Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-24/2025 23.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Ağsu rayonu Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qobustan Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinməklə qəti olaraq 01 il 04 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası başa çatmamış, Ağsu rayonu Qaraqaşlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan – barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,312 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əynində olan göy rəngli şalvarın sağ yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 18 fevral 2025-ci il tarixdə saat 02:35-də Ağsu Rayon Polis Şöbəsinin CAB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Ağsu şəhəri ərazisindən keçən hissəsində yerləşən “Yarmarka” adlanan ərazidə piyada hərəkət edərkən saxlanılıb üzəri yoxlanılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,312 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl ilk dəfə olaraq psixotrop maddə olan metamfetamindən istifadə etmiş, 17 fevral 2025-ci il tarixdə saat 14 radələrində istirahət etmək məqsədilə yaşadığı Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən evdən çıxaraq Bakı şəhərinə getmiş, bundan sonra Bakı şəhəri ərazisində mərkəzi küçələrdə bir qədər gəzmiş və yemək yemiş, bir qədər də Bakı şəhəri ərazisində gəzdikdən sonra Ağsu rayonuna qayıtmağa qərar vermiş, bu məqsədlə 17 fevral 2025-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonu Müşviqabad qəsəbəsi ərazisində yerləşən “Rahat Market” adlanan mağazanın yaxınlığına gəlmiş, bu vaxt orada piyada hərəkət edərkən yerdə olan bir sellofan büküm diqqətini cəlb etmiş, bundan sonra yaxınlaşaraq həmin sellofan bükümü yerdən götürmüş, həmin sellofan bükümü açan zaman onun içərisində psixotrop maddə metamfetamin olmasını görmüş, bundan sonra içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə sonradan istifadə etməklə bağlı qoymuş, bundan sonra 18 fevral 2025-ci il tarixdə saat 00:10 radələrində orada olan taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxslərdən birinin idarə etdiyi markasını və dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobilə əyləşərək onu Ağsu şəhərinə aparmasını demiş, daha sonra həmin avtomobil ilə sərnişin kimi Ağsu şəhərinə yola düşmüş, həmin gün saat 02:30 radələrində Ağsu şəhəri “Yarmarka” adlanan ərazidə avtomobildən düşmüş və sürücünün pulunu vermiş, bundan sonra həmin avtomobil oradan uzaqlaşmış, o da yaşadığı Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən evinə getmək üçün Ağsu şəhəri “Yarmarka” adlanan ərazidə piyada hərəkət etməyə başlamış, bu vaxt 3 nəfər mülki geyimdə olan şəxs və bir nəfər də polis geyim formasında olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olmalarını deyib özlərini təqdim etmişlər. Həmin vaxt polis əməkdaşlarının onu saxlamaları ilə bağlı videoçəkiliş etdiklərini müşahidə etmiş, polis əməkdaşları video çəkiliş altında üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamağında şübhəli olmağını bildirib bununla bağlı hüquq və vəzifələrini ona izah edib üzərində qanunsuz saxlanılan əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixtrop maddə varsa onu təqdim etməyi təklif etmişlər. Bundan sonra üzərində psixotrop maddə metamfetamin olmasını demiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, həmin sellofan büküm polis əməkdaşı tərəfindən açılan zaman içərsində psixotrop maddə metamfetaminə bənzər maddə olması məlum olmuş, bundan sonra içərisində psixotrop maddə metamfetamin olan həmin sellofan büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 0,5 qram olmasını görmüş, bunun ardınca polis əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənərək polis əməkdaşları və onun tərəfindən imzalanmış, bunun ardınca isə polis əməkdaşı üzərində başqa hər hansısa əşya və ya predmet olması barədə sual verdikdə oğurluq cinayəti törətməyi ilə bağlı Qobustan rayon məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyinə görə cəza çəkdiyi müddət ərzində üzərində saxlanılması vacib olan bir ədəd elektron nəzarət qurğsunu polis əməkdaşına təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi bir ədəd elektron nəzarət qurğusuna baxış keçirdikdən sonra üzərində yoxlama aparmış, yoxlanılmanın sonunda üzərindən qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və ya digər predmet aşkar olunmamış, bundan sonra polis əməkdaşları video çəkilişi dayandırıb müvafiq sənədləşmənin aparılması məqsədilə onu Ağsu rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Orada olarkən polis əməkdaşları tərəfindən protokol tərib olunmuş və protokol düzgün tərtib olunduğu üçün digər iştirakçılarla birgə imza etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində 17 fevral 2025-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonu Müşviqabad qəsəbəsi ərazisində yerləşən “Rahat Market” adlanan mağazanın yaxınlığına gəldiyini, bu vaxt orada piyada hərəkət edərkən yerdə olan bir ədəd sellofan bükümün diqqətini cəlb etdiyini, bundan sonra yaxınlaşaraq həmin sellofan bükümü yerdən götürdüyünü, həmin sellofan bükümü açan zaman onun içərisində psixotrop maddə metamfetamin olmasını gördüyünü, həmin psixotrop maddə olan metamfetamini istifadəçisi olduğu üçün sellofan bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə sonradan istifadə etmək məqsədilə qoyduğunu, həmin psixotrop maddə olan metamfetamini satmaq niyyəti olmadığını, texnologiyanın yüksək inkişaf etdiyi bir zamanda mobil telefon istifadə etməyə ehtiyac duymadığı üçün özünə məxsus mobil telefonu olmadığını, buna görə də polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən mobil telefon aşkar olunmadığını, həmçinin mobil telefon istifadə etmədiyi üçün mobil nömrəsinində olmadığını, psixotrop maddə olan metamfetamini Abşeron rayonu Müşviqabad qəsəbəsi ərazisində yerləşən “Rahat” marketin yaxınlığında tapıb şəxsi istifadəsilə əlaqədar əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib tanımadığı şəxsin idarə etdiyi markasını və dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobillə Ağsu rayonuna gələrkən həmin avtomobildə başqa sərnişin olmadığını, həmin avtomobilin sürücüsünün onun üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin daşımağından məlumatsız olduğunu və ya bununla bağlı ona məlumat vermədiyini, psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyarkən Ağsu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığı ana qədər həmin maddədən hər hansısa miqdarda istifadə etmədiyini, polis əməkdaşları onu saxlayarkən, həmçinin polis şöbəsinin inzibati binasında olarkən hüquq və vəzifələrini izah etdiklərini, müdafiə hüququnu təmin edərək dövlət hesabına onu müdafiəçi ilə təmin etdiklərini, ona qarşı heç bir qanunsuz hərəkət etmədiklərini, heç bir narazılığı olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını və təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını və təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, hazırda DİN-in Ağsu RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir.17 fevral 2025-ci il tarixdə Ağsu rayonu Qaraqşlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Ağsu RPŞ-nin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5, Ağsu RPŞnin KMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və ondan ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə 18 fevral 2025-ci il tarixdə saat 02 radələrində xidməti avtomobillə Ağsu RPŞ-nin inzibati binasının həyətindən çıxıb Ağsu şəhəri ərazisində yerləşən “Yarmarka” deyilən əraziyə yollanmişlar.Bir az sonra həmin yerə çatmışlar.Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həmin ərazidə piyada hərəkətdə olacağı məlum olduğu üçün həmin yerə gedib yaxınlıqda bir qədər gözlədikdən sonra saat 02:35-də Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb dərhal əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə ona yaxınlaşıb xidməti vəsiqəsini təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib video çəkiliş altında əməliyyat-axtarış tədbirinin keçirilməsinə başlanmış, həmin vaxt əməliyyat tədbirinin video çəkilişini Ağsu RPŞ-nin PPXB-nün polis nəfəri X6 həyata keçirmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi onun tərəfindən təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasını deyib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, təqdim edilən bir ədəd sellofan bükümün içərisinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmiş, həmin bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və müəyyən edilmiş ki, sellofan büküm ilə birlikdə çəkisi 0,5 qramdır. Bundan sonra aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddə sellofan bükümlə birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək qablaşdırılmış və üzərinə 94 nömrəli möhür vurulmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddəni Bakı şəhərindən Ağsu rayonuna gələrkən Müşviqabad qəsəbəsi ərazisində “Rahat” marketin yaxınlığında yolun kənarında tapdığını, şəxsi istifadəsi ilə əlaqədar götürüb üzərində saxladığını, həmin psixotrop maddə metamfetaminə bənzər maddəni satmaq niyyətinin olmadığını bildirmiş, bunun ardınca Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa əşya və ya predmetin olması ilə bağlı verilən suala cavab olaraq bildirmiş ki, üzərində cəza çəkməsi ilə bağlı elektron nəzarət qurğusu cihazı vardır və həmin cihazı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim etmiş, həmin cihaza baxış zamanı müəyyən edilmiş ki, təqdim edilən bir ədəd cihaz elektron nəzarət qurğusudur və azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən məhkum edilmiş şəxslərə cəza çəkdiyi müddət ərzində üzərində nəzarət üçün verilir. Bunun ardınca Təqsirləndirilən şəxs üzəri onun tərəfindən yoxlanılarkən dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, eyni zamanda hər hansısa əşya və ya məmumlat aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd elektron nəzarət qurğusu araşdırma prosesində müvafiq orqana məlumat verilməsi təmin edilməsi və bununla bağlı müvafiq qərar qəbul edilməsi üçün sonuncuya qaytarılmamış, bununla da Təqsirləndirilən şəxs üzərini yoxlama Ağsu şəhəri ərazisində yerləşən “Yarmarka” deyilən yerin qarşısından keçən yolda başa çatdırılmış, bundan sonra Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi ilə bağlı Ağsu RPŞ-nə gətirilmiş, orada onun tərəfindən müvafiq sənədləşmə aparılmış, sənədləşməylə bağlı Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmişlər.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi ilə bağlı şəxsin özü və barəsində toplanmış müvafiq material psixotrop maddə olan metamfetaminə bənzər maddə və bir ədəd diskl birlikdə müvafiq prosessual qərar qəbul edilməsindən ötrü RPŞnin TQ-na təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. İş üzrə digər Şahid2 məhkəməyə ərizə göndərərək ezamiyyətdə olması ilə əlaqədar olaraq məhkəmə baxış iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun ibtidai istintaqda verdiyi ifadə məhkəmə iclasında elan olunmuşdur. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, hazırda DİN-in Ağsu RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 fevral 2025-ci il tarixdə Ağsu rayonu Qaraqşlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Ağsu RPŞ-nin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Ağsu RPŞ-nin KMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və ondan ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat müvəkkilləri Şahid1 və Şahid3la birlikdə 18 fevral 2025-ci il tarixdə saat 02 radələrində xidməti avtomobillə Ağsu RPŞ-nin inzibati binasının həyətindən çıxıb Ağsu şəhəri ərazisində yerləşən “Yarmarka” deyilən əraziyə yollanmişlar.Bir az sonra həmin yerə çatmışlar.Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həmin ərazidə piyada hərəkətdə olacağı məlum olduğu üçün həmin yerə gedib yaxınlıqda bir qədər gözlədikdən sonra saat 02:35-də Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb dərhal əməliyyat müvəkkilləri Şahid1 və Şahid3la birlikdə ona yaxınlaşıb xidməti vəsiqəsini təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib video çəkiliş altında əməliyyat-axtarış tədbirinin keçirilməsinə başlanmış, həmin vaxt əməliyyat tədbirinin video çəkilişini Ağsu RPŞ-nin PPXB-nün polis nəfəri X6 həyata keçirmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi onun tərəfindən təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasını deyib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, təqdim edilən bir ədəd sellofan bükümün içərisinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmiş, həmin bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və müəyyən edilmiş ki, sellofan büküm ilə birlikdə çəkisi 0,5 qramdır. Bundan sonra aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddə sellofan bükümlə birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək qablaşdırılmış və üzərinə 94 nömrəli möhür vurulmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddəni Bakı şəhərindən Ağsu rayonuna gələrkən Müşviqabad qəsəbəsi ərazisində “Rahat” marketin yaxınlığında yolun kənarında tapdığını, şəxsi istifadəsi ilə əlaqədar götürüb üzərində saxladığını, həmin psixotrop maddə metamfetaminə bənzər maddəni satmaq niyyətinin olmadığını bildirmiş, bunun ardınca Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa əşya və ya predmetin olması ilə bağlı verilən suala cavab olaraq bildirmiş ki, üzərində cəza çəkməsi ilə bağlı elektron nəzarət qurğusu cihazı vardır və həmin cihazı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim etmiş, həmin cihaza baxış zamanı müəyyən edilmiş ki, təqdim edilən bir ədəd cihaz elektron nəzarət qurğusudur və azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən məhkum edilmiş şəxslərə cəza çəkdiyi müddət ərzində üzərində nəzarət üçün verilir. Bunun ardınca Təqsirləndirilən şəxs üzəri onun tərəfindən yoxlanılarkən dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, eyni zamanda hər hansısa əşya və ya məmumlat aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd elektron nəzarət qurğusu araşdırma prosesində müvafiq orqana məlumat verilməsi təmin edilməsi və bununla bağlı müvafiq qərar qəbul edilməsi üçün sonuncuya qaytarılmamış, bununla da Təqsirləndirilən şəxs üzərini yoxlama Ağsu şəhəri ərazisində yerləşən “Yarmarka” deyilən yerin qarşısından keçən yolda başa çatdırılmış, bundan sonra Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi ilə bağlı Ağsu RPŞ-nə gətirilmiş, orada onun tərəfindən müvafiq sənədləşmə aparılmış, sənədləşməylə bağlı Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmişlər.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi ilə bağlı şəxsin özü və barəsində toplanmış müvafiq material psixotrop maddə olan metamfetaminə bənzər maddə və bir ədəd diskl birlikdə müvafiq prosessual qərar qəbul edilməsindən ötrü RPŞnin TQ-na təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 18 fevral 2025-ci il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərini 18 fevral 2025-ci il tarixdə saat 02:35-dı Ağsu şəhəri ərazisində yerləşən “Yarmarka” deyilən yerin qarşısından keçən yolla piyada hərəkətdə olarkən saxlanılmış, ona hüquq və vəzifələri izah edilmiş, üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi onun tərəfindən təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasını demiş, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, təqdim edilən bir ədəd sellofan bükümün içərisinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmiş, həmin bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və müəyyən edilmiş ki, sellofan büküm ilə birlikdə çəkisi 0,5 qramdır. Bundan sonra aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddə sellofan bükümlə birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək qablaşdırılmış və üzərinə 94 nömrəli möhür vurulmuşdur. Əməliyyat tədbiri video lentə alınaraq CD formasında iş materiallarına əlavə edilmişdir. - Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 18.02.202-ci il tarixli Protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və 01 ədəd DVD-yə baxış keçirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli 17/145 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, adlar və imzalar yazılmış, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,312 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,312 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq - 0,262 qram. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Maddi sübut hesab edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,262 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X15 26 fevral 2025-ci il tarixli, 18-1-25/2-192/25 saylı məktubundan görünür ki, Ağsu rayonunun Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 05 mart 2025-ci il tarixli, 340 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi haqqında 11 mart 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham qüvvəsində saxlanılmış və barəsində Ağsu rayon məhkəməsinin hakimi Anar Əsgərovun 19 fevral 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,312 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaq zamanı haradan, kimdən və hansı yolla əldə etməsinin müəyyən edilməsi, gələcəkdə bununla bağlı şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılaraq araşdırılması üçün icraatına qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,312 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatında “CAS CUW420H” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertiza tədqiqatında istifadə edilən elektron tərəzi daha dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs saxlanılıb üzərində yoxlanılma aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib qanunsuz daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,312 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təqdim etdiyi üçün onun bu hərəkəti könüllü təqdim etmə kimi qiymətləndirilməmiş, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,262 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Ağsu RPŞ-in saxlancına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əvvəllər CM-in 177.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi və cəzası başa çatmadan yenidən qəsdən cinayət törətməsi CM-in 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmaması nəzərə alınmış, Cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından məhkəmə-kimyəvi ekspertizanın 18 fevral 2025-ci il tarixli 17/145 nömrəli rəyi, məhkəmənarkoloji ekspertizasının 05 mart 2025 il tarixli 340 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizanın 05 mart 2025-ci il tarixli 340 nömrəli rəyi, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və əşyaların götürülməsi barədə 18 fevral 2025-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş bir ədəd disk, Ağsu RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 3- 13-64/1-3256/2025 nömrəli raport, Təqsirləndirilən şəxs, iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri sübut növü kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin qərarın 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.1995-ci ildə Ağsu rayonu Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, işsiz, Ağsu rayonu Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 18 fevral 2025-ci il tarixdə saat 02:35-də tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(016)-6/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bilalov X3 RMnin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.1,69.3-cü maddələri ilə 01 il 04 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Qobustan Rayon Məhkəməsinin 1(026)-3/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 04 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Ağsu rayon İcra və Probasiya şöbəsinin 026/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bilalov X3 Rayon Məhkəməsinin 1(026)-3/2024 saylı xx.xx.2024cü il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılmasına məhkum edilmişdir. Hal-hazırda məhkumun cəzasının çəkilməmiş hissəsi xx.xx.2025-ci il tarixə 10 ay 07 gündür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 mart 2025-ci il tarixli, 5-34-17/2-3-121/2025 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Qaraqaşlı kəndində yaşayır və ailə tərkibi atası – 1960-cı il təvəllüdlü X8, anası – 1954-cü il təvəllüdlü X7r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra kənddə təsərrüfat işləri ilə məşğul olmuşdur. 27 sentyabr 2020-ci ildən başlanan Vətən Müharibəsində iştirak etmişdir. Müharibədən sonra kənddə təsərrüfat işləri ilə məşğul olmuşdur. Kənd ağsaqqalları və gəncləri arasında hörmət qazanmışdır. Kənddə keçirilən tədbirlərdə yaxından fəal iştirak etmişdir. Onun haqqında Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Medalının İ-11518 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. - 888 nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş 31 dekabr 2020-ci il tarixli fəxri fərmanın ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə Fərxri Fərmanla təltif olunmuşdur. - 888 nömrəli hərbi hissənin komandiri tərəfindən Təqsirləndirilən şəxs valideyninə verilmiş 31 dekabr 2020-ci il tarixli təşəkkür məktubunun ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs vətənə layiqli, vətənpərvər, qorxmaz, cəsur, qələbənin qazanılmasında canından keçməyə belə hazır olan döyüşçü kimi tərbiyə etdiyinə görə təşəkkür edilmişdir. - 888 nömrəli hərbi hissənin komandiri tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xidməti xasiyyətnamənin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ikinci qarabağ müharibəsi iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, yaşayış yeri üzrə və xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, X2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarına əlavə edilmiş Ağsu rayon İcra və Probasiya şöbəsinin 026/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bilalov X3 Rayon Məhkəməsinin 1(026)-3/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılmasına məhkum edilmişdir. Hal-hazırda məhkumun cəzasının çəkilməmiş hissəsi xx.xx.2025-ci il tarixə 10 ay 07 gündür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına Qobustan Rayon Məhkəməsinin 1(026)-3/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın qalıq qalmış 10 (on) ay 07 (yeddi) gün hissəsi qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 fevral 2025-ci il tarixdə Ağsu Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 23 may 2025-ci il tarixədək tutulduğu 03 (üç) ay 05 (beş) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə məhv olunmalı, sübut olan bir ədəd CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamaların rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 (on) iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Qobustan Rayon Məhkəməsinin 1(026)-3/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 07 (yeddi) gün hissəsi qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 23 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 10 (on) gününə bərabər tutulmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsində saxlanılan maddi sübut – bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,262 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-24/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-24/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver