Məhkəmə qərarları › İş №1(016)-11/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-11/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-11/2024 25.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X40 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Ağsu rayonu Kalva kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayon Kalva kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlamaqla, becərmiş və özbaşına tutmuşdur. Belə ki, o, 2015-ci il tarixdə Ağsu rayonu Kalva kəndi ərazisində yerləşən Kalva Bələdiyyəsinin mülkiyyətində olan 0,26 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsini ətrafını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, qeyd olunan bələdiyyə ilə icarə müqaviləsi bağlamadan, bələdiyyənin icazəsi olmadan qəsdən metal tor vasitəsilə hasarlayıb, qanuni sahibini həmin torpaq sahəsinə daxil olmaqdan və ya torpaq sahəsindən sair formada istifadə etməkdən məhrum edib, həmin torpaq səhəsini becərərək müxtəlif növ meyvə ağacları əkməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Kalva Bələdiyyəsinə məxsus 0,26 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsini özbaşına tutmuşdur. Bununla da Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-nin 188.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona CM-nin 188.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Ağsu rayon Kalva kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə Qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda fərdi qaydada evlərin tikintisi üzrə usta kimi fəaliyyət göstərir. Barəsində xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və rayon polis şöbəsinə ərizə ilə müraciət edən şəxs həmkəndlisi X16r. Təxminən bir neçə aydır ki, Elba Ağayeva ilə onun arasında torpaq üstündə mübahisə gedir. Onun Kalva kəndinin çıxışında 0,26 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin onun mülkiyyətimdə olmasına dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Çünki həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi kateqoriyasına aid olan torpaq sahədir. Mərhum atası X22 uzun müddət Kalva kənd bələdiyyəsinin sədri işləmişdir. Həmin torpaq sahəsi ona mərhum atası X8 qalmışdır və o, həmin torpaq sahəsində halhazırda meyvə ağacları əkmişdir. Kalva kənd bələdiyyəsinə məxsus həmin torpaq sahəsinin yanında həmkəndlisi X17 məxsus rəsmi hüquq müəyyənedici sənədlə 17 (on yeddi) sot torpaq sahəsi vardır. Elba Ağayevanın torpaq sahəsi ilə onun torpaq sahəsinin sərhədində Elba Ağayevanın çəkdiyi metal hasar vardır. O, kənddə olmadığı müddətdə yəni xx.xx.2023-cü il tarixdə Elba Ağayeva onun torpağının sərhədini keçərək metal hasar çəkdiyinə görə anası Hacıyeva Sveta əsəbləşərək həmin hasarı dağıtmışdır. xx.xx.2023cü il tarixdə o, Kalva bələdiyyəsinin sədri X4 şifahi formada müraciət etmişdir ki, torpaq sahəsinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi və ölçülməsi aparılsın. Bundan sonra Ağsu rayonu X29 adlı əməkdaşı gələrək ölçmə işləri aparmışdır. Torpaq Şöbəsinin əməkdaşları ona yerin ölçüsünün dəqiq müəyyən edilməsindən sonra payına nə qədər torpaq düşürsə ona uyğun sənədləşmə işləri aparacaqlarını bildirmişlər. Hal-hazırda ətrafı çəpərlənməklə içərisində meyvə ağacları əkdiyi Kalva kənd bələdiyyəsinə məxsus həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair heç bir rəsmi hüquqmüəyyənedici sənədi yoxdur. Həmin torpaq sahəsindən o, istifadə edir. Həmin torpaq sahəsinin ətrafını çəpərləməklə içərisində meyvə ağacları əkməyi və hal-hazırda həmin torpaq sahəsindən istifadə etməyi düzgündür. Lakin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı o, Kalva Bələdiyyəsinə müraciət etmişdir. Həmin torpaq sahəsinin ətrafını təxminən 2015-ci il tarixdə hasarlamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində bildirmişdir ki, barəsində cinayət işinin başlanmasına səbəb olmuş torpaq sahəsini rəsmi olaraq bələdiyyədən alqı-satqı müqaviləsi əsasında almışdır. Barəsində cinayət işi başlanmasına əsas olmuş hallar aradan qalxmışdır. Zərər çəkmiş tərəfin vəziyyətin dəyişməsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Odur ki, şəraitin dəyişməsi ilə əlaqədar olaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi izahat verərək bildirdi ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışmışlar, vəziyyətin dəyişməsi ilə bağlı zərər çəkmiş şəxsin nümayəndəsinin heç bir şikayət və tələbi yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxsin artıq mübahisə predmeti olan torpaq sahəsini rəsmi olaraq bələdiyyə ilə alqı-satqı müqaviləsi əsasında aldığını, zərərçəkmiş şəxsin barışmasını, heç bir iddia və şikayətinin olmadığını nəzərə alaraq şəraitin dəyişməsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağsu rayon Kalva kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 11 mart 2020-ci il tarixdən bu günə kimi Ağsu rayonu Kalva kənd bələdiyyəsinin sədri vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə Ağsu rayonu Kalva kənd sakini X11 DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və rayon polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. Təxminən bir neçə aydır ki, Elba Ağayeva ilə Təqsirləndirilən şəxs arasında torpaq üstündə mübahisə gedir. Belə ki, X1 çıxışında 08 sot bir, 09 sot da bir ümumilikdə isə 17 sot rəsmi hüquqmüəyyənedici sənədlə torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin yanında isə heç bir rəsmi hüquqmüəyyənedici sənədləri olmayan halhazırda Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsi vardır. Həmin torpaq sahəsi 0,26 ha torpaq sahəsidir. Təqsirləndirilən şəxs mərhum atası X22 2014-cu ildən 2019-cu ilə kimi Kalva bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. Qeyd etdiyi yəni hal-hazırda Təqsirləndirilən şəxs istifadəsində olan içərisində meyvə ağacları əkilmiş torpaq sahəsi keçmiş bələdiyyə sədrinin vaxtında tutulub və heç bir sənədləşdirmə işləri aparılmamışdır. O, bələdiyyə sədri işlədiyi dövrdə elektron xəritə təhvil verilmədiyi üçün Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinin rəsmi hüquqmüəyyənedici sənədlərinin olubolmaması ilə bağlı məlumatı olmamışdır. Son bir ay ərzində Elba Ağayeva ilə Təqsirləndirilən şəxs arasında torpaq üstündə mübahisə getdiyindən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X38in 14 saylı Şamaxı Ərazi İdarəsinin Ağsu rayon şöbəsinin əməkdaşları Kalva kəndinə gələrək Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsinin heç bir sənədinin olmamasını müəyyənləşdirmişlər. O, dəfələrlə Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsinin vacibliyini izah etmişdir. O, bələdiyyə sədri işlədiyi dövrdə elektron xəritə təhvil verilmədiyi üçün Təqsirləndirilən şəxs istifadəsində olan içərisində meyvə ağacları əkilmiş torpaq sahəsinin rəsmi hüquqmüəyyənedici sənədlərinin olub-olmaması ilə bağlı məlumatı olmamışdır. Son bir ay ərzində Elba Ağayeva ilə Təqsirləndirilən şəxs arasında torpaq üstündə mübahisə getdiyindən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X38in 14 saylı Şamaxı Ərazi İdarəsinin Ağsu rayon şöbəsinin əməkdaşları Kalva kəndinə gələrək Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsinin heç bir sənədinin olmamasını müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ətrafını təxminən 2015-ci il tarixdə hasarlamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi daha sonra ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin barəsində cinayət işi başlanmasına əsas olmuş torpaq sahəsini 0,2462 hektarını təqsirləndirilən şəxs artıq rəsmi olaraq alqı-satqı müqaviləsi əsasında almışdır. Qalan 0,0138 hektarı da bələdiyyəyə geri qaytarılmışdır. Cinayət işinin başlanmasına əsas olmuş hallar aradan qalxmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Odur ki, şəraitin dəyişməsi ilə əlaqədar olaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2015-ci ildən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin məsləhətçisi vəzifəsində işləyir. Xidməti ərazisinə Ağsu şəhəri və Ağsu rayonun bütün kəndləri aiddir. Ağsu rayon X25 Qrupunun təhqiqatçısı, Sübhan Tağıyev 05 iyun 2023-cü il tarixli 3-13-64/2-9582/2023 nömrəli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinə müraciət edərək Ağsu rayon Kalva kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Ağsu rayonu Kalva Bələdiyyəsinə məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi faktının araşdırılmasına köməklik göstərilməsini bildirmişdir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin Dövlət Əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi X12 və Ağsu rayon Kalva Bələdiyyəsinin sədri X2 iştirakı ilə Ağsu rayon Kalva Bələdiyyəsi ərazisinə birgə baxış keçirmiş və araşdırma aparılmışlar. Əraziyə baxış keçirilən zaman ərazinin fotoşəkilləri çəkilmiş və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Əraziyə baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin metal tor vasitəsilə çəpərləndiyi və ərazidə meyvə ağacları əkildiyi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsindən istifadəyə dair hüquq müəyyənedici sənədlər tələb edilsə də Təqsirləndirilən şəxs heç bir sənəd təqdim etməmişdir. Müəyyənləşdirmiş koordinatlar əsasında aparılan kamerial araşdırma zamanı çəpərlənmiş ərazinin Ağsu rayon Kalva Bələdiyyəsinə mülkiyyətində olan təxminən 0,26 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi olduğu aşkar edilmişdir. Həmçinin baza məlumatlarında aparılan araşdırmalar zamanı torpaq sahəsindən istifadəyə dair heç bir hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. Odur ki, bununla bağlı akt tərtib edilmiş və Ağsu rayon Polis Şöbəsinə rəsmi məktub ünvanlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 şahid X9 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş X27 teleqramla məhkəməyə müraciət edərək xidməti zərurət ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağsu rayon Kalva kəndində tək yaşayır. Hal-hazırda təqaüdçüdür. Barəsində DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və rayon polis şöbəsinə ərizə ilə müraciət edərək şikayət etdiyi şəxs həmkəndlisi Təqsirləndirilən şəxsdur. Bir neçə aydır ki, Seymurla aralarında torpaq üstündə mübahisə gedir. Ağsu rayonu Kalva kəndində özümə məxsus rəsmi hüquqmüəyyənedici sənədlə 17 (on yeddi) sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafını metal tor vasitəsilə hasarlamışdır. Onun torpaq sahəsinin yanında Təqsirləndirilən şəxs da istifadə etdiyi torpaq sahəsi vardır. Təqsirləndirilən şəxs hal-hazırda istifadə etdiyi içərisində meyvə ağacları əkilmiş dəqiq sahəsini bilmədiyi torpaq sahəsinin heç bir rəsmi hüquqmüəyyənedici sənədləri yoxdur. Belə ki, ona məxsus 0.17 ha torpaq sahəsi 17 ildir ki, onun mülkiyyətindədir. Həmkəndlisi Təqsirləndirilən şəxs isə 17 ildir ki, onun torpaq sahəsinə məxsus sahənin yanında olan torpaq sahəsini heç bir rəsmi sənəd olmadan özbaşına tutmuş və sahədə meyvə ağacları əkmişdir. Təqsirləndirilən şəxs hal-hazırda istifadə etdiyi dəqiq sahəsini bilmədiyi torpaq sahəsi üzümçülük sovxozu olmuşdur. 1996-cı ildə Azərbaycan Respublikasında torpaq islahatı keçirilərkən həmin sahələr yaşayış məntəqələrinin perspektiv torpaqları kimi Kalva bələdiyyəsinin mülkiyyətinə verilmişdir. 2023-cü ilin may ayının sonunda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik X37 rayonu şöbəsinə Kalva kəndində yerləşən 17 (on yeddi) sot torpaq sahəsinin koordinatlarının yerdə (naturada) dəqiq müəyyənləşdirilməsi üçün məktub yazmışdır. Torpaq Şöbəsinin əməkdaşları da ona rəsmi məktubla cavab verərək 240 (iki yüz qırx) manat dövlət rüsumu ödəməli olduğunu bildirmişlər. O da qeyd olunan məbləğdə dövlət rüsumunu ödəmişdir. Bundan sonra aidyyəti üzrə torpaq şöbəsinin əməkdaşları gələrək torpaq sahəsinin sərhədlərini ölçüb dəqiqləşdirmişlər. Daha sonra Kalva kənd bələdiyyəsinin sədri və onun iştirakı ilə akt tərtib etmişlər. xx.xx.2023-cü il tarixində həmkəndlisi Təqsirləndirilən şəxs onun torpaq sahəsinin sərhədində olan metal çəpəri dağıtmışdır. Təqsirləndirilən şəxs, onun sahəsinin ətrafında olan metal çəpəri sökməyinin səbəbini onunla izah etmişdir ki, guya o, Təqsirləndirilən şəxs torpaq sahəsini zəbt etmişdir və torpaq sahəsinin onun mülkiyyətində olmağı ilə bağlı rəsmi hüquqmüəyyənedici sənədi saxtadır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Ağsu rayonu Kalva kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində CM-nin 188.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 188.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********16 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu Kalva kəndində yerləşən 0,09 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi X19 məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********06 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu Kalva kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi Qiyas Ağakamil oğluna məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********06 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu Kalva kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi Mədinə Ağakamil qızına məxsusdur. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, keçirilmiş baxış zamanı Kalva Bələdiyyəsinin mülkiyyətində olan 0,26 ha torpaq sahəsinin Ağsu rayon Kalva kənd sakini Təqsirləndirilən şəxs tərəfindən tutularaq ətrafının çəpərlənməsi və içərisində meyvə ağaclarının əkilməsi, həmçinin həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli ********** nömrəli məktubundan görünür ki, Şamaxı ərazi şöbəsinin əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və baxış zamanı ərazinin metal tor vasitəsilə çəpərləndiyi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ərazidən istifadəyə dair hüquqmüəyyənedici sənədlər tələb edilsə də vətəndaş tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Ərazinin döngə koordinatları müəyyən edilmişdir. Müəyyənləşdirilmiş koordinatlar əsasında aparılan kamerial araşdırma zamanı çəpərlənmiş ərazinin Ağsu rayon Kalva Bələdiyyəsinin mülkiyyətində olan təxminən 0,26 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi olduğu aşkar olunmuşdur. Həmçinin baza məlumatlarında aparılan araşdırmalar zamanı torpaq sahəsindən istifadəyə dair heç bir hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. Bu barədə akt tərtib olunaraq məktuba əlavə olunmuşdur. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağsu rayon Kalva bələdiyyəsi cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağsu rayon Kalva bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-9198/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin prespektiv inkişafına aid təqribən 0,26 hektar torpaq sahəsini metal tor vasitəsilə çəpərlənməsi və ərazidə meyvə ağaclarının əkilməsi faktı öz təsdiqini tapmışdır ki, bu da CM-nin 188-ci maddəsinin tələblərinə uyğun gəlir. Göstərilənləri, eləcə də “Torpaqdan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndini nəzərə alaraq, qeyd edilən torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi), həmçinin qanunvericilikdə nəzərdə tutulmayan qaydada aparılmış işlərin qarşısının alınması məqsədilə həmin şəxslər barəsində CM-nin müvafiq maddələri ilə tədbirlərin görülməsini və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. Baxış keçirilərkən çəkilmiş foto şəkilər və tərrtib edilmiş akt məktuba qoşma kimi əlavə edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X45 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X38 xx.xx.2023-cü il tarixli, PH,-6-25/2-588/23 saylı məktubundan görünür ki, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kalva Kənd inzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı uzun müddət ərzində o, özünü intizamlı və normal ünsiyyətə malik şəxs kimi aparmış, kəndin ictimai tədbirlərində və el məclislərində köməyini əsirgəməyərək yaxından iştirak etmişdir. Hal-hazırda ailəliklə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan Hacıyev X3 yaşadığı illər ərzində onun barəsində icra nümayəndəliyinə heç bir şikayət və irad daxil olmamışdır. Ailə üzvlərinə, yaxınlarına və doğmalarına qarşı həssaslıq nümayiş etdirir. Zəhmətsevərdir, qayğıkeşdir. Ailə üzvlərinin maddi ehtiyaclarını ödəmək üçün çalışqanlığı ilə fərqlənən vətəndaşdır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kalva Kənd inzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-34-19/2-3-677/2023 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olsa da Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayır. Ailə tərkibi arvadı – xx.xx.1982-ci il təvəllüdlü X13, oğlu – xx.xx.2006-cı il təvəllüdlü X23, oğlu – xx.xx.2010-cu il təvəllüdlü X24r. - Sübutların qiymətləndirilməsi haqqında 13 avqust 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qismində cəlb olunsun və ona CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 188.4.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi, şahid ifadələri, baxış protokolu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin məktubu və cinayət işinin materiallarına əlavə edilmiş sənədlər sübut növü kimi qiymətləndirilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1982-ci ildə Ağsu rayonu Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Ağsu rayon Kalva kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə zərər çəkmiş hesab edilən bələdiyyə sədri ilə barışmışdır. İş üzrə ittiham aktındakı tərəfindən zəbt edilmiş 0,26 hektar torpaq sahəsindən Daşınmaz əmlakın alqı-satqı müqaviləsi “AN-İ № 1259352” ilə 0,0894 hektar hissəsini o, almış, qalan hissəsini anası X10 və yeznəsi X14 alqı-satqı müqaviləsi ilə almışdılar. Onlar aldıqları torpaq sahələrini də razılıq ilə onun istifadəsinə vermişlər. Orada elektrik xəttinin altında qalan 0,0138 hektar hissəsi isə onun tərəfindən bələdiyyənin ehtiyat fonduna qaytarılmışdır. - Zərər çəkmiş Ağsu rayon Kalva bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İttiham aktı üzrə Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş 0,26 hektar torpaq sahəsinin cəmi 0,2462 hektarı daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə Təqsirləndirilən şəxs adına 0,0894 hektarı, anası X5 adına 0,0779 hektarı və yeznəsi X6 adına 0,0789 hektarı sənədləşdirilmişdir. Qalan 0,0138 hektar torpaq sahəsi elektrik xəttinin altına düşdüyü üçün bələdiyyənin ehtiyat fonduna qaytarılmışdır. - Azərbaycan Respublikası Ağsu rayonunun Kalva bələdiyyəsi ilə Təqsirləndirilən şəxs arasında bağlanmış Daşınmaz Əmlakın AN-İ № ******* nömrəli xx.xx.2024-cü il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,0894 ha olan torpaq sahəsini tam mülkiyyəti üzrə alıcı Təqsirləndirilən şəxs mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ağsu rayonunun Kalva bələdiyyəsinə verilmiş **********23 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Satıcıya məxsusdur. - Azərbaycan Respublikası Ağsu rayonunun Kalva bələdiyyəsi ilə X10 arasında bağlanmış Daşınmaz Əmlakın AN-İ № ******* nömrəli xx.xx.2024-cü il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,0779 ha olan torpaq sahəsini tam mülkiyyəti üzrə alıcı X5 mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ağsu rayonunun Kalva bələdiyyəsinə verilmiş **********22 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Satıcıya məxsusdur. - Azərbaycan Respublikası Ağsu rayonunun Kalva bələdiyyəsi ilə X15 arasında bağlanmış Daşınmaz Əmlakın AN-İ № ******* nömrəli xx.xx.2024-cü il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,0789 ha olan torpaq sahəsini tam mülkiyyəti üzrə alıcı X7 mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ağsu rayonunun Kalva bələdiyyəsinə verilmiş **********29 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Satıcıya məxsusdur. - X7 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Ağsu rayonunun Kalva bələdiyyəsi ilə xx.xx.2024-cü il tarixdə Şamaxı Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisində Kalva bələdiyyəsinin mülkiyyətində olan 0,0779 ha torpaq sahəsinə dair 4Ə-447 reyestr nömrəli olan Alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. - X5 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Ağsu rayonunun Kalva bələdiyyəsindən xx.xx.2024-cü il tarixdə Şamaxı Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisində reyestr nömrəsi 4Ə-494 olan Alqı-satqı müqaviləsi əsasında aldığı 0,0789 ha torpaq sahəsindən qaynı Təqsirləndirilən şəxs istifadə etməsinə heç bir etirazım yoxdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsin nümayəndəsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı ilə məhkəmələrə izah edilmişdir ki, şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə CM-nin 74-cü maddəsində nəzərdə tutulmuşdur. Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. CM-nin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. CPM-in: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi CPM-in 43.1.2-ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda həmin torpaq sahəsi onun sahibliyinə və istifadəsinə verilmişdir (alqı satqı müqavilələri, ərizələr). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs mülkiyyətinə verilməsi onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Məhkəmə mübahisəli torpaq sahəsinin təqsirləndirilən şəxs tərəfindən artıq bələdiyyədən rəsmi olaraq alınmasını, həmin torpağa dair çıxarış əldə etməsini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin ictimai təhlükəliliyinin aradan qalxmasını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 74-cü maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 22 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 40.1, 40.2, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 188.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxs X20 məhkəmə istintaqı zamanı göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar