Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-22/2025 04.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclasına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Ağsu Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramisti) vəzifəsində işləyir. İş materiallarını araşdıraraq hesab edirəm ki, tərəfimdən hazırkı işə baxılmasına yol verilmədiyindən özü-özümə etiraz olunmalıdır. Sədrlik edən özü-özünə etiraz məsələsinə dair proses iştirakçılarının fikrini soruşur. Etiraz daxil olmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM): 107.1-ci maddəsinə əsasən cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. 109.3.3-cü maddəsinə əsasən Etiraz məsələsini birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Ağsu Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramisti) vəzifəsində işləməsi halı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının obyektivliyinə və qərəzsizliyinə dair şübhə olmaması baxımından hesab edirəm ki, özü-özümə etiraz edilməli və etiraz baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 107, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özü-özümə etiraz edilsin. Etiraz baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-22/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-22/2025
04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver