Məhkəmə qərarları › İş №1(016)-24/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-24/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-24/2024 23.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Ağsu rayonu, Xasıdərə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunan, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olmaqla, Ağsu rayonu, Kalva kəndində yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərərək qəsdən zərəçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 17 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhərində olarkən qızı Şahid8 həmkəndlisi Şahid7 ilə birlikdə evdən qaçmasını öyrənib, kirayə yaşadığı mənzildən mavi tutacaqlı mətbəx bıçağını əynində olan tünd göy rəngli şalvarının bel hissəsinə yerləşdirərək Ağsu rayonuna yola düşməklə, yolda Azərbaycan Respublikasının DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edib qızının Şahid7 tərəfindən qaçırıldığını bildirmiş, Ağsu rayonuna gəldikdə polis əməkdaşları ilə birlikdə rayonun Kalva kəndində Şahid5 məxsus fərdi yaşayış evinin qarşısına gedərək, orada saat 22 radələrində qızı Şahid8 könüllü evdən qaçdığını öyrəndikdən sonra, bununla yanaşı kənd əhalisi arasında nişanlı qızının başqa şəxslə birlikdə qaçmasına görə rüsvay olduğunu düşünüb hiddətlənərək uca səslə nalayiq ifadələr işlətməsi səbəbindən ona irad bildirən, hakimiyyət nümayəndəsi olan Ağsu rayon polis şöbəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixində təsdiq edilən növbətçilik cədvəlinə əsasən xx.xx.2023-cü il tarixdə İstintaq-əməliyat qrupunda növbədə olmuş - Ağsu rayon polis şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən müqavimət göstərib, şalvarının bel hissəsinə yerləşdirdiyi mavi tutacaqlı mətbəx bıçağını çıxarıb sonuncuya vuraraq sağ əlin ovuc səthindən başlayaraq İİ barmaq falanqasına doğru gedən yumuşaq toxumanın kəsilmiş-deşilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 4 övladı var. Bakı şəhərində fəhlə işləyərək ailəsini dolandırır. Bakıda işləsə də, ay ərzində 3-4 dəfə Kalva kəndinə gələrək ailəsinə baş çəkmiş, təxminən bir il bundan öncə həmkəndlisi Sənan oğlu Taleh üçün qızı xx.xx.2005-ci il təvəllüdlü Gülnarı istəmişdir. O isə qızının yaşının az olduğunu bildirərək Talehə verməkdən imtina etmiş, təxminən 3 ay bundan öncə qızı Şahid8 dostu Allahverdinin oğlu Şahin ilə nişanlamış, 17 oktyabr 2023cü il tarixdə saat 16 radələrində Bakı şəhərində olarkən həmkəndlisi Vəkalət ona zəng edərək, bacısı oğlu Talehin qızı Gülnarı öz evlərinə qaçırdığını bildirmiş, o da əsəbləşərək, Bakı şəhərində kirayə yaşadığı evdən mavi rəngli mətbəx bıçağını şalvarının arxa hissəsinə yerləşdirərək, yol maşını ilə Ağsu rayonuna yola düşmüş, yolda olarkən ***-***- **-** saylı mobil nömrəsi ilə Azərbaycan Respublikasının DİN-nin “102” xidməti-zəng mərkəzinə müraciət edərək, qızının qaçırıldığını bildirmiş, saat 19 radələrində Ağsu rayonu Kalva kəndinə çatmış, arvadı Təzəgül Quluyeva ilə əlaqə saxladıqda, arvadının və polis əməkdaşlarının kənd icra nümayəndəsinin evində olduğunu öyrənmiş, özü də dərhal oraya getmişdir. Şahid4 evində Ağsu RPŞ-nin əməkdaşları ondan izahat almış, daha sonra polis əməkdaşları Talehin atası Sənanın evinə yollanmış, o da arvadı ilə birlikdə Sənanın evinə getmiş, Sənanın evinə getdiyi zaman polis əməkdaşları içəridə Gülnarın və Talehin izahatını almış, daha sonra polis əməkdaşları evdən çıxaraq getməyini bildirmiş, o da buna etiraz edərək, əsəbiləşib bir sıra söyüşlər söyməyə başlamış, polis əməkdaşları onu polis şöbəsinə aparacaqlarını bildirmiş, həmin vaxt o daha da qəzəblənmiş, 4 nəfər polis əməkdaşları onun qolundan tutub xidməti maşına tərəf aparmış, bu zaman adını bilmədiyi polis əməkdaşı onun şalvarının arxa hissəsindən tutduqda şalvarının arxa hissəsində olan bıçaq polis əməkdaşının əlini kəsmiş, daha sonra onu Ağsu rayon polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan xəsarət alsa da, üzərində bıçaq gətirdiyinə görə özünü təqsirli sayır və peşmanlıq hissi çəkir. Məlum hadisə vaxtı bədəninin heç bir nahiyəsindən xəsarət almamış, qızının qaçırıldığı üçün əsəbi olduğundan uca səslə söyüşlər söymüş, Şahid7 və ailəsini öldürməklə hədələmiş, lakin Zərərçəkmiş şəxs bilərəkdən heç bir xəsarət yetirməmiş, mavi qulplu bıçaq şalvarının arxa hissəsində olmuş, Zərərçəkmiş şəxs onu xidməti avtomobilə əyləşdirərkən ehtiyatsızlıqdan əli kəsilmişdir. Ağsu rayonu Kalva kəndində Sənanın evinə gedəcəyini, orada Sənanın qohumlarının ona hücum çəkəcəyini düşündüyündən özünü müdafiə etmək üçün mavi rəngli bıçağı şalvarının arxa hissəsinə yerləşdirmiş, bununla yanaşı üzərində kiçik ölçülü atverka olmuş, qeyd edilən bıçaq və atverkanı polis əməkdaşlarına təhvil vermişdir. Baş vermiş hadisə ilə bağlı hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağsu rayonu, Kalva kənd sakini Təqsirləndirilən şəxs Səttar oğlu qızı Şahid8 qaçırılması barədə Azərbaycan Respublikasının DİN-nin 102 xidməti zəng mərkəzinə müraciəti əsasında xidməti qrup ilə birlikdə Ağsu rayonu Kalva kəndinə yola düşmüş, ilk öncə Ağsu rayonu Kalva kənd icra nümayəndəsi Şahid4 evinə getmiş, Təqsirləndirilən şəxs arvadı Şahid9 da icra nümayəndəsinin evində olmuş, Şahid9 izahatı alındıqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhərindən birbaşa oraya gəlmiş, daha sonra Təqsirləndirilən şəxs də izahatını almış, bundan sonra o polis əməkdaşları ilə birlikdə Şahid8 qaçıran Şahid7 evinə yollanmış, Şahid7 evində Talehin ailə üzvlərinin və Şahid8 izahatını almış, Şahid8 xx.xx.2005-ci il təvəllüdlü olmasını, atası tərəfindən məcburi olaraq istəmədiyi oğlanla nişanlanmasını, könüllü olaraq Şahid7la birlikdə qaçmasını bildirmiş, həmin zaman Təqsirləndirilən şəxs və arvadı Şahid9 Şahid7 evinə gəlmiş, Təqsirləndirilən şəxs həyətdə səs-küy salaraq, uca səslə söyüşlər söyməyə, Şahid7 ailəsini öldürəcəyini uca səslə qışqıraraq, hədə-qorxu gəlməyə başlamışdır. Vətəndaşları sakitləşdirmək üçün ilk öncə Şahid9 Günlar Quluyeva ilə görüşdürmüş, Gülnar anasına Taleh ilə könüllü gəldiyini, evinə qayıtmaq istəmədiyini demiş, daha sonra Təqsirləndirilən şəxs də qızı Gülnar ilə görüşdürmüş, Əfsər qızına birlikdə evə qayıtmasını bildirsə də, Gülnar atası ilə birlikdə qayıtmaq istəməmiş, daha sonra o, Gülnarın valideynlərini həyətdən küçəyə çıxartmış, küçəyə çıxdıqda Təqsirləndirilən şəxs Şahid7 ünvanına yüksək səslə söyüşlər söyərək, şalvarının arxa hissəsindən mavi qulpları olan mətbəx bıçağını çıxarıb, Talehi öldürəcəyi ilə hədələyərək həyətin qapısına tərəf getmək istəmiş, o, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən Təqsirləndirilən şəxs yaxınlaşmış, bu zaman Təqsirləndirilən şəxs onun sağ əlinə bıçaqla xəsarət yetirmiş, daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Ağsu RPŞ-nə gətirilmiş, o da Ağsu RMX-na gedərək əlinə müalicə aparılmışdır. Məlum hadisə vaxtı ondan başqa digər polis əməkdaşları xəsarət almamış, Təqsirləndirilən şəxs Şahid7 evinin həyətində uca səslə söyüşlər söymüş, Şahid7 və ailə üzvlərini ölümlə hədələmiş, o Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən sonuncu ona bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Verilən suala cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ona hər hansı xəsarət yetirmək istəməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağsu rayonu Kalva kənd sakini Təqsirləndirilən şəxs Səttar oğlu qızı Şahid8 qaçırılması barədə Azərbaycan Respublikasının DİN-nin 102 xidməti zəng mərkəzinə müraciəti əsasında xidməti qrup ilə birlikdə Ağsu rayonu Kalva kəndinə yola düşmüş, ilk öncə Ağsu rayonu Kalva kənd icra nümayəndəsi Şahid4 evinə getmiş, Təqsirləndirilən şəxs arvadı Təzəgül Quluyeva da icra nümayəndəsinin evində olmuş, Təzəgül Quluyevanın izahatı alındıqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhərindən gəlmiş, daha sonra baş təhqiqatçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs də izahatını almış, bundan sonra o polis əməkdaşları ilə birlikdə Şahid8 qaçıran Şahid7 evinə yollanmış, Zərərçəkmiş şəxs Şahid7 evində Talehin ailə üzvlərinin və Şahid8 izahatını almış, Şahid8 xx.xx.2005-ci il təvəllüdlü olmasını, atası tərəfindən məcburi olaraq istəmədiyi oğlanla nişanlanmasını, könüllü olaraq Şahid7la birlikdə qaçmasını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs və arvadı X4 Yusifovun evinə gəlmiş, Təqsirləndirilən şəxs həyətdə səs-küy salaraq, uca səslə söyüşlər söyməyə başlamış, Şahid7 ailəsini öldürəcəyini uca səslə qışqırmışdır. Zərərçəkmiş şəxs ailə üzvlərini sakitləşdirmək məqsədilə Şahid8 evin pilləkəninə gətirərək valideynləri ilə söhbət etməsinə şərait yaratmış, Şahid8 valideynlərinə Taleh ilə birlikdə könüllü gəldiyini və evə qayıtmaq istəmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs yenə əsəbiləşərək uca səslə Şahid7 ünvanına söyüşlər söyməyə başlamış, daha sonra onlar Təqsirləndirilən şəxs həyətdən küçəyə tərəf aparmış, Təqsirləndirilən şəxs söyüşlərinə yenə davam etmiş, bu zaman Zərərçəkmiş şəxs da həyətdən çölə çıxaraq Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərdən çəkindirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs şalvarının arxa hissəsinə yerləşdirdiyi mavi tutacaqlı bıçağı çıxararaq həyətə doğru qaçmağa çalışmış, Zərərçəkmiş şəxs sonuncunu saxlamağa çalışarkən Təqsirləndirilən şəxs qanunsuz əməllərindən çəkinməyərək, Zərərçəkmiş şəxs müqavimət göstərib əlinə bıçaqla xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Ağsu RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs mətbəx bıçağı ilə hamını ölümlə hədələməsi zamanı Zərərçəkmiş şəxs sonuncunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən sağ əlindən xəsarət almış, məlum hadisə vaxtı Zərərçəkmiş şəxs başqa digər polis əməkdaşları hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağsu rayonu Kalva kənd sakini Təqsirləndirilən şəxs Səttar oğlu qızı Şahid8 qaçırılması barədə Azərbaycan Respublikasının DİN-nin 102 xidməti zəng mərkəzinə müraciəti əsasında xidməti qrup ilə birlikdə Ağsu rayonu Kalva kəndinə yola düşmüş, ilk öncə Ağsu rayonu Kalva kənd icra nümayəndəsi Şahid4 evinə getmiş, Təqsirləndirilən şəxs arvadı Təzəgül Quluyeva da icra nümayəndəsinin evində olmuş, Təzəgül Quluyevanın izahatı alındıqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhərindən gəlmiş, daha sonra baş təhqiqatçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs də izahatını almış, bundan sonra o polis əməkdaşları ilə birlikdə Şahid8 qaçıran Şahid7 evinə yollanmış, Zərərçəkmiş şəxs Şahid7 evində Talehin ailə üzvlərinin və Şahid8 izahatını almış, Şahid8 xx.xx.2005-ci il təvəllüdlü olmasını, atası tərəfindən məcburi olaraq istəmədiyi oğlanla nişanlanmasını, könüllü olaraq Şahid7la birlikdə qaçmasını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs və arvadı X4 Yusifovun evinə gəlmiş, Təqsirləndirilən şəxs həyətdə səs-küy salaraq, uca səslə söyüşlər söyməyə başlamış, Şahid7 ailəsini öldürəcəyini uca səslə qışqırmışdır. Zərərçəkmiş şəxs ailə üzvlərini sakitləşdirmək məqsədilə Şahid8 evin pilləkəninə gətirərək valideynləri ilə söhbət etməsinə şərait yaratmış, Şahid8 valideynlərinə Taleh ilə birlikdə könüllü gəldiyini və evə qayıtmaq istəmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs yenə əsəbiləşərək uca səslə Şahid7 ünvanına söyüşlər söyməyə başlamış, daha sonra onlar Təqsirləndirilən şəxs həyətdən küçəyə tərəf aparmış, Təqsirləndirilən şəxs söyüşlərinə yenə davam etmiş, bu zaman Zərərçəkmiş şəxs da həyətdən çölə çıxaraq Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərdən çəkindirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs şalvarının arxa hissəsinə yerləşdirdiyi mavi tutacaqlı bıçağı çıxararaq həyətə doğru qaçmağa çalışmış, Zərərçəkmiş şəxs sonuncunu saxlamağa çalışarkən Təqsirləndirilən şəxs qanunsuz əməllərindən çəkinməyərək, Zərərçəkmiş şəxs müqavimət göstərib əlinə bıçaqla xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Ağsu RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs mətbəx bıçağı ilə hamını ölümlə hədələməsi zamanı Zərərçəkmiş şəxs sonuncunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən sağ əlindən xəsarət almış, məlum hadisə vaxtı Zərərçəkmiş şəxs başqa digər polis əməkdaşları hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağsu rayonu Kalva kənd sakini Təqsirləndirilən şəxs Səttar oğlu qızı Şahid8 qaçırılması barədə Azərbaycan Respublikasının DİN-nin 102 xidməti zəng mərkəzinə müraciəti əsasında xidməti qrup ilə birlikdə Ağsu rayonu Kalva kəndinə yola düşmüş, ilk öncə Ağsu rayonu Kalva kənd icra nümayəndəsi Şahid4 evinə getmiş, Təqsirləndirilən şəxs arvadı Təzəgül Quluyeva da icra nümayəndəsinin evində olmuş, Təzəgül Quluyevanın izahatı alındıqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhərindən gəlmiş, daha sonra baş təhqiqatçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs də izahatını almış, bundan sonra o polis əməkdaşları ilə birlikdə Şahid8 qaçıran Şahid7 evinə yollanmış, Zərərçəkmiş şəxs Şahid7 evində Talehin ailə üzvlərinin və Şahid8 izahatını almış, Şahid8 xx.xx.2005-ci il təvəllüdlü olmasını, atası tərəfindən məcburi olaraq istəmədiyi oğlanla nişanlanmasını, könüllü olaraq Şahid7la birlikdə qaçmasını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs və arvadı X4 Yusifovun evinə gəlmiş, Təqsirləndirilən şəxs həyətdə səs-küy salaraq, uca səslə söyüşlər söyməyə başlamış, Şahid7 ailəsini öldürəcəyini uca səslə qışqırmışdır. Zərərçəkmiş şəxs ailə üzvlərini sakitləşdirmək məqsədilə Şahid8 evin pilləkəninə gətirərək valideynləri ilə söhbət etməsinə şərait yaratmış, Şahid8 valideynlərinə Taleh ilə birlikdə könüllü gəldiyini və evə qayıtmaq istəmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs yenə əsəbiləşərək uca səslə Şahid7 ünvanına söyüşlər söyməyə başlamış, daha sonra onlar Təqsirləndirilən şəxs həyətdən küçəyə tərəf aparmış, Təqsirləndirilən şəxs söyüşlərinə yenə davam etmiş, bu zaman Zərərçəkmiş şəxs da həyətdən çölə çıxaraq Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərdən çəkindirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs şalvarının arxa hissəsinə yerləşdirdiyi mavi tutacaqlı bıçağı çıxararaq həyətə doğru qaçmağa çalışmış, Zərərçəkmiş şəxs sonuncunu saxlamağa çalışarkən Təqsirləndirilən şəxs qanunsuz əməllərindən çəkinməyərək, Zərərçəkmiş şəxs müqavimət göstərib əlinə bıçaqla xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Ağsu RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs mətbəx bıçağı ilə hamını ölümlə hədələməsi zamanı Zərərçəkmiş şəxs sonuncunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən sağ əlindən xəsarət almış, məlum hadisə vaxtı Zərərçəkmiş şəxs başqa digər polis əməkdaşları hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağsu rayonu Kalva kənd sakini Şahid9 onun evinə gələrək qızı Şahid8 Şahid7 tərəfindən qaçırılması barədə məlumat vermiş, o da Gülnarın könüllü gedib-getmədiyini soruşmuş, Təzəgül Gülnarın könlünün olmadığını və zorla qaçırıldığını bildirmiş, o da Ağsu RPŞ-nin sahə rəisi Şahid3 bu barədə məlumat vermiş, daha sonra Ağsu RPŞ-nin əməkdaşları da onun evinə gələrək Şahid9 izahat almış, bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs də onun evinə gəlmiş, polis əməkdaşları Əfsərdən də izahat aldıqdan sonra birlikdə xidməti avtomobil ilə Şahid7 evinə yola düşmüş, Əfsər və Təzəgül isə piyada şəkildə onların arxasınca gəlmişlər. Şahid7 evinə çatdıqda polis əməkdaşları Gülnardan və Talehdən izahat almış, Gülnar polis əməkdaşlarına könüllü olaraq Talehlə gəldiyini və öz evinə qayıtmaq istəmədiyini demiş, həmin vaxt Əfsər və Təzəgül Talehgilin evinin həyətinə çatmış, Zərərçəkmiş şəxs Gülnarın valideynləri ilə görüşməsi üçün sonuncunu pilləkənə çıxarmış, Əfsər və Təzəgül isə həyətdə qalmış, Gülnar valideynlərinə könüllü gəldiyini və evə qayıtmaq istəmədiyini bildirmiş, daha sonra Gülnarın nişanlısının atası Allahverdi də Talehgilin evinə gəlmiş, Allahverdi Gülnardan könüllü gəlib gəlmədiyini soruşmuş, Gülnar isə nişanlısını sevmədiyini, Talehi sevdiyi üçün könüllü gəldiyini sonuncuya ifadə etmiş, bu sözləri eşidəndən sonra Allahverdi evdən çıxıb getmiş, bu zaman Əfsər həyətdə səs-küy salmağa, müxtəlif söyüşlər söyməyə başlamış, daha sonra Zərərçəkmiş şəxs Əfsəri sakitləşdirmək üçün evdən çölə çıxmış, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs evin içinə sağ əli kəsilmiş şəkildə qayıtmış, evdə əlinə sarğı qoyulmuş, Zərərçəkmiş şəxs Əfsərin xəsarət yetirməsini bildirmişdir. Məlum hadisə vaxtı yalnız bir nəfər polis əməkdaşı olan Zərərçəkmiş şəxs sağ əlindən xəsarət almış, Zərərçəkmiş şəxs həmin xəsarəti Təqsirləndirilən şəxs tərəfindən bıçaqla törədilməsini bildirmiş, Təqsirləndirilən şəxs Şahid7 həyətində bir sıra söyüşlər söymüş, nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs evdən çıxaraq sonuncunu sakitləşdirməyə getmiş, o, həmin zaman evdə olmuş, bir neçə dəqiqə sonra, Zərərçəkmiş şəxs evə sağ əli kəsilmiş formada qayıtmış və qeyd edilən xəsarətin Təqsirləndirilən şəxs tərəfindən bıçaqla yetirməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan öncə Əfsərin qızı Gülnar ilə oğlu Talehin sevgi münasibətləri yaranmış, təxminən 1 il bundan öncə o, Gülnarı oğlu Taleh üçün Təqsirləndirilən şəxs istəmiş, Təqsirləndirilən şəxs qızının yaşının az olduğunu bildirərək, qızı verməkdən imtina etmiş, təxminən 2 ay bundan öncə Əfsər Gülnarı dostu Allahverdinin oğlu ilə nişanlamış, xx.xx.2023-cü il tarixdə günorta radələrində Taleh Gülnarı evə gətirərək qaçdıqlarını bildirmiş, Bakı şəhərində yaşayan qaynı Vəkalətin Əfsər ilə münasibətləri yaxşı olduğundan, Əfsərə məlumat verməsini, Əfsəri sakitləşdirməsini Vəkalətə tapşırmışdır. xx.xx.2023-cü il tarixdə axşama yaxın saatlarda qaynı Vəkalət Əfsərə zəng edərək Gülnarın Taleh ilə birlikdə ailə qurmaq üçün qaçdığını bildirmiş, Əfsər Vəkalətə aqressiv reaksiya verərək kəndə gələcəyini demiş, saat 20 radələrində Ağsu RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs və arvadı Şahid9 onun evinə gəlmiş, ilk öncə təhqiqatçı Vüsal Hüsyenov evə daxil olmuş, Talehi və Gülnarı evdən çıxmağa qoymamış, Əfsər və Təzəgül isə onun evinin həyətində dayanmış, təhqiqatçı Zərərçəkmiş şəxs Gülnarı uzaq məsafədən atası və anası ilə görüşdürmüş, Gülnar valideynlərinə könüllü gəldiyini və evə qayıtmaq istəmədiyini demiş, Əfsər isə uca səslə söyüş söyməyə davam etmiş, bu zaman Zərərçəkmiş şəxs sonuncunu həyətdən də çölə çıxarmış, bir müddət sonra təhqiqatçı Zərərçəkmiş şəxs sağ əli kəsilmiş formada evə daxil olmuş, Zərərçəkmiş şəxs əlinə sarğı qoyulmuş, hadisənin necə baş verməsini soruşduqda Zərərçəkmiş şəxs Əfsərin müqavimət göstərərək, əlini kəsməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan öncə Əfsərin qızı Gülnar ilə oğlu Talehin sevgi münasibətləri yaranmış, təxminən 1 il bundan öncə əri Sənan, Gülnarı oğlu Taleh üçün Təqsirləndirilən şəxs istəmiş, Təqsirləndirilən şəxs qızının yaşının az olduğunu bildirərək, qızı verməkdən imtina etmiş, təxminən 2 ay bundan öncə Əfsər Gülnarı dostu Allahverdinin oğlu ilə nişanlanmış, xx.xx.2023-cü il tarixdə günorta radələrində Taleh Gülnarı evə gətirərək qaçdıqlarını bildirmiş, Bakı şəhərində yaşayan qardaşı Vəkalətin Əfsər ilə münasibətləri yaxşı olduğundan, Əfsərə məlumat verməsini, Əfsəri sakitləşdirməsini Vəkalətə tapşırmışdır. xx.xx.2023-cü il tarixdə axşama yaxın saatlarda qardaşı Vəkalət Əfsərə zəng edərək Gülnarın Taleh ilə birlikdə ailə qurmaq üçün qaçdığını bildirmiş, Əfsər Vəkalətə aqressiv reaksiya verərək kəndə gələcəyini demiş, saat 20 radələrində Ağsu RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs və arvadı Şahid9 onun evinə gəlmiş, ilk öncə təhqiqatçı Zərərçəkmiş şəxs evə daxil olmuş, Talehi və Gülnarı evdən çıxmağa qoymamış, Əfsər və Təzəgül isə onun evinin həyətində dayanmış, təhqiqatçı Zərərçəkmiş şəxs Gülnarı uzaq məsafədən atası və anası ilə görüşdürmüş, Gülnar valideynlərinə könüllü gəldiyini və evə qayıtmaq istəmədiyini demiş, Əfsər isə uca səslə söyüş söyməyə davam etmiş, bu zaman Zərərçəkmiş şəxs sonuncunu həyətdən də çölə çıxarmış, bir müddət sonra təhqiqatçı Zərərçəkmiş şəxs sağ əli kəsilmiş formada evə daxil olmuş, Zərərçəkmiş şəxs əlinə sarğı qoyulmuş, hadisənin necə baş verməsini soruşduqda Zərərçəkmiş şəxs Əfsərin müqavimət göstərərək, əlini kəsməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə faktiki ər-arvad münasibətlərindən dünyaya gələn böyük qızı xx.xx.2005-ci il təvəllüdlü Şahid8 hal-hazırda 11-ci sinifdə oxuyur. Təxminən 1 il bundan öncə Sənan oğlu Taleh üçün qızı Gülnarı istəmiş, lakin Əfsər qızının yaşı az olduğu üçün Talehə verməmiş, təxminən 2 ay bundan öncə Əfsər qızları Gülnarı dostu Allahverdinin oğlu ilə nişanlamışdır. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Əfsər ona zəng edərək, Talehin Gülnarı qaçırdığını bildirmiş, o da nə edəcəyini bilmədiyi üçün kənd icra nümayəndəsi Şahid4 evinə yollanmış, qızının qaçırılması ilə bağlı məlumat verdikdən sonra Şahid4 sahə rəisi Şahid3 məlumat vermiş, bir müddət sonra Ağsu RPŞ-nin əməkdaşları gələrək ondan izahat almış, daha sonra əri Əfsər də Bakı şəhərindən gəlmiş, Əfsər də izahat verdikdən sonra saat 20 radələrində polis əməkdaşları Talehin atası Şahid5 evinə yollanmış, o da Əfsər ilə birlikdə Sənanın evinə getmiş, polis əməkdaşları Gülnar və Talehin izahatını almış, daha sonra ona Gülnarla görüşməyə icazə vermiş, Gülnar onu görən zaman dayanmadan ağlamış, daha sonra Gülnar Əfsər ilə görüşmüş, görüşdən sonra Əfsər çölə çıxarılmış, Əfsər çölə çıxdıqda Talehi görüb əsəbiləşmiş və qışqıraraq uca səslə söyüşlər söyməyə başlamış, bundan sonra Əfsər şalvarının arxa hissəsindən bıçağ çıxararaq, Talehə hücum çəkmək istəmiş, daha sonra polis əməkdaşları Əfsərin qarşısını almaq istəyərkən 1 nəfər polis əməkdaşı əlindən xəsarət almış, sonra polis əməkdaşları Əfsəri Ağsu RPŞ-nə aparmışlar. Hadisə vaxtı yalnız bir nəfər polis əməkdaşı olan Zərərçəkmiş şəxs sağ əlindən xəsarət almış, həmin xəsarəti Əfsər bıçaqla Talehə hücum çəkmək istəyərkən Zərərçəkmiş şəxs qarşısını aldığı zaman xəsarət almış, Əfsərin şalvarının arxa hissəsindən çıxardığı bıçağı əvvəllər görməmiş, qeyd edilən bıçağı Əfsər Bakı şəhərindən gələrkən özü ilə gətirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan öncə Əfsərin qızı Gülnar ilə sevgi münasibətləri yaranmış, 2 il ərzində Gülnarla dəfələrlə görüş və telefon danışıqları baş vermiş, hər zaman Gülnarla ailə qurmağı fikirləşmiş, təxminən 1 il bundan öncə atası X7 Quluyevdən istəmiş, Təqsirləndirilən şəxs qızının yaşının az olduğunu bildirərək, qızı verməkdən imtina etmiş, təxminən 2 ay bundan öncə Əfsər Gülnarı dostu Allahverdinin oğlu ilə nişanlamış, bu hadisədən sonra Gülnar dəfələrlə ona yazaraq atası tərəfindən zorla nişanlandırıldığını, həmin oğlanla evlənmək istəmədiyini demiş, xx.xx.2023-cü il tarixdə Gülnar ona mesaj yazaraq, onunla qaçmaq istədiyini bildirmiş, 17 oktyabr 2023-cü il tarixdə hazırlığa gedən ərəfədə birlikdə qaçmaq üçün sözləşmiş, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Gülnar ilə görüşərək, birlikdə öz evinə qaçmış, valideynləri Gülnarla olan münasibətlərini bildiyindən birlikdə qaçmalarını xoş qarşılamış, Bakı şəhərində yaşayan dayısı Vəkalətin Əfsər ilə münasibətləri yaxşı olduğundan, Əfsərə məlumat verməsini, Əfsəri sakitləşdirməsini tapşırmış, xx.xx.2023-cü il tarixdə axşama yaxın saatlarda dayısı Vəkalət Əfsərə zəng edərək Gülnarın onunla qaçdığını, ailə qurmaq istədiklərini bildirmiş, Əfsər dayısı Vəkalətə aqressiv reaksiya verərək kəndə gələcəyini söyləmiş, saat 20 radələrində Ağsu RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs və arvadı Şahid9 evə gəlmiş, ilk öncə təhqiqatçı Vüsal Hüsyenov evə daxil olmuş, onu və Gülnarı evdən çıxmağa qoymamış, Əfsər və Təzəgül isə evin həyətində dayanmış, təhqiqatçı Zərərçəkmiş şəxs Gülnarı uzaq məsafədən atası və anası ilə görüşdürmüş, Gülnar valideynlərinə onunla könüllü gəldiyini və evə qayıtmaq istəmədiyini demiş, daha sonra Əfsər qışqıraraq Gülnara pilləkəndən aşağı düşməsini bildirmiş, Gülnar isə buna etiraz etmiş, Əfsər uca səslə ona qarşı söyüşlər söyməyə başlamış, bundan sonra təhqiqatçı Zərərçəkmiş şəxs sağ əli kəsilmiş formada evə daxil olmuş, Zərərçəkmiş şəxs əlinə sarğı qoyulmuş, hadisənin necə baş verməsini soruşduqda Zərərçəkmiş şəxs Əfsərin əlini kəsməsini bildirmişdir. Məlum hadisə vaxtı bədəninin heç bir nahiyəsindən xəsarət almamış, hadisə vaxtı yalnız bir nəfər polis əməkdaşı olan Zərərçəkmiş şəxs sağ əlindən xəsarət almış, hadisə vaxtı o, həyətdə olmamış, baş verənləri pəncərədən izləmiş və səslərini eşitmiş, Təqsirləndirilən şəxs uca səslə söyüşlər söyməyini və onları öldürəcəyini deməsini eşitsə də, onun üzərinə hücum çəkməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan öncə Taleh ilə sevgi münasibətləri yaranmış, 2 il ərzində Talehlə dəfələrlə gizli görüşləri və telefon danışıqları baş tutmuş, hər zaman Talehlə ailə qurmağı fikirləşmiş, təxminən 1 il bundan öncə Talehin atası Sənan onu atasından istəmiş, atası oxuyacağını bildirərək, onu verməkdən imtina etmiş, təxminən 2 ay bundan öncə atası onu dostu Allahverdinin tanımadığı oğlu ilə nişanlamış, bu hadisədən sonra o, dəfələrlə Talehə yazaraq istəmədiyi oğlanla nişanlandırıldığını, həmin oğlanla evlənmək istəmədiyini demiş, xx.xx.2023-cü il tarixdə Talehə mesaj yazaraq, birlikdə qaçmaq istədiyini bildirmiş, 17 oktyabr 2023-cü il tarixdə hazırlığa gedən ərəfədə birlikdə qaçmaq üçün sözləşmiş, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Taleh ilə görüşərək, birlikdə Talehin evinə qaçmış, saat 20 radələrində Ağsu RPŞ-nin əməkdaşları ilə birlikdə atası və anası Talehgilin evinə gəlmiş, ilk öncə təhqiqatçı Zərərçəkmiş şəxs evə daxil olmuş, onu və Talehi evdən çıxmağa qoymamış, atası və anası isə evin həyətində dayanmış, təhqiqatçı Zərərçəkmiş şəxs onu uzaq məsafədən valideynləri ilə görüşdürmüş, o valideynlərinə könüllü gəldiyini və evə qayıtmaq istəmədiyini demiş, bundan sonra atası qışqıraraq pilləkəndən aşağı düşməsini, yaxına gəlməsini istəmiş, o da atasından qorxduğu üçün geri qaçıb evə girmiş, daha sonra atası uca səslə söyüş söyməyə davam etmiş, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həyətdən çölə çıxarmış, bir müddət sonra təhqiqatçı Zərərçəkmiş şəxs sağ əli kəsilmiş formada evə daxil olmuş, Zərərçəkmiş şəxs əlinə sarğı qoyulmuş, hadisənin necə baş verməsini soruşduqda Zərərçəkmiş şəxs atasının müqavimət göstərərək, əlini kəsməsini bildirmişdir. Məlum hadisə vaxtı bədəninin heç bir nahiyəsindən xəsarət almamış, hadisə vaxtı yalnız bir nəfər polis əməkdaşı olan Zərərçəkmiş şəxs sağ əlindən xəsarət almış, Talehlə birlikdə o, həyətdə olmamış, baş verənləri pəncərədən izləmiş və səslərini eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 66C-23 nömrəli material üzrə CM-in 315-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 18 oktyabr 2023-cü il arixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 11:30-da tutulmuşdur. “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 18 oktyabr 2023-cü il tarixli, 203 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin ovuc səthindən başlayaraq İİ barmaq falanqasına doğru gedən yumuşaq toxumanın kəsilmiş-deşilmiş yarası iti kənara malik kəsici-deşici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində əmələ gəlmələri halı inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 315-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 4(016)-39/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 18 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 07 noyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə CM-in 123-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1990-cı ildə cəzasının sonu ilə azad edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə cəzasının sonu ilə azad edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1832 nömrəli rəyindən görünür ki, təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol pencəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş uzunqol pencəyin səthində olan zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-qoparılma zədələridir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından fiziki qüvvənin təsiri nəticəsində yaranan zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, şalvarın üzərində trasoloji zədə, o cümlədən qarşılıqlı dalaşmaya xarakterik zədələr yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 3-16-16/2-3/5982 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs polis formasının pencəyinin və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında: - Zərərçəkmiş şəxs polis formasının pencəyinin üzərindən aşkar edilmiş göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Əfsər Quliyevin şalvarının tərkib liflərinə uyğun gəlirlər. - Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs polis formasının pencəyinin tərkib liflərinə uyğun gəlirlər. - “Sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən, toplanmış sübutların kifayət etmiş hesab olunması, ********* nömrəli cinayət işinin CM-in 128 və 315-ci maddələrinə tövsif edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid7 barəsində CM-in 144-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində CM-in 134 və 221-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə CM-in 128 və 315-ci maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların istintaq zamanı toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib edildiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə rədd edilməsi, cinayət işinin matereallarında olan, Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd mavi tutacaqlı bıçaq, 01 ədəd mavi və boz rəngli tutacaqları olan burğac, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd ağ rəngli uzunqol köynək, 01 ədəd tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd tünd göy rəngli pencəyin cinayət işi üzrə maddi sübut kimi tanınaraq Ağsu Rayon Prokurorluğunun maddi sübut otağında saxlanması, cinayət işi matereallarında bir sıra protokol və qərarlarda texniki xəta olaraq “X2” kimi qeyd olunmuş sözlərin AZE 09169245 seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən “Təqsirləndirilən şəxs” kimi qiymətləndirilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə yenidən ittiham elan edilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 128 və 315-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 1(016)-24/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 01 mart 2024-cü il tarixli, T 171/2024 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ əlin ovuc səthindən başlayaraq İİ barmaq falanqasına doğru gedən yumşaq toxumanın kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər kəsicideşici alətin, ola bilsin ki, bıçağın təsirindən yaranmış, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. - Zərərçəkmiş səxsin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Ağsu Rayon Məhkəməsinin 1(016)-24/2024 saylı, 23 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdən 23 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd mavi tutacaqlı bıçaq və 01 ədəd mavi və boz rəngli tutacaqları olan burğac hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd ağ rəngli uzunqol köynək, 01 ədəd tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd tünd göy rəngli pencək hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 178 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 315-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdən 23 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 05 (beş) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən hesablanmaqla, ona təyin olunan 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilsin və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd mavi tutacaqlı bıçaq və 01 ədəd mavi və boz rəngli tutacaqları olan burğac hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd ağ rəngli uzunqol köynək, 01 ədəd tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd tünd göy rəngli pencək hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar