmiş və gözləməyə başlamışdır. Elnur da tüfənglə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə tərəf getmişdir. Bir az sonra atəş səsi eşitmişdir. O, atəş səsi eşidərkən qorxmuş və həyacanlanmış, həmin vaxt Elnurun Sahibi vurduğunu fikirləşib onlara tərəf getmək istəmiş, bu zaman ikinci dəfə atəş açılmışdır. O, tez Sahib və Elnurun olduğu yerə getmişdir. O, Sahib və Elnurun olduğu yerə çatarkən Sahibin qolunu tutub yerdə oturduğunu görmüşdür. Elnur isə həmin yerdən uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra Sahibin ailə üzvləri çölə çıxıb Sahibə yardım göstərməyə başlamışlar. O da Sahibə kömək etmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında birinci dəfə mübahisə olan zaman mübahisəni birinci Zərərçəkmiş şəxs başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tüfənglə vuran zaman o, aralıda olduğu üçün, həmçinin onun dayandığı yerdə kol-kos olduğu üçün Elnurun Sahibi tüfənglə vurmasını görməmişdir. Verilən suallara cavab olaraq Şahid bildirmişdir ki, Elnur əlində tüfəng Zərərçəkmiş şəxs məxsus evə tərəf gedərkən o, getməmiş, Elnurun atəş açmağını görməmişdir. Birinci atəş səsini eşidəndə, onlara tərəf getməyə başlamış, bu zaman ikinci atəş səsini eşitmişdir. İki atəş səsi arasında bir dəqiqəyə yaxın vaxt var idi. O, onlara tərəf gedəndə Elnur əlində tüfəng geri qayıdırdı. Sahibin yanında çatanda onun vurulduğunu görmüş, həmin vaxt onun ailə üzvləri qapıdan çölə çıxırdılar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə, saat 23:30-da şübhəli şəxs kimi tutulmuşdur. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 02 iyun 2024-cü il tarixli 4(016)-33/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 31 may 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X17 03 iyun 2024-cü il tarixli, 153 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində köhnə çapıq fonunda xx.xx.2024-cü il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X6” X17 05 iyun 2024-cü il tarixli, 386 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmiş və hal-hazırda da keçirmir. O, törətmiş olduğu əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X17 07 iyun 2024-cü il tarixli, 383/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu B/İİİ/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar (kəmər ilə), qısaqol köynək və qolsuz mayka üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qan qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər(əgər onların qanında müşayətçi H antiqeni vardırsa). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X17 14 iyun 2024-cü il tarixli, 166 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazu kələfinin zədələnməsilə sol yuxarı ətrafında hərəkət məhdudluğu və atrofiya ilə müşayiət olunmayan, bazu kələfinin neyropatiyası fonunda sol yuxarı ətrafın parezi ilə müşayiət olunan, sol bazunun əzələ və vətərlərinin, arteria və venaların, sinirlərin zədələnməsi, döş qəfəsinin sol arxa səthində döş boşluğuna nüfuz etməyən yarası, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni, xx.xx.2024-cü il tarixdə odlu silahdan açılmış atəş nəticəsində qırmaların təsirindən əmələ gəlmişdirlər. Ağırlıq dərəcələrinə görə sol bazu kələfinin zədələnməsilə sol yuxarı ətrafında hərəkət məhdudluğu fonunda atrofiya və trofik yara ilə müşayiət olunmayan, bazu kələfinin neyropatiyası, sol yuxarı ətrafın parezi ilə müşayiət olunan, sol bazunun əzələ və vətərlərinin, arteria və venaların, sinirlərin zədələnməsi ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla daimi pozulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Döş qəfəsinin sol arxa səthinin döş boşluğuna nüfuz etməyən yarası sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X22 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilən 24 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü ailədə və məişətdə normal aparmışdır. Qonşularla münasibəti yaxşıdır. Onun kənd camaatı arasında xüsusi hörməti vardır, kənddə yaşadığı müddət ərzində X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirlirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2024-cü il tarixli, 3-16-16/2-3/1043 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 1946-cı ildə “İjevks” silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJB 46” modelli “Ф 3693” nömrəli patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, yivsiz, qoşalüləli odlu ov silahıdır, üzərində əlavə və dəyişiklik edilməmiş, sağ lüləsi atəş açmaq üçün yararlıdır, sol lüləsi isə rəyin tədqiqi hissəsində göstərilən səbəbdən atəş açmaq üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, patronların daxilinə doldurulan atəş komponentlərinin hissəsidir-karteçdir, döyüş susatı hesab edilmir. Həmin karteçin üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır. Lakin həmin izlər xüsusi əlamətə malik olmadığından və eyniləşdirmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onun “Ф 3693” nömrəli ov silahından atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Qərarda qoyulmuş “həmin silah atəşə yararlıdırsa əvvəllər hər hansı bir cinayət hadisəsinin törədilməsində istifadə olunmuşdurmu” sualı Mərkəzin ekspertinin səlahiyyətlərinə aid olmadığından cavablandırılmadı. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 iyul 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Polis şöbəsinin ********* nömrəli cinayət işinə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi hal-hazırda icraatdadır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş 29 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Əliyev X3 qediyyatda olmaqla ailə üzvləri, anası-X4, arvadı-X14, qızları-X10, X15 və oğlu X11r. - “Cinayət əməlinin tövsif edilməsi haqqında” 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsindən həmin məcəllənin 127.2.3-cü və 221.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. - “Sübutların qiymətləndirilməsi barədə” 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3cü və 221.3-cü maddələrinə tövsif olunması və Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, onun əməlinin ümumi təhlükəli üsulla sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməsi, Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1043 saylı rəyində ov tüfənginin sol lüləsinin atəş açmaq üçün yararsız olmasının göstərilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə təkzib edildiyindən sübut növü kimi qiymətləndirilməsi, barəsində CM-in 228.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, barəsində CMin 29, 120.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 166 saylı, kompleks məhkəmə-trasoloji və məhkəmə-bioloji ekspertizasının məhkəmə tibbi-bioloji şöbəsinin xx.xx.2024-cü il tarixli, 383/2024-MTBŞ saylı kompleks məhkəmə-trasoloji və məhkəməbioloji ekspertizasının məhkəmə tibbi-kriminalistik şöbəsinin xx.xx.2024-cü il tarixli, 258/MTKŞ-2024 saylı, məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 3/1043 saylı rəyləri, zərərçəkmiş, təqsirləndirilən və şahid ifadələri, üzləşdirmə protokolları və cinayət işinə əlavə edilmiş digər sənədlər sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs tərəfindən cinayət törədilməsində istifadə olunmuş 1946-cı ildə “İjevks” silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJB 46” modelli “Ф 3693” nömrəli patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, yivsiz, qoşalüləli ov tüfəngi tüfəngi, eləcə də bir ədəd ov patronu qırması (karteç), həmçinin hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd qara rəngli maykanın cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. - Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 221.3-cü maddəsinin tərkibi olmadığından, ona həmin maddə ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs verilən ittihamda göstərilmişdir ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş və silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, 31 may 2024-cü il tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs Ağsu rayonunun Padar kəndində qohumu Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında qoşalüləli ov tüfəngi ilə havaya bir dəfə atəş açdıqdan sonra həmin ov tüfəngi ilə Zərərçəkmiş şəxs sol qol nahiyəsindən bir dəfə atəş açaraq onun sağlamlığına az ağır zərər vurmuşdur. Tərəflər arasında olmuş mübahisə şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs su arxının kol-kosdan təmizlənməsinin təqsirləndirilən şəxsdən tələb etməsi, Zərərçəkmiş şəxs onu vurması və nalayiq ifadələrlə söyüb təhqir etməsi səbəbindən baş vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söyüb təhqir etməsi ilə əlaqədar və zərərçəkmiş Zərərçəkmiş şəxs təşəbbüsü ilə yaranması ittiham aktının nəticə hissəsində də göstərilmişdir. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin Təqsirləndirilən şəxs konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmişdir. İbtidai istintaq materiallarından, həmçinin təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qohum olmaqla yanaşı aralarında olan mübahisə şəxsi münasibətlər zəminində və zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmışdır. CM-in 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarda qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi kimi əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir. Həmin Qərarda göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Həmin Qərarda qeyd göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində isə göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Həmin Qərarın 5-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 221.3-cü maddəsi ilə irəli sürdüyü ittihamı əsaslı göstərmək üçün qərəzli olaraq heç bir əsaslandırma aparmamış, ən vacib amil olan isə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyənləşdirməmişdir. Həmçinin, müstəntiq tərəfindən hadisənin şəxsi münasibətlər zəminində, qohumlar arasında, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə baş verməsi nəzərə alınmamış, tam araşdırılma aparılmadan və əməl düzgün tövsif olunmadan qərəzli olaraq təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə ittiham olunmuşdur. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq cinayətini xarakterizə edən hər hansı hərəkətlər etməsi öz təsdiqini tapmır və Təqsirləndirilən şəxs 31 may 2014-cü il tarixdə, saat 18:30 radələrində Ağsu rayonunun Padar kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında baş vermiş hadisə zamanı xuliqanlıq əməlinin törədilməsində təqsirliliyi sübuta yetmir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində CM-in 221.3-cü maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Beləliklə, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də həmin cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Məhkəmə zərərçəkən şəxsin, şahidin ifadələrini, ekspert rəylərini, iş materiallarında olan digər sənədləri nəzərdən keçirməklə Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi onun özünü müdafiə xarakteri daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdən 10 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 07 ay 10 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkəmənin yekun qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsində saxlanılan 1946-cı ildə “İjevks” silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJB 46” modelli, “Ф 3693” nömrəli patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, yivsiz, qoşalüləli ov tüfəngi, eləcə də bir ədəd ov patronu qırması (karteç) xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahsursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd qara rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, həmin hissədə ona bəraət verilsin. Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdən 10 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 10 (on) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsində saxlanılan 1946-cı ildə “İjevks” silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJB 46” modelli, “Ф 3693” nömrəli patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, yivsiz, qoşalüləli ov tüfəngi, eləcə də bir ədəd ov patronu qırması (karteç) xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd qara rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X7, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-10/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-10/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver