Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-25/2023 01.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X19 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Ağsu rayonu, Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, subay, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 19,72 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 21 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Bakı-Qazax şossesinin Ağsu rayon ərazisindən keçən hissəsinin üzərində yerləşən “Bolmart” marketin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 18:40 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 19,72 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, marixuanadan arabir istifadə etmişdir. 21 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhərində, “Şamaxinka” adlanan ərazidəymiş və həmin ərazidəki parkda olarkən yerdə bir ədəd, sellofan bükülünü görüb yerdən götürmüş və sellofan bükümə yaxından baxan zaman onun içində marixuanaya bənzər maddə olmasını müəyyən etmişdir. O, sellofanı açıb içindəki otu iyləyən zaman həmin otun marixuana olduğunu anlamışdır. Bundan sonra istifadə etmək məqsədilə içində həmin sellofan bükümü gödəkçəsinin iç cibinə qoymuş və tanımadığı taksi ilə Ağsu şəhərinə gəlmişdir. 21 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Ağsu şəhəri ərazisindəki “Bolmart” marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyini bildirmişlər. Həmçinin onlarla birlikdə Ağsu rayon polis şöbəsinə getməsini ondan tələb еtmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişdir. Dаhа sonra şübhəli şəхs qismində tutulmuş və ona təqdim edilmiş siyahıdan hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra özü seçdiyi vəkil oraya dəvət еdilmiş və ona hüquqlаrı izаh оlunmuşdur. Müdafiəçisinin iştirаkı ilə üzərində narkotik vasitə оlub-оlmаmаsı sоruşulduqdа o, üzərində nаrkоtik vаsitə оlmаsını еtirаf еtmişdir. Sоnrа əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən, bir ədəd, sellofan bükümdə olan qurudulmuş marixuananı çıxararaq təhvil vermişdir. Daha sonra həmin marixuana ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Bu zaman cəkisi təxminən 20 qram olmuşdur. Bundan sonra bu barədə tərtib edilən protokolu imzalamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkdiyini, narkotik vasitənin aludəçisi olmamasını, əvəllər məhkum olunmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkdiyini, narkotik vasitənin aludəçisi olmamasını, əvəllər məhkum olunmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə, saat 16:45 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edərək istifadə etməsi, üzərində saxlaması və hazırda Ağsu şəhəri ərazisində yerləşən, “Bolmart” marketin yaxınlığında olması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumatı raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrаfındа təхirəsаlınmаz əməliyyаt-ахtаrış tədbirləri kеçirmək zərurəti yаrаndığındаn bu tədbirlərin keçirilməsi şöbə rəhbərliyi tərəfindən ona həvalə olunmuş və bu bаrədə onun tərəfindən qərаr qəbul еdilmişdir. Bundan sonra şöbənin CAB-ın əməliyyat müvəkkilləri Aqşin Mirzəxanlı və Sərvər Fərəcli ilə birlikdə Ağsu şəhəri ərazisində yerləşən, “Bolmart” marketin yaxınlığına getmişlər. Onlar həmin tarixdə saat təxminən 17:30 radələrində Təqsirləndirilən şəxs marketin yaxınlığında piyada hərəkətdə olmasını görüb saxlamışlar. Onlar əvvəlcə Təqsirləndirilən şəxs özlərini təqdim etmiş və daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilməsini şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyinin göstərişi ilə Təqsirləndirilən şəxs Аğsu RPŞ-nin TQ-nin baş təhqiqаtçısı, polis mayoru Vüsal Hüseynov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi ахtarış aparılarkən əynində оlаn qara rəngli gödəkçəsinin içəri sol cibindən, bir ədəd şəffaf sellofan bükümdə, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim еtmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və 21 yanvar 2023-cü il tarixdə, Bakı şəhərində, “Şamaxinka” adlanan ərazidə yerdən tapdığını demişdir. Daha sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə saat 16:45 radələrində Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması və həmin vaxt Ağsu şəhəri ərazisində yerləşən, “Bolmart” marketin yaxınlığında olması barədə Ağsu RPŞ-nin CAB-ın başəməliyyat müvəkkili, X4 məxfi mənbədən məlumat daxil olmşdur. Bundan sonra Seymur Vahidov həmin məlumatı şöbənin rəhbərliyinə məruzə etmiş və müvafiq sənədləşdirməni aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ətrаfındа təхirəsаlınmаz əməliyyаt-ахtаrış tədbirləri kеçirmək zərurəti yаrаndığındаn şöbənin CABın baş əməliyyat müvəkkili Seymur Vahidov və əməliyyat müvəkkili X5 ilə birlikdə Ağsu şəhəri ərazisində yerləşən, “Bolmart” marketin yaxınlığına getmişlər. Onlar həmin tarixdə saat təxminən 17:30 radələrində Təqsirləndirilən şəxs həmin marketin yaxınlığında piyada hərəkətdə olmasını görüb saxlamışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilməsi şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı iləüzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi ахtarış aparılarkən əynində оlаn qara rəngli gödəkçəsinin içəri sol cibindən, bir ədəd şəffaf sellofan bükümdə, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim еtmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və 21 yanvar 2023-cü il tarixdə Bakı şəhərində, “Şamaxinka” adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Daha sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Bu zaman həmin madənin sellofan bükümlə birlikdə çəkisinin 20.2 qram olması müəyyən edilmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə saat 16:45 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edərək istifadə etməsi, üzərində saxlaması və hazırda Ağsu şəhəri ərazisində yerləşən, “Bolmart” marketin yaxınlığında olması barədə Ağsu RPŞ-nin CAB-ın başəməliyyat müvəkkili, X4 məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra Seymur Vahidov məlumatı şöbənin rəhbərliyinə məruzə etmiş və müvafiq sənədləşdirməni aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ətrаfındа təхirəsаlınmаz əməliyyаt-ахtаrış tədbirləri kеçirmək zərurəti yаrаndığındаn şöbənin CAB-ın baş əməliyyat müvəkkili Seymur Vahidov və əməliyyat müvəkkili Sərvər Fərəcli ilə birlikdə Ağsu şəhəri ərazisində yerləşən, “Bolmart” marketin yaxınlığına getmişlər. Onlar həmin tarixdə saat təxminən 17:30 radələrində Təqsirləndirilən şəxs “Bolmart” marketin yaxınlığında piyada hərəkətdə olmasını görüb onu saxlamışlar. Onlar əvvəlcə özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Ağsu rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra X14 Tağıyevin saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilməsini şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsində nəzərdətutulаn cinаyət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi ахtarış aparılarkən əynində оlаn qara rəngli gödəkçəsinin içəri sol cibindən, bir ədəd şəffaf sellofan bükümdə, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim еtmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və 21 yanvar 2023-cü il tarixdə Bakı şəhərində, “Şamaxinka” adlanan ərazidə yerdən tapdığını demişdir. Daha sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 22 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin içəri sol cibindən, 1 ədəd sellofana bükülmüş narkotik vasitə olan marixuananı təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni həmin gün Ağsu rayonuna gələrkən Bakı şəhərində Şamaxinka adlanan yerdə tapmış, hazırda öz istifadəsi üçün üzərində gəzdirir. Aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və sellofana bükülmüş narkotik vasitə marixuanaya bənzər kütlə büküm ilə birlikdə 20,2 qram təşkil etməsi müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən olunması məqsədilə ekspertiza tədqiqatı üçün tərəfindən maddi sübut kimi götürülmüş və zərfə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı və fotoşəkillər protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş 22 yanvar 2023-cü il tarixli 17/84 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə...” sözləri, adlar, imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 19,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”-na daxildir. Qeyd: Marixuananın təmiz çəkisi – 19,72 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 19,67 qram. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 22 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zamanı aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin X9 02 nömrəli möhürü ilə möhürlənmiş, 01 ədəd zərfin içinə qablaşdırılmış, bir ədəd sellofan bükümdə olan, 19,67 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və Ağsu RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ”X20 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X17 30 yanvar 2023-cü il tarixli, PHŞ-6-25-2-48/2023 saylı məktubundan görünür ki, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞnə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 16 fevral 2023-cü il tarixli, 271 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs оğluna 23 yanvar 2023-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd еdilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işi başlanması rədd еdilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi ахtarış aparılarkən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın 22 yanvar 2023-cü il tаriхli qərаrlа cinаyət işi üzrə mаddi sübut hesab edilərək şöbənin mаddi sübutlаrın sахlаnmаsı оtаğınа təhvil vеrilməsi nəzərə alınmış, Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin МЕМ-nin Şəki Rеgiоnаl Bölməsinin 22 yanvar 2023-cü il tarixli, 17/84 saylı və Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nаzirliyinin Gəncə şəhər Nаrkоlоji Dispаnsеrinin məhkəmə-nаrkоlоji еkspеrtizаsının 16 fevral 2023-cü il tarixli, 271 nömrəli еkspеrt rəyləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.1999-cu ildə Ağsu rayonu, Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşayan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 21 yanvar 2023-cü il tarixdə saat 18:15-də tutulmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərar icra edilməsi üçün Ağsu RPŞ-nin İTB-yə göndərilmişdir. - Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Ağsu rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuş və qərar icra edilməsi üçün Ağsu rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilmişdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ərəbmehdibəy kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 yanvar 2023-cü il tarixli, 5-34-33/2-3-23/2023 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Ərəbmehdibəy kənd inzibati ərazi dairəsinin Ərəbmehdibəy kəndində daimi qeydiyyatda olmaqla yaşayır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ərəbmehdibəy kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 yanvar 2023-cü il tarixli, 5-34-33/2-3-24/2023 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Ərəbmehdibəy kənd inzibati ərazi dairəsinin Ərəbmehdibəy kəndində daimi qeydiyyatda olmaqla və yaşamaqla onun ailə tərkibi atası- xx.xx.1968-ci il təvəllüdlü X10, anası – xx.xx.1974-cü il təvəllüdlü X7, qardaşı – xx.xx.1996-cı il təvəllüdlü X2r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhəri İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 27 yanvar 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü nümunəvi aparır və heç bir ailə münaqişəsi olmamışdır. O, yaşadığı Ərəbmehdibəy kəndində kənd camaatı və yaxın qohumlar arasında dərin hörmət qazanmışdır. Kəndin ictimai işlərində fəal iştirak edir. Təqsirləndirilən şəxs Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə istər şifahi, istərsə də yazılı şikayət daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, fərdi əməklə məşğul olmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuş və 23 yanvar 2023-cü il tarixdə saat 16:50-də müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə məhv olunmalı, sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi nаrkоlоji kаbinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsində saxlanılan maddi sübut – 01 ədəd, zərfin içində olan, bir ədəd sellofan bükümdə, 19,67 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-25/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-25/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver