Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-14/2025 23.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakları ilə 15 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay müddətə şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Kondisioner B/Y-nin 1472K ünvanında qeydiyyatda olmaqla yaşayan – barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Ağsu şəhəri C.Şərifov küçəsində yerləşən xalası Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı fərdi yaşayış evində olan zaman 20 avqust 2024-cü il tarixdə sonuncunun şəxsiyyət vəsiqəsinin “xxxxxxx” saylı fərdi eyniləşdirmə nömrəsini və Zərərçəkmiş şəxs məxsus olan mobil telefonda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə smslə göndərilmiş birdəfəlik qeydiyyat kodunu öyrənib özünə məxsus “Samsung” markalı mobil telefona yüklədiyi “ABB Mobile” tətbiqinə daxil edərək Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçdikdən sonra 27 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 5167-5111-0794-3395 nömrəli plastik kart hesabından özünə məxsus “Samsung” markalı mobil telefona yüklədiyi “ABB Mobile” tətbiqi vasitəsilə 21 manat, 51 manat, 21 manat, 6 manat, 4 manat və 2 manat pulu tanışı Şahid məxsus "xxxx" Kommersiya Bankı” ASC-yə aid 4098-5844-6746-7310 saylı plastik kart hesabına, 59 manat pulu isə Zərərçəkmiş şəxs məxsus digər "xxxx" ASC-yə aid 5522-0993-6475- 0380 saylı kart hesabına köçürərək vahid niyyətlə əhatə olunan qəsdlə talamaqla əldə edib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 164 manat məbləğində maddi ziyan vuraraq informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, əsasən də talama cinayətlərinə görə dəfələrlə məhkum olunmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun doğma xalasıdır. O, 2024-cü ilin fevral ayında vaxtından əvvəl şərti olaraq cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Həmin ilin aprel ayından etibarən isə hərdənbir xalası Zərərçəkmiş şəxs yaşadığı Ağsu şəhəri Cavanşir Şərifov küçəsində yerləşən evinə gələrək orada yaşamağa başlamışdır. Lakin orada yaşadığı müddətdə yenə də Bakı şəhərinə gedib orada da yaşayırmış. Xalası Zərərçəkmiş şəxs "xxxx" ASC-yə aid plastik bank kartı vasitəsi ilə hər ay dövlətdən təqaüd alır. 20 avqust 2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs ilə birgə yaşadığı Ağsu şəhəri C.Şərifov küçəsində yerləşən evdə olarkən o, Rayanın "xxxx" ASC-yə aid plastik bank kartı vasitəsilə aldığı təqaüd pulunu ələ keçirmək məqsədilə Rayanın şəxsiyyət vəsiqəsini evin qonaq otağında olan televizorun alt hissəsindən götürmüşdür. Bundan sonra özünə məxsus “Samsung” markalı mobil telefona “ABB Mobile” tətbiqini yükləmişdir. Daha sonra “ABB Mobile” tətbiqində Rayanın şəxsiyyət vəsiqəsinin “xxxxxxx” saylı fin kodunu yazaraq qeydiyyatdan keçmiş, daha sonra Rayanın masanın üzərində olan mobil telefonunu götürüb onun mobil nömrəsinə gələn eyniləşdirmə kodunu daxil edərək qeydiyyatdan keçmişdir. “ABB Mobile” tətbiqində qeydiyyatdan keçdikdən sonra Rayaya məxsus "xxxx" ASC-yə aid “5167-5111-0794-3395” saylı kart hesabı tətbiqdə görünməyə başlamışdır. Həmin vaxt hesabda pul olmadığı üçün o, təqaüdün hesaba köçəcəyi vaxtı gözləməyə başlamışdır. 26 avqust 2024-cü il tarixdə o, tanışı Şahid yaşadığı Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 105 mənzil 102-də yerləşən mənzilinə getmiş və onun yaşadığı evdə qalmağa başlamışdır. 27 avqust 2024-cü il tarixdə saat 14 radələrində Fəridlə onun yaşadığı evdə olarkən “ABB Mobile” tətbiqinə daxil olmuş və xalası Rayaya məxsus "xxxx" ASC-nin “5167-5111-0794-3395” saylı kart hesabına 164 manat 70 qəpik pul köçməsini görmüşdür. Bundan sonra o, həmin pulu əvvəlcə özünə məxsus "xxxx" ASC-yə aid plastik bank kartı hesabına köçürməyə çalışmış, lakin həmin əməliyyat icra olunmamışdır. Bundan sonra o, xalası Rayanın "xxxx" ASC-nin “5167-5111-0794-3395” saylı kart hesabından pul köçürməsi etmək üçün tanışı Şahid "xxxx" ASC-dən onun üçün pul göndəriləcəyini, lakin göndəriləcək pulun onun kart hesabına köçürülə bilmədiyini, onun özünün "xxxx" ASC-yə aid kart hesabımın olmamasını, buna görə də ona məxsus "xxxx" ASC-yə aid və digər hər hansı banka aid kart hesabı varsa ilk öncə həmin kart hesabına, daha sonra isə öz kart hesabına göndərməyini demişdir. Bundan sonra Fərid ona "xxxx" ASC-yə məxsus kart hesabının və "xxxx" KB ASC-yə aid Leobank kartının olmasını və həmin kart hesablarına pul köçürə biləcəyini demişdir. Bundan sonra Fərid özünə məxsus "xxxx" ASC-yə aid 5522-0993-6753-0789 kart hesab nömrəsini və "xxxx" KB ASC-yə aid 4098-5844-6746-7310 saylı kart hesab nömrəsini ona demişdir. Bundan sonra o, Fəridə məxsus "xxxx" KB ASC-yə aid 4098-5844-6746-7310 saylı kart hesabına 21 manat, 51 manat, 21 manat, 6 manat, 4 manat və 2 manat olmaqla ümumilikdə 105 manat pul köçürmüşdür. Daha sonra özünə məxsus olan “Samsung” markalı mobil telefonunda “ABB Mobile” tətbiqində Rayaya məxsus "xxxx" ASC-yə aid “5167-5111-0794- 3395” saylı kart hesabından Rayaya məxsus "xxxx" ASC-nin 5522-0993-6475-0380 saylı kart hesabına 59 manat pul köçürmüşdür. Bundan sonra Rayaya məxsus "xxxx" ASC-yə aid 5522-0993-6475-0380 saylı kart hesabından 53 manat 50 qəpik pulu Fəridə məxsus "xxxx" ASC-yə aid 5522-0993-6753-0789 saylı kart hesabına köçürmüş və daha sonra həmin 53 manat 50 qəpik pulu özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388-0742-9950 saylı kart hesabına köçürmüşdür. Daha sonra Fərid ona göndərdiyi bütün pulları onun digər plastik kart hesablarına göndərmişdir. Beləliklə o, Rayaya məxsus "xxxx" ASC-yə aid “5167-5111-0794-3395” saylı kart hesabından ümumilikdə 164 manat pulu özünə məxsus “Samsung” markalı mobil telefonuna yüklədiyi “ABB Mobile” tətbiqi vasitəsilə oğurlayaraq faktiki olaraq özü üçün istifadə etmişdir. O, xx.xx.2024-cü il tarixdə xalası Rayaya məxsus 5167-5111-0794-3395 saylı plastik kartdan 21 manat, 51 manat, 21 manat, 6 manat, 4 manat və 2 manat Şahid məxsus "xxxx" KB ASC-yə aid 4098-5844-6746-7310 saylı plastik karta, 59 (əlli doqquz) manat pulu Rayaya məxsus digər – 5522-0993-6475-0380 saylı plastik karta, sonuncu kartdan 53,50 (əlli üç manat əlli qəpik) manat pulu Şahid məxsus 5522-0993-6753-0789 saylı plastik karta, Şahid məxsus plastik kartdan isə 53 manat 50 qəpik pulu isə özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388-0742-9950 saylı plastik karta onlayn yolla köçürmüş, həmin pulları köçürən zaman və bundan sonra Şahid həmin pulların oğurluq yolu ilə əldə edilməsindən heç bir məlumatı olmamış, Fəridin yanına gəldikdən sonra öz kartına pul köçürmə edə bilmədiyi üçün Şahid "xxxx" ASC-yə aid 5522-0993-6753-0789 kart hesabına və "xxxx" KB ASC-yə aid 4098-5844-6746-7310 saylı kart hesabına pul göndərmiş və həmin pulları yenidən öz kartına köçürmə etməyini Fəriddən xahiş etmiş, Fərid onunla razılaşmış, Fəridin onun həmin pulu haradan və kimdən əldə etməyini bilməmiş, həmin pulu hansı yolla əldə etməyi barədə Fəridə deməmiş, pulun özünə aid olmasını demiş, Fəridin onun xalası Rayaya məxsus məlumatları əldə etməklə sonuncunun kart hesabında olan pulları onun kart hesablarına köçürməyini bilməmiş və bununla bağlı aralarında əvvəlcədən və ya sonradan hər hansısa razılaşma olmamış, Rayaya məxsus olan "xxxx" ASC-nin “5167-5111-0794-3395” saylı kart hesabı pensiya kart hesabı olduğu üçün həmin kart hesabından vahid formada 164 manat pulun köçürülməsi mümkün olmamış, buna görə də o, həmin pulu hissə-hissə və müxtəlif kart hesablarına köçürərək yenidən özünə məxsus kart hesablarına köçürmüş, başqa heç yerdə anoloji oğurluq hadisəsi törətməmiş, ona məxsus olmuş “Samsung” markalı mobil telefon nasaz vəziyyətdə olduğu üçün 2024-cü ilin sentyabr ayının sonlarında həmin telefonu Bakı şəhəri ərazisində olan zibil qutularından birinə atmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxsin xalası olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxsin xalası olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağsu şəhəri C.Şərifov küçəsi ev 176-da tək yaşayır, hazırda heç bir yerdə işləmir, təqaüdçüdür, dövlət tərəfindən aylıq 220 manat məbləğində müavinət alır. Təqaüdünü özünə məxsus "xxxx" ASC-yə aid 5187-5111-0794-3395 nömrəli plastik bank kartı vasitəsi ilə həmin banka məxsus bankomat vasitəsilə nağdlaşdırararaq əldə edir və sözügedən plastik bank kartını yaşadığı evin yataq otağında döşəməyə sərdiyi xalçanın altında saxlayır. Həmçinin "xxxx" ASC-yə 1500 manat məbləğində kredit borcu olduğundan təqaüdü bank kartı hesabına yükləndikdən dərhal sonra aylıq olaraq 55 manat 30 qəpik məbləğində pul avtomatik olaraq bank kartı hesabından bank tərəfindən silinir, geriyə qalan 164 manat, 70 qəpik məbləğində pul ilə ay ərzində dolanışığını təmin edir. Təqsirləndirilən şəxs onun bacısı oğludur, Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Səbuhinin atası və anası dünyasını dəyişmişdir, həmçinin əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 2024-cü ilin fevral ayında Səbuhi azadlığa buraxılmışdır. Həmin ilin aprel ayından etibarən isə Ağsu rayonuna gələrək onunla birlikdə yaşamağa başlamışdır. 2024cü ilin avqust ayının əvvəllərində müalicə olunmaq üçün Bakı şəhərinə getmişdir. O, Bakı şəhərinə gedərkən bacısı oğlu Təqsirləndirilən şəxs onun yaşadığı evdə qalmışdır. Belə ki, o, Səbuhiyə evdə saxladığı toyuqlarına baxmağı, eləcə də evdən muğayat olmağı tapşırmışdır. 23 avqust 2024-cü il tarixdə o, Bakı şəhərindən çıxaraq yaşadığı evə gəlmişdir. O, evinə gələrkən Səbuhi də evdə olmuşdur. 25 avqust 2024-cü il tarixdə isə Səbuhi Bakı şəhərində işlərinin olduğunu deyərək evindən çıxıb getmişdir, həmin vaxt o, Səbuhiyə 72 manat məbləğində xərclik pulu da vermişdir. Səbuhi getdikdən sonra o, plastik bank kartını qoyduğu yeri yoxlamışdır, həmin vaxt bank kartı yerində imiş. 26 avqust 2024-cü il tarixdə o, təqaüdlərin köçürüldüyünü öyrənmişdir. Sabahısı gün, yəni 27 avqust 2024-cü il tarixdə o, plastik bank kartını götürərək Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx"na getmişdir. Bankın qarşısında olan bankomata bank kartını daxil edərək təqaüdünü nağdlaşdırmaq istədikdə o, balansında sadəcə olaraq 70 qəpik pul olmasını görmüşdür. Sonra banka daxil olaraq nə üçün hesabında pulunun olmamasını soruşduqda bankın əməkdaşları kartını yoxlayaraq 26 avqust 2024-cü il tarixdə hesabına 220 manat təqaüd pulunun köçürülməsini, həmin məbləğdən 55 manat 30 qəpik kredit borcunun çıxılmasını, sonra isə hissə-hissə olmaqla ümumilikdə 164 manat məbləğdə pulunun başqa şəxsin bank kartı hesabına köçürülməsini bildirmişlər. Bundan sonra isə o, bank kartından naməlum şəraitdə 164 manat pulunun oğurlanmasını müəyyən edərək DİN-nin 102 xidmətinə və Ağsu RPŞ-nə müraciət etmişdir. Aparılmış araşdırma ilə bank kartı hesabından 164 manat pulu oğurlayan şəxsin bacısı oğlu Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O, 26 avqust 2024-cü il tarixdə hesabına 220 manat təqaüd pulunun köçürülüş, həmin məbləğdən 55 manat 30 qəpik kredit borcuna çıxılmış, sonra isə hissə-hissə olmaqla ümumilikdə 164 manat məbləğdə pulun başqa şəxsin bank kartı hesabına köçürülmüşdür. Zərərçəkmiş şəxs daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur, onunla barışmışdır, şikayətçi deyil, ona dəymiş ziyan tam ödənilmişdir. Bu halların nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 105 mənzil 102də yerləşən mənzildə tək yaşayır. Təqsirləndirilən şəxs 2024-cü ilin may ayından tanıyır və münasibətləri yaxşıdır. 25 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs o, zəng edərək Bakı şəhərində olmağını, qalmağa yerinin olmamasını və müvəqqəti olaraq onun yaşadığı mənzildə qalması üçün icazə istəmişdir. O, Səbuhiyə müvəqqəti olaraq onun yaşadığı mənzildə qala biləcəyini demişdir. Bundan sonra Səbuhi onun Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 105 mənzil 102-də yaşamağa başlamışdır. 27 avqust 2024-cü il tarixdə saat 14 radələrində Səbuhi ona "xxxx" ASC-dən onun üçün pul göndəriləcəyini, lakin göndəriləcək pulun onun kart hesabına küçürülə bilmədiyini, onun özünün "xxxx" ASC-yə aid kart hesabının olmamasını, buna görə də ona məxsus "xxxx" ASC-yə aid və digər hər hansı banka aid kart hesabı varsa ilk öncə həmin kart hesabına, daha sonra isə öz kart hesabına göndərməyini demişdir. Bundan sonra o, Səbuhiyə "xxxx" ASC-yə məxsus kart hesabının və "xxxx" KB ASC-yə aid Leobank kartının olmasını və həmin kart hesablarına pul köçürə biləcəyini demişdir. Bundan sonra o, Səbuhiyə özünə məxsus "xxxx" ASC-yə aid 5522-0993-6753-0789 kart hesab nömrəsini və "xxxx" KB ASC-yə aid 4098-5844-6746-7310 saylı kart hesab nömrəsini demişdir. Bundan sonra Səbuhi ona məxsus "xxxx" KB ASC-yə aid 4098-5844-6746-7310 saylı kart hesabına 21 manat, 51 manat, 21 manat, 6 manat, 4 manat və 2 manat olmaqla ümumilikdə 105 manat pul köçürmüşdür. Daha sonra Səbuhi "xxxx" ASC-nin 5522-0993-6475-0380 saylı kart hesabına köçürmüş olduğu 59 manat puldan 53 manat 50 qəpik pulu ona məxsus "xxxx" ASC-yə aid 5522-0993-6753-0789 saylı kart hesabına köçürmüş və daha sonra həmin 53 manat 50 qəpik pulu özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388-0742-9950 saylı kart hesabına köçürmüşdür. Daha sonra o, Səbuhinin ona göndərdiyi bütün pulları onun digər plastik kart hesablarına göndərmişdir. Yəni Səbuhi ümumilikdə köçürmə etdiyi 164 manat pulu faktiki olaraq özü üçün xərcləmişdir. Tanışı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə xalası Rayaya məxsus 5167-5111-0794-3395 saylı plastik kartdan 21 manat, 51 manat, 21 manat, 6 manat, 4 manat və 2 manat pulu ona məxsus "xxxx" KB ASC-yə aid 4098-5844-6746-7310 saylı plastik karta, 59 (əlli doqquz) manat pulu Rayaya məxsus digər – 5522-0993-6475-0380 saylı plastik karta, sonuncu kartdan 53,50 (əlli üç manat əlli qəpik) manat pulu ona məxsus 5522-0993-6753-0789 saylı plastik karta, ona məxsus plastik kartdan isə 53 manat 50 qəpik pulu isə özünə məxsus "xxxx" ASC-yə aid 4169- 7388-0742-9950 saylı plastik karta onlayn yolla köçürmüş, Səbuhinin həmin pulu haradan və kimdən əldə etməsini bilməmiş, Səbuhi həmin pulu hansı yolla əldə etməsini ona deməmiş, sadəcə olaraq pulun özünə aid olmasını demiş, Səbuhinin xalası Rayaya məxsus məlumatları əldə etməklə sonuncunun kart hesabında olan pulları onun kart hesablarına köçürməsini bilməmiş və bununla bağlı Səbuhi ilə aralarında əvvəlcədən və ya sonradan hər hansısa razılaşma olmamış, Səbuhinin həmin pul vəsaitini cinayət yolu ilə əldə etməsini bilsəydi həmin pul vəsaitini kart hesablarına köçürməsinə razı olmayacaqmış, Səbuhinin nə üçün ümumilikdə 164 manat pulu yalnız bir kart hesabına və vahid formada göndərmək əvəzinə pulları yuxarıda qeyd edilmiş ayrı-ayrı kart hesablarına və hissə-hissə göndərməsini bilməmiş, həmin vaxt bu onda heç bir şübhə yaratmadığı üçün bunun səbəbini Səbuhidən soruşmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - 29 avqust 2024-cü il tarixli raportdan görünür ki, 29 avqust 2024-cü il tarixdə saat 11:14-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzindən operator məlumat vermişdir ki, Ağsu şəhəri, C.Şərifov küçəsində yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək özünə məxsus “ABB”-yə aid **********943395 saylı pensiya kartından naməlum şəkildə 164 manat pul çıxarılmasını aşkar etməsi, pulun M.Fərid (***-***-**-**) adlı şəxs tərəfindən çıxarılmasını aşkar etməsi, vətəndaş Fəridlə əlaqə saxladıqda Fəridin ona kartını verdiklərini deməsi və pulu çıxarmasını deməsi barədə məlumat vermişdir. - Zərərçəkmiş şəxs 29 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, 27 avqust 2024-cü il tarixdə ona məxsus "xxxx" kart hesabından ümumilikdə 164 manat pul naməlum şəraitdə oğurlanmışdır. Xahiş edir ki, kart hesabından oğurluq etmiş naməlum şəxs tapılaraq cinayət məsuliyyətinə cəlb edilsin. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır və CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 6-2-41/2-45742/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 5167-5111-0794-3395 saylı plastik kartdan 21(iyirmi bir) manat, 51(əlli bir) manat, 21(iyirmi bir) manat, 6(altı) manat, 4(dörd) manat və 2(iki) manat "xxxx" KB ASC-yə aid 4098-5844-6746-7310 saylı plastik karta, 59(əlli doqquz) manat Zərərçəkmiş şəxs məxsus digər – 5522-0993-6475-0380 saylı plastik karta, sonuncu kartdan 53.50(əlli üç manat əlli qəpik) manat ABB müştərisi, xx.xx.1983-cü il təvəllüdlü, ********** saylı mobil nömrənin istifadəçisi, Cəbrayıl rayonu doğumlu, M.Ə.Rəsulzadə küçəsi ev 112 qeydiyyatlı Şahid məxsus 5522-0993-6753-0789 saylı plastik karta, Şahid məxsus plastik kartdan isə 53.50(əlli üç manat əlli qəpik) manat "xxxx" ASC-yə aid 4169-7388-0742-9950 saylı plastik karta köçürülərək məxaric edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Bakı Baş Səhiyyə Mərkəzi” X2 19 noyabr 2024-cü il tarixli, 0030 nömrəli məktubdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner B/y 1472k ünvanında yaşayan Təqsirləndirilən şəxs baza məlumatına əsasən müəssisənin psixiatriya kabinetində dispanser qeydiyyatda deyil. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə CM-nin 177.2.3- 1-ci maddəsi ilə elan edilmiş ittiham iş üzrə müəyyən edilmiş halları tam əhatə etmədiyi üçün Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən dəqiqləşdirilmiş ittiham elan olunması, istintaq zamanı Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan olunmamasının nəzərə alınması, Şahid və Təqsirləndirilən şəxs əməllərində CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Şahid və Təqsirləndirilən şəxs barələrində cinayət işinin başlanması rədd edilməsi, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid ifadələri, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 6-2-41/2-45742/2024 saylı məktub, sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi CPM-in 143-146cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Xüsusi hissəsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Şübhəli şəxsin tutulması haqqında 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 21 sentyabr 2024-cü il tarixdə saat 18:30-da tutulmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CMnin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay vaxtında əvvəl şərti azad edilmişdir. - Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30-da Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində saxlanılaraq Ağsu RPİ-nə gətirilib aidiyəti üzrə MSY-nə təhvil verilmişdir. - Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nın 177.2.3-1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 22 noyabr 2024-cü il tarixli, 833 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Kondisioner b/y küçəsi 1472K saylı evdə qeydiyyatdadır və yaşayır. - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 22 noyabr 2024-cü il tarixli Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 21 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, 27 avqust 2024-cü il tarixdə ona məxsus "xxxx" ASC-yə aid **********943395 nömrəli plastik bank kartı hesabından bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən 164 manat məbləğində pulunun oğurlanması nəticəsində ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CMnin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını ona CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in: 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, CPM-in 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum məhrum etmə cəzasına məhkum olunduğundan və onun məhkumluğu ödənilmədiyindən ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal “həbs” edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Pentensiar Müəssisəsi müəyyən edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak, ekspertiza xərci, eləcə də xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-14/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-14/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver