Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-19/2024 18.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi onun müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 19 aprel1983-cü ildə Ağsu rayonu Nəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, işləməyən, Ağsu rayonu Nəmirli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 24 noyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində Təqsirləndirilən şəxs Ağsu rayonu Nəmirli kəndində yerləşən Nəmirli kənd tam orta məktəbinin həyətinə gələrək nalayiq ifadələrlə məktəbdə gözətçi işləyən dayısı Zərərçəkmiş şəxs çağırmış, Zərərçəkmiş şəxs də bacısı oğlu Təqsirləndirilən şəxs məktəbin həyətinə kənar şəxslərin daxil olmasına icazə olmadığını, məktəb direktorunun bununla bağlı qəti tapşırıq verməsini və dərhal məktəbin həyətini tərk etməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə onun sözlərinə məhəl qoymayaraq məktəb direktorunun və onun ünvanına nalayiq ifadələrlə söyüş söymüşdür. Həmin vaxt onlar qarşılıqlı olaraq bir-birilərini nalayiq söyüşlər söyərək təhqir etdiklərindən onlar arasında şəxsi münasibətlər zəmnində söz mübahisəsi baş vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs məktəbin çöl həyət qapısı ilə məktəbin həyəti arasında olan yerdə olarkən əlində olan küt alətlə, yəni hamamda istifadə olunan su kranı (simistitel) vasitəsilə başının arxa nahiyəsinə və kürək nahiyəsinə zərbə vurmağa başlamış, daha sonra əl və yumruq zərbələri ilə sinə nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq dayısı Zərərçəkmiş şəxs döymüşdür. Nəticədə o, Zərərçəkmiş şəxs başın təpə nahiyəsində bir qədər sol tərəfdə boylama istiqamətli, kənarları nahamar, qanama ilə müşahidə edilən, cərrahi tikişə ehtiyacı olan, 1,3*0,4 sm ölçüdə yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində 24 noyabr 2023-cü il tarixdə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şikayət edən Zərərçəkmiş şəxs onun dayısıdır. Zərərçəkmiş şəxslə uzun müddətdir ki, aralarında ailədaxili mübahisələri vardır. Əvvəllər aralarında bir neçə dəfə problemli mübahisələri olmuşdur, lakin onun hal-hazırda dayısı Zərərçəkmiş şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 24 noyabr 2023-cü il tarixdə səhər 08 radələrində “Ağsu RMX” PHŞ-ya müayinə olunmaq məqsədilə getmək qərarına gəlmişdir. Bu zaman Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinin yanından keçərkən dayısı Zərərçəkmiş şəxs məktəbin həyətində dayanmasını görmüş, daha sonra məktəbin həyətinə daxil olaraq dayısı Zərərçəkmiş şəxs çölə çağırmışdır. Daha sonra dayısı Zərərçəkmiş şəxs məktəbin həyət qapısından çölə çıxmış və o, dayısı Zərərçəkmiş şəxs ilk növbədə nə səbəbdən onunla ədavət aparmasını soruşmuşdur. Zərərçəkmiş şəxs isə cavabında onu tutdurmaq fikri olduğunu bildirmişdir. Daha sonra aralarında sözlü mübahisə yaranmağa başlamış, aralarında olan mübahisə zamanı bir-birilərini itələməyə başlamışlar, lakin sözlü mübahisə zamanı o, dayısı Zərərçəkmiş şəxs itələmiş, əlindəki kuloku onun başına vurmağı dəqiq xatırlamır, ola bilsin onu itələyən vaxt başı dəmir barmaqlığa dəymişdir. Hər bir halda dayısına xəsarət onun hərəkətləri nəticəsində yetirilmişdir, əməlindən peşmandır və dayısından üzr istəyir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslə barışığa cəhd etməsini, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan şəxs, onlardan birinin azyaşlı olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslə barışığa cəhd etməsini, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan şəxs, onlardan birinin azyaşlı olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda Ağsu rayonu Nəmirli kənd tam orta məktəbində gözətçi vəzifəsində işləyir. Barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs onun bacısı oğludur. Talehlə uzun müddətdir ki, aralarında ailə daxili mübahisələri vardır. Hətta aralarında olan xoşagəlməz söz-söhbətlərə və mübahisələrə görə Rayon Polis Şöbəsində barələrində bir neçə dəfə araşdırma aparılmışdır. Gündəlik olaraq səhər saat 08:00-da yaşadığı Ağsu rayonu Nəmirli kəndində yerləşən evdən çıxıb Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinə işə gedir. 24 noyabr 2023-cü il tarixdə səhər saat 07:50-də Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinə işə getmişdir. Daha sonra o, 24 noyabr 2023-cü il tarixdə saat 08:00-da məktəbin qarşısında yerləşən həyətdə olarkən bacısı oğlu Təqsirləndirilən şəxs məktəbin çöl həyət qapısından içəri daxil olmuşdur. O, da Təqsirləndirilən şəxs məktəbin həyətinə kənar şəxslərin daxil olmasına icazə olmadığını, məktəb direktorunun bununla bağlı qəti tapşırıq verməsini və dərhal məktəbin həyətini tərk etməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə onun sözlərinə məhəl qoymayaraq məktəb direktorunun və onun ünvanına nalayiq ifadələrlə söyüş söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məktəbin həyətində olarkən əlində olan küt alətlə, yəni hamamda istifadə olunan su kranı( simistitel) vasitəsilə başının arxa nahiyəsinə və kürək nahiyəsinə zərbə vurmağa başlamışdır. Daha sonra əl və yumruq zərbələri ilə sinə nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq onu döymüşdür. Bundan sonra o, köməklik göstərilməsi məqsədilə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şikayət etmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmadığını, ona qarşı şikayətçi olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, halhazırda Ağsu rayonu Nəmirli kənd tam orta məktəbində ocaqçı vəzifəsində çalışır. Ağsu rayonu Nəmirli kənd tam orta məktəbi Ağsu rayonu Nəmirli kəndinin girişində yolun sağ tərəfində yerləşir. Ağsu rayon Nəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və Rayon Polis Şöbəsinə ərizə ilə etdiyi müraciətlə tanış olmuşdur. O mübahisə edən şəxslərin hər ikisini Ağsu rayonu Nəmirli kənd sakini kimi tanıyır, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs işlədiyi Ağsu rayonu Nəmirli kənd tam orta məktəbində gözətçi vəzifəsində çalışır. Təqsirləndirilən şəxsla dayısı Zərərçəkmiş şəxs arasında uzun müddətdir ki, ailə daxili mübahisələri vardır. Hətta aralarında olan xoşagəlməz söz-söhbətlərə və mübahisələrə görə Rayon Polis Şöbəsində barələrində bir neçə dəfə araşdırma getməsi barədə məlumatı vardır. Gündəlik olaraq səhər saat 05:00də yaşadığı Ağsu rayonu Nəmirli kəndində yerləşən evdən çıxıb Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinə işə gedir. 24 noyabr 2023-cü il tarixdə gecə saat 02:00-da Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinə işə getmişdir. Daha sonra o, 24 noyabr 2023-cü il tarixdə saat 08:05-da məktəbin qarşısında yerləşən həyətin çöl qapısından həmkəndlisi Təqsirləndirilən şəxs məktəbin həyətinə daxil olmuş və uca səslə dayısı Sərdar Mizrəyevi çölə çağırmağa başlamışdır. Həmin vaxtı məktəbin qarşısında yerləşən həyətində həmkəndliləri Zərərçəkmiş şəxs və Şahid2 olmuşdur. Zərərçəkmiş şəxs isə ona cavabında məktəbin həyətinə kənar şəxslərin daxil olmasının qadağan olduğunu, buna görə də çölə çıxmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həyət qapısından çölə çıxıb Sərdar Mizrəyevə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra hər ikisi birbirinin yaxasından tutub dartışmağa başlamışlar. Buna görə də həmin vaxtı məktəbin həyətində dayanan həmkəndlisi və iş yoldaşı Şahid2 dərhal onlara yaxınlaşaraq birbirindən ayırmışdır. Bundan sonra ikinci dəfə Təqsirləndirilən şəxsla dayısı Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaranmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs məktəbin çöl həyət qapısı ilə məktəbin həyəti arasında olan yerdə olarkən əlində olan rəngini dəqiq bilmədiyi sellofana bükülmüş adını və nə olduğunu dəqiq bilmədiyi küt alətlə dayısı Zərərçəkmiş şəxs başından zərbə vuraraq Zərərçəkmiş şəxs döyməyə daha sonra dayısı Zərərçəkmiş şəxs əynində olan pencəkdən tutaraq onu dartışdırmağa başlamışdır. Bu zaman o, həmkəndlisi Şahid2 ilə birlikdə onlara yaxınlaşaraq çox çətinliklə onları ayırmışdır. Bundan sonra Şahid2 həyət qapısını bağlayıb Zərərçəkmiş şəxs içəri yəni məktəbin həyətinə salmış, Təqsirləndirilən şəxs isə məktəbin həyət qapısının bağlanmasını və dayısı Zərərçəkmiş şəxs başından qan gəlməsini görüb hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, halhazırda Ağsu rayonu Nəmirli kənd tam orta məktəbində gözətçi vəzifəsində çalışır. Ağsu rayonu Nəmirli kənd tam orta məktəbi Ağsu rayonu Nəmirli kəndinin girişində yolun sağ tərəfində yerləşir. Ağsu rayon Nəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və Rayon Polis Şöbəsinə ərizə ilə etdiyi müraciətlə tanış olmuşdur. O, mübahisə edən şəxslərin hər ikisini Ağsu rayonu Nəmirli kənd sakini kimi tanıyır, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs işlədiyi Ağsu rayonu Nəmirli kənd tam orta məktəbində gözətçi vəzifəsində çalışır. Təqsirləndirilən şəxsla dayısı Zərərçəkmiş şəxs arasında uzun müddətdir ki, ailə daxili mübahisələri vardır. Hətta aralarında olan xoşagəlməz söz-söhbətlərə və mübahisələrə görə Rayon Polis Şöbəsində barələrində bir neçə dəfə araşdırma getməsi barədə məlumatı vardır. Gündəlik olaraq axşam saat 08:00da yaşadığı Ağsu rayonu Nəmirli kəndində yerləşən evdən çıxıb Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinə işə gedir. Növbəsini sutkalıq yerinə yetirir, yəni növbəti gün səhər 08:00-da işdən çıxıb yaşadığı evinə gedir. 23 noyabr 2023-cü il tarixdə həmişə olduğu kimi axşam saat 08:00-da Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinə işə getmişdir. Daha sonra o, 24 noyabr 2023-cü il tarixdə saat 08:05-da növbəsini təhvil vermək üçün məktəbin içərisində gözləyən zaman məktəbin qarşısında yerləşən həyətin çöl qapısından həmkəndlisi Təqsirləndirilən şəxs məktəbin həyətinə daxil olmasını və uca səslə dayısı Sərdar Mizrəyevi çölə çağırmağa başlamasını müşahidə etmişdir. Həmin vaxtı məktəbin qarşısında yerləşən həyətində həmkəndliləri Zərərçəkmiş şəxs və Şahid1 olmuşdur. Zərərçəkmiş şəxs isə bacısı oğlu Talehə cavabında məktəbin həyətinə kənar şəxslərin daxil olmasının qadağan olduğunu, buna görə də çölə çıxmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həyət qapısından çölə çıxmamış Sərdar Mizrəyevə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar hər ikisi bir-birinin yaxasından tutub dartışmağa başlamışlar. Buna görə də həmin vaxtı məktəbin həyətində o dərhal Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yanına yaxınlaşaraq bir-birindən ayırmışdır. Bundan sonra ikinci dəfə Təqsirləndirilən şəxsla dayısı Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaranmış, daha sonra isə Təqsirləndirilən şəxs məktəbin çöl həyət qapısı ilə həyəti arasında olan yerdə olarkən əlində olan rəngini dəqiq bilmədiyi sellofana bükülmüş adını və nə olduğunu dəqiq bilmədiyi küt alətlə dayısı Zərərçəkmiş şəxs başından zərbə vuraraq dayısı Zərərçəkmiş şəxs döyməyə daha sonra dayısı Zərərçəkmiş şəxs əynində olan pencəkdən tutaraq onu dartışdırmağa başlamışdır. Bu zaman o, həmkəndlisi Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yanına yaxınlaşaraq çox çətinliklə onları ayırmışdır. Bundan sonra o, həyət qapısını bağlayıb Zərərçəkmiş şəxs içəri yəni məktəbin həyətinə salmışdır. Təqsirləndirilən şəxs isə məktəbin həyət qapısının bağlanmasını və dayısı Zərərçəkmiş şəxs başından qan gəlməsini görüb hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərdi ki, halhazırda Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. Ağsu rayonu Nəmirli kənd tam orta məktəbi Ağsu rayonu Nəmirli kəndinin girişində yolun sağ tərəfində yerləşir. Ağsu rayon Nəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və Rayon Polis Şöbəsinə ərizə ilə etdiyi müraciətlə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər ikisini Ağsu rayonu Nəmirli kənd sakini kimi tanıyır, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs rəhbərlik etdiyi Ağsu rayonu Nəmirli kənd tam orta məktəbində gözətçi vəzifəsində çalışır. Təqsirləndirilən şəxsla dayısı Zərərçəkmiş şəxs arasında uzun müddətdir ki, ailə daxili mübahisələri vardır. Gündəlik olaraq səhər saat 08:20-də yaşadığı Ağsu rayonu Nəmirli kəndində yerləşən evdən çıxıb Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinə işə gedir. xx.xx.2023-cü il tarixdə səhər saat 08:20-də Ağsu rayonu Nəmirli kənd tam orta məktəbinə işə getmişdir. Daha sonra o, xx.xx.2023-cü il tarixdə saat 08:20-da məktəbin qarşısında yerləşən həyətin çöl qapısına yaxınlaşarkən həmkəndlisi Təqsirləndirilən şəxs məktəbin çöl həyət qapısında onu yanına çağırmışdır. O, da Təqsirləndirilən şəxs yaxınlaşıb görüşdükdən sonra Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs döyməsini ona bildirmiş və məktəbin həyətinin çöl qapısının qarşısından uzaqlaşaraq getmişdir. Daha sonra o, məktəbin həytinə daxil olub nə baş verməsini, Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs hansı səbəbdən döyməsini soruşmuşdur. Həmin vaxtı məktəbin qarşısında yerləşən həyətində həmkəndliləri Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 olmuşdur. Onlardan Şahid1 və Şahid2 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs Nəmirli kənd orta məktəbinin həyətinə gələrək dayısı Zərərçəkmiş şəxs əlində olan su kranı vasitəsilə başına və kürək nahiyələrinə zərbə vuraraq döyməsini bildirmişlər. Daha sonra o, Zərərçəkmiş şəxs nə baş verməsini dəqiqləşdirmək üçün bir daha ətraflı sorğu-sual etmişdir. Zərərçəkmiş şəxs 24 noyabr 2023-cü il tarixdə səhər saat 08:00-də işə gəldikdən sonra bacısı oğlu Təqsirləndirilən şəxs məktəbin həyətinə özbaşına daxil olaraq səs-küy salmasını, daha sonra səbəbsiz yerə əlində olan su kranı vasitəsilə başından zərbə vuraraq Zərərçəkmiş şəxs döyməsini ona bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 248 saylı, 24 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilən xəsarət- başın sol təpə nahiyəsində cərrahi tikişə ehtiyacı olan, yumşaq toxumanın əzilmiş, cırılmış yarası küt bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 24 noyabr 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamil oğlu Ağsu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 188.3-cü maddəsilə təqsirli bilinərək, 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şamil oğlu CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - “Sübutların qiymətləndirilməsi barədə” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi üçün kifayət hesab edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 221-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Zərərçəkmiş şəxs barəsində cinayət təqibi rədd edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ərizə təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 1(016)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərinə qoyulmuş Ağsu rayonunun ərazisini tərk etməmək vəzifəsi dəyişdirilərək onun üzərinə Ağsu rayonu ilə yanaşı Şamaxı rayonunun ərazisini tərk etməmək vəzifəsi qoyulmuşdur. - Ağsu rayon icra və probasiya şöbəsinin 013/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamil oğlu Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-40/2023 saylı hökmü ilə CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının icrasına xx.xx.2023-cü il tarixdən başlanılmış, xx.xx.2024-cü il tarixə məhkumun çəkilməmiş qalan cəzası 03 (üç) il 09 (doqquz) ay 04 (dörd) gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Şamil oğlu tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Şamil oğlunun əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Şamil oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Şamil oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını, - zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, - ailəli olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan şəxs olmasını, onlardan birinin azyaşlı olmasını, - ailəsinin yeganə qazanc gətirəni olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Şamil oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Şamil oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Şamil oğlu CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin: 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarına əlavə edilmiş Ağsu rayon icra və probasiya şöbəsinin 013/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamil oğlu Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-40/2023 saylı hökmü ilə CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının icrasına xx.xx.2023-cü il tarixdən başlanılmış, xx.xx.2024-cü il tarixə məhkumun çəkilməmiş qalan cəzası 03 (üç) il 09 (doqquz) ay 04 (dörd) gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şamil oğluna təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına Ağsu rayon məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın qalıq qalmış 03 (üç) il 09 (doqquz) ay 04 (dörd) gün hissəsi qismən birləşdirilməli və Təqsirləndirilən şəxs Şamil oğluna qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs Şamil oğlunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CMin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ərizə təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 1(016)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərinə qoyulmuş Ağsu rayonunun ərazisini tərk etməmək vəzifəsi dəyişdirilərək onun üzərinə Ağsu rayonu ilə yanaşı Şamaxı rayonunun ərazisini tərk etməmək vəzifəsi qoyulmuşdur. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Şamil oğlunun CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Şamil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şamil oğluna hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Ağsu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 3 il 09 ay 04 gün hissəsi birləşdirmək yolu ilə üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Şamil oğlu barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Şamil oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şamil oğlunun üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu və Şamaxı rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs Şamil oğlunun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs Şamil oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(016)-19/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-19/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver