Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-12/2024 18.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X32 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1971-ci il tarixdə Quba rayonu Qələdüz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada qaynaqçı işləyən, əvvəllər məhkum olunmayan, Quba rayonu Qələdüz kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 15 iyul 2023-cü il tarixdə Ağsu rayonu, Kalva kəndində yerləşən fermada qaynaq işləri ilə məşğul olan zaman fermanın həyətində olan tövlənin divarında 1.64 metr hündürlükdəki elektrik şitindən 165 metr məsafədə yerləşən kafe adlanan tikilidə dəmir qapının quraşdırılması zamanı “Tikintidə elektrik təhlükəsizliyi” 12.1.013-8 dövlət standartlarının 2.9, 2.10-cu bəndələrində göstərilən qaynaq aparatına elektrik qurğularının cərəyan keçirən hissələrinin təcrid edilməsi, hasarlanması və ya əlçatmaz yerlərdə yerləşdirilməsi, eləcə də müvəqqəti elektrik təchizatının çöl xətlərinin izolyasiya olunmuş naqillərdən olması və iş yerlərində yer, döşəmə, ayaqaltının üzərindən 2,5 metr hündürlükdə dayaqların üzəri ilə çəkilməsi kimi tələblərini pozaraq, yerdən özünə məxsus izolyasiya örtüyü zədələnmiş (pozulmuş) elektrik xətti çəkməklə bir ədəd dəmir qapını quraşdırdıqdan sonra elektrik xəttini ayırmadığı üçün ehtiyatsızlıqdan həmin gün saat 19 radələrində adı çəkilən fermada ailəsi ilə birlikdə yaşayan xx.xx.2019-cü il təvəllüdlü X4 həmin xəttə sol ayağını basması nəticəsində sol ayaqaltı nahiyədən (giriş nöqtələri) elektrik cərəyanının daxil olub sol budunun aşağı 1/3-nin bir qədər iç səthlərindən (çıxış nöqtələri) çıxması nəticəsində sonuncunun elektrik cərəyanı ilə zədələnməsi səbəbindən baş vermiş elektrik şokundan ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər pxisi xəstəlik keçirməmiş, məhkumluq həyatı yaşamamışdır. Törətmiş olduğu əməldən peşmançılıq hissi çəkir. Təxminən 2007-ci ildən hal-hazıradək qaynaq ustası kimi fəaliyyət göstərir. Şahid5 fərdi sahibkar kimi tanıyır və onun müxtəlif sifarişləri əsasında sonuncuya məxsus fermada qaynaq işləri görmüşdür. Şahid5 ferması Ağsu rayonu Kalva kəndində yerləşir. Şahid5la münasibətləri həmişə normal olmuş heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən 2023-cü ilin iyul ayının 1-2 tarixlərində Şahid5 işlədiyi Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən sexə gəlib ona iki ədəd dəmir qapı sifariş verdi. Həmin qapıları öz fermasındakı tikiliyə quraşdıracaqdı. Görüləcək işlərə görə Şahid5 ona 1500 manat pul verəcəkdi. İlk öncə Şahid5 ona 500 manat pul verdi. Qalan 1000 manatı isə qapılar quraşdırıldıqdan sonra veriləcəkdi. O, həmin qapıları düzəldib 15 iyul 2023-cü il tarixdə saat 07 radələrində Şahid5 Ağsu rayonu Kalva kəndində yerləşən fermasına gətirdi. Orada Şahid5 ona əlavə olaraq qaynaq aparatı ilə dəmir profildən dörd ədəd stol da yığmağı sifariş verdi. O, yanında fəhlə kimi götürdüyü mərhum X25 ilə ilk öncə fermanın ərazisində yerləşən yem anbarında qaynaq aparatı ilə dörd ədəd profildən stol yığmış, anbarda iş görərkən qaynaq aparatını özündə olan 12 metrlik uzunluğunda ağ kabelə quraşdırmış, kabeli isə anbardakı yerə basdırılmış borunun üzərinə sarılmış açıq elektrik xəttinə qoşmuş, saat 15 radələrinədək anbarda dörd ədəd stol yığmışdır. Sonra fermanın ərazisində yerləşən yeni tikiliyə iki ədəd dəmir qapını quraşdırmaq üçün həmin tikiliyə getmiş, həmin vaxt Şahid5 gəlmiş və sonuncuya aldığı cücələri fermaya boşaltmağa da köməklik etmişdir. Sonra onlar yeni tikilinin içərisində nahar etmişlər. Nahardan sonra Murad Mərdanovla birlikdə dəmir qapını qaynaq aparatı ilə quraşdırmağa başlamışlar. Həmin vaxt qaynaq aparatına elektrik xətti çəkmək üçün fermanın həyətində olan və tövlənin arxasındakı tikiliyə girən qara rəngli kabeli tapşırıq vermişdir ki, Murad Mərdanov tikilidən çıxarıb fermanın həyətində olan dəmir tordan olan hasardan yeni tikiliyə tərəf keçirsin. Murad Mərdanov da bunu etmişdir. Qeyd edilən qara kabel tövlənin divarındakı şitə birləşdirilmişdir və oradan elektrik enerjisi qəbul edirdi. Bundan başqa həmin kabel yernən gedirdi. Sonra özündə olan ağ kabeli həmin kabelə birləşdirmiş və kabellər yeni tikiliyə qədər uzanmışdır. Kabelləri bir-birlərinə özü izolentlə bağlamışdır. Qaynaq aparatı üçün çəkdiyi elektrik xətti yernən Şahid5 yaşadığı evin qarşısından keçirdi. Dəmir qapını quraşdırdıqdan sonra o, Şahid5 demişdir ki, “gözümə svarka düşüb ikinci qapını sabah gəlib quraşdıraram”. Şahid5 isə onunla razılaşmış, bundan sonra o, qaynaq aparatını yığıb Murad Mərdanovla birlikdə avtomobilinə minərək çıxıb getmişdir. Lakin çıxıb gedərkən qaynaq aparatı üçün çəkdiyi kabeli elektrik xəttindən ayırmamışdır. Saat 22 radələrində o, Şahid5 zəng etmiş və sonuncu ona “bəs femrada uşağı tok vurub, başım qarışıqdır” sözlərini demişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, sonuncunu 15 iyul 2023-cü il tarixdə Şahid5 məxsus fermada işləyərkən tanıdığını, Zərərçəkmiş şəxsla heç bir münasibətlərinin olmadığını, fermada Zərərçəkmiş şəxs və onun mərhum oğlu Telman Zülfiqarovu görməsini, sonuncunun digər ailə üzvlərini görmədiyini, 15 iyul 2023-cü il tarixdə saat 19 radələrində Telman Zülfiqarovun elektrik cəryanı vurması nəticəsində ölməsinin şahidi olmadığını, Telman Zülfiqarovun elektrik cəryanına düşərək öldüyü kabeli işlərini görüb qurtardıqdan sonra elektrik xəttindən ayırmadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, tövlənin üzərindəki şitdən yeni tikili deyilən kafeyə qədər olan məsafə 150 metrdən çox olmuş, tövlənin üzərindəki şitdən kabeli Murad Mərdanov yernən uzatdıqdan sonra həmin kabelə birləşdirdiyi əlavə ağ kabel onun avtomobilində olmuş, yəni özü ilə gətirmişdir. 15 iyul 2023-cü il tarixdə yeni tikilidə qaynaq aparatı ilə iş görərkən qaynaq aparatını elektrik xətti çəkilməsi üçün şitə birləşdirilmiş kabelin uzunluğu və həmin kabelə bərkidilmiş əlavə kabelin uzunluğunu ayrı-ayrılıqda bilmədiyini, lakin hər ikisinin ümumilikdə uzunluğunun 150 metrdən çox olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşaq olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmamasını, ilk dəfə ehtiyatsızlıqla cinayət törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşaq olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmamasını, ilk dəfə ehtiyatsızlıqla cinayət törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin hüquq varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2003-cü ildə arvadı Şahid1 ilə ailə həyatı qurmuş, onların birgə evlilikdən dörd övladları var. X22, Şahid3, Şahid2 və Telman Zülfiqarovdur. Telman Zülfiqarov övladlarının ən balacası olmuşdur. Belə ki, Telman Zülfiqarov 27 sentyabr 2019-cu il tarixdə anadan olmuş və vəfat etdiyi günə onun 4 yaşı vardır. O, ailə üzvləri ilə birlikdə heyvandarlıqla məşğul olur. Təxminən 2022-ci ilin may ayından hal-hazıradək fermer Şahid5 məxsus fermada heyvandarlıqla məşğul olmuşlar. Həmin ferma Ağsu rayonu Kalva kəndinin ərazisində yerləşir. Eləcə də fermanın yanından Ağsu çayı keçir. O və arvadı Şahid1 fermada yaşamaqla, həm də ki fermada işləmişlər. Həmin fermada Şahid5 məxsus camışlara baxmaqla özlərinə məxsus 29 baş həm camış, həm də ki inək saxlamışlar. Fermada o və arvadı ilə birlikdə oğlu Şahid3, qızı Şahid2 və mərhum oğlu Telman Zülfiqarov yaşayıb işləmişlər. Məlum hadisə ilə bağlı onu bildirmişdir ki, 15 iyul 2023-cü il tarixdə saat 07 radələrində yuxudan durub camışları örüşə buraxmış, sonra gəlib yemək yeyib yatmışdır. Həmin gün fermada onunla birlikdə arvadı Şahid1, qızı Şahid2 və oğlanları Şahid3la Telman Zülfiqarov da olmuşlar. Saat 11 radələrində gedib camışları örüşdən gətirib sulamış və sonra gündəlik məişət məsələləri ilə məşğul olmağa başlamışdır. Arvadı Şahid1 isə heyvanların sağını ilə və digər fermada görüləcək işlərlə məşğul olurdu. Həmin gün saat 07 radələrində isə fermaya qaynaqçı gəlib anbarda qaynaq aparatı ilə stol düzəltməyə başladı və sonra fermanın ərazisində yerləşən kafe deyilən tikilinin dəmir qapısını quraşdırmalı idi. Həmin gün Şahid5 tezdən Sabirabad rayonundan gəlmiş alverçidən çolpa almış və sonuncu alverçi ilə birlikdə Sabirabad rayonuna getmişdir. Həmin vaxt Şahid5 onlara da 50 ədəd çolpa verdi. Saat 16 radələrində Şahid5 Sabirabad rayonundan gəldi. Şahid5 təxminən 70-80 ədəd çolpa alıb gətirmişdir. O və oğlu Şahid3 çolpaları tövlənin qarşısına boşaltmağa köməklik etdirmişlər. Həmin vaxt qaynaqçı adını sonradan bildiyi İsmayıl kafe deyilən tikilinin qaynaq aparatı ilə dəmir qapısını quraşıdırırdı. Həm anbarda dəmir stol düzəldərkən, həm də ki kafe deyilən tikilinin qapısını quraşdırarkən İsmayıl qaynaq aparatına elektrik xətttini Şahid5 fermasında yerləşən tövlənin divarındakı şitdən çəkmişdir. Həmin qaynaq aparatına gedən elektrik xətti isə ağ rəngli kabel idi. Kabel yerdən gedirdi. Saat 18-19 radələrində Şahid5 demişdir ki, “gedib otu yığmaq lazımdır”. Həmin vaxt Şahid5 evlərinə gələn elektrik xətti bir az sallandığından Şahid5 ona və Vüqara tapşırıq verdi ki, həmin xətti bir az yuxarıdan bağlayıb taramlaşdırsınlar. Onlar da həmin xətti yuxarıdan bağlayıb taramlaşdırmışlar ki, altından yük avtomobili keçəndə ilişməsin. Sonra o və Vüqar Şahid5 “KAMAZ” markalı yük avtomobilinə minib Şamaxı rayonunun Muğanlı kəndində yerləşən torpaq sahəsinə getdilər. Onlar ora gedərkən İsmayılın qaynaq işlərini qurtarıb-qurtarmamasına fikir verməmişdir. Ot sahəsində işləməyə başlamşlar ki, adını bilmədiyi bir nəfər şəxs Şahid5 zəng edib demişdir ki, “yataqda uşaq ölüb tez gəl”. Onlar dərhal Şahid5 yük avtomobilinə minib fermaya getmişlər. Oradan isə Şahid5 minik avtomobilinə minib Şamaxı rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada Şahid1 ona “Telman qaynaq aparatına çəkilən ağ kabelin üzərinə çıxması nəticəsində tok vurmadan ölmüşdür” sözlərini demişdir. Zəfər çəkmiş şəxsin hüquqi varisi daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışdıqlarını, aralarında hər hansı bir düşmənçiliyi və ya ədavəti olmadığını, baş vermiş hadisənin isə ehtiyatsızlıqdan baş verdiyini anladığını, ona qarşı şikayət və tələbələrinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsə cəza verilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını, onun da ailəli olmasını və cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2003-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onların birgə evlilikdən dörd övladları var. X22, Şahid3, Şahid2 və Telman Zülfiqarovdur. Telman Zülfiqarov övladlarının ən balacası olmuşdur. Belə ki, Telman Zülfiqarov 27 sentyabr 2019-cu il tarixdə anadan olmuş və vəfat etdiyi günə onun 4 yaşı vardır. O, ailə üzvləri ilə birlikdə heyvandarlıqla məşğul olurlar. Təxminən 2022-ci ilin may ayından hal-hazıradək fermer Şahid5 məxsus fermada heyvandarlıqla məşğul olmuşlar. Həmin ferma Ağsu rayonu Kalva kəndinin ərazisində yerləşir. O və Zərərçəkmiş şəxs fermada yaşamaqla, həm də ki fermada işləmişlər. Belə ki, həmin fermada Şahid5 məxsus camışlara baxmaqla yanaşı özlərinə məxsus 29 baş həm camış, həm də ki inək saxlamışlar. Fermada o və əri ilə birlikdə oğlu Şahid3, qızı Şahid2 və mərhum oğlu Telman Zülfiqarov yaşayıb işləmişlər. Məlum hadisə ilə bağlı onu bildirmişdir ki, 15 iyul 2023-cü il tarixdə saat 07 radələrində yuxudan durub camışları sağmış, sonra isə əri Zərərçəkmiş şəxs camışları örüşə buraxmış, daha sonra əri Zərərçəkmiş şəxs gəlib yemək yeyib yatmış, o, isə fermada gündəlik təsərrüfat işləri ilə məşğul olmağa davam etmişdir. Həmin gün fermada onlarla birlikdə qızı Şahid2 və oğlanları Şahid3la Telman Zülfiqarov da olmuşlar. Saat 11 radələrində Zərərçəkmiş şəxs gedib camışları örüşdən gətirib sulamış və sonra gündəlik məişət məsələləri ilə məşğul olmağa başlamışdır. Həmin gün saat 07 radələrində isə fermaya qaynaqçı gəlib anbarda qaynaq aparatı ilə stol düzəltməyə başlamış və sonra fermanın ərazisində yerləşən kafe deyilən tikilinin dəmir qapısını quraşdırmalı idi. Həmin gün Şahid5 tezdən Sabirabad rayonundan gəlmiş alverçidən çolpa almış və onunla birlikdə Sabirabad rayonuna getmişdir. Həmin vaxt Şahid5 onlara da 50 ədəd çolpa vermişdir. Saat 16 radələrində Şahid5 Sabirabad rayonundan gəlmiş, lakin Şahid5 nə qədər çolpa alması ilə bağlı maraqlanmamışdır. Əri Zərərçəkmiş şəxs və oğlu Şahid3 çolpaları tövlənin qarşısına boşaltmağa köməklik etmişlər. Saat 18-19 radələrində Zərərçəkmiş şəxs və Vüqar Şahid5 “KAMAZ” markalı yük avtomobilinə minib Şamaxı rayonunun Muğanlı kəndində yerləşən torpaq sahəsinə getmişlər. Həmin vaxt o evdə olmuşdur. X15 isə fermanın həyətində gəzişirdi. Birdən o Telman Zülfiqarovun harada olması ilə maraqlanmağa başlamış, Telman Zülfiqarovu səsləmiş, lakin Telman Zülfiqarov səs vermədiyindən onu fermanın həyətində axtarmağa başlamışdır. Şahid5 yaşadığı fərdi yaşayış evinin qarşısına gəldikdə görmüşdür ki, Telman Zülfiqarov ağ kabelin üzərində arxası üstə uzanmış vəziyyətdədir və huşu yoxdur. O, Telman Zülfiqarova yaxınlaşmış onun elektrik cəryanı vurması nəticəsində ölməsini bilmişdir. Telman Zülfiqarovu qucağına alıb bir qədər qırağa uzaqlaşmış və bərkdən qışqıraraq köməyə adam çağırmışdır. Bu vaxt bir nəfər Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun tikintisində işləyən fəhlə yanına gəlmişdir. Səsinə qızı Şahid2 da evdən gəlmiş, sonra köməyə gəlmiş fəhlə onunla birlikdə yola çıxmış və o, taksi ilə X16 rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada ona məlum olmuşdur ki, Telman Zülfiqarov artıq vəfat edibdir. Məlum hadisə vaxtı femada o və qızı Şahid2 olmuşlar. Telman Zülfiqarovun bilavasitə elektrik cəryanına düşməsini görməmiş, X15 meyitini qaynaq aparatı üçün çəkilmiş ağ kabelin üzərində arxası üstə aşkar etmişdir. Hadisə vaxtı Telman Zülfiqarovun əynində heç bir paltar olmamış, çünki hava isti olmuş, lakin ayağında bir cüt boz rəngli çəkələk olmuşdur. Telman Zülfiqarovun çəkələkləri tərsinə geyinməsini, yəni sağ çəkələyi sol ayağına, sol çəkələyi isə sağ ayağına geyinməsini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışdıqlarını, aralarında hər hansı bir düşmənçiliyi və ya ədavət olmadığını, baş vermiş hadisənin isə ehtiyatsızlıqdan baş verdiyini anladıqlarını, ona qarşı şikayət və tələbələrinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zöhrab oğlu ifadəsində göstərmişdir ki, 2015-ci ildən hal-hazıradək "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə işləyir. "xxxx" ASC tərəfindən Şamaxı-Ağsu-İsmayıllı avtomobil yolunun tikintisi həyata keçirilir. Həmin tikinti işləri ilə bağlı körpü üçün tikilən dayaqların karkaslarını toxuyur. Sonra isə həmin karkasların içərisinə beton tökülür. 15 iyul 2023-cü il tarixdə saat 19 radələrində yetdinci dayaqda betonun sulanması işləri ilə məşğul olmuş, bu vaxt bərk qışqırıq səsi eşitmiş, səs gələn tərəfə baxdıqda görmüşdür ki, Şahid5 məxsus fermanın həyətində bir nəfər adını sonradan bildiyi Şahid1 qışqıraraq ağlayır. O, dərhal fermaya getmiş, fermanın həyətinin bir tərəfi dəmir torla hasarlanıdığından Şahid1 nə olmasını soruşmuş, Reyhan Züıfiqarova yerdə oturaq vəziyyətdə ona “gəl bura” sözlərini demişdir. O, dəmir tordan aşaraq onun yanına getmiş, yanına çatdıqda görmüşdür ki, Şahid1 qarşısında uşaq var. O, Şahid1 soruşmuşdur ki, “uşağa nə olub”. Şahid1 ona “uşağı tokun üstündən götürmüşəm, uşağı tok vurub” sözlərini demişdir. Sonra o, uşağı qucağına götürmüş və avtomobil yolu tərəfə getmişdir. Gedərkən qarşısına adını xatırlamadığı bir nəfər "xxxx" ASC-nin işçisi çıxmış və həmin işçiyə “təcili tibbi yardıma zəng elə” sözlərini demişdir. O, da təcili tibbi yardıma zəng etmiş, hər ehtimala təcili tibbi yardım avtomobilini gözləməyib Şahid1 və adını sonradan bildiyi onun mərhum oğlu Telman Zülfiqarovun meyitini yol avtomobilinə mindirib Şamaxı rayon mərkəzi xəstəxanasına göndərmişdir. Telman Zülfiqarovun hansı şəraitdə elektrik cəryanı vurmasının şahidi olmadığını, yalnız fermanın həyətinə gəldikdə Şahid1 fərdi yaşayış evinin qarşısından 10-15 metr məsafədə yerdə oturaq vəziyyətdə görməsini və sonuncunun qarşısnda Telman Zülfiqarovun huşsuz vəziyyətdə olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 2021ci ildən hal-hazıradək "xxxx" Açıq Səhmdar Cəmiyyətində mühavizəçi işləyir. "xxxx" ASC tərəfindən Şamaxı-Ağsu-İsmayıllı avtomobil yolunun tikintisi həyata keçirilir. Həmin işlərlə bağlı işçilərin yaşadıqları kampın girəcəyində yerləşən postda mühavizəçi durur. Kamp Şamaxı-İsmayıllı avtomobil yolunun üzü İsmayıllı rayonu istiqamətində gedərkən sağ tərəfində yerləşir. Kampın qarşısında üzü İsmayıllı rayonu istiqamətində gedərkən avtomobil yolunun sol tərəfində Şahid5 məxsus ferma vardır. 15 iyul 2023-cü il tarixdə saat 19 radələrində o, postda durmuş, bu vaxt bərk qışqırıq səsi eşitmiş, səs gələn tərəfə baxdıqda görmüşdür ki, Şahid5 məxsus fermanın həyətində bir nəfər adını sonradan bildiyi Şahid1 və işlədiyi şirkətin işçisi olan Şahid4 yola tərəf gəlirlər. Şahid4 qucağında bir nəfər uşaq var idi. O, da onlara tərəf getmişdir. Onlara yaxınlaşdıqda Şahid1 demişdir ki, “uşağımı tok vurub”. Bu vaxt Şahid4 ona demişdir ki, “təcili tibbi yardıma zəng et”. O, da dərhal təcili tibbi yardıma zəng etmiş, hər ehtimala təcili tibbi yardım avtomobilinin gəlməyini gözləməyib yoldan keçən avtomobili saxlatdırmış və Şahid1 və adını sonradan bildyi onun mərhum oğlu Telman Zülfiqarovun meyitini yol avtomobilinə mindirib Şamaxı rayon mərkəzi xəstəxanasına getmişlər. O, da onlarla birlikdə getmiş, Muğanlının kruqu deyilən yerdə təcili tibbi yardım avtomobili ilə rastlaşmışlar və dərhal Telman Zülfiqarovu təcili tibbi yardım avtomobilinə mindirmişlər. Sonra o və Şahid1 da təcili tibbi yardım avtomobilinə minib Şamaxı rayon xəstəxanasına getmişlər. X18 göstərilmiş ilkin tibbi yardımlara baxmayaraq sonuncu artıq vəfat etmişdir. Telman Zülfiqarovun hansı şəraitdə elektrik cəryanı vurması nəticəsində vəfat etməsinin şahidi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2006-cı ildən hal-hazıradək fərdi sahibkarlıqla məşğul olur. Ağsu rayonu Kalva kəndində 99 il müddətinə 120 hektar örüş torpaq sahəsini icarəyə götürmüşdür. Həmin ərazidə fermer təsərrüfatı ilə məşğul olur və 65 baş camış saxlayır. Fermer təsərrüfatında Zərərçəkmiş şəxs arvadı Şahid1 ilə birlikdə çalışırlar. Yəni onlar həm onun heyvanlarını, həm də ki öz heyvanlarını saxlayırlar. Zərərçəkmiş şəxs övladları da fermada yaşayırlar. Belə ki, fermanın həyətində ayrıca fərdi yaşayış evi vardır və onlar həmin evdə yaşayırlar. Onun da ayrıca fərdi yaşayış evi vardır. Fermanın ərazisində bir ədəd tövlə və bir ədəd yem və ot saxlanılması üçün anbar vardır. Bundan başqa fermanın həyətində süd məhsullarının hazırlanması üçün tikili tikmişdir. Bəzən həmin yerə kafe də deyirlər. 15 iyul 2023-cü il tarixdə saat 07 radələrində Sabirabad rayonundan ona 350 ədəd toyuq gətirilmişdi. Həmin ərəfələrdə əvvəlcədən razılaşdığı Təqsirləndirilən şəxs fermaya gəlmişdir ki, qaynaq aparatı ilə dəmirdən stol düzəltsin və kafe dedikləri tikilinin dəmir qapısını qaynaq aparatı ilə quraşdırsın. O, aldığı toyuqların əllisini Şahid1 hədiyyə olaraq vermiş, sonra toyuqları aldığı şəxslə birlikdə Sabirabad rayonuna getmişdir ki, əlavə toyuq alsın. Sabirabad rayonunda 140 ədəd toyuq alıb saat 15 radələrində fermaya gəlmişdir. O, fermaya gələndə görmüşdür ki, Təqsirləndirilən şəxs anbarda qaynaq aparatı ilə stolları düzəldir. Sonra o, Təqsirləndirilən şəxs, İsmayılla birlikdə işləyən adını sonradan bildiyi Murad adlı fəhlə və Vüqar adlı fəhlə ilə birlikdə kafe dedikləri yerdə nahar etmişlər. Nahar etdikdən sonra Təqsirləndirilən şəxs qaynaq aparatı ilə qapını yerinə quraşdırmağa başladı. O, onların yanında durmuş, Təqsirləndirilən şəxs qapının birini quraşdırdıqdan sonra ona demişdir ki, “gözümə svarka düşüb, gedirəm sabah gəlib o biri qapını quraşdıraram”. O, da onunla razılaşmışdır. Saat 19 radələrində Təqsirləndirilən şəxs əşyalarını yığıb çıxıb getmiş, o və Vüqar isə aşağı düşmüşlər. O, Zərərçəkmiş şəxs çağırmışdır ki, birlikdə ot yığımına gedək. Həmin vaxt tövlədən yaşadığı evə qədər uzanan elektrik xətti aşağı sallandığından Zərərçəkmiş şəxs və Vüqara tapşırıq vermişdir ki, həmin xətti yuxardan bağlasınlar ki, yük avtomobili keçəndə ilişməsin. Zərərçəkmiş şəxs və Vüqar xətti yuxarıdan bağladılar və onlar “KAMAZ” markalı avtomobilinə minib ot yığımına getmişlər. Onlar Şamaxı rayonunun Muğanlı kəndinin ərazisində ot yığımına təzə başlamışlar ki, ona zəng gəldi və indi xatırlamadığı şəxs demişdir ki, “bəs fermada uşağı elektrik cəryanı vurub xəstəxanaya aparıblar”. Onlar işlərini dayandırıb təzədən fermaya qayıtmışlar. Orada “KAMAZ” markalı yük avtomobilini qoymuşlar. Daha sonra o, Zərərçəkmiş şəxs və Vüqar onun minik avtomobilinə minib Şamaxı rayon mərkəzi xəstəxanasına getmişlər. Orada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs oğlu Telman Zülfiqarov fermada elektrik cəryanı vurması nəticəsində vəfat etmişdir. Hadisənin şahidi olmadığından Telman Zülfiqarovun hansı şəraitdə elektrik cəryanı vurması barədə daha dəqiq məlumatının olmamasını, X15 anası Şahid1 Telman Zülfiqarovun fermada olan və yaşadığı evin qarşısından yernən kafeyə çəkilmiş elektrik xəttinin üzərində arxası üstə aşkar etməsini bildirməsini, 15 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs fermada qaynaq işləri görərkən qaynaq aparatını hara qoşmasına fikir vermədiyini, çünki qaynaq aparatının işlədilməsi barədə məlumatının olmamasını, Təqsirləndirilən şəxs fermada qaynaq aparatı ilə qapı düzəldib quraşdırlmasına və stolları yığmasına görə sonuncuya 1500 manat pul verməli olduğunu, həmin pulun 500 manatını əvvəlcədən Təqsirləndirilən şəxs verməsini, qalan 1000 manatı isə qapıları quraşdırdıqdan sonra verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Fərdi əməklə məşğul olduğundan müxtəlif şəxslərin sifarişi əsasında onların ot sahələrində çalışıb otlarını yığır. Buna görə də xidmət haqqı alır. Şahid5 fermer kimi tanıyır. Belə ki, müxtəlif vaxtlarda Şahid5 sifarişi əsasında ot yığımışdır. Onunla münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Şahid5 məxsus fermada işləyən işçi kimi tanımışdır. Onunla da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 14 iyul 2023-cü il tarixdə Şahid5 ona zəng edib demişdir ki, “sabah gəlib ot kiplərini anbarda bir yerə yığarsan”. O, da onunla razılaşmışdır. 15 iyul 2023-cü il tarixdə saat 06 radələrində Şahid5 məxsus fermaya gəlmiş, o, anbarda ot kiplərini ardıcıllıqla yığmağa başalmış, həmin ərəfələrdə İsmayıl adlı qaynaqçı gəlmiş və qaynaq aparatı ilə anbarda dəmirdən stol yığımağa başlamışdır. Şahid5 isə Sabirabad rayonuna getmişdir. Saat 15 radələrində Şahid5 Sabirabad rayonundan qayıtmış, saat 16 radələrində o, Fərhad və İsmayıl fermanın ərazisində yerləşən kafe deyilən tikiliyə getmişlər. Orada nahar etməyə başlamışlar. Nahardan sonra İsmayıl qaynaq aparatı ilə kafe deyilən tikilinin dəmir qapısını quraşdırmağa başlamış, həmin vaxt o və Fərhad orada durmuşlar. Saat 18 radələrində İsmayıl işlərini görüb çıxıb getmiş, sonra o, Fərhad və Əvəz ot yığımına getmişlər. Ot yığımına getməmişdən qabaq o və Əvəz sallanan elektrik xəttini taramlaşdırıb yuxarıdan bağlamışlar ki, ot gətirəndə yük avtomobili ona ilişməsin. Onlar ot yığımı üçün Şamaxı rayonunun Muğanlı kəndinə getmişlər. İşə başlıyanda zəng gəlmişdir ki, Əvəzin oğlunu fermada elektrik cəryanı vurub. Onlar dərhal geri fermaya qayıtmışlar. Fermadan isə onlar Şamaxı rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada onlara məlum olmuşdur ki, Əvəzin oğlu Telman Zülfiqarov elektrik cəryanı vurmasından ölmüşdür. Sonra o, İsmayıllı rayonu Qıçatan kəndinə getmiş, orada o, bostan tərəvəzlərinin əkilməsi ilə məşğul olmuşdur. Telman Zülfiqarovun hansı şəraitdə elektrik cəryanı vurmasının şahidi olmadığını, 15 iyul 2023-cü il tarixdə saat 20 radələrində Telman Zülfiqarov elektrik cəryanı vurması nəticəsində ölməsindən sonra sonuncunun elektrik cəryanına düşdüyü kabeli xəstəxanadan çıxıb İsmayıllı rayonu Qıçatan kəndinə gedərkən fermaya qayıdıb orada elektrik xəttindən ayırıb zibilliyə atmasını, həmin kabelin bir hissəsinin qara rəngli, bir hissəsi ağ rəngli olmasını, həmin kabelin bir ucu tövlənin üzərindəki şitə bərkidilməsini və yernən Şahid5 yaşadığı evin qarşısndan keçməklə qaynaq aparatını işlətmək üçün kafeyə tərəf Təqsirləndirilən şəxs tərəfindən çəkilməsini, bunu isə başqa kiminsə elektrik cəryanına düşməsindən qorxduğu üçün etməsini bildirmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid2 qanuni nümayəndəsi atası zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək qızının təhsil alması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X8 onun qardaşıdır. Atasının adı Zərərçəkmiş şəxs, anasının adı isə Şahid1dır. O, valideyinləri ilə birlikdə təxminən 2022-ci ilin may ayından halhazıradək fermer Şahid5 məxsus fermada heyvandarlıqla məşğul olurlar. Həmin ferma Ağsu rayonu Kalva kəndinin ərazisində yerləşir. O, valideyinləri ilə birlikdə həmin fermada işləməklə yanaşı həm də ki yaşayırlar. Ondan başqa mərhum qardaşı Telman Zülfiqarov və qardaşı Şahid3 da onlarla birlikdə yaşamışlar. 15 iyul 2023-cü il tarixdə saat 11 radələrində yuxudan durub fermada yaşadıqları evdə məişət işləri ilə məşğul olmuşlar. Saat 19 radələrində o, yenə evdə olmuşdur. Bu vaxt birdən anası Şahid1 bərk qışqırıq səsini eşitmişdir. Dərhal bayıra çıxmış və görmüşdür ki, anası Şahid1 Fərhad Fərhdaovun yaşadığı evin qarşısından təxminən 5-6 metr məsafədə ferma daxili yolun qırağında yerdə otruub ağlayır. Anasının yanına gəldikdə görmüşdür ki, qardaşı Telman Zülfiqarov onun qarşısnda huşsuz vəziyyətdədir. Anası“Telmanı tok vurub” sözlərini demiş, lakin həyacandan Telmanı harada elektrik cəryanı vurmasına fikir verməmişdir. Bu vaxt adını bilmədyi bir nəfər şəxs gəlib onlara köməklik etmiş və Telmanı yol avtomobili ilə ansı Reyhan xəstəxanaya aparmışdır. Telman Zülfiqarovun hansı şəraitdə elektrik cəryanına düşməsini görmədiyini, lakin sonradan anası Şahid1 ona “Telman Fərhadın yaşadığı evin qarşısından yernən çəkilmiş ağ kabelin üzərinə əyağını basması nəticəsində elektrik cəryanına düşüb” sözlərini demişdir. Hadisə vaxtı həyacandan həmin kabelə fikir vermədiyini bildirmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid3 qanuni nümayəndəsi atası zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək qızının təhsil alması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X8 onun qardaşıdır. Atasının adı Zərərçəkmiş şəxs, anasının adı isə Şahid1dır. O, valideyinləri ilə birlikdə təxminən 2022-ci ilin may ayından halhazıradək fermer Şahid5 məxsus fermada heyvandarlıqla məşğul olurlar. Həmin ferma Ağsu rayonu Kalva kəndinin ərazisində yerləşir. O, valideyinləri ilə birlikdə həmin fermada işləməklə yanaşı həm də ki yaşayırlar. Ondan başqa mərhum qardaşı Telman Zülfiqarov və bacısı Şahid2 da onlarla birlikdə yaşamışlar. Məlum hadisə ilə bağlı onu bildirmişdir ki, 15 iyul 2023-cü il tarixdə saat 07 radələrində yuxudan durub ailəsinə məxsus 9 ədəd iri burnuzlu heyvanlarını otarmağa aparmışdır. Saat 14 radələrində heyvanları otarmaqdan gətirib nahar etmiş, saat 15 radələrində yenidən heyvanlarını otarmağa aparmışdır. Saat 20 radələrində heyvanlarını otarmaqdan fermaya gətirmiş, fermaya gələndə bacısı Şahid2 ona “Telmanı tok vurub, anam Reyhan xəstəxanaya aparıb” sözlərini demiş, o, həmin vaxt fermanın həyətində gəzişirdi. Bu vaxt görmüşdür ki, fermada fəhlə işləyən Vüqar Şahid5 evinin qarşısından yernən keçən ağ kabeli yığır. O, Vüqardan nə səbəbə görə həmin kabeli yığıması barədə maraqlanmamışdır. Həmin kabelin elektrik xəttinə haradan qoşulmasını görməmiş, lakin kabel fermanın ərazisində olan kafe deyilən tikiliyə qədər uzanırdı. Daha sonra atası Zərərçəkmiş şəxs gəlmiş və onunla bacısı Şahid2 Şamaxı rayon xəstəxanasına aparmışlar. Telman Zülfiqarovun hansı şəraitdə elektrik cəryanına düşməsini görmədiyini, lakin sonradan anası Şahid1 ona “Telman Fərhadın yaşadığı evin qarşısından yernən çəkilmiş ağ kabelin üzərinə əyağını basması nəticəsində elektrik cəryanına düşüb” sözlərini deməsini, həmin kabeli isə hadisə günü heyvanları otarmaqdan gətirdikdə sonra Vüqarın yığışdırmasını görməsini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Cinayət işinin başlanılması haqqında” 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, 41C-2023 nömrəli material üzrə faktla bağlı CM-in 124.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Ağsu rayonu Kalva kəndində yerləşən vət. Şahid5 məxsus fermadır. Həmin ferma Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun İsmayıllı istiqamətində getdikdə Ağsu çayının üzərindəki körpünü keçdikdən sonra yolun sol tərəfində 201 metr məsafədə yerləşir. Fermanın giriş yeri açıqdır. Giriş yerindən solda, 15 metr məsafədə camış saxlanılması üçün tövlə vardır. Tövlənin qapısı dəmirdəndir. Tövlənin divarının üzərində 1,64 metr hündürlükdə iki ədəd elektrik şiti vardır. Tövlənin sol tərəfində 16 metr məsafədə girişi dəmir darvazadan olan ot və yem anbarı vardır. Anbarın giriş darvazasının hündürlüyü 5 metr, eni isə 7 metrdir. Anbarın giriş darvazasından sağda, içəridə yerə basdırılmış dəmir boru vardır. Həmin dəmir borunun yerdən 1,67 metr hündürlükdə üzərinə elektrik naqilləri sarılmışdır. Həmin borunun qarşısında isə dəmirdən hazırlanmış stollar vardır. Fermaya giriş yerindən 20 metr sağda kürsülü fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə elektrik xətti tövlənin divarındakı şitdən gəlir. Fərdi yaşayış evinin giriş qapısının qarşısında meydança vardır. Meydançaya daşdan düzəldilmiş pilləkanla qalxılır. Pilləkandan 12 metr məsafədə bir cüt boz rəngli uşaq çəkələyi vardır. Həmin çəkələyin sağ tayının altında zədə vardır. Pilləkanm sağı və solu dəmir məhəccərlə əhatələnmişdir. Meydançanın ətrafı isə dəmir torla əhatələnmişdir. Fərdi yaşayış evinin qarşısındakı meydançadan 112 metr məsafədə yeni tikilmiş kafe vardır. Fermanın giriş yerindən 150 metr məsafədə isə ikinci kürsülü fərdi yaşayış evi yerləşir. Baxış iştirakçısı Şahid5 deməsinə görə mərhum X9 ona məxsus fermada işləyən və yaşayan Əvəz Zülfıqarovun oğludur. Əvəz Zülfıqarov ona məsus fermada ailəsi ilə birlikdə yaşayır və onun təsərrüfatına qulluq edir. 15 iyul 2023-cü il tarixdə Telman Zülfıqarov fermada elektrik cəryanı vurması nəticəsində vəfat etmişdir. Lakin hansı şəraitdə elektrik cəryanı vurması barədə məlumatı yoxdur. Çünki həmin vaxt o, fermada olmamışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən bir cüt boz rəngli çəkələk müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. - Meyitə baxış keçirilməsi haqqında 16 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X1 meyiti morqa gətirilərək təşrih masasının üzərinə qoyulmuşdur. Meyitin əynində hərbi rəngli. Ödən zəncirbəndli, uzun qol, sol döş nahiyəsində Azərbaycanın “Üçrəngli” bayrağı və Qarabağ Azərbaycandır sözləri yazılmış parca tikilmişdir. Çins materialdan olan hər iki yan və arxa tərəfdən çibləri olan şalvar. Paltarları soyundurduqdan sonra meyit kişi cinsli olub düzgün bədən qurluşlu. kafi köklükdədir. Uzanmış vəziyyətdə boyunun uzunluğu 94 sm-dir. Meyit əllə toxunduqda soyuqdur. Meyit ləkələri bədənin arxa səthində yerləşməklə qırmızımtıl-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi avazıyır və 5-10 saniyədən sonra öz əvvəlki rəngini bərpa edir. Meyit qacıması yoxlanılan qrup əzələlərində inkişaf etməmişdir. Baş tükləri bir az sanımtıla çalan olmaqla, uzunluqları 1-2 sm-dir. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0.2 sm-dir, buynuz qişa parlaqdır gözün sklerasında xırda ocaqlı qansızmlar vardır. Xarici qulaq və burun keçəcəkləri sərbəstdirlər. Burun sümük və qığırdaqları, eləcə də üz sklet sümükləri tamdırlar. Ağızı yarımaçıqdır, dil ağız boşluğunda sərbəst yerləşmişdir. Görünən süd dişləri tamdırlar. Boynu bədənə müvafiqdir, adi hərkətlidir. Döş qəfəsi silindirik formalıdır, simmetrikdir, əllədikdə qabırğa sınığı hiss olunmur. Qarnı qabırğa qövsləri səviyyəsindən bir qədər aşağıda yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipinə müvafiq düzgün inkişaf etmişdir., sünnət olunmamış, xəstəlik və zədə əlamətləri yoxdur. Arxa keçəcək qapalıdır, ətrafı təmiz və zədəsizdir. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə tamdırlar. Zədələr: Sol ayaqaltı nahiyədə qaramtıl çalarlı kənarları qaramtıl yanıq sahəsi ilə örtülü, bərkvari konsistensiyalı, ölçüləri 0,2x0,2 və 0,8x0,8 sm olan 2 (iki) ədəd dəri yanığı-zədələri (giriş nöqtələri) vardır. Sol budun aşağı 1/3-nin bir qədər iç səthində kənarları qırmızımtıl çalarlı, bərkvari konsistensiyalı, ortası çökək olmaqla kənarları ətraf dəri səviyyəsindən bir qədər yuxarıda yerləşən 4x1 sm ölçüdə 1 (bir) ədəd dəri yanığı-zədəsi (çıxış nöqtəsi) vardır. Qeyd olunmuş dəri yanığından bir qədər aşağıda ölçüləri 0,2x0,2 sm-dn 0,7x0,7 sm-ə qədər olan 4 (dörd) eyni xarakterli dəri yanıqları-zədələri (çıxış nöqtələri) vardır. X10 meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində elektrik nişanələri fonunda digər xəsarət izləri aşkar edilməmişdir. Meyitin və paltarların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X23- Təcrübi və Tədrisi Birliyi”nin 16 iyul 2023-cü il tarixli, 08 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər: Sol ayaqaltı nahiyədə (giriş nöqtələri) və sol budun aşağı 1/3-nin bir qədər iç səthlərində (çıxış nöqtələri) elektrik nişanələri. X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol ayaqaltı nahiyədə (giriş nöqtələri) və sol budun aşağı 1/3-nin bir qədər iç səthlərində (çıxış nöqtələri) elektrik nişanələri, qeyd olunan xəsarətlər həyatidirlər. T.Zərərçəkmiş şəxs ölümündən azacıq əvvəl əmələ gəlmişlər, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şəraitdə və tarixdə əmələ gəlmələri inkar edilmir. X1 ölümü meyitin müayinsəindən 5-6 saat əvvəl əmələ gəlmiş və ölümə səbəb - elektrik cərəyanı ilə zədələnmə nəticəsində baş vermiş elektrik şoku olmuşdur. - “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X12 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. - “Şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X12 şahid X2 qanuni nümayəndəsi qismində təyin edilməklə ona hüquq və vəzifələri izah edilmişdir. - “Şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X12 şahid X5 qanuni nümayəndəsi qismində təyin edilməklə ona hüquq və vəzifələri izah edilmişdir. - “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məlum hadisə vaxtı istifadə etdiyi qaynaq aparatını könüllü surətdə verməsi təklif edilmişdir. O bildirmişdir ki, qaynaq aparatını və aparatın elektrik cəryanına qoşulması üçün istifadə edilən kabeli könüllü surətdə verməyə heç bir etirazı yoxdur. Ona görə də qaynaq aparatı elektrik cəryanına qoşularaq işləməsi müəyyən edilmiş, eləcə də 12 metrlik üzəri toza bulaşmış kabelə baxış keçirilmiş və bundan sonra qaynaq aparatı və kabel müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. - “Hadisə yerinə baxış keçirlməsi haqqında” 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Ağsu rayonu Kalva kəndində yerləşən vət. Şahid5 məxsus fermadır. Həmin ferma Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun İsmayıllı istiqamətində getdikdə Ağsu çayının üzərindəki körpünü keçdikdən sonra yolun sol tərəfində 201 metr məsafədə yerləşir. Bundan başqa ferma Ağsu çayının üzü şimala tərəf durduqda sol sahilində yerləşir. Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun üzü İsmayıllı rayonu istqamətində getdikdə sağ tərəfində "xxxx" ASC-yə məxsus kamp vardır. Fermanın giriş yeri açıqdır. Giriş yerindən solda, 15 metr məsafədə camış saxlanılması üçün tövlə vardır. Tövlənin qapısı dəmirdəndir. Tövlənin divarının üzərində 1,64 metr hündürlükdə iki ədəd elektrik şiti vardır. Tövlənin sol tərəfində 16 metr məsafədə girişi dəmir darvazadan olan ot və yem anbarı vardır. Anbarın giriş darvazasının hündürlüyü 5 metr, eni isə 7 metrdir. Anbarın içərisində ot kipləri və müxtəlif ceşiddə heyvanlar üçün yem vardır. Anbarın giriş darvazasından sağda, içərisində yerə basdırılmış dəmir boru vardır. Həmin dəmir borunun yerdən 1,67 metr hündürlükdə üzərinə elektrik naqilləri sarılmışdır. Həmin borunun qarşısında isə dəmirdən hazırlanmış stollar vardır. Fermaya giriş yerindən 20 metr sağda kürsülü fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə elektrik xətti tövlənin divarındakı şitdən gəlir. Fərdi yaşayış evinin giriş qapısının qarşısında meydança vardır. Meydançaya daşdan düzəldilmiş pilləkanla qalxılır. Pilləkanın sağı və solu dəmir məhəccərlə əhatələnmişdir. Meydançanın ətrafı isə dəmir torla əhatələnmişdir. Fərdi yaşayış evinin qarşısındakı meydançadan 112 metr məsafədə yeni tikilmiş kafe vardır. Kafenin giriş qapısı dəmirdən olmaqla eni 1,4 metr, hündürlüyü isə 2,4 metrdir. Kafenin içərisində halhazıradək quraşdırılmamış eni 1,1 metr, hündürlüyü 2 metr olan dəmir qapı vardır. Tövlənin divarındakı şitdən kafeyə qədər olan məsafə 165 metrdir. Fermanın giriş yerindən 150 metr məsafədə isə ikinci kürsülü fərdi yaşayış evi yerləşir. Foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. - Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək 15 iyul 2023-cü il tarixdə Şahid1 oğlu Telman Zülfiqarovun onun qarşısnda huşsuz vəziyyətdə yerdə fərdi yaşayış evinin qarşısında aşkar etmişdir. Telman Zülfiqarovu hansı şəraitdə elektrik cərəyanı vurmasını görməmiş, eləcə də hadisənin təsirindən yernən keçən elektrik kabelinin olub-olmamasına da fikir verməmişdir. Foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. - Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şahid Reyhan Zülfüqarova istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək 15 iyul 2023-cü il tarixdə oğlu Telman Zülfiqarovu fermanın həyətində yerləşən Şahid5 yaşadığı evin qarşısındakı pilləkənin yanında arxası üstə kabelin üzərində aşkar etmişdir. Foto şəkillər və video çəkilərək protokola əlavə edilmişdir. - Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 26 avqust 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid1 istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir ki, Təqsirləndirilən şəxs qaynaq aparatı üçün kabel vasitəsi ilə çəkdiyi elektrik xəttinə Telman Zülfiqarovun düşməsi nəticəsində sonuncu ölmüşdür. - Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 26 avqust 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir ki, sonuncu fermanın ərazisində kafe deyilən yeni tikilidə qaynaq aparatı işlədilməsi üçün elektrik xəttini tövlənin divarındakı şitdən kabel vasitəsi ilə Şahid5 yaşadığı evin qarşısından yerlə çəkmişdir. - Əşyanın tanınmasının aparılması haqqında 26 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ona göstərilən 3 metrlik, 5 metrlik, 12 metrlik elektrik uzadıcılarına məlum hadisə vaxtı qaynaqçı Təqsirləndirilən şəxs qaynaq aparatını qoşmadığını qeyd etmişdir. Foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. - Əşyanın tanınmasının aparılması haqqında 26 avqust 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Əvəz Zülfüqarov ona göstərilən 3 metrlik, 5 metrlik, 12 metrlik elektrik uzadıcılarına məlum hadisə vaxtı qaynaqçı Təqsirləndirilən şəxs qaynaq aparatını qoşmadığını qeyd etmişdir. Foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli 3-16-16/2-3/1371 saylı məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir cüt çəkələyin sağ tayı üzərində rəyin təsviri hissəsində şərh olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr hər hansı bərk predmetlə kontakda olması, sürtünməsi, ilişməsi nəticəsində, o cümlədən elektrik cərəyanının vurması nəticəsində yaranması istisna edilmir. Çəkələnin sol tayı üzərində hər hansı bir zədə aşkar edilmədi. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 10/6543 saylı məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə elektrik təhlükəsizliyi” 12.1.013-78 DST-nın 2.9, 2.10 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Ağsu rayonu Kalva kəndində yerləşən fermada qaynaq işləri ilə əlaqədar müvəqqəti çəkilmiş elektrik xətti yer səthinin üzəri ilə (insanların hərəkət ediyi sahə) aparılmaqla iş meydançasında təhlükəsizlik tədbirləri təmin olunmadığına görə, “Tikinti norma və qaydaları İİİ-4-80, 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.3 bəndinin tələblərinə əsasən “Tikintidə elektrik təhlükəsizliyi” 12.1.013-78 DST-nın 2.9, 2.10 bəndələrinin tələbləri izolyasiya örtüyü zədələnmiş (pozulmuş) elektrik xəttinin mülkiyyətçisi tərəfindən pozulmuşdur. - Baxış keçirlməsi haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən 2 nömrəli video müşahidə kamerası Şamaxı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu istiqamətindən üzü Şamaxı rayonu istiqamətində Ağsu çayının üzərindəki körpünü və Şahid5 məxsus fermanın ərazisini çəkir. Həmin video müşahidə kamerasının yaddaşında yerləşən 15 iyul 2023-cü il tarixli görüntülərə baxdıqda görünür ki, video çəkliş real vaxt rejimindən 5 saat qabağadır və video çəkliş zamanı görüntüyə düşən şəxslərin şəxsiyyətini müəyyən etmək olmur. Video çəklişdən də görünür ki, saat 18:50-də uşaq üzü Şahid5 məxsus fərdi yaşayış evi tərəfə gedir. Sonra bir nəfər fermanın həyətində axtarış aparır. İlk öncə kafe deyilən yerə gedir, sonra anbara, daha sonra isə evə gedir. Lakin sonra evdən çıxıb üzü Şahid5 yaşadığı fərdi yaşayış evinə tərəf gedir. Sonra isə evin qarşısından nəsə götürüb təxminən 10-15 metr məsafəyə çəkilir. Bundan sonra həmin yerə iki nəfər gəlirlər və onlar birlikdə yola tərəf gedirlər. Video çəkliş görüntüsündə şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmasa da həmin xüsusatlar Şahid1 ifadəsi ilə üst-üstə düşür. Həmin hadisə saat 18:50-dən 19:05-dək davam edir. Baxış zamanı 2 nömrəli video müşahidə kamerasının 15 iyul 2023-cü il tarixinə qeyd edilən yaddaş görüntüləri diskə əlavə edilərək götürülmüşdür. CD disk protokola əlavə edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması” haqqında 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmışdır. İfadənin yerində yoxlanılması foto və video çəkilişlə aparılmış, foto şəkillər və CD iş materiallarına əlavə edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə CM-nin 124.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 162.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 314.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 222.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Şahid5 əməlində CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından sonuncunun barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X13 əməlində CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından sonuncunun barəsində CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, hadisə yerinə baxış zamanı götürülmüş bir cüt çəkələk, eləcə də Təqsirləndirilən şəxs rayon prokurorluğuna təqdim etdiyi qaynaq aparatı ilə elektrik uzadıcısı maddi sübut hesab edilməklə saxlanılması üçün Ağsu rayon prokurorluğunun arxivinə verilmiş, işdəki ifadələr və iş üzrə toplanmış digər materiallar işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsin hüquqi varisini, şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisi, digər zərərçəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 124.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Şübhəli şəxsin tutulması haqqında 25 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:40-da iş üzrə CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağsu rayon polis şöbəsinin 31 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə VMAS-in portal-axtarış sistemində məhkumluğu yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqla törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Quba RİHB-nın Küpçal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 sentyabr 2023-cü il tarixli, 421 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qələdüz kəndində qeydiyyatdadır, hal-hazırda Bakı şəhərində yaşayır. - Quba RİHB-nın Küpçal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxxx 1971-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs Quba rayonu, Qələdüz kəndində qeydiyyatdadır. Özünün ideya və mənəvi səviyyəsinin yüksəldilməsi üzərində çalışır. Ünsiyyətli və nəzakətlidir, məişətdə təvazökar, siyasi cəhətdən savadlıdır. Mənəviyyatca safdır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. - Quba rayon X11 Hüquqi şəxsinin 02 oktyabr 2023-cü il tarixli, 18-1-56/2- 1284/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Poliknika şöbəsinin psixiatrik, narkoloji və onkoloji kabinetlərində qeydiyyatda yoxdur. Həmçinin ASM-də stasionar və ambulator müalicədə olmamışdır. - Şamaxı rayon İƏİB-nin Quşçu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 2019-cu il tarixli AZ-324843 saylı doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 27 sentyabr 2019-cu ildə Şamaxı rayonunda anadan olmuş, atası Zərərçəkmiş şəxs, anası Şahid1dır. - Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. Onunla barışmışlar, onlara dəymiş maddi ziyan onun tərəfindən ödənilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmirlər, gələcəkdə də heç bir tələbləri, şikayətləri olmayacaqdır. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il təvəllüdlü X14 və xx.xx.2007ci il təvəllüdlü X6 adlı iki övladı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını CMnin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşaq olmasını, ilk dəfə ehtiyatsızlıqla cinayət törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli tutma protokolundan, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsi müvəqqəti saxlama yerindən azad etmə haqqında 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 sentyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon prokurorluğunun arxivinə verilmiş “hadisə yerinə baxış zamanı götürülmüş bir cüt çəkələk” zərər çəkmiş şəxsin hüquqi varisi X7 və “qaynaq aparatı ilə elektrik uzadıcısı” Təqsirləndirilən şəxs qaytarılmalı, 03 CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla ona təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Quba rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon prokurorluğunun arxivinə təhvil verilən “hadisə yerinə baxış zamanı götürülmüş bir cüt çəkələk” zərər çəkmiş şəxsin hüquqi varisi X7 və “qaynaq aparatı ilə elektrik uzadıcısı” Təqsirləndirilən şəxs təhvil verilsin. İş üzrə cinayət işində saxlanılan 03 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 212 (iki yüz on iki) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-12/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-12/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver