Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-25/2025 11.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs X1 hüquqi varisi X2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X10 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs1 əmlakını hüquqazidd və əvəzsiz olaraq ələ keçirmək məqsədilə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Zərərçəkmiş şəxs1 Ağsu şəhəri 1 saylı tam orta məktəbdə bağban kimi işə düzəldəcəyi ilə bağlı vəd verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verərək aldadıb sonuncunun 25 fevral 2019-cu il tarixdə Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən kafedə 5.800 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən X1 əmlakını hüquqazidd və əvəzsiz olaraq ələ keçirmək məqsədilə sonuncunun tanışı Şahid vasitəsilə Səxavəddin Məhərrəmovun bacısı X3 təqaüd təyin elətdirəcəyi vədini verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verərək aldadıb Səxavəddin Məhərrəmovun, Şahid verdiyi 2.200 manat pulu, sonuncunun 04 aprel 2022-ci il tarixdə Ağsu şəhəri ərazisində yerləşən "xxxx" ASC-nin Ağsu rayon filialının qarşısında quraşdırılmış ödəmə termianlı vasitəsi ilə köçürmə əsasında ona məxsus "xxxx" ASC-yə aid 416974******4487 nömrəli kart hesabına göndərməsi nəticəsində ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs2 əmlakını hüquqazidd və əvəzsiz olaraq ələ keçirmək məqsədilə sonuncunun tanışı Şahid vasitəsilə Zərərçəkmiş şəxs2 qohumu X7 təqaüd təyin elətdirəcəyi vədini verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verərək aldadıb Zərərçəkmiş şəxs2 2.000 manat pulunu, Şahid vasitəsilə 2022-ci ilin aprel ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə Ağsu şəhəri, Azərbaycan küçəsində yerləşən “Fəvvarələr Bağı” adlı kafedə, Zərərçəkmiş şəxs2 Şahid verdiyi 600 manat pulu isə 2022-ci ilin aprel ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə Ağsu şəhəri, Azərbaycan küçəsində yerləşən “Fəvvarələr Bağı” adlı kafedə Şahid alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 2.600 manat pulunu Şahid vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs3 əmlakını hüquqazidd və əvəzsiz olaraq ələ keçirmək məqsədilə sonuncunun qohumu Şahid vasitəsilə Zərərçəkmiş şəxs3 atası X5 təqaüd təyin elətdirəcəyi vədini verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verərək aldadıb Zərərçəkmiş şəxs3, 1.200 manat pulunu, Şahid vasitəsilə 2022-ci ilin iyun ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə Ağsu şəhəri, Azərbaycan küçəsində yerləşən “Fəvvarələr Bağı” adlı kafedə, Zərərçəkmiş şəxs3, Şahid verdiyi 1.300 manat pulu isə 2022-ci ilin iyun ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə Ağsu şəhəri, Azərbaycan küçəsində yerləşən “Fəvvarələr Bağı” adlı kafedə Şahid alıb ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs3 2.500 manat pulunu Şahid vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 əmlakını hüquqazidd və əvəzsiz olaraq ələ keçirmək məqsədilə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sonuncuya xəstəliyi ilə əlaqədar dövlət tərəfindən verilməklə sonradan dayandırılmış təqaüdünü bərpa elətdirəcəyi vədini verib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verərək aldadıb Zərərçəkmiş şəxs4 2022-ci ilin iyul ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə, Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Heydər Əliyev adına parkda 700 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs X1 hüquqi varisi X4 ilə barışdığını, onlara dəyən ziyanı ödədiyini və eyni zamanda, dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin özünü CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs X1 hüquqi varisi X4 ilə barışdığını, dəyən ziyanı ödədiyini və eyni zamanda, dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 Babaşah oğlu ifadəsində bildirdi ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X1 hüquqi varisi X4 ifadəsində bildirdi ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs X1 hüquqi varisi X4 ilə barışdığından, onlara dəyən ziyanı tam ödəyərək sonuncuların ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs4 Babaşah oğlunun xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs X1 hüquqi varisi X2 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, zərərçəkmiş qismində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Həmin şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2025-ci il tarixli, 25495 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 3.454 manat məbləğində pul vəsaitini X6 ödəmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs X1 hüquqi varisi X4 ilə barışdığını və dəymiş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilməklə, o, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-25/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-25/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver