Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-15/2024 08.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X11 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Ağsu rayonu, Elabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Elabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamış, təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 19 avqust 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Ağsu şəhəri Vidadi küçəsində yerləşən çörək sexinə daxil olub, sexdən bir ədəd Rusiya Federasiyasının istehsalı olan “Kalibr” markalı 115 manat məbləğində üzərinə hidrofor bağlanmış su mühərrikini, eləcə də 20 avqust 2023-cü il tarixdə həmin sexdən bir ədəd Rusiya Federasiyasının istehsalı olan “Ural-Zid” markalı 35 manat məbləğində dreli vahid niyyətlə əhatə olunan qəsdlə oğurlayıb Zərərçəkmiş şəxs 150 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 avqust 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 157-ci kilometrliyinin Ağsu rayonu ərazisindən keçən hissəsində “Az Granata” zavodu ilə üzbəüz yerləşən məzar daşlarının istehsalı və satışı sexinə daxil olub, sexdən bir ədəd Rusiya Federasiyasının istehsalı olan, “Ural-Zid” markalı 140 manat məbləğində perforatoru oğurlayıb Zərərçəkmiş şəxs 140 manat məbləğində, ümumilikdə isə Zərərçəkmiş şəxs 290 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağsu rayon Elabad kəndində ailə üzvləri birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs Ağsu şəhəri ərazisində 2 ədəd işlətdiyi sex vardır. Həmin sexlərdən biri Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyinin Ağsu rayonu ərazisindən keçən hissəsində “Az Granata” zavodu ilə üzbəüz yerləşən məzar daşlarının istehsalı və satışı sexidir. Digəri isə Ağsu şəhəri Vidadi küçəsində yerləşən çörək sexidir. Zərərçəkmiş şəxs həmin sexlərdə iş görülən zaman onu çağırır, o da Zərərçəkmiş şəxs ona tapşırdığı işləri görür və gördüyü işin müqabilində haqqını alır. Bundan əlavə o, 2023-cü ilin may-iyun aylarında Zərərçəkmiş şəxs məxsus məzar daşlarının istehsalı və satışı sexində usta kimi işləmişdir. Zərərçəkmiş şəxs arabir Bakı şəhərinə gedərkən sexlərin qapılarının açarını ona verib, sexlərdə müəyyən işləri görməyi tapşırırmış. O da Orxanın ona tapşırdığı işləri görürmüş. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhərinə gedən zaman sexlərin açarlarını ona verib çörək sexində bəzi avadanlıqları söküb məzar daşlarının istehsalı və satışı sexinə gətirməyi bildirmişdir. O da Zərərçəkmiş şəxs aylıq maaşını verməsini bildirmişdir. Ancaq Zərərçəkmiş şəxs ona maaş verməyərək çıxıb getmişdir. Bundan sonra o, aylıq maaşını ala bilmədiyi üçün Zərərçəkmiş şəxs məxsus çörək sexindən oğurluq etmək istəmişdir. 19 avqust 2023-cü il tarixdə saat təxminən 15 radələrində o, Zərərçəkmiş şəxs məxsus çörək sexində iş görən zaman sexdə olan su mühərrikini oğurlamaq qərarına gəlmişdir. Su mühərrikinin borularını dəmirkəsən mişarla kəsib üzərinə gidropor bağlanmış su mühərrikini sexdən çölə çıxarmışdır. O, sexdən oğurladığı bir ədəd üzərinə gidropor bağlanmış su mühərrikini sataraq pul əldə etmək üçün rayon ərazisində su mühərriki almaq istəyən şəxslərlə maraqlanmışdır. Ağsu şəhəri Mərkəzi Bazar ərazisində əvvəllər tanımadığı Şahid1 ona yaxınlaşaraq əlində olan satdığı su mühərrikini 60 (altmış) manat nağd pul müqabilində almaq istədiyini bildirmiş, o da Eminlə razılaşaraq sexdən oğurladığı bir ədəd su mühərrikini 60 (altmış) manat nağd pul müqabilində Ağsu rayonu Navahı kəndində yaşayan Şahid1 satmışdır. Bundan sonra yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində o, yenidən çörək sexinə getmişdir. Çünki o, su mühərrikini çörək sexindən oğurlayan zaman çörək sexində olan dreli də oğurlayacağımı fikirləşmişdir. Həmin dreli çörək sexinə təxminən hadisədən 3-4 gün qabaq digər sexdən, yəni məzar daşlarının hazırlanması və satışı sexindən aparıb qoymuşdur. Çörək sexində olan dreli oğurlayıb götürdükdən sonra sexdən çölə çıxıb dreli satmaq üçün Vidadi küçəsi ilə hərəkət etməyə başlamışdır. Ağsu şəhəri Vidadi küçəsində yerləşən Elşad adlı şəxsin işlətdiyi mağazaya daxil olaraq Elşad adlı şəxsə bir ədəd drel olduğunu və dreli satmaq istədiyini bildirmişdir. Elşad da ona drel lazım olduğunu və dreli almaq istədiyini bildirmişdir. Sonra o, oğurladığı bir ədəd dreli 9 (doqquz) manat nağd pul müqabilində Ağsu şəhər sakini Elşad adlı şəxsə satmışdır. Bundan sonra yaşadığı evə getmişdir. Həmin gün saat təxminən 19 radələrində o, Zərərçəkmiş şəxs məxsus Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 157-ci kilometrliyinin Ağsu rayonu ərazisindən keçən hissəsində “Az Granata” zavodu ilə üzbəüz yerləşən məzar daşlarının istehsalı və satışı sexinə getmişdir. Sexin qapısını açıb içəri girdikdən sonra sexin içərisində olan perforatoru oğurlamaq qərarına gəlmişdir. Sonra bir ədəd perforatoru oğurlayıb sexdən çölə çıxarmışdır. Oğurladığı perfotaroru isə Ağsu şəhər sakini qapı-pəncərə ustası işləyən Cahangir adlı şəxsə 50 (əlli) manat nağd pul müqabilində satmışdır. Onun işlədiyi sexlərdən oğurluq etməyinin səbəbi işlədiyi işin müqabilində maaşını ala bilməməyi olmuşdur. Daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus çörək sexinin, həmçinin məzar daşlarının istehsalı və satışı sexinin açarları onda olduğu üçün o, açarlar vasitəsilə qapıları açıb sexlərə daxil olmuşdur. Zərərçəkmiş şəxs məxsus olan işlədiyi çörək sexindən bir ədəd üzərinə gidropor bağlanmış su mühərrikini 19 avqust 2023-cü il tarixdə saat 15 radələrində, bir ədəd dreli isə 20 avqust 2023-cü il tarixdə saat 15 radələrində oğurlamışdır. Bundan başqa Zərərçəkmiş şəxs məxsus olan işlədiyi məzar daşlarının istehsalı və satışı sexindən bir ədəd perforatoru 20 avqust 2023-cü il tarixdə saat 19 radələrində oğurlamışdır. Bir ədəd su mühərrikini, bir ədəd dreli və bir ədəd perforatoru oğurlayan zaman onu heç kəs görməmişdir. Başqa yerdən oğurluq etməmişdir. Bir ədəd su mühərrikini, bir ədəd dreli və bir ədəd perforatoru oğurlamaqda məqsədi həmin avadanlıqları satıb pul əldə etmək və ailəsini dolandırmaq olmuşdur. O, 2023-cü ilin mayiyun aylarında, yəni 2 ay Zərərçəkmiş şəxs məxsus məzar daşlarının istehsalı və satışı sexində usta kimi işləmişdir. Digər sexdə isə konkret olaraq ona tapşırdığı işləri görmüşdür. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq, onlardan birinin isə azyaşlı uşaq olmasını, zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq, onlardan birinin isə azyaşlı uşaq olmasını, zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağsu rayon Elabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun Ağsu şəhəri ərazisində 2 ədəd sexi vardır. Həmin sexlərdən biri Bakı- Şamaxı-Yevlax avtomobil yolunun 157-ci km-də Az Granata zavodu ilə üzbəüz məzar daşlarının istehsalı və satışı sexidir. Digəri isə Ağsu şəhəri Vidadi küçəsində yerləşən çörək sexidir. Həmin sexləri işlədərək dolanışığını çıxarır. Valideynləri Bakı şəhərində yaşadıqları üçün arabir onların yanına gedib 2-3 gün qalıb təkrar Elabad kəndində olan evinə qayıdıb gəlir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur. O, sexlərdə iş olarkən Təqsirləndirilən şəxs çağırıb müəyyən işləri görməyi tapşırır və bunun müqabilində Qurbana əməkhaqqı verir. Hətta 2023-cü ilin may-iyun aylarında Təqsirləndirilən şəxs ona məxsus sexlərdə işləmişdir. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərinə gedərkən Təqsirləndirilən şəxs çağırıb sexlərin açarlarını vermişdir ki, çörək sexində olan avadanlıqları söküb məzar daşlarının istehsalı və satışı sexinə gətirsin. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində o, Bakı şəhərindən qayıdıb Elabad kəndində olan yaşadığı evə gəlmişdir. Sonra gedib Təqsirləndirilən şəxs sexin açarlarını alıb çörək sexinə getmişdir. Həmin vaxt paltar dəyişmə və geyinmə otağına baxan zaman su mühərrikinin yerində olmadığını görmüşdür. O, çörək sexini bağlayıb, yenidən Təqsirləndirilən şəxs evinə getmiş və su mühərrikinin yerində olmadığını demişdir. Qurban ona su mühərrikinə ehtiyacı olduğu üçün götürüb xəbərsiz gətirdiyini bildirmişdir. O, isə axşam olduğu üçün həmin vaxt Qurbana heç bir söz deməmişdir. Sonra isə sexlərin açarlarını Qurbana verib xx.xx.2023-cü ildə gedib qalan işlərini görməsini bildirmişdir. Qurban xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində gələcəyini və işlərini də görəcəyini demişdir. O da Qurbanla razılaşaraq çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində Ağsu şəhər Vidadi küçəsində olan çörək sexinə getmişdir. Təqsirləndirilən şəxs həmin vaxtdan gözləsə də Qurban gəlməmiş, buna görə də o, Qurbanın yaşadığı evinə gedib çörək sexindən oğurladığı su mühərrikini geri qaytarmasını tələb etmişdir. Qurban açarları ona qaytarsa da, su mühərrikini verməmişdir. O, açarları Qurbandan aldıqdan sonra məzar daşlarının istehsalı və satışı sexinə getmişdir. Həmin vaxt sexdə qəbir daşları üçün istifadə etdiyi bir ədəd perforatorun və bir ədəd drelin olmadığını görmüşdür. O, əvvəlcə perforatorun və drelin kim tərəfindən götürüldüyünü maraqlanmağa başlamışdır. Daha sonra sexdə olan video kameraya baxan zaman perforatorun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dreli əvvəlcə iş görmək məqsədilə məzar daşlarının istehsalı və satışı sexindən çörək sexinə aparmış, iş görüb qurtardıqdan sonra çörək sexindən oğurlamışdır. Buna görə o, xx.xx.2023-cü il tarixdə Ağsu RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. O, həm çörək sexinin, həmçinin məzar daşlarının istehsalı və satışı sexinin açarlarını Təqsirləndirilən şəxs çörək sexində olan avadanlıqları söküb məzar daşlarının istehsalı və satışı sexinə gətirməsi üçün vermişdir. Təqsirləndirilən şəxs sexlərə həmin açarlardan istifadə edib giriş qapılarını açaraq daxil olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus çörək sexindən bir ədəd 120 manat dəyərində su mühərrikini və bir ədəd 68 manat dəyərində dreli oğurlamışdır. Təqsirləndirilən şəxs ona məxsus məzar daşlarının istehsalı və satışı sexindən bir ədəd 550 manat dəyərində perforatoru oğurlamışdır. Əlavə olaraq bildirmişdir ki, ona məxsus çörək sexindən oğurlanmış su mühərriki və drelin, bundan başqa məzar daşlarının istehsalı və satışı sexindən oğurlanmış perforatorun qiyməti ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olumuş və ekspertizanın xx.xx.2023-cü il tarixli 9/8305 saylı rəyində həmin əşyaların qiyməti göstərilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur. O, ekspertizanın rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. O, oğurlanmış əşyaların qiymətini təxmini olaraq fikirləşib dediyi üçün ekspertizanın rəyindən olan qiymətlərdən çox göstərmişdir. O, ekspertizanın rəyi ilə razıdır, şikayəti və yaxud vəsatəti yoxdur. Zərərçəkmiş şəxs daha sonra ifadəsində qeyd etmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu rayon Navahı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 19 avqust 2023-cü il tarixdə saat təxminən 18 radələrində o, Ağsu şəhəri Mərkəzi Bazar deyilən yerdə olan vaxt Təqsirləndirilən şəxs əlində bir ədəd su mühərriki ilə ona yaxınlaşaraq bir ədəd su mühərriki olduğunu və pula ehtiyacı olduğu üçün həmin su mühərrikini satmaq istədiyini bildirmişdir. O da Qurbandan üzərinə gidropor bağlanmış su mühərrikini nə üçün satmaq istədiyini soruşmuşdur. Qurban da su mühərrikini yeni aldığını, lakin uşağı xəstə olduğu üçün pula ehtiyacının olması ilə əlaqədar satmaq istədiyini bildirmişdir. O da üzərinə gidropor bağlanmış su mühərrikini neçəyə satacağını soruşmuşdur. Qurban da su mühərrikini 80 manata aldığını və 60 manata satacağını bildirmişdir. O da Qurbanla razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərinə gidropor bağlanmış su mühərrikini alıb Təqsirləndirilən şəxs 60 manat pul vermişdir. Təqsirləndirilən şəxs çıxıb getmişdir. 23 avqust 2023-cü il tarixdə Ağsu RPŞ-nin əməkdaşları ona zəng edərək su mühərrikinin oğurluq olmasını və su mühərrikini gətirib Ağsu RPŞ-nə təhvil verməyini bildirmişlər. O da su mühərrikini gətirib Ağsu RPŞ-nə təhvil vermişdir. O, su mühərrikinin oğurluq olmasını bilməmiş və yaxud Təqsirləndirilən şəxs da ona bu barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun Ağsu şəhəri Vidadi küçəsində “Elşad Market” adlı ərzaq mağazası vardır. O, həmin mağazanı işlədir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində mağazada olan vaxt Təqsirləndirilən şəxs mağazaya gələrək, bir ədəd direl olduğunu və həmin dreli münasib qiymətə satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin dreli haradan əldə etdiyini soruşduqda, Qurban ustalıqla məşğul olduğu üçün drelin ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün həmin dreli satdığını bildirmişdir. O da Qurbandan bir ədəd dreli ala biləcəyini demişdir. Bundan sonra o, Qurbandan dreli neçəyə satdığını soruşmuş, Qurban da onun münasib bir qiymət deməyini bildirmişdir. O da 9 manat pul verib bir ədəd dreli Qurbandan almışdır. Bundan 2-3 gün sonra, polis əməkdaşları onun mağazasına gələrək həmin drelin oğurluq olmasını və dreli aparıb Ağsu RPŞ-yə təhvil verməyini istəmişlər. O da həmin dreli aparıb polis əməkdaşlarına təhvil vermişdir. O, drelin oğurluq olmasını bilməmiş və yaxud Təqsirləndirilən şəxs da ona bu barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu şəhəri B.Mikayılov küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Halhazırda fərdi əməklə, yəni dəmir qapı düzəldilməsi ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində əvvəllər tanımadığı Qurban adlı şəxs onun yanına gələrək, yaxşı perforator və direl olduğunu və həmin ləvazimatları münasib qiymətə satdığını bildirmişdir. O da Qurbandan bu ləvazimatları haradan əldə etdiyini soruşduqda, Qurban uşağının xəstə olduğunu, Bakı şəhərində işlədiyi yerdən çıxdıqdan sonra bu ləvazimatları sataraq övladını müalicə etdirəcəyini demişdir. O da insanlıq xatirinə Qurbandan bir ədəd perforatoru ala biləcəyini demişdir. Bundan sonra o, üstündə 50 (əlli) manat nağd pul olduğunu həmin şəxsə bildirərək bir ədəd perforatoru, yəni beton dağıdan aləti 50(əlli) manat nağd pul müqabilində Qurban adlı şəxsdən almışdır. Bundan 2 (iki) gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Qurban adlı şəxsin qardaşı onun yanına gələrək Qurbanın ona satdığı bir ədəd perforatorun oğurluq olduğunu demişdir. O isə Qurbandan 50 (əlli) manat nağd pul müqabilində bir ədəd perforator aldığını onun 50 (əlli) manatını geri verdikdən sonra Qurbandan aldığı bir ədəd perforatoru geri qaytaracağını bildirmişdir. Daha sonra Qurban adlı şəxsin qardaşı 50 (əlli) manat nağd pulunu geri qaytardığı üçün o da bir ədəd perforatoru sonradan polis əməkdaşlarına təhvil vermişdir. O, perforatorun oğurluq olmasını bilməmiş və yaxud Təqsirləndirilən şəxs da ona bu barədə heç bir söz deməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Baxış keçirilməsi haqqında 24 avqust 2023-cü il tarixli protokollardan və fotocədşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Ağsu şəhəri Vidadi küçəsində yerləşən çörək sexinə, eləcə də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyinin Ağsu rayonu ərazisindən keçən hissəsində “Az Granata” zavodu ilə üzbəüz yerləşən məzar daşlarının istehsalı və satışı sexinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs çörək sexindən bir ədəd üzərinə gidropor bağlanmış su mühərrikini və bir ədəd dreli, məzar daşlarının istehsalı və satışı sexindən isə bir ədəd perforatoru oğlurladığını bildirmiş, hadisə yerini əyani olaraq göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Könüllü təqdim edilmiş maddi sübutların götürülməsi barədə 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə satdığı 1 ədəd Ural-zil markalı perforator Şahid3 təhvil alınmışdır. Fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. - Könüllü təqdim edilmiş maddi sübutların götürülməsi barədə 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə satdığı 1 ədəd Ural-zil markalı drel Şahid2 təhvil alınmışdır. Fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. - Könüllü təqdim edilmiş maddi sübutların götürülməsi barədə 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə satdığı 1 ədəd Ural-zil markalı su mühərriki Şahid1 təhvil alınmışdır. Fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - CD diskin təqdim edilməsi və götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 20 avqust 1999-ci ildə Ağsu rayon Elabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Ağsu rayon Elabad kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs iştirakı ilə Zərərçəkmiş şəxs Ağsu RPŞ-nin İstintaq Qrupuna təqdim etdiyi CD-diski sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. - Diskə baxış keçirilməsi barədə 15 oktyabr 2023-cü il tarixli ptorokoldan görünür ki, 20 avqust 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyinin Ağsu rayonu ərazisindən keçən hissəsində “Az Granata” zavodu ilə üzbəüz yerləşən məzar daşlarının istehsalı və satışı sexinə daxil olaraq sexdə olan perforatoru poletilen kisənin içərisinə qoyaraq oğurlayıb sexdən aparır. - Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 25 oktyabr 2023cü il tarxli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı bir daha təsdiq etmişdir. Foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X9 03 noyabr 2023-cü il tarixli, 18-1-25/2-811/2023 nömrəli məktubdan görünür ki, xx xxxxxxx 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsab və narkomaniyaya görə Ağsu “RMX” PHŞ-nə müraciət etməmiş və diapanser qeydiyyata dayanmamışdır. Qeyd: DZ: xironiki alkozim, alkoqoldan asılı vəziyyət diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2023-cü il tarixli 9/8305 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi təxminən 290 manat müəyyən olunmuş, o cümlədən bir ədəd “Kalibr” markalı, üzərində NBÜ-60/0.37 Vt 370 yazılar olan üzərinə sarı-qara rəngli hidrofor bağlanmış, göy rəngli su mühərriki - 115 manat; bir ədəd “Ural-zid” markalı, üzərində udu-1000 VT.3000 ob/min yazılar olan qara narıncı rəngli drel– 35 manat; bir ədəd, “Ural-zid” markalı üzərində up/2600GK yazılar olan qara-narıncı-gümüşü-metal rəngli perforator – 140 manat. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 07 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 19-20 avqust 2023-cü il taraixlərində ona məxsus çörək sexi və məzar daşlarının istehsalı və satışı sexindən bir ədəd su mühərrikini, bir ədəd direli və bir ədəd perforatoru oğurlamışdır. Hal-hazırda ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir və onun heç bir şikayət və tələbi yoxdur. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixli qərarla CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik etməklə, ona həmin məcəllənin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs ona əməkhaqqı vermədiyi üçün Zərərçəkmiş şəxs məxsus sexlərdən oğurluq etməsi kimi xüsusatlar özünü müdafiə xarakterli olduğundan və toplanmış sübutlarla təsdiq edilmədiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə rədd edilmiş, əməlində cinayət tərkibi olmadığından Şahid1 barəsində cinayət təqibi başlanması rədd edilmiş, əməlində cinayət tərkibi olmadığından Şahid2 barəsində cinayət təqibi başlanması rədd edilmiş, əməlində cinayət tərkibi olmadığından Şahid3 barəsində cinayət təqibi başlanması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs vurulmuş ziyanın məbləği 290 (iki yüz doxsan) manat məbləğində qəbul edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8305 saylı rəyi, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, həmçinin cinayət işi materiallarına əlavə edilmiş bir ədəd CD disk və digər sənədlər sübut növü kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı bir ədəd su mühərriki, bir ədəd drel və bir ədəd perforator iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. - Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmununa dəyişiklik edilməklə ona yenidən ittiham elan edilməsi haqqında 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarda həmçinin göstərilirki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CMnin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrdə və ifadənin yerində yoxlanması barədə protokollardan görünür ki, təqsirləndirilən şəxs ittiham aktında qeyd edilən bütün əmlakları necə götürməsini, aparmasını və kimlərə satmasını könüllü etiraf etmişdir. Eyni zamanda ibtidai istintaq zamanı qeyd olunanlar şahid ifadələri ilə də ittiham aktında qeyd edilən bütün əmlakların Təqsirləndirilən şəxs tərəfindən götürülüb satılması görünür. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Xüsusi hissəsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Şübhəli şəxsin tutulması haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 24 avqust 2023-cü il tarixdə saat 21:00-da tutulmuşdur. - Cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş şəxsin saxlanıldığı MSY-dən azad edilməsi barədə 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. - Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 26 avqust 2023-cü il tarixli qərarda görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1980-ci ildə Ağsu rayon Elabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ağsu rayon Elabad kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilərək 3500 manat miqdarında cərimə edilmiş, xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 440 saat ictimai işlər cəzası ilə əvəz olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib bitirdiyindən qeydiyyatdan çıxarılmışdır. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağsu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilərək 3500 manat miqdarında cərimə edilmiş, xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 440 saat ictimai işlər cəzası ilə əvəz olunmuş və xx.xx.2019cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Beləliklə onun məhkumluğu xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi o, əvvəllər qəsdən cinayət törətsə də azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş, həmçinin məhkumluğu ödənilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nın 177.2.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Xanbulaq Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 06 noyabr 2023-cü il tarixli, 5-34-32/2-3-224/2023 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Elabad kəndində yaşayır və ailə tərkibi Anası - xx.xx.1954-cü il təvəllüdlü X3, arvadı – xx.xx.1986-cı il təvəllüdlü X6, oğlu – xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Xanbulaq Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Azadov X1 fərdi əməklə məşğul olmuş, ailə və məişətdə özünü nizam-intizamlı aparmış, kənddə yaşadığı dövrdə kənd ağsaqqallarının hörmətini qazanmış, dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak etmiş, hökumətin apardığı uğurlu siyasəti dəstəkləmiş, Hal-hazırda Elabad kəndində yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini könüllü etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını ona CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli tutma protokolundan, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsi müvəqqəti saxlama yerindən azad etmə haqqında 26 avqust 2023-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs, 24 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 avqust 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; bir ədəd su mühərrikinin, bir ədəd drelin və bir ədəd perforatorun maddi sübut qismində tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 12 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 avqust 2023-cü il tarixdən 26 avqust 2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd - “Ural-zil” markalı su mühərrikinin, 01 ədəd- “Ural-zil” markalı drelin və 01 ədəd - “Ural-zil” markalı perforatorun 24 avqust 2023cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-15/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-15/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver