Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-27/2024 01.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olmaqla həbs olunanadək Şamaxı şəhəri, M.Hüseynzadə küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələr ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tamah niyyətilə 12 mart 2023cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı İsmayıllı rayonu, Tircan kəndində yerləşən evin yaxınlığına gələrək ətrafda başqa şəxslərin olmadığını yəqin etdikdən sonra həmin evin həyətinə hasarından keçməklə qanunsuz daxil olaraq evdə yaşayanların yatmasına əmin olduqdan sonra həyətdə yerləşən tövləyə qapısından qanunsuz daxil olub orada olan bir baş, qara rəngli, bir il üç aylıq, erkək, diri çəkisi 120- 130 kiloqram olan dananı bağlandığı yerdən açaraq özü ilə apararaq gizli olaraq talayıb zərərçəkmişşəxs Zərərçəkmiş şəxs1 1.500 manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah niyyətilə 12 may 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Ağsu rayonu, Cəfərli kəndində yerləşən evin bağ sahəsinə qapısından qanunsuz daxil olaraq həmin evdə yaşayanların yatdığına əmin olduqdan sonra bağ sahəsində yerləşən tövlənin qarşısındakı dirəyə bağlanmış bir baş, ağ rəngli, iki yaşında, erkək, yerli cinsdən olan, diri çəkisi 150 kiloqram olan dananı bağlandığı yerdən açıb özü ilə apararaq gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1.100 manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin mart ayının əvvəllərində, dəqiq xatırlamadığı vaxtda maddi cəhətdən sıxıntıları olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 2023-cü ilin mart ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə saat təxminən 22 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək məqsədilə İsmayıllı rayonuna getməyi qərarlaşdırmışdır. O, tanımadığı yol avtomobillərdən birinə işarə edib saxlatmış, avtomobilin sürücüsündən onu İsmayıllı rayonuna aparmasını xahiş etmişdir. Sürücü onunla razılaşmış və onu İsmayıllı rayonuna gətirmişdir. O, sürücüdən avtomobili İsmayıllı rayonu, Tircan kəndinin yaxınlığında saxlamağı xahiş etmiş, bundan sonra avtomobildən düşüb piyada həmin kəndə doğru hərəkət etməyə başlamışdır. Kəndə çatanda təxminən saat gecə 03 radələri imiş. O, kəndin ərazisinə girib kəndin içi ilə hərəkət edirmiş. Kəndin içi ilə hərəkət edərkən qapısı yola açılan tövlə görmüş, o, həmin tövləyə daxil olub orada heyvan olub-olmamasına baxmaq istəmişdir. O, tövlənin qapısını itələsə də qapı bağlı olduğundan açılmamışdır. Bundan sonra evin giriş qapısına yaxınlaşmış, qapı açıq olduğundan oradan evin həyətinə daxil olmuşdur. Daha sonra tövlənin olduğu yerə keçmək üçün olan yardımçı qapının da açıq olmasını görüb həmin yardımçı qapıdan rahatlıqla tövləyə yaxınlaşmışdır. Bu zaman o, tövlənin qapısının da açıq olmasını görmüş, qapıdan tövləyə girmiş və orada beş baş iribuynuzlu heyvan olmasını müəyyən etmişdir. O, dananın birinin kəndirini açıb öz kəndiri ilə boğazını bağlamış, tövlənin küçəyə açılan qapısını açıb bir baş dananı oradan küçəyə çıxarmışdır. Bundan sonra tövlənin qapısını bağlayaraq gəldiyi yol ilə magistral yola getmişdir. Həmin vaxt artıq saat təxminən 07 radələri imiş. O, yolun kənarında dayanıb Şamaxıya getmək üçün təsadüfi keçən avtomobil gözləməyəbaşlamışdır. Bu vaxt dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı yük avtomobilinin İsmayıllı rayonu tərəfdən gəldiyini görmüşdür. O, əllə işarə edərək həmin yük avtomobilini saxlamışdır. Həmin avtomobilin içində də iribuynuzlu heyvanlar var imiş. Həmin sürücü Şamaxı rayonunda yerləşən mal bazarına gedirmiş. O, sürücüdən onu da Şamaxı rayonuna aparmasını və dananı da yük yerinə mindirməsinə icazə verməsini xahiş etmişdir. Sürücü onunla razılaşmış və bir baş dananı avtomobilin arxa yük hissəsinə mindirmişdir. Bundan sonra Şamaxı rayonuna yola düşmüşlər. Şamaxı şəhərinə çatdıqdan sonra yük avtomobilini saxlatmış və dananı avtomobildən yerə düşürmüşdür. Bundan sonra həmin dananı aparıb yolun kənarındakı çöllük ərazidə ağaca bağlamışdır. Bundan sonra axşam saatlarında dananı aparacağını düşünüb oradan yaşadığı evə getmişdir. Dana həmin ağaca bağlı qalmışdır. Həmin gün axşam dananı bağladığı yerə geri qayıtmışdır. Lakin o, dananın orada olmadığını görmüşdür. O, düşünmüşdür ki, dana bağlandığı yerdən ipi qırıb getmişdir. 11 may 2023-cü il tarixdə Bakı şəhərində imiş. Həmin vaxt istifadəsində ağ rəngli, “Niva” markalı avtomobil var imiş. Həmin ərəfədə maddi ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, bundan sonra avtomobilinə əyləşib Ağsu rayonu, Cəfərli kəndi ərazisinə gəlmişdir. Əvvəllər Cəfərli kəndinin yaxınlığında yerləşən fermada qaldığına görə həmin ərazini yaxşı tanıyırmış. O, avtomobili ilə Ağsu rayonu, Cəfərli kəndinə çatan zaman 12 may 2023-cü il tarixdə saat 02 radələri imiş. O, kəndin yaxınlığından keçən kanalın yanında avtomobilini saxlayıb yerə düşmüş və piyada təxminən 600-700 metr məsafə qət edərək kəndin ərazisinə daxil olmuşdur. Həmin vaxt kəndin kənarında yerləşən ev olduğunu görmüş və həmin evə yaxınlaşmışdır. Bundan sonra evin bağ sahəsinin qapısından bağa daxil olmuşdur. Bağda bir qədər irəlilədikdən sonra tövlə olduğunu, tövlə ilə evin arasında məsafə olduğunu və tövlənin qarşı tərəfində təxminən 5-6 baş mal-qaranın bağlandığını müəyyən etmişdir. O, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin mal-qara olan yerə yaxınlaşmışdır. Bu zaman danaların boğazına ip bağlandığını və həmin ipin də yerə bərkidilmiş dəmir parçasına bağlandığını görmüşdür. Bundan sonra oradakı danalardan birinin başına bağlanmış ipi yerindən açmışdır. Daha sonra həmin bir baş dananın ipindən tutub dartıb bağ sahəsi ilə aparmışdır. O, oğurladığı dananı evin bağına daxil olduğu yerdən çölə çıxarmışdır. Bundan sonra dananı avtomobilinin yanına gətirmişdir. Daha sonra dananın ipini avtomobilin qoşqu yerinə bağlamışdır. Bundan sonra avtomobilin yük yerini açmış və arxa oturacağı yerindən tərpədib çıxarmışdır. Daha sonra dananı yavaşyavaş avtomobilin yük yerinə qaldırmış və oraya yerləşdirmişdir. Bundan sonra avtomobilinə əyləşib oradan çıxıb getmişdir. Həmin vaxt saat təxminən 03 radələri imiş. O, avtomobilini Padarçöl kəndi istiqamətində hərəkət etdirib İmişli rayonu ərazisində yerləşən mal bazarına getmişdir. O, mal bazarına çatan zaman saat təxminən 06 radələri imiş. O, orada oğurladığı bir baş dananı tanımadığı şəxsə 640 manat məbləğində pula satmışdır. Bundan sonra avtomobilinə əyləşib Bakı şəhərinə getmiş və əldə etdiyi pulu öz şəxsi xərcləri üçün istifadə etmişdir. Ağsu rayonu, Cəfərli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətindən bir baş dananın və İsmayıllı rayonu, Tircan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin tövləsindən bir baş dananın oğurlanmasında ona kömək edən şəxs olmamışdır, oğurladığı Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı satdığı şəxsi, Zərərçəkmiş şəxs1 məxsus bir baş dananı oğurladıqdan sonra həmin dananı daşıdığı yük avtomobilinin sürücüsünü tanımır, həmin yük avtomobilinin markasını və dövlət qeydiyyat nişanını da xatırlamır. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkir, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, İsmayıllı rayonu, Tircan kəndində ailəsi ilə birgə yaşayır. Həyətində xırda təsərrüfatı var. Yaşadığı İsmayıllı rayonu, Tircan kəndində yerləşən evinin həyətindəki tövlədə 5 baş iribuynuzlu heyvanı var. Onların iki başını hər gün örüşə buraxırmış. Digər 3 dananı isə tövlədə saxlamışdır. Həmin danalardan iki başı balaca, biri isə təxminən 120- 130 kiloqram çəkidə imiş. 11 mart 2023-cü il tarixdə saat 22 radələrində həmişə olduğu kimi həyat yoldaşı Şahid tövlədə olan heyvanların otunu suyunu qoyub tövlənin qapısını bağlayıb evə gəlmişdir. Həmin vaxt heyvanların hamısı tövlədə imiş. Tövlənin taxta qapısı var və həmin qapı küçəyə açılır. Həmin qapı çöldən heç nə ilə bağlanmır və qapı içəri tərəfdən bağlanır. Qapını çöldən açmaq mümkün deyildir. Axşam saat 22 radələrində həyat yoldaşı Gülbahar tövləyə baxıqdan sonra tövlənin qapısını və həyət darvazasını bağlayıb evə gəlmişdir. Həmin vaxt o, da evdə imiş. Səhəri gün, yəni, 12 mart 2023-cü tarixdə saat 06:30 radələrində həyat yoldaşı Gülbahar tövləyə gedərkən həyət darvazasının açıq olduğunu görmüşdür. Daha sonra isə həyətdən tövlənin həyətinə keçmək üçün yardımçı qapının da tərsinə tərəfinə açıldığı görüb həyətə kiminsə girdiyindən şübhələnmişdir. Daha sonra isə tövlə tərəfə keçəndə tövlənin qapısının da açıq olduğunu görmüş və tövləyə girib heyvanların hamısının yerində olub olmamasını yoxladıqda bir baş 120-130 kiloqramlıq erkək dananın tövlədə olmadığını görüb dərhal gəlib ona məlumat vermişdir. O, da evdən çıxıb tez tövləyə tərəf qaçmış və həqiqətən dananın oğurlandığını görmüşdür. O, tövlədən oğurluq hadisəsi baş verdiyini görüb DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Oğurlanmış danası 01 il 3 aylıq, qara rəngli, erkək və diri çəkisi təxminən 120-130 kiloqram olmuşdur. Hal-hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Ağsu rayon Cəfərli kəndində yaşayır. Özünə məxsus bir neçə mal-qarası var. Yaşadığı ev Ağsu rayon Cəfərli kəndinin kənarında yerləşir. Ona görə də heyvanları evinin kənarında olan otlaq sahəsində otarır. Heyvanlar orada otladıqdan sonra axşamlar otlaq sahəsindən gəlib evinin həyətinə keçirmişlər. 2023-cü ilin may ayında havalar isti keçdiyindən mal-qarasını yaşadığı evin həyətində yerləşən tövlənin qarşısına bağlayırmış. O, 11 may 2023-cü il tarixdə də heyvanları açıb otlaq sahəsinə buraxmışdır. Həmin gün heyvanlar otlaq sahəsində otlamışlar. Həmin tarixdə saat təxminən 20 radələrində malqarasını həyətində yerləşən tövlənin qarşısında iplə bağlamışdır. Bundan sonra yaşadığı evə daxil olub yatmışdır. O, 12 may 2023-cü il tarixdə saat 06 radələrində yuxudan oyanıb həyətə düşən zaman bir baş, erkək, yerli cinsdən, ağ rəngli və təxminən diri çəkisi 150 kiloqram olan danasının yerində olmadığını görmüşdür. O, danasını axtarmaq üçün otlaq sahəsinə getmiş, lakin danasını tapa bilməmişdir. Bundan sonra o, bir baş danasının oğurlandığını anlayıb Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə bu barədə məlumat vermişdir. Hal-hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, o, İsmayıllı rayonu, Tircan kəndində yaşayır. İsmayıllı rayon Tircan kəndində yerləşən evinin həyətindəki, tövlədə 5 baş iribuynuzlu heyvanı var. O, 11 mart 2023-cü il tarixdə saat 22 radələrində tövlədə olan heyvanların otunu və suyunu qoyub tövlənin qapısını bağlayıb evə gəlmişdir. Həmin vaxt heyvanların hamısı tövlədə imiş. Gecə saat 22 radələrində o, tövləyə baxıqdan sonra tövlənin qapısını və həyət darvazasını bağlayıb evə gəlmişdir. Həmin vaxt əri Zərərçəkmiş şəxs1 da evdə imiş. Səhəri gün, yəni, 12 mart 2023-cü tarixdə saat 06:30 radələrində o, tövləyə gedərkən həyət darvazasının açıq olduğunu görmüşdür. Daha sonra isə həyətdən tövlənin həyətinə keçmək üçün yardımçı qapının da tərsinə açıldığı görüb həyətə kiminsə girdiyindən şübhələnmişdir. Daha sonra isə tövlə tərəfə keçəndə tövlənin qapısının da açıq olduğunu görmüş və tövləyə girib heyvanların hamısının yerində olub olmamasını yoxladıqda bir baş 120-130 kiloqramlıq erkək dananın tövlədə olmadığını görüb dərhal evə qaçaraq əri Samiqə məlumat vermişdir. Samiq də evdən çıxıb tez tövləyə tərəf qaçmış və həqiqətən dananın oğurlandığını görmüşdür. Əri Samiq tövlədən oğurluq hadisəsi baş verdiyini görüb DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 sentyabr 2023cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdə, saat 14:40-da tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 4(016)-36/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi, zərərçəkmiş şəxs qismində tanınma haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06 oktyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-in 177.2.1.3-cü maddəsi ilə təqsirləndirilmiş, material xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 9/7667 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş, diri çəkisi 120-130 kiloqram olan erkək dananın 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 950 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 9/8071 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş ağ rəngli, erkək, yerli cinsdən olan, iki yaşında, diri çəkisi 150 kiloqram olan dananın 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1.000 manat müəyyən edilmişdir. - Şamaxı Rayon İcra Hakimiyyəti başçısının X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə kənd camaatı arasında dərin hörmətə malik olmaqla kəndin bütün ictimai işlərində fəal iştirak etmişdir, onun barəsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə kənd camaatı tərəfindən yazılı və şifahi heç bir şikayət daxil olmamışdır. - “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqın ********* nömrə ilə davam etdirilməsi qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin 4(016)-42/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla, ümumilikdə 5 ay müddətinə, yəni 23 fevral 2024-cü il tarixədək uzadılmışdır. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək ona CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 23 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus tövlədən dananın oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş iki ədəd işçi əlcəyi və X4 məxsus tövlədə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş bir ədəd “Vinchester” markalı siqaret kötüyünün üzərində olan bioloji materiallar Təqsirləndirilən şəxs məxsusdur. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixli qərarla CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edlmiş ittiham qüvvəsində saxlanılmış, onun əməlində CM-in 17.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-in 59.1-12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi CM-in 59.1-13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar olmasının nəzərə alınması, CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməməsinin, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləğinin ifadəsinə əsasən 1.500 manat məbləğində hesablanmasının, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləğinin ifadəsinə əsasən 1.100 manat məbləğində hesablanmasının nəzərə alınması, X4 məxsus bir baş dananın oğurlanması faktı üzrə açılmış inzibati icraata xitam verilməsi üçün qərarın surətinin Ağsu Rayon Polis X1 Bölməsinə göndərilməsi, Ağsu RPŞ-nin İQ-nin baş müstəntiqi, polios kapitanı Rəhim Əhmədov tərəfindən alınmış ilkin izahatlarda hadisənin vaxtının “aprel” olaraq qeyd edilməsinin texniki səhv olmasının nəzərə alınması, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasının əsaslı və düzgün hesab edilməsi, Zərərçəkmiş şəxs1 məxsus evin həyətindəki tövlədən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş 02 ədəd işçi əlcəyinin və Zərərçəkmiş şəxs2 məxsus tövlədə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş, bir ədəd zərfin içində olan bir ədəd “Vinçester” markalı siqaret kötüyünün saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəylərinin iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. - Zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 15 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş səxs Zərərçəkmiş şəxs2 04 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(074)-5/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icrasının əvvəlinin Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi hökm edilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdən 01 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və 23 sentyabr 2023-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 10 (on) ay 09 (doqquz) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(074)-5/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəza çəkilməmişdir. CM-in 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 177.2-ci maddəsinə əsasən, həmin maddənin tövsifedici əlamətləri ilə törədilmiş əməllər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 16-cı bəndinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumunbirinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1-120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Göründüyü kimi, qanunvericiliyin tətbiqi üzrə vahid təcrübədə CM-in 66.5-ci maddəsi ilə cinayətlərin məcmusu qaydasında cəzaların hesablanması zamanı cinayətlər birinci və ikinci hökmlərdə CM-in eyni maddəsi ilə tövsif olunduğu halda, CM-in 66.5-ci maddəsinə əsasən təyin olunan qəti cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş cəzanın yuxarı həddindən çox olmaması tələb qoyulmuşdur. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 02 ədəd işçi əlcəyi və 01 ədəd “Vinchester” markalı siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdən 01 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və 23 sentyabr 2023-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 10 (on) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesablanmaqla, ona təyin olunan 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 08 (səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 02 ədəd işçi əlcəyi və 01 ədəd “Vinchester” markalı siqaret kötüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-27/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-27/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver