Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-27/2025 13.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1960-cı il tarixdə Ağsu rayonu Ağalarbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonu Ağalarbəyli kəndində qeydiyyatda olmaqla yaşayan – barəsində başqa yerə getməmək haqqında «iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 23 noyabr 2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi özünə məxsus olan “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu rayonu Qaraqoyunlu kəndi ərazisindən keçən 11-ci kilometrliyi ilə Kürdəmir şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkət etdirərkən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi avtomobillə ötmə əməliyyatı aparıb qarşı hərəkət zolağına çıxıb hərəkətini davam etdirərkən idarə etdiyi avtomobilin ön hissəsi ilə onunla eyni istiqamətdə hərəkətdə olmaqla sola dönmə əməliyyatı aparan Şahid2 idarə etdiyi “Mercedes Benz C220 minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi arasında hərəkəti istiqamətində yolun solundan sağına doğru 2,3 metr məsafədə hərəkət hissəsinin üzərində toqquşmanın baş verməsinə, nəticədə ehtiyatsızlıqdan “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısında İV-V-Vİ qabırğaların qapalı yerdəyişmiş sınıqları ilə nəticələnən dərəcələrinə görə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər və Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı ilə nəticələnən dərəcələrinə görə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, özünə məxsus “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 23 noyabr 2024-cü il tarixdə saat 15 radələrində “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu şəhəri Vidadi küçəsindən Ağsu şəhəri Nizami küçəsi ilə üzü Kürdəmir rayonu istiqamətində hərəkətdə imiş. Bu vaxt avtomobilində qabaq sərnişin oturacağında oğlu X9 əyləşmişdir. Nizami küçəsi ilə bir qədər hərəkət edən zaman yolun kənarında dayanmış bir nəfər tanımadığı şəxs əli ilə işarə verdiyi üçün o, avtomobili saxlamışdır. Bu vaxt adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Etibar oğlu və Şahid1 Etibar oğlu ona yaxınlaşaraq "xxxx" MMC-yə getdiklərini bildirmişlər və onları "xxxx" MMC-yə aparmağı müqabilində 3 manat pul təklif etmişlər. O, Yusif, Teymur və Bağır ilə razılaşmış və onlar üçü də arxa sərnişin oturacağında əyləşmişlər. Bundan sonra o, avtomobilini üzü Kürdəmir şəhəri istiqamətində hərəkət etdirmişdir. Ağsu rayonu Qaraqoyunlu kəndi yaxınlığında hərəkətdə olarkən qarşıda hərəkətdə olarkən qarşı tərəfdə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobil hərəkətdə imiş. Bu vaxt o, idarə etdiyi avtomobil ilə “Kamaz” markalı avtomobili ötərək yenidən öz zolağına qayıtmışdır. Bundan sonra qarşıda hərəkətdə olan “Mercedes Benz minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün yolun nisbətən sol hissəsinə çıxdıqda qəflətən “Mercedes Benz minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil də yolun sol zolağına çıxmışdır. Bu vaxt onun idarə etdiyi “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin arasında təxminın 15 metr məsafə var imiş. Bu vaxt o, idarə etdiyi “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfindən vurmuşdur. Həmin vaxt o, avtomobili təxminən 80 km/saat sürətlə hərəkət etdirirmiş. Bu vaxt “Mercedes Benz minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxmışdır. Lakin idarə etdiyi “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil yerində qalmışdır. Toqquşmanın təsirindən avtomobildə sərnişin kimi əyləşmiş Teymur, Yusif və Bağır xəsarət almışlar. Lakin hadisə zamanı o və oğlu Şükür heç bir xəsarət almamışlar. Hadisə zamanı xəsarət almamışdır və məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən bilavasitə əvvəl spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir. Son olaraq özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində olan CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi hüquqlarını müdafiə etdiyi şəxsin özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, 2023-cü ilin noyabr ayından etibarən "xxxx" MMC-də fəhlə işləyir. Onun bununla bağlı olaraq "xxxx" MMC ilə rəsmi əmək müqaviləsi vardır. 23 noyabr 2024-cü il tarixdə saat 15 radələrində "xxxx" MMC-də ona və orada fəhlə kimi işləyən Bağır və Yusif adlı şəxslərə "xxxx" MMC-in anbarından 2 ton buğda ununu yük avtomobilinə yükləyərək Ağsu şəhərində “Şlanba” adlanan ərazidə yerləşən mağazaya aparıb təhvil vermələrini bildirmişlər. Bundan sonra o, Bağır və Yusif anbardan hər birinin çəkisi 50 kiloqram olmaqla ümumilikdə 40 kisə unu Adəm adlı şəxsin “Kamaz” markalı avtomobilinə yükləmişlər. Bundan sonra o, Bağır və Yusif Adəmin idarə etdiyi yük avtomobilinə əyləşərək yola düşmüşlər. Təxminən yarım saat sonra onlar Ağsu şəhəri ərazisində yerləşən “Şlanba” adlanan yerdə olan mağazaya gəlmişlər. Burada onlar un kisələrini mağazaya boşaltmışlar. Bundan sonra Adəm idarə etdiyi “Kamaz” markalı avtomobil ilə oradan uzaqlaşmışdır. Bundan sonra o, Bağır və Yusif yolun qarşı tərəfinə keçərək üzü Kürdəmir rayonu istiqamətində avtomobil gözləməyə başlamışdır. Bu vaxt oradan yol ilə gedən “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil onların yanında avtomobili saxlamışdır. Onlar sürücü adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə onları 4 manat qarşılığında "xxxx" MMC-yə aparması üçün razılaşmışlar. Həmin vaxt qabaq sərnişin oturacağında adını bilmədiyi bir nəfər əyləşdiyi üçün onlar üçü də arxa sərnişin oturacağında əyləşmişlər. Bu vaxt sol tərəfdə o, ortada Yusif və sağ tərəfdə Bağır əyləşmişdir. Ağsu rayonu Qaraqoyunlu kəndi yaxınlığında hərəkətdə olarkən qarşı tərəfdə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobil hərəkətdə imiş. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə “Kamaz” markalı avtomobili ötərək yenidən öz zolağına qayıtmışdır. Bu vaxt yenidən Təqsirləndirilən şəxs qarşıda hərəkətdə olan “Mercedes Benz minik” avtomobili ötmək üçün yolun sol hissəsinə çıxmışdır. Bundan sonra qəflətən “Mercedes Benz minik” markalı avtomobil sola dönərək yolun sol zolağına çıxmışdır. Bu vaxt “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz minik” avtomobilin arasında təxminən 15 metr məsafə var imiş. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz minik” markalı avtomibili arxa tərəfdən vurmuşdur. Həmin vaxt “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 80 km/saat sürətlə hərəkət edirmiş. Bu vaxt “Mercedes Benz minik” markalı avtomobil yoldan çıxmışdır. Lakin “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil yerində qalmışdır. Toqquşmanın təsirindən avtomobildə sərnişin kimi əyləşmiş Yusif, Bağır və o, xəsarət almışdır. Bundan sonra onu və Yusifi Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirmişlər və burada onlar müayinə olunmuşlar. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində olan CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə etirazının olmamasına dair ozü tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, 2024-cü ilin iyul ayından etibarən "xxxx" MMC-də fəhlə işləyir. Onun bununla bağlı olaraq "xxxx" MMC ilə rəsmi əmək müqaviləsi vardır. 23 noyabr 2024-cü il tarixdə saat 15 radələrində "xxxx" MMC-də ona, orada fəhlə kimi işləyən qardaşı Bağıra və Teymur adlı şəxsə "xxxx" MMC-in anbarından 2 ton buğda ununu yük avtomobilinə yükləyərək Ağsu şəhərində “Şlanba” adlanan ərazidə yerləşən mağazaya aparıb təhvil vermələrini bildirmişlər. Bundan sonra o, Bağır və Teymur anbardan hər birinin çəkisi 50 kiloqram olmaqla ümumilikdə 40 kisə unu Adəm adlı şəxsin “Kamaz” markalı avtomobilinə yükləmişlər. Bundan sonra o, Bağır və Teymur Adəmin idarə etdiyi yük avtomobilinə əyləşərək yola düşmüşlər. Təxminən yarım saat sonra onlar Ağsu şəhəri ərazisində yerləşən “Şlanba” adlanan yerdə olan mağazaya gəlmişlər. Burada onlar mağazaya un kisələrini boşaltmışlar. Bundan sonra Adəm idarə etdiyi “Kamaz” markalı avtomobil ilə oradan uzaqlaşmışdır. Bundan sonra o, Teymur və Bağır yolun qarşı tərəfinə keçərək üzü Kürdəmir rayonu istiqamətində avtomobil gözləməyə başlamışlar. Bu vaxt oradan yol ilə gedən “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil onların yanında avtomobili saxlamışdır. Onlar sürücü adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə onları 4 manat qarşılığında "xxxx" MMC-yə aparması üçün razılaşmışlar. Həmin vaxt qabaq sərnişin oturacağında adını bilmədiyi bir nəfər əyləşdiyi üçün onlar üçü də arxa sərnişin oturacağında əyləşmişlər. Bu vaxt sol tərəfdə Teymur, ortada o və sağ tərəfdə Bağır əyləşmişdir. Ağsu rayonu Qaraqoyunlu kəndi yaxınlığında hərəkətdə olarkən qarşı tərəfdə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobil hərəkətdə imiş. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə “Kamaz” markalı avtomobili ötərək yenidən öz zolağına qayıtmışdır. Bu vaxt yenidən Təqsirləndirilən şəxs qarşıda hərəkətdə olan “Mercedes Benz” markalı avtomobili ötmək üçün yolun sol hissəsinə çıxmışdır. Bundan sonra qəflətən “Mercedes Benz” markalı avtomobil sola dönərək yolun sol zolağına çıxmışdır. Bu vaxt “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz” markalı avtomobilin arasında təxminən 15 metr məsafə var imiş. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz minik” markalı avtomibili arxa tərəfdən vurmuşdur. Həmin vaxt “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 80 km/saat sürətlə hərəkət edirmiş. Bu vaxt “Mercedes Benz” markalı avtomobil yoldan çıxmışdır. Lakin “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil yerində qalmışdır. Toqquşmanın təsirindən avtomobildə sərnişin kimi əyləşmiş Teymur, Bağır və o xəsarət almışlar. Bundan sonra onu və Teymuru Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirmişlər və burada onlar müayinə olunmuşlar. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində olan CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə etirazının olmamasına dair ozü tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Ağsu Kürdəmir yolunun 11-ci kilometrliyidir, yolun hərəkət hissəsi asfalt örtüklüdür, düzdür, qurudur. Yolun hərəkət hissəsinin eni 8 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 4 metrdir, hərəkət hissəsi qırıq-qırıq xətlənmişdir. Yolun sol sağ kənarında yol çiyni vardır. Həmçinin yolun sol və sağ kənarları çöllük sahədir. Hər iki nəqliyyat vasitəsinin istiqaməti Kürdəmir rayon istiqamətidir. Foto şəkillər və hadisə yerinin sxemi protokola əlavə edilmişdir. - BC-806638 nömrəli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə Ağsu rayonunda anadan olmuş Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. - Nəqliyyat vasitəsinin BD430244 nömrəli qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs məxsusdur. - Ağsu Rayon Polis Şöbəsinin DYPB-nin 15 aprel 2025-ci il tarixli raportundan görünür ki, xx.xx.1960-cı il tarixdə Ağsu rayonu Ağalarbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağsu rayonu Ağalarbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı, BC-806638 nömrəli sürücülük vəsiqəsi vardır, “Chevrolet Aveo minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs məxsusdur, eləcə də Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdə və həmin tarixdən əvvəlki müddətdə sürücülük hüququ məhdudlaşdırılmamışdır. - xx.xx.2024-cü il tarixli, 26 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:24-də sərxoş deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 X11 17 yanvar 2025-ci il tarixli 318 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsin sol yarısında İV-V-Vİ qabırğaların qapalı yerdəyişmiş sınıqları – küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 X11 17 yanvar 2025-ci il tarixli 319 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün aşağı 1/3-in qapalı yerdəyişən sınığı – küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 8/3513 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Aveo markalı, ** CS *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X11 07 aprel 2025-ci il tarixli 18-1-15/2-292/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Ağsu RİH Başçısının Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi xx.xx.2025-ci il tarixli 5-34-21/2-25/2025 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun Ağalarbəyli kəndində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi: arvadı – xx.xx.1961-ci il təvəllüdlü X2, qızı – xx.xx.1986-cı il təvəllüdlü X6, oğlu – xx.xx.1989-cu il təvəllüdlü X9, qızı – xx.xx.1991-cı il təvəllüdlü X3, qızı – xx.xx.1995-ci il təvəllüdlü X4r. - Ağsu RİH Başçısının Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Şahid2 ilə birgə və ya mütəşəkkil dəstənin tərkibində cinayət törətməsi müəyyən edilmədiyi üçün Şahid2 barəsində ********* nömrəli cinayət işindən CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması barədə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi nəticəsində Şahid2 sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməklə yanaşı sonuncunun avtomobilinə maddi zərər vurması CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməməsi nəzərə alınmış, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından hadisə yerinə baxış keçirilməsi barədə 23 noyabr 2024-cü il tarixli protokol, həmin protokola əlavə edilmiş sxem və fotocədvəllər, məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2025-ci il tarixli 315 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2025-ci il tarixli 318 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2025-ci il tarixli 319 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 07 dekabr 2024-cü il tarixli 320 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 mart 2025-ci il tarixli, 8/3513 nömrəli rəyi, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ifadələri, iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadəsi, Təqsirləndirilən şəxs ifadəsi sübut növü kimi qəbul edilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusimüsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 09 (doqquz) iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40.3, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Cinayət işi üzrə maddi sübut, mülki iddianın olmaması; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-27/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-27/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver