Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-14/2024 01.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 12 avqust 2023cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 avqust 2023-cü il tarixdə saat 14 radələrində bibisi Zərərçəkmiş şəxs yaşadığı, Ağsu şəhəri, N.Tağızadə küçəsində yerləşən evə gələrək Zərərçəkmiş şəxs “Azpulmat” mobil tətbiqini yükləyib 50 manat məbləğində kredit əldə edəcəyini deyib aldadaraq mobil telefonunu Zərərçəkmiş şəxs alıb həmin telefonda olan “BirBank” mobil tətbiqinə daxil olaraq Zərərçəkmiş şəxs 416973******3838 nömrəli kart hesabında olan 600 yüz manat məbləğində pulu cinayətdən xəbərsiz tanışı Şahid1 istifadə etdiyi 416973******4021 nömrəli kart hesabına köçürüb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğində maddi ziyan vuraraq informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma bibisidir. Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yaşayır. Şahid2 onun tanışıdır. 05 avqust 2023-cü il tarixdə saat təxminən 13:40 radələrində tanışı Şahid2 ilə birlikdə Ağsu şəhəri ərazisində yerləşən kafedə əyləşibmiş. O, söhbət əsnasında Şahid2 “Azpulmat” mobil tətbiqindən 50 manat məbləğində kredit pul almaq istədiyini, lakin bunu bacara bilmədiyini demişdir. Şahid2 mobil telefon olarsa həmin əməliyyatı yerinə yetirə biləcəyini demişdir. Bundan sonra o, bibisi Zərərçəkmiş şəxs mobil telefonu vasitəsilə həmin əməliyyatı icra etməyi təklif etmişdir. Şahid2 da onunla razılaşmışdır. Bu zaman həmin kafeyə tanışı Şahid1 gəlmiş və onunla birlikdə əyləşmişlər.O, söhbət əsnasında Şahid1 kart hesabının olub-olmadığını soruşmuşdur. Şahid1 anasına məxsus olan kartı istifadə etdiyini və hazırda həmin kartın özündə olduğunu demişdir. O, pul göndəriləcəyini və pulun göndərilməsi üçün ona bank hesab kartı lazım olduğunu demişdir. Şahid1 həmin pulun kartına göndərilə biləcəyini bildirmişdir. Bundan sonra Şahid1 kart hesabının nömrəsini ona demiş və o, kart nömrəsini kağıza yazıb özü ilə götürmüşdür. O, təxminən 1 saat sonra kart hesabına pul göndəriləcəyini demiş və oradan Şahid2la birlikdə çıxıb getmişdir. Daha sonra Şahid2la birlikdə bibisi Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Onlar evə daxil olan zaman Zərərçəkmiş şəxs evin balkonunda imiş. O, bibisinə kredit pula ehtiyacı olduğunu və onun mobil telefonu vasitəsilə “Azpulmat” mobil tətbiqindəki öz profilinə daxil olub 50 manat pul götürmək istədiyini demişdir. Zərərçəkmiş şəxs da heç bir etiraz etmədən “Samsung” markalı mobil telefonunu ona vermişdir. O, həmin telefona “Azpulmat” mobil tətbiqini yükləmiş və əməliyyatı icra etməsi üçün mobil telefonu Şahid2 vermişdir.Bundan sonra Şahid2 mobil tətbiqə daxil olmuş və ona kredit verilməyəcəyini bildirmişdir. Bundan sonra Şahid2 yenidən bibisinin mobil telefonunu ona geri qaytarmışdır. O, həmin mobil telefonda olan “Birbank” mobil tətbiqinə daxil olaraq bibisinin kart hesabında olan 600 manat məbləğində pulu Şahid1 kart hesabına yükləmişdir. Daha sonra bibisinin mobil telefonunu özünə geri qaytarmış və Şahid2la birlikdə evdən çıxmışlar. Daha sonra yəni, saat təxminən 15 radələrində Ağsu şəhəri, Vidadi küçəsinə getmişlər. Bu zaman orada Şahid1 ilə qarşılaşmışlar. O, Şahid1 kartına 600 manat məbləğində pul köçürüldüyünü bildirmiş və həmin pulu bankomatdan çıxarmasını xahiş etmişdir. Şahid1 onunla razılaşmış və Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısındakı bankomata getmişdir. Bir neçə dəqiqə sonra Şahid1 geri dönmüşdür. Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Oba” marketin yaxınlığında Şahid1 600 manat məbləğində pulu ona vermişdir. O, həmin pulu cibinə qoymuşdur. Bundan sonra sağollaşıb Şahid2la birlikdə oradan çıxıb getmişlər. Daha sonra o, əldə etdiyi 600 manat məbləğində pulu öz şəxsi problemlərinə xərcləmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs kart hesabından 600 manat məbləğində pulu tanışı Şahid1 kart hesabına göndərməsindən Zərərçəkmiş şəxs xəbəri olmadığını, oğurluq yolu ilə əldə etdiyi 600 manat puldan Şahid2 vermədiyini və sözügedən oğurluğu tək etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, ikinci qarabağ müharibəsi iştirakçısı olmasını, zərər çəkmiş şəxsin bibisi olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması səbəbindən bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yalnız yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Özünə məxsus “Kapital Bank ASC”-yə məxsus **********963838 nömrəli hesab kartı var. Əvvəllər işləyib həmin kartına pul köçürürmüş. Bu minvalla kart hesabında 900 manat məbləğində pul köçürmüşdür. 05 avqust 2023-cü il tarixdə səhər saatlarında kartından 300 manat məbləğində pulu xərcləmək üçün çıxarmışdır. Həmin gün saat təxminən 14:30 radələrində yaşadığı evdə imiş. Bu zaman evə qardaşı oğlu Təqsirləndirilən şəxs və onun dostu “İnkılı” ləqəbli Şahid2 gəlmişdir. Təqsirləndirilən şəxs ona “Azpulmat” proqramından 50 manat məbləğində pul götürmək istədiyini və bunun üçün onun mobil telefonumun lazım olduğunu bildirmişdir. Həmin əməliyyatı icra etməsi üçün mobil telefonunu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da onun mobil telefonunu Şahid2 vermişdir. Şahid2 mobil telefonunu götürüb orada nəsə yazmağa başlamışdır. Daha sonra mobil telefonunu Şahid2 Təqsirləndirilən şəxs vermişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs mobil telefonunu ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs əməliyyatı icra edə bilmədiklərini və pul əldə edə bilmədiklərini ona demişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid2 onunla sağollaşıb oradan çıxıb getmişlər. Ertəsi gün, yəni 06 avqust 2023-cü il tarixdə saat 13 radələrində o, mobil telefonumda olan “BirBank” mobil tətbiqinə daxil olmaq istəsə də həmin tətbiqin silindiyini müəyyən etmişdir. Daha sonra bank kartını götürüb Ağsu şəhər ərazisindəki bankomatın qarşısına getmişdir. Plastik kartını bankomata daxil edən zaman əvvəlcədən hesabında olan 600 manat məbləğində pulun olmadığını müəyyən etmişdir. Bundan sonra telefon mağazalarında çalışan şəxslərdən “Birbank” mobil tətbiqini telefonuna yükləməsini xahiş etmişdir. Mobil tətbiqi yüklədikdən sonra həmin tətbiqə daxil olduqda kart balansında olan 600 manat məbləğində pulun başqa hesaba köçürüldüyünü aşkar etmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur, ikinci qarabağ müharibəsi iştirakçısıdır, onunla barışmışdır, şikayətçi deyil, ona dəymiş ziyan tam ödənilmişdir. Bu halların nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, ünvan 3 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyırmış. Şahid2 da qonşusudur. 05 avqust 2023-cü il tarixdə saat təxminən 13:40 radələrində Ağsu şəhəri ərazisində yerləşən kafeyə getmişdir. Həmin vaxt kafedəki masaların birində Şahid2 və Təqsirləndirilən şəxs birlikdə əyləşiblərmiş. O, da Şahid2 və Təqsirləndirilən şəxs tanıyıb onlarla birlikdə əyləşmişdir. Təqsirləndirilən şəxs söhbət əsnasında onun kart hesabının olub-olmadığını soruşmuşdur. O, anasına məxsus ola kartı istifadə etdiyini və hazırda həmin kartın özümdə olduğunu demişdir. Təqsirləndirilən şəxs ona pul göndəriləcəyini və pulun göndərilməsi üçün ona bank hesab kartı lazım olduğunu bildirmişdir. O, həmin pulun kartına göndərilə biləcəyini demişdir. Bundan sonra o, kart hesabının nömrəsini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs kart nömrəsini kağıza yazıb özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs təxminən 1 saat sonra onun kart hesabına pul göndəriləcəyini demiş və oradan Şahid2la birlikdə çıxıb getmişlər. O, həmin gün saat təxminən 15 radələrində Ağsu şəhəri Vidadi küçəsinə imiş. Bu zaman Şahid2 və Təqsirləndirilən şəxsla yolda qarşılaşmışdır. Təqsirləndirilən şəxs onun kartına 600 manat məbləğində pul köçürüldüyünü bildirmiş və həmin pulu bankomatdan çıxarıb ona verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısındakı bankomata getmişdir. O, “Kapital Bank”-a məxsus bankomata kartını salmış və kartına köçmüş 600 manat pulu çıxarmışdır. Daha sonra Şahid2 və Təqsirləndirilən şəxs yanına getmişdir. O, əldə etdiyi 600 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra sağollaşıb oradan çıxıb getmişdir. Ertəsi gün Təqsirləndirilən şəxs bibisinin kartından onun kartına pul göndərdiyini və həmin pulu oğurluq yolu ilə etdiyini eşitmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs əldə etdiyi 600 manat məbləğində puldan ona vermədiyini bildirmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid2 anası X4 məhkəməyə teleqramla müraciət edərək oğlunun səhhəti ilə bağlı Dağıstana həkimə getdiyi üçün məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun tanışıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bibisidir. Zərərçəkmiş şəxs onun yaşadığı evin yaxınlığında yaşayır. 05 avqust 2023-cü il tarixdə saat təxminən 13:40 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Ağsu şəhəri ərazisində yerləşən kafedə əyləşiblərmiş. Təqsirləndirilən şəxs söhbət əsnasında ona “Azpulmat” mobil tətbiqindən 50 manat məbləğində kredit pul almaq istədiyini, lakin bunu bacara bilmədiyini demişdir. O, mobil telefon olarsa həmin əməliyyatı yerinə yetirə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bibisi Zərərçəkmiş şəxs mobil telefonu vasitəsilə həmin əməliyyatı icra etməyi təklif etmişdir. O, razılaşmışdır. Bu zaman həmin kafeyə tanışı Şahid1 gəlmiş və onlarla birlikdə əyləşmişdir. Təqsirləndirilən şəxs söhbət əsnasında Şahid1 kart hesabının olub-olmadığını soruşmuşdur. Şahid1 anasına məxsus olan kartı istifadə etdiyini və hazırda həmin kartın özündə olduğunu demişdir. Təqsirləndirilən şəxs ona pul göndəriləcəyini və pulun göndərilməsi üçün ona bank hesab kartı lazım olduğunu demişdir. Şahid1 həmin pulun kartına göndərilə biləcəyini bildirmişdir. Bundan sonra Şahid1 kart hesabının nömrəsini demiş və Təqsirləndirilən şəxs kart nömrəsini kağıza yazıb özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs təxminən 1 saat sonra kart hesabına pul göndəriləcəyini Şahid1 demiş və oradan Təqsirləndirilən şəxsla birlikdə çıxıb getmişlər. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Onlar evə daxil olan zaman Zərərçəkmiş şəxs evin balkonunda imiş. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kredit pula ehtiyacı olduğunu və onun mobil telefonu vasitəsilə “Azpulmat” mobil tətbiqindəki öz profilinə daxil olub 50 manat pul götürmək istədiyini demişdir. Şəlalə Xəlilov da heç bir etiraz etmədən “Samsung” markalı mobil telefonunu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin telefona “Azpulmat” mobil tətbiqini yükləmiş və əməliyyatı icra etməsi üçün mobil telefonu ona vermişdir. Bundan sonra o, mobil tətbiqə daxil olmuş və Təqsirləndirilən şəxs kredit verilməyəcəyini bildirmişdir. Bundan sonra o, yenidən mobil telefonu Təqsirləndirilən şəxs geri qaytarmışdır. Təqsirləndirilən şəxs bir neçə dəqiqə ərzində mobil telefona nəsə yazmışdır. Lakin Təqsirləndirilən şəxs nə etməsindən xəbəri olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs bibisinin mobil telefonunu özünə geri qaytarmış və Təqsirləndirilən şəxsla birlikdə evdən çıxmışlar. Bundan sonra Ağsu şəhəri Vidadi küçəsinə geri dönmüşlər. Bu zaman yolda Şahid1 ilə rastlaşmışlar. Təqsirləndirilən şəxs Şahid1 onun kartına pul köçürüldüyünü bildiriş və kart hesabından həmin pulu çıxarmasını xahiş etmişdir. Bundan sonra Şahid1 Ağsu şəhəri, Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısındakı bankomata getmişdir. Onlar Şahid1 “Oba” marketin yaxınlığında gözləmişlər. Şahid1 bir neçə dəqiqə sonra geri dönmüş və bankomatdan çıxardığı pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə çayxanaya gedib orada çay içmişlər və daha sonra oradan sağollaşıb ayrılmışlar. Əlavə olaraq Təqsirləndirilən şəxs 600 manat məbləğində pulu Ağsu şəhər sakini olan Şahid1 kart hesabına yükləməsindən xəbəri olmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - 06 avqust 2023-cü il tarixli raportdan görünür ki, 06 avqust 2023-cü il tarixdə saat 14:24-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzindən operator məlumat vermişdir ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 54-də yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək qardaşı oğlu Təqsirləndirilən şəxs və digər şəxsin ondan telefonundan istifadə etmək üçün alması, telefonda olan mobil tətbiqdən kartındakı 600 manat pulu öz hesablarına göndərməsi və uzaqlaşması barədə məlumat vermişdir. - Zərərçəkmiş şəxs 06 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, 05 avqust 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evdə qardaşı oğlu Təqsirləndirilən şəxs və inkılı kimi tanıdığı Mehbarənin oğlu ona məxsus telefonunda olan “birbank” proqramına daxil olaraq kart hesabında olan 600 manat pulu öz hesablarına köçürərək oğurluq etmişlər. Odur ki, həmin şəxsin tapılaraq barəsində qanuna müvafiq tədbir görülməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. - Baxış keçirilməsi haqqında 06 avqust 2023-cü il tarixli protokoldan və fotocədşəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Təqdim edilmiş sənədlərin surətlərinin materiala əlavə edilməsi barədə 06 avqust 2023-cü il tarixli protokoldan və fotocədşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tədqiqata təqdim etdiyi pulun köçürülməsinə dair qəbzi və plastik kartının surətləri materiala əlavə edilmişdir. Həmin kart və qəbzdən görünür ki, həmin kart hesabından xx.xx.2023-cü il tarixdə saat 14:57-də 600 manat məbləğində pul silinmişdir. - 07 avqust 2023-cü il tarixli raportdan görünür ki, 07 avqust 2023-cü il tarixdə saat 09:07-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzindən operator məlumat vermişdir ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 54-də yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək qardaşı oğlu Təqsirləndirilən şəxs və digər şəxsin ondan telefonundan istifadə etmək üçün alması, telefonda olan mobil tətbiqdən kartındakı 600 manat pulu öz hesablarına göndərib uzaqlaşmaları barədə xx.xx.2023-cü il tarixdə Ağsu RPŞ-nə ərizə verməsi, aparılan araşdırmadan narazı olmasını bildirmiş, işə ciddi baxılmasını pulunun qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. - Materiala sənəd əlavə edilməsi haqqında 10 avqust 2023-cü il tarixli protokoldan və fotocədşəkillərdən görünür ki, Şahid1 təqdim etdiyi “Birbank”, **********344021 nömrəli kart hesabının surəti materiala əlavə edilmişdir. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 11 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 barəsində şikayət və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs dəymiş ziyanı ona tamamilə ödəmişdir. Onunla barışmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Diskə baxış keçirilməsi haqqında 18 avqust 2023-cü il tarixli ptorokoldan görünür ki, diskə baxış keçirilməsi haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı videogörüntünün 05 avqust 2023-cü il tarixə aid olması və 01 dəqiqə 23 saniyədən ibarət olması, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində tanışı Şahid2la birlikdə piyada halda hərəkətdə olması, həmin vaxt Şahid1 velosipedlə hərəkət edib Təqsirləndirilən şəxs yaxınlaşaraq pul verib oradan ayrılaraq getməsi, eləcə də Təqsirləndirilən şəxsla Şahid2 birlikdə oradan ayrılması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə saat 15 radələrində tanışı Şahid2la birlikdə Ağsu şəhəri, Vidadi küçəsində olan zaman orada Şahid1 ilə qarşılaşdığını, Şahid1 kartına 600 manat məbləğində pul köçürüldüyünü bildirdiyini, həmin pulu bankomatdan çıxarmasını Şahid1 xahiş etdiyini, Şahid1 onunla razılaşıb Ağsu şəhəri, Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısındakı bankomata getdiyini, bir neçə dəqiqə sonra Şahid1 geri dönüb “Oba” marketin yaxınlığında ona 600 manat məbləğində nağd pul verdiyini və həmin pulu cibinə qoyaraq Şahid2la birlikdə oradan çıxıb getdiyini bildirmişdir. - “Kapital Bank ASC”-dən daxil olmuş 28 avqust 2023-cü il tarixli 85 nömrəli məktubdan və həmin məktuba qoşma şəklində əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, 416973******4021 nömrəli kartın sahibi X1r. 05 avqust 2023-cü il tarixdə həmin kartına hesabına 600 manat məbləğində pul köçürülmüş və həmin tarixdə 600 manat məbləğində pul hesabdan çıxılmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X11 16 sentyabr 2023-cü il tarixli, 18-1-25/6-675/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs “Ağsu RMX” PHŞ-nə ruhi-əsəb və narkomaniya xəstəliyi ilə əlaqədar müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixli qərarla CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci (informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə ittiham elan edilməsi əsaslı və qanuni hesab edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal olması nəzərə alınmış, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməməsi nəzərə alınmış, cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CMnin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham aktında qeyd edilən məbləği çıxartması ilə bağlı bibisinin məlumatlı olmasını, onun kartdan oğurluq etməsini təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Xüsusi hissəsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Şübhəli şəxsin tutulması haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 10 avqust 2023-cü il tarixdə saat 18:00-da tutulmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nın 177.2.3-1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 08 sentyabr 2023-cü il tarixli, 5-34-13/2-3-2266/2023 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, N.Tağızadə küçəsi 54 saylı evdə qeydiyyatda olmaqla yaşayır və ailə tərkibi atası – 1964-cü il təvəllüdlü X2, anası - 1976-cı il təvəllüdlü X3r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 08 sentyabr 2023-cü il tarixli, 5-34-13/2-3-2266/2023 saylı Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ictimaiyyət arasında özünü aparmağı bacarır, intizamlıdır, verilən tapşırıqları yerinə yetirir, ailə və məişətdə özünü aparmağı bacarır, böyüklərə hörmət edir, Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə şifahi cinayət xarakterli material daxil olmamışdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs və X5 barəsində şikayət və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs dəymiş ziyanı ona tamamilə ödəmişdir. O, onunla barışmışdır. - Azərbaycan Respublikası Medalının İ-12605 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci tarixli 2715 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Medalının İ-77473 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CMnin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ikinci qarabağ müharibəsi iştirakçısı olmasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını ona CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli tutma protokolundan, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsi müvəqqəti saxlama yerindən azad etmə haqqında 12 avqust 2023-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs, 10 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 avqust 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla ona təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak, ekspertiza xərci, eləcə də xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-14/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-14/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver