Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-23/2025 11.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı , Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Ağsu rayonu, Ülgüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ülgüc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 17,09 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 07 fevral 2025-ci il tarixdə saat 16:25-də Ağsu Rayon Polis Şöbəsinin CAB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” qəbiristanlığının qarşısında keçən yolda saxlanılıb üzəri yoxlanılarkən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 17,09 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli gödəkcənin sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən bir ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyi “Megane Reno minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayonu və Bakı şəhəri arasında sərnişinləri daşıyaraq taksi fəaliyyəti ilə məşğul olaraq dolanışığını təmin edir. 05 fevral 2025-ci il tarixdə saat 13 radələrində idarə etdiyi “Megane Reno minik” markalı, **- FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə Bakı şəhərindən çıxaraq Ağsu şəhəri istiqamətində getməyə başlamış, 05 fevral 2025-ci il tarixdə saat 14 radələrində siqaret almaq üçün idarə etdiyi “Megane Reno minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu Mərəzə qəsəbəsindən keçən hissəsində yerləşən mağazanın yanında dayanmış, bu vaxt avtomobildən düşərək mağazaya tərəf gedərkən yerdə bir siqaret qutusu onun diqqətini cəlb etmiş, bundan sonra yaxınlaşaraq həmin siqaret qutusunu yerdən götürdükdə onun “Sobranie” markalı siqaretin qutusu olmasını görmüş, həmin “Sobranie” markalı siqaret qutusunu açan zaman onun içərisində narkotik vasitə marixuana olmasını görmüş, bundan sonra içərisində narkotik vasitə marixuana olan “Sobranie” markalı siqaret qutusunu əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibinə sonradan istifadə etmək məqsədilə qoymuş, bundan sonrakı iki gün ərzində, yəni 07 fevral 2025-ci il tarixədək olan müddət ərzində ona məxsus olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı narkotik vasitə marixuanadan istifadə etməmiş, 07 fevral 2025-ci il tarixdə ona məxsus olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində olan narkotik vasitə marixuanadan istifadə etmək qərarına gəldiyi üçün saat 16 radələrində Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” qəbiristanlığının yaxınlığına gəlmiş, burada olan yol ilə piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimdə olan şəxs və iki nəfər də polis geyim formasında olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olmalarını deyib özlərini təqdim etmişlər. Bu vaxt polis əməkdaşları baş verənləri video çəklişlə qeyd etmişlər. Polis əməkdaşları üzərində narkotik vasitənin saxlanılmasında şübhəli olmağını bildirmişlər və üzərində qanunsuz saxlanılan əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixtrop maddə varsa onu təqdim etməyini bildirmişlər. Bundan sonra əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə marixuana olan “Sobranie” markalı siqaretin qutusunu çıxarıb təqdim etmiş, həmin siqaret qutusu açılan zaman onun içərsində narkotik vasitə marixuanaya bənzər kütlə olması məlum olmuş, həmin siqaret qutusu içərisində olan narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilən zaman onun çəkisinin 22,03 qram olmasını görmüş, bundan sonra protokol tərtib olunmuş və o da protokol düzgün tərtib olunduğu üçün digər iştirakçılarla birgə imza etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmayıb. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda DİN-in Ağsu RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 fevral 2025-ci il tarixdə Ağsu rayonu Ülgüclü kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal tərəfindən Ağsu RPŞ-nin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 və Ağsu RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və ondan ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə 07 fevral 2025-ci il tarixdə saat 16 radələrində xidməti avtomobillə Ağsu RPŞ-nin inzibati binasının həyətindən çıxıb Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” adlanan qəbirstanlığının yaxınlığına yollanmışlar. Bir az sonra həmin yerə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həmin ərazidə piyada hərəkətdə olacağı məlum olduğu üçün həmin yerə gedib yaxınlıqda orada bir qədər gözlədikdən sonra saat 16:25-də Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb dərhal əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə ona yaxınlaşıb xidməti vəsiqəni təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib video çəkiliş altında əməliyyat-axtarış tədbirinin keçirilməsinə başlamışlar. Həmin vaxt əməliyyat tədbirinin video çəkilişini Ağsu RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X8 həyata keçirmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi tərəfindən təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitəyə bənzər kütlənin olmasını deyib əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibdindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu təqdim etmiş, təqdim edilən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisinə baxış zamanı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, həmin bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və müəyyən edildi ki, “Sobranie” markalı siqaret qutusu ilə birlikdə çəkisi 22,03 qramdır. Bundan sonra aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd “Sobranie” markalı siqaret qutusuyla birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək tərəfindən qablaşdırılmış və üzərinə 94 nömrəli möhür vurulmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş mariuxanaya bənzər kütləni Bakı şəhərindən Ağsu rayonuna gələrkən Mərəzə qəsəbəsi ərazisində yolun kənarında tapdığını, şəxsi istifadəsi ilə əlaqədar götürüb üzərində saxladığını, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni satmaq niyyətinin olmadığını bildirmiş, bunun ardınca Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa əşya və ya predmetin olması ilə bağlı verilən suala cavab olaraq bildirmişdir ki, üzərində hər hansısa əşya və ya predmet yoxdur.Təqsirləndirilən şəxs üzəri onun tərəfindən yoxlanılarkən dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzəri onun tərəfindən yoxlanılan zaman Vüsalın əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir qutu “Kent 8” markalı siqaret və bir ədəd alışqan aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs götürülmüş bir qutu “Kent 8” markalı siqaretin içərisinə baxdıqda qutunun içərisində siqaretlər olması müəyyən edilmiş, aşkar olunmuş bir qutu “Kent 8“ markalı siqaret və alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmış, bununla da Təqsirləndirilən şəxs üzərini yoxlama Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” qəbirstanlığının qarşısından keçən yolda başa çatdırılmış, bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək götürülməsi ilə bağlı Ağsu RPŞ-nə gətirilmiş, orada onun tərəfindən müvafiq sənədləşmə aparılmış, sənədləşməylə bağlı Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək götürülməsi ilə bağlı şəxsin özü və barəsində toplanmış müvafiq material narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd disklə birlikdə müvafiq prosessual qərar qəbul edilməsindən ötrü RPŞ-nin TQ-na təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu rayonu Polis şöbəsinin İstintaq Qrupuna göndərilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” 07 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 08 fevral 2025-ci il tarixli, 17/103 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Ağsu rayonu Ülgüc kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə bir ədəd siqaret paketində”. yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusuna, təmiz çəkisi - 17,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 09 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin rədd edilməsi haqqında” Ağsu rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzə CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təmin edilməmiş, onun saxlanıldığı Ağsu rayon Polis şöbəsinin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 09 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - “Maddi sübut qismində tanıma barədə” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 17,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın Ağsu rayon Polis şöbəsinin saxlancına verilməsi qərara alınmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - arvadı - 1993-cü il təvəllüdlü X5, qızı - 2011-ci il təvəllüdlü X6, oğlu - 2014-cü il təvəllüdlü X1 ibarətdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü aparmağı bacarır. Ona verilən tapşırıqları yerinə yetirir, böyüklərə hörmət etməyi bacarır, ailəlidir 2 övladı var. Onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət daxil olmamışdır. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 26 fevral 2025-ci il tarixli, 18- 1-25/2-191/25 nömrəli məktubdan görünür ki, Ağsu rayonu Ülgüc kənd sakini Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş, dispanser qeydiyyatına götürülməmişdir. Narkomaniya xəstəliyinə görə xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatında dayanır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 03 mart 2025-ci il tarixli cavabdan görünür ki, əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 05 mart 2025-ci il tarixli, 341 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 09 fevral 2025-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş. onun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 17,09 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı istintaq zamanı haradan, kimdən və hansı yolla əldə etməsinin müəyyən edilməsi, gələcəkdə bununla bağlı şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılaraq araşdırılması üçün icraata qəbul edilməsi, üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 17,09 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ekspertiza tədqiqatında “CAS MWP 300” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertiza tədqiqatında istifadə edilən elektron tərəzi daha dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunmasının nəzərə alınması, üzərində yoxlanılma aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə yerləşdirib qanunsuz daşıdığı bir ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 17,09 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı təqdim etdiyi üçün onun bu hərəkəti könüllü təqdim etmə kimi qiymətləndirilməsi, iş üzrə şübhəli şəxsin üzərinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürlmüş bir qutu “Kent8” markalı siqaretin və bir ədəd alışqanın iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün sonuncunun özünə qaytarılması, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından məhkəməbioloji ekspertizanın 08 fevral 2025-ci il tarixli, 17/103 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 05 mart 2025 il tarixli, 341 nömrəli rəyi, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və əşyaların götürülməsi barədə 07 fevral 2025-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş bir ədəd disk, Ağsu RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13- 64/1-3025/2025 nömrəli raport, Təqsirləndirilən şəxs, iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrinin sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, şahid ifadəsi, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ Siyahının 109.1-ci qrafasına əsasən, 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 fevral 2025-ci il tarixdən 09 fevral 2025-ci il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfdə qablaşdırılmış 17,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 fevral 2025-ci il tarixdən 09 fevral 2025-ci il tarixədək saxlanıldığı 2 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfdə qablaşdırılmış 17,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-23/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-23/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver