Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-28/2025 04.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağsu elektrik şəbəkəsində təmir ustası vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2015-ci tarixli əmək müqaviləsi və xx.xx.2015-ci il tarixli əmrlə Ağsu elektrik şəbəkəsində 2 saylı sahə ustası işləyərkən 11 mart 2025-ci il tarixdə saat 08 radələrində Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Ağsu elektrik şəbəkəsində tərtib olunan 102 №-li Naryad-Buraxılış vərəqinə əsasən Ağsu rayonu, Çiyni kəndi, Vahir Məmmədov küçəsində yerləşən 4090176-160KVA nömrəli transformatorla qidalanan SİP kabellərə (özünüdaşıyan izolə olunmuş naqillərə) mane olan ağac budaqlarının budanması işləri üzrə iş rəhbəri və icraçısı təyin edilməklə tabeliyində olan işçi qrupu ilə birlikdə Ağsu rayonu, Çiyni kəndinə gedərək saat 10:52-dən 12:50-dək naryadda göstərilən işləri tamamladıqdan sonra, Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 29 may tarixli 3- 15/3-1-1/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 24.1.1, 24.1.7, 24.3.1, 24.3.2 bəndlərinin tələblərini pozaraq yəni, açılmaların aparılması, gərginlik altında qalan cərəyandaşıyan hissələrin çəpərlənməsi və təhlükəsizlik plakatlarının asılmasını təmin etməmiş, həmçinin əmək müqaviləsinə əsasən vəzifə təlimatlarında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı işə rəhbərlik edən şəxs kimi texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq üzərinə düşən vəzifələrə cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, saat 14 radələrində işçilərə naryadda göstərilməyən Çiyni kəndi, Səhhət Əhədov küçəsi, giriş 7 ünvanında yerləşən 4090177-250KVA nömrəli transformatorla qidalanan SİP kabel hava xəttinə yaxınlaşan ağacların budanması işinin görülməsi zamanı işin icrasının təhlükəsizliyini təmin etmək üçün müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməsini, yəni 4090177-250KVA nömrəli transformatorun gərginlikdən açılmasını təmin etmədən Ağsu elektrik şəbəkəsində elektrik-montyor işləyən X14 QAZ53 markalı, 90JH307 dövlət qeydiyyat nişanlı qaldırıcı qüllənin səbətinə dielektrik əlcək və xüsusi geyim geymədən minib 4.56 metr hündürüyə qalxıb ağac budağını budamaq istəyərkən iş sahəsində olan izolyasiya örtüyü pozulmuş sip kabelinə toxunmuş və sonuncu elektrik cərəyanı vurması nəticəsində gövdənin arxa səthində, sağ kürək nahiyəsinin aşağı tış və sağ baldırın orta 1/3-nin ön hissələrində dərinin epidermis qatının bir qədər soyulması fonunda sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, hər iki əllərin sağda İİİ-İV, solda İİ-İİİ-İV-V barmaq falanqalarında elektrik zədələri kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma xəsarətləri alaraq hadisə yerində ölmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 162.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2015-ci il tarixdən Ağsu elektrik şəbəkəsində 2 saylı sahədə usta işləmişdir. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində iş yerinə gələrək işçilərin davamiyyət jurnalına imza çəkmiş, bundan sonra Ağsu elektrik şəbəkəsinin baş mühəndisi Şahid2 otağına getmişdir. Belə ki, hər gün iş bölgüsü və naryad-buraxılış vərəqinin verilməsi Şahid2 tərəfindən həyata keçirilmişdir. İşçilərin hamısı otaqda toplaşdıqdan sonra Şahid2 naryad-buraxılış vərəqəsini tərtib etməyə başlamış, o, Şahid3, Şahid5, Şahid4 və Samir Əhmədzadədən ibarət işçi qrupu yaradılmışdır. Həmin işçi qrupa iş rəhbəri və iş icraçısı təyin edilmişdir. Şahid2 tərəfindən texniki təhlükəsizlik qaydaları ilə tanış edilərək kitaba imza çəkmişdir. Belə ki, həm aylıq, həm də gündəlik texniki təhlükəsizlik qaydaları ilə tanışolma kitabı mövcud olmuşdur. 102 nömrəli naryada uyğun olaraq o və digər işçilər Ağsu rayonu, Çiyni kəndinə getmişlər. Belə ki, naryadda Çiyni kəndində 4090176-160KVA nömrəli transformatorla ötürülən 0,4 kvatt, yəni 220-380 voltluq sip kabellərə maneə törədən ağaclar kəsilməli və təmizlənməliymiş. Şahid4, Samir Əhmədzadə və Şahid5 Ağsu elektrik şəbəkəsində elektrik-montyor işləmişlər. Şahid3 QAZ 53 markalı, 90JH307 dövlət qeydiyyat nişanlı qaldırıcı qüllə avtomobilinin sürücüsü olmuş, həmin avtomobilin yük hissəsində dəmir materialdan hazırlanmış səbətin hərəkətə gətirilməsinə cavabdehlik daşımışdır. Həmin gün işə saat 10:52-də başlamışlar. İşə başlamazdan əvvəl o və Samir Əhmədzadə 4090176-160KVA nömrəli elektrik ötürücü transformatora yaxınlaşaraq 0,4 kvattlıq ayırıcı açmış və torpaqlama işlərini həyata keçirmişlər. Bundan sonra işlərini görmüşlər. İşlər yekunlaşdıqdan sonra saat artıq 12:50-ni göstərmişdir. Bundan sonra o və Samir Əhmədzadə açdıqları ayrıcları bağlamışlar. X33 kəndi ərazisində işldəyi üçün digər tərəfdə də sip kabelə toxunan ağac budağı olmasını bildirmiş, işçi qrupun üzvləri ilə birlikdə həmin əraziyə getmişlər. Baxış keçirdikdə həqiqətən sip kabelinin ağac budağına maneçilik törətdiyini görmüşlər. Həmin sip kabeli 4090177-250 KVA nömrəli transformatorla qidalanmışdır. İşçilərə nahar fasiləsi olduğunu bildirsə də, Samir Əhmədzadə bu işin kiçik bir iş olmasını tez həll edəcəyini bildirmişdir. X19 ayırıcın transformatordan ayrılmasını, daha sonra işə başlamağı bildirmişdir. Buna baxmayaraq Samir Əhmədzadə səbətə çıxaraq üzəri bağlı naqil olduğunu və kəsib ağacı atacağını qeyd etmişdir. Heçkimə heçnəyə toxunmamasını, Samirə gözləməyini, özü gedərək ayırıcı açacağını bildirmişdir. Həmin vaxt Şahid3 avtomobili qaldırıcı-qüllə ilə birlikdə işə hazırlamışdır. Bu məqsədlə təxmini 15-20 metr uzaqlaşandan sonra anidən səs küy eşidib geri dönmüşdür. Həmin vaxt Şahid3 səbəti endirməyə, Samirlə birlikdə səbətdə olan Xalid isə Samiri elektrik naqilindən aralamağa çalışmışdır. X21 səbətdən çıxarıb yerə uzatmış, Xalid süni tənəffüs verimş, o isə ürək masajı etmişdir. Bundan başqa təcili yardıma zəng etmiş, lakin həkimlər gəlib çatanda artıq Samir Əhmədzadə vəfat etmişdir. Şahid5 isə şokda olduğu üçün xəstəxanaya göndərilmişdir. Həmin gün sip kabellərə toxunan ağacların kəsilməsi işləri ilə məşğul olduqları üçün sadəcə dəhrə, ağac kəsən motorlu mişar, kəmər və səyyar torpaqlama götürmüşlər. Elektrik naqilləri ilə işləməyəcəkləri üçün əlcək götürməmişlər. Buna baxmayaraq, işləri bitdiyi üçün kəmər avtomobildə qalmışdır. Texniki təhlükəsizlik vasitələri ilə təmin edilmə işçi qrupun rəhbəri tərəfindən görülən işlərə uyğun olaraq həyata keçirilmiş, yəni həmin gün ağac kəsdikləri üçün elektrikə davamlı yəni dielektrik əlcək götürməmişdir. Həmin əlcəklər 1000 volta qədər elektrikdən mühafizə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, oğlu X14 2018-ci il tarixdən Ağsu elektrik şəbəkəsində elektrikmontyor işləmişdir. Belə ki, elektrik şəbəkəsində işlədiyi müddətdə, oğlu Ağsu rayonunun kəndlərində elektrik-montyor olmuşdur. Samir Əhmədzadə xx.xx.2025-ci il tarixdə saat 08 radələrində hər zamankı kimi iş yerinə getmişdir. Həmin gün saat 14 radələrində evdə olmuş, həyətdə təmizlik işləri aparmışdır. Biraz işlədikdən sonra evə çay içməyə girmiş, bu vaxt qardaşıoğlu zəng edərək Samiri Ağsu rayonu Çiyni kəndində işləyən vaxt elektrik cərəyanı vurmasını bildirmişdir. Həmçinin salamatçılıq olmasını, qorxmaq lazım olmadığını bildirmişdir. Öz avtomobili ilə həyat yoldaşını da götürərək Çiyni kəndinə getmişlər. Oraya çatanda oğlunun vəfat etdiyini öyrənmişdir. Bundan sonra ona bildirmişlər ki, iş zamanı sip kabellərinə maneə törədən ağac budaqlarının budanması zamanı Samir kabelə toxunmuş, kabelin açıq hissəsinin olmasından məlumatları olmamış, nəticədə elektrik cərəyanı vurması nəticəsində oğlu vəfat etmişdir. Hadisə baş verən əraziyə çatanda oğlunun əlində əlcək, belində kəmər, başında kaska və ya digər qoruyucu vasitələrin olmadığını müəyyən etmişdir. Daha sonra məlum olmuşdur ki, Samir Əhmədzadə xx.xx.2025-ci il tarixdə Ağsu rayonu Çiyni kəndi ərazisində işləyərkən, yəni sip kabellərə maneə törədən ağac budaqlarını kəsərkən texniki təhlükəsizlik vasitələrindən istifadə edilməmişdir. Samir Əhmədzadə hamı ilə mehriban olmuş, heç kəslə mübahisə və ya münaqişəsi olmamış, hər hansı şəxs tərəfindən qəsdən elektrik cərəyanı vasitəsilə öldürülməsi ilə bağlı şübhəsi olmamış, orada olan işçilərin hamısının onlarla ailəvi gediş gəlişi olmuşdur. Onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəlindən Ağsu elektrik şəbəkəsində elektrik işləmişdir. X14 doğma bibisi oğlu olmuşdur. Hər gün Ağsu Elektrik şəbəkəsinin rəhbərliyi tərəfindən göstəriş verildikdən sonra baş mühəndis Şahid2 tərəfindən naryad tərtib edilmiş və naryada uyğun olaraq işçilər iş yerlərinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 102 nömrəli naryada əsasən o və digər işçilər Ağsu rayonu Çiyni kəndinə getmişlər. Onunla birlikdə Şahid3, Vurğun Bəyalıyev, Şahid4 və Samir Əhmədzadə eyni işin görülməsinə cəlb edilmişlər. İş rəhbəri olaraq Təqsirləndirilən şəxs təyin edilmişdir. Naryada əsasən, Çiyni kəndində ağac budaqlarının elektrik naqilinə toxunan hissələrini kəsib təmizləməliymişlər. Samir Əhmədzadə onun kimi elektrik işləmişdir. Şahid3 QAZ 53 markalı, 90JH307 dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü olmuş, həmin avtomobilin yük hissəsində dəmir materialdan hazırlanmış səbətin hərəkətə gətirilməsinə cavabdehlik daşımışdır. Həmin gün işləyəndə ümumi işıq xəttini söndürmüşlər. Buna baxmayaraq konkret olaraq hansı transformatorun açılıb-bağlanmasından xəbərdar olmamışdır. Bu işin məsuliyyəti ustanın, yəni Təqsirləndirilən şəxs üzərində olmuşdur. Həmin gün ustanın göstərişlərinə əsasən ağacları budamışlar. İşi bitirdikdən sonra elektrik xətti qoşulmuşdur. Saat 14 radələrində Samir Əhmədzadə digər tərəfdə ağac budağının sip kabelə maneə törətdiyini bildirmişdir. Həmin vaxt oraya getdikdən sonra Vurğun Samirə transformatoru ayırmağını demişdir. Samir Əhmədzadə buna ehtiyac olmadığını bildirdikdə, Vurğun gözləməyini, özünün xətti açacağını bildirmişdir. Samirlə birlikdə eyni səbətdə yenidən ağac budaqlarını kəsmək üçün yuxarı qalxmışlar. Birdən Samir əli ilə naqilə toxunanda onu elektrik cərəyanı vurduğunu görmüş, tez ondan yapışıb naqildən aralamışdır. Belə ki, birinci dəfə Samirə toxunanda onu da elektrik cərəyanı vurmuş, ikinci dəfə köynəyindən tutub Samiri dartıb səbətə salmışdır. Yerə düşəndə özündən getmişdir. Hadisə vaxtı əlcəyi, iş köynəyi və şalvarı olsa da, Samirin yalnız iş şalvarı olmuş, əlcək, köynək, kaska, kəmər və ya digər texniki təhlükəsizlik vasitələri olmamışdır. Həmin gün iş rəhbəri Vurğun Bəyalıyev təyin edilmişdir. Hər gün texniki təhlükəsizlik qaydaları ilə tanış olmuşlar. Verilən suallara cavab olaraq Şahid5 bildirdi ki, işi görmək üçün gedərkən kaska olmayıb, lakin əlcək və geyim aparmışlar. Hadisə olan yerə getməklərini Samir bildirdi, Vurğun hər kəslə məsləhətləşdikdən sonra getməyə qərar verdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 04 iyul 2024-cü il tarixdən Ağsu elektrik şəbəkəsində rəis işləmişdir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində iş yerinə gəlmiş, baş mühəndis Şahid2 gündəlik görüləcək işlərin siyahısını tərtib etmiş və görüləcək işlərin yerlərini, işçi qrupunu təyin etmişdir. Həmin gün saat 13 radələrində Şahid2 zəng edərək X22 kəndində elektrik gərginliyinə düşməsini bildirmişdir. Dərhal şəxsi maşını ilə Çiyni kəndinə yollanmış hadisə yerinə çatanda Əhmədzadə Samirin vəfat etməsini görmüşdür. Sonradan məlum olmuşdur ki, 102 nömrəli naryada əsasən işlər görüldükdən, yəni 4090176-160KVA nömrəli elektrik ötürücü transformatorla ötürülən sip kabellərə maneə törədən ağacların kəsilib budanması həyata keçirlib qurtardıqdan sonra Samir Əhmədzadə digər tərəfdə ağac olmasını və kəsib aşağı düşəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt naryadda göstərilməyən 4090177-250 KVA nömrəli transformatoru açmaq istəyərkən Samir Əhmədzadə gözləməmiş, əli ilə kabelə toxunmuş, kabelin açıq olması səbəbindən elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Hava xətlərinin və kabel xətlərinin mütəmadi olaraq, yəni il ərzində bir dəfə yoxlanılması və zədəli xətlərin yenisi ilə əvəz edilməsi təmin edilmişdir. Əlavə olaraq gözlə görünən problemlər olarsa yerindəcə reaksiya verilmiş və yenisi ilə əvəz edilmişdir. Sonuncu dəfə 10 kvatlıq Çiyni hava xəttinin zədəli izolyatorların yenisi ilə əvəz edilməsi Hava xəttinin pasportuna əsasən 18 iyun 2023-cü il tarixdə həyata keçirilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, 2007-ci il tarixdən Ağsu elektrik şəbəkəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində iş yerinə gələrək işçilərin işə gəlib-gəlməməsini yoxlamış, bundan sonra hər gün olduğu kimi işçiləri otağına toplayaraq iş bölgüsü və naryadburaxılış vərəqəsinin hazırlanmasına başlamışdır. Vurğun Bəyalıiyev, Şahid3, Şahid5, Şahid4 və Samir Əhmədzadədən ibarət işçi qrupu yaradılmışdır. 102 nömrəli naryada əsasən həmin işçi qrup Çiyni kəndinə gedərək 4090176-160KVA nömrəli transformatorla ötürülən sip kabel hava xəttinə maneə törədən ağacların budanması və ərazinin təmizlənməsini həyata keçirməli olmuşdur. Həmin işçi qrupa rəhbər Təqsirləndirilən şəxs təyin etmişdir. Daha sonra texniki təhlükəsizlik qaydaları ilə işçiləri tanış edərək kitaba imza çəkdirmişdir. Belə ki, həm aylıq, həm də gündəlik texniki təhlükəsizlik qaydaları ilə tanışolma kitabı mövcuddur. Naryada uyğun olaraq işçilər Ağsu rayonu Çiyni kəndinə getmişlər. Təqsirləndirilən şəxs vəzifəsi 2 saylı sahə ustası, Şahid4, Samir Əhmədzadə və Şahid5 vəzifəsi elektrik-montyor, Şahid3 vəzifəsi isə sürücü olmuşdur. Elektrikmontyorların naryadda vəzifə tutmaq hüquqları olmuşdur. Şahid3 QAZ 53 markalı, 90JH307 dövlət qeydiyyat nişanlı qaldırıcı qüllə avtomobilinin sürücüsü olmuş, həmin avtomobilin yük hissəsində dəmir materialdan hazırlanmış səbətin hərəkətə gətirilməsinə cavabdehlik daşımışdır. İşçi qrup Ağsu elektrik şəbəkəsindən saat 09 radələrində ayrılmışdır. Naryadın üz səhifəsini o doldurmuş, işin başlama və bitmə saatlarını isə iş rəhbəri, yəni Təqsirləndirilən şəxs yazmışdır. Saat 14 radələrində sürücü Şahid3 zəng edərək Samir Əhmədzadənin elektrik cərəyanı vurması nəticəsində vəfat etdiyini bildirmiş, o da dərhal hadisə yerinə getmişdir. Oraya çatanda Samir Əhmədzadənin cansız bədəninin yerdə uzadıldığını, Şahid5 isə divarın kənarında bədəni əsmə vəziyyətində oturduğunu görmüşdür. Hadisədən xəbər tutan kimi Ağsu elektrik şəbəkəsinin müdirinə və Aran RETSİ-nin istismar üzrə rəis müavininə məlumat vermişdir. Verdiyi naryad üzrə işləyən briqada təhlükəsiz olaraq işi yerinə yetirib, həmin gün saat 12:50-də iş yerindən kənarlaşmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 1988-ci il tarixdən Ağsu elektrik şəbəkəsində sürücü işləmiş, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində iş yerinə, oradan da Ağsu elektrik şəbəkəsinin baş mühəndisi Şahid2 otağına getmişdir. Belə ki, hər gün iş bölgüsü və naryad-buraxılış vərəqinin verilməsi Şahid2 tərəfindən həyata keçirilmişdir. İşçilərin hamısı otaqda toplaşdıqdan sonra Şahid2 naryad-buraxılış vərəqəsini tərtib etməyə başlamış, Təqsirləndirilən şəxs, Şahid5, Şahid4 və Samir Əhmədzadə ilə birlikdə işçi qrupu yaradılmış, həmin işçi qrupa rəhbər Təqsirləndirilən şəxs təyin edilmişdir. Aylıq iş qrafikini İmişli şəhərində yerləşən regional idarədən almışdır. Belə ki, aylıq iki yol vərəqəsi əsasında QAZ 53 markalı, 90JH307 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmçinin regional idarədə aylıq texniki təhlükəsizlik qaydaları ilə tanış edilmişdir. Naryada uyğun olaraq işçilərlə birgə Ağsu rayonu Çiyni kəndinə getmişlər. Belə ki, naryadda Çiyni kəndində sip kabellərə maneə tördən ağaclar kəsilməli və təmizlənməliymiş. Şahid4, Samir Əhmədzadə və Şahid5 Ağsu elektrik şəbəkəsində elektrik-montyor, Təqsirləndirilən şəxs 2 saylı sahə ustası işləmişdir. Həmin gün saat 10 radələrində işə başlamışlar. İşə başlamazdan əvvəl Vurğun Bəyalıyev 10000 KVA Çiyni hava xəttini orada olan dispetçerə zəng edərək açdırmışdır. İşi sadəcə Vurğun Bəyalıyevin göstərişlərinə əsasən işi təşkil etməkdən ibarət olmuşdur. Belə ki, Vurğun Bəyalıyev göstəriş verdikdən sonra qeyd edilən əraziyə avtomobili aparmış, qoruyucu ayaqları yerə yerləşdirmək və hündürlüyə qalxmaq üçün səbəti hazırlamışdır. İşi yekunlaşdırdıqdan sonra Samir Əhmədzadə 30-40 metr irəlidə elektrik naqilinə toxunan ağac budağı olmasını bildirmiş, Vurğun Bəyalıyev nahar fasiləsi olduğunu və bu işin sonraya qalmasını bildirmişdir. Samir Əhmədzadə özünün nərdivanla da olsa ağacı kəsəcəyini bildirmiş, bundan sonra Vurğun Bəyalıyev avtombili hazırlamağını, daha sonra Samir Əhmədzadəyə gözləməyini və transformatorun ayrıcını açmağı bildirmişdir. Səbəti elektrik naqilinə 1.30 metr qalana qədər qaldırmış, buna baxmayaraq Samir Əhmədzadə səbətə çıxaraq üzəri bağlı kabel olduğunu və kəsib ağacı atacağını qeyd etmişdir. Həmin vaxt 10000 KVA Çiyni hava xəttinin nə vaxt açılıbaçılmamasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs təxmini 10 metr uzaqlaşanda anidən Samir Əhmədzadənin əli ilə kabeldən yapışdığını və onu cərəyan vurduğunu görmüş, dərhal səbəti endirmiş, Samirlə birlikdə səbətdə olan Xalid isə Samiri kabeldən aralamağa çalışmışdır. X21 səbətdən çıxarıb yerə uzatmışlar. Ardınca Xalid ona süni tənəffüs vermiş, Vurğun isə ürək masajı etmişdir. Bundan başqa təcili yardıma zəng edilmiş, lakin həkimlər gəlib çatanda artıq Samir Əhmədzadə vəfat etmişdir. Şahid5 isə şokda olduğu üçün xəstəxanaya göndərilmişdir. Həmin gün heç kəsə qoruyucu kaska verilmədiyi üçün, onlar da götürməmişlər. Bundan başqa, Samir Əhmədzadənin kəməri olsa da, istifadə etməmiş, kəmər avtomobildə qalmışdır. X23 əlcək istifadə etməmişdir. Texniki təhlükəsizlik vasitələri ilə təmin edilmə işçi qrupun rəhbəri tərəfindən görülən işlərə uyğun olaraq həyata keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunda ifadə vermişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, hadisə olan yer naryadda göstərilməmişdi, oraya getməli deyildilər. Hadisə olanda Samirin əlində rezin yox, sintetik əlcək var idi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işi başlanması haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 19C-25 nömrəli material üzrə fakta görə CM-in 162.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. - "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs verilmiş 14 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, o, 2015-ci ilin aprel ayından hal-hazıra kimi "xxxx" ASC-nin “Aran” RETSİ-nin Ağsu EŞ-nin X18 2 nömrəli sahəsində usta işləyir. Usta işlədiyi vaxtdan işinə məsuliyyətlə yanaşmış, vəzifə öhdəliklərini yerinə yetirmiş və verilən tapşırıqları vaxtlı-vaxtında icra etmişdir. Kollektivdə nüfuzu vardır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş 14 mart 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri, arvadı-1982-ci il təvəlllüdlü X17, qızı-2012-ci il təvəlllüdlü X10 və oğlu-2017-ci il təvəlllüdlü X11r. - "xxxx" ASC ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixində "xxxx" ASC-nin “Mərkəzi Aran” RETSİ-nin Ağsu EŞ-nin X18 2 nömrəli sahəsində usta vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2018-ci il tarixli əmrin surətindən görünür ki, X14 "xxxx" ASC-nin hava və Kabel xidmətinə 2 ay sınaq müddəti ilə Ağsu elektrik şəbəkəsində elektrik quraşdırıcısı vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi X30 11 mart 2025-ci il tarixli, 02 nömrəli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır - elektrik cərəyanı ilə zədələnmə, hər iki əllərin sağda İİİ-İV, solda İİ-İİİ-İV-V barmaq falanqalarında elektrik zədələri. Gövdənin arxa səthində sağ kürək nahiyəsinin aşağı tış və sağ baldırın orta 1/3-nin ön hissələrində dərinin epidermis qatının bir qədər soyulması fonunda sıyrıqlar. X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır - gövdənin arxa səthində sağ kürək nahiyəsinin aşağı tış və sağ baldırın orta 1/3-nin ön hissələrində dərinin epidermis qatının bir qədər soyulması fonunda sıyrıqlar küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixinə uyğun gəlirlər, mərhum S.V.Əhmədzadənin ölmündən dəqiqələrlə ölçülən vaxt vahidi əvvəl baş vermişlər və bu da canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – hər iki əllərin sağda İİl-İV, solda İİ-İİİ-İV-V barmaq falanqalarında elektrik zədələri xəsarətləri həyatidirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixinə uyğun gəlirlər, mərhum S.V.Əhmədzadənin ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi əvvəl baş vermişlər və bu da canlı şəxslərdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X2 ölümü meyitin müayinəsindən 2-3 saat əvvəl elektrik cərəyanı ilə zədələnmə nəticəsində baş vermiş elektrik şoku olmuşdur. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqat nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi X30 14 mart 2025-ci il tarixli, 50 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid5 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2025-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilmədi. Ağsu RMX-nın PHŞ-i Şahid5 adına tərtib etdiyi tibbi sənəddə qeyd olunmuş “Elektrik cərayanının toksiki təsiri” diaqnozu elektrik cərayanının orqanizmə ümumi təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan zədələnmələrə aid olmuşlar. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, X14 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X16 zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır. - “Elektron prokurorluq informasiya sistemi”ndən əldə edilmiş 17 aprel 2025-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Əliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin 05 may 2025-ci tarixli, 10/2215 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları»nın 24.1.1, 24.1.7, 24.3.1, 24.3.2 bəndlərinin tələbləri pozulmuşdur. Ağsu rayonu, Çiyni kəndində SİP kabel hava xəttinə yaxınlaşan ağacların budanması işinin görülməsi zamanı işin icrasının təhlükəsizliyini təmin etmək üçün müvafiq texniki tərkibli tədbirlərin (o cümlədən açılmaların aparılması, gərginlik altında qalan cərəyandaşıyan hissələrin çəpərlənməsi və təhlükəsizlik plakatları asılması və s.) həyata keçirilməsi təmin edilmədiyinə görə, «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydalarının 24.1.1, 24.1.7, 24.3.1, 24.3.2 bəndlərinin tələbləri 102 №-li “Naryad-Buraxılış”a əsasən həmin işin təhlükəsiz aparılmasına cavabdeh olan iş rəhbəri və iş icraçısı təyin oluğmuş şəxs(lər) tərəfindən pozulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə 08 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxsin hüquqi varisi X8 notarial qaydasında təsdiq edilmiş 11 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. - X15 notarial qaydasında təsdiq edilmiş 24 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 162.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 162.1-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs - tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 162.2-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və CM-in 26.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X8 ona qarşı hər hansı şikayətinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-in 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X8 ona qarşı hər hansı şikayətinin olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin onun şəxsiyyətini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş texniki təhlükəsizlik sahəsində rəhbər və məsul şəxs vəzifəsi tutma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunan azadlıqdan məhrum etmə cəzası onun barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. X7 məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 132 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə texniki təhlükəsizlik sahəsində rəhbər və maddi məsul şəxs vəzifəsi tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X7 təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X4 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X4 yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci X3 tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X9, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. X7 məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 132 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-28/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-28/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver