Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-18/2023 16.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Ağsu rayonu, Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum edilməmiş, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində Ağsu Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2022-ci ilin avqust ayının ortalarında, gündüz vaxtı yaşadığı, Ağsu rayonu Qaraqoyunlu kəndində yerləşən evində olarkən, cinsi ehtirasını təmin etmək məqsədilə xx xxxxx 2006-cı il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamış, qardaşı qızı Zərərçəkmiş şəxs yaxınlaşaraq cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu etiraz etdikdə əvvəlcədən fotomontaj yolu ilə hazırladığı çılpaq fotoşəkillərinin mobil telefonunda olduğuna inandıraraq, onunla cinsi əlaqəyə girmədiyi təqdirdə həmin fotoşəkilləri ictimaiyyət arasında yayacağı ilə hədələyib özündən asılı vəziyyətə salmış, bu asılılığından istifadə edərək Zərərçəkmiş şəxs boynunu, dodağını öpərək və anus dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqəyə girmiş, 2022-ci ilin sentyabr ayının əvvəllərində, gündüz vaxtı, özündən asılı vəziyyətə saldığı Zərərçəkmiş şəxs Ağsu şəhərində fənn hazırlığından çıxdıqdan sonra mülkiyyətində olan, “Mercedes Benz C200 minik” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsinin kənarındakı meşəlik əraziyə gətirərək, ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra, arxa oturacaqda əyləşən Zərərçəkmiş şəxs yanına keçib, sonuncunun dodaqlarından və boynundan öpmüş, 2022-ci ilin sentyabr ayının ortalarında, gündüz vaxtı, Zərərçəkmiş şəxs Ağsu şəhərində fənn hazırlığından çıxdıqdan sonra avtomobilinə əyləşdirib Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsinin kənarındakı meşəlik əraziyə gətirərək, avtomobilin arxa oturacağında əyləşən Zərərçəkmiş şəxs yanına keçib, sonuncunun boynunu və döşlərini öpərək və əli ilə şalvarının üzərindən cinsiyyət orqanına toxunmuş, 2022-ci ilin sentyabr ayının sonlarında, gündüz vaxtı, Zərərçəkmiş şəxs Ağsu şəhərində fənn hazırlığından çıxdıqdan sonra, avtomobilinə əyləşdirib Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsinin kənarındakı meşəlik əraziyə gətirərək, ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs boynunu, döşlərini öpərək, daha sonra avtomobildən yerə düşüb sonuncunu əli ilə cinsiyyət orqanını irəli-geri hərəkət etdirməklə onu boşaltmasına vadar etmiş, 09 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs Ağsu şəhərində fənn hazırlığından çıxdıqdan sonra avtomobilinə əyləşdirib Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsinin kənarındakı meşəlik əraziyə gətirərək, həmin tarixdə saat 14 radələrində avtomobilin arxa oturacağında əyləşən Zərərçəkmiş şəxs yanına keçib, sonuncunun dodaqlarından, sinəsindən və boynundan öpərək, yerdə olan zaman əli ilə Zərərçəkmiş şəxs alt paltarına və cinsiyyət orqanına toxunaraq, daha sonra avtomobilin baqajından götürüb yerə sərdiyi adyalın üzərində Zərərçəkmiş şəxs üzərinə uzanıb boynunu öpərək zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə seksual xarakterli digər hərəkətlərə məcbur etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 151-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin avqust ayının ortalarında, gündüz radələrində Ağsu rayonu Qaraqoyunlu kəndində yaşadığı evdə çarpayıya uzanıb mobil telefonundan istifadə edirmiş. Bu zaman qardaşı qızı Zərərçəkmiş şəxs otağa daxil olmuş, Zərərçəkmiş şəxs onunla salamlaşıb otaqdan çıxmaq istəyən zaman o, Zərərçəkmiş şəxs geri çağırmış, ona yaxınlaşıb cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs buna etirazını bildirmişdir. Bundan sonra o, mobil telefonunda olan, Zərərçəkmiş şəxs məxsus fotoşəkilləri montaj etdiyini, onunla cinsi əlaqədə olmadığı halda montaj etdiyi həmin şəkilləri yayacağını və rüsvay edəcəyini demiş, Zərərçəkmiş şəxs ondan həmin şəkilləri göstərməsini istəmişdir. Bu zaman o, mobil telefonunun “qalereya” bölməsinə daxil olub əvvəlcədən internet saytından götürdüyü bir çılpaq qadın şəklini Zərərçəkmiş şəxs uzaqdan göstərib onun fotoşəkli olduğunu bildirmiş, bu sözlərindən sonra Zərərçəkmiş şəxs ona inanmışdır. O, Zərərçəkmiş şəxs fotoşəkillərini yaymayacağı təqdirdə onunla cinsi əlaqəyə girməli olduğunu demiş, Zərərçəkmiş şəxs onunla razılaşmış, o, Zərərçəkmiş şəxs yaxınlaşaraq boynunu və dodağını öpmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs şalvarını və alt paltarını soyunmuş, o, cinsiyyət orqanını arxadan Zərərçəkmiş şəxs anal dəliyinə soxmuşdur. Təxminən 5 dəqiqə ərzində cinsi əlaqədə olmuşlar. Daha sonra o, şalvarını geyinib otaqdan çölə çıxmış, Zərərçəkmiş şəxs da paltarlarını geyinmiş və anası Mələk Məcidovanın olduğu otağa keçmişdir. Bundan sonra Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə da yaşlı anasına qulluq etmək üçün oraya gəlmişdir. Onlar bir ailə kimi axşam radələrinədək yaşadığı evdə olmuşlar. Daha sonra Zərərçəkmiş şəxs və anası Qanuni nümayəndə oradan çıxıb getmişlər. Lakin, Zərərçəkmiş şəxs onun etdikləri barədə anası Qanuni nümayəndə heçnə deməmişdir. O, Zərərçəkmiş şəxs mütəmadi olaraq Ağsu şəhərinə fənn hazırlıqlarına aparır, dərs bitdikdə isə avtomobili ilə onu yaşadığı evə geri gətirirmiş. 2022-ci ilin sentyabr ayının əvvəllərində avtomobili ilə Ağsu şəhərinə gələrək Zərərçəkmiş şəxs fənn hazırlığından çıxmasını gözləmiş, Nişanə fənn hazırlığından çıxaraq gəlib onun avtomobilinə əyləşmiş, o, özünə məxsus olan “Mercedes Benz” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməyə başlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs avtomobili ilə Ağsu rayon dolaylarındakı meşəlik yerə gətirib avtomobili orada saxlamış, Zərərçəkmiş şəxs çılpaq fotoşəkillərinin yayılacağını zənn etdiyinə görə ona etiraz etməmişdir. Daha sonra o, avtomobildən düşüb arxa oturacağa keçərək Zərərçəkmiş şəxs yanında əyləşmiş, onun dodağından və boyun nahiyyəsindən öpmüşdür. O, həmin hərəkətlərini təxminən on dəqiqə ərzində Zərərçəkmiş şəxs qarşı davam etdirmişdir. Daha sonra sükan arxasına keçib avtomobili ilə Zərərçəkmiş şəxs öz evinə aparmışdır. O, 2022-ci ilin sentyabr ayının ortalarında, gündüz vaxtı Ağsu şəhərində Zərərçəkmiş şəxs hazırlıqdan çıxmasını gözləmiş, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs hazırlıqdan çıxıb onun avtomobilinə əyləşmiş, o, yenidən Zərərçəkmiş şəxs avtomobili ilə həmin Ağsu rayon dolaylarında yerləşən meşəlik sahəyə aparmışdır. Avtomobildən düşüb ətrafa baxdıqda heç kimin olmadığını müəyyən etmiş və avtomobilin arxa oturacağına, Zərərçəkmiş şəxs yanına əyləşmişdir. Bundan sonra Zərərçəkmiş şəxs köynəyini yuxarı çəkib onun boynunu və döşlərini öpməyə, əli ilə şalvarının üzərindən Zərərçəkmiş şəxs cinsiyyət orqanını əlləməyə başlamışdır. O, təxminən 10 dəqiqə ərzində həmin nalayiq hərəkətləri etmişdir. Daha sonra Zərərçəkmiş şəxs avtomobili ilə yaşadığı evə aparmışdır. Bundan başqa 2022-ci ilin sentyabr ayının sonlarında, gündüz vaxtı avtomobilində Zərərçəkmiş şəxs fənn hazırlığından çıxmasını gözləmiş, bu zaman Zərərçəkmiş şəxs fənn hazırlığından çıxıb gələrək avtomobilə əyləşmiş, o, avtomobilini Ağsu rayon dolaylarına tərəf sürməyə başlamışdır. Bundan sonra həmin meşəlik əraziyə gəlib çatmış və avtomobilini orada saxlamış, avtomobilin arxa oturacağına keçib Zərərçəkmiş şəxs yanına əyləşmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs əynində olan köynəyini yuxarı çəkmiş və döşlərini yalamağa başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs boynunu və boğazını öpmüş, sonra o, maşından yerə düşmüş və şalvarını aşağı çəkmişdir. Bundan sonra cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs cinsiyyət orqanını əlinə alıb onu boşaltmasını istəmişdir. Zərərçəkmiş şəxs onunla razılaşıb onun cinsiyyət orqanından əli ilə tutub dala-qabağa hərəkət etdirməyə başlamışdır. Təxminən on beş dəqiqə sonra penisindən sperma gəlmiş və həmin spermanı yerə tökmüşdür. Daha sonra o, şalvarını geyinmiş və avtomobilə əyləşmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı kəndə getmişdir. Bundan başqa o, 09 oktyabr 2022-ci il tarixdə saat 13:30-da Ağsu şəhərində Zərərçəkmiş şəxs fənn hazırlığından çıxmasını gözləmiş, bu zaman Zərərçəkmiş şəxs hazırlıqdan çıxıb gələrək avtomobilə əyləşmiş, o, yenidən Zərərçəkmiş şəxs avtomobili ilə Ağsu rayon dolaylarında yerləşən həmin meşəlik əraziyə gətirmişdir. Zərərçəkmiş şəxs çılpaq fotoşəkillərini yayacağından ehtiyyat etdiyindən ona heç bir söz deməmiş və meşəlik əraziyə gətirilməsinə etiraz etməmişdir. O, avtomobildən düşüb arxa oturacağa keçmiş və Zərərçəkmiş şəxs dodağından, sinəsindən və boynundan öpmüşdür. Bundan sonra avtomobildən düşüb baqajı açmış və baqajdakı ədyalı götürərək yerdə uzanıb sevişmək məqsədilə yerə sərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs özü şalvarını və ayaqqabılarını əynindən çıxarmışdır. Bundan sonra o, ayaq üstə Zərərçəkmiş şəxs dodaqlarından öpmüşdür. Bu zaman o, şalvarının qabaq düyməsini açaraq əli ilə cinsiyyət orqanını irəli-geriyə hərəkət etdirmişdir. Bundan sonra əli ilə Zərərçəkmiş şəxs alt paltarının altından və üstündən cinsiyyət orqanına toxunmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs adyalın üzərinə uzanmasını istəmiş, Zərərçəkmiş şəxs onunla razılaşıb adyalın üzərinə uzanmışdır. Bundan sonra o, öz şalvarını əynindən çıxarıb Zərərçəkmiş şəxs üzərinə uzanaraq dodaqlarını, üzünü və boynunu öpmüş, bu vaxt oraya polis əməkdaşları yaxınlaşmışdır. O, dərhal yerdən qalxmış, Zərərçəkmiş şəxs qaçıb avtomobildə əyləşmişdir. O, təşviş içində polis əməkdaşları ilə söhbət edə-edə paltarlarını geyinməyə başlamışdır. Polis əməkdaşları ondan Zərərçəkmiş şəxs kimliyi barədə soruşmuşlar. O, Zərərçəkmiş şəxs qardaşı qızı olmasını deməyə utanmış və heçnə deməmişdir. Daha sonra polis əməkdaşları Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuşlar. Zərərçəkmiş şəxs polis əməkdaşlarına çılpaq fotoşəkillərini yayacağı ilə əmisinin onu şantaj etdiyini və bu yolla istədiyi seksual hərəkətləri ona etdirməyə nail olduğunu bildirmişdir. Bundan sonra o, əməlinə hüquqi qiymət verilməsi üçün Ağsu rayon Polis Şöbəsinə gətirilmişdir. Zərərçəkmiş şəxs onun seksual tələblərini yerinə yetirmədiyi halda montaj etdiyi çılpaq fotoşəkillərini yayacağından qorxmuş və onu avtomobili ilə Ağsu rayon dolaylarına aparmasına heç vaxt etiraz etməmişdir. 2022-ci ilin sentyabr ayında fənn hazırlığından çıxdıqdan sonra Zərərçəkmiş şəxs Ağsu rayon dolaylarına apardığı üçün sonuncunu yaşadığı evə gec gətirmişdir. Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə ondan nə səbəbə Zərərçəkmiş şəxs yaşadığı evə gec gətirməsini soruşduqda o, cavabında müxtəlif bəhanələr demiş, məsələn, avtomobilinin yanacağının bitdiyini, Zərərçəkmiş şəxs dərs keçən müəllimin dərsə gec gəldiyini və s. Zərərçəkmiş şəxs da həmin bəhanələri təsdiq etmişdir. Bu səbəbdən Qanuni nümayəndə onun qızına qarşı seksual hərəkətlər etməsindən şübhələnməmişdir. O, zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 2022-ci ilin oktyabr ayının sonunadək Ağsu rayonu Qaraqoyunlu kəndində yerləşən evdə anası Qanuni nümayəndə ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs onun əmisidir. O, 2022-ci ilin avqust ayının ortalarında, gündüz radələrində Ağsu rayonu Qaraqoyunlu kəndində fənn hazırlığından çıxdıqdan sonra əmisi Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. O, evə daxil olan zaman nənəsi X1 öz otağında olduğunu görüb onunla salamlaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs yataq otağı kimi istifadə etdiyi otağa keçmişdir. Bu zaman Təqsirləndirilən şəxs çarpayıda uzanıbmış. Əmisi ilə salamlaşdıqdan sonra çölə çıxmaq istəmiş, bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb cinsi əlaqədə olmağı təklif etmişdir. O, etirazını bildirdikdə Təqsirləndirilən şəxs mobil telefonunda olan, ona məxsus fotoşəkilləri montaj edərək çılpaq fotoşəkillərini hazırladığını bildirmiş və həmin şəkilləri yayaraq kənd ərazisində onu rüsvay edəcəyi ilə hədələmişdir. O, Təqsirləndirilən şəxs mobil telefonunda fotoşəkillərinin olduğunu bilirmiş. Bu səbəbdən düşünmüşdür ki, Təqsirləndirilən şəxs həmin fotoşəkilləri montaj edə bilər. O, Təqsirləndirilən şəxs həmin fotoşəkilləri yaymamasını xahiş etmiş, Təqsirləndirilən şəxs çılpaq fotoşəkillərini yaymayacağı təqdirdə onunla cinsi əlaqəyə girməli olduğunu demişdir. O, camaat arasında rüsvay olmaması üçün Təqsirləndirilən şəxsla razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq onun boynunu və dodaqlarını öpmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs istəyi ilə şalvarını və alt paltarını soyunmuş, əllərini çarpayıya qoyub arxasını Təqsirləndirilən şəxs tərəf çevirmişdir. Daha sonra Təqsirləndirilən şəxs cinsiyyət orqanını arxadan onun anal dəliyinə soxmuşdur. Təqsirləndirilən şəxs təxminən 5 dəqiqə ərzində onunla arxadan cinsi əlaqədə olmuşdur. Bundan sonra o, paltarlarını geyinmiş və nənəsinin olduğu otağa keçmiş, Təqsirləndirilən şəxs şalvarını geyinib otaqdan çölə çıxmışdır. Daha sonra anası Qanuni nümayəndə da yaşlı nənəsi, Mələk Məcidovaya qulluq etmək üçün oraya gəlmişdir. O, axşam radələrinədək orada olmuş və sonra anası ilə birlikdə yaşadığı evə getmişdir. Lakin bu barədə anasına heç bir şey deməmişdir. Bundan başqa əmisi Təqsirləndirilən şəxs onu mütəmadi olaraq Ağsu şəhərinə fənn hazırlıqlarına aparmış, dərs bitdikdə isə avtomobili ilə onu yaşadığı evə geri gətirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində fənn hazırlığından çıxan zaman əmisi Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı avtomobili ilə onu gözləməsini görmüş, yaxınlaşıb Təqsirləndirilən şəxs avtomobilinə əyləşmişdir. Təqsirləndirilən şəxs onu avtomobili ilə Ağsu rayon dolaylarında meşəlik bir yerə gətirib avtomobili orada saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb arxa oturacağa keçib onun yanında əyləşmiş və onun dodağından, boyun nahiyyəsindən öpmüşdür.Təxminən on dəqiqə ərzində Təqsirləndirilən şəxs onu öpmüş, sonra Təqsirləndirilən şəxs avtomobili ilə onu öz evinə gətirmişdir. O, evinə gələndən sonra əmisinin montaj etdiyi şəkillərini yayacağından qorxub bu barədə heç kimə bir söz deməmişdir. Bundan başqa o, 2022-ci ilin sentyabr ayının ortalarında hazırlıqdan çıxan zaman əmisi Təqsirləndirilən şəxs onu gözlədiyini görmüş və yaxınlaşaraq onun avtomobilinə əyləşmiş, Təqsirləndirilən şəxs onu avtomobili ilə həmin Ağsu rayon dolaylarında yerləşən meşəlik sahəyə aparmış, avtomobili saxladıqdan sonra düşüb arxa oturacağa, onun yanına əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun köynəyini yuxarı çəkib boğazını və döşlərini öpmüş, əli ilə onun şalvarının üzərindən cinsiyyət orqanına toxunmuşdur. Təqsirləndirilən şəxs təxminən 10 dəqiqə ərzində onu öpmüş və əlləmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu avtomobili ilə kəndə aparmışdır. Bundan başqa o, 2022-ci ilin sentyabr ayının sonlarında hazırlıqdan çıxan vaxt Təqsirləndirilən şəxs onu gözlədiyini görüb onun avtomobilinə əyləşmiş, Təqsirləndirilən şəxs avtomobili yenidən Ağsu rayon dolaylarına tərəf sürməyə başlamışdır. O, yolda olarkən həmin meşəlik sahəyə getdiklərini və orada Təqsirləndirilən şəxs yenidən onu öpəcəyini anlamışdır. Təqsirləndirilən şəxs avtomobili ilə onu həmin meşəlik əraziyə aparmış və avtomobilin arxa oturacağına keçib onun yanına əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun əynində olan köynəyini yuxarı çəkmiş, ilk öncə döşlərini, daha sonra boynunu və boğazını öpmüş, sonra maşından yerə düşüb ətrafa nəzər yetirmiş, bu zaman ətrafda heç kimin olmadığını görüb şalvarını aşağı çəkmiş, daha sonra cinsiyyət orqanını çıxarıb ona tərəf yaxınlaşdırıb və ondan əli ilə cinsiyyət orqanını irəli-geri hərəkət etdirməsini istəmiş, o, əlləri ilə Təqsirləndirilən şəxs cinsiyyət orqanından tutub dalaqabağa hərəkət etdirmişdir. O, bu hərəkəti təxminən on beş dəqiqə ərzində etdikdən sonra Təqsirləndirilən şəxs torpaq sahəyə boşalmışdır. Daha sonra Təqsirləndirilən şəxs şalvarını geyinərək avtomobilə əyləşmişdir. Bundan sonra onlar birlikdə yaşadığı kəndə getmişlər. Bundan başqa 09 oktyabr 2022-ci il tarixdə saat 13:30-da Ağsu şəhərində, fizika hazırlığından çıxanda əmisi Təqsirləndirilən şəxs avtomobili ilə dayanıb onu gözləməsini görmüş, əmisinin avtomobilinin arxa oturacağında əyləşmiş, əmisi onu Ağsu rayon dolaylarında yerləşən həmin meşəlik əraziyə gətirmişdir. Təqsirləndirilən şəxs orada avtomobilini saxladıqdan sonra avtomobildən yerə düşüb arxa oturacağa keçmiş, bundan sonra onun dodağından, sinəsindən və boynundan öpmüş, sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb baqajı açmış və baqajdakı ədyalı götürüb yerə sərmiş, daha sonra ayaqqabılarının bağlarını əyilib açmış, şalvarını və ayaqqabılarını çıxarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ayaq üstə onun dodaqlarından öpmüş və əli ilə onun alt paltarının altından və üstündən cinsiyyət orqanını əlləmiş, sonra ondan adyalın üzərinə uzanmasını istəmişdir. O, adyalın üzərinə uzanmış, Təqsirləndirilən şəxs şalvarını əynindən çıxarmış və onun üzərinə uzanıb dodaqlarını, üzünü və boynunu öpmüşdür. Bu zaman oraya polis əməkdaşları yaxınlaşmış, o, dərhal yerdən qalxıb avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs isə polis əməkdaşları ilə söhbət edə-edə paltarlarını geyinməyə başlamışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən dindirilən zaman əmisi Təqsirləndirilən şəxs onun çılpaq fotoşəkillərini yayacağı ilə şantaj etdiyini və bundan istifadə edib onun seksual tələblərini yerinə yetirməyə məcbur etdiyini bildirmişdir. Daha sonra o, Ağsu rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib əmisi Təqsirləndirilən şəxs onu seksual xarakterli hərəkətlərə məcbur etdiyini bildirib Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onu fənn hazırlığından çıxdıqdan sonra yaşadığı evə gec gətirməsi barədə anasına müxətlif yalanlar demiş, o, da Təqsirləndirilən şəxs dedikləri ilə razılaşmışdır. Təqsirləndirilən şəxs onu şantaj edərək montaj edilmiş çılpaq şəkillərini yayacağını bildirdiyindən o, valideynlərinə məlumat verə bilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır ona qarşı hər hansı şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs qaynıdır. X6 Rusiya Federasiyasında yaşadığı üçün Zərərçəkmiş şəxs fənn hazırlıqlarına mütəmadi olaraq Təqsirləndirilən şəxs aparırmış. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla münasibətləri daim yaxşı olmuşdur. Təqsirləndirilən şəxs həbs edilənədək Zərərçəkmiş şəxs əmisinin etdikləri barədə ona məlumat verməmişdir. Zərərçəkmiş şəxs sonradan ona demişdir ki, əmisi Təqsirləndirilən şəxs onun şəkillərini montaj edərək çılpaq şəkillərini hazırlamış, ona seksual tələblərini yerinə yetirmədiyi halda həmin şəkilləri yayacağını deyərək şantaj etmiş və rüsvay olmaması üçün Təqsirləndirilən şəxs tələbləri ilə razılaşmışdır. O, Zərərçəkmiş şəxs sözlərinə və öz hisslərinə inanaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs montaj etdiyi, çılpaq fotoşəkillərini yayacağını deyərək Zərərçəkmiş şəxs şantaj etmiş və bu səbəbdən Zərərçəkmiş şəxs məcbur qalıb Təqsirləndirilən şəxs seksual tələblərini yerinə yetirmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə fənn hazırlığından yaşadığı evə gec gəldiyini görmüşdür. Həmin vaxt nə səbəbə evə gec gəldiklərini soruşanda Təqsirləndirilən şəxs müxtəlif bəhanələr etmişdir. Məsələn, avtomobilinin yanacağının bitdiyini, Zərərçəkmiş şəxs dərs keçən müəllimlərin dərsə gec gəldiyini və s. demiş, Zərərçəkmiş şəxs da həmin bəhanələri təsdiq etmişdir. Ona sonradan məlum olmuşdur ki, qızı Zərərçəkmiş şəxs montaj edilmiş fotoşəkillərini yaymasından qorxduğu üçün əmisi Təqsirləndirilən şəxs etdikləri barədə ona məlumat verməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 göstərdi ki, o, Daxili İşlər Nazirliyində 2015-ci ildən işləyir. 09 oktyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Ağsu rayon dolaylarında patrul avtomobili ilə xidmətdə imiş. Həmin vaxt yolun kənarında, meşəlik ərazidə şübhəli ağ rəngli, “Mercedes” markalı avtomobilin olmasını görüb həmin avtomobilə tərəf yaxınlaşmışlar. Onlar avtomobilə yaxınlaşan zaman Təqsirləndirilən şəxs yarıçılpaq vəziyyətdə yerdəki adyalın üzərində, Zərərçəkmiş şəxs üzərində olduğunu və Zərərçəkmiş şəxs öpdüyünü görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs şalvarı və tumanı əynində yox imiş. Həmçinin Zərərçəkmiş şəxs şalvarı və alt paltarı əynində yox imiş. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qəflətən onları görüb ayağa durmuşlar. Zərərçəkmiş şəxs təşviş içində qaçıb “Mercedes” markalı avtomobilin arxa oturacağına əyləşmişdir. Onlar yaxınlaşaraq özlərini təqdim etmişlər. O, Zərərçəkmiş şəxs zahiri görünüşündən yetkinlik yaşına çatmadığını anlamış, bundan sonra Şahid2 mobil telefonu ilə videoçəkilişdən istifadə edərək baş verən hadisələri qeydə almışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab verməkdən yayınmış və Şahid2 videoçəkilişi dayandırmasını istəmişdir. Sonra onlar Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuşlar. Zərərçəkmiş şəxs da onlara cavab verməmiş və Şahid2 videoçəkilişi dayandırmasını istəmişdir. Daha sonra videoçəkiliş sonlandırılmışdır. Şifahi olaraq sorğu-sual edən zaman Zərərçəkmiş şəxs 2006-cı il təvəllüdlü olduğunu, Ağsu rayonu Qaraqoyunlu kəndində yaşadığını, yanındakı kişinin əmisi Təqsirləndirilən şəxs olmasını, Təqsirləndirilən şəxs onu montaj edilmiş çılpaq fotoşəkillərini yayacağı ilə şantaj etdiyini, rüsvay olmaması üçün əmisinin seksual tələblərini yerinə yetirməyə vadar olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin əmisinin orada onun boynunu və bədənini öpdüyünü demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Zərərçəkmiş şəxs ilə birlikdə Ağsu rayon Polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 150.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X4” X8 xx.xx.2022-ci il tarixli, 224 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hansı bir xəsarət və xəsarət izi aşkar edilməmiş, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamış, Zərərçəkmiş şəxs mütəmadi olaraq qeyri-təbii yolla anus vasitəsilə cinsi əlaqədə olunmanın əlamətləri olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X4” X8 xx.xx.2022-ci il tarixli, 225 nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmiş, onun cinsi əlaqədə olmasına maneçilik törədən hər hansı bir patoloji əlamət yoxdur. “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində anası Qanuni nümayəndə tanınmışdır. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 10 oktyabr 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” Ağsu Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 4 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 25 oktyabr 2022-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5992 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və 01 ədəd ədyalın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş xaki rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd ədyalın səthi üzərindən aşkar edilmiş kənar mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 3105 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik aşkar olunmamış, o, törətdiyi əməl dövründə öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əməli CMin 21-ci maddəsinin təsiri altına düşmür, hər hansı psixi xəstəliklə bağlı məcburi müalicəyə ehtiyacı yoxdur, törətdiyi əməl dövründə onda psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamış, hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz maraqlarını üstün tutmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə şəraitini nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik, özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. O, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs hadisə zamanı və hadisədən sonra psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. O, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görmək qabiliyyətinə malik olmuşdur. xx.xx.2022-ci il tarixli, 3108 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Emosional sabitlik, adaptivlik, situativlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq, düzgün dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə şəraitinə görə Təqsirləndirilən şəxs hərəkətlərinə qarşı müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə verə, onun əqli və psixi inkişafı normaya uyğun olduğundan istintaq hərəkətlərində iştirak edə bilər. Zərərçəkmiş şəxs baş vermiş hadisəni düzgün təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs yalan danışmağa meyillilik əlamətləri müşahidə olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2022-ci il tarixli, 658/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi-O(H) alfa,beta/İ/, ekspertizaya təqdim edilmiş 01 ədəd odeyal, Təqsirləndirilən şəxs məxsus şalvar, alt mayka, köynək və Zərərçəkmiş şəxs məxsus trusik üzərindəki ləkələrdə sperma aşkar olundu. Bu spermanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antingenti alındı. Bu sperma ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus şalvar və kofta üzərindəki ləkərlərdə spermatazoidlər aşkar olunmadı. Tədqiq olunan odeyal üzərindəki ləkələrdə qan, digər maddi sübutlar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/32 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində rəyin təsviri hissəsində şərh olunan zədələrin yerləşdiyi yeri və ölçüsü təfsilatı ilə verilib. Həmin zədələr fiziki qüvvənin təsirindən yarana bilən cırılma, qopma zədələridir. Lakin bu cür zədələrin yaranma xarakteri nəzərə almaqla onların yaranma mexanizmi kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyaları və Təqsirləndirilən şəxs məxsus maykanın, şalvarın üzərində hər hansı bir mexaniki zədə aşkar edilməmişdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olmuş və hal-hazırda da həmin kənddə qeydiyyatdadır. Təqsirləndirilən şəxs Qaraqoyunlu kəndində yaşadığı müddətdə özünü nümunəvi bir insan kimi aparmış, kənddə olan xeyir və şər işlərdə yaxından iştirak etmişdir. Təqsirləndirilən şəxs barəsində həbs olunan günə kimi Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir mənfi xarakterli məlumat daxil olmamış və kənd ictimaiyyəti arasında müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda subaydır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 151-ci maddəsinə əsasən, əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cinayəti təkrar törətməsi cəzanı ağırlaşdıran haldır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 10 oktyabr 2022-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış - 09 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol, papaqlı köynək, bir ədəd şalvar, bir ədəd, qadın tumanı və bir ədəd qadın buzqalteri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş, bir ədəd şalvar, bir ədəd uzunqol köynək, bir ədəd, ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus, “Samsung” markalı, “Galaxy A41” modelli, qara rəngli mobil telefon və bir ədəd ədyal Ağsu rayon Polis Şöbəsinin maddi sübutlar otağında, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs seksual xarakterli hərəkətlərə məcbur etməsini sübut edən bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 264 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 151-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 10 oktyabr 2022-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış - 09 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol, papaqlı köynək, bir ədəd şalvar, bir ədəd, qadın tumanı və bir ədəd qadın buzqalteri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş, bir ədəd şalvar, bir ədəd uzunqol köynək, bir ədəd, ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus, “Samsung” markalı, “Galaxy A41” modelli, qara rəngli mobil telefon və bir ədəd ədyal Ağsu rayon Polis Şöbəsinin maddi sübutlar otağında, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs seksual xarakterli hərəkətlərə məcbur etməsini sübut edən bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 264 (iki yüz altmış dörd manat) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-18/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-18/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver