Məhkəmə qərarları › İş №1(016)-11/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-11/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-11/2023 09.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, X1, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla Ağsu şəhəri, S.Vurğun küçəsi ev 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, xx xxxxxxx 1999-cu il tarixdə anadan olmaqla, yetkinlik yaşına çatdığı halda xx xxxxxx 2006-cı il tarixdə anadan olmaqla on altı yaşına çatmamış Zərərçəkmiş şəxs dəvəti ilə 03 avqust 2022-ci il tarixdə saat 00 radələrində sonuncunun yaşadığı Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən nömrəsiz evin həyətyanı sahəsinə gəlib həyətyanı sahədə yerləşən tövlənin içərisində qarşılıqlı razılıq əsasında Zərərçəkmiş şəxs ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olmuş və 12 avqust 2022-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs könüllü olaraq evlənmək məqsədilə yaşadığı Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı evə gətirib həmin evdə Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmaqla, on altı yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 152.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası aydındır. Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı evdə ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs 16 yaşı vardır. Uzun müddətdir ki, bir-birlərini sevirlər. 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs ilə nişanlanmışlar. Lakin daha sonra Zərərçəkmiş şəxs ailəsi ilə arasında problem yarandığı üçün 2022-ci ilin fevral ayında nişanı geri qaytarmışdır. Bir müddət Zərərçəkmiş şəxs ilə əlaqəsi kəsilmişdir. 2022-ci ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Vatsap” proqramı vasitəsilə mesaj yazmışdır. Zərərçəkmiş şəxs ona başqa biri ilə nişanlandığını, lakin həmin şəxsi sevmədiyini və onunla ailə həyatı qurmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs evlənmək istədiyini demişdir. Zərərçəkmiş şəxs ilə bir neçə gün ərzində yazışmış və Zərərçəkmiş şəxs ilə görüş təyin etmişlər. 03 avqust 2022-ci il tarixdə gecə saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin açıq vəziyyətdə olan giriş qapısından həyətə daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs onu yaşadığı evin arxa tərəfində hasarın kənarında gözləyirmiş. Zərərçəkmiş şəxs ilə orada görüşüb bir neçə dəqiqə söhbət etmişlər. Görüş zamanı Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq və bakirəliyinin onun tərəfindən pozulmasına nail olmaq istədiyini bildirmişdir. Belə olan halda başqa biri Zərərçəkmiş şəxs ilə evlənə bilməyəcəkmiş. Bundan sonra onlar razılaşıb evin həyətindəki tövləyə getmişlər. Zərərçəkmiş şəxs razılığı ilə on dəqiqə ərzində təbii yolla cinsi əlaqədə olmuşlar. Bu vaxt Zərərçəkmiş şəxs cinsiyyət orqanından qan gəlmişdir. Ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bakirəliyini pozmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs 16 yaşı tamam olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs ilə bir neçə dəqiqə ərzində söhbət etmişdir. Bir neçə dəqiqə sonra da evin həyətinə daxil olduğu yerdən çıxaraq getmişdir. Bundan bir neçə gün sonra, yəni 06 avqust 2022-ci il tarixdə mesajlaşan zaman Zərərçəkmiş şəxs onu sevdiyini bildirib onunla qoşulub qaçmaq istədiyini demişdir. O da Zərərçəkmiş şəxs sevdiyi üçün razılaşmışdır. O, 07 avqust 2022-ci il tarixdə saat 22 radələrində taksi sifariş edərək Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına çağırmışdır. Həmin tarixdə saat təxminən 22:30 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə taksiyə əyləşib Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özünə məxsus evə getmişdir. Onlar həmin evə çatanda 08 avqust 2022-ci il, saat təxminən 02 radələri imiş. O, Zərərçəkmiş şəxs ilə həmin gecə təbii yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə bir neçə gün ərzində Bakı şəhərində yaşamışlar. Daha sonra ona məlum olmuşdur ki, Durduxan Talıbov nəvəsi Bəyim Amil qızını yaşadığı evdən qaçırılması barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra izahatının alınması üçün Ağsu rayon Polis Şöbəsinə dəvət edilmişdir. 12 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə Ağsu şəhərinə gəlmişdir. Bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdən etibarən yaşadığı Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı evdə Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 25 oktyabr 2022-ci il tarixdə el adəti ilə yaşadığı evdə toyu olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, zərər çəkmiş şəxsin onun arvadı olmasını və ondan şikayətçi olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını, zərər çəkmiş şəxsin onun arvadı olmasını və ondan şikayətçi olmamasını nəzərə alaraq ona şərti cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı evdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs 22 yaşı vardır. 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxsla nişanlanmışlar. Lakin daha sonra ailələri arasında problem yarandığı üçün 2022-ci ilin fevral ayında nişanları pozulmuşdur. Bir müddət onların əlaqələri kəsilmişdir. 2022-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Vatsap” proqramı vasitəsilə mesaj yazmışdır. O, Təqsirləndirilən şəxs unutmaq üçün Maarif adlı oğlanla nişanlandığını, lakin həmin şəxsi sevmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla evlənmək istədiyini demişdir. Bu minvalla bir neçə gün ərzində yazışmışlar və Təqsirləndirilən şəxsla görüş təyin etmişlər. O, evin giriş qapısını açıq vəziyyətdə saxlamış və 03 avqust 2022-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qapısından evin həyətinə daxil olmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətində gözləyirmiş. Onlar orada görüşüb bir neçə dəqiqə söhbət etmişlər. O, Təqsirləndirilən şəxs cinsi əlaqədə olmağı təklif etmişdir. Bu təklifi etməkdə məqsədi bakirəliyinin Coşqun tərəfindən pozulmasına nail olmaq və evlənmək imiş. Bundan sonra evin həyətindəki tövləyə getmişlər. Öz razılığı Təqsirləndirilən şəxs ilə on dəqiqə ərzində təbii yolla cinsi əlaqədə olmuşlar. Bu vaxt onun cinsiyyət orqanından qan gəlmiş və onun bakirəliyi pozulmuşdur. Daha sonra bir neçə dəqiqə söhbət etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evi tərk etmişdir. Bundan bir neçə gün sonra yəni, 06 avqust 2022-ci il tarixdə mesajlaşan zaman Təqsirləndirilən şəxs onu sevdiyini bildirib qoşulub qaçmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs da onu sevdiyi üçün razılaşmışdır. Həmçinin onlar plan qurmuşlar ki, 07 avqust 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhərinə getsinlər. 07 avqust 2022-ci il tarixdə saat 22 radələrində Coşqunun yaşadığı evə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla ilə birlikdə taksiyə əyləşib Bakı şəhərinə getmişlər. Bundan sonra Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Coşquna məxsus evə getmişlər. Onlar həmin evə çatanda 08 avqust 2022-ci il, saat təxminən 02 radələri imiş. Daha sonra ona məlum olmuşdur ki, babası X3 yaşadığı evdən qaçırması barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxsla birlikdə Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı evdə ər-arvad münasibətində yaşayır. Təqsirləndirilən şəxsla gələcəkdə evlənmək məqsədilə, könüllü olaraq Bakı şəhərinə getmişdir. Həmçinin Təqsirləndirilən şəxsla öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxsin onun əri olduğunu, onunla könüllü olaraq evləndiyini, ailəsinin yeganə qazanc gətirəni olmasını, ondan şikayətçi olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş X6 ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, Ağsu rayonu Kəndoba kəndində yerləşən evdə ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs nəvəsidir, oğlu Amil Talıbovun qızıdır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Təqsirləndirilən şəxs əvvələr nəvəsi Zərərçəkmiş şəxs ilə nişanlı olmuşdur. Sonradan aralarında mübahisə olduğundan onların nişanı pozulmuşdur. 07 avqust 2022-ci il tarixdə saat təxminən 00 radələrində yaşadığı evdə olarkən gəlini Qanuni nümayəndə mobil onun telefonuna zəng vurub Zərərçəkmiş şəxs keçmiş nişanlısı Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evi tərk etdiyini bildirmişdir. O, dərhal Zərərçəkmiş şəxs Ağsu şəhəri, S.Vurğun küçəsində yaşadığı evə gəlmişdir. Orada söhbət əsnasında tam əmin olmuşdur ki, nəvəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qaçırılmışdır. Daha sonra Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə nəvəsi Zərərçəkmiş şəxs könüllü olaraq gələcəkdə evlənmək məqsədilə Bakı şəhərinə getmişdirlər. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Qanuni nümayəndə ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən nömrəsiz evində ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Təqsirləndirilən şəxs 2020- 2021-ci illər ərzində qızı ilə nişanlı olmuşdur. Sonradan Təqsirləndirilən şəxs ailəsi ilə aralarında mübahisə yarandığı üçün nişan pozulmuşdur. Daha sonra qızı Zərərçəkmiş şəxs öz istəyi ilə Maarif adlı oğlanla nişanlanmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 07 avqust 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı evdə yatıbmış. O, yuxudan oyanıb qızı Zərərçəkmiş şəxs üzərini adyalla örtmək üçün onun otağına getmişdir. Bu vaxt Zərərçəkmiş şəxs çarpayısında olmadığını müəyyən etmişdir. Həmçinin koridordakı mebelin gözündə məktub olmasını görmüşdür. Məktubu balaca qızı açıb oxumuşdur. Həmin məktubda qızı Zərərçəkmiş şəxs öz xətti ilə Təqsirləndirilən şəxs könüllü olaraq qoşulub qaçmasını göstərmişdir. O, bir neçə dəfə qızının ***-***-**-** saylı mobil nömrəsinə zəng vursa da, Zərərçəkmiş şəxs zəng çatmamışdır. Daha sonra atası Durduxan Talıbova bu barədə məlumat vermişdir. Durduxan Talıbov da Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxsla qızı Zərərçəkmiş şəxs ər-arvad kimi Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı evdə yaşayır. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı evdə ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun gəlini, Təqsirləndirilən şəxs isə onun oğludur. Təqsirləndirilən şəxs 2020-2021-ci illər ərzində Zərərçəkmiş şəxs ilə nişanlı olmuş, sonradan Zərərçəkmiş şəxs ailəsi ilə aralarında mübahisə yarandığı üçün nişan pozulmuşdur. Bir müddət oğlunun Zərərçəkmiş şəxs ilə əlaqəsi kəsilmişdir. 2022-ci ilin iyul ayının sonlarında oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun mobil nömrəsinə mesaj yazdığını və ailə həyatı qurmaq istədiyini bildirdiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə razılaşdığını və ailə həyatı qurmağa razı olduğunu bildirdiyini ona demişdir. O, oğluna Zərərçəkmiş şəxs ilə evlənmək məsələsinə qarışmayacağını və özləri istədikləri kimi edə biləcəklərini bildirmişdir. Bundan bir neçə gün sonra, yəni 2022-ci ilin avqust ayının əvvəllərində oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaşadığı evin tövləsində təbii-yolla cinsi əlaqədə olduğunu və Zərərçəkmiş şəxs bakirəliyini pozduğunu bildirmişdir. O, oğluna səhv etdiyini və el-adəti ilə evləndikdən sonra cinsi əlaqədə olmalı olduqlarını demişdir. O, 07 avqust 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə imiş. Həmçinin Təqsirləndirilən şəxs da evdə imiş. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs ilə plan qurduqlarını və evlənmək məqsədilə Bakı şəhərinə gedəcəklərini demişdir. O, oğluna Zərərçəkmiş şəxs ilə Bakı şəhərinə getməməsini xahiş etsə də Təqsirləndirilən şəxs onunla razılaşmamışdır. Həmin tarixdə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs Bakı şəhərinə gedə bilməsi üçün taksi sifariş etmişdir. Bundan 30 dəqiqə sonra Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs ilə birlikdə taksiyə əyləşib Bakı şəhərinə getmişlər. Daha sonra ona məlum olmuşdur ki, Durduxan Talıbov oğlunun Zərərçəkmiş şəxs yaşadığı evdən qaçırması barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir neçə gün ərzində Bakı şəhərində yaşayıb 12 avqust 2022-ci il tarixdə izahatlarının alınması üçün Ağsu rayon Polis Şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs 12 avqust 2022-ci il tarixdən etibarən onun yaşadığı evdə yaşamağa başlamışlar. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs 25 oktyabr 2022-ci il tarixdə el adəti ilə Ağsu rayon Kəndoba kəndində toyları olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona qərar elan edilməklə hüquq və vəzifələri izah edilmişdir. - Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində anası Qanuni nümayəndə təyin olunmuş və hüquq və vəzifələri izah edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ş.T.Quliyev adına “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X13 21 oktyabr 2022-ci il tarixli, PHŞ/6-25-z- 2022-72 saylı məktubundan görünür ki, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla Ağsu şəhəri, S.Vurğun küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar Ağsu Rayon Mərkəzi Xəstəxsanası PHŞ-nə müraciət etməmiş dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 15 avqust 2022-ci il tarixli 172 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində heç bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti iki həftə müddətindədir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanın hər hansı bir əlaməti aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsi tərəfindən verilmiş məhkəmə-psixoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli 3041 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs əqliintellektual imkanları (yaddaş, diqqət, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. Sərbəstliyə və müstəqilliyə can atmaq, şəraitə qane olmaq, emosianal sabitlik, adaptevlik, situativlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq və düzgün dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafına, fərdi-psixi xüsusiyyətinə və hadisə şəraitinə görə Təqsirləndirilən şəxs hərəkətlərinə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs cinayət təqibi üzrə araşdırmalı halları düzgün qavramaq və düzgün ifadə etmək vermək qabilliyyətinə malik olmuşdur. - Sübutların qiymətləndirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixli qərarla CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 144-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 149-cu maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal olması nəzərə alınmış, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olması nəzərə alınmış, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X11-Təcrübi və X14 rayon şöbəsinin 15 avqust 2022-ci il tarixli, 172 saylı ekspert rəyi, məhkəmə-psixoloji ekspertizasının 17 noyabr 2022ci il tarixli, 3041 saylı ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən qanuni nümayəndə və mütəxəssisin iştriakı ilə dindirilmiş zərər çəkmiş şəxs, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhəri İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 03 oktyabr 2022-ci il tarixli, 3815 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, S.Vurğun küçəsi ev 1-də yaşamaqla onun ailə tərkibi atası- 1974-cü il təvəllüdlü X2, anası- 1976-cı il təvəllüdlü Şahiddır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhəri İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 03 oktyabr 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam-intizamlı olmuşdur. O, ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarır. Təqsirləndirilən şəxs barəsində Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə faktiki ər-arvad münasibətində olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, faktiki ər-arvad münasibətində olduğu zərər çəkmiş şəxslə bir evdə digər ailə üzvləri ilə birgə yaşamasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən ilk dəfə az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməli etiraf etməsini, zərər çəkmiş şəxslə faktiki ər-arvad münasibətində olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, faktiki ər-arvad münasibətində olduğu zərər çəkmiş şəxslə bir evdə digər ailə üzvləri ilə birgə yaşamasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, həmçinin onun şəxsiyyətini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunan cəza onun barəsində CMnin 70-ci maddəsi tətbiq olunmaqla şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Sübut növü kimi təqdim edilən bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs qəti cəza kimi təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 09 (doqquz) ay müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak, eləcə də xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Sübut növü kimi təqdim edilən bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar