Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-21/2024 11.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə İsmayıllı rayon Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, İsmayıllı rayon Zeyvə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla meşə fonduna daxil olan ağacları qanunsuz olaraq kəsmişdir. Belə ki, o, 2023-cü ilin avqust-sentyabr aylarında Ağsu rayonu Kalva kəndi ərazisində yerləşən, 6 saylı X12 X5 3 saylı meşə dolayından 3 ədəd d=4 sm, 2 ədəd d=8 sm, 3 ədəd d=12 sm, 5 ədəd d=20 sm, 6 ədəd d=24 sm, 2 ədəd d=28 sm, 1 ədəd d=32 sm, 3 ədəd d=36 sm vələs cinsli, 6 ədəd d=16 sm, 2 ədəd d=24 sm, 3 ədəd d=28 sm palıd cinsli, 2 ədəd d=12 sm, 1 ədəd d=16 sm, 2 ədəd d=20 sm yemişan cinsli və 1 ədəd d=8 sm, 2 ədəd d=16 sm, 3 ədəd d=24 sm, 2 ədəd d=28 sm, 2 ədəd d=32 sm, 2 ədəd d=36 sm, 1 ədəd d=40 sm fıstıq cinsli ağacları, ümumilikdə isə 54 ədəd müxtəlif cins və diametrlərdə olan ağacları qanunsuz olaraq kəsməklə zərərçəkmiş 6 saylı X12 Mərkəzinə 1009 ( bir min doqquz) manat 86 (səksən altı) qəpik məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla meşə fonduna daxil olan ağacları qanunsuz kəsmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-nin 259.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayon Zeyvə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 2021-ci ilin iyun ayında cəzasını bitirdikdən sonra Cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Həbsdən azad olduqdan sonra özünə məxsus avtomobillə bir müddət taksi fəaliyyəti ilə məşğul olmuşdur. Son vaxtlar iş tapa bilmədiyi üçün Şamaxı-Muğanlı-İsmayıllı yolunun kənarında yerləşən, tanışı Qorquda məxsus “Soyuq Bulaq” adlı restoranda işləyir. Təxminən tutulmamışdan 10 gün əvvəl Soyuq Bulaq restoranının arxasında meşəlik əraziyə getmişdir. Həmin yerdə bir neçə ədəd qurumuş vələs və başqa növ ağaclar görmüşdür. Həmin ağacları elektron mişar ilə kəsib hissələrə doğrayaraq, doğranmış ağac parçalarını bir yerdə topalamışdır. Həmin yerdə aşkar etdiyi ağacları mişarla kəsib, bir yerdə topaladıqdan sonra satmaq qərarına gəlmişdir. Həmin ərəfələrdə Şamaxı rayon sakini olan, əvvəldən tanıdığı Cahid adlı şəxs özünə məxsus Uaz markalı avtomobili ilə restorana gələrkən, Cahidə satdıq odun olduğunu bildirmişdir. Cahid də həmin odunları almaq istədiyini dedikdən sonra Cahidin avtomobili ilə birlikdə ağacları kəsdiyi yerə getmişdir. Kəsdiyi ağacları Cahidin avtomobilinə yüklədikdən sonra Cahiddən ağacların qarşılığında 50 manat pul almışdır. Həmin gündən sonra da qeyd etdiyi yerdə bir neçə ədəd ağacları elektron mişar ilə kəsib doğrayıb, bir yerdə topladıqdan sonra Cahidə 50 manata satmışdır. Sonuncu dəfə 02 sentyabr 2023-cü il tarixdə həmin ərazidə ağacları kəsərkən, meşə gözətçisi Rövşən həmin yerə gələrək onu görüb barəsində polisə şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, ağacları Soyuq Bulaq restoranının bir neçə metr uzaqlığında, Ağsu rayon ərazisinin meşəlik hissəsində kəsmişdir. Ağacları tək kəsmişdir, ağacları kəsməkdə ona heç kəs köməklik etməyib. Ağacları elektron mişar ilə kəsmişdir. Kəsdiyi ağacların qədərini bilmir. Vələs və başqa növ ağaclar kəsmişdir. O, Cahid Fətəliyevdən başqa heç kimə ağac satmamışdir. Cahid Fətəliyevə avqust ayının axırları və sentyabr ayının əvvəllərində 3 dəfə ağac kəsib satmışdır. Hər dəfəsində də o, Cahidə “Uaz” markalı avtomobillə dolu ağac satmış və Cahid hər dəfəsində ona 50 manat pul vermişdir. O, başqa yerdən ağac kəsməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayon Suraxanı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2007-ci il tarixdən bu günə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı X12 Mərkəzinin 3 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 06 radələrində yuxudan duraraq Kalva kəndi ərazisində yerləşən 6 saylı X12 Mərkəzinin balansında olan nəzarət etdiyi əraziyə getmişdir. Meşə ərazisində gəzən zaman “Uaz” markalı avtomobilin içərisində qanunsuz olaraq kəsilmiş ağacla dolu vəziyyətdə qarşıdan, yəni meçənin içərisindən gəldiyini görmüşdür. O, avtomobilin içərisində olan ağacların meşədən kəsildiyini bildiyi üçün tez mobil telefonunu çıxarıb video çəkiliş aparmağa başlamışdır. “Uaz” markalı avtomobil onun yanına çatdıqdan sonra o, avtomobili saxlatdırmaq istədikdə avtomobili idarə edən Şahid1 avtomobili saxlamamış və onun yanından sürüb getmişdir. Bu zaman avtomobilin arxasınca İsmayıllı rayon sakini Asim adlı şəxsin piyada gəldiyini görmüşdür. Asimə meşə ərazisindən ağac kəsməməsi ilə bağlı xəbərdarlıq etməyini bildirsə də, Asim ağacları nəzarət etdiyi meşə ərazisindən kəsmədiyini deyərək çıxıb getmişdir. Daha sonra Asim onun mobil telefonu vasitəsilə çəkdiyi videonu telefonundan silmək məqsədilə yanına yaxınlaşaraq əlindən telefonu almaq istədikdə o, Asimə telefonu verməmiş, mübahisə yaranan zaman DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları həmin yerə gəlmiş və birlikdə əraziyə baxış keçirilmişdir. Əlavə olaraq bildirmişdir ki, kəsilən ağaclar palıd, vələs, yemişan və fıstıq növündə ağaclardır, həmin ərazi isə Kalva kəndi ərazisində yerləşən yerləşən 6 saylı X12 Mərkəzinə məxsus ərazidir. Həmin ağaclar 2023-cü ilin avqust-sentyabr aylarında Asim adlı şəxs tərəfindən kəsilmişdir. Asim adlı şəxs nəzarət etdiyi ərazidən müxtəlif növ ümumilikdə 54 ədəd ağac kəsmişdir. 6 saylı X1 şifahi bildirməsinə görə 1000 manatdan yuxarı ziyan vurulmuşdur. Asim həmin ağacları motomişarla kəsmişdir. Asim həmin ağacları təkbaşına kəsmiş, ağacları kəsdikdən sonra isə Şahid1 pul müqabilində satmışdır. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid1 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şamaxı rayonu Qaleybuğurd kəndində ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. Özünə məxsus “Uaz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşıyaraq dolanışığını təmin edir. İsmayıllı rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs təxminən bir neçə ildir ki, tanıyır, Təqsirləndirilən şəxsla aralarında ədavət və düşmənçiliyi yoxdur. Təxminən 20 gün bundan qabaq Ağsu rayonu ərazisində yerləşən “Soyuq bulaq” restoranının qarşısından keçdiyi vaxt Asim əli ilə işarə verib onun avtomobilini saxlatdırmışdır. O, maşından düşüb Asimə yaxınlaşıb Asimlə salamlaşmış, nə üçün onun avtomobilini saxlatdığını soruşmuşdur. Təqsirləndirilən şəxs da odun olduğunu, həmin odunları satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs odunları haradan əldə etdiyini soruşmuş, Asim də odunları restoranın həyətindən kəsdiyini demişdir. Sonra onlar həmin restoranın içərisindən təxminən 100 metr məsafədə dərəyə düşmüşlər. Dərəyə düşdükdən sonra dərənin içərisində doğranmış halda olan odun parçaları yığıldığını görmüşdür. Asim həmin odun parçalarını dərənin içərisindən kəsdiyini bildirib, həmin odun parçalarını satdığını demişdir. O da həmin odun parçalarının müqabilində Asimə nə qədər pul verəcəyini soruşmuşdur. Asim də həmin odun parçalarının müqabilində 50 manat pul verəcəyini bildirmişdir. O da Asimlə razılaşıb odun parçalarını avtomobilinin yük yerinə yığmış və Təqsirləndirilən şəxs 50 manat pul vermişdir. Həmin odunları aparıb Şamaxı rayonunda tanımadığı şəxsə satmışdır. Bundan 4-5 gün sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək odun olduğunu, ondan odun almaq istəyib-istəmədiyini soruşmuşdur. O da odun almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da odunları gəlib aparmağını demişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və yenidən Təqsirləndirilən şəxs işlədiyi restorana getmişdir. Yenə həmin restoranın ərazisindən keçərək meşəyə getmiş, keçən dəfə odun götürdüyü yerdən yenədə müxtəlif diametrli kəsilmiş odunları avtomobilin yük yerinə yığmışdır. Həmin odunların əvəzində Asimə 50 manat pul vermişdir. Odunları gətirib öz yaşadığı evin həyətinə tökmüşdür. Həmin odunlardan bir qismini satmış, bir qismini isə özü istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər tezdən saat 06 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək odun olduğunu, gəlib həmin odunları aparmağını bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşaraq Asimin işlədiyi “Soyuq Bulaq” restoranına getmiş, orada avtomobili restoranın ərazisindən keçib meşə ərazisində olan dərəyə sürmüşdür. Orada Asim ilə birlikdə odunları avtomobilin yük yerinə yığmışdır. O, avtomobili ilə oradan çıxıb getmək istəyərkən meşə gözətçisi Zərərçəkmiş şəxs gəlmişdir. Zərərçəkmiş şəxs gələn kimi öz mobil telefonu ilə videoçəkiliş etməyə başlamışdır. O isə Zərərçəkmiş şəxs fikir verməyib avtomobili ilə oradan çıxıb yaşadığı evə getmişdir. Avtomobilinin yük yerində olan odunları həyətinə boşaltmışdır. Sonra Ağsu RPŞ-nin əməkdaşları gəlib ona bildirmişlər ki, Təqsirləndirilən şəxs meşədə qanunsuz olaraq ağacları kəsmiş, həmin ağacların bir qismini ona satmışdır. Təqsirləndirilən şəxs ona üç dəfə odun satmışdır. Həmin ağaclar vələs və fıstıq (pip) növlü ağaclar olmuşdur. O, həmin ağacların kəsilməsində iştirak etməmiş, həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini də görməmişdir. O, cəmi 3 dəfə Təqsirləndirilən şəxs oduncaq almışdır, ondan əvvəl heç vaxt Təqsirləndirilən şəxs oduncaq almamışdır. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid2 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci il tarixdən kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 6 saylı X12 Mərkəzinin mühafizə mühəndisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə 6 saylı X12 X6 3 saylı meşə dolayının meşə gözətçisi Zərərçəkmiş şəxs ona zəng edərək meşədən İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs qanunsuz ağac kəsdiyini, hal-hazırda ağacların kəsildiyi ərazidə olduğunu, bu barədə polis əməkdaşlarına məlumat verdiyini, polis əməkdaşlarının əraziyə baxış keçirmək məqsədilə oraya gəldiklərini və baxışda iştirak etmək üçün onun həmin əraziyə gəlməyini bildirmişdir. O da bundan sonra Ağsu rayon Kalva kəndi ərazisində yerləşən 6 saylı X12 X6 3 saylı meşə dolayına, ağacların kəsildiyi əraziyə getmişdir. Bundan sonra polis əməkdaşları, onun və Zərərçəkmiş şəxs iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ərazidən qanunsuz olaraq müxtəlif diametrli və növdə ağaclar kəsilmişdir. Bundan sonra bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. Kəsilən ağaclar palıd, vələs, yemişan və fıstıq növündə ağaclardır, həmin ərazi isə Ağsu rayon Kalva kəndi ərazisində yerləşən 6 saylı X12 Mərkəzinə məxsus ərazidir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin ağaclar son 15-20 gün ərzində kəsilmişdir. Zərərçəkmiş şəxs ona bildirməsinə görə həmin ağaclar Asim adlı şəxs tərəfindən kəsilmişdir. Ərazidən müxtəlif növ ümumilikdə 54 ədəd ağac kəsilmişdir. 6 saylı X12 Mərkəzinin bildirməsinə görə ağacların kəsilməsi nəticəsində təbiətə 1000 manatdan yuxarı ziyan vurulmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Baxış keçirilməsi haqqında 02 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, ağacların kəsildiyi yerə, yəni Ağsu rayon Kalva kəndinə məxsus Ağsu Meşəbəyliyinin 3 saylı meşə dolayı ərazisinə baxış keçirilmiş və baxış zamanı 6 saylı X12 X5 3 saylı meşə dolayından 3 ədəd d=4 sm, 2 ədəd d=8 sm, 3 ədəd d=12 sm, 5 ədəd d=20 sm, 6 ədəd d=24 sm, 2 ədəd d=28 sm, 1 ədəd d=32 sm, 3 ədəd d=36 sm vələs cinsli, 6 ədəd d=16 sm, 2 ədəd d=24 sm, 3 ədəd d=28 sm palıd cinsli, 2 ədəd d=12 sm, 1 ədəd d=16 sm, 2 ədəd d=20 sm yemişan cinsli və 1 ədəd d=8 sm, 2 ədəd d=16 sm, 3 ədəd d=24 sm, 2 ədəd d=28 sm, 2 ədəd d=32 sm, 2 ədəd d=36 sm, 1 ədəd d=40 sm fıstıq cinsli ağacların, ümumilikdə isə 54 ədəd müxtəlif cins və diametrlərdə olan ağacların qanunsuz olaraq kəsilməsi müəyyən olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs həmin ağacların İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirmişdir. Bundan başqa əraziyə baxış keçirilən zaman ağacların kəsildiyi yerin yaxınlığında olan kafenin yanından 01 ədəd “Kzubr” markalı motomişar aşkar olunaraq götürülmüşdür. Baxış zamanı hər hansı ərizə və ya şikayət daxil olmamışdır. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 6 saylı X12 Mərkəzi ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - Zərər çəkmiş şəxsin nümayəndəsi kimi tanınma haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 6 saylı X12 X5 3 saylı meşə dolayının meşə gözətçisi Zərərçəkmiş şəxs zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - Diskə baxış keçirilməsi barədə 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi CDdiskə baxış keçirilmiş və baxış zamanı Ağsu rayonu Kalva kəndi ərazisində yerləşən, 6 saylı X12 X5 3 saylı meşə dolayında meşənin içərisindən “Uaz” markalı avtomobilin gəlməsi, Zərərçəkmiş şəxs Uaz markalı avtomobilin Şamaxı rayon sakini Şahid1 tərəfindən idarə olunduğunu və avtomobilin yük yerində Təqsirləndirilən şəxs meşədən kəsdiyi oduncağın olmasını bildirməsi, Uaz markalı avtomobilin arxasınca Təqsirləndirilən şəxs gəldiyinin müəyyən edilməsi, Zərərçəkmiş şəxs videoçəkiliş apararkən həmin meşəlik ərazinin onun nəzarətində olduğunu və Təqsirləndirilən şəxs “sənə demişdim mənim meşəmə girmə, dağıdırsız meşəmi” sözlərini deməsi, Təqsirləndirilən şəxs isə “sənin meşəndi ora?” sözlərini deyərək videoçəkilişin aparıldığını görüb ərazidən uzaqlaşması müəyyən edilmişdir. - Motomişara baxış keçirilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ağacların kəsilməsində istifadə etdiyi bir ədəd mişarı və korpusu qara rəngli, Çin Respublikasının istehsalı olan “Kzubr” markalı motomişara baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs ağacları həmin motomişarla kəsib doğradığını bildirmişdir. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Ağac hissələrinin təqdim edilməsi və götürülməsi barədə 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 Ağsu RPŞ-nin İstintaq Qrupuna təqdim etdiyi ağac hissələrinə baxış keçirilmiş və həmin ağac hissələri maddi sübut kimi tanımaq üçün götürülmüşdür. Baxış keçirilən zaman ahid Fətaliyev həmin ağac hissələrini 02 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağsu rayon kalva kəndi ərazisində yerləşən meşəlik sahədə 50 manat pul müqabilində aldığını, həmin ağac hissələrini aldıqdan sonra Uaz markalı avtomobilinə yükləyib gətirib yaşadığı ünvana boşaltdığını bildirmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 68 ədəd ədəd müxtəlif ölçü və diametrlərdə vələs, palıd, yemişan və fıstıq cinsli ağac hissələridir. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - 04 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokoldan görünür ki, Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Şahid1 2023-cü ilin avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs, ona 3 dəfə odun satdığını, həmin odunları Ağsu rayonu ərazisində yerləşən Soyuq Bulaq restoranın yaxınlığındakı meşədən gəlib apardığını Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, sonuncunu bir daha ifşa etmişdir. Təqsirləndirilən şəxs da Şahid1 düz dediyini bir daha təsdiq etmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X12 Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli 3-14-27- 10/2-211/2023 nömrəli məktubundan və ona əlavə edilmiş Ağsu Meşəbəyliyi 3 saylı meşə dolayısı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan, həmçinin cədvəldən görünür ki, İsmayıllı rayon Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 2023-cü ilin avqustsentyabr aylarında Ağsu rayon Kalva kəndi ərazisində yerləşən Mərkəzin Ağsu meşəbəyliyinin 3 saylı meşə dolayından, qanunsuz olaraq 54 ədəd müxtəlif cins və diametrlərdə olan ağacları kəsərək 20,63 m3 həcmdə Dövlət Meşə fonduna 1009,86 manat ziyan vurmuşdur. - Əşyaların maddi sübut hesab edilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ağacların kəsilməsində istifadə etdiyi bir ədəd motomişar və Şamaxı rayon sakini Şahid1 satdığı ağacların bir qismi, yəni Şahid1 yaşadığı evin qarşısından götürülmüş 68 ədəd müxtəlif cins və diametrli ağac kötükləri ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli kompleks məhkəmə-bioloji, məhkəmə trasoloji və məhkəmə iqtisad ekspertizasının 3-16-16/2-7/1324-9/7104-3/1574 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı X12 Mərkəzinin xx.xx.2023-cü il tarixli tərtib edilmiş aktına əsasən kəsilən ağaclardan 3 ədədi d=4 sm, 2 ədədi d=8 sm, 3 ədədi d=12 sm, 5 ədədi d=20 sm, 6 ədədi d=16 sm, 2 ədədi d=28 sm, 1 ədədi d=32 sm, 3 ədədi d=36 sm vələs cinsinə, 6 ədədi d=16 sm, 2 ədədi d=24 sm, 3 ədədi d=28 sm palıd cinsinə, 2 ədədi d=12 sm, 1 ədədi d=16 sm, 2 ədədi d=20 sm yemişan cinsinə və 1 ədədi d=8 sm, 2 ədədi d=16 sm, 3 ədədi d=24 sm, 2 ədədi d=28 sm, 2 ədədi d=32 sm, 2 ədədi d=36 sm, 1 ədədi d=40 sm fıstıq cinsinə mənsub olduğu müəyyən olundu. Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X12 X10 3 saylı meşə dolayısı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt və ona əlavə edilmiş cədvəldə ümumilikdə 54 ədəd müxtəlif cins və diametrlərdə ağacların kəsilməsinə görə AR-nın Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1009,86 manat müəyyən edilir. Tədqiqat təqdim edilmiş ağac kəsiklərinin kəsik sahələri ilə hadisə yerində olan kəsilmiş ağacların kəsilmiş sahələri uyğunluq təşkil edirlər. Təqdim edilmiş bəzi ağac hissələri hadisə yerində kəsilmiş ağac gövdələri ilə eynilik təşkil edirlər və kəsici xassəyə malik olan təqdim edilmiş motomişarla və ona oxşar motomişarla kəsilməsi istisna edilmir. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manatdır. - Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində CM-nin 259.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs ilkin ifadələrində özünün müdafiəsi üçün göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli olduğundan və toplanmış sübutlarla təsdiq edilmədiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası İXM-nin 252ci maddəsinin tərkib əlamətləri olduğundan Şahid1 barəsində həmin maddə ilə tədbir görülməsindən ötrü qərarın surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı X8 və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2 7/1324-9/7104 nömrəli rəyin nəticə hissəsində 6 ədəd vələs cinsinə mənsub olan ağacların diametri, texniki səhv nəticəsində 16 sm yazıldığından həmin 6 ədəd vələs cinsinə mənsub olan ağacların diametri 24 sm kimi oxunsun və ekspert rəyində göstərilməsə də ekspert X3 ifadəsində göstərdiyi kimi kəsilən ağacların yaş və köküstə, eləcə də kəsilməmişdən qabaq bioloji inkişafda olması nəzərə alınmış, Təqsirləndirilən şəxs ağacların kəsilməsində istifadə etdiyi bir ədəd motomişar və Şamaxı rayon sakini Şahid1 satdığı ağacların bir qismi, yəni Şahid1 yaşadığı evin qarşısından götürülmüş 68 ədəd müxtəlif cins və diametrli ağac hissələrinin xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra maddi sübut kimi tanınmış bir ədəd motomişar saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutları saxlama otağına, Şahid1 yaşadığı evin qarşısından götürülmüş 68 ədəd müxtəlif cins və diametrli ağac hissələri isə 6 saylı X12 Mərkəzinə təhvil verilmiş, Təqsirləndirilən şəxs etirafedici ərizəsi, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlər, kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 3-16-xx/xx/1324-9/7104 nömrəli rəyi, ifadələrin yerində yoxlanılması protokolu, üzləşdirmə protokolu və bir ədəd CD-disk sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 259.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda – beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.1988-ci ildə İsmayıllı rayon Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, İsmayıllı rayon Zeyvə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 03 sentyabr 2023-cü il tarixdə saat 16:30-da tutulmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə İsmayıllı rayon Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, İsmayıllı rayon Zeyvə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərar icra edilməsi üçün Ağsu RPŞ-nin İTB-yə göndərilmişdir. - Axtarışda olan şəxsin tutulması barədə 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1988-ci ildə İsmayıllı rayon Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, İsmayıllı rayon Zeyvə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bakı şəhərində tutularaq Ağsu RPŞ-nin MSY-nə təhvil verilmişdir. - Barəsində axtarış elan edilmiş təqsirləndirilən şəxsin saxlanıldığı MSY-dən azad edilməsi barədə 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması qərara alınmışdır. - Axtarışda olan şəxsin tutulması barədə 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Ağsu RPŞ-nin MSY-nə təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (xx.xx.2012-ci il tarixdə həbs olunmuşdur), cəzasının sonu ilə xx.xx.2015-ci il tarixdə azad olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 204.1, 185.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (xx.xx.2016-cı il tarixdə həbs olunmuşdur), cəza müddəti başa çatması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə azad olunmuşdur. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (xx.xx.2012-ci il tarixdə həbs olunmuşdur), cəzasının sonu ilə xx.xx.2015-ci il tarixdə azad olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 204.1, 185.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (xx.xx.2016-cı il tarixdə həbs olunmuşdur), cəza müddəti başa çatması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə azad olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş və cəza müddəti başa çatması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə azad olunmuşdur. Hazırkı cinayət əməlini də 2023-cü ilin avqust-sentyabr aylarında törətmişdir. Eyni zamanda CM-nin 18.4.1-ci madəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Cinayət işinin materiallarından göründüyü kimi CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, həmçinin hazırda təqsirli bilindiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ödənilmiş məhkumluq və o, hazırda böyük ictimai təhlükə törətməyən cinayət törətməkdə təqsirləndirildiyindən onun əvvəllər məhkum olunmağı residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 noyabr 2023-cü il tarixli, 151 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zeyvə kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Əsas: Ev təsərrüfatlarının uçotu kitabı №05, səhifə №80, şəxsi hesab № 340. - Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 noyabr 2023-cü il tarixli, 152 saylı Arayışından görünür ki, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zeyvə kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi özü – xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, anası – xx.xx.1967-ci il təvəllüdlü X2. Əsas: Ev təsərrüfatlarının uçotu kitabı №04, səhifə №80, şəxsi hesab № 340. - Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 noyabr 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci və 2016-cı illərdə törətdiyi cinayət əməlləri ilə əlaqədar həbs olunmuş, 2021-ci ilin iyun ayında azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra nümayəndəlik ərazisində yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə şikayət xarakterli heç bir yazılı və şifahi mraciət daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, fərdi əməklə məşğul olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 05 sentyabr 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, bundan başqa 06 dekabr 2023-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, 07 dekabr 2023-cü il tarixdə azad edilmiş, daha sonra Ağsu Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Ağsu RPŞ-nin MSY-nə təhvil verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 sentyabr 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixədək, 06 dekabr 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək, həmçinin 12 iyun 2024-cü il tarixdən 11 iyul 2024cü il tarixədək tutulduğu 32 (otuz iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd motomişar Təqsirləndirilən şəxs qaytarılmalı, Şahid1 yaşadığı evin qarşısından götürülmüş 68 ədəd müxtəlif cins və diametrli ağac hissələrinin 6 saylı X12 Mərkəzinə təhvil verilməsi nəzərə alınmalı, sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 (iyirmi) saat iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 sentyabr 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixədək, 06 dekabr 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək, həmçinin həmçinin 12 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək tutulduğu 32 (otuz iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, İsmayıllı rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd motomişar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın, Şahid1 yaşadığı evin qarşısından götürülmüş 68 ədəd müxtəlif cins və diametrli ağac hissələrinin 6 saylı X12 Mərkəzinə təhvil verilməsi nəzərə alınsın. Sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (otuz beş manat doxsan yeddi qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-21/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-21/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver