Məhkəmə qərarları › İş №1(016)-12/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-12/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-12/2025 24.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4 hüquqi varisi X5 nümayəndəsi X6, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ali təhsilli, ƏƏSMNnin DSMF-nun Dağlıq-Şirvan Regional filialının Ağsu qəbul şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyən, Ağsu rayonu Gəgəli kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq, yol-nəqliyyat hadisəsi törətməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 15 avqust 2024-cü il tarixdə saat 15 radələrində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olan VAZ 21060 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edib, Ağsu şəhəri, H.Əliyev prospektindən keçən yolda hərəkətdə olan zaman “Yolhərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, mövcud şəraitdə qeyd olunan maddənin tələblərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunması və hərəkət zamanı sürücünün idarəetməni itirməsi ilə əlaqədar avtomobilin yoldan çıxmamasını təmin etməli olduğu halda qeyd edilən tələblərə əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, texniki cəhətdən saz vəziyyətdə olan avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən idarəetməni itirməsi və idarə etdiyi avtomobilin yoldan sağ tərəfə çıxaraq hasara çırpılması nəticəsində ehtiyyatsızlıqdan avtomobilinin ön oturacağında sərnişin olan xx.xx.1978-ci il təvəllüdlü X4 qabırğaların sağ tərəfli döş boşluğuna nüfuz edən sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan daxili qanitirmə, döş boşluğunda 700-900 ml qədər maye qanın olması, sağ baldır sümüklərinin aşağı 1/3-dən qapalı yerdəyişən sınıqları, alt çənə nahiyəsində yumşaq toxumanın əzilmiş yarası fonunda qançır, hər iki saidin yuxarı 1/3-nin iç və arxa səthlərində, sol diz oynağı nahiyəsində, hər iki baldırın yuxarı-orta-aşağı 1/3-nin və sağ ayaqüstü nahiyələrdə dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları fonunda dərialtı qansızmalar ilə müşayiət edilən bədənin ağır küt travması, sağ tərəfli qabırğaların sınıqları, sağ ağciyərin əzilmiş-cırılmış yaraları fonunda baş vermiş daxili qanitirmə və travma şoku nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Ağsu rayonunun Gəgəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Vaz 21060 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili avtomobilin qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur. Həmin avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. X2 onun həmkəndlisi və iş yoldaşı olub. Rövşən Əmirovla aralarında yaxşı münasibətlər olub, heç bir ədavət və ya düşmənçiliyi olmayıb. X25 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X13-Şirvan Regional filialında aparıcı mütəxəssis vəzifəsində çalışıb. O isə həmin filialın Ağsu qəbul Şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. 12 iyun 2024-cü il tarixdə ƏƏSMN-nin DSMF-nin Dağlıq- Şirvan Regional filialında Şamaxı rayonu üzrə ev təsərrüfatlarının elektron qeydiyyata alınması komissiyası fəaliyyətə başlayıb. X20 və o, həmin komissiyanın üzvü olublar. 15 avqust 2024-cü il tarixdə komissiyanın işinin yerinə yetirilməsi ilə əlaqədar idarə etdiyi Vaz 21060 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə X20la birlikdə səhər saatlarında Şamaxı rayonu Günəşli kəndinə getmişlər. Həmin gün Şamaxı rayonu Günəşli kəndində işlərini bitirdikdən sonra, Rövşən Əmirovla birlikdə saat təxminən 14 radələrində Şamaxı rayonu Günəşli kəndindən çıxıb, idarə etdiyi avtomobili ilə Ağsu rayonu istiqamətində gəlməyə başlamışdır. Həmin gün saat 15 radələrində Ağsu rayonuna çatıb və avtomobili ilə hərəkətini davam etdirərək Ağsu şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yoluna daxil olub. Həmin prospektlə avtomobili ilə bir qədər getdikdən sonra anidən və hazırda özü də bilmədiyi səbəbdən avtomobilinin idarəetməsini itirərək, avtomobilinin Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin hasarına çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində o, ağır xəsarət alıb və xəsarətlərin şokundan huşunu itirib. Buna görə də hazırda hadisə baş verdikdən sonra olanları xatırlamır. Lakin hadisədən bir neçə gün sonra həmkəndlisi Rövşən Əmirovun yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü öyrənmişdir. O, hadisəni törətməzdən əvvəl spirtli içki, o cümlədən narkotik vasitə, psixotrop maddələr qəbul etməmişdir, hadisəni törədən zaman o, avtomobili saatda təxminən 50 km/saat sürətlə idarə etmiş, yol-nəqliyyat hadisəsi ani olaraq, hazırda özünə də məlum olmayan səbəbdən qəfil baş vermiş olduğundan, avtomobilin əyləcini sıxmaq imkanını tapmamışdır. Hazırda zərərçəkmiş şəxs X4 hüquqi varisi X10 ilə barışmışdır. Bu səbəbdən, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 hüquqi varisi X5 nümayəndəsi X11 izahatında göstərmişdir ki, X10 onun bacısıdır. Təqsirləndirilən şəxslə bağlı heç bir şikayətləri yoxdur. Mərhumla təqsirləndirilən şəxs həm iş yoldaşı həm də dost olmuşlar. O da belə olmasını istəməzdi. Təqsirləndirilən şəxslə bağlı heç bir şikayət və tələbləri yoxdur, barışıq əldə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ağsu şəhəri, H.Əliyev küçəsi ev 29-da ailə üzvləri ilə birlikdə yaşayır. 15 avqust 2024-cü il tarixdə, saat 15 radələrində VAZ 21060 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, Ağsu şəhəri, H.Əliyev küçəsində olub. Belə ki, həmin vaxt o, H.Əliyev küçəsində yerləşən “Oba” marketin qarşısında qonşusu Şahid5 adlı şəxslə dayanıb söhbət edirdi. Həmin vaxt yol boş olub və hər hansı bir avtomobil yolda hərəkətdə olmayıb. O, qonşusu Şahid5la söhbət etdiyi zaman onlardan təxminən 50 metr aralıda qonşuları Əli Məmmədovun fərdi yaşayış evinin qapısının qarşısında qırmızı rəngli VAZ 21060 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hasara çırpılaraq yol-nəqliyyat hadisəsi törətməsini görüb. Bundan sonra o və Şahid5 tez hadisə yerinə gedərək, avtomobilin sürücüsü adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs sükan arxasından çıxardıb kənarda otuzdurublar. Onlar Təqsirləndirilən şəxs sükan arxasından çıxardarkən, Nazimin sağ ayağının qırıldığını görüb. Təqsirləndirilən şəxs çıxardıqdan sonra Şahid5 ona avtomobilin ön sağ sərnişin yerində, yəni ayaqaltı hissədə də bir nəfər şəxsin olduğunu bildirib. Bundan sonra o, avtomobilin ön sərnişin tərəfinə keçərək, avtomobilin qapısını açıb və rayon sakini kimi tanıdığı Rövşən Əmirovu avtomobilin ön sərnişin hissəsindən çıxardıb yerə uzadıb. Həmin vaxt X20 xırıldayırmış, lakin vəziyyəti ağır olub. Bir qədər sonra hadisə yerinə X23 avtomobilləri və polis əməkdaşları gəlib. X23 avtomobilləri gəldikdən sonra əvvəlcə X20u avtomobilə mindiriblər, lakin həmin vaxt Rövşən Əmirov artıq ölmüşdü. Sonra isə digər X23 avtomobilinə Təqsirləndirilən şəxs mindiriblər və X23 avtomobilləri hadisə yerindən çıxıb gediblər. Hadisə yerinə gəlmiş polis əməkdaşları isə hadisə yerini müayinə etməyə başlayıblar. Hadisə baş verməzdən əvvəl həmin küçədə yol boş olub, yəni yolda hər hansı bir başqa avtomobil olmamışdır, həmçinin sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına hər hansı bir maneənin çıxmasını görməmişdir, avtomobil yüksək sürətlə hərəkət etməmişdir, çünki həmin küçədə avtomobil yolu dardır və yüksək sürətlə avtomobil hərəkət etdikdə bu kənardan hiss olunur, yəqin ki, sürücü həmin vaxt avtomobili 50-60 km/saat sürətlə idarə edib, hadisə nəticəsində başqa kimsə xəsarət almamışdır, avtomobildə sadəcə sürücü Təqsirləndirilən şəxs və sərnişin X20 olmuşdur. Məhkəmə iclasında şahid XXX Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 15 avqust 2024-cü il tarixində, saat 15 radələrində Ağsu rayon ərazisində xidməti patrul avtomobili ilə xidmətdə olarkən, Ağsu şəhəri, H.Əliyev prospektində maneəni vurma yolnəqliyyat hadisəsi baş verməsi barədə RPŞ-nin Növbətçi Hissəsindən məlumat alıb, xidməti patrul avtomobili ilə hadisə yerinə yola düşmüşdür. Hadisə yerinə, yəni Ağsu şəhəri, H.Əliyev prospektinə çatdıqda, Ağsu şəhəri, H.Əliyev prospekti 40 nömrəli fərdi yaşayış evinin qarşısında Vaz 21060 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin həmin fərdi yaşayış evinin hasarı ilə qapısının kəsişmə yeri ilə toqquşmasını, sürücü Təqsirləndirilən şəxs avtomobildən kənarda, səkidə oturmasını və X20un meyitinin yerdə uzanmış vəziyyətdə olmasını müşahidə etmişdir. Bundan sonra hadisə yerinə onunla eyni vaxtda çatmış digər YPX inspektorları Rais Baxışyev və Şahid1 ilə birlikdə hadisə yerini mühafizə edərək və yolda digər avtomobillərin hərəkətini nizamlayaraq hadisə yerinə İstintaq Bölməsinin müstəntiqinin gəlməsini gözləmişlər. Həmin vaxt aralığından hadisə yerinə gələn X23 avtomobilləri vasitəsilə əvvəlcə X20un meyitini, sonra isə yaralı vəziyyətdə olan sürücü Təqsirləndirilən şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Bir qədər sonra hadisə yerinə müstəntiq gəlib və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirib, hadisə yerinin sxemi tərtib olunub. Sonra hadisə yerinə baxış protokolu tərtib edilmiş və həmin protokol hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda isə yol-nəqliyyat hadisəsi nəticəsində deformasiyaya uğramış Vaz 21060 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili daşıyıcı vasitəsi ilə Ağsu RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilmişdir. Hadisənin baş vermə səbəbi yəqin ki, sürücünün yuxulu olması, eləcə də idarəetməni itirərək ehtiyatsızlıqdan avtomobilini maneəyə vurması olmuşdur, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi minik avtomobili hərəkətdə olduğu yolun sağ tərəfində olan maneəyə çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermişdir, hadisə yerində başqa bir avtomobil və ya maneəyə dəyməsinin izləri müşahidə olunmamışdır, avtomobildə sadəcə olaraq sürücü Təqsirləndirilən şəxs və X20 olub, həmçinin hadisə yerində başqa şəxsə aid meyit, eləcə də xəsarət almış şəxs müəyyən edilməmişdir. Məhkəmə iclasında Şahid1 və X12 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 15 avqust 2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinə zamanı sərxoş olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 15 avqust 2024-cü il tarixli, 12 saylı rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qabırğaların sağ tərəfli döş boşluğuna nüfuz edən sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan daxili qanitirmə, döş boşluğunda 700-900 ml qədər maye qanın olması, sağ baldır sümüklərinin aşağı 1/3-dən qapalı yerdəyişən sınıqları, alt çənə nahiyəsində yumşaq toxumanın əzilmiş yarası fonunda qançır, hər iki saidin yuxarı 1/3-nin iç və arxa səthlərində, sol diz oynağı nahiyəsində, hər iki baldırın yuxarı-orta-aşağı 1/3-nin və sağ ayaqüstü nahiyələrdə dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları fonunda dərialtı qansızmalar. Qabırğaların sağ tərəfli döş boşluğuna nüfuz edən sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan daxili qanitirmə fonunda döş boşluğunda 700-900 ml qədər maye qanın olması küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Sağ baldır sümüklərinin aşağı 1/3-dən qapalı yerdəyişən sınıqları küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və bu da canlı şəxslərdə səhhətin uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur. Alt çənə nahiyəsində yumşaq toxumanın əzilmiş yarası fonunda qançır, hər iki saidin yuxarı 1/3-nin iç və arxa səthlərində, sol diz oynağı nahiyəsində, hər iki baldırın yuxarıorta-aşağı 1/3-nin və sağ ayaqüstü nahiyələrdə dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları fonunda dərialtı qansızmalar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və bu da canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aiddirlər. Ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur. X1 ölümünə səbəb bədənin ağır küt travması, sağ tərəfli qabırğaların sınıqları, sağ ağciyərin əzilmiş-cırılmış yaraları fonunda baş vermiş daxili qanitirmə və travma şoku olmuşdur. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanıma haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X10 zərərçəkmiş şəxs X4 hüquqi varisi kimi tanınmışdır. - “Avtomobilin maddi sübut hesab edilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Vaz 21060” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və Ağsu RPŞ-nin duracağında saxlanmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Gəgəli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş 04 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1974-cü ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 1984-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. O, istər məktəbdə oxuduğu və istərsə də məktəbi qurtardığı dövrdən sonra özünü yaxşı, nizam-intizamlı göstərməklə daim başqalarına nümunə olmuşdur. O, heç vaxt dini təriqətlə məşğul olmamış, narkotik və spirtli içki aludəçisi olmamışdır. 1984cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olmuş, 1990-cı ildə həmin institutu bitirmiş, ictimai işlərdə yaxından iştirak etmişdir. O, 1984-1986-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1990-cı ildən 10991-ci ilin yanvar ayına kimi Ağsu Rayon Maliyyə İdarəsində İİ dərəcəli iqtisadçı, 1991-ci ildən 1993-cü ilə kimi Ağsu Rayon Təhsil Şöbəsində böyük mühasib, 1993-cü ildən hal-hazıra kimi DSMF-nin X16 İdarəsinin Ağsu qəbul şöbəsində baş mühasib və baş mütəxəssis vəzifəsində işləmişdir. Hal-hazırda Ağsu rayonu, Gəgəli kəndində yaşayır, ailəlidir, 3 övladı var, ali təhsillidir. Ailədə həmişə nizam-intizamlı, ailə üzvləri ilə mehribançılıqla yaşamışdır. Psixoloji cəhətdən sağlam düşüncəli və yaşadıqları hallarda intihar halları olmamışdlr. Ailə heç bir dini təşkilat, siyasi partiya və hərəkatın üzvü deyil, kənd camaatı arasında xüsusi hörmət qazanmış və nümunəvi ailələrdəndir. Yaşadığı müddətdə Gəgəli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Ailə üzvlərindən həbsdə və xaricdə olanları yoxdur. - Ağsu rayon PŞ-nin DYPB-nin 08 oktyabr 2024-cü il tarixli raportundan görünür ki, “Vaz 21060” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur, onun “B” kateqoriyalı, AF 901120 seriya nömrəli, 18 avqust 2030-cu il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi var. Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat mərkəzi məlumat bazasında qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 oktyabr 2024-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 11 oktyabr 2024-cü il tarixli, 280 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün burmalardan keçən və orta 1/3nin yerini dəyişən sınığı, sağda İİ-İİ-İV-V-Vİ qabırğaların sınıqları, hər iki ağciyərin infiltrasiyası kontuziyası və sol sirkə kasası damının xətti sınıqları ilə nəticələnən travmatik şok küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər. Törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2024-cü il tarixli, 8/2854 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Vaz 21060” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqına” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixli qərarla, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, onun əməlində CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması, yol-nəqliyyat hadisəsi törətdiyi özünə məxsus Vaz 21060 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin cinayət işi üzrə 01 oktyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanması üçün Ağsu RPŞ-nin müvəqqəti duracağına yerləşdirilməsinin nəzərə alınması, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, 15 avqust 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 8/2854 saylı rəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X14-Təcrübi və X17 rayon şöbəsinin 15 avqust 2024-cü il tarixli, 12 saylı meyitin ekspertizası haqqında və canlı şəxsin ekspertizası haqqında 11 oktyabr 2024-cü il tarixli 280 saylı rəyləri, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş digər mötəbər sənədlər sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. - X5 xx.xx.2025-ci il tarixdə notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və CM-in 26.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CPM-in 346.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli həbsə alındığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası CM-in 45-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilmiş Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi ona məxsus “Vaz 21060” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilmiş Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi ona məxsus “Vaz 21060” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar