Məhkəmə qərarları › İş №1(016)-22/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-22/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-22/2024 29.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X29 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Ağsu rayonu İlxıçı bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1955-ci il tarixdə Ağsu rayonu İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, Ağsu rayonu İlxıçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 30 noyabr 2023-cü il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlamışdır. Belə ki, o, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin may ayınadək olan müddət ərzində hissə-hissə olaraq özünə məxsus heyvanlarını otarmaq məqsədilə Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən, Ağsu rayonu İlxıçı bələdiyyəsinin mülkiyyətində olan, 0,2814 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin ətrafını, qeyd olunan bələdiyyəyə müraciət etmədən, icarə müqaviləsi bağlamadan, bələdiyyənin icazəsi olmadan qəsdən metal torlarla hasarlayıb, Ağsu rayonu İlxıçı bələdiyyəsini həmin torpaq sahəsindən istifadə etməkdən məhrum edərək, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ağsu rayonu İlxıçı bələdiyyəsinə məxsus 0,2814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlamışdır. Bununla da Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu İlxıçı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Ağsu rayonu İlxıçı kəndində fərdi təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs Ağsu rayon İlxıçı bələdiyyəsinin sədri vəzifəsini qanunsuz etibarnamə əsasında icra edirmiş. Onunla münasibətləri yaxşı deyil. X1 mülkiyyətində Ağsu rayonu İlxıçı kəndində yerləşən 4,39 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi var imiş. 2019-cu ilin mart ayında bacısıoğlu Mustafa Əmirov həmin torpaq sahəsini etibarnamə əsasında ona həvalə etmişdir. Həmin vaxtdan qeyd etdiyi torpaq sahəsini istifadə edirmiş. 2019-cu ilin təxminən oktyabr ayında bacısıoğlu Mustafa Əmirovdan aldığı torpaq sahəsinin bir hissəsinin ətrafını yerə ağac budaqları basdırmaqla əhatəyə almışdır. Daha sonra isə yerə basdırdığı ağac budaqlarının bir-birinə möhkəm bağlanması üçün həmin yerin ətrafını metal torlar vasitəsilə çəpərləmişdir. Sözügedən 0,2814 ha torpaq sahəsinin ətrafını 2019-cu ilin təxminən oktyabr ayında 2020-ci ilin may ayınadək olan müddət ərzində çəpərləmişdir. O, həmin torpaq sahəsinin ətrafını orada heyvanlarını otarmaq məqsədilə çəpərləmişdir. Həmçinin həmin çəpərlədiyi ərazinin daxilində yağışdan qorunmaq üçün 1 metr 50 sm hündürlükdə, 2 metr enində və 2 metr uzununda çardaq tikmişdir. 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinə müraciət edərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin ətrafını qanunsuz çəpərləməsini bildirmişdir. Həmin müraciət əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmişdir. Bundan sonra o, həmin çəpəri yerindən sökmüşdür. Lakin sonradan oraya heyvanların daxil olmasını görüb yenidən torpaq sahəsinin ətrafını dəmir tor vasitəsilə çəpərləmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X28 14 saylı Şamaxı Ərazi İdarəsinin 16 noyabr 2023-cü il tarixli məktubunda göstərilənlər əsassızdır və məktub düzgün tərtib edilməmişdir. Onun çəpərlədiyi ərazi öz mülkiyyətində olan əkin torpaq sahəsinin daxilində yerləşir. 2023-cü ilin may ayında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının tələbi ilə qeyd edilən ərazinin ətrafındakı metal torları mübahisə yaranmaması və vəziyyətin gərginləşməməsi üçün sökmüşdür. Lakin sonradan həmin əraziyə heyvanların daxil olduğunu görüb 2023-cü ilin iyun ayında yenidən həmin torpaq sahəsinin ətrafını metal tor vasitəsilə çəpərləmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində özünü təqsirli bilmədiyini, heç bir cinayət törətmədiyini, ona şər və böhtan atıldığını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin əmlində cinayət tərkibinin olmadığını, onun özünü təqsirli bilməməsini, heç bir cinayət törətmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Ağsu rayon Kəndoba bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu İlxıçı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Ağsu rayon İlxıçı kənd bələdiyyəsinin sədri arvadı X5r. O, 2020-ci ilin may ayından indiyədək bələdiyyə sədrinin etibarnamə əsasında nümayəndəsi vəzifəsində işləyir və İlxıçı bələdiyyəsinin vergi xidməti orqanının müfəttişidir. Ağsu rayonu İlxıçı kənd bələdiyyəsinin ərazisinə Ağsu rayonu İlxıçı və Hacısəmədli kəndləri daxildir. Bələdiyyənin arxivi olmadığına görə vətəndaşların istifadə etdiyi torpaq sahələrinin rəsmi hüquq müəyyənedici sənədlərinin olub-olmamasını öyrənmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinə müraciət edirmiş. Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsi də onun müraciətinə əsasən monitorinq keçirərək torpaq sahəsinin vətəndaşın mülkiyyətində olub-olmaması və təyinatı barədə ona məlumat verirmiş. Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayından qanunsuz olaraq Ağsu rayonu İlxıçı kəndinin ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,35 ha örüş torpaq sahəsinin ətrafını metal tor vasitəsilə çəpərləmişdir. O, 2020-ci ilin may ayında vəzifəyə təyin olunan zaman Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edərək çəpərlədiyi ərazini sökməsini Təqsirləndirilən şəxs tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs onun tələbimə məhəl qoymamışdır. 2023-cü ilin may ayında ƏMDXnin Şamaxı ərazi şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin ətrafını çəpərləməsini bildirmişdir. Həmin müraciəti əsasında əraziyə baxış keçirilmiş və aparılmış profilaktiki tədbirlərdən sonra Təqsirləndirilən şəxs həmin çəpəri yerindən sökmüşdür. Lakin sonradan Təqsirləndirilən şəxs metal tor hasarı yenidən bərpa edərək həmin ərazini qanunsuz olaraq zəbt etmişdir. Ağsu rayon İlxıçı bələdiyyəsinin 31 may 2023-cü il tarixli rəsmi müraciəti əsasında 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən çəpərlənmiş örüş torpaq sahəsinə ƏMDX-nin Şamaxı ərazi şöbəsinin əməkdaşları tərəfindən yenidən baxış keçirilmişdir. Baxışda ƏMDX-nin Şamaxı ərazi şöbəsinin əməkdaşları və o, iştirak etmişdir. Baxış zamanı çəpərlənmiş ərazinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək fotoşəkilləri çəkilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən 0,35 ha torpaq sahəsinin metal tor vasitəsilə çəpərləndiyi aşkar edilmişdir. Həmin 0,35 ha torpaq sahəsinin 0,05 ha hissəsi Təqsirləndirilən şəxs mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaqdır. Təqsirləndirilən şəxs tərəfindən çəpərlənmiş ərazinin daxilində olan 0,30 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Təqsirləndirilən şəxs həmin 0,30 ha torpaq sahəsini istifadə etməsi üçün heç bir rəsmi sənədi yoxdur. Təqsirləndirilən şəxs ona təqdim etdiyi AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağsu rayon İlxıçı kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi mövcuddur. Təqsirləndirilən şəxs qanunsuz olaraq dəmir tor vasitəsilə çəpərlədiyi 0,35 ha torpaq sahəsinin təxminən 0,05 ha hissəsi Təqsirləndirilən şəxs mülkiyyətində olan həmin 0,12 ha həyətyanı torpaq sahəsinə daxildir. O, 2020-ci ilin may ayından bələdiyyə sədrinin etibarnamə əsasında nümayəndəsi vəzifəsində işləyir və həmin tarixdən bəri Təqsirləndirilən şəxs artıq həmin ərazini çəpərləmişdir. O, Təqsirləndirilən şəxsla eyni kənddə yaşadığı üçün onun 2019-cu ilin oktyabr ayında sözügedən torpaq sahəsinin ətrafını qanunsuz olaraq çəpərləməsini görmüşdür. Zərərçəkmiş şəxsin nümayəndəsi daha sonra ifadəsində dövlət ittihamçısının dedikləri ilə razı olduğunu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsinə, məhkəmə iclası zalından həbs edilməsinə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində işləyir. Xidməti ərazisinə Ağsu şəhəri və Ağsu rayonun bütün kəndləri aiddir. Mahiyyəti üzrə bildirmişdir ki, Ağsu rayon İlxıçı bələdiyyəsinin 31 may 2023-cü il tarixli rəsmi müraciəti əsasında 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən çəpərlənmiş örüş torpaq sahəsinə baxış keçirmişdir. Baxışda ƏMDX-nin Şamaxı ərazi şöbəsinin dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi Şahid2 və Ağsu rayon İlxıçı bələdiyyəsinin sədrinin etibarnamə əsasında nümayəndəsi Zərərçəkmiş şəxs iştirak etmişdir. Baxış zamanı çəpərlənmiş ərazinin döngə nöqtələrinin koordinatlarını müəyyən edərək fotoşəkillər çəkmişlər. Bu zaman ərazinin koordinatları müəyyən edilmişdir. Həmin koordinatlar əsasında “TEKUİS” baza proqramı vasitəsilə kameral araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən 0,35 ha torpaq sahəsinin metal tor vasitəsilə çəpərləndiyi aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 0,35 ha torpaq sahəsinin 0,05 ha hissəsi Təqsirləndirilən şəxs mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaqdır. Təqsirləndirilən şəxs tərəfindən çəpərlənmiş ərazinin daxilində olan təxminən 0,30 ha torpaq sahəsi isə Ağsu rayon İlxıçı bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Təqsirləndirilən şəxs həmin 0,30 ha torpaq sahəsini istifadə etməsi üçün heç bir rəsmi sənədi yoxdur. Təqsirləndirilən şəxs ona təqdim etdiyi AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağsu rayon İlxıçı kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi mövcuddur. Təqsirləndirilən şəxs qanunsuz olaraq dəmir tor vasitəsilə çəpərlədiyi 0,35 ha torpaq sahəsinin 0,05 ha hissəsi Təqsirləndirilən şəxs mülkiyyətində olan həmin 0,12 ha həyətyanı torpaq sahəsinə daxildir. Lakin qalan 0,30 ha torpaq sahəsi isə Ağsu rayon İlxıçı bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Baxış zamanı aşkar olunan qanunsuzluq barədə 08 iyun 2023-cü il tarixli akt tərtib etmiş və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə və Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Xidməti ərazisinə Ağsu şəhəri və Ağsu rayonun bütün kəndləri aiddir. Mahiyyəti üzrə bildirmişdir ki, Ağsu rayon İlxıçı bələdiyyəsinin 31 may 2023-cü il tarixli rəsmi müraciəti əsasında 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən çəpərlənmiş örüş torpaq sahəsinə baxış keçirmişdir. Baxışda ƏMDX-nin Şamaxı ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Şahid1 və Ağsu rayon İlxıçı bələdiyyəsinin sədrinin etibarnamə əsasında nümayəndəsi Zərərçəkmiş şəxs iştirak etmişdir. Baxış zamanı çəpərlənmiş ərazinin döngə nöqtələrinin təxmini koordinatlarını müəyyən edərək fotoşəkillər çəkmişlər. Bu zaman ərazinin koordinatları müəyyən edilmişdir. Daha sonra həmin koordinatlar əsasında “TEKUİS” baza proqramı vasitəsilə kameral araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən təxminən 0,35 ha torpaq sahəsinin dəmir torlar vasitəsilə çəpərləndiyi aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 0,35 ha torpaq sahəsinin 0,05 ha hissəsi Təqsirləndirilən şəxs mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaqdır. Təqsirləndirilən şəxs tərəfindən çəpərlənmiş ərazinin daxilində olan 0,30 ha torpaq sahəsi isə Ağsu rayon İlxıçı bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Həmin 0,30 ha torpaq sahəsi Təqsirləndirilən şəxs mülkiyyətində deyilmiş. Təqsirləndirilən şəxs təqdim etdiyi AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağsu rayon İlxıçı kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi mövcuddur. Təqsirləndirilən şəxs qanunsuz olaraq dəmir tor vasitəsilə çəpərlədiyi 0,35 ha torpaq sahəsinin 0,05 ha hissəsi Təqsirləndirilən şəxs mülkiyyətində olan həmin 0,12 ha həyətyanı torpaq sahəsinə daxildir. Lakin 0,30 ha torpaq sahəsi isə Ağsu rayon İlxıçı bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Baxış zamanı aşkar olunan qanunsuzluq barədə 08 iyun 2023-cü il tarixli akt tərtib etmiş və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə və Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. "xxxx" ASC-nin Ağsu su-kanal sahəsinin metrologiya üzrə mühəndisi vəzifəsində çalışır. 2009-2019-cu illər ərzində Ağsu rayonu İlxıçı bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. 2019-cu ilin dekabr ayında isə növbəti bələdiyyə seçkilərinə qatılmamış və vəzifəsini X6 təhvil vermişdir. 2020ci ilin may ayından indiyədək X22 rayonu İlxıçı bələdiyyəsinin sədri vəzifəsində çalışır. Həmçinin Zərərçəkmiş şəxs Ağsu rayonu İlxıçı bələdiyyəsinin sədri vəzifəsini etibarnamə əsasında icra edir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. 2019-cu ildə, yəni o, Ağsu rayonu İlxıçı bələdiyyəsinin sədri olduğu vaxtda Təqsirləndirilən şəxs ona müraciət edərək Ağsu rayonu İlxıçı kəndi ərazisində 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs müraciəti əsasında X4 İş Mərkəzinə müraciət etmişdir. Daha sonra lazımi sənədləşdirmə aparılmış və Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Təqsirləndirilən şəxs satılmışdır. Təqsirləndirilən şəxs qanunsuz hasarladığı torpaq sahəsini Təqsirləndirilən şəxs satmamışdır. Təqsirləndirilən şəxs özbaşına olaraq həmin torpaq sahəsinin ətrafını metal torla çəpərləmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən ölçüsünü bilmədiyi, torpaq sahəsinin ətrafını yerə ağac budaqları basdırmaqla əhatəyə almışdır. O, həmin vaxt elə düşünmüşdür ki, Təqsirləndirilən şəxs ona satılmış 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin ətrafını ağac budaqları basdırmaqla əhatəyə almışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu İlxıçı kəndində ailə üzvlərilə birlikdə yaşayır və fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisidir və münasibətləri pisdir. Münasibətlərinin pisləşməsinə səbəb Ağsu rayonu İlxıçı bələdiyyəsinə məxsus örüş torpaq sahəsində heyvanlarını otarmağıdır. Təqsirləndirilən şəxs Ağsu rayonu İlxıçı bələdiyyəsinə məxsus örüş torpaq sahəsinin əsassız olaraq özünə məxsus olduğunu iddia edirmiş. Belə ki, 2020-ci ildən bəri Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən örüş torpaq sahəsində heyvanlarını otarırmış. Lakin həmin vaxtdan bəri bir neçə dəfə Təqsirləndirilən şəxs onun heyvanlarını orada otarmasına maneə olmuşdur. Təqsirləndirilən şəxs həmin örüş torpaq sahəsinin özünə məxsus olduğunu iddia edirmiş. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan təxminən 0,30 ha örüş torpaq sahəsinin ətrafını qanunsuz olaraq çəpərləmişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan heyvanlarını oraya apararaq otarırmış. O, əlavə olaraq bildirmişdir ki, Ağsu rayonu İlxıçı bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs 0,30 ha örüş torpaq sahəsinin ətrafını qanunsuz olaraq çəpərləməsini bildiribmiş. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları 2023-cü ilin may ayında həmin əraziyə gələrək baxış keçirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri aşkar edilmiş və Təqsirləndirilən şəxs məsuliyyətdən qorxduğu üçün qanunsuz çəpərlədiyi ərazini sökmüşdür. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları oradan getdikdən sonra Təqsirləndirilən şəxs yenidən həmin ərazinin ətrafını çəpərləyərək tutmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sözügedən ərazinin ətrafını 2019-cu ilin oktyabr ayından 2020-ci ilin may ayına qədər olan müddət ərzində hissə-hissə çəpərləmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilk öncə həmin ərazinin ətrafını yerə ağac budaqları basdırmaqla tutubmuş. Sonra həmin ərazinin ətrafını ağaclarla tutmuş, ən sonda isə həmin yerin ətrafını metal torlar vasitəsilə hasarlamışdır. Həmçinin Təqsirləndirilən şəxs çəpərlədiyi ərazidə kustar üsulla çardaq da tikdirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına onun barəsində etdiyi şikayətlərlə əlaqədar dindirilən zaman bildirmişdir ki, o, heç vaxt Təqsirləndirilən şəxs məxsus əkin sahəsini məhv etməmişdir. Təqsirləndirilən şəxs ona böhtan atır. O, Təqsirləndirilən şəxs məxsus, Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən həyətin və pay torpağının kənarına çəkilmiş hasarı sökməmişdir. O, Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən su arxını məhv etməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu İlxıçı kəndində ailə üzvlərilə birlikdə yaşayır. X7 iştirak etmişdir və 3-cü qrup əlildir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxsla münasibətləri uzun müddətdir ki, pisdir. Münasibətlərinin pisləşməsinə səbəb Ağsu rayonu İlxıçı kəndi ərazisindəki örüş torpaq sahəsində özünə məxsus olan heyvanları otarmağıdır. Belə ki, Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən örüş torpaq sahəsində heyvanlarını otarırmış. Lakin, bir neçə dəfə Təqsirləndirilən şəxs atasının və onun heyvanlarını orada otarmasına maneə olmuşdur. Lakin o, Təqsirləndirilən şəxs bu hərəkətlərinə əhəmiyyət vermirmiş. Təqsirləndirilən şəxs həmin örüş torpaq sahəsinin özünə məxsus olduğunu qanunsuz olaraq iddia edirmiş. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən, Ağsu rayonu İlxıçı bələdiyyəsinin mülkiyyətində olan təxminən 0,30 ha örüş torpaq sahəsinin ətrafını qanunsuz olaraq çəpərləmişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan heyvanlarını gündəlik olaraq oraya apararaq otarırmış. O, əlavə olaraq bildirmişdir ki, Ağsu rayonu İlxıçı bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs 0,30 ha örüş torpaq sahəsinin ətrafını qanunsuz olaraq çəpərləməsini bildiribmiş. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları 2023-cü ilin may ayında həmin əraziyə gələrək baxış keçirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri aşkar edilmiş və Təqsirləndirilən şəxs məsuliyyətdən qorxduğu üçün qanunsuz çəpərlədiyi ərazini sökmüşdür. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları oradan getdikdən sonra Təqsirləndirilən şəxs yenidən həmin ərazinin ətrafını çəpərləyərək indiyədək tutmuşdur. Təqsirləndirilən şəxs konkret olaraq sözügedən ərazinin ətrafını 2019-cu ilin oktyabr ayından 2020-ci ilin may ayına qədər olan müddət ərzində hissə-hissə çəpərləmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilk öncə həmin ərazinin ətrafını yerə ağac budaqları basdırmaqla tutmuş, sonra həmin ərazinin ətrafını ağaclarla tutmuş, ən sonda isə həmin yerin ətrafını metal torlar vasitəsilə hasarlamışdır. Həmçinin Təqsirləndirilən şəxs çəpərlədiyi ərazidə kustar üsulla çardaq da tikdirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına onun barəsində etdiyi şikayətlərlə əlaqədar dindirilən zaman da bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus, Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən əkin sahəsini məhv etməmişdir. O, atası Şahid4la birlikdə Təqsirləndirilən şəxs məxsus, Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən pay torpağında ölçü işləri aparmamışdır. Təqsirləndirilən şəxs müraciətində qeyd etdiyi pay torpağı qanunsuz olaraq zəbt etdiyi örüş torpaq sahəsidir. O, atası Şahid4la birlikdə Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən su arxını məhv etməmiş və ya yolu müxtəlif üsullarla kəsməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 188.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 21 iyun 2023-cü il tarixli, 3-21-3/2-8507/2023 saylı məktubundan görünür ki, Ağsu rayonu İlxıçı bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahələrinin vətəndaş Təqsirləndirilən şəxs tərəfindən zəbt edilməsi barədə Ağsu rayonu İlxıçı bələdiyyəsinin 31 may 2023-cü il tarixli, 52 nömrəli müraciəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuşdur. Müraciətdə qeyd edilən məsələ Xidmətin Şamaxı ərazi şöbəsinin mütəxəssisləri tərəfindən bələdiyyə nümayəndəsinin iştirakı ilə yerində araşdırılan zaman vətəndaş Təqsirləndirilən şəxs tərəfindən özünəməxsus 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,05 hektar hissəsi və bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 0,30 hektar örüş sahəsi də daxil olmaqla, ümumilikdə 0,35 hektar ərazinin ətrafının metal tor vasitəsi ilə çəpərlənməsi faktı aşkar olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan sözügedən 0,30 hektar ərazinin ətrafına çəpər çəkilməsi faktının aşkar edilməsi CM-nin 188-ci maddəsinin tələblərinə uyğun gəlir. Göstərilənləri, eləcə də “Torpaqdan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndini nəzərə alaraq, qeyd olunan torpaq sahəsinin özbaşına tutulması (zəbt edilməsi), həmçinin qanunvericilikdə nəzərdə tutulmayan qaydada aparılan işlərin qarşısının alınması məqsədilə həmin şəxs barəsində CM-nin müvafiq maddələri ilə tədbirlərin görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. - 08 iyun 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şamaxı ərazi şöbəsinin əməkdaşları olan, torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Şahid1, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi Şahid2 və Ağsu rayon İlxıçı bələdiyyəsinin vergi xidməti orqanın müfəttişi vəzifəsində çalışan, Ağsu rayon İlxıçı bələdiyyəsinin sədrinin etibarnamə əsasında nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs özbaşına çəpərlədiyi Ağsu rayon İlxıçı kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı döngənin koordinatları müəyyən edilmiş və həmin koordinatlar əsasında “TEKUİS” baza proqramı vasitəsilə kameral araşdırma aparılmışdır. Araşdırma zamanı çəpərlənmiş 0,35 ha torpaq sahəsinin 0,05 ha hissəsinin xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri torpağı, 0,30 ha hissəsinin isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Vətəndaşdan çəpərləmə işləri aparılmış torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd tələb edildikdə AN-İ 07547088 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi təqdim edilmidşri. Həmin sənəd əsasında müəyyən edilmişdir ki, İlxıçı bələdiyyəsinə məxsus olan **********2 nömrəli çıxarış ilə dövlət qeydiyyatına alınmış 0,12 ha həyətyanı torpaq sahəsi 12 sentyabr 2019-cu ildə Təqsirləndirilən şəxs satılmışdır. Əldə edilmiş məlumatlara əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28in 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşları tərəfindən vətəndaşa mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinin sənədləri vizual olaraq göstərilmişdir. Təqsirləndirilən şəxs çəpərləmə işləri apardığı 0,35 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan hissəsinin örüş dövriyəsinə qaytarılması ilə bağlı Ağsu rayon İlxıçı bələdiyyəsi tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq hələ də ərazi çəpər daxilində saxlanılmışdır. Bildirilir ki, Ağsu rayonu İlxıçı bələdiyyəsinin əvvəlki müraciətlərinə uyğun olaraq əraziyə birgə baxış keçirilmiş və aparılmış izahat tədbirlərindən sonra vətəndaş tərəfindən sözügedən metal tor hasar sökülərək torpaq sahəsi örüş dövriyyəsinə geri qaytarılmışdır. Bələdiyyə sədrinin verdiyi məlumatlara əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunana metal tor hasarı sökdükdən bir neçə gün sonra yenidən bərpa etmiş və örüş torpaq sahəsini qanunsuz olaraq yenidən çəpərləmişdir. Ərazinin koordinatları (X:271059-Y:4485091) əldə edilmiş sənədlər, fotoşəkillər və ortofoto görüntü akta əlavə olunmuşdur. - Təqsirləndirilən şəxs ilə Ağsu rayonu İlxıçı Bələdiyyəsi arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu İlxıçı kəndində ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi almışdır. - Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Ağsu rayon İlxıçı kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ona məxsus olan həyətyanı torpaq sahəsinin daxilindən su arxı keçdiyi üçün torpaq sahəsini mal-qaradan qorumaq məqsədilə öz həyətyanı torpaq sahəsinin, eləcə də Ağsu rayonu İlxıçı bələdiyyəsinə məxsus olan örüş torpaq sahəsinin ətrafını metal tor vasitəsilə hasarladığını bildirmişdir. Metal tor vasitəsilə hasara çəkilmiş ərazinin, həmçinin mişar daşından tikilmiş tikilinin foto şəkilləri İbraimov Tahənin iştirakı ilə çəkilərək protokola əlavə edilmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxışda iştirak edən İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şamaxı ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Şahid1 Təqsirləndirilən şəxs təxminən 0,35 ha torpaq sahəsinin ətrafını metal tor vasitəsilə çəpərləməsini, 0,35 ha torpaq sahəsinin təxminən 0,05 ha hissəsi Təqsirləndirilən şəxs mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq olduğunu, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz çəpərlənmiş ərazinin daxilində olan təxminən 0,30 ha torpaq sahəsinin isə Ağsu rayon İlxıçı bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olduğunu bildirmişdir. Baxış zamanı Ağsu rayon İHB-nin Ağsu rayonu Qaraqoyunlu inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini X17 metal tor vasitəsilə çəpərlənmiş ərazini göstərərək həmin ərazinin Təqsirləndirilən şəxs tərəfindən çəpərlənməsini bildirmişdir. Həmçinin baxış zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X28 14 saylı Şamaxı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X18 xüsusi cihaz vasitəsilə metal tor vasitəsilə çəpərlənmiş ərazinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmişdir. Daha sonra Əkrəm Əhmədov bu barədə akt tərtib edərək ölçü işləri apardığı həmin ərazinin mülkiyyəti barədə Ağsu rayon Polis Şöbəsinə rəsmi məlumat göndəriləcəyi bildirilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmı, fotoşəkillər protokola əlavə edilmişdir. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Ağsu rayonu İlxıçı bələdiyyəsi cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - Zərər çəkmiş şəxsin nümayəndəsi kimi tanınma haqqında 27 avqust 2023-cü il tarixli qərardan görünür ki, Ağsu rayonu İlxıçı bələdiyyəsinin nümayəndəsi qismində Ağsu rayonu İlxıçı bələdiyyəsinin sədrinin etibarnamə əsasında nümayəndəsi Zərərçəkmiş şəxs tanınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32i 14 saylı Şamaxı Ərazi İdarəsinin 16 noyabr 2023-cü il tarixli, **********69 nömrəli məktubundan görünür ki, Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsi və kimin mülkiyyətində olması ilə bağlı baxışın keçirilməsi ilə əlaqədar mütəxəsissin iştirakı ilə Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən, çəpər daxilində olan torpaq sahəsinə baxış keçirilmiş, ölçü zamanı torpaq sahəsinin 0,33 ha olması müəyyən edilmişdir. Həmçinin elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin 486 kv.metr hissəsi xx.xx.2019-cu il tarixdə 4ə-0218 saylı alqı-satqı müqaviləsi əsasında Ağsu rayon İlxıçı bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs satılmışdır. Qalan 0,2814 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar təqsirləndirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın surəti ona təqdim edilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixli qərarla CM-in 188.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavələr etməklə ona həmin maddə ilə yenidən ittiham elan olunmasi, Şahid4, Zərərçəkmiş şəxs və Şahid5 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət təqibi başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olmuş xx.xx.2023cü il tarixli məktubunun və məktubla daxil olmuş 08 iyun 2023-cü il tarixli aktın, Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X28 14 saylı Şamaxı Ərazi İdarəsindən daxil olmuş 16 noyabr 2023-cü il tarixli məktubunun və şahidlərin ifadələrinin cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs yenidən ittiham elan etmə haqqında 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr edilərək o, CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri, iş materiallarına əlavə edilmiş foto şəkillər və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə, həmçinin cinayət işi materialları ilə tanış olarkən özünü ona CM-nin 188.3-cü maddə ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, həmçinin iş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan ktdan görünür ki, təqsirləndirilən şəxs özü etiraf edir ki, ittihamda göstərilən ərazini heç bir sənəd olmadan, heç kimlə müqavilə bağlamadan çəpərləmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs dolayısı ilə törətdiyi əməli etiraf etmiş, lakin özünü təqsirli bilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs ittihamda ona istinad olunan cinayət əməllərini törətməsi istintaq zamanı tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, həmçinin zərər çəkmiş şəxsin nümayəndəsinin, yuxarıda sadalanmış şahid ifadələri və sair istintaq hərəkətlərinin protokolları, verilmiş sorğulara alınmış cavablar və toplanılmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 188.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin: 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 188.3-cü maddəsinə əsasən bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1955-ci il tarixdə Ağsu rayonu İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, Ağsu rayonu İlxıçı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 16 noyabr 2023-cü il tarixli 5-34-15/2-2- 117/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Ağsu rayonunun İlxıçı kəndində yaşayır və ailə üzvləri: arvadı – X2 – xx.xx.1958; oğlu – X16 – xx.xx.1987; oğlu – X12 – xx.xx.1987; gəlini – X3 – xx.xx.1991; nəvəsi – X13 – xx.xx.2019; gəlini – X10 – xx.xx.1998; nəvəsi – X8 – xx.xx.2022. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 16 noyabr 2023-cü il tarixli 5-34-15/2-2- 118/2023 nömrəli xasiyyətnamədən görünür ki, Ağsu rayonunun İlxıçı kənd sakini Təqsirləndirilən şəxs Ağsu rayonunun İlxıçı kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Vətəndaş uzun illər Ağsu rayonunun İlxıçı kənd tam orta məktəbində müəllim işləmişdir. Hal-hazırda pensiyaçıdır. O, İlxıçı kəndində yaşadığı müddətdə kənd sakinləri arasında bir neçə dəfə münaqişə yaratmışdır. Kənd sakinlərinin xeyir və şər işlərində yaxından iştirak etməmişdir. Təqsirləndirilən şəxs barəsində Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə bir neçə dəfə şifahi xarakterli şikayətlər daxil olmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X28 18 noyabr 2023-cü il tarixli 18-1-25/2-842/23 nömrəli məktubundan görünür ki, Ağsu rayonunun İlxıçı kənd sakini Təqsirləndirilən şəxs ruhiəsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqüdçü olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 100 manat mütəxəssis rəyinin verilməsinə dair ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32i 14 saylı Şamaxı Ərazi İdarəsinin müvafiq hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32i 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına ödənilsin. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi Natiq oğlunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar