Məhkəmə qərarları › İş №1(016)-15/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-15/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-15/2023 23.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1, X5, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2, Zərərçəkmiş şəxsin nümayəndəsi X4 iştirakları ilə, 22 avqust 1977-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu rayon Mənzil İstismar Sahəsində fəhlə işləyən, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1981-ci il tarixdə Ağsu rayonu Kəlağaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu rayon Mənzil İstismar Sahəsində fəhlə işləyən, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Ağsu rayonu Kəlağaylı kəndində qeydiyyatda olmaqla rayonun Pirhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, 14 iyul 2020-ci il tarixli, 17 nömrəli əmrlə Ağsu rayon Mənzil İstismar sahəsində fəhlə kimi işləyərkən, 14 iyul 2022-ci il tarixdən onunla eyni vəzifədə çalışan Təqsirləndirilən şəxs1 ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi işə götürülməklə Ağsu rayon Mənzil İstismar sahəsinə təhkim olunmuş tanışları X7 və X3 əvəzsiz qazanc əldə etmələri vahid niyyəti ilə onlara kömək etmək məqsədilə razılığa gələrək, 29 oktyabr 2020-ci il tarixli, 23 nömrəli əmrlə "xxxx" MMC tərəfindən Mənzil İstismar sahəsinə ictimai işlərin yerinə yetirilməsinə təhkim edilmiş işçilərin işə davamiyyətinə nəzarət etmək kimi səlahiyyətləri olmasından istifadə edərək, Fikrət Səidlinin 2021-ci ilin aprel ayında 176 iş saatı ərzində işə gəlməməsinə şərait yaratmaqla 236,25 manat, 2022-ci ilin yanvar-iyun aylarında 904 iş saatı ərzində işə gəlməməsinə şərait yaratmaqla 1684,32 manat, Vüqar Babakişiyevin 2021-ci il mart ayında 32 iş saatı ərzində işə gəlməməsinə şərait yaratmaqla 47,24 manat, ümumilikdə 2 nəfər yuxarıda adları qeyd olunan fəhlələrin “Kapital bank”ın Ağsu rayon filialında olan hesablarına "xxxx" MMC-yə məxsus olmaqla onlara etibar edilmiş cəmi 1967,81 (min doqquz yüz altmış yeddi manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin köçürülüb, cinayətdən xəbərsiz olan həmin şəxslər tərəfindən qeyd olunan hesablardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeylərindən istifadə edərək həmin məbləğdə onlara etibar edilmiş pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamışlar. Bununla da, Təqsirləndirilən şəxs2 CM-nin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, 14 iyul 2020-ci il tarixli, 18 nömrəli əmrlə Ağsu rayon Mənzil İstismar sahəsində fəhlə kimi işləyərkən, 14 iyul 2022-ci il tarixdən onunla eyni vəzifədə çalışan Təqsirləndirilən şəxs2 ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi işə götürülməklə Ağsu rayon Mənzil İstismar sahəsinə təhkim olunmuş tanışları X7 və X3 əvəzsiz qazanc əldə etmələri vahid niyyəti ilə onlara kömək etmək məqsədilə razılığa gələrək, 29 oktyabr 2020-ci il tarixli, 23 nömrəli əmrlə "xxxx" MMC tərəfindən Mənzil İstismar sahəsinə ictimai işlərin yerinə yetirilməsinə təhkim edilmiş işçilərin işə davamiyyətinə nəzarət etmək kimi səlahiyyətləri olmasından istifadə edərək, Fikrət Səidlinin 2021-ci ilin aprel ayında 176 iş saatı ərzində işə gəlməməsinə şərait yaratmaqla 236,25 manat, 2022-ci ilin yanvar-iyun aylarında 904 iş saatı ərzində işə gəlməməsinə şərait yaratmaqla 1684,32 manat, Vüqar Babakişiyevin 2021-ci il mart ayında 32 iş saatı ərzində işə gəlməməsinə şərait yaratmaqla 47,24 manat, ümumilikdə 2 nəfər yuxarıda adları qeyd olunan fəhlələrin “Kapital bank”ın Ağsu rayon filialında olan hesablarına "xxxx" MMC-yə məxsus olmaqla onlara etibar edilmiş cəmi 1967,81 (min doqquz yüz altmış yeddi manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin köçürülüb, cinayətdən xəbərsiz olan həmin şəxslər tərəfindən qeyd olunan hesablardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeylərindən istifadə edərək həmin məbləğdə onlara etibar edilmiş pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə talamışlar. Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 CM-nin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmişə dəyən ziyanı ödədiyini və eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 CM-nin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmişə dəyən ziyanı ödədiyini və eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 təqsirləndirilən şəxsin özünü CM-nin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxsin özünü CM-nin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi X8 cinayət işi üzrə zərər çəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək sonuncuların ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş edildiyindən onlar cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, o, özünü CM-nin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilir, etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı, eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. - Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, o, özünü CM-nin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilir, etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı, eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. - Zərərçəkmiş şəxsin nümayəndəsi X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslər barəsində şikayət və tələbləri yoxdur, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2023-cü il tarixli, 30860 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən X2 246 manat pul ödənilmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2023-cü il tarixli, 5998 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən X2 246 manat pul ödənilmişdir. - Ağsu şəhər Mənzil İstismar Sahəsindən daxil olmuş 11 avqust 2022-ci il tarixli, 72 nömrəli məktubun əlavəsi olan 29 oktyabr 2020-ci il tarixli, 23 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin təyinatı ilə Ağsu rayon Mənzil İstismar Sahəsinə təhkim olunmuş işçilərin davamiyyətinə nəzarət 01 noyabr 2020-ci il ildən etibarən fəhlə Təqsirləndirilən şəxs2 və fəhlə Təqsirləndirilən şəxs1, işçilərin bölgüsünə və sahələrdə işin yerinə yetirilməsinə nəzarət isə baş mühəndis X6 həvalə olunmuşdur. - Ağsu şəhər Mənzil İstismar Sahəsindən daxil olmuş 19 dekabr 2022-ci il tarixli, 108 nömrəli məktubun əlavəsi olan 14 iyul 2020-ci il tarixli, 17 və 18 nömrəli əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mənzil İstismar Sahəsinə fəhlə kimi işə götürülmüşlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər edilməmişdir. - “Ağsu rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2022-ci il tarixli, PHŞ/6 25-2-2022-268 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ruhi-əsəb və narkoloji xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmişlər və dispanser qeydiyyata götürülməmişlər. - 27 dekabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Baş X1 Agentliyindəki bank hesabına 984 (doqquz yüz səksən dörd manat) manat pul vəsaiti köçürərək iş üzrə dəymiş ziyanı tamamilə ödəmişdir. - 27 dekabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Baş X1 Agentliyindəki bank hesabına 984 (doqquz yüz səksən dörd manat) manat pul vəsaiti köçürərək iş üzrə dəymiş ziyanı tamamilə ödəmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmələrini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidirlər. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabları üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, ekspert xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (iki yüz on) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 179.2.1 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (iki yüz on) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar