Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-23/2023 28.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X22 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləyən, əvvəllər məhkum olunmuş, Ağsu şəhəri Y.Məmmədəliyev küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində 25 oktyabr 2022-ci il tarixli qərar ilə “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0.662 qram olan üzərində “F/M40” göstəricisi olan 6 (altı) ədəd hissəyə bölünmüş qəhvəyi rəngli dərman həblərinin parçalarında təsir maddəsinin miqdarı 0.06 qram təşkil edən narkotik vasitə olan metadonu əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 23 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Ağsu şəhəri Nizami küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 17:25 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sol döş cibindən, bir ədəd sellofon bükümdə, ümumi çəkisi 0,662 qram olan, üzərində F/M40 göstəricisi olan, 6 ədəd hissəyə bölünümş, qəhvəyi rəngli dərman həblərinin parçalarında, təsir maddəsinin miqdarı 0,06 qram təşkil edən, narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağsu şəhəri, Y.Məmmədəliyev küçəsində yerləşən 21 saylı evdə ana və atası ilə birlikdə yaşayır. Əvvəllər ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkum olunmuşdur. Keçmişdə narkotik vasitə olan heroinin aludəçisi olmuş, lakin təxminən son 15-20 gündür ki, narkotik vasitələrdən istifadə etməkdən imtina etmək qərarına gəlmiş, buna görə də səhhətində ağrılar yaranmışdır. Təxminən 10 gün əvvəl ağrılarını kəsmək üçün sosial şəbəkədə təsadüfən tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Peyman adlı şəxs ilə “vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə mesajlaşaraq ona ağrılarının azalması üçün metadon dərmanına ehtiyacı olduğunu bildirmiş, həmin şəxs isə onunla razılaşmış və ona bank hesabını verərək, hesabına 400 manat pul göndərməsini bildirmiş və bunun müqabilində ona 4 list metadon dərmanı gətirəcəyini demiş, o özünü Peyman kimi təqdim edən şəxslə razılaşmış və metadon dərmanını götürmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqdan sonra həmin şəxsin ona verdiyi, lakin hazırda xatırlamadığı bank hesabına 400 manat pul göndərmiş, həmin məbləği göndərdikdən sonra Peyman adlı şəxs ona metadon həblərini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsinin ərazisindən keçən qatar yolunun reysinin altına qoyduğunu demiş və həmin yerin şəklini çəkib “vatsap” vasitəsi ilə ona göndərmiş, bundan sonra o, həmin şəxsin dərman həblərini qoyduğu yerə getmiş və həmin yeri tapmış, lakin həmin şəxs 4 list dərman gətirəcəyini desə də, o, orada sadəcə olaraq 1 list içərisində 10 ədəd həb olan metadon dərmanı aşkarlamış və həmin 1 list metadon dərmanını oradan götürüb, həmin metadon dərmanından 1 ədəd və yarım dənə atmış sonra isə yaşadığı Ağsu rayonuna geri qayıtmışdır. Ağsu rayonunda olduğu müddətdə o, ağrıları yarandıqca ilk əvvələr 1.5 həb həmin metadon dərmanından istifadə etməyə başlamış, sonra 2-3 gün müddətində həmin dərmandan istifadə etməmiş, 2-3 gün sonra isə yenidən bir qədər ağrıları əmələ gəldiyindən bu dəfə artıq 1 ədəd həmin dərmandan gündəlik olaraq atmağa başlamış, bir neçə gün sonra isə həmin dərmanın dozasını azaldaraq yarım həb atmağa başlamış, daha bir neçə gün sonra isə dozanı daha da azaldıb 1 ədəd həbi 4 yerə bölərək ¼ -ni atmağa başlamış, 23 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində son olaraq qalmış 1 tam həb və bir ədəd yarım həbi 6 hissəyə bölərək sellofana büküb, üzərində götürmüş və yaşadığı evdən çıxaraq Ağsu şəhəri Nizami küçəsi istiqamətində getməyə başlamış, Nizami küçəsinə çatdıqda həmin küçədə piyada şəkildə hərəkətdə olarkən, polis əməkdaşları onu saxlatdıraraq, birlikdə Ağsu rayon polis şöbəsinə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə gəlmiş, daha sonra vəkil dəvət olunmuş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuş, sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan metadon həbləri olmasını etiraf etmiş, sonradan protokol tərtib olunaraq əynində olan qara rəngli gödəkcənin sol döş cibindən, bir bükümdə selofonuna bükülmüş 6 ədəd, hissələrə bölünmüş metadon həblərini cibindən çıxararaq təhvil vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, əvvələr narkotik vasitə olan heroindən istifadə etmişdir, lakin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, şəhid qardaşı olmasını, atasının rəhmətə getməsini, anasının xəstə olmasını, anasına yeganə baxan şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, şəhid qardaşı olmasını, atasının rəhmətə getməsini, anasının xəstə olmasını, anasına yeganə baxan şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən 9/3 nömrəli evdə yaşayır. 2021-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə xidmətdə olan zaman Təqsirləndirilən şəxs Ağsu şəhəri Nizami küçəsində piyada hərəkətdə olduğunu görüb, Təqsirləndirilən şəxs saxlayaraq, onun narkotik vasitə qəbulunda şübhəli olduğunu bildirib, rayon polis şöbəsinə gəlməyə dəvət etmiş, Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmiş, bundan sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah olunmuş, videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə vardırsa özü könüllü təqdim etsin. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol döş cibindən selofona bükülmüş, bir bükümdə 6 ədəd hissələrə bölünmüş deməsinə görə narkotik vasitə olan metadon həblərini təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitədən ağrılarının azalması üçün istifadə edir. Həmin narkotik vasitəni 10 gün əvvəl İran İslam Respublikasının Peyman adlı vətəndaşının bank hesabına 400 manat pul göndərmiş və Peyman adlı şəxs də bir list metadon dərmanını Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsinin ərazisindən keçən dəmir yolu reysinin altına qoymuş, sonra isə həmin dərmanı oradan götürüb, istifadə etmək üçün üzərində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində tərəfindən şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofona bükülmüş deməsinə görə narkotik vasitə olan metadon götürülərək vəkilin iştirakı ilə tərəzidə çəkilmiş və bükülünün çəkisi 0,72 qram olmuş. Daha sonra narkotik vasitə təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, sonra isə tərtib olunmuş protokol ucadan oxunaraq, iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid1 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Maşadqanlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. 2020-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağsu şəhəri Y.Məmmədəliyev küçəsi ev 21-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Ağsu şəhərində narkotik vasitələri əldə etməsi, qəbul etməsi və üzərində saxlaması ilə məşğul olması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Tərəfindən həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən ona həvalə olunmuş və bu barədə tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman Təqsirləndirilən şəxs Ağsu şəhəri Nizami küçəsində piyada hərəkətdə olduğunu görüb, Təqsirləndirilən şəxs saxlayaraq, onun narkotik vasitə qəbulunda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmiş, Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah olunmuş, videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə vardırsa özü könüllü təqdim etsin. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol döş cibindən selofona bükülmüş, bir bükümdə 6 ədəd hissələrə bölünmüş deməsinə görə narkotik vasitə olan metadon həblərini təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitədən ağrılarının azalması üçün istifadə edir. Həmin narkotik vasitəni 10 gün əvvəl İran İslam Respublikasının Peyman adlı vətəndaşının bank hesabına 400 manat pul göndərmiş və Peyman adlı şəxs də bir list metadon dərmanını Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsinin ərazisindən keçən dəmir yolu reysinin altına qoymuş, sonra isə həmin dərmanı oradan götürüb, istifadə etmək üçün üzərində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində tərəfindən şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofona bükülmüş deməsinə görə narkotik vasitə olan metadon götürülərək vəkilin iştirakı ilə tərəzidə çəkilmiş və bükülünün çəkisi 0,72 qram olmuş. Daha sonra narkotik vasitə təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, sonra isə tərtib olunmuş protokol ucadan oxunaraq, iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan qara rəngli gödəkcənin sol döş cibindən bir ədəd selofonuna bükülmüş olan narkotik vasitə olan 6 (altı) ədəd metadon həbinə bənzər təqdim etmiş və və bildirmişdir ki, həmin həbləri 10 gün əvvəl İran İslam Respublikasının bank hesabına pul göndərərək və həmin şəxsin Bakı şəhərində Zabrat qəsəbəsində yerə ataraq əldə etmiş, hazırda öz istifadəsi üçün üzərində gəzdirir. Aşkar edilmiş narkotik vasitə olan metadon həbinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və 6 ədəd metadon həblərinin çəkisi, selofan bükümü ilə birlikdə 0,72 qram təşkil etməsi müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatı üçün maddi sübut kimi götürülmüş və zərfə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Axtarış zamanı foto şəkillər və istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcı protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli 6/6149 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №93” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki ümumi çəkisi 0,662 qram olan üzərində “F/M40” göstəricisi olan 6 (altı) ədəd hissəyə bölünmüş qəhvəyi rəngli dərman həblərinin parçalarında metadonun təsir maddəsinin miqdarı 0,06 qram təşkil edir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”-na daxildir. Qeyd: “Methadone 40” həblərin ümumi çəkisi – 0,662 qram, tədqiqata sərf edildi – 0,120 qram, qalıq – 0,542 qram. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 manatdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçmək haqqında 25 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 69 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içində olan, bir ədəd sellofan bükümdə, 0,542 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan metadon ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və Ağsu RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 xx.xx.2020-ci il tarixli, 6026 saylı məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası” X19 xx.xx.2020-ci il tarixli 1824 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X19 02 noyabr 2022-ci il tarixli, PHŞ-16-25-2-2022-118 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmiş, lakin Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nin narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 1(099)- 468/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəssinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 04 noyabr 2022-ci il tarixli, 1655 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Həyat üçün Şans” Reablitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs оğlu narkomaniyadan əziyyət çəkir xx.xx.2023-cü ildən Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən mərkəzdə mənəvi və psixoloji dəstək alır. Mərkəzin kurs müddəti 6 aydan 8 aya qədərdir. - “Həyat üçün Şans” Reablitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs оğlu narkomaniyadan əziyyət çəkir xx.xx.2023-cü ildən Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən “Həyat üçün Şans” Reablitasiya Mərkəzində narkomaniyadan müalicə alır. Mərkəzin kurs müddəti 6 aydan 8 aya qədərdir. Hal-hazırda Təqsirləndirilən şəxs оğlunun vəziyyəti çox ağır və ölümcül olduğuna görə məhkəmə prosesində iştirak edə bilmir. - “Həyat üçün Şans” Reablitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs оğlu narkomaniyadan əziyyət çəkdiyi üçün xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Abşeron rayon Mehdiabad və Mərdəkan qəsəbəsində yerləşən “Həyat üçün Şans” Reablitasiya Mərkəzində müalicə alıb. xx.xx.2023-cü ildə müalicəsi tam şəkildə bitdikdən sonra sağlam şəkildə ailəsinə təhvil verilib. Hal-hazırda Təqsirləndirilən şəxs оğlunun həyatı və vəziyyəti haqqında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxs Ambulator X1 05 dekabr 2023-cü il tarixli, 7942 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlunda Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi haqqında 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin İŞ-də CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmiş, ********* nömrəli cinayət işindən ayrılmış Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ərazi aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokurluğu vasitəsi ilə Bakı şəhər Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitənin 25 oktyabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq tədqiqatdan sonrakı qalğı saxlanması üçün Ağsu RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X12 24 oktyabr 2022-ci il tarixli 6/6149 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2022-ci il tarixli, 1655 nömrəli ekspert rəyləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 oktyabr 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Cəfərov X6 Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünə əsasən CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. - Ağsu rayon İcra və Probasiya Şöbəsinin 04 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, məhkum Cəfərov X6 Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 468/2021 saylı, 11 avqust 2021-ci il tarixli hökmünə əsasən CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2023-cü il tarixdə cəzası bitmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin 28 dekabr 2023-cü il tarixli, 3-13-16/212-4422/2023 saylı məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində ünvan 3 ünvanda yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamış, CM-nin 263-1.3-cü maddəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücülük hüququndan məhrum olunmuşdur. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər ehtiyatsızlıqdan törətdiyi cinayətə görə məhkum olduğu üçün onun törətdiyi əməl cinayətin residivini yaratmır. Həmçinin ehtiyatsızlıqdan törətdiyi cinayətə görə sınaq müddəti başa çatsada, çəkilməmiş əlavə cəzası qaldığına görə məhkumluğu ödənilməmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdikləri əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 oktyabr 2023-cü il tarixli, 3666 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhər Y.Məmmədəliyev küçəsi 21 saylı evdə yaşamaqla aşağıdakı tərkibdə ailə üzvləri var: atası-1966-cı il təvəllüdlü – X9, anası-1956-cü il təvəllüdlü - X10. - Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 28 oktyabr 2023-cü il tarixli, 3666 saylı xasiyyətnamədən görünür ki, 1993-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs Y.Məmmədəliyev küçəsi 21 saylı evdə yaşayır, nizam-intizamlıdır, ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarır. Təqsirləndirilən şəxs barədə Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə də şifahi cinayət xarakterli material və məlumat daxil olmamışdır. - Bərdə regional ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsinn 11 noyabr 2020-ci il tarixli AZ-İİ № 132727 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 noyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar, digər partlayış və qəlpə zədələri ilə Döyüş meydanında ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 321 nömrə ilə qeyd edilmişdir. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X19 xx.xx.2021-ci il tarixli, 183 saylı arayışından görünür ki, Ağsu şəhəri, Y.Məmmədəliyev küçəsində yaşayan X4 orta beyin arteriyası hövzəsində işemik insult, sağ tərəfli hemiparez, mafoz afakiya, arterial hipertenziya İİİ dərəcə diaqnozu ilə xəstədir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, şəhid qardaşı olmasını, anasının xəstə olmasını, ona yeganə baxan şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağsu Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixdə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 oktyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin: 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin 28 dekabr 2023-cü il tarixli, 3-13-16/212-4422/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza üzrə onun üzərində hazıradək 08 (səkkiz) ay 03 (üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü üzrə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın qalıq qalmış 08 (səkkiz) ay 03 (üç) gün hissəsi tam birləşdirilməli və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan tədqiqatdan sonra qalıq qalmış bir ədəd sellofan bükümdə, 0,542 qram çəkidə narkotik vasitə olan metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamaların rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, X5 və X2 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 18 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı tutulduğu 23 oktyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək olan 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 1(099)- 468/2021 saylı hökmü üzrə təyin edilmiş 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 03 (üç) gün hissəsi birləşdirmək yolu ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 08 (səkkiz) ay 03 (üç) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə 08 (səkkiz) ay 03 (üç) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – bir ədəd sellofan bükümdə, 0,542 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 18 saat hüquqi yardıma görə 108 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-23/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-23/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver