Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-26/2025 31.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Ağsu rayonu, İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayonu, İlxıçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla tutmuş və torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Belə ki, o, 07 sentyabr 1990-cı il tarixli aktla özünə məxsus Ağsu rayonu İlxıçı kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə bitişik olmaqla sərhədləri ayrılmamış əvvəllər Ağsu rayon İlxıçı Bələdiyyəsinin, hazırda isə Ağsu rayon Qaraqoyunlu Bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri təyinatlı 0,3126 ha torpaq sahəsini 2003-cü ildə istintaqa dəqiq məlum olmayan vaxtdan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə edib, həmin torpaq sahəsinin bir hissəsində 2003-cü ildə istintaqa dəqiq məlum olmayan vaxtda kərpicdən kiçik ölçülərə sahib fərdi yaşayış evi tikmiş, 2005-ci ildə istintaqa dəqiq məlum olmayan vaxtda həmin torpaq sahəsini mişar daşları və digər vasitələrlə hasarlamaqla, eləcə də torpaq sahəsinin bir tərəfinin sərhədini su arxı ilə ayırmaqla hazırkı vaxta qədər qanunsuz tutmuş və həmin torpaq sahəsində 2010-cu ildə istintaqa dəqiq məlum olmayan vaxtda qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan mişar daşlarından istifadə etməklə heyvanların saxlanılması üçün nəzərdə tutulmuş tövlə, 2016-cı il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda isə ev quşlarının saxlanılması üçün dam və digər tikililər inşa etdirərək torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, CM-in 188.1-ci və 188.2-ci maddələri ilə göstərilən cinayət əməllərini törətmədiyi üçün özünü təqsirli bilmir. Ağsu rayon İlxıçı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsindən Ağsu rayon Polis Şöbəsinə daxil olmuş məktubla tanış olmuşdur. Onun Ağsu rayon İlxıçı kəndində özünə məxsus 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi 1990-cı il tarixdə ona Nizami adına kolxozun ümumi iclas qərarı ilə ayrılaraq verilmişdir. Həmin 0,06 ha həyətyanı sahəsində fərdi yaşayış evi və evin qarşısında çardağı vardır. Bundan başqa onun həyətinin qabaq hissəsi, yəni cənub tərəfində qohumu X9 məxsus 0,06 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini 1990-cı il tarixdə İbrəhim Əliyevdən almışdır. Həmin torpaq sahəsini İbrəhim Əliyevdən aldıqdan sonra 2003-cü il tarixdə orada yaşamaq üçün kiçik fərdi yaşayış evi tikmiş, lakin torpaq sahəsini öz adına sənədləşdirməmişdir. Həmçinin hazırda onun istifadə etdiyi ümumilikdə 0,3726 ha torpaq sahəsinin qalan hissəsi isə boş torpaq sahəsi olmuşdur. O, həmin ərazini 2003-cü il tarixdən istifadə edir. O, əvvəl İlxıçı Bələdiyyəsinin sədri işləmiş Şahid3 müraciət etdikdən sonra 2005-ci il tarixdə həmin torpaq sahəsinin ətrafına, yəni şərq tərəfinə mişar daşlarından hasar çəkmişdir. Hazırda tövlə olan ərazi isə boş torpaq sahəsi olmuşdur. O, həmin yerə torpaq tökdürərək həmin ərazini düzləşdirib 2010-cu il tarixdə orada heyvanların saxlanılması üçün tövlə tikmişdir. Torpaq sahəsinin qərb tərəfində isə dəmir torla və müxtəlif vasitələrlə hasar çəkərək qonşusu Fərman ilə sərhədi müəyyən etmişdir. Torpaq sahəsinin cənub tərəfində isə bələdiyyə tərəfindən su arxı qazılmışdır. Həmin arxda onun istifadə etdiyi torpaq sahəsinin cənub tərəfdən sərhədini müəyyən edir. Həmçinin o, istifadə etdiyi torpaq sahəsində 2016-cı il tarixdə ev quşlarının saxlanılması üçün dam tikmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsindən daxil olmuş məktubda, onun Ağsu rayon İlxıçı bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,3726 hektar torpaq sahəsini qanunsuz istifadə etməyi qeyd edilmişdir. Həmin torpaq sahəsinin 0,06 ha hissəsi 07 sentyabr 1990-cı il tarixli aktla onun özünə məxsudur. Lakin həmin 0,06 ha torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmamışdır. Qalan 0,06 ha hissəsini isə 1990-cı il tarixdə qohumu İbrəhim Əliyevdən almışdır. Qalan hissə isə boş torpaq sahəsi olduğundan əvvəl İlxıçı Bələdiyyəsinin sədri işləmiş Şahid3 müraciət etdikdən sonra həmin torpaq sahəsinin ətrafını hasarlayaraq oradan istifadə etmiş, həmçinin torpaq sahəsində tövlə və digər yardımçı tikililər tikmişdir. Qeyd olunan torpaq sahəsinin ona məxsus olmasına və yaxud da oradan istifadə etməyi ilə bağlı heç bir rəsmi sənədi yoxdur. Torpaq sahəsində qanunsuz tikinti işləri aparmağının məsuliyyətə səbəb olacağını isə bilmirmiş. İstintaqa təqdim etdiyi arayışda Ağsu rayon İlxıçı kəndində ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsi onun həyətində yerləşir. Lakin həyətinin hansı hissəsində yerləşdiyini dəqiq bilmir. Ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağsu rayon Qaraqoyunlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2025-ci ilin fevral ayından Ağsu rayon Qaraqoyunlu Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Ağsu rayon İlxıçı kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Əvvəllər Ağsu rayon İlxıçı Bələdiyyəsi və Ağsu rayon Qaraqoyunlu Bələdiyyəsi ayrı-ayrılıqda fəaliyyət göstərirmişlər. Sonradan Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun qəbul olunmuş və həmin qanuna müvafiq olaraq, 29 yanvar 2025-ci il tarixdə Respublika ərazisində keçirilən bələdiyyə seçkilərindən sonra Ağsu rayon X16 rayon Qaraqoyunlu Bələdiyyəsinə birləşdirilmiş və İlxıçı Bələdiyyəsinin səlahiyyətlərinə xitam verilmişdir. Hal-hazırda Ağsu rayon İlxıçı Bələdiyyəsi fəaliyyət göstərmir və Ağsu rayon İlxıçı kəndi ərazisində olan bələdiyyə mülkiyyətindəki torpaqlar Ağsu rayon Qaraqoyunlu Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Ağsu rayon X16 rayon Qaraqoyunlu Bələdiyyəsinə birləşdirildikdən sonra ona məlum olmuşdur ki, Ağsu rayon İlxıçı kənd sakini Təqsirləndirilən şəxs Müsaməddin oğlu əvvəllər İlxıçı bələdiyyəsinə, hazırda isə Qaraqoyunlu Bələdiyyəsinə məxsus 0,3126 hektar torpaq sahəsinin ətrafını mişar daşları, metal tor (setka) və digər vasitələrlə hasarlayaraq həmin torpaq sahəsində, fərdi yaşayış evi, heyvanların saxlanılması üçün tövlə, ev quşlarının saxlanılması üçün dam tikmiş, həmçinin həmin ərazidə çoxillik ağaclar əkmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən istifadə edən zaman torpaq sahəsinin daxilindən keçən su arxının yerini dəyişdirib su arxını torpaq sahəsinin qərb və cənub tərəfinə çəkərək istifadə etdiyi torpaq sahəsini biraz da genişləndirmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs mülkiyyətinə və istifadəsinə verilməsinə dair heç bir sənəd olmadan bələdiyyəyə məxsus 0,3126 ha torpaq sahəsini özbaşına tutaraq zəbt etmişdir. O, Təqsirləndirilən şəxs hazırda Ağsu rayon Qaraqoyunlu Bələdiyyəsinə məxsus təxminən 0,3126 ha torpaq sahəsini özbaşına tutaraq zəbt etməsini və orada qanunsuz şəkildə tikinti işləri aparmasını Qaraqoyunlu Bələdiyyəsinin sədri seçildikdən sonra öyrənmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ətrafını nə vaxt hasarlamasını və həmin ərazidə fərdi yaşayış evi, heyvanların saxlanılması üçün tövlə, ev quşlarının saxlanılması üçün dam tikməsinin tarixlərini dəqiq bilmir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Ağsu rayon İlxıçı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qohumudur. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Onun Ağsu rayon İlxıçı kəndində həyatyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində fərdi yaşayış evi olmuşdur. Yenidən ev tikmək qərarına gəldiyi üçün köhnə evi sökmüşdür. Onun həyətyanı sahəsinə gələn yol qohumu Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısından keçirmiş. O, uzun illər həmin yoldan istifadə etmişdir. Təxminən 2004-2005-ci il tarixlərində Təqsirləndirilən şəxs həmin yolu kəsərək oraya əvvəlcə dəmir torla (setka) hasar çəkmiş, bir müddət sonra isə həmin yerdə mişar daşlarından hasar çəkmişdir. Həmin vaxtlarda o, Bakı şəhərində işlədiyi üçün kəndə gələrkən Təqsirləndirilən şəxs onun həyətyanı sahəsinə gələn yolu kəsdiyini və orada hasarlama işləri apardığını görüb Alimdən nə üçün onun yolunu kəsdiyini soruşmuşdur. Alim isə heç bir söz deməmişdir. Bundan sonra Alim həmin ərazidə tikinti işləri aparmağa başlamışdır. Həmin ərazidə heyvanların saxlanılması üçün tövlə, ev quşlarının saxlanılması üçün dam və bir neçə tikili tikmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən istifadə edən zaman təxminən 10 il bundan qabaq torpaq sahəsinin daxilindən keçən su arxının yerini dəyişdirib su arxını torpaq sahəsinin qərb və cənub tərəfinə çəkərək istifadə etdiyi torpaq sahəsini biraz da genişləndirmişdir. O, Təqsirləndirilən şəxs bir neçə dəfə qanunsuz olaraq tutduğu torpaq sahəsini boşaltmağı və onun həyətyanı sahəsinə gələn yolu açması barədə bildirsə də Alim ona əhəmiyyət vermədiyi üçün o da məcbur qalıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Bundan sonra Xidmətin əməkdaşları həmin əraziyə gələrək baxış keçirmişlər. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ağsu rayon İlxıçı Bələdiyyəsinə məxsus 0,32 ha torpaq sahəsini zəbt etmişdir. Tarixlər onun yadında qalmadığı üçün o, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini nə vaxt zəbt etməsini dəqiq bilmir. Lakin onu bilir ki, Təqsirləndirilən şəxs 2004-2005-ci illərdən sonra həmin ərazini zəbt edərək sonradan həmin ərazidə tikinti işləri aparmışdır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs ona məxsus həyətyanı sahəyə gələn yolu kəsməsi, Ağsu rayon İlxıçı Bələdiyyəsinə məxsus həmin torpaq sahəsini zəbt etməsi və orada tikinti işləri aparması barədə demişdir. Lakin Təqsirləndirilən şəxs ona əhəmiyyət vermədiyi üçün o, məcbur qalıb şikayət etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda X25 Sistemləri İstismarı İdarəsinin metrologiya üzrə mühəndis qrup rəhbəri vəzifəsində işləyir. 2010-cu il tarixdən 2020-ci il tarixə kimi Ağsu rayon İlxıçı Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Ağsu rayon İlxıçı kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Həmçinin Şahid2 da onun həmkəndlisidir. Onun Şahid2la da heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs Ağsu rayon İlxıçı kəndi ərazisində özünə məxsus 0,06 ha torpaq sahəsi vardır. Şahid2da həyətyanı torpaq sahəsi həmin yerin qonşuluğunda yerləşir. Lakin Təqsirləndirilən şəxs özünə məxsus torpaq sahəsindən əlavə olaraq Ağsu rayon İlxıçı Bələdiyyəsinə məxsus torpaq sahəsini qanunsuz olaraq tutmuş və orada tikinti işləri aparmışdır. O, 2010-cu il tarixdə Bələdiyyə sədri seçiləndə həmin ərazinin Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulduğunu, ərazinin ətrafına mişar daşlarından və digər vasitələrlə hasar çəkildiyini görüb Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin bələdiyyəyə məxsus torpaq sahəsi olduğunu və həmin ərazini boşaltmağı dəfələrlə bildirmişdir. Lakin Təqsirləndirilən şəxs qanunsuz şəkildə tutuduğu torpaq sahəsini boşaltmamış, həmin yeri sənədləşdirəcəyini bildirib sənədləşdirməmiş, əksinə həmin ərazidə qanunsuz olaraq tikinti işləri aparmışdır. Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən istifadə edən zaman torpaq sahəsinin daxilindən keçən su arxının yerini dəyişdirib su arxını torpaq sahəsinin qərb və cənub tərəfinə çəkərək istifadə etdiyi torpaq sahəsini biraz da genişləndirmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs mülkiyyətinə və istifadəsinə verilməsinə dair heç bir sənəd olmadan bələdiyyəyə məxsus 0,32 ha torpaq sahəsini özbaşına tutaraq zəbt etmişdir. Hətta o, bir neçə dəfə bununla bağlı şifahi olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib Təqsirləndirilən şəxs orada qanunsuz olaraq torpaq sahəsini tutması və tikinti işləri aparması ilə bağlı bildirsə də Əmlak Məslələri Dövlət Xidməti həmin əraziyə gəlib baxış keçirməmişdir. Təqsirləndirilən şəxs 2003-2004-cü il tarixlərində İlxıçı bələdiyyəsinə məxsus yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,32 hektar torpaq sahəsinin ətrafını hasarlamış və həmin ərazidə hisə-hissə olmaqla tikinti işləri aparmışdır. Həqiqətəndə Şahid2 həyətyanı sahəsinə gedən yol əvvəllər Təqsirləndirilən şəxs hazırda zəbt etdiyi torpaq sahəsindən keçirmiş. Lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsini qanunsuz olaraq tutduqdan sonra həmin yolun bağlanmasına səbəb olmuşdur. İş üzrə şahid X5 və Şahid5 məhkəməyə ərizə ünvanlayaraq bildirmişlər ki, ünvan 3iyinin pozulmasına dair tərtib edilmiş aktı və ordan yazılanları təsdiq edirlər. Bununla bağlı CM-in 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclasının onların iştirakları olmadan baxılmasına etiraz etmirlər. Şahid X3 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid X5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi X8 Edilməsi və X2 müdiri vəzifəsində işləyir. Xidməti ərazisinə Ağsu şəhəri və Ağsu rayonun bütün kəndləri aiddir. Ağsu rayon İlxıçı kənd sakini Əmirov X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək özünə məxsus həyətyanı sahəyə gedən yolun həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs tərəfindən zəbt edilməsini bildirmişdir. Bununla bağlı olaraq 30 oktyabr 2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin baş məsləhətçisi işləyən Şahid5 və əvvəllər Ağsu rayon İlxıçı Bələdiyyəsinin sədri işləmiş Şahid1la birlikdə Ağsu rayon İlxıçı kəndi ərazisində yerləşən və Təqsirləndirilən şəxs tərəfindən qanunsuz şəkildə hasarlanaraq istifadə edilən əraziyə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, Ağsu rayon İlxıçı kənd sakini Təqsirləndirilən şəxs heç bir rəsmi hüquqmüəyyənedici sənəd olmadan əvvəllər Ağsu rayon İlxıçı Bələdiyyəsinə hazırda isə Ağsu rayon Qaraqoyunlu Bələdiyyəsinə məxsus təxminən 0,32 ha torpaq sahəsinin ətrafını mişar daşları və digər vasitələrlə qanunsuz şəkildə tutmuş və torpaq sahəsinin içərisində kərpicdən kiçik fərdi yaşayış evi, heyvanların saxlanılması üçün tövlə və ev quşlarının saxlanılması üçün dam və digər tikililər tikmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən istifadə edən zaman torpaq sahəsinin daxilindən keçən su arxının yerini dəyişdirib su arxını torpaq sahəsinin qərb və cənub tərəfinə çəkərək istifadə etdiyi torpaq sahəsini biraz da genişləndirmişdir. Onlar həmin torpaq sahəsinə baxış keçirtdikdən sonra bu barədə akt tərtib etmişlər. Həmin torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs və əvvəllər İlxıçı Bələdiyyəsinin sədri işləmiş Şahid1, Təqsirləndirilən şəxs yeni fərdi yaşayış evi və çardaq tipli tikilinin olduğu əraziyə, yəni ümumilikdə 0,06 ha əraziyə aid sənədlərinin olduğunu şifahi şəkildə bildirdiyi üçün onlar həmin ərazini nəzərə almamışlar. Ona görə də həmin torpaq sahəsinin ölçüsünü 0,32 ha olaraq qeyd etmişlər. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşları isə Təqsirləndirilən şəxs yeni fərdi yaşayış evi və çardaq tipli tikilinin olduğu ərazini də ölçüyə daxil etmişlər. Ona görə sənədlər arasında ziddiyyət əmələ gəlmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həiqqətən də 0,06 ha torpaq sahəsinə aid rəsmi sənədləri vardır. Lakin həmin sənədlər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Şahid5 ibtidai istintaqda Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə digər şahid X14 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1- 226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə iclasında şahid X10 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid X14 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Ağsu rayon İlxıçı kəndində ailə üzvlərilə birlikdə yaşayır. 2020-ci il tarixdən Ağsu rayon İlxıçı Bələdiyyəsinin vergi xidmətinin müfəttişi vəzifəsində işləyir. Həmçinin o, həmin tarixdən etibarnamə əsasında bələdiyyə sədrinin səlahiyyətli nümayəndəsidir. Ağsu rayon İlxıçı kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Həmçinin Şahid2 da onun həmkəndlisidir. Onun Şahid2la da heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 30 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ona zəng edərək, kənd sakini Şahid2 həyətyanı sahəsinə gedən yolun kənar şəxs tərəfindən zəbt edilməsi və yolun açılması barədə müraciət etdiyini bildirmişlər. Həmçinin həmin müraciət əsasında bələdiyyə torpaqlarının zəbt edilməsi faktı ilə əlaqədar mübahisəli torpaq sahəsinə baxış keçirəcəklərini, baxış zamanı onunda iştirak etməyini demişlər. Bundan sonra İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ilə birgə İlxıçı kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə torpağına aid olan hasarlanmış və tikinti işləri aparılmış torpaq sahəsinə baxış keçirtmişlər. Xidmətin əməkdaşları ilə birlikdə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Əmirov X7 bələdiyyəsinə məxsus 0,32 hektar torpaq sahəsinin ətrafını mişar daşları, metal tor (setka) və digər vasitələrlə hasarlayaraq həmin 0,32 ha torpaq sahəsində, fərdi yaşayış evi, heyvanların saxlanılması üçün tövlə, ev quşlarının saxlanılması üçün dam tikmiş, həmçinin həmin ərazidə çoxillik ağaclar və mövsümi bostan bitkiləri əkmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən istifadə edən zaman təxminən 10 il bundan qabaq torpaq sahəsinin daxilindən keçən su arxının yerini dəyişdirib su arxını torpaq sahəsinin qərb və cənub tərəfinə çəkərək istifadə etdiyi torpaq sahəsini biraz da genişləndirmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs mülkiyyətinə və istifadəsinə verilməsinə dair heç bir sənəd olmadan bələdiyyəyə məxsus 0,32 ha torpaq sahəsini özbaşına tutaraq zəbt etmişdir. Bundan sonra xidmətin əməkdaşları bu barədə akt tərtib etmişlər, həmin akt tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Müsaməddin oğlu təxminən 15-20 ildir ki, İlxıçı bələdiyyəsinə məxsus yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,32 hektar torpaq sahəsindən istifadə edir. Lakin o, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ətrafını nə vaxt hasarlamasını və həmin ərazidə fərdi yaşayış evi, heyvanların saxlanılması üçün tövlə, ev quşlarının saxlanılması üçün dam tikməsinin tarixlərini dəqiq bilmir. O, dəfələrlə Təqsirləndirilən şəxs istifadə etdiyi 0,32 ha torpaq sahəsinin Ağsu rayon İlxıçı Bələdiyyəsinə məxsus torpaq sahəsi olduğunu bildirmiş və ona həmin torpaq sahəsini sənədləşdirməsini təklif etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsini sənədləşdirməmişdir. Həqiqətəndə Şahid2 həyətyanı sahəsinə gedən yol əvvəllər Təqsirləndirilən şəxs hazırda zəbt etdiyi torpaq sahəsindən keçirmiş. Hətta bununla bağlı Şahid2 bir neçə dəfə ona şifahi məlumat vermiş, o da Təqsirləndirilən şəxs bildirmişdir, lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsini qanunsuz olaraq istifadə etməkdə davam etmiş və yolun açılması üçün heç bir tədbir görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, material üzrə fakta görə CM-in 188.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. - 30 okyabr 2024-cü il tarixdə X5, Şahid5 və Şahid1 tərəindən tərtib edilmiş aktdan görünür ki, Ağsu rayon İlxıçı kənd sakini Şahid2 Bəhaləddin oğlunun İlxıçı kəndi ərazisində ona məxsus həyətyanı sahəsinə gedən yolun zəbt edilməsi faktının araşdırılmasına köməklik göstərilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı müraciətə uyğun olaraq Xidmətin Şamaxı ərazi şöbəsinin əməkdaşları və bələdiyyə sədrinin iştirakı ilə Ağsu rayon İlxıçı bələdiyyəsi ərazisinə birgə baxış keçirilmiş və araşdırma aparılmışdir. Müraciətə uyğun olaraq vətəndaş ilə telefon əlaqəsi saxlanılmış və birgə baxışa dəvət edilmişdir. İlxıçı kəndi ərazisində Şahid2 nümayəndəsinin göstərdiyi əraziyə baxış zamanı əvvəllər yol kimi istifadə edilmiş ərazinin də daxil olduğu ümumilikdə təxminən 0.32 ha torpaq sahəsinin metal tor və mişar daşları vasitəsi ilə çəpərləndiyi, ərazidə fərdi yaşayış evi, tövlə binası və digər yardımçı tikililər inşa edildiyi müşahidə- edilmişdir. Aparılan araşdırma zamanı həmin ərazinin Təqsirləndirilən şəxs Müsaməddin oğluna məxsus həyətyanı sahə olduğu aşkarlanmışdır. Vətəndaş ilə telefon əlaqəsi saxlanılmış və sözügedən təxminən 0.32 ha torpaq sahəsindən istifadə ilə bağlı hər hansı hüquq müəyyənedici sənəd tələb edilmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd olunan tikinti işləri aparılmış və çəpərlənmiş torpaq sahəsi barədə aparılan araşdırma zamanı torpaq sahəsinin heç bir vətəndaşın mülkiyyətinə verilmədiyi müəyyən edilmişdir. Sözügeden hal ilə elaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri X22nin Şamaxı Ərazi İdarəsinə sorğu verilmişdir. Şamaxı ərazi ūzərində hüquqların dövlət qeydiyyatına alınmamışdır və torpaq sahəsi İİxıçı bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyali (KPİ) torpaq sahəsidir. Qeyd olunan qanun pozuntusu faktının Azerbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına zəbtetmə xarakterinin əlamətlərinə uyğun bələdiyyə sədrinin nümayəndəsi ilə birlikdə aktlaşdırılmışdır. Ərazinin mərkəz koordinatları (X:270875-Y:4485210), fotoşəkillər və ortofoto görüntü akta əlavə olunur. - Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivinin 15 yanvar 2025-ci il tarixli arxiv çıxarışından görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan Nizami adına kolxozun ümumi iclas qərarlarından müəyyən olundu ki, 12 avqust 1990-cı il tarixli 3 nömrəli ümumi qərarla İlxıçı kəndində yaşayan Təqsirləndirilən şəxs 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Ağsu rayonu İlxıçı bələdiyyəsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınma haqqında” 27 dekabr 2024cü il tarixli qərardan görünür ki, Ağsu rayonu İlxıçı bələdiyyəsinin sədrinin etibarnamə üzrə nümayəndəsi Şahid1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. - “Ağsu RMX” X22 tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Ağsu rayonu İlxıçı kənd sakin Təqsirləndirilən şəxs “Ağsu RMX” PHŞ-nə ruhiəsəb xəstəliyi ilə əlaqədar müraciət etməmiş və dispanser qeydiyyatda dayanmır. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Ağsu rayon Polis şöbəsinə göndərilmiş 30 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Müsaməddin oğlunun istifadəsində olan torpaq sahəsi elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqları olmaqla İlxıçı Bələdiyyəsinə aid olan torpaq sahəsi olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs Müsaməddin oğlunun istifadəsində olan 0,3726 ha torpaq sahəsi elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqları olmaqla bütünlüklə İlxıçı bələdiyyəsinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Ağsu rayon Polis şöbəsinə göndərilmiş 12 fevral 2025-ci il tarixli məktubdan görünür ki, əvvəli müraciət əsasında naturada müəyyən edilən Təqsirləndirilən şəxs Müsaməddin oğlunun istifadəsində olan 0,3726 ha torpaq sahəsi mövcud elektron baza məlumatlarına əsasən bütünlüklə Ağsu rayonu İlxıçı Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri torpaqlarına aiddir. xx.xx.2024-cü il tarixli arxiv çıxarışı və 07 sentyabr 1990-cı tarixli akt əsasında Təqsirləndirilən şəxs Müsaməddin oğluna Ağsu rayonu İlxıçı kəndi ərazisindən ayrılmış 0,06 həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmadığından sözügedən 0,06 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs Müsaməddin oğlunun istifadəsində olan 0,3726 ha torpaq sahəsinin hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. - “Cinayət əməlinin tövsif edilməsi haqqında” 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxsn əməli CM-in 188.2-ci maddəsindən həmin Məcəllənin 188.1-ci və 188.2-ci maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 188.1-ci və 188.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 mart 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X13 Ərazi Dairəsi üzrə nümayənmdəsi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli arayış görünür ki, Ağsu rayonu İlxıçı kənd sakini Təqsirləndirilən şəxs Ağsu rayonu İlxıçı kəndində özünə məxsus 0,12 ha həyətyanı torpaq sahəsi var. - “Zərərçəkmiş şəxs qismində və zərərçəkmiş şəxsin nümayəndəsi kimi iştiraka xitam vermə haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Ağsu rayon İlxıçı Bələdiyyəsinin zərərçəkmiş şəxs qismində və Şahid1 zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirakına xitam verilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Ağsu rayonu Qaraqoyunlu bələdiyyəsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınma haqqında” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Ağsu rayonu Qaraqoyunlu bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X13 Ərazi Dairəsi üzrə nümayənmdəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş 03 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, o, Ağsu rayonunun İlxıçı kəndində yaşayır. Kənddə yaşadığı müddətdə kənd sakinlər arasında həmişə münaqişə yaratmış və kənddə olan xeyir və şər işlərdə yaxından iştirak etməmişdir. Onun barəsində Nümayəndəliyə bir neçə dəfə mənfi xarakterli məlumatlar daxil olmuş və kənd ictimaiyyəti arasında müsbət xarakterizə olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2025-ci il tarixli, 10/1688 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 yanvar 2025-ci il tarixli 3-21-3-41/2-209/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, HK-1/1150 saylı material üzrə Ağsu rayon İlxıçı kənd sakini Təqsirləndirilən şəxs Müsaməddin oğlunun naturada faktiki istifadə etdiyi, həmçinin fərdi yaşayış evi, tövlə və yardımçı tikililərin yerləşdiyi torpaq sahəsinin sərhədləri, koordinatları və konfiqurasiyası çöl ölçmə işləri aparılaraq müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsi elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqları olmaqla İlxıçı Bələdiyyəsinə aid olan torpaq sahəsi olduğu müəyyən edildi. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 0,3726 ha torpaq sahəsi elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqları olmaqla bütünlüklə İlxıçı Bələdiyyəsinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, istintaq zamanı Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə CM-in 188.1-ci və 188.2-ci maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, onun əməlində təkrarçılıq müəyyən edilməməsi və ona elan edilmiş ittihama daxil edilməməsi nəzərə alınması, ona elan edilmiş ittihamda onun qanunsuz olaraq istifadə etdiyi və tikinti işləri apardığı torpaq sahəsinin ölçüsünün 0,3126 ha göstərilməsi əsaslı olduğundan nəzərə alınması, onun qanunsuz olaraq mülkiyyət, istifadə və sahibik hüququ olmadan tutduğu və qanunsuz şəkildə tikililər tikdiyi, Ağsu rayon İlxıçı kəndi ərazisində yerləşən torpaq sahəsi hazırda Ağsu rayon Qaraqoyunlu Bələdiyyəsinə məxsus olan torpaq sahəsi kimi qiymətləndirilməsi, Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu rayon X13 ərazi dairəsi üzrə nümayəndəsi Azad İsgəndərov və müavini X19 rayon İlxıçı kənd sakini Təqsirləndirilən şəxs oğuna hansı əsalarla sonuncuya məxsus 0,12 hektar torpaq sahəsi olması ilə bağlı arayış vermələri, eləcə də Azad İsgəndərov və Fəda Təbrizlinin şahid qismində ifadə verməkdən imtina etmələri ilə bağlı ayrıca material ayrılması və araşdırılması üçün Ağsu rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli olduğundan və toplanmış sübutlarla təsdiq edilmədiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə rədd edilməsi, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eləcə də şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Ağsu rayon Polis şöbəsinə göndərilmiş 23 noyabr 2024-cü il tarixli, 3-21-3/2-19409/2024 saylı məktub və 30 oktyabr 2024-cü il tarixli akt, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsininin 30 yanvar 2025-ci il tarixli 3-21-3-41/2-209/2025 saylı və 12 fevral 2025-ci il tarixli 3-21-3-41/2-348/2025 saylı məktubları, məhkəmə-torpaqşünaslıq ekspertizasının 10 mart 2025-ci il tarixli, 3-16-16/2- 10/1688/2025 nömrəli rəyi və cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. - XX-ЖГ seriyalı 366589 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1997-ci il tarixdə doğulmuş, atasının “Təqsirləndirilən şəxs”, anasının “X6” olması qeyd edilmişdir. - İ-659 nömrəli vəsiqənin surətindən görünür ki, X15 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2253 nömrəli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. - İ-9929 nömrəli vəsiqənin surətindən görünür ki, X15 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2012 nömrəli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - İ-27713 nömrəli vəsiqənin surətindən görünür ki, X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. - Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X15 Azərbaycan Respublikasının bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərcəli əlil olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmiş, onun hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onlara CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsin həyat şəraitinə təsiri imkanını nəzərə alır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri, mütəxəssis rəyi, iş materiallarına əlavə edilmiş foto şəkillər və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə özünü ona CM-in 188.1 və 188.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ittihamda göstərilən torpaq sahəsindən istifadə etdiyini, həmçinin hazırda tövlə olan ərazinin boş olduğunu, həmin yerə torpaq tökdürərək ərazini düzləşdirib 2010-cu il tarixdə orada heyvanların saxlanılması üçün tövlə, bundan əlavə, istifadə etdiyi torpaq sahəsində 2016-cı il tarixdə ev quşlarının saxlanılması üçün dam tikdiyini bildirmişdir. Ekspert rəyində də qeyd olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 0,3126 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən yaşayış məntəqələri torpaqları olmaqla Ağsu rayonu İlxıçı Bələdiyyəsinin (hazırda Ağsu rayonu Qaraqoyunlu Bələdiyyəsinin) mülkiyyətinə aid torpaq sahəsidir. Bundan əlavə, torpaq sahəsinin üzərində fərdi yaşayış evi, tövlə və yardımçı tikililər mövcuddur. Həmin tikililərin 460 kv.m hissəsi Ağsu rayonu İlxıçı Bələdiyyəsinin (hazırda Ağsu rayonu Qaraqoyunlu Bələdiyyəsinin) mülkiyyətinə aid torpaq sahəsinin üzərində yerləşir. Beləliklə, Təqsirləndirilən şəxs ittihamda ona istinad olunan cinayət əməllərini törətməsi istintaq zamanı tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsinin, şahid ifadələri və sair istintaq hərəkətlərinin protokolları, verilmiş sorğulara alınmış cavablar, mütəxəssis rəyləri və toplanılmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs X12 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin oğlu - X11 Vətən müharibəsi iştirakçısı olmasını və Azərbaycan Respublikasının bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərcəli əlil olmasını iş üzrə yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 165 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsnın üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X4, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 165 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-26/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-26/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver