Məhkəmə qərarları › İş №1(016)-11/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-11/2025

28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-11/2025 28.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi1 iştirakları ilə, xx.xx.1955-ci ildə Ağsu rayonu, Abasxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzası başa çatmamış, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına əkib-becərməklə tutmuş və torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Belə ki, o, **********55-10301 reyestr nömrəli çıxarışla özünə məxsus Ağsu rayonu, Abasxanlı kəndi ərazisində yerləşən 0,45 ha torpaq sahəsinə bitişik sərhədləri ayrılmamış, Ağsu rayon Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri təyinatlı 0,43 ha torpaq sahəsini 2016-cı ildən istintaqa dəqiq məlum olmayan vaxtdan hazırkı vaxta qədər qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı məhsulları əkib-becərməklə qanunsuz tutmuş, həmçinin Ağsu rayonu, Abasxanlı kəndi ərazisində yerləşən 0,45 ha torpaq sahəsinə bitişik sərhədləri ayrılmamış, Ağsu rayon Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri təyinatlı 0,43 ha torpaq sahəsinin 460 kvadrat metr hissəsində 2016-cı ildə istintaqa dəqiq məlum olmayan vaxtda qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan mişar daşlarından heyvanların saxlanılması üçün nəzərdə tutulmuş bir-birinə bitişik üç hissədən ibarət iki tövlə və digər tikili inşa etdirərək torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmaqla istifadə etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 188.1 və 188.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, Şahid1 onunla uzun illərdir ki, ədavət və düşmənçilik aparır, ondan qərəzli şəkildə şikayətlər edir. Hal-hazırda etdiyi şikayət də qərəzli şəkildə olunmuşdur. Belə ki, 2010-cu ildən başlayaraq onların gediş-gəlişi yoxdur. Dəfələrlə Şahid1 onun barəsində böhtan xarakterli şikayətlər etmişdir. Şahid1 hazırkı şikayətində qeyd edilən ərazi onun ata yurdudur. Həmin ərazi ona atasından miras qalmışdır. 2009-cu ildə atası X5 vəfat etdikdən sonra o, kəndə gələndə həyətlərində uçuq-sökük vəziyyətdə fərdi yaşayış evi, tövlə və bir neçə yardımçı tikililər olmuşdur. Torpaq sahəsinin kənarında isə hasar olmamış, sadəcə “setka” çəkilmişdir. O, bundan sonra düşünmüşdür ki, onsuz da xəstə bacısına himayəlik edir, elə həmin kənddə də təsərrüfat işləri ilə məşğul olsun, həmçinin dövlətin iqtisadiyyatına dəstək versin. Lakin 2016-cı il tarixdə Şahid1 və X7 mal-qarası onun təsərrüfatına ziyan vurduğuna görə, o, torpaq sahəsinin yol tərəfdən olan kənarına hasar çəkmək qərarına gəlmişdir. Daha sonra hasarın bünövrəsini tökdürdükdən sonra dövlət iqtisadiyyatına dəstək olmaq üçün, həmçinin bir neçə şəxsin işləyib pul qazanması üçün divar deyil, tövlə və digər yardımçı tikililəri tikdirmişdir. Həmin vaxt onun tövlə və yardımçı tikililər tikdirdiyi ərazinin zəbt olmasından və ya kimin mülkiyyətində olmasından xəbəri olmamışdır. Belə ki, həmin vaxt onun tövlə tikdirdiyi yerdə mərhum atasından miras qalmış çiy kərpicdən tikilmiş bir neçə tövlə və yardımçı tikililər olmuşdur. Hətta bunu təsdiq edən fotoşəkili də istintaqa təqdim edə bilər. Həmin zamanlar Ağsu rayon Kəndoba və Abasxanlı kəndlərinin iribuyunuzlu heyvanları onların evinin kənarından keçən yolla meşəyə otlamağa gedirmişlər. Həmin iribuynuzlu heyvanlar köhnə tövlə və yardımçı tikililərin bir hissəsini uçurtmuşlar. O da həmin tövlələri sökdürüb yerində təzədən mişar daşlarından tövlə tikdirmək qərarına gəlmişdir. Əgər onun tövlə və qaraj tikdirdiyi həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olmuşdursa həmin torpağı atası zəbt etmişdir. O, mərhum atasının tikdiyi tövlələr və yardımçı tikililəri sökdürüb yerində təzədən tövlə və qaraj tikdirmişdir. O, həmin tikililəri 2016-cı ildə tikdirmişdir. Həmin tövlə və qaraj tikilən zaman, eləcə də həmin vaxtdan sonra Kəndoba kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs həmin yerdən dəfələrlə keçmişdir. Əgər o, bələdiyyə torpağını zəbt edib orada tövlə və qaraj tikmişdirsə nə üçün bələdiyyə sədri bir dəfə də olsun həmin ərazinin bələdiyyə mülkiyyətində olmasını, həmin tikilləri qanunsuz tikdiyini ona bildirməmişdir. Hətta Zərərçəkmiş şəxs oradan keçən zaman onun həyata keçirdiyi işləri görüb ona “xeyirli olsun” sözünü demişdir. Bəs belə olan halda nə olmuşdur ki, 2023-cü ildə bələdiyyə sədri həmin torpağın bələdiyyə mülkiyyətində olduğunu öyrənmiş və yaxud başa düşmüşdür. O, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bilsəymiş heç vaxt həmin ərazidə tikinti işləri aparmazmış. 2014-cü il tarixdə o, Bakı şəhərində olarkən Şahid1 və Oktay Məmmədovun şikayəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Yerquruluşu və Layihə Tədqiqat Mərkəzinin, Ağsu rayon İcra Hakimiyyətinin işçiləri Kəndoba Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə birlikdə onun yaşadığı evə gələrək xəstə bacısı Xalidə Məmmədova evdə olan zaman həyətlərinə keçərək ölçü işləri aparmış və bu barədə akt tərtib etmişlər. Həmin sənəddə hazırda yaşadığı həyətyanı sahəsində heç bir zəbt torpaq sahəsinin olmadığı göstərilmişdir. Əgər bu belə idisə bələdiyyə indi nəyə əsaslanmışdır ki, onun torpaq sahəsi zəbt etdiyini bildirmişdir. Həmçinin onun hər bir tərəfi qonşularla əhatələnmişdir. Bir tərəf isə Rasim və Oktayın həyətinə gedən yoldur. Belə olan halda onun torpaq zəbt etməyi imkansızdır. O, torpaq zəbt etmək üçün ya qonşularının həyətyanı sahəsinə girməli, ya da ki, yolu zəbt etməlidir. Bundan başqa 2015-ci il tarixdə onların kəndinə qaz xətti çəkilmişdir. Hətta 24 oktyabr 2015-ci il tarixdə həmin qazın verilişi olmuşdur. Yəni 24 oktyabr 2015-ci il tarixə kimi qaz xəttinin çəkilişi başa çatmışdır. O, isə tövlələri və qarajı 2016-cı il tarixdə tikmişdir. Hazırda həmin ərazidən də görünür ki, qaz xətti onun tikdirdiyi tövlələr və qarajın çöl tərəfindən çəkilmişdir. Əgər qaz xətti onun tikdirdiyi tövlələrin və qarajın çöl tərəfindən çəkilmişdirsə və qaz xətti əvvəlcədən çəkilmişdirsə demək ki, qaz xəttinin həmin yerdən çəkilməsinə səbəb olmuşdur. Belə ki, onun tikdirdiyi tövlələrin yerində atasından miras qalmış tövlə və yardımçı tikililər eləcə də onların yol tərəfində çəpər rolunu oynayan dəmir tor (setka) olmuşdur. Buradan da belə qənaətə gəlmək olar ki, qaz xətti həmin dəmir torun (setkanın) arxa hissəsindən yəni yol tərəfindən çəkilmişdir. Bələdiyyə sədri və Ağsu rayon Prokurorluğu ondan zəbt etdiyi torpaq sahəsini boşaltmağı tələb etmişlər. Lakin, o, heç bir yeri zəbt etməmişdir. Bələdiyyə sədri və Ağsu rayon Prokurorluğunun işçiləri özləri də bilmirlər ki, zəbt torpaq hansı ərazidədir. Həmçinin guya onun zəbt etdiyi digər torpaq sahəsi onun yaşadığı evin arxa tərəfində olan və onun illərdir əkin apardığı torpaq sahəsidir. Hansı ki, həmin torpaq sahəsi də ona atasından miras qalmışdır. Həmin torpaq sahəsinin ətrafını o, çəpərləməmişdir. Həmin torpaq sahəsinin ətrafını mərhum atası çəpərləyərək hasara almışdır. Əvvəllər həmin ərazi boş qalmışdır. O, həmin ərazidə 2017-ci ildən bəri taxıl, tərəvəz və bostan bitkiləri əkmişdir. O, həmin ərazinin ona məxsus olmamasını və yaxud da bələdiyyə torpağı olmasını bilsəymiş müraciət edib torpaq sahəsini ölçdürərmiş və ya həmin torpaq sahəsindən istifadə etməzmiş. Bundan başqa o, 1973-cü il tarixdə ailə həyatı qurduqdan sonra həmin vaxt kənddə yaşadığı üçün kənd sovetliyinə müraciət etmiş və ona 20 sot torpaq sahəsi ayrılmışdır. O, özü uzun illər ona ayrılan torpaqdan istifadə etmişdir. Həmin ayrılan sahə indi zəbt kimi qeyd etdikləri atasının torpaq sahəsinə bitişik ərazidə olmuşdur. Həmin sənədin surətini də istintaqa təqdim edir. Ağsu rayon Prokuorluğunda başlanmış cinayət işindən məlum olur ki, ona atasından miras qalmış həyətyanı torpaq sahəsində guya zəbt olmuşdur. O, 2024-cü ilin iyun ayının əvvəllərində Azərbaycan Respublikası Baş Prokurorluğunun qaynar xəttinə Ağsu rayon Prokurorluğundan şikayət edərkən ona həyətyanı torpaq sahəsində zəbt olması ilə bağlı cinayət işinin başlanması haqqında məlumat vermişlər. O, həmin vaxt bilmişdir ki, guya onun həyətyanı torpaq sahəsində zəbt var. Bundan başqa həmin həyatyanı torpaq sahəsi ona atasından miras qalmışdır və 60 illik həyətyanı sahədir. Şahid1 həmin həyətyanı torpaq sahəsinə vərəsə deyil və yaxud da Rasimin orada heç bir əlavə torpaq sahəsi yoxdur. Bəs onda nə üçün Şahid1 bu barədə şikayət etmişdir. Həmçinin Şahid1 haradan bilir ki, onun həyətyanı torpaq sahəsində zəbt vardır. Bundan başqa Rasim əgər bunu bilirdisə özü Bələdiyyə sədri işləyərkən atasının sağlığında niyə bu barədə məsələ qaldırmamışdır. İndi 10 ildən sonra onun torpaq sahəsində ölçmə işləri aparmadan, qərəzli olaraq 2023-cü ilin sonlarında bildirmişlər ki, “tövləni sök, bura bələdiyyə torpağıdır”. Kəndoba bələdiyyəsinin sədri özü kəndin örüş sahələrini və dövlət mülkiyyətində olan torpaq sahələrini qanunsuz şəkildə ayrı-ayrı şəxslərə satdığı halda onun həyətyanı sahəsində tikilmiş tövlənin sökülməsini tələb edir. 1996-cı il tarixdə torpaq islahatı aparılan zaman kimlərinsə həyətyanı sahəsində artıq torpaq olmuşdursa həmin torpaq sahəsinin əvəzinə çöl torpağından torpaq sahəsi çıxılmış və həyətyanı torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Bununla bağlı da kənd sakinlərinə ayrıca sənəd və yaxud da şəhadətnamə verilməli olmuşdur. Onun mərhum atası Tapdıq Məmmədovun ona deməsinə görə onlarında həyətyanı torpaq sahəsində artıq torpaq olduğu üçün çöl torpaq sahəsindən çıxılmışdır. Lakin bu barədə nəinki atası hətta heç bir kənd sakininə də heç bir sənəd verilməmişdir. Bu da Aqrar İslahat Komissiyasının səriştəsiz işçilərinin səhlənkarlığı ucbatından olmuşdur. Torpaq islahatı aparılan zaman kənd sakinlərinə adambaşına nə qədər torpaq sahəsi verilməsi, eləcə də mərhum atasının ailəsinə adambaşına nə qədər torpaq sahəsinin verilməsi, bundan başqa həyətyanı torpaq sahəsinin artıq hissəsinin çöl pay torpağından çıxılması müəyyən edilsin. Atasının ailə üzvlərinə 3 nəfərə 1,63 ha çöl torpaq sahəsi verilmişdir. Halbuki ümumilikdə atasının ailəsinə 2,10 ha çöl torpaq sahəsi verilməli olmuşdur. Müəyyən olunsun ki, onlara çöl pay torpağı nə üçün az verilmişdir. Atasının deməsinə görə həyətyanı torpaq sahəsinin artıq hissəsinin hesabına çöl torpağından 2 qat çıxılmışdır. Onun mülkiyyətində 0,45 ha torpaq sahəsi olmasını təsdiq edən çıxarış mövcuddur. Digər 0,43 ha torpaq sahəsi isə hazırda zəbt kimi qeyd olunsa da Ağsu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 18 mart 2010-cu il tarixli, 22 nömrəli arxiv sənədindən görünür ki, onun 20 sot torpaq sahəsi olmuşdur. Lakin ailə başçısı kimi mərhum həyat yoldaşı X9 adına olmuşdur. O, heç bir torpaq sahəsini zəbt etməmişdir. Həmin ərazi ona atasından miras qalmışdır. Yəni həmin həyətyanı sahə 1966-cı ildə mərhum atasına necə verilmişdirsə bu gün də həmin formada qalmışdır. Zəbt formada göstərilən 0,43 ha torpaq sahəsinin 0,20 ha hissəsi mərhum yoldaşı Mirağa Hacıyevin adına olan həyətyanı sahəsidir. Qalan 23 ha torpaq sahəsi isə pay torpaq sahəsindən çıxılmışdır. Kənd sakinlərindən əldə etdiyi məlumata görə torpaq islahatı zamanı Ağsu rayon Abasxanlı kəndində hər kəs üçün 68-70 ha torpaq sahəsi ayrılmışdır. Buradan məlum olmuşdur ki, onların ailə üzvlərinə də həmin formada torpaq sahəsi ayrılmışdır. Hətta atası ona demişdir ki, onların çöl pay torpağından 0,50 ha torpaq sahəsi çıxılmışdır. Ona görə də onun heç bir zəbt torpaq sahəsi yoxdur. O, zəbt kimi nəzərdə tutulan 0,43 ha torpaq sahəsinin bir hissəsində, hansı ki, mərhum əri Mirağa Hacıyevə məxsus olan 0,20 ha hissəsindən 2010-cu il tarixdən istifadə edərək tərəvəz bitkiləri əkmişdir. Qalan hissədə isə ağaclar olduğundan o, 2016-cı ildə həmin ərazini ağaclardan təmizləyib 2017-ci il tarixdə ot və bostan bitkiləri əkmişdir. Faktiki istifadəsində olan tövlə və yardımçı tikililərin yerləşdiyi torpaq sahəsinin bələdiyyə torpağı olması ilə razılaşmır. Həmin torpaq sahəsi atasının mülkiyyətində olmuş və sonradan ona qalmışdır. O, uşaqlıqdan orada böyümüş və ərazinin indiki formada atasını istifadəsində olduğunu görmüşdür. O da həmin torpaq sahəsində 2016-cı il tarixdə tövlə və qaraj tikmişdir. O, gənc yaşlarında şəhərdə yaşadığı üçün kənd yerində ərazinin ölçüsünü təxmin edə bilməmiş və 0,45 ha torpaq sahəsinə çıxarış alan zaman faktiki istifadə etdiyi torpaq sahəsinin 0,45 ha olduğunu bilməmişdir. 12 oktyabr 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının həmin əraziyə gəlməsini görməmiş və bu aktın tərtib olunması barədə ona heç kim məlumat verməmişdir. Bələdiyyə ona məktub göndərsə də məktubda onun həyətyanı sahəsinin hansı hissəsində zəbt olması göstərilməmişdir. O, necə bilsin ki, onun həyətyanı sahəsində hansı ərazi və yaxud hansı tərəf zəbt torpaq sahəsidir. Onun həyətyanı sahəsində zəbt yoxdur və o, heç bir torpaq sahəsi zəbt etməmişdir. Bu səbəbdən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxsin əmlində cinayət tərkibinin olmadığını, onun özünü təqsirli bilməməsini, heç bir cinayət törətmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Ağsu rayon Kəndoba bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ildən Kəndoba bələdiyyəsinin sədri vəzifəsində işləyir. Kəndoba bələdiyyəsi Ağsu rayonunun Kəndoba və Abasxanlı kəndlərini əhatə edir. Abasxanlı kənd sakinləri Rasim və Oqtay Məmmədovların 2022-ci ilin payız aylarında Kəndoba bələdiyyəsinə müraciətinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinə məktub ünvanlamışdır. Həmin məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsindən Abasxanlı kəndinə gəlmiş əməkdaşlarla birlikdə 12 oktyabr 2022-ci il tarixdə akt tərtib etmişlər. Həmin aktdan görünür ki, Təqsirləndirilən şəxs 0,42 ha (təxminən 7m x 35m ölçüdə tövlə və təxminən 0,02 ha ərazidə yerləşən yardımçı tikili daxil olmaqla) torpaq sahəsindən istifadə etməsinə görə hər hansı rəsmi sənəd təqdim etməmişdir. Həmçinin araşdırma nəticəsində həmin torpaq sahəsinin Kəndoba bələdiyyəsinin mülkiyyətində olması məlum olmuşdur. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidmətindən Abasxanlı kənd sakini Şahid1 göndərilmiş cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tövlə və yardımçı tikililərin yerləşdiyi hüquqmüəyyənedici sənədlər olmadan istifadə edilən təqribən 0,42 ha torpaq sahəsi bələdiyyənin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması məlum olmuşdur. Həmçinin o, Kəndoba bələdiyyəsinin sədri olaraq dəfələrlə Təqsirləndirilən şəxs zəbt etdiyi ərazini tərk etməsi ilə bağlı şifahi, o cümlədən 22 avqust 2023-cü il tarixdə rəsmi yazılı xəbərdarlıq etmişdir. Bütün bunlardan görünür ki, Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan 0,42 ha torpaq sahəsini özbaşına zəbt etmişdir. Təqsirləndirilən şəxs Kəndoba Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində tövlə və digər tikililəri 2016-cı ildə tarixdə tikmişdir. Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş torpaq sahəsinə sonuncu dəfə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 05 iyun 2024-cü il tarixli məktubu ən sonda tərtib olunmuşdur. Həmin məktubda Təqsirləndirilən şəxs Kəndoba Bələdiyyəsinin mülkiyyətində olan 0,43 ha torpaq sahəsini zəbt etməsi, eləcə də həmin torpaq sahəsinin bir hissəsində tövlə və digər tikililər tikməsi qeyd edilmişdir. O, həmin məktubda qeyd edilənlərlə razılaşır. Çünki Respublikada torpağın hansı mülkiyyətdə olmasını və eləcə də təyinatını müəyyən edən yeganə orqan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞdir. Təqsirləndirilən şəxs hazırda yaşadığı fərdi yaşayış evinin arxa hissəsi (hansı ki, həmin ərazi Kəndoba Bələdiyyəsinin mülkiyyətindədir) onun mərhum atası Tapdıq Məmmədovun istifadəsində olmuşdur. Tapdıq Məmmədov 2009-cu ildə vəfat etdikdən sonra Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən 2016-cı il tarixdən etibarən istifadə etməyə başlamışdır. Lakin o, həmin torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olduğunu bildikdən sonra Təqsirləndirilən şəxs dəfələrlə həmin torpaq sahəsini sənədləşdirməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsini istifadə edərək sənədləşdirməmiş və torpaq sahəsini boşaltmamışdır. Bundan başqa həmin torpaq sahəsinin bir hissəsi olan ərazidə Təqsirləndirilən şəxs tərəfindən 2016-cı ildə tövlə və digər tikililər tikilmişdir. Təqsirləndirilən şəxs mərhum həyat yoldaşı X9 adına 0,20 ha həyətyanı torpaq sahəsinin olması barədə onun heç bir məlumatı yoxdur. X2 adına 0,20 ha həyətyanı torpaq sahəsi mövcud olmuşdursa, həmin həyatyanı sahəsinin harada yerləşməsi göstərilməlidir. Ola bilər ki, Mirağa Hacıyevin adına 0,20 ha həyətyanı torpaq sahəsi mövcud olsun. Lakin həmin torpaq sahəsi Təqsirləndirilən şəxs faktiki istifadə etdiyi və Kəndoba Bələdiyyəsinin mülkiyyətində olan 0,43 ha torpaq sahəsinin daxilində yerləşmir. Həmin 0,43 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsininin 05 iyun 2024-cü il tarixli məktubu ilə Kəndoba Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Ağsu rayonu, Abasxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun əmisiqızıdır, aralarında hər hansı bir düşmənçilik və ya ədavət yoxdur, lakin Təqsirləndirilən şəxs onunla düşmənçilik edir. Ondan dəfələrlə müxtəlif dövlət orqanlarına şər və böhtan xarakterli şikayətlər etmişdir. O, Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinə məktub ünvanlayaraq, Təqsirləndirilən şəxs torpaq sahəsi zəbt etməsini bildirmişdir. Həmin məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsindən Abasxanlı kəndinə gəlmiş əməkdaşlarla birlikdə 12 oktyabr 2022-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, Təqsirləndirilən şəxs 0,42 ha (təxminən 7mx35m ölçüdə tövlə və təxminən 0.02 ha ərazidə yerləşən yardımçı tikili daxil olmaqla) torpaq sahəsindən istifadə etməsinə görə hər hansı rəsmi sənəd təqdim etməmişdir, həmçinin araşdırma nəticəsində həmin torpaq sahəsinin Kəndoba bələdiyyəsinin mülkiyyətində olması məlum olmuşdur. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidmətindən ona göndərilmiş cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tövlə və yardımçı tikililərin yerləşdiyi hüquqmüəyyənedici sənədlər olmadan istifadə edilən təqribən 0,42 ha torpaq sahəsi bələdiyyənin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması məlum olmuşdur. Lakin o, Ağsu rayon Prokurorluğuna müraciət etdikdən sonra araşdırma aparılmış həmin torpaq sahəsinin 0,43 ha olması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Abasxanlı kəndi ərazisində 2,02 ha torpaq sahəsini zəbt etmişdir. Buna görə də barəsində Kəndoba bələdiyyəsi tərəfindən edilmiş müraciətə əsasən cinayət işi açılmış, 2023-cü il tarixdə Ağsu Rayon Məhkməsinin qərarına əsasən 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2016-cı il tarixdən etibarən həyətyanı sahəsinə birləşdirdiyi bələdiyyə mülkiyyətində olan 0,43 ha torpaq sahəsini istifadə etməyə, həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərməyə başlamış, eləcə də həmin torpaq sahəsinin bir hissəsində tövlə və yardımçı tikili tikmişdir. Lakin həmin torpaq sahəsini zəbt etməsinə görə hər hansı bir tədbir görülməmişdir. Onda olan məlumata görə bələdiyyə tərəfindən dəfələrlə Təqsirləndirilən şəxs xəbərdarlıq edilsə də, həmin torpaq sahəsini boşaltmamışdır. Təqsirləndirilən şəxs tərəfindən 0,43 ha bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi zəbt edilmişdir. Təqsirləndirilən şəxs barəsində 2022-ci ildə 2,02 ha torpaq sahəsini zəbt etməyə görə cinayət işi başlanmışdır. Həmin 2,02 ha ərazi kəndin baş tərəfində, meşə zolağı ilə həmsərhəddə yerləşir. Lakin 0,43 ha ərazi Təqsirləndirilən şəxs tərəfindən həyətyanı sahəsinə birləşdirilməklə zəbt etdiyi ərazidir. Təqsirləndirilən şəxs həyətyanı sahəsi kəndin içərisində yerləşir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağsu rayon X16 ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır və aralarında hər hansı bir düşmənçilik və ya ədavət yoxdur. 27 may 2024-cü il tarixdə Ağsu rayon prokurorluğunun müstəntiqi X20 rayonunun Abasxanlı kəndində Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinə baxış keçirəcəklərini və onun da icra nümayəndəsi kimi iştirak etməsini bildirmişdir. O, da 27 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsində keçirilən baxışda iştirak etmişdir. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Kəndoba Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini qanunsuz şəkildə, bələdiyyənin icazəsi və razılığı olmadan zəbt edərək həmin torpaq sahəsinin bir hissəsində tövlə və digər tikililər tikmişdir. O, həmçinin qeyd etmişdir ki, əldə etdiyi məlumata görə, bələdiyyə tərəfindən dəfələrlə Təqsirləndirilən şəxs xəbərdarlıq edilsə də, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini boşaltmamışdır. Təqsirləndirilən şəxs tərəfindən 0,43 ha bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi zəbt edilmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən 2016-cı ildən istifadə etməyə başlamış və orada kənd təsərrüfatı məhsulları yetişdirmişdir. Bundan başqa, həmin torpaq sahəsinin bir hissəsində, 2016-cı ildə, tövlə və digər tikililər tikmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin atası 2009-cu ildə vəfat etdikdən sonra Təqsirləndirilən şəxs köhnə tövləni söküb, onun yerində yeni tövlə tikmişdir. O, kolxoz sədri işlədiyi illərdə torpaq sahəsi təqsirləndirilən şəxsin atasının adına idi. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilən dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 40 ilə yaxın olar ki, təqsirləndirilən şəxslə qohumdur. Təqsirləndirilən şəxs köhnə tövləni söküb yerində yeni tövlə tikib, əlavə heç bir artırılma olmayıb. Torpaq sahəsi də Təqsirləndirilən şəxs atasına məxsus olub. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, tövlə təqsirləndirilən şəxsin atasına aid olub, orada heç bir zəbtdən söz gedə bilməz, çünki bir tərəfi çay bir tərəfi yoldur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işi başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 58C- 24 nömrəli material üzrə fakta görə CM-in 188.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. - Ağsu Rayon İcra Hakimiyyətinin 22 saylı, 18 mart 2010-cu il tarixli arxiv arayışından görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan Kəndoba k/s-nin Abasxanlı kəndinə aid 1974-1976-cı illərin təsərrüfatbaşına 12-ci kitabın 836-cı səhifəsindən müəyyən olunmuşdur ki, X13 təsərrüfat başçısı olmaqla, adında 0,20 ha həyətyanı torpaq sahəsi olması qeyd edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli Çıxarışdan görünür ki, Ağsu rayonu, Abasxanlı kəndində yerləşən, xüsusi mülkiyyət olan, yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı, 0,45 ha ölçülü, **********55-10301 reyester nömrəli torpaq sahəsi və onun üzərində yerləşən 65.70 m2 fərdi yaşayış evi Təqsirləndirilən şəxs məxsusdur. - Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(016)-56/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu Rayon Kəndoba Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanan 22 avqust 2023-cü il tarixli məktubda bildirilmişdir ki, kənd sakinləri Şahid1 və X8 müxtəlif tarixlərdə dəfələrlə dövlət orqanlarına etmiş olduqları çoxsaylı müraciətlər əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin apardığı monitorinq ilə müəyyən edilmişdir ki, o, bələdiyyəyə aid olan torpaq sahəsini zəbt etmişdir. Zəbt etdiyi torpaq sahəsini 1 ay ərzində bələdiyyə mülkiyyətinə qaytarması tələb edilmişdir. - Ağsu Rayon Kəndoba Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanan 23 may 2024-cü il tarixli məktubda bildirilmişdir ki, ona 22 avqust 2023-cü il tarixdə məktubla zəbt etdiyi torpaq sahəsini boşaltması bildirilmiş və bu günə kimi həmin sahə onun tərəfindən boşaldılmamışdır. Odur ki, haqqında tədbir görülməsi barədə aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilmişdir. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Ağsu rayon prokurorluğuna göndərilmiş 04 iyun 2024-cü il tarixli, 3-21-3-41/2-1135/2024 saylı məktubdan görünür ki, Ağsu rayon Abasxanlı kəndi ərazisində yerləşən həmin kənd sakini Təqsirləndirilən şəxs məxsus tövlə və yardımçı tikilinin yerləşdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə baxışın keçirilməsi və həmin torpaq sahəsinin sərhədləri, koordinatları və konfiqurasiyasının müəyyən edilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmış, 27 may 2024-cü il tarixində tərtib edilmiş aktda adları qeyd olunan şəxslərin birgə iştirakı ilə sözügüdən torpaq sahəsinə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirilərək çöl ölçmə işləri aparılmışdır. Aparılmış ölçü işlərinin nəticəsində mövcud elektron baza məlumatlarına əsasən məlum olmuşdur ki, həmin torpaq sahəsinin üzərində bir-birinə bitişik olan 3 hissədən ibarət (2 tövlə və 1 qaraj) ümumi sahəsi 482 kv.m olan tikililər mövcuddur. Həmin tikililərin 22 kv.m hissəsi **********55-10301 reyestr nömrəli çıxarışla Təqsirləndirilən şəxs məxsus 0,45 ha torpaq sahəsilə üst-üstə düşür. Qalan 460 kv.m hissəsi isə Ağsu rayonu Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsilə üst-üstə düşür. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Ağsu rayon Prokurorluğuna göndərilmiş 05 iyun 2024-cü il tarixli, 3-21-3-41/2-1159/2024 saylı məktubdan görünür ki, Ağsu rayon Abasxanlı kəndi ərazisində yerləşən həmin kənd sakini Təqsirləndirilən şəxs məxsus ümumi həyətyanı torpaq sahəsi və tikililərin sərhədləri, koordinatları və konfiqurasiyasının müəyyən edilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmış və müəyyən edilmişdir ki, aktda adları qeyd olunan şəxslərin birgə iştirakı ilə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən naturada ölçülmüş sözügedən torpaq sahəsinin ölçüsü 0,88 ha-dır. Həmin torpaq sahəsinin 0,45 ha hissəsi **********55-10301 reyestr nömrəli çıxarışla Təqsirləndirilən şəxs məxsusdur. 0,43 ha hissəsi isə elektron baza məlumatlarına əsasən Ağsu rayonu Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Eyni zamanda bildiririk ki, torpaq sahəsinin üzərində olan tikililərdən bir-birinə bitişik olan 3 hissədən ibarət (2 tövlə və 1 qaraj) ümumi sahəsi 482 kv.m olan tikililər mövcuddur. Həmin tikililərin 22 kv.m hissəsi **********55-10301 reyestr nömrəli çıxarışla Təqsirləndirilən şəxs məxsus 0,45 ha torpaq sahəsilə üst-üstə düşür. Tikilinin qalan 460 kv.m hissəsi isə Ağsu rayonu Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsilə üst-üstə düşür. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Ağsu rayonu Kəndoba bələdiyyəsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınma haqqında” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Ağsu rayonu Kəndoba bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs Seydikamil oğlu zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4468 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 05 iyun 2024-cü il tarixli, 3-21-3-41/2-1159/2024 nömrəli mütəxəssis məlumatına əsasən qeyd olunur ki, sözügedən torpaq sahəsinin ölçüsü 0,88 ha-dır. Həmin torpaq sahəsinin 0,45 ha hissəsi **********55-10301 reyestr nömrəli çıxarışla Təqsirləndirilən şəxs məxsusdur. 0,43 ha hissəsi isə elektron baza məlumatlarına əsasən Ağsu rayonu Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Eyni zamanda bildiririk ki, torpaq sahəsinin üzərində olan tikililərdən bir-birinə bitişik olan 3 hissədən ibarət (2 tövlə və 1 qaraj) ümumi sahəsi 482 kv.m olan tikililər mövcuddur. Həmin tikililərin 22 kv.m hissəsi **********55-10301 reyestr nömrəli çıxarışla Təqsirləndirilən şəxs məxsus 0,45 ha torpaq sahəsilə üst-üstə düşür. Tikilinin qalan 460 kv.m hissəsi isə Ağsu rayonu Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsilə üst-üstə düşür. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay islah işləri cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci ildə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - “Cinayət əməlinin tövsif edilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 188.2-ci maddəsindən həmin Məcəllənin 188.1-ci və 188.2-ci maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 188.1-ci və 188.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X16 Ərazi Dairəsi üzrə nümayənmdəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş 30 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, o, 2009-cu ilədək ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərində yaşamışdır. 2009-cu ildə atası vəfat etdikdən sonra Ağsu rayonunun Abasxanlı kəndində ata evinə qayıtmışdır. O, 2011-ci il tarixdən Ağsu rayonunun Abasxanlı kəndində pasport qeydiyyatına alınmışdır. Həmin ildən hazırki dövrə qədər qohumları və yaxın qonşuları ilə daim münaqişə yaratmış, bu səbəbdən Ağsu Rayon Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Heç bir təhsili olmadığı halda özünü jurnalist kimi təqdim edərək rayonun ayrı-ayrı idarə və təşkilatlarının rəhbərləri barəsində şər və böhtan xarakterli çıxışlar etmişdir. Belə əməllərinə görə o, Ağsu Rayon Məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsini qanunsuz zəbt etdiyinə görə Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Kəndoba Bələdiyyəsi və ərazi icra nümayəndəliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin ərazini hələ də boşaltmamışdır. O, Mərkəzi İcra Hakimiyyəti Orqanlarının rəhbərləri hansı rayona qəbula gələrsə dərhal qəbula yazılaraq rayon haqqında mənfi fikir formalaşdırmağa cəhd edir. O, belə əməllərinə görə özünü rayon və kənd əhalisi arasında mənfi xarakterli şəxs kimi tanıdıb. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivinin 22 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan Kəndoba kənd ərazi bölgəsinin 1996-2000-ci illərinin Abasxanlı kəndinə aid 17-ci təsərrüfat başına kitabının 33-cü səhifəsindən müəyyən olundu ki, X6 təsərrüfat başçısı olmaqla adına 1996, 1997-ci illərdə 0.20 ha həyətyanı, o cümlədən 0.02 ha tikilialtı və 1998-2000-ci illərdə 0.45 ha həyətyanı 0.02 ha tikilialtı torpaq sahəsi qeyd olunmuşdur. 1996-2000-ci il tarixlərində torpaq islahatı aparılan zamanı Ağsu rayon Abasxanlı kənd sakinlərinə adambaşına neçə ha (sot) çöl torpaq sahəsinin ayrılması barədə, eləcə də Abasxanlı kənd sakini X1 ailə üzvlərinə adambaşına neçə ha həmçinin X3 ailə üzvləri ilə birlikdə çöl torpaq sahəsi ayrılan zaman həyətyanı torpaq sahəsinin nəzərdə tutulmuş ərazidən çox olan hissəsinin çöl torpaq sahəsi ilə əvəzləşdirilməsi, bundan başqa həmin əvəzləşdirmənin həyata keçirilməsi ilə bağlı hər hansı akt olunub-olunmaması barədə heç bir məlumat Ağsu rayon Dövlət Arxivində aşkar olunmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2024-cü il tarixli 10/7896 nömrəli ekspert rəyindən görünür ki, Ağsu rayonu Kəndoba kəndi ərazisində yerləşən və baxış zamanı təqdim olunmuş tikililərin sahəsinin 482 kvadrat metr olduğu müəyyən olundu. Tikililərin nə zaman inşa olunmasının müəyyən olunmasına dair metod və metodika olmadığına görə, baxış zamanı təqdim olunmuş tikililərin inşa olunduğu müddəti dəqiqliklə müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, “Google Yer” proqramı vasitəsilə aparılan tədqiqat zamanı təqdim olunan tikililərin xx.xx.2013-cü il tarixə olan ortofoto görüntülərdə öz əksini tapmadığı, onun yerində təqribi sahəsi 66 kvadrat metr olan tikilinin mövcud olduğu, faktiki təqdim olunan tikililərin isə xx.xx.2018-ci il tarixdən başlayan ortofoto görüntülərdə öz əksini tapdığı müəyyən olundu. Baxış zamanı təqdim olunmuş tikililərə dair heç bir hüquq müəyyənedici və texniki sənəd təqdim olunmadığına görə, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma qaydalarının 2-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivinin 06 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Kəndoba Kənd İcra Nümayəndəliyinin Abasxanlı kəndinə aid 1974-1976-cı illərin təsərrüfatbaşına kitabı Ağsu Rayon Dövlət Arxivində aşkar olunmamışdır. Ağsu Rayon Dövlət Arxivində saxlanılan Kəndoba Kənd İcra Nümayəndəliyinin Abasxanlı kəndinə aid 1977-1979-cu illərinin 12-ci təsərrüfatbaşına kitabının 48-49-cu səhifələrindən müəyyən olunmuşdur ki, X13 təsərrüfatbaşçısı olmaqla, adına 0.20 ha həyətyanı torpaq sahəsi, o cümlədən, 0,02 ha tikili altında torpaq sahəsi qeyd edilmişdir. Lakin həmin 0.20 ha torpaq sahəsinin Abasxanlı kəndində hansı ərazidə yerləşməsi və xəritə sxemi barədə heç bir məlumat Ağsu Rayon Dövlət Arxivində aşkar olunmamışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, istintaq zamanı Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə CM-in 188.1 və 188.2-ci maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, onun əməlində təkrarçılıq və cinayətlərin residivinin müəyyən edilməməsinin nəzərə alınması, ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli olduğundan və toplanmış sübutlarla təsdiq edilmədiyindən, özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə rədd edilməsi, Məhkəmə tikintitexniki ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 10/7896 nömrəli rəyinin nəticə hissəsində olan “Ağsu rayonu Kəndoba kəndi” sözü “Ağsu rayon Abasxanlı kəndi” sözü kimi oxunması, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsinin, eləcə də şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsininin 04 iyun 2024-cü il tarixli, 3-21-3-41/2-1135/2024 saylı və 05 iyun 2024-cü il tarixli, 3-21-3-41/2-1159/2024 saylı məktubları, məhkəmə-torpaqşünaslıq ekspertizasının 12 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4468 nömrəli rəyi, məhkəmə tikinti-texniki ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 10/7896 nömrəli rəyi və cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin sübut növü kimi qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. - 0040 7 0136 23031987 nömrəli nikahın pozulması haqqında akt qeydindən görünür ki, X13 ilə X10 arasında olan nikaha xx.xx.1987-ci il tarixdə xitam verilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(016)- 56/2022 saylı hökmü ilə ona təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 il 15 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi 11 ay 15 gün təşkil edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri, mütəxəssis rəyi, iş materiallarına əlavə edilmiş foto şəkillər və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə özünü ona CM-in 188.1 və 188.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ittihamda göstərilən torpaq sahəsindən istifadə etdiyini, həmçinin köhnə fermanı sökərək yerində yeni ferma tikdirdiyini bildirmişdir. Ekspert rəyində də qeyd olunur ki, Təqsirləndirilən şəxs istifadəsində 0,88 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinin 0,45 ha hissəsi çıxarışla Təqsirləndirilən şəxs məxsusdur. 0,43 ha hissəsi isə elektron baza məlumatlarına əsasən Ağsu rayonu Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Bundan əlavə, torpaq sahəsinin üzərində olan tikililərdən bir-birinə bitişik olan 3 hissədən ibarət (2 tövlə və 1 qaraj) ümumi sahəsi 482 kv.m olan tikililər mövcuddur. Həmin tikililərin 460 kv.m hissəsi Ağsu rayonu Kəndoba Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin üzərində yerləşir. Məhkəmə həmçinin qeyd edir ki, Ağsu Rayon Kəndoba Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il və 23 may 2024-cü il tarixli məktublar göndərilərək onun bələdiyyəyə aid olan torpaq sahəsini zəbt etdiyi və zəbt etdiyi torpaq sahəsini bələdiyyə mülkiyyətinə qaytarması tələb edilmiş, lakin o, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi üçün hər hansı bir tədbir görməmişdir. Müdafiə tərəfinin təşəbbüsü ilə dindirilən şahidlərin verdikləri ifadələrlə bağlı məhkəmə qeyd edir ki, onların verdikləri ifadələrdə göstərilənlər yalnız ümumi sözlərdən ibarət olmaqla məhkəmə araşdırması zamanı hər-hansı sübutlarla təsdiq olunmur. Beləliklə, Təqsirləndirilən şəxs ittihamda ona istinad olunan cinayət əməllərini törətməsi istintaq zamanı tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsinin, şahid ifadələri və sair istintaq hərəkətlərinin protokolları, verilmiş sorğulara alınmış cavablar, mütəxəssis rəyləri və toplanılmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarına əlavə edilmiş Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(016)-56/2022 saylı hökmü ilə ona təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 il 15 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi 11 ay 15 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş qalan 11 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli axırıncı hökmün çıxarıldığı vaxtdan, yəni 28 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxsdan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs CM-in 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 67.1-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(016)-56/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay, 15 (on beş) gün hissəsi hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə onun üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli axırıncı hökmün çıxarıldığı vaxtdan, yəni 28 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X4, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar