Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-20/2025 05.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X21 Natiq oğlunun sədrliyi, Cəbryılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx.xx.1995-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Zəfəran klinikasında klinik-mikrobioloq həkim işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 321.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq tibbi müayinələrdən keçmək üçün “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanununun 12.4-cü maddəsinin tələbinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra 2024-cü ilin noyabr, dekabr, 2025-ci ilin yanvar ayları ərzində mütəmadi olaraq SHXÇDX-nin Ağsu rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahid3 istifadəsində olan ***-***-**-** saylı, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrdən, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilərək şəxsən, 07 yanvar 2025-ci il tarixdə qeydiyyatda olduğu ünvan ünvan 3omissiyasında tibbi müayinələrdən keçməsi üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməsi zərurəti barədə məlumatlandırılmış, 30 yanvar 2025-ci il tarixədək tibbi müayinədən keçmək üçün üzrlü səbəblər olmadan hərbi qeydiyyatda olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə gəlməmiş, bununla da qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 321.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində ilkin hərbi qeydiyyatdan keçmişdir. 2013-cü il tarixdə tibbi yoxlanışlardan keçmiş, lakin ali təhsil almağı ilə bağlı 2021-ci il tarixədək hərbi xidmətdən möhlət hüququ olmuşdur. 2021-ci il tarixdən 2022-ci il tarixədək müddətdə modul tipli xəstəxanada həkim işləmişdir. 2022-ci il tarixdən ali təhsilin rezidentura pilləsi üzrə ixtisas təhsilini davam etdirmək üçün xx.xx.2024-cü il tarixədək hərbi xidmətdən möhlət hüququ almışdır. 2024-cü ilin noyabr ayının ortalarından SHXÇDX-nin Ağsu rayon şöbəsinin əməkdaşları ona məxsus ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən zəng edərək hərbi həkim komissiyasında tibbi yoxlanışdan keçməyə dəvət etmişlər. Həmin vaxt ona zəng etmiş SHXÇDX-nin Ağsu rayon şöbəsinin əməkdaşına rezidentura imtahanlarının olmasını, onları bitirdikdən sonra könüllü şəkildə gələrək tibbi yoxlanışdan keçəcəyini bildirmişdir. Bundan bir müddət sonra dekabr ayının əvvəllərindən başlayaraq SHXÇDX-nin Ağsu rayon şöbəsinin əməkdaşları yenidən ona həmin nömrələrdən zəng edərək tibbi yoxlanışa dəvət etmişlər. Həmin vaxt işlədiyi Zəfəran klinikasına əvvəlcədən müəyyən edilmiş növbələrini qaydasına saldıqdan sonra tibbi yoxlanışa gələ biləcəyini bildirmiş, lakin xx.xx.2024-cü il tarixdə futbol oynayarkən sol aşıqbaldır nahiyəsini zədələmişdir. Ağrılara dözə bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Elmi tədqiqat instituna müraciət etmişdir. Orada həkim müayinəsindən keçdikdən sonra topuq nahiyəsinə gips qoymuşlar və 2 həftə sakit vəziyyətdə evdə ambulator müayinə olunmağını bildirmişlər. Buna baxmayaraq SHXÇDX-nin Ağsu rayon şöbəsinin əməkdaşları ona dayanmadan zəng etmiş, təkidlə tibbi müayinədən keçməyi üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə dəvət etmişlər. O isə sağlamlıq vəziyyətini onlara izah edərək, sağalan kimi gələcəyini və xəstəliyi ilə bağlı arayış təqdim edəcəyini bildirmişdir. Bakı şəhərində evdə xəstəliyi ilə bağlı müalicə alarkən 2025-ci ilin yanvar ayının dəqiq xatırlamadığı günündə SHXÇDX-nin Ağsu rayon şöbəsinin və polis əməkdaşları qeydiyyatda olduğu ünvan 4 ünvanına gedərək, ailə üzvlərinə sağlamlıq vəziyyətinin necə olmasından asılı olmayaraq təkidlə tibbi yoxlanışa gəlməyini tələb etmişdirlər. 31 yanvar 2025-ci il tarixdə sağaldıqdan sonra tibbi sənədləri ilə birlikdə SHXÇDX-nin Ağsu rayon şöbəsinə yaxınlaşmış, lakin orada artıq çağırış müddətinin bitdiyi bildirmişlər. Həmçinin göstərmişdir ki, iki həftə müalicə aldıqdan sonra sol ayağında hələ də şişikinlik və ağrı olduğu üçün müalicəsini 31 yanvar 2025-ci il tarixədək davam etdirmiş, lakin bununla bağlı hər hansısa rəsmi sənədi yoxdur. xx.xx.2025-ci il tarixdə 30 yaşı tamam olacağı və artıq həqiqi hərbi xidmətə yollanmayacağı barədə bildirmişdir ki, hərbi xidmət keçməyə hazırdır. 23 dekabr 2024-cü il tarixdə xəsarət almış, xx.xx.2025-ci il tarixdə topuq nahiyəsinin rentgenoqrafiyası ilə bağlı ərazi yaxın olduğuna görə SHXÇDXnin Ağsu rayon şöbəsinə deyil, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Elmi tədqiqat instituna müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə topuq nahiyəsinin rentgenoqrafiyasını zamanı sol topuq nahiyəsinin konqruentliyi saxlanılması, yəni ayağında heç bir xəsarət və ya digər formada zədə olmaması müəyyən edilsə də, ayağında ağrı və şişkinlik olduğuna görə SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməmişdir. Sol topuq nahiyəsində konqruentliyinin saxlanılması, yəni heç bir zədə olmaması barədə niyə elə bir qeyd yazılmasını bilməmişdir. Sol topuq nahiyəsinin sümüyündə heç bir zədə olmamış, lakin buna baxmayaraq ayağı şişmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs dəfələrlə mərkəzi xətəxanada müayinələrdən keçməsini, döş qəfəsindəki problemdən dolayı hərbi xidmətə nə qədər yararlı olub olmamasının ekspert müayinəsi ilə aydınlaşdırılmalı olmasını, ali təhsilli həkim olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hazırkı vaxtda həkimlərə çox böyük ehtiyac olmasını, yaşının hərbi uyğun olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X7 təqsirləndirilən şəxsin dəfələrlə mərkəzi xətəxanada müayinələrdən keçməsini, döş qəfəsindəki problemdən dolayı hərbi xidmətə nə qədər yararlı olub olmamasının ekspert müayinəsi ilə aydınlaşdırılmalı olmasını, Təqsirləndirilən şəxs ali təhsilli həkim olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hazırkı vaxtda həkimlərə çox böyük ehtiyac olmasını, yaşının hərbi uyğun olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, SHXÇDX-nin Ağsu rayon şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs SHXÇDX-nin Ağsu rayon şöbəsinə gələnə qədər tanımamışdır. Təqsirləndirilən şəxs ilk dəfə 2013-cü il tarixdən 2018-ci il tarixədək ali təhsil alması ilə bağlı möhlət hüququ verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ali təhsilin növbəti pillələri ilə bağlı 2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək möhlət hüququ verilməsi ilə bağlı müraciət etmiş və müsbət cavab verilmişdir. “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına müvafiq olaraq Təqsirləndirilən şəxs təhsilə görə möhlət hüququ bitdiyi üçün hərbi həkim komissiyasında tibbi müayinədən keçməsi barədə sonuncuya məxsus ***-***- **-** saylı mobil nömrə ilə 2024-cü ilin noyabr ayının ortalarında həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edilərək məlumatlandırılmışdır. Belə ki, çağırışa hazırlıq dövrü 05 noyabr 2024-cü il tarixdən başlamışdır. Təqsirləndirilən şəxs 1 həftə ərzində gələcəyi ilə bağlı söz vermişdir. 1 həftə keçdikdən sonra Təqsirləndirilən şəxs SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlmədiyinə görə 2024-cü ilin dekabr ayının əvvəlindən başlayaraq 2025-ci ilin yanvar ayının ortalarına qədər Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə Şahid3 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən zəng edərək əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs hər dəfə söz verdiyini, 3-5 günə gələcəyini, qısa müddətdə tibbi müayinədən keçəcəyini bildirərək, əsassız olaraq müddəti uzatmışdır. Bundan başqa Təqsirləndirilən şəxs təhsil aldığını, buna görə də möhlət hüququ olduğunu bildirərək hərbi xidmət keçməkdən yayınmaq istəsə də, Tibb universitetinə sorğu verərək cavab aldıq ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Tibb mikrobiologiya ixtisası üzrə ATU-nun rezidentura əyani şöbəsinə qəbul olunmuş, təhsil müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2024-cü il tarixində Attestasiya komissiyasından qeyri müvəffəqiyyət qiymət almışdır. Həmçinin istifadəsində olan ***-***-**-**saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 10:15-də zəng edərək sonuncudan tibbi müayinədən keçməsi üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs tezliklə gələcəyini və hərbi həkim komissiyasında tibbi müayinədən keçəcəyi barədə söz vermişdir. Daha sonra xx.xx.2025ci il tarixdə saat 08:45-də yenidən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu tibbi müayinədən keçmək üçün dəvət etsə də, sonuncu xx.xx.2024-cü il tarixdə ayağından xəsarət aldığını, ayağı bağlamada olduğunu, hərəkət edə bilmədiyini, buna görə də sağaldıqdan sonra gələcəyini demişdir. Təqsirləndirilən şəxs Ağsu rayonuna gəlməsini və hərbi həkim komissiyasında yoxlanışdan keçməsini, xəsarəti olarsa bununla bağlı hərbi həkim komissiyası tərəfindən yekun rəy veriləcəyini izah etsə də, Təqsirləndirilən şəxs sözlərinə məhəl qoymadan, gəzə bilmədiyini, heç bir halda gələ bilmədiyini, yalnız tam sağaldıqdan və hərəkət qabiliyyətini bərpa etdikdən sonra gələ biləcəyini bildirdi. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tibbi müayinədən keçmək üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlmədiyi üçün bölmə rəisi Şahid3, polis əməkdaşı Ənnağı Hacıyev, icra nümayəndəliyinin əməkdaşı X12 Eminlinin yaşadığı ünvan 5 ünvanında sonuncunun anası Südabə Eminova və qardaşı Rəmşid Eminli ilə söhbət apararaq Təqsirləndirilən şəxs hərbi xidmət keçmək üçün tibbi müayinələrə cəlb olunması zərurəti barədə məlumat vermişdir. Bundan başqa çağırış vərəqəsini Təqsirləndirilən şəxs çatdırılması üçün ailə üzvlərinə təqdim etsələr də, ailə üzvləri həmin çağırış vərəqəsini almaqdan və qəbzi imza etməkdən imtina etmişlər. Bu barədə akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs isə xx.xx.2025-ci il tarixədək, yəni çağırış ayı ərzində tibbi müayinədən keçmək üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlmiş, hərbi xidmət keçmək üçün hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə çağırış ayının bitdiyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə onun yanında olarkən bildirdi ki, problemləri olmuş, ayağı sınmış, travmatologiya və ortopediya institutuna müraciət etmiş və arayış almışdır. O isə bunun üzrlü səbəb sayılmadığını, hər bir halda tibbi müayinədən keçmək üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməli olduğunu, həqiqətən xəsarəti olarsa hərbi həkim komissiyasının bu barədə qərar qəbul edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qərəzli olaraq müxtəlif bəhanələrlə hərbi xidmət keçməkdən yayınmaq üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməmiş, bununla da hərbi xidmət keçməkdən boyun qaçırmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə 30 yaşı tamam olduğu üçün Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə cəlb edilməsi mümkün olmayacaq. Odur ki, Təqsirləndirilən şəxs 2025-ci ilin aprel çağırışında tibbi müayinələrə cəlb edilməyəcək. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təhsilə görə möhlət hüququ bitmiş, xx.xx.2025-ci il tarixdən həqiqi hərbi xidmətə cəlb edilməyəcəyini başa düşmüş və son olaraq hərbi xidmət keçməkdən boyun qaçırmaq üçün 2024-cü ilin dekabr, 2025-ci ilin yanvar aylarında tibbi müayinədən keçmək üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməmişdir. Həmçinin bildirmişdir ki, Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 12.4-cü maddəsinə əsasən, “vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur”. Buna görə də, “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə Şahid3 istifadəsində olan ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən zəng edərək əlaqə saxlamış, lakin Təqsirləndirilən şəxs əsassız bəhanələrlə SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməmişdir. Bundan başqa istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 10:15-də zəng edərək sonuncudan tibbi müayinədən keçməsi üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs tezliklə gələcəyini və hərbi həkim komissiyasında tibbi müayinədən keçəcəyi barədə söz vermişdir. Daha sonra xx.xx.2025ci il tarixdə saat 08:45-də yenidən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu tibbi müayinədən keçmək üçün dəvət etsə də, sonuncu xx.xx.2024-cü il tarixdə ayağından xəsarət aldığını, ayağı bağlamada olduğunu, hərəkət edə bilmədiyini, buna görə də sağaldıqdan sonra gələcəyini demişdir. Təqsirləndirilən şəxs Ağsu rayonuna gəlməsini və hərbi həkim komissiyasında yoxlanışdan keçməsini, xəsarəti olarsa bununla bağlı hərbi həkim komissiyası tərəfindən yekun rəy veriləcəyini izah etsə də, Təqsirləndirilən şəxs sözlərinə məhəl qoymadan, gəzə bilmədiyini, heç bir halda gələ bilmədiyini, yalnız tam sağaldıqdan və hərəkət qabiliyyətini bərpa etdikdən sonra gələ biləcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tibbi müayinədən keçmək üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlmədiyi üçün bölmə rəisi Şahid3, polis əməkdaşı Ənnağı Hacıyev, icra nümayəndəliyinin əməkdaşı X12 Eminlinin yaşadığı ünvan 5 ünvanında sonuncunun anası Südabə Eminova və qardaşı Rəmşid Eminli ilə söhbət apararaq Təqsirləndirilən şəxs hərbi xidmət keçmək üçün tibbi müayinələrə cəlb olunması zərurəti barədə məlumat verilmişdir. Bundan başqa çağırış vərəqəsini Təqsirləndirilən şəxs çatdırılması üçün ailə üzvlərinə təqdim etsələr də, ailə üzvləri həmin çağırış vərəqəsini almaqdan və qəbzi imza etməkdən imtina etmişlər. Bu barədə akt tərtib edilmişdir. Qanunda qeyd edilən digər vasitələr dedikdə telefon zəngləri də başa düşülməlidir. Təqsirləndirilən şəxs dəfələrlə SHXÇDX-nin Ağsu rayon şöbəsinə dəvət edilsə də gəlməmiş, tibbi müayinələrdən keçməmiş, buna görə də, həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə yollanmamışdır. Bununla da, Təqsirləndirilən şəxs hərbi xidmət keçməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş SHXÇDX-nin Ağsu rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahid3 və baş məsul icraçısı Şahid2 Müğamat oğlu Şahid2 ilə eyni məzmunli ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2013-cü il tarixdən Ağsu şəhər ərazi dairəsi üzrə icra nümayəndəliyinin məsləhətçi mühəndisi işləmişdir. Təqsirləndirilən şəxs tanımamışdır. Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən 2024-cü ilin dekabr ayı ərzində Ağsu şəhər ərazi dairəsi üzrə icra nümayəndəliyinə məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs ailə üzvlərinə məlumat verilsin ki, Təqsirləndirilən şəxs hərbi həkim komissiyasında tibbi yoxlanışdan keçmək zərurəti vardır. 07 yanvar 2025-ci il tarixdə polis əməkdaşı Ənnağı Hacıyev və SHXÇDX-nin Ağsu rayon şöbəsinin bölmə rəisi Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən evinə getmişlər. Orada olarkən Ənnağı Hacıyev və Şahid3 Təqsirləndirilən şəxs anası və qardaşına qanunvericiliyin tələblərini izah edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs hərbi həkim komissiyasında tibbi yoxlanışdan keçmək zərurəti vardır. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı onunla telefon vasitəsilə də əlaqə saxlamışdır. Ünvanda Təqsirləndirilən şəxs ailə üzvləri çağırış vərəqəsini qəbul etməkdən imtina edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs Bakı şəhərində, Montin qəsəbəsində yerləşən Zəfəran klinikasında həkim işləyir və özü telefon danışığı zamanı bildirmişdir ki, şəxsən gəlib çağırış vərəqəsini götürəcək və tibbi müayinədən keçəcək. Həmçinin SHXÇDX-nin Ağsu rayon şöbəsinin əməkdaşları da telefon vasitəsilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq onun tibbi müayinədən keçmək üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməsini bildirmişlər. Buna baxmayaraq Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixədək tibbi yoxlanışdan keçmək üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməyərək həqiqi hərbi xidmət keçməkdən boyun qaçırmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Ağsu rayon prokurorluğunun cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 03 fevral 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından CM-nin 321.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon prokurorluğuna ünvanladığı xx.xx.2025-ci il tarixli 3-43-6/2- 146/2025 saylı məktubundan görünür ki, çağırışçı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təhsil müddəti bitdiyi üçün 2025-ci ilin yanvar çağırışına cəlb edilmiş, dəfələrlə bilavasitə özü (***-***-**-**), eləcə də qardaşları (***-***-**-** Rəmşid, ***-***-**-** Rəmzi) ilə telefon əlaqəsi yaradılmasına, çağırış dövründə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə Rayon Polis Şöbəsinə rəsmi məktublar ünvanlanmasına və sonda Rayon Polis Şöbəsinin əməkdaşı polis kapitanı Ənnağı Hacıyev, Ağsu rayon İƏD-nin nümayəndəliyinin məsləhətçisi mühəndis Kifayət Nuralıyev və şöbənin çağırış bölməsinin rəisi kapitan Ağaməmmədli Mətləbin iştirakı ilə çağırışçının qeydiyyatda olduğu ünvanda olarkən çağırışçının valideyni və qardaşına çağırış vərəqəsi təqdim edilsə də çağırış vərəqəsi ilə tanış olmaqdan imtina edilmiş və yalnız çağırış ayı bitdikdən sonra xx.xx.2025-ci il tarixdə çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə gəlmişdir. Çağırışçının əməli CM-nin 321-ci maddəsinə əsasən çağırışdan boyun qaçırmaq kimi qiymətlənidirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq çağırışçı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi xahiş olunmuşdur. - xx.xx.2025-ci il tarixli, 3-43-6/2-37/2025 nömrəli aktdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin HHXÇB-nin rəisi kapitan Şahid3, Ağsu rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6, Ağsu şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin məsləhətçi mühəndisi X1 şəhər Xətai küçəsi ev 18 ünvanda qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (bundan sonra: çağırışçı) yaşadığı ünvanda olmuş, çağırışçının anası X14 və çağırışçının qardaşı X9 ilə söhbət aparılmış, övladının Ağsu rayon Çağırış Komissiyasının çağırışlarına gəlməməsinin nəticələri barəsində mövcud qanunvericiliyin tələbləri izah olunaraq çağırışçının adına yazılmış “Çağırış Vərəqəsi” təqdim olunmuş, lakin çağırış vərəqəsinin qəbul edilməsi barəsində “qəbz” hissəsinə imza edilməsindən çağırışçının anası X14 və qardaşı X9 heç bir əsas gətirmədən imtina etmişlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-28-20/2-E-4-443/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Tibb mikrobiologiya ixtisası üzrə ATU-nun rezidentura əyani şöbəsinə qəbul olunmuş, rezidentura təhsil müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2024-cü il tarixində Attestasiya komissiyasından qeyri müvəffəqiyyət qiymət almışdır. - TƏBİB-in elektron sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Elmi tədqiqat instituna müraciət etməsi ilə bağlı göstərilmiş xidmət və nəticəsi barədə tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs “topuq nahiyəsinin rentgenoqrafiyası (sol, iki proyeksiyalı)” xidməti göstərilmiş, nəticə “sol topuq nahiyəsinin konqruyentliyi saxlanılmışdır”, yəni sol topuq nahiyəsində hər hansı zədə və ya xəsarət olmamışdır. - TƏBİB-in elektron sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Ağsu RMX-ə müraciət etməsi ilə bağlı göstərilmiş xidmət və nəticəsi barədə təqdim edilmiş tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs “topuq nahiyəsinin rentgenoqrafiyası (sol, iki proyeksiyalı)” xidməti göstərilmiş, nəticə “sol aşıq-topuq oynağının iki proyeksiyada R/qramması zamanı sümük tamlığının pozulması qeyd edilmir. Oynaq səthləri hamardır, oynaq yarığı norma daxilindədir”. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində, eləcə də, sol topuq oynağı nahiyəsində xx.xx.2024-cü il tarixə uyğun xəsarət izləri aşkar edilməmiş, sonuncunun adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən sol aşıq baldır oynağının əzilməsi diaqnozu obyektiv və subyektiv əlamətlərlə öz əksini tapmadığı, sol aşıq baldır oynağında hər hansı bir xəsarət izlərinin olmadığı üçün sağlamlığa zərər vurma dərəcələrinin təyini zamanı nəzərə alınmır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-nin 321.1-ci maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmış, cinayət işi üzrə toplanmış ifadələr, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, habelə cinayət işinə əlavə olunmuş arayışlar və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən Hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar. CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən müddətli hərbi xidmətə və ya zabitlərin həqiqi hərbi xidmətinə çağırılan və ya səfərbərlik üzrə çağırılan Azərbaycan Respublikası vətəndaşlarıdır. Müddətli hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları, zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər çağırılırlar. “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli 371 nömrəli Sərəncamından görünür ki, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CMnin 321.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün sol topuq nahiyəsinin əzilməsini, topuğunun bağlamada olmasını, ayağının şişməsini və həmin səbəbə görə SHXÇDX-nin Ağsu rayon şöbəsinə gələ bilməməsini, sağaldıqdan sonra xx.xx.2025-ci il tarixdə gəlməsini, lakin həqiqi hərbi xidmət keçmək üçün göndərilmədiyini bildirsə də, onun əməli cinayət işi materiallarında olan təkzibedilməz sübutlara tam sübuta yetirilmişdir. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 321.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: CM-nin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), davamlı hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırışa gəlmək üçün düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Baş X2 İnformasiya Sisteminin məhkumluq məlumatları modulu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlüklə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 fevral 2025-ci il tarixli, 5-34-13/2-3-252/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhər Ş.İ.Xətai küçəsi 18 saylı evdə qeydiyyatdadır. Ailə üzvləri: anası – X14 (1961-ci il təvəllüdlü), qardaşı– X10 (1983-cü il təvəllüdlü), qardaşı– X8r (1986-cı il təvəllüdlü). - Ağsu rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. - AT№008049 saylı 04 dekabr 2022-ci il tarixdə verilmiş Diplom Ali tibb təhsili haqqında dövlət sənədindən görünür ki, Təqsirləndirilən şəxs tibbi-profilaktika ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi verilmişdir. - 26.05.2021 və 14 noyabr 2021-ci il tarixlərdə çəkilmiş şəkillərdən görünür ki, Eminli X5 Hallar Nazirliyinin X18 Tipli Hospitalında tibb qardaşı və həkim kimi işləmişdir. - Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" Publik Hüquqi şəxsdə “Sanitar həkim”, həmçinin “AZƏRİ MED" Qapalı Səhmdar Cəmiyyətində “Səhiyyə mütəxəssisi” vəzifələrində işləyir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, gənc olmasını, ali təhsilli həkim olmasını, pandemiya dövründə Modil tipli xəstəxanada tibb qardaşı və həkim işləməsini, hazırda həkim işləməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ali təhsilli həkim olmasını, həmçinin onun şəxsiyyətini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunan azadlıqdan məhrum etmə cəzası onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfi yoxdur. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin nin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 03 (üç) ay müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs qəti cəza kimi təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 06 (altı) ay müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-20/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-20/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver