Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-17/2025 07.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Ağsu rayonu Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Çaparlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs CM-nin 296.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Belə ki, o, 2014-cü ildə Şahid3 ilə ailə həyatı qurduqdan sonra müəyyən problemlər yaranmasına dözə bilmədiyi üçün Bakı şəhərində tanış olduğu Şahid4 ilə əlaqə saxlayaraq 14 oktyabr 2024-cü il tarixdə gecə saatlarında sonuncu ilə Bakı şəhərinə getmiş, bir müddət sonra bu hərəkətinin kənd ərazisində birmənalı qarşılanmaması, barəsində sözsöhbət yaranmasından ehtiyyat edərək 20 oktyabr 2024-cü il tarixdə rayona geri qayıdaraq 21 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən inzibati binasına gələrək, qayınatası Şahid1 onu zorlaması ilə bağlı ərizə yazmış və bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edildikdən sonra verdiyi izahatında, sonuncunun xx.xx.2024-cü il tarixdə yaşadığı evdə onunla zorla cinsi əlaqədə olması barədə, həqiqiliyi sonradan rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində tam təkzib edilən xüsusatlar göstərməklə, Şahid1 Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsində nəzərdə tutulmuş, ağır cinayətlər kateqoriyasına aid zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma cinayətini törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 296.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 296.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə X3 ilə ailə həyatı qurmuş, həmin evlilikdən birinin 9, digərinin 8 yaşı olmaqla 2 uşağı var. Evliliyinin ilk günlərində normal münasibətləri olmasına baxmayaraq sonradan həyat yoldaşının ona qarşı münasibətləri dəyişmiş, ona və övladlarına qarşı etinasız münasibətləri artıq təngə gətirmişdir. Bu barədə qayınatası Şahid1 və qayınanası Cəvahir Cabarova şikayətlər etdikdə hər ailədə problemlər olduğunu, qadın olduğu üçün dözməli olduğunu bildirmişlər. Dəfələrlə acıq edərək atasının evinə getdikdə atası qohum olduqlarını deyərək nəsildə münaqişə yaranmaması üçün onu geri göndərmişdir. Həyat yoldaşı yay aylarında kənd ərazisində yaşasa da, qış aylarında işləmək üçün Bakı şəhərinə getmişdir. Kənddə olduğu dövrdə mobil telefonunda başqa qadınlarla əlaqə saxladığını aşkar etdiyi üçün öz etirazını bildirdikdə onunla mübahisə edərək işlərinə qarışmamağını, hər kəsin öz həyatını yaşamağını demişdir. Dəfələrlə onu hər kəsin qarşısında təhqir edərək şərəf və ləyaqətini alçatmış, həmin vaxt qayınatası həyat yoldaşının tərəfini tutaraq qadının kişinin işlərinə qarışmamalı olduğunu bildirmişdir. Ev işlərində, təsərrüfat işlərində çalışmağına baxmayaraq ərinin ailə üzvləri ona qarşı sərt münasibətdə olmuş və bütün bunların vəzifəsi olduğunu bildirmişdir. Bir müddət sonra ərinin ona və övladlarına qarşı etinasız münasibəti, ona dəyər verməməsi, qayınatası və qayınanasının onu müxtəlif bəhanələrlə incitməklərinə artıq dözə bilməmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhərində əvvəlcədən tanış olduğu Ruzigar adlı şəxslə əlaqə saxlayaraq onu buradan qaçırmasını istəmişdir. Bakı şəhərində qaldıqdan bir müddət sonra atası əlaqə saxlayaraq Bakı şəhərində olduğu yeri bildirmiş və sonuncunun yaşadığı evə qayıtmışdır. Baş verən hadisələrdən qorxduğu, sonradan əlavə problemlərin yaranmasından və kənd ərazisində barəsində əsassız xəbərlərin yayılmasından ehtiyyat etdiyi üçün qayınatasının evdən qaçdığı tarixdə onu zorlaması barədə rayon prokurorluğuna yalan məzmunlu məlumat vermişdir. O, yaşadığı evdə həyat yoldaşı və ailə üzvləri tərəfindən hörmət görməməkdən, hər dəfə müxtəlif bəhanələrlə alçaldılmağından artıq bezmiş, Şahid3 başqa qadınlarla münasibətdə olması, onu iki övladı ilə kənd yerində nəzarətsiz qoymağına dözə bilməmişdir. Digər tərəfdən qayınatası və qayınanasının ona qarşı sərt münasibəti nəticəsində xx.xx.2024-cü il tarixdə evdən qaçmağının sonradan kənd ərazisində barəsində əsassız xəbərlərin yayılmasına səbəb olacağından qorxduğu üçün, həmçinin həyat yoldaşı və onun ailə üzvlərindən əvəz çıxmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə qayınatası Şahid1 onunla zorla cinsi əlaqədə olması ilə bağlı rayon prokurorluğuna müraciət etmiş, həmin tarixdə müraciəti üzrə Ağsu rayon prokurorluğunun Ağsu şəhəri, H.Əliyev prospekti 83b ünvanında yerləşən inzibati binasında izahatı alınarkən CM-nin 296-cı maddəsində nəzərdə tutulmuş cinayət haqqında bilə-bilə yalan xəbərçilik etmək haqqında ona xəbərdarlıq edilmişdir. Həmçinin, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 288 saylı rəyində göstərilən, döş qəfəsinin ön səthində sol yuxarı tış hissələrdə və sağ süd vəzisinin yuxarı tərəfində törənmə müddətləri müayinədən 1-3 gün əvvələ uyğun gələn və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş dərialtı qansızma xəsarətlərini atasına məxsus yaşayış evində olarkən almışdır. Belə ki, baş verən hadisə ilə əlaqədar əsəbi olduğundan evdə olarkən sinəsini cırmış və özünə müxtəlif bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində etdiyi səhfi başa düşdüyünü, əməlindən peşman olmasını, ailəsinin dağılmaması üçün yalan danışmasını, himayəsində iki azyaşlı övladının olmasını, övladlarından birinin talasemiya xəstəsi olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona şərti cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin etdiyi səhfi başa düşdüyünü, əməlindən peşman olmasını, ailəsinin dağılmaması üçün yalan danışmasını, himayəsində iki azyaşlı övladının olmasını, övladlarından birinin talasemiya xəstəsi olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona şərti cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2014-cü il tarixdə oğlu Cabarov Şahid3 Ayişə Cahid qızı ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2 uşaqları vardır. Nəvələrinin biri 4-cü, digəri isə 2-ci sinifdə oxuyur. Ayişə qohumu olduğu üçün ilk vaxtlarda münasibətləri yaxşı olmuş, Ayişəyə qarşı qızı kimi yanaşmışdır. Oğlu Tərlan 02 ay əvvəl maddi vəziyyəti ilə əlaqədar olaraq iş üçün müvəqqəti Bakı şəhərinə getmiş, həmin vaxt Ayişə övladları ilə birlikdə onlarla yaşamışdır. Hər bir evlilikdə müəyyən problemlər olduğu kimi onların ailəsində də bəzi vaxtlar mübahisələr yaranmışdır. Həyat yoldaşı ilə birlikdə mübahisənin yaranmaması üçün, azyaşlı nəvələrinə görə həmişə vəziyyəti sakitləşdirməyə çalışmışdır. Son dövrlərdə Ayişə həyat yoldaşından tamam soyumuş, ailə üzvlərinə qarşı münasibəti dəyişmiş, mobil telefon işlətdiyini və başqa kişilərlə danışdığını öyrəndikdən sonra düzgün hərəkət etmədiyini başa salmağa çalışdıqda sonuncu ona “görərsən sənin başına nə oyun açacam” demiş və zorlamağı barədə yalan məzmunlu şikayət etmişdir. Hətta Ayişə guya onu zorlamağından sonra tövlədə ayağının altına vedrə qoyub tavandan özünü asaraq intihara cəhd etdiyini bildirməsinə baxmayaraq tövlədə normal insan ayaq üstə dayananda başı tavana dəyir. Bu məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmış və qeyd edilən xüsusat öz təsdiqini tapmamışdır. Hazırda bilə-bilə yalan xəbərçilik etmə faktı üzrə rayon prokurorluğunda cinayət işi başlandığı üçün Ayişə qorxuya düşərək barışmaq məqsədilə oğluna mesaj yazmış və bağışlanılmağını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs dəfələrlə başqa kişilərlə danışdığını, ailə üzvlərindən gizli olaraq telefon işlətməyini öyrənmiş, lakin nəvələri azyaşlı olduğuna və oğlunun ailəsinin dağılmamağına görə bu məsələni başqa şəxslərin öyrənməsini istəməmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərində olan tanışına qoşulub evdən qaçdıqdan sonra bu hərəkətlərinin üstünün açılmasından qorxduğuna görə yalan məzmunlu məlumat vermişdir. Təxminən 5-6 ay bundan əvvəl ürək əməliyyatı olmuş və hal-hazırda da tənginəfəslikdən əziyyət çəkdiyi üçün mütəmadi müayinələrə getmiş, ümumiyyətlə cinsi fəaliyyət qabiliyyəti olmamışdır. Gəlini başqa şəxslərlə danışıqlarını və əxlaqsız hərəkətlərini pərdələmək üçün ona böhtan atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd edilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, 2 övladı var. Ayişə ilə qohum olduğu üçün uşaqlıqdan onu tanımış, aralarında sevgi münasibətləri olmuş və ailələrinin razılığı ilə evlənmişdir. İlk vaxtlarda münasibətləri yaxşı olmuş, hər hansı problemləri olmamışdır. Hər zaman ailəsinə dəstək olmuş, maddi və mənəvi çətinliklərinin olmaması üçün əlindən gələni etmişdir. Kiçik oğlu talassemiya xəstəliyindən əziyyət çəkdiyi üçün müalicə məqsədilə mütəmadi Bakı şəhərinə gedib-gəlmişdir. Son dövrlərdə maddi vəziyyəti ilə əlaqədar olaraq çətinlik yarandığı üçün 02 ay əvvəl iş üçün müvəqqəti Bakı şəhərinə getmiş, həmin vaxt Ayişə övladları ilə birlikdə ata və anası ilə birlikdə qalmışdır. Hər bir evlilikdə müəyyən problemlər olduğu kimi bəzi vaxtlar mübahisələri yarandıqda azyaşlı övladlarının səhhətində problem ilə əlaqədar, eləcə də hərtərəfli qohumluq əlaqələri olduğu üçün mübahisələri daha da böyütmədən həll etməyə çalışmışdır. xx.xx.2024-cü il tarixdə kənddə qohumunun toyu olduğu üçün rayona gəlmiş və toyda iştirak etdikdən sonra ertəsi gün geri qayıtmış, həmin vaxt Ayişə ilə arasında heç bir problem olmamış, normal qaydada sağollaşıb ayrılmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərində olduğu zaman atası onunla əlaqə saxlayaraq səhhətinin yaxşı olmadığını və təcili geri qayıtmağını xahiş etmişdir. Kəndə qayıtdıqdan sonra Ayişənin evdən çıxıb getdiyini, yerinin müəyyən olunması üçün rayon polis şöbəsinə müraciət edildiyini öyrənmişdir. Ayişənin yerinin müəyyən edilməsi üçün axtarışlar zamanı Bakı şəhərində tanış olduğu şəxslə qoşulub qaçdığını öyrənmiş, evdən qaçdıqdan sonra sonuncu ilə görüşməmişdir. Bir müddət sonra rayon prokurorluğunun əməkdaşı atası ilə əlaqə saxlayaraq Ayişəni zorlaması ilə bağlı müraciətin araşdırılması məqsədilə onu prokurorluğa dəvət etmiş və müraciətlə bağlı rayon prokurorluğunda araşdırma aparıldıqdan sonra qeyd edilən xüsusat öz təsdiqini tapmamışdır. Hazırda bilə-bilə yalan xəbərçilik etmə faktı üzrə rayon prokurorluğunda cinayət işi başlandığı üçün Ayişə qorxuya düşərək onunla telefon vasitəsilə əlaqə saxlamış, dəfələrlə barışmaq istəmiş və barəsində şikayət etməməyi üçün bağışlanılmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs ilə hər zaman normal münasibətləri olmuş, sonuncunun əziyyət çəkməməsi üçün əlindən gələni etmişdir. Məlum olmayan səbəbdən xx.xx.2024-cü il tarixdə evdə olmadığı zaman Ayişə Bakı şəhərində tanış olduğu şəxsə qoşularaq evdən qaçdıqdan bir neçə gün sonra atasının evinə geri qayıtmışdır. Sonuncu bu hərəkətindən sonra barəsində kənd ərazisində yayılacaq xəbərlərdən ehtiyyat etdiyi üçün yalan məzmunlu məlumat vermişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid4 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Bundan sonra məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ay əvvəl Bakı şəhərində yerləşən “Caspi” hospitalda tanımış, sonuncu orada bir xanımla söhbət edərkən söhbətlərini eşitmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq danışdıqlarını eşitdiyini deyərək özünə məxsus ***-***- **-** telefon nömrəsini Ayişəyə vermiş, nə vaxt lazım olsa, çətinliyi yaransa ona zəng edə biləcəyini bildirmişdir. Münasibətləri yarandıqdan bir müddət sonra Ayişəyə “Whatsapp” tətbiqində görüntülü zəng etdikdə sonuncunun ağladığını görmüş, səbəbini soruşduqda ailə üzvlərindən bezdiyini, həyat yoldaşının onunla maraqlanmadığını bildirmiş və həmin hadisədən bir müddət sonra sadə telefon işlətməyə başlamışdır. 14 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Ayişə ilə telefon danışığı zamanı sonuncu artıq dözə bilmədiyini, qayınatasının onu öldürəcəyini, ona qarşı əxlaqsızlıq hərəkətlər etdiyini dediyinə görə onu Bakı şəhərinə apararaq birdəfəlik xilas edəcəyini bildirmişdir. Təklifini qəbul etdikdən sonra Bakı şəhərində Şamaxinka adlı ərazidən tanımadığı taksi sürücüsü ilə 100 manat gediş haqqı qarşılığında razılaşaraq telefonda olan naviqasiya proqramı ilə Ağsu rayonu Çaparlı kəndinə gəlmişdir. Çaparlı kəndində yerləşən “Bəxtiyar” marketin qarşısında olan zaman Ayişə ilə əlaqə saxladıqdan sonra sonuncunu öz razılığı ilə Bakı şəhərində yerləşən kirayə qaldığı evə aparmışdır. Həmin gün ayrı-ayrı çarpayılarda yatmış, 15 oktyabr 2024-cü il tarixdə kirayə qaldığı evdə Ayişə ilə cinsi əlaqədə olmuşdur. Ayişə təxminən 6 gün onunla birlikdə qalmış, bu müddət ərzində sonuncu ilə 1 dəfə cinsi əlaqədə olmuşdur. 18 oktyabr 2024-cü il tarixdə Ayişənin atası və əmisi Bakı şəhərinə gəlmiş, birlikdə xatırlamadığı kafedə görüşərək yemək yeyib, çay içən zaman bütün hadisəni olduğu kimi onlara danışmışdır. Bundan sonra Ayişənin qohumları Ağsu rayonuna qayıdarkən Ayişəyə də geri qayıtmağı təklif etsələr də, sonuncu razılaşmamışdır. Ayişə 2 gün daha qaldıqdan sonra 20 oktyabr 2024-cü il tarixdə onunla birlikdə tanımadığı taksi sürücüsü ilə Ağsu rayonuna gəlmiş, bundan sonra 21 oktyabr 2024-cü il tarixdə sonuncu rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə görüntülü danışarkən ağladığını görmüş və həmin vaxt yaşadığı evdə əziyyət çəkdiyini, qayınatası tərəfindən sonuncuya qarşı əxlaqsız hərəkətlər edildiyini öyrəndiyi üçün könüllü razılığı əsasında Bakı şəhərinə aparmışdır. Ayişə Bakı şəhərində onunla birlikdə qaldığı dövrdə qayınatasının cinsi orqanını sərtləşdirərək cinsiyyət orqanına daxil etməsini və məcburi cinsi əlaqədə olaraq ona qarşı əxlaqsızlıq hərəkətlər etdiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Cinayət işinin başlanılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 296.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Ağsu rayon Prokurorluğuna Təqsirləndirilən şəxs tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, bildirir ki, qaynatası X5 o, ailə həyatı qurduqdan sonra ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 21 radələrində onunla zorla cinsi əlaqədə olduğuna görə həmin tarixdə özlərinə məxsus tövlədə intihar etmək istəmişdir. Lakin oğlunun gəlib onu görməsindən sonra intihar etməkdən imtina etmişdir. Hal-hazırda intihara cəhd etdiyi yeri göstərməyə etirazı yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş edir. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Ağsu reayonu, Çaparlı kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evidir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs deməsinə görə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qayınatastı Şahid1 tərəfindən yaşadığı evdə zorlandıqdan sonra, bu hərəkəti özünə sığışdırmamış, həyətdə olan tövləyə gedərək, damın tavanından ip bağlayaraq boğazına keçirmiş, ayağının altına tövlədə olan sarı rəngli vedrəni qoymuş və intihar etmək istəmişdir (Damın tavanından yerə qədər olan məsafə 1,71 metrdir.). İntihar etmək istəyərkən istifadə etdiyi sintetik materialdan hazırlanmış ağ rəngli ipi tavandan açdıqdan sonra hara qoyması yadından çıxmışdır. Baxış zamanı hər hansı əşya götürməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmış və fotoşəkillər protokola əlavə edilmişdir. - Ağsu rayon Prokurorluğunda Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2024cü il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs ona bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edildikdən sonra, qayınatası Şahid1 xx.xx.2024-cü il tarixdə onunla zorla cinsi əlaqədə olduğunu bildirmişdir. - Baxış aparılması haqqında 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı telefonun “Qalereya” bölməsində Təqsirləndirilən şəxs deməsinə görə şəxsiyyəti Şahid4 kimi tanınan dostu ilə kafedə, avtomobildə və çarpayıda səmimi fotoşəkilləri əks olunmuşdur. Təqsirləndirilən şəxs deməsinə görə Şahid4 həm də Ramil kimi tanınmışdır. Belə ki, Şahid4 onu sevmiş, boşanacağı təqdirdə onunla evlənməyə razı olmuşdur. Təqsirləndirilən şəxs isə həyat yoldaşının ona qarşı etinasız hərəkətlərinə görə Şahid4 qarşı sevgi münasibətləri bəsləmişdir. - “Ağsu rayon mərkəzi xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 18-1-25/2-971/2024 nömrəli məktubdan görünür ki, Ağsu rayonu, Çaparlı kənd sakini Təqsirləndirilən şəxs ruhi-əsəb, narkoloji və onkoloji xəstəliklərə görə Ağsu RMX PHŞ-ə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Həkim nevropatoloqa müraciət etmiş “Veqetativ damar distoniyası. Somatoforum distoniyası (psxioveqetativ sindrom)”diaqnozu ilə M.Qasımov adına RKX-ə göndəriş verilmişdir. Xəstə müayinəyə getməmişdir. - Baxış aparılması haqqında 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli “cinayət haqqında şifahi məlumatın qəbulu barədə protokol”dan görünür ki, həmin tarixd Şahid1 Ağsu RPŞ-yə məlumat verərək bildirmişdir ki, gəlini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı evdən heç kimə məlumat vermədən çıxıb getmişdir. Təqsirləndirilən şəxs Ağsu RPŞ-yə verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs ailə daxili münasibətləri yaxşı olmamış, həyat yoldaşı onu saymamış, işləmək üçün Bakı şəhərinə getmişdirş Təqsirləndirilən şəxs həyat yoldaşı ilə “ailə” ola bilməyəcəyini anladığı üçün “Tik-tok” sosial şəbəkəsində tanış olduğu Şahid4la ailə həyatı qurmaq məqsədilə xx.xx.2024-cü il tarixdə öz istəyi ilə qoşulub qaçmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X15 xx.xx.2024-cü il tarixli, 289 nömrəli rəyində göstərilmişdir ki, 1962-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi ekspertizasi zamanı onun bədəni üzərində xx.xx.2024-cü il tarixinə uyğun xəsarətin hər hansı bir obyektiv əlamət izləri aşkar edilmədi. Şahid1 cinsi əlaqədə ola bilmə qabiliyyəti-kremaster simptomu mənfidir. Şahid1 "Ürək damarlarina stent qoyulması, açıq ürək əməliyyatı keçirməsi, şəkərli diabet xəstəliyi və prostat vəzin hiperplaziyası (böyüməsi)” xəstəliklərinin olduğunu nəzərə alınsa, ona bu xəstəliklərin cinsi fəaliyyətdə olmasına maneəçilik törətməsi ehtimal olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X15 xx.xx.2024-cü il tarixli, 288 nömrəli rəyində göstərilmişdir ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthində sol yuxarı tış hissələrdə və sağ süd vəzisinin yuxarı tərəfində dərialtı qansızmalar küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 1-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müdəti 2 (iki) həftədən çoxdur. Təqsirləndirilən şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən hər hansı bir əlamət və xəsarət izləri aşkar edilmədi. Uşaqlıq yolundan və arxa keçəcəyindən spermatozoidin təyini üçün yaxmalar götürülərək birliyin biologiya şöbəsinə göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 02 (iki) ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmamışdır. - Ağsu rayon prokurorluğunda araşdırılmış 97C-24 saylı material üzrə xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qayınatası Ağsu rayonu Çaparlı kənd sakini Şahid1 onunla zorla cinsi əlaqədə olması barədə müraciət etmiş, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs müraciətində göstərdiyi xüsusatlar təsdiqini tapmamış, toplanmış material üzrə Şahid1 əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. - Təqsirləndirilən şəxs tərəfindən Ağsu rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qayınatası X6 barəsində heç bir şikayət və tələbinin olmadığını, qaynatası barəsində yalan məzmunlu məlumat verdiyini, xx.xx.2024-cü il tarixli şikayətini həyat yoldaşına və ailə üzvlərinə əsəbi olduğu üçün etdiyini, heç bir təzyiq və təsir hallarının olmadığını, eləcə də ləyaqəti alçaldan rəftara məruz qalmadığını bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli, 14795 nömrəli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Ağsu rayonu, Çaparlı kənd sakini Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3671 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional sferasında hər hansı dəyişiklik aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və təsvir edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs istintaq olunduğu əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və sonuncu barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, emosionallıq, özünümüdafiə etməyə meyillilik, nümayişkarlıq, düşdüyü situasiyadan özünə müvafiq çıxış yolu tapmaq, qeyri-səmimilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlmək mümkündür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə öz maraq və məqsədlərinə uyğun olaraq qərarın təsviri hissəsində göstərilən hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə etdiyi hüquqazidd əməl zamanı öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur və iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik aşkar edilmədi. Lakin o, fərdi-psixoloji xüsusiyyətlərinə görə situasiyanı öz maraq və məqsədlərinə uyğun tərzdə yönəltməklə yalan danışa bilər. Təqsirləndirilən şəxs rayon prokurorluğuna müraciət edən zaman emosional vəziyyətini müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir, eləcə də yaş və psixi inkişaf xüsusiyyətlərinə görə yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malikdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən, toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, Ağsu rayonu Çaparlı kənd sakini Təqsirləndirilən şəxs CM-nin 296.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, işə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-ci il tarixli, 288 nömrəli, xx.xx.2024-cü il tarixli, 289 nömrəli və xx.xx.2024-cü il tarixli, 11 nömrəli rəyləri, eləcə də məhkəmə-psixatrik ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 5791 saylı rəyi və Təqsirləndirilən şəxs Ağsu rayon prokurorluğuna ünvanladığı xx.xx.2024-cü il tarixli ərizə və xx.xx.2024-cü il tarixli izahatı, həmçinin araşdırma materialına əlavə edilmiş “CD” diskdə olan şəkillər işin obyektiv hallarına uyğun olduğundan, iş üzrə sübut kimi qiymətləndirilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 296.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 296.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ağır cinayət (CM-nin 149-cu maddəsində nəzərdə tutulan əməl) törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 296.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 296.1-ci maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 296.2-ci maddəsinə əsasən eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə—iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - X1 əldə edilmiş xx.xx.2024-cü tarixli məhkumluq məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X2 CM-nin 296.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Çaparlı Kənd inzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-ci il tarixli, 5-34-16/2-3-332/2024 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ağsu rayonu Çaparlı kəndində qeydiyyatda olmaqla yaşayır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Çaparlı Kənd inzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. - Elektron məhkəmə informasiya sistemi vasitəsilə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs iki övladı vardır: xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2017ci il təvəllüdlü X8. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 296.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 yanvar 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə maddi sübut, mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; Ağsu rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə, xx.xx.2024-cü il tarixli izahat və şəkillər olan CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan Ağsu rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə, xx.xx.2024-cü il tarixli izahat və şəkillər olan CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-17/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-17/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver