Məhkəmə qərarları › İş №1(016)-13/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-13/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-13/2023 20.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi X14 oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2 və onun vəkili X4 iştirakları ilə xx.xx.1974-cü ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri, xx.xx.1997-ci ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, rəsmi nikahda olmadan evli olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş və bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, 04 iyul 2022-ci il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi “VAZ 2106” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu Təqsirləndirilən şəxs2 və gəlini Şahid ilə birlikdə Bakı-Şamaxı-Yevlax yolu ilə yaşadıqları Ağsu rayon Pirhəsənli kəndi istiqamətində hərəkətdə olarkən, yolun Ağsu şəhərindən keçən hissəsində yerləşən "xxxx" MMC-nə məxsus istehsalat binası ilə üzbəüz, yolun qarşı tərəfində olan avtomobil ehtiyat hissələri mağazasının önündə tanışı ilə söhbət edən Zərərçəkmiş şəxs görüb, avtomobilini orada saxladıqdan sonra, oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb, sonuncunun, guya gəlini Şahid ilə əvvəllər aralarında münasibətlər olmasını bəhanə edərək, bir qrup şəxs halında, heç bir əsaslı səbəb olmadan kənar şəxslərin çoxluq təşkil etdiyi yerdə, onların gözü qarşısında, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir edib üzərinə hücum çəkməklə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşması, ətrafda olan iaşə obyektlərində işləyən şəxslərin normal iş rejiminin pozulması ilə nəticələnən hərəkətlər edərkən,vahid niyyətlə çıxış edib hərəkətlərini bir-biri ilə zərərçəkmişin müqavimətini qırmaq məqsədi ilə uzlaşdırmaqla, zor tətbiq edərək, oğlu Təqsirləndirilən şəxs2 yumruqları ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən başın sol gicgah nahiyəsinin qançırı, sağ alt çənə bucağının qançırı ilə müşayiət olunan xəsarətlərini yetirən zaman, o, əlindəki əsanı Zərərçəkmiş şəxs müqavimətini qırmaqdan ötrü silah qismində istifadə edərək, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla həmin əsa ilə Zərərçəkmiş şəxs sağ əlindən vuraraq sonuncuya sağ əlin 4-cü daraq sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə, xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş və bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, 04 iyul 2022-ci il tarixdə, saat təxminən 20 radələrində atası Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 2106 » markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Şahid ilə birlikdə Bakı-Şamaxı-Yevlax yolu ilə yaşadıqları Ağsu rayon Pirhəsənli kəndi istiqamətində hərəkətdə olarkən, yolun Ağsu şəhərindən keçən hissəsində yerləşən "xxxx" MMC-nə məxsus istehsalat binası ilə üzbəüz, yolun qarşı tərəfində olan avtomobil ehtiyyat hissələri mağazasının önündə tanışı ilə söhbət edən Zərərçəkmiş şəxs görüb, atası Təqsirləndirilən şəxs1 avtomobilini orada saxladıqdan sonra, sonuncu ilə birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb, guya arvadı Şahid ilə əvvəllər aralarında münasibətlər olmasını bəhanə edərək, bir qrup şəxs halında, heç bir əsaslı səbəb olmadan kənar şəxslərin çoxluq təşkil etdiyi yerdə, onların gözü qarşısında, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir edib, üzərinə hücum çəkməklə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşması, ətrafda olan iaşə obyektlərində işləyən şəxslərin normal iş rejiminin pozulması ilə nəticələnən hərəkətlər edərkən, vahid niyyətlə çıxış edib hərəkətlərini bir-biri ilə zərərçəkmişin müqavimətini qırmaq məqsədi ilə uzlaşdırmaqla, zor tətbiq edərək, atası Təqsirləndirilən şəxs1 əlindəki əsanı Zərərçəkmiş şəxs müqavimətini qırmaqdan ötrü silah qismində istifadə edərək, xuliqanlıq niyyəti ilə, yəni öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoymaqla Zərərçəkmiş şəxs sağ əlindən vuraraq sonuncuya sağ əlin 4-cü daraq sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirən zaman, o, yumruqları ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən başın sol gicgah nahiyəsinin qançırı, sağ alt çənə bucağının qançırı ilə müşayiət olunan xəsarətləri yetirməklə, bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslə əvvələr normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin iyun ayının əvvələrində yaşadığı evdə olarkən gəlini Şahid ona və oğlu Təqsirləndirilən şəxs2 Ağsu rayon Elabad kənd sakini Zərərçəkmiş şəxs 2022-ci ilin qış aylarında ona ərini boşaması və onunla yaşaması məzmununda iki dəfə məktub yazdığını bildirmişdir. Gəlini Şahid ona bu barədə məlumat verdikdən sonra oğlu Şükür ilə birlikdə 14 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Ağsu şəhəri 3-cü məhəllədə yerləşən evinə getmiş, oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Süleymanın evinə çatdıqdan sonra Süleymanı evin həyətinə çağırmış və ona gəlini Şahid məktub yazdığını bildirmişdir, lakin Zərərçəkmiş şəxs gəlini Sənəmə məktub yazdığını boynuna almamış və bunu inkar etmişdir. Bundan sonra o və oğlu Şükür daha Süleyman ilə mübahisə etməmiş və bu məsələni araşdıracaqlarını deyib, Süleymanın evindən çıxıb getmişdirlər. 01 iyul 2022-ci il tarixdə təxminən 14 radələrində o, oğlu Təqsirləndirilən şəxs2 ilə idarə etdiyi vaz 2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısına gəldikdə orada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə əyləşdiyini görmüşlər, o avtomobilini həmin marketin qarşısında saxlayıb, oğlu ilə birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs yanlarına çağırmışlar, Süleyman da onlara tərəf gəlmiş, həmin vaxt o, Süleymana gəlini Sənəmə məktub yazmasını boynuna almasını deyərək onunla sözlə mübahisə etmiş, lakin Süleyman bir daha bunu boynuna almayaraq ondan telefon nömrəsini götürüb, Bakı şəhərinə getdiyini, geri qayıtdıqdan sonra onunla zəngləşərək görüşüb, söhbət edəcəyini deyib getmişdir. Süleyman ona zəng edəcəyini deməsinə baxmayaraq bundan sonrakı bir-neçə gün ərzində ona heç bir zəng etməmişdir. 04 iyul 2022-ci il tarixdə, saat təxminən 20 radələrində idarə etdiyi avtomobili ilə oğlu Şükür və gəlini Sənəm ilə birlikdə Bakı-Şamaxı- Yevlax yolu ilə hərəkət edərək yaşadıqları Pirhəsənli kəndinə gedərkən "xxxx" MMC-nin qarşısından keçən zaman oğlu Şükür və gəlinii Sənəm ona yolun kənarında Süleymanın avtomobilini saxladığını və bir nəfər şəxslə söhbət etdiyini bildirmiş, o, yolun kənarına baxdıqda Süleymanın yolun kənarında olan avtomobil ehtiyyat hissələri mağzasının qarşısında həmkəndlisi Əlsurət Mütəllimov ilə söhbət etdiyini görmüş, buna görə də o, Süleymanla gəlininin münasibətlərini aydınlaşdırmaq üçün avtomobilini Süleymanın və Əlsurətin söhbətləşdiyi yerə sürmüş və orada avtomobilini saxlayaraq oğlu Şükür ilə birlikdə avtomobildən yerə düşərək Əlsurət və Süleymanın yanına getmişlər, oğlu ilə birlikdə onların yanına çatdıqda Əlsurət avtomobilinə minərək oradan çıxıb getmiş, Əlsurət çıxıb getdikdən sonra isə o, oğlu ilə Süleymana yaxınlaşıb, gəlininə məktub yazdığını boynuna almasını bildirmiş, lakin Süleyman bunu bir daha inkar etdikdə oğlu Şükür buna əsəbləşərək yumruqla Süleymanın sifət nahiyəsindən bir dəfə vurmuş, nəticədə oğlu Şükür ilə Süleymanın arasında mübahisə yaranmış, həmin vaxt gəlini Sənəm də avtomobilmdən yerə düşərək onların yanına gəlmiş və Süleymanla o da mübahisə edib, Süleymanı təhqir etmişdir. Bundan sonra o, araya girərək oğlu Şükür ilə Süleymanı aralamağa çalışmış, həmin vaxt oraya əvvəlcə bir nəfər mülki geyimdə olan polis əməkdaşı gəlmiş və onlara yaxınlaşaraq Şükürlə Süleymanı aralamağa başlamış, daha sonra isə polis əməkdaşı olan Mirxəyyam Seyidəliyev də mülki geyimdə oraya gəlmiş və polis əməkdaşları onları sakitləşdirib, araşdırma aparılması üçün polis Şöbəsinə dəvət etmişdirlər. Mübahisə zamanı orada kənar şəxs olmamış, maşınların hərəkətinə hər hansı maneə olmamışdır, Zərərçəkmiş şəxs ümumuyyətlə o, vurmamışdır, mübahisəyə başlayan zaman Süleyman onun əsasını əlindən alıb onları vurmaq istəyəndə oğlu Şükür Süleymanın barmağını qatlayıb əsanı oun əlindən almış və bu səbəbdən Süleymanın barmağı qırılmışdır. Mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, Süleymanı ancaq oğlu vurmuş, həmin əraziyə insanlar mübahisədən sonra toplaşmış, həmin insanları tanımamış, mübahisə vaxtı həmin ərazidə heç kim olmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində zərər çəkmiş şəxslə barışdıqlarını, zərər çəkmiş şəxsin şikayətçi olmadığını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, onun zərər çəkmiş şəxsi ümumiyyətə vurmadığını nəzərə alaraq onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi çıxışında tərəflərin artıq barışdıqlarını, zərər çəkmiş şəxsin şikayətçi olmadığını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, Şükürov Firudinin zərər çəkmiş şəxsi ümumiyyətə vurmadığını nəzərə alaraq onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslə əvvələr normal münasibətləri olmuşdur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin iyun ayının əvvələrində yaşadığı evdə olarkən arvadı Şahid ona və atası Təqsirləndirilən şəxs1 Ağsu rayon Elabad kənd sakini Zərərçəkmiş şəxs 2022-ci ilin qış aylarında ona iki dəfə ərini boşaması və onunla birlikdə yaşaması məzmununda məktub yazdığını bildirmiş, arvadının bu sözləri əsasında o, atası ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Ağsu şəhəri 3-cü məhəllədə yerləşən evinə getmiş, birlikdə Süleymanın evinə çatdıqdan sonra Süleymanı evin həyətinə çağırmış və ona arvadı Şahid məktub yazdığını bildirmiş, lakin Zərərçəkmiş şəxs arvadına məktub yazdığını boynuna almamış və bunu inkar etmiş, bundan sonra o və atası daha Süleyman ilə mübahisə etməmiş və bu məsələni araşdıracaqlarını deyib, Süleymanın evindən çıxıb getmişlər. 01 iyul 2022-ci il tarixdə təxminən 14 radələrində o, atası Firudinin idarə etdiyi vaz 2106 markalı, **-BE-*** d.q.n-lı avtomobili ilə Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısına gəldikdə, orada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə oturduğunu görmüş, atası avtomobilini həmin marketin qarşısında saxlayıb, onunla birlikdə avtomobildən yerə düşüb, Zərərçəkmiş şəxs yaxınlaşaraq onu yanlarına çağırmışlar, Süleyman da avtomobilindən yerə düşüb, onlara tərəf gəlmiş, həmin vaxt o, atası ilə birlikdə Süleymana arvadı Sənəmə məktub yazmasını deyərək yenidən onunla sözlə mübahisə etmiş və bunu boynuna almasını demiş, lakin Süleyman bir daha bunu boynuna almamış və atası Təqsirləndirilən şəxs1 telefon nömrəsini istəyərək, Bakı şəhərinə getdiyini, geri qayıtdıqdan sonra atası ilə zəngləşərək görüşüb, söhbət edəcəyini demiş, sonra isə Süleyman çıxıb getmişdir. Zərərçəkmiş şəxs zəng edərək atası ilə bu barədə danışacağını deməsinə baxmayaraq bundan sonrakı bir-neçə gün ərzində Süleyman atasına heç bir zəng etməmişdir. 04 iyul 2022-ci il tarixdə, saat təxminən 20 radələrində atasının idarə etdiyi avtomobili ilə o və arvadı Sənəm ilə birlikdə Bakı-Şamaxı-Yevlax yolu ilə hərəkət edərək yaşadıqları Pirhəsənli kəndinə gedərkən "xxxx" MMC-nin qarşısından keçən zaman o və arvadı Sənəm yolun kənarında Süleymanın avtomobilini saxlayaraq Əlsurət adlı şəxslə söhbətləşdiyini atasına bildirmiş, buna görə də atası Təqsirləndirilən şəxs1 Süleymanla gəlini Sənəmin münasibətlərini aydınlaşdırmaq üçün avtomobilini Süleymanın və Əlsurətin söhbətləşdiyi yerə sürmüş və orada avtomobili saxlayaraq onunla ilə birlikdə avtomobildən yerə düşüb, Əlsurət və Süleymanın yanına getmişlər, atası Təqsirləndirilən şəxs1la birlikdə Əlsurət və Süleymanın yanına çatdıqda Əlsurət avtomobilinə minərək oradan çıxıb getmiş, Əlsurət çıxıb getdikdən sonra isə o, atası Firudin ilə Süleymana yaxınlaşıb, ona arvadına məktub yazdığını boynuna almasını bildirmiş, lakin Süleyman bunu bir daha inkar etdikdə o, buna əsəsbləşərək Süleymanı bir dəfə yumruqla sifət nahiyəsindən vurmuş, bu zaman atası onları ayırmaq istəmiş, Süleyman isə atasının əlindən əsanı alaraq onu vurmaq istəmiş, o, da öz növbəsində Süleymanın barmağını aralayıb əsanı onun əlindən almış, bu zaman Süleymanın barmağı sınmışdır. Hətta həmin vaxt arvadı Sənəm də atasının avtomobilindən yerə düşüb onlara tərəf gəlmiş və Süleymanı ona məktub yazdığı üçün təhqir etmiş, sonra Süleyman yolun digər tərəfinə keçərək ondan canını qutarmaq istəmiş, lakin o, Süleymanın arxası ilə gedərək onu yolda saxlamış və orada da Süleymanı nalayiq söyüşlərlə söymüşdür. Onların arasında mübahisə 4-5 dəqiqə davam etmiş, mübahisə vaxtı orada heç kim olmamış, sonradan insanlar toplaşmışdır. Mübahisənin demək olar ki, sonunda yol ilə hərəkətdə olan bir neçə avtomobil hərəkətini dayandırmalı olmuş, sonra isə əvvəlcə bir nəfər mülki geyimdə olan polis əməkdaşı oraya gəlmiş və onlara yaxınlşaraq aralamağa çalışmış, daha sonra isə polis əməkdaşı olan həmkəndlisi Mirxəyyam Seyidəliyev də mülki geyimdə oraya gəlmiş və polis əməkdaşları onları sakitləşdirib, araşdırma aparılması üçün polis Şöbəsinə dəvət etmişlər, bundan sonra onlar polis əməkdaşı olan Vahid Alıyev ilə birlikdə rayon Polis Şöbəsinə getmişdirlər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində onların zərər çəkmiş şəxslə barışdıqlarını, zərər çəkmiş şəxsin şikayətçi olmadığını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi çıxışında tərəflərin artıq barışdıqlarını, zərər çəkmiş şəxsin şikayətçi olmadığını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, həmçinin Şahid Ağsu rayon Pirhəsənli kənd sakinləri kimi tanıyır, həmin şəxslər əvvələr aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 14 iyun 2022-ci il tarixdə, saat 13 radələrində nahar etmək üçün iş yerindən çıxıb, yaşadığı evə gəldikdən sonra Ağsu rayon Pirhəsənli kənd sakinləri Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 yaşadığı evə gələrək onu çağırıb, evinin həyətində ona əvvəlcədən bir səbəb demədən sözlə mübahisə etməyə, mübahisə zamanı söyüb təhqir etməyə başlamışlar. Həmin vaxt o, Təqsirləndirilən şəxs1, oğlu Təqsirləndirilən şəxs2 evinə nə üçün gəldiklərini, onunla nə üçün mübahisə etmələrinin səbəbini demələrini istəmiş, Təqsirləndirilən şəxs1 ona təxminən 6-7 ay əvvəl yaşadığı evə bir nəfər şəxsin məktub atdığını və gəlini Şahid ilə görüşdüyünü deyərək həmin şəxsin o, olmasından şübhələndiyini bildirmiş, o, Firudin və oğlu Şükürə heç bir məktub yazmadığını, bu barədə heç bir məlumatının olmadığını, həmçinin gəlini Şahid ilə görüşmədiyini və aralarında heç bir münasibət olmadığını bildirmiş, bundan sonra isə Firudin və oğlu Şükür onunla daha mübahisə etməmiş və bu məsələni araşdıracaqlarını deyib, yaşadığı evdən çıxıb getmişdirlər. Həmin vaxtdan sonra isə Firudin və oğlu Şükür ilə rastlaşmamışdır. 01 iyul 2022-ci il tarixdə, saat təxminən 14 radələrində Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” super marketin qarşısında idarə etdiyi avtomobil ilə olarkən həmin vaxt Firudin idarə etdiyi Vaz 2106 markalı avtomobil ilə oraya gələrək ona işarə edib, avtomobilini saxlamasını bildirmiş, o, Firudinin işarəsinə görə avtomobilini saxlamış və avtomobilindən düşərək Firudin və oğlu Şükürə tərəf yaxınlaşmağa başlamış, həmin vaxt Firudin və oğlu Şükür də avtomobildən düşərək ona tərəf gəlməyə başlamış, bir-birilərinə çatdıqdan sonra Firudinin oğlu Şükür ona heç bir söz demədən dərhal əlləri ilə yaxasından yapışmış və onu, həmçinin qaynanası Zəminəni öldürəcəyini deyib öz arvadı Şahid barəsində şikayətlənməyə başlamış, o, Firudin və oğlu Şükürə bu məsələnin onunla heç bir əlaqəsi olmadığını, arvadı Sənəmlə aralarında heç bir münasibət olmadığını demiş, sonra isə Firudin oğlu Şükürü sakitləşdirmiş və Şükür yaxasını buraxaraq atası Firudin ilə birlikdə onun yanından çıxıb getmişdirlər. 04 iyul 2022-ci il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi Hundai Tucson markalı, **-LM-*** d.q.n-lı avtomobil ilə yaşadığı Ağsu şəhəri 3-cü məhəllədə yerləşən evindən çıxaraq Bakı-Şamaxı- Yevlax yolunun Ağsu şəhərindən keçən hissəsi ilə Ağsu şəhəri istiqamətində gələn zaman mobil telefonuna zəng gəldiyindən o, yaşadığı evə geri qayıtmalı olmuş və "xxxx" MMC-nin qarşısında fəaliyyət göstərən avtomobil ehtiyyat hissələri mağazasının qarşısında olan boş əraziyə daxil olaraq geri dönmə manevri etmək istəmiş, lakin həmin vaxt tanışı Əlsurət Mütəllimov idarə etdiyi avtomobili ilə onun yanına yaxınlaşdığından o, avtomobilini saxlamış və avtomobilindən düşərək tanışı Əlsurət ilə söhbətləşməyə başlamışdır. Əlsurət ilə söhbətləşməyə başladıqdan bir qədər sonra Təqsirləndirilən şəxs1, oğlu Təqsirləndirilən şəxs2 və Firudinin gəlini Şahid Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 2106 markalı avtomobil ilə onların yanından keçərkən onu yolun kənarında görüb dayanmışlar. Təqsirləndirilən şəxs1 avtomobilini onların yanında saxladıqdan sonra oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşüb, ona tərəf yaxınlaşmağa başlamış, Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 ona yaxınlaşdıqdan sonra tanışı Əlsurət Mütəllimov onunla sağollaşaraq idarə etdiyi avtomobilinə minib, onların yanından çıxıb getmişdir. Əlsurət çıxıb getdikdən dərhal sonra Təqsirləndirilən şəxs1 gəlini Şahid ilə onun münasibəti olduğunu əsassız yerə bahanə gətirərək onu nalayiq söyüşlərə söyməyə başlamış, həmin vaxt Firudinin oğlu Təqsirləndirilən şəxs2 də arvadı Sənəmlə münasibəti olmasını deyib, yumruqla əvvəlcə sağ alt çənəsindən sonra isə yenə də yumruqla sol gicgah nahyiəsindən vurmuş, Təqsirləndirilən şəxs1 isə əlində gəzdirdiyi əsa ilə müxtəlif bədən nahiyələrinə vurmuş, sonra o, köməklik göstərməsi və onu Firudin və oğlu Şükürün əlindən alması üçün avtomobil ehtiyyat hissələri mağazasının satıcısı Namiq adlı şəxsə yaxınlaşmış və ona köməklik göstərməsini xahiş etmiş, lakin Namiq ayağında mil olduğunu, əlil olduğunu deyərək onları aralayarkən zədə alacağından qorxduğunu demiş, həmin vaxt Firudin onların yanına gəlmiş və əlindəki əsa ilə başından vurmaq istəyərkən o, hər iki əlləri ilə başını tutub, müdafiə olunmaq istəmiş, nəticədə isə Firudinin əsa ilə endirdiyi zərbə onun sağ əlinin üstünə dəyərək əlini zədələmiş, sonra Firudinin gəlini Şahid da avtomobildən yerə düşərək ona tərəf gəlmiş və onu nalayiq sözlərlə təhqir etmiş, o, daha mübahisədən canını qutara bilməyəcəyini görüb, Firudin və oğlunun əlindən qurtarmaq üçün yolun digər tərəfinə keçib telefonunu ilə DİN-nin 102 xidmətinə müraciət etmək istəmiş, lakin o, DİN-nin 102 xidmətinə zəng edərək operatorla danışa-danışa yolu qarşı tərəfə keçərkən Təqsirləndirilən şəxs2 onun arxası ilə gələrək yolun ortasında onu saxlayıb, orada da bir neçə dəfə yumruqla müxtəlif bədən nahiyələrinə vurmuş, həmin vaxt Şükür onu yolun hərəkət hissəsində saxlayıb, döydüyü üçün yoldan keçən bir neçə avtomobil hərəkətini dayandırmalı olmuş, bir qədər sonra isə oraya mülki geyimdə adını sonradan Vahid Alıyev olaraq bildiyi polis əməkdaşı gəlmiş və mübahisəyə müdaxilə edərək Şükür və atası Firudini sakitləşdirməyə çalışmış, lakin buna baxmayaraq Şükür ona yumruq atmağa və onu söyməyə davam etmiş, həmin vaxt isə daha bir polis əməkdaşı olan Mirxəyyam Seyidəliyev də mülki geyimdə oraya gəlmiş, sonra polis əməkdaşları onu, Firudin və oğlunun əlindən almış, bundan sonra isə onlar Vahid Alıyev ilə birlikdə rayon Polis Şöbəsinə getmişdirlər. Mübahisə təxminən 20-25 dəqiqə davam etmiş, həmin vaxt səs-küyə oraya xeyli sayda insanın toplaşmış, həmçinin nəqliyyatın hərəkəti məhdudlaşmışdır. Zərər çəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barələrində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslə əvvələr aralarında sevgi münasibətləri olmuşdur, lakin o, Təqsirləndirilən şəxs2 ilə ailə həyatı qurduqdan sonra Süleyman ilə münasibətlərini bitirmək qərarına gəlmiş, buna baxmayaraq Süleyman ondan əl çəkmədiyi üçün Şükür ilə evli ola-ola Süleyman ilə bir neçə dəfə görüşmüşdür. 2021-ci ilin sonlarında o, Süleymana daha görüşmək istəmədiyini bildirmiş, bundan sonra isə Süleymanla bir müddətlik əlaqələri kəsilmişdir. 2022-ci ilin qış aylarında Süleyman yaşadıqları evin həyətinə iki dəfə onunla görüşmək və yaşamaq istəməsi məzmununda məktub yazaraq atmış, lakin o, bu barədə heç kimə bir söz deməmişdir. Buna baxmayaraq 2022-ci ilin iyun ayının əvvələrində o, Süleymanın ona məktub yazması barədə qaynatası və əri Şükürə məlumat vermişdir. Bundan sonra əri Şükür və qaynatası Firudin bu məsələni araşıracaqlarını bildirmişdirlər. Bir müddət sonra qaynatası və əri ona Süleymanla iki dəfə görüşüb, danışdıqlarını, lakin ona məktub yazdığını Süleymanın boynuna almadığını bildirmişlər, o, isə əri və qaynatasına Süleymanın yalan danışdığını, ona məktub yazdığını bildirmiş və Süleymanın üzünə bunu deyə biləcəyini demişdir. 04 iyul 2022-ci il tarixdə saat təxminən 20 radələrində qaynatasının idarə etdiyi avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolu ilə yaşadıqları Pirhəsənli kəndinə gedərkən "xxxx" MMC-nin zavodunun qarşısında avtomobil ehtiyyat hissələri mağzasının yanında Süleymanın avtomobilini saxladığını və orada kimləsə söhbət etdiyini görmüş, buna görə də o, əri Şükürə və qaynatası Firudinə Süleymanın yolun kənarında olduğunu və ona məktub yazmasını üzünə deyə biləcəyini demiş, bundan sonra qaynatası idarə etdiyi avtomobilini Süleymanın dayandığı yerə sürərək orada saxlamış, qaynatası avtomobilini saxladıqdan sonra əri Şükür və qaynatası Firudin avtomobildən yerə düşərək Süleyman tərəfə getməyə başlamışlar, o, isə həmin vaxt avtomobildə qalmış və onları izləməyə başlamışdır. Qaynatası və əri Süleymanın yanına çatdıqdan sonra Süleymanın söhbət etdiyi şəxs avtomobilə minərək oradan çıxıb getmiş, sonra isə qaynatası Firudin, əri Şükür və Zərərçəkmiş şəxs sözlə mübahisə etməyə başlamış, mübahisə zamanı əri Şükür Süleymanı iki dəfə yumruqla sifət nahiyəsindən vurmuş, əri Süleymanı vurduqdan sonra qayınatası, əri və Süleyman arasında dava-dalaş başlamış, lakin o, qaynatasının Süleymanı vurmasını görməmiş, sonra o da avtomobildən yerə düşüb, onlara tərəf getmiş və Süleymanı ona məktub yazdığı üçün təhqir etmiş, həmin vaxt yolun digər tərəfində "xxxx" MMC-nin zavodunun qarşısında çox sayda tanımadığı şəxslər toplaşıb onların mübahisələrinə baxmışdır. Bir qədər sonra isə Süleyman mübahisədən canını qutarmaq üçün yolun qarşı tərəfinə qaçaraq getmək istəmiş, lakin yolun ortasına çatdıqda əri Şükür Süleymana çataraq onu saxlamış və orada da Süleymanı bir neçə dəfə yumruqla müxtəlif bədən nahiyələrindən vurmuş, həmin vaxt yol ilə hərəkətdə olan bir neçə avtomobil daynamalı olmuş, bir qədər sonra oraya iki nəfər mülki geyimdə polislər gəlmiş, polislər gəldikdən sonra əri, qaynatası və Süleymanı aralamışlar, bundan sonra həmin polislərdən biri ilə rayon Polis Şöbəsinə getmişdirlər. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Bakı-Şamaxı- Yevlax yolunun Ağsu şəhərindən keçən hissəsində, "xxxx" MMC-nin zavodunun qarşısında özünə məxsus avtomobil ehtiyyat hissələri mağazası vardır, həmin mağazada özü satıcı işləyir. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs Ağsu rayon sakinləri kimi tanıyır, həmin şəxslərlə əvvələr aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 04 iyul 2022-ci il tarixdə, saat təxminən 20 radələrində mağazasının qarşısında olarkən Zərərçəkmiş şəxs idarə etdiyi Hundai Tucson markalı avtomobili ilə gələrək mağazanın qarşısından təxminən 3-4 metr aralıda dayanmış, bir qədər sonra isə həmin yerə Ağsu rayon Pirhəsənli kənd sakini Əlsurət Mütəllimov da idarə etdiyi Mersedes markalı avtomobil ilə gəlib, Süleymanın avtomobilinin yanında saxlamış və onlar birlikdə söhbətləşəməyə başlamışdırlar. Bundan təxminən 5 dəqiqə sonra isə mağazanın qarşısına, yəni Süleyman və Əlsürətin söhbətləşdiyi yerə Vaz 2106 mrakalı, qara rəngli avtomobil gələrək dayanmış, həmin avtomobil oraya gəldikdən sonra Təqsirləndirilən şəxs1 və adını sonradan Təqsirləndirilən şəxs2 olaraq bildiyi oğlu avtomobildən yerə düşmüş və Süleymana tərəf gəlməyə başlamış, həmin vaxt Əlsurət idarə etdiyi avtomobil ilə oradan çıxıb getmişdir. Əlsürət çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaxınlşaraq birdən-birə Süleymanı nalayiq küçə söyüşləri ilə söyməyə və onunla mübahisə etməyə başlamış, mübahisə zamanı isə əvvəlcə Firudinin oğlu Şükür yumruqla Süleymanın sağ çənə nahiyəsindən, sonra isə yenə də yumruqla başının sol tərəfindən vurmuş, sonra isə Təqsirləndirilən şəxs1 özü də əlindəki əsa ilə Süleymanın müxtəlif bədən nahiyələrinə vurmağa başlamış, həmin vaxt Süleyman ona yaxınlşaraq köməklik göstərməsini bildirmiş, lakin o, Süleymana ayağında mil olduğunu deyərək yeriməkdə çətinlik çəkdiyini yıxılacağından qorxduğu üçün onları ayıra bilməyəcəyini demiş, həmin vaxt Təqsirləndirilən şəxs1 da Süleyman onun yanında olduğu üçün onların yanına gəlmiş və əlindəki əsa ilə Süleymanın başından vurmaq istəyərkən Süleyman hər iki əlləri ilə başını tutaraq başını qorumağa çalışmış, həmin vaxt Firudinin əsa ilə endirdiyi zərbə Süleymanın sağ əlinə dəymiş, bundan sonra isə Süleyman zərbənin təsirindən bir qədər qışqırmağa başlamış, sonra Firudinin avtomobilindən daha bir nəfər qadın düşərək Süleymana tərəf gəlmiş və Süleymanı nalayiq sözlərlə təhqir etmiş, həmin vaxt Süleyman telefonunu götürüb polisə zəng edəcəyini deyib, yolun qarşı tərəfi istiqamətində getməyə başlamış, lakin Təqsirləndirilən şəxs2 Süleymanın arxası ilə gedərək onu yolun ortasında saxlamış və orada da Süleymanı nalayiq söyüşlərlə söyüb, daha bir neçə dəfə yumruqla müxtəlif bədən nahiyələrinə vurmuş, həmin vaxt isə onlar yolun ortasında mübahisə etdiklərindən yolun hərəkəti dayanmış və bir neçə avtomobil yolda daynaraq tıxaca səbəb olmuş, bir qədər sonra isə oraya mülki geyimli polis əməkdaşları gəlmiş, polis əməkdaşları gəldikdən sonra da Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla mübahisəsini davam etdirsə də, lakin az sonra polis əməkdaşları tərəfindən nizam intizama dəvət olunaraq mülki geyimdə olan polis əməkdaşlarının biri ilə rayon Polis Şöbəsinə getmişdirlər. Mübahisə təxminən 25-30 dəqiqə müddətində davam etmiş, səs-küyə oraya xeyli sayda insanların toplaşmasını, yoldakı avtomobillərin hərəkətləri dayanmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri ətrafdakı insanların diqqətini öz üzərilərinə çəkmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən etibarən X8, 2022-ci il tarixdən isə hal-hazırdaki vəzifəsində xidmət edir. 04 iyul 2022-ci il tarixdə əməliyyat müvəkkili olduğu üçün mülki geyimdə rayon ərazisində xidmətdə olmuşdur. Həmin gün saat təxminən 20 radələrində idarə etdiyi avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolu ilə Ağsu rayon Polis Şöbəsi istiqamətində yol ilə gedən zaman o, Ağsu şəhər avtovağzalının qarşısından keçərkən bir qədər qarşıda, yəni yolunun sağ tərəfində yerləşən "xxxx" MMC-nin qarşısında bir neçə avtomobilin hərəkətini dayandırdığını və yolun ortasında bir neçə şəxsin mübahisə etdiklərini görmüş, o, polis əməkdaşı olduğundan mübahisəyə müdaxilə etmək üçün avtomobilini saxlayıb, dərhal oraya getmiş, mübahisə yerinə gedən zaman uzaqdan Təqsirləndirilən şəxs1 əlindəki əsa ilə Süleymanın üzərinə yürüdüyünü və Süleyman əlləri ilə özünü qorumaq üçün başını tutduqda Firudinin əlindəki əsa ilə Süleymanın əlindən vurduğunu görmüş, Təqsirləndirilən şəxs1 əlindəki əsa ilə Süleymanın əlindən vurduqdan sonra Süleyman əlini tutaraq yola tərəf getməyə və telefon ilə kiməsə zəng etməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs2 Süleymanın arxasıyca gedərək onu yolda saxlamış və orada Süleymanı yumruqla müxtəlif bədən nahiyələrinə vuraraq yüksək səslə nalayiq söyüşlərlə söymüş, buna görə də o, tez Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs yaxınlaşaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs aralamağa çalışmış, lakin ilk əvvəl Təqsirləndirilən şəxs2 onları aralamasına məhəl qoymayıb, Zərərçəkmiş şəxs söyməyə və ona yumruq atmağa davam etmiş, buna görədə o, polis əməkdaşı olduğunu demiş, həmin vaxt polis əməkdaşı olan, polis baş leytenantı Mirxəyyam Seyidəliyev də oraya gəlmiş və onlar birlikdə Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs aralamış, həmin vaxt Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə də məlumat verdiyini bildirmiş, buna görə də o, araşdırma aparılması üçün həmin şəxsləri RPŞ-nə dəvət etmiş və növbətçi hissə ilə telefon əlaqəsi saxlayaraq Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə etdiyi müraciətlə bağlı artıq hadisə yerində olduğunu və vətəndaşları RPŞ-nə dəvət etdiyini bildirmişdir. Mübahisə o, hadisə yerinə çatmadan əvvəl başlamış, hadisə yerinə yaxınlaşarkən uzaqdan Təqsirləndirilən şəxs1 əlindəki əsa ilə Zərərçəkmiş şəxs əlindən vurmasını, sonra yolun ortasında Təqsirləndirilən şəxs2 Süleymanı saxlayaraq ona müxtəlif bədən nahiyələrinə yumruqla vurmasını görmüş, baş verənlərin ətrafdakı insaların diqqətini öz üzərinə çəkdiyinin şahidi olmuş, mübahisənin nə qədər əvvəl başlamasını bilmir, o mübahisə yerinə çatdıqdan sonra mübahisə təxminən 15 dəqiqə davam etmiş və oraya çox sayda insanlar toplaşmış, avtomobillərin hərəkətində məhdudiyyət yaranmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X2 оğlu ifadəsində göstərmişdir ki, Ağsu rayon Pirhəsənli kəndində ailəsi ilə birlikdə yaşayır. 2012-ci il tarixdən etibarən X8, 2022-ci il tarixdən isə hal-hazırdaki vəzifəsində xidmət edir. 03 iyul 2022-ci il tarixdə Ağsu RPŞ-nin məsul növbətçisi vəzifəsini icra etmiş, 04 iyul 2022-ci il tarixdə isə saat 09:00-da xidməti başa vurub, növbəni yeni məsul növbətçiyə təhvil verərək istirahətə yollanmışdır. Həmin gün saat təxminən 20 radələrində rayon ərazisində işini bitirib, idarə etdiyi avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolu ilə yaşadığı Ağsu rayon Pirhəsənli kəndi istiqamətində gedərkən Bakı-Şamaxı-Yevlax yolunun sağ tərəfində yerləşən "xxxx" MMC-nin qarşısına çatmasına təxminən 100-150 metr qalmış qarşıda bir neçə avtomobilin hərəkətini dayandırdığını və yolun ortasında bir neçə şəxsin mübahisə etdiklərini görmüş, o, polis əməkdaşı olduğundan mübahisəyə müdaxilə etmək üçün dərhal oraya getmiş, həmin yerə çatdıqda RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Vahid Alıyevin də orada olduğunu və həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qonşu kəndlisi Zərərçəkmiş şəxs aralamağa çalışdığını, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə təhqir etdiyini, həmçinin Süleymanı yumruqla vurduğunu görmüş, buna görə də o mübahisə edən şəxslərə yaxınlaşmış və Təqsirləndirilən şəxs2, həmçinin orada olan Təqsirləndirilən şəxs1 nizamintizama dəvət edərək onları polis mayoru Vahid Alıyev ilə birlikdə aralamış, bundan sonra həmin şəxslər polis mayoru Vahid Alıyev ilə birlikdə rayon polis şöbəsinə çıxıb getmiş, o isə yaşadığı kənd istiqamətində yoluna davam etmişdir. O, hadisə yerinə çatmadan əvvəl baş vermiş, mübahisə yerinə çatdıqda yolun ortasında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs saxlayaraq müxtəlif bədən nahiyələrinə yumruqla vurmasını görmüş, nalayiq ifadələr işlətdiyini eşitmiş, ətrafdakı insaların diqqətini öz üzərinə çəkmişdir. Mübahisənin nə qədər əvvəl başlamasını bilmir, lakin o, mübahisə yerinə çatdıqdan sonra mübahisə hələ təxminən 10 dəqiqə müddətində də davam etmiş, oraya çox sayda şəxslər toplaşmış, həmin vaxt avtomobillərin hərəkətində məhdudiyyət yaranmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması haqqında 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, bir qrup şəxs tərəfindən xuliqanlıq edilməsi faktına görə CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, CM-nin 221.2.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir. - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında 14 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisənin hansı qaydada baş verdiyini şifahi izah etməklə, hadisə yerini əyani olaraq göstərmiş, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu şəhərindən keçən hissəsində, "xxxx" MMC-nin inzibati binası ilə üzbəüz yolun qarşı tərəfindən yerləşən avtomobil ehtiyyat hissələri və aksessuarları mağazasının qarşısında baş vermişdir. Hadisə yerinə baxış keçirilərkən foto şəkilər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübə və X15 Hüquqi Şəxsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 05 iyul 2022-ci il tarixli, 152 nömrəli ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində başın sol gicgah nahiyəsinin qançırı, sağ alt çənə bucağının qançırı, sağ əlin 4-cü daraq sümüyünün sınığı xəsarətləri varıdır. Xəsarətlərin törənmə müddəti 04 iyul 2022-ci il tarixə uyğun gəlir və küt əşya (əşyalar) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sol gicgah və sağ alt çənə nahiyəsinin qançırları hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Sağ əlin 4-cü daraq sümüyünün sınığı xəsarəti isə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli, PHŞ/6-25- 2-2022-119 saylı məktubdan görünür ki, Ağsu rayonu, Pirhəsənli kənd sakini Təqsirləndirilən şəxs1 ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli, PHŞ/6-25- 2-2022-119 saylı məktubdan görünür ki, Ağsu rayonu, Pirhəsənli kənd sakini Təqsirləndirilən şəxs2 ruhi-əsəb xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-də dispanser qeydiyyata dayanır. DZ. MSS-nin üzvi xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət və psixopatabənzər davranış pozuntuları tez-tez baş verən qıcolma tutmaları ilə, yaddaşın və intellektin inkişafdan qalığı. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş dispanser qeydiyyata götürülməmişdir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 29 noyabr 2022-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 221.2.1-ci maddəsindən həmin məcəllənin 127.2.3-cü, 221.2.1-ci və 221.3cü maddələrinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Əşyaya baxış keçirilməsi barədə 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yeriyərkən istifadə etdiyi əsanı baxış üçün təqdim etmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözügedən əsa 90 sm uzunluğundadır, əsasən gövdəsi aliminüm materiallı və gümüşü rəngdədir, əsanın tutacaq yeri plastik materiallı və boz rəngdədir, əsanin dabanlığı isə plastik materiallı və qara rəngdədir. Baxış zamanı Təqsirləndirilən şəxs1 sözügedən əsadan məişətdə gündəlik olaraq istifadə etdiyini, münaqişə zamanı əsanın əlində olmasına baxmayaraq, həmin əsa ilə Zərərçəkmiş şəxs vurmadığını bildirsə də Süleyman Məmmdov ifadəsində Təqsirləndirilən şəxs1 onu əsa ilə müxtəlif bədən nahiyyələrinə vuraraq döyməsini bildirmişdir. Əşyaya baxış keçirilərkən foto şəkilər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yeriyərkən istifadə etdiyi əsa ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilmiş və sahibinə qaytarılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 3201 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 оğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 3202 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs2 müəyyən edilən psixi pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından olmasın. Təqsirləndirilən şəxs2 оğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 оğlunun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 оğlu hazırki psixi vəziyytinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. - Sübutların qiymətləndirilməsi haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saхlanılmış, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 оğlunun, həmçinin Şahid ifadəsində göstərdiyi хüsasatlar Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə, sübut kimi qəbul edilmədən rədd edilmiş, 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaxasından yapışması və onu öldürməklə hədələməsi xüsusatı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs2 barəsində cinayət işi başlanılması rədd edilmiş, 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Şahid sonradan avtomobildən düşərək, Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməsi xüsusatı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə Şahid barəsində cinayət işi başlanılması rədd edilmiş, təqsirləndirilən, şahid ifadələri, 03 dekabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 təqdim etdiyi əsa və cinayət işinin materiallarına əlavə edilmiş sənədlər sübut kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMnin 127.2.3 və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirlilikləri CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxs, şahid ifadələri, məhkəmə ekspertizasının rəyi, iş materiallarına əlavə edilmiş video görüntü və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-nin 127.2.3 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qərarın 5-ci bəndində göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-nin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də CM-nin 221-ci maddəsilə tövsüf olunmalıdır. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki iş üzrə təqsirləndirilən şəxslər tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Belə ki, işin hallarından və araşdırılan sübutlardan göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirərək özlərinin şəxsiyyətini başqa şəxsin və ya qeyrimüəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərə yol vermişlər, eyni zaman Təqsirləndirilən şəxs1 həmin vaxt yeriyərkən istifadə etdiyi əsadan silah qismində istifadə etmişdir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşlar, eyni zaman Təqsirləndirilən şəxs1 yeriyərkən istifadə etdiyi əsadan həmin vaxt silah qismində istifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əsa ilə vurmasını təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, 04 iyul 2022-ci il tarixdə, saat təxminən 20 radələrində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki əsa ilə vurmadığını və döymədiyini, həmin vaxt orada sadəcə olaraq oğlu Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs aralamağa çalışdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi həmin xüsusatlar istintaq nəticəsində yoxlanılmış, lakin təsdiq edilməmişdir. Belə ki, istintaq zamanı şahid qismində dindirilmiş X9 və X13 ifadələrində, Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman onların gözləri qarşısında əsa ilə Zərərçəkmiş şəxs əlindən vurduğunu bildirmiş, məhkəmə-tibb ekspertizasının rəyində Zərərçəkmiş şəxs əlində, ifadəsinə uyğun olaraq küt əşya ilə yetirilməyə uyğun xəsarət müəyyən edilmişdir. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onların hər birinə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 Xüsusi hissəsinin 127.2.3 və 221.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 Xüsusi hissəsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-in: 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3-ci və 221.3-cü maddələri ilə törətdiyi əməl, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 10 noyabr 2022-ci il tarixli, 65 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı – 1976-cı il təvəllüdlü X1, qızı - 2003-cü il təvəllüdlü X3r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 10 noyabr 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hərbi xidmətdən qayıtdıqdan sonra kənddə təsərrüfat işləri ilə məşğul olmuşdur. Hal-hazırda kiçik ticarətlə məşğul olur. Bu günə kimi onun haqqında Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 10 noyabr 2022-ci il tarixli, 66 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı – 2002-ci il təvəllüdlü Şahid, qızı – 2020-ci il təvəllüdlü X5 və 2022-ci il təvəllüdlü X7r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 10 noyabr 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Həmzə hərbi xidmətdən qayıtdıqdan sonra kənddə təsərrüfat işləri ilə məşğul olmuşdur. Hal-hazırda kiçik ticarətlə məşğul olur. Bu günə kimi onun haqqında Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, əvvəllər məhkum olunmamalarını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən hesab edir ki, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 islah olunması üçün törətdiyi cinayətə görə barəsində cəza təyin edərkən hesab edir ki, ona CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir (CM-66.2). Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, CPM-in 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə iş materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, məhkəmə məsrəfinin tutulmasına səbəb o lacaq ekspertiza isə keçirilməmişdir. Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “əsa”nın Təqsirləndirilən şəxs1 geri qaytarılması nəzərə alınmalı, məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMnin 127.2.3 və 221.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, vəkilərin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə, ona çəkilməsi üçün qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal “həbs” edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Pentensiar Müəssisəsi müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış “əsa”nın Təqsirləndirilən şəxs1 geri qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X4 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar