Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-2/2025 07.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə6, Zərərçəkmiş şəxs Ağsu rayon Nüydü bələdiyyəsinin nümayəndəsi – Nümayəndə2, Təqsirləndirilən şəxs Şöhrət oğlunun və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosu (fərdi fəaliyyət göstərən vəkil) Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Şöhrət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 188.2 və 188.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hakimə verilmiş etiraza baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şöhrət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 188.2 və 188.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Məhkəmənin baxışı zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən işə sədrlik edən hakimə etiraz edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən müqavilə ilə aldığı ərazidə və Bələdiyyədən müqavilə ilə aldığı ərazidə Ağsu rayonunda yerləşən "Şöhlətoğlu" İstirahət Mərkəzini yaratmış və fəaliyyət göstərir. Tərəflərindən ərazidə 18.000 ədəd gül-çiçək və meyvə ağacları əkilmişdir. Uşaqlar üçün müasir idmanəyləncə avadanlığı var. İki ədəd süni göl yaratmışdır. Həmin göllər estetik effekti ilə yanaşı, baş verə biləcək meşə yanğınlarında FHN-nin Yanğınsööndürmə xidməti üçün rezerv rolunu oynaya bilər. Sahə çox təmizdir. Ölkənin turistik inkişafına xidmət edir. Orada bir çox insanlara iş yeri yaranmış,insanlar özləri və ailələrini təmin edə bilirlər. Bundan başqa əslən Laçın rayonundan olduğu üçün Vətəninin uzun illər işğal altında olduğu zamanlarda bir çox evini eşiyini itirmiş insanlara yardım etmişdir.İldə bir neçə dəfə 50 nəfər şəhid ailəsi və qazilərə maddi yardım etmişdir. Lakin bəzi məmurlar ona qarşı qərəzli mövqe tutaraq qərəzli şəkildə cinayət işi qaldırılmışdır. Həmçinin qeyd edir ki,hazırki məhkəmə icraatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə yeni uzunmüddətli icarə müqaviləsi bağlanmışdır. Müqavilədən kənar ərazi tərəfindən tam abadlaşdırılaraq Meşələrin İnkişafı Xidmətinə təhvil verilmişdir. Lakin onun qərəzli məhkəmə təqibi davam edirmiş. Həmçnin qeyd edir ki, eyni məhkəmədə və eyni hakimin cənab Babək Qasımovun icraatında olmuş işdə zərərçəkmiş olduğu işdə ona və bir neçə nəfərə 31000 manat ziyan vurmuş X1 Babək Qasımovun seçici “humanistlyindən” istifadə edərək, heç bir zərərçəkənə ziyanı ödəmədiyi halda heçbir əsas olmadan ziyan 4500 manata endirilərək heç bir əsas olmadan ən yüngül cəza məhdudlaşdırma tətbiq edilmişdir. Maraqlıdır ki, əvvəllər Adil Əsədovun tərəfindən o və digər zərərçəkənlərə zərərin ödənilməsi ilə bağlı təkliflər edilsə də, prossesin sonuna yaxın görünür ki, cəzasızlığına qarantiya almış Adil Əsədov məhkəməyə tam arxayın gəlirdi. Yəni hazırda sədr Babək Qasımovun qanunsuz hökmündən apellyasiya şikayəti verəcəkləri səbəbindən onu susdurmaq üçün hazırki işdə qanunsuz hökm çıxaracağı əvvəldən məlumdur. İşin maraqlı halı odur ki, Ağsu rayon məhkəməsində rəsmi işçi olmayan, lakin qeyri rəsmi Babək Qasımovun sürücüsü(və qohumu) məhkəmənin inzibati binasında 1-ci mərtəbədə oturan və məhkəməyə gələn,orada işi olan vətəndaşlara qeyri rəsmi münasibətlər quran Ayxan adlı şəxs işlərimlə bağlı xeyrimə həll olunması üçün mənə etdiyi təkliflərlə razılaşmadağım üçün Babək Qasımovun qərəzli hökm çıxaracağı bir daha məlum olur. Həmin şəxsin daimi məhkəmə binasında olması təkzibedilməzdir. Bunu müəyyən etmək üçün məhkəmənin videokameralarına baxış keçirmək kifayətdir. X2 məhkəmə sədri olması işin Ağsu rayon Məhkəməsində qalacağı halda başqa hakimə də xidməti vəzifəsinin nüfuzu ilə təsir edəcəyi də məlumdur. Bütün bu faktlar sədr Babək Qasımovun onun işinin nəticəsində maraqlı və ona qarşı qərəzli olmasını təsdiq edir. Bunları əsas alara Ağsu rayon Məhkəməsinin icraatda olan 1(016)-9/2024 saylı cinayət işini başqa rayon məhkəməsinə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi etiraz ərizəsini müdafiə edərək baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı, zərər çəkmiş şəxslər etiraz ərizəsinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM): 107.1-ci maddəsinə əsasən cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. 109.3.3-cü maddəsinə əsasən Etiraz məsələsini birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və etiraz baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 107, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Etiraz baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-2/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-2/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver