Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-29/2024 14.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, X1, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, işsiz, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 06 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə qardaşı oğlu X3 məxsus olan “VAZ 21063” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ehtibarnaməsi və idarə etmək hüququ olmadan idarə edib, Ağsu-Kəndoba-Cəlayir kənd yolunun Ağsu rayon Qiyaslı kəndindən keçən hissəsində Ağsu rayonu İstiqamətində hərəkətdə olan zaman “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən, ötməyə başlamazdan əvvəl girmək istədiyi hərəkət zolağının ötmə üçün kifayət edəcək məsafədə boş olmasını bilməli olduğu, bu manevr ilə qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmamalı olduğu, həmin Qanunun 33cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitəsini sürücülük vəsiqəsi əsasında idarə etməli olduğu, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu, eləcə də Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsini ehtibarnamə ilə idarə etməli olduğu halda qeyd edilən tələblərə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilini saatda 71 kilometr sürətlə idarə edib, əks istiqamətli hərəkət zolağına çıxmaqla, həmin zolaqda hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin arxa təkərindən vurması səbəbindən sonuncuya sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı və başın ənsə nahiyəsində yumşaq toxumanın çapığı xəsarətləri ilə müşaiyət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlərin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Kürdəmir rayonu, Sığırlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Qardaşı oğlu Famil Tarverdiyevə məxsus **-CP- *** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobil vardır. Həmin avtomobili Famil Tarverdiyev təxminən 10 ay bundan əvvəl Bakı şəhər sakinindən almışdır. Həmçinin onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi, eləcə də ehtibarnaməsi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində özünə məxsus şəxsi avtomobili olmadığı üçün qardaşı oğlu X2 **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobili ona bir günlük Ağsu rayonuna getmək məqəsdilə verməsini xahiş etmişdir. Famil Tarverdiyev də onunla razılaşaraq avtomobilini idarə etməsi üçün ona vermişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağsu rayonunda yaşayan qohumlarının toy məclisində iştirak etmək üçün digər qardaşı oğlu Şahid1lə birlikdə Famil Tarverdiyevə məxsus **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobillə Kürdəmir rayonu Sığırlı kəndindən çıxaraq Ağsu-Kəndoba-Cəlayir avtomobil yoluna daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağsu-Kəndoba-Cəlayir avtomobil yolunun Ağsu rayonu Qiyaslı kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşısında **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” minik markalı avtomobilin hərəkətdə olmasını görmüş, **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” minik markalı avtomobilin aşağı sürətlə getməsini və yüklü olmasını müşahidə edərək idarə etdiyi **-CP- *** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobili yolun əks istiqamətli hərəkət zolağına sürüb **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” minik markalı avtomobili ötmək qərarına gəlmiş və idarə etdiyi avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etməyə başlamışdır. O, idarə etdiyi avtomobil ilə ötmə əməliyyatı etdikdən sonra öz hərəkət zolağına geri qayıtmadan qəflətən yolun sol tərəfində olan ehtiyyat hissədən bir nəfər velosipedçi, yəni Zərərçəkmiş şəxs idarə etdiyi velosipedlə əsas yola daxil olmuş, həmin vaxt o, velosipedçi ilə toqquşmamaq üçün idarə etdiyi avtomobilin əyləcini sıxaraq avtomobili yolun sağ tərəfinə, yəni öz hərəkət zolağı istiqamətində sürmüş, lakin artıq aralarında qısa məsafə qaldığından avtomobilin qabaq sol hissəsi Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin arxa təkərindən dəymişdir. Nəticədə velosipedi sürən Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra o, avtomobili saxlamış və həmin yerdə olan tanımadığı şəxsin vasitəsilə Zərərçəkmiş şəxs Ağsu rayon mərkəzi xəstəxanasına yola salmışdır. Daha sonra törətdiyi yol nəqliyyat hadisəsi olan yerə Ağsu rayon polis şöbəsinin əməkdaşları gələrək hadisəni sənədləşdirmişlər. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, hadisə zamanı idarə etdiyi **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobili qardaşı oğlu Famil Tarverdiyevə məxsusdur, qeyd olunan hadisə Ağsu- Kəndoba-Cəlayir avtomobil yolunun, Ağsu rayonu Qiyaslı kəndindən keçən hissəsində baş vermişdir, hadisədən qabaq avtomobili özü idarə etmişdir, avtomobildə ondan başqa qardaşı oğlu Şahid1 olmuşdur, hadisəni törətməzdən öncə spirtli içki, o cümlədən narkotik vasitə, psixotrop maddələr qəbul etməmişdir, hadisəni törədən zaman o, avtomobili saatda təxminən 60-70 km-lə idarə etmişdir, həmin velosipedçinin 5-6 metr aralıdan yolu keçməsini görmüşdür, yol nəqliyyat hadisəsi törətməzdən öncə, yəni velosipedçini yola çıxdığını gördüyü anda avtomobilin əyləcini sıxaraq hadisədən yayınmağa çalışmışdır, lakin buna baxmayaraq aralarında qısa məsafə qaldığından hadisə baş vermişdir. Həmçinin bildirmişdir ki, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir və onunla barışmışdır. Bu səbəbdən, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Ağsu rayon Qiyaslı kənd orta məktəbində 4-cü sinifdə təhsil alır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Ağsu rayon Qiyaslı kəndi ərazisində, yəni Ağsu-Kəndoba-Cəlayir kənd yolunun Ağsu rayon Qiyaslı kəndindən keçən hissəsində, yolun ehtiyyat hissəsindəözünə məxsus velosipedi sürmüşdür. O, həmin yerdə bir qədər veleosiped sürdükdən sonra əsas yoldan yaşadığı Qiyaslı kəndinə dönən yolun qarşısında velosipedini saxlayıb, dayanmışdır. Bir qədər velosipedinin üzərində dayandıqdan sonra Ağsu rayon Kəndoba kəndi istiqamətindən “QAZ 3110” markalı və həmin avtomobilin arxasında isə “Vaz 21063” marakalı iki ədəd avtomobil gəlməsini görmüş və velosipedini sürərək kənd yoluna daxil olmaq istəmişdir, həmin vaxt “QAZ 3110” markalı avtomobil gələrək kəndin giriş hissəsində olan dayanacağın qarşısında dayanmış, lakin “Qaz 3110” markalı avtomobilin arxasınca gələn “Vaz 21063” markalı avtomobil isəəks istiqamətli hərəkət zolağına çıxmış və iki dəfə ani tormozlama edərək, avtomobil sürüklənib onun istiqamətində gəlməyə başlamış vəüzərində dayandığı velosipedin arxa təkər hissəsindən ön sol hissəsi ilə vurmuşdur, nəticədə o, velosipedindən yıxılaraq xəsarət almışdır. O, xəsarət aldıqdan sonra “Vaz 21063” markalı avtomobilin sürücüsü avtomobilindən düşərək ona tərəf gəlib, onu öz avtomobili ilə xəstəxanaya aparmaq istəmiş, lakin yaxınlıqda olan həmkəndliləri Niyaməddən Zahidov və Şahid3 yanına gələrək onu Ağsu rayon Mərkəzi xəstəxanasına aparmış, sürücü isə hadisə yerində qalmışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş zərər onun tərəfindən ödənilmiş, ona qarşı hər hansı tələbi və şikayət yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə göstərdi ki, iş üzrə təqsieləndirilən şəxslə barışmış, onu bağışlamışlar. Onlara dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Ona qarşı heç bir iddia tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisidir. X6 məxsus **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı minik avtomobil vardır. Qardaşı avtomobili təxminən 10 ay bundan əvvəl Bakı şəhər sakinindən almışdır. Onun və hadisə zamanı avtomobili idarə edən əmisi Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün heç bir sənədləri yoxdur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində əmisi Təqsirləndirilən şəxs özünə məxsus şəxsi avtomobili olmadığı üçün qardaşı X2 **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı minik avtomobili bir günlük Ağsu rayonuna getmək məqsədilə verməsini xahiş etmişdir. X8 isə əmisi Təqsirləndirilən şəxslə razılaşaraq avtomobilini idarə etməsi üçün vermişdir. Bundan sonra əmisi Şamil onunla birlikdə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağsu rayonunda toy məclisində iştirak etmək üçün Kürdəmir rayonu Sığırlı kəndindən çıxaraq, Ağsu-Kəndoba-Cəlayir avtomobil yoluna daxil olmuşdurlar. xx.xx.2023cü il tarixdə saat 18 radələrində Ağsu-Kəndoba-Cəlayir avtomobil yolunun, Ağsu rayon Qiyaslı kəndindən keçən hissəsində əmisi Təqsirləndirilən şəxs idarə etdiyi **-CP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşılarında **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” minik markalı avtomobilin hərəkətdə olmasını görmüşdür, həmin vaxt əmisi Şamil **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” minik markalı avtomobilin aşağı sürətlə getməsini və yüklü olmasını müşahidə edərək, idarə etdiyi **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobili yolun əks istiqamətli hərəkət zolağına sürüb **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” minik markalı avtomobili ötmək qərarına gəlmiş və ötmə əməliyyatı etdikdən sonra qəflətən yolun sol tərəfindən bir nəfər velosipedçi, yəni Zərərçəkmiş şəxs idarə etdiyi velosipedlə yolun ehtiyyat hissəsindən əsas yola, yəni qarşılarına çıxmış, bu zaman əmisi Şamil velosipedçi ilə toqquşmamaq üçün idarə etdiyi avtomobili sağ tərəfə, yəni öz hərəkət zolağına çəksə də, artıq aralarında qısa məasafə qaldığından hadisəsinin qarşısını ala bilməmiş, nəticədə avtomobilin qabaq sol hissəsi Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin arxa təkərindən dəydiyindən velosipedi sürən Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra əmisi avtomobili saxlamış və həmin yerdə olan tanımadıqları şəxsin vasitəsilə velosipedi sürən uşağı Ağsu rayon mərkəzi xəstəxanasına yola salmışlar. Daha sonra əmisinin törətdiyi yol nəqliyyat hadisəsi olan yerə Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gələrək hadisəni sənədləşdirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında göstərdi ki, Ağsu rayon Qiyaslı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Ağsu rayon Qiyaslı kəndində yolun kənarında yerləşən çayxananın sahibidir, həmin çayxananı özü işlədir. 06 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində həmkəndlisi Şahid3 ilə birlikdə işlətdiyi çayxanada olmuşlar. İşlətdiyi çayxananın yerləşdiyi ərazi Ağsu-Kəndoba-Cəlayir yolunun kənarında olduğundan həmin yoldan keçən avtomobilləri müşahidə etmək mümkündür. Çayxanada olarkən həmkəndlisi və qohumu Qanuni nümayəndə azyaşlı oğlu Zərərçəkmiş şəxs isə özünə məxsus velosipedi yolun kənarında idarə etmişdir. Eləcə də həmin vaxt Ağsu rayon Kəndoba kəndi istiqamətindən iki avtomobil gəlmişdir. Həmin avtomobillərdən öndə gələni **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” markalı avtomobil olmuş, arxasıyca isə **- CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobil hərəkətdə olmuşdur. **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” markalı avtomobil Ağsu rayon Qiyaslı kəndinin giriş hissəsində yerləşən dayanacağa çatdıqda sürətini azaldaraq yolun sağ tərəfinə keçərək dayanacaqda dayanmışdır, lakin arxadan gələn **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobil əks hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etməyə başlamış, **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobil ötmə əməliyyatı edərkən velosipedçı Zərərçəkmiş şəxs yolun sol tərəfində velosipedini idarə etdiyindən **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol hissəsi ilə velosipedçi Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin arxa təkərindən vurmuş, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət almışdır. Hadisə baş verdikdən dərhal sonra **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşməsini və Zərərçəkmiş şəxs kömək etmək məqsədi ilə yaxınlaşmasını görmüş, lakin həmin vaxt o, yanında olan həmkəndlisi Şahid3 idarə etdiyi “VAZ 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xəsarət alan Zərərçəkmiş şəxs köməklik göstərilməsi məqsədilə dərhal Ağsu rayon mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, Ağsu rayon Qiyaslı kəndində ailə üzvlərilə birlikdə yaşayır. 06 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində həmkəndlisi Şahid4 Nəsrulla oğlu ilə birlikdə Ağsu rayonu Qiyaslı kəndində, yolun kənarında yerləşən çayxanada olmuşdurlar. Çayxananın yerləşdiyi ərazi Ağsu- Kəndoba-Cəlayir yolunun kənarında olduğundan həmin yoldan keçən avtomobilləri müşahidə etmək mümkündür. Həmin vaxt həmkəndlisi Qanuni nümayəndə azyaşlı oğlu Zərərçəkmiş şəxs isə özünə məxsus velosipedi yolun kənarında idarə etmişdir. Bu zaman o, Ağsu rayon Kəndoba kəndi istiqamətindən iki avtomobilin gəlməsini görmüş, həmin avtomobillərdən öndə gələni **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” markalı avtomobil olmuşdur, arxasıyca isə **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobil hərəkətdə olmuşdur. **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” markalı avtomobil Ağsu rayon Qiyaslı kəndinin giriş hissəsində yerləşən dayanacağa çatmasına az qalmış sürətini azaldaraq yolun sağ tərəfinə keçərək dayanmışdır, həmin vaxt isə arxadan gələn **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobil əks hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etməyə başlamış, **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobil ötmə əməliyyatı edərkən velosipedçı Zərərçəkmiş şəxs yolun sol tərəfində velosipedini idarə etdiyindən **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol hissəsi ilə velosipedçi Zərərçəkmiş şəxs idarə etdiyi velosipedin arxa təkərindən vurmuşdur, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət almışdır. Hadisə baş verdikdən dərhal sonra **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşməsini və Zərərçəkmiş şəxs kömək etmək məqsədi ilə yaxınlaşmasını görmüşdür, lakin həmin vaxt o, yanında olan həmkəndlisi Qanuni nümayəndə ilə birlikdə xəsarət alan Zərərçəkmiş şəxs köməklik göstərilməsi məqsədilə özünə məxsus “VAZ 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyaraq dərhal Ağsu rayon mərkəzi xəstəxanasına aparmışdır. İş üzrə digər Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ifadəsində göstərmişdir ki, özünə məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110” markalı minik avtomobili vardır. Həmin minik nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq qaydada etibarnamə və “B” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində özünə məxsus şəxsi avtomobili ilə Ağsu rayonu, Cəlayir kəndinə nar almaq üçün getmişdir. Ağsu rayon Cəlayir kəndində nar alıb, idarə etdiyi avtomobilə yüklədikdən sonra həmin gün saat təxminən 18 radələrində, Sumqayıt şəhər bazarında satmaq üçün Sumqayıt şəhərinə yola çıxmışdır. Bundan sonra Ağsu rayonu, Cəlayir kəndindən çıxaraq Ağsu-Kəndoba-Cəlayir avtomobil yoluna daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağsu-Kəndoba-Cəlayir avtomobil yolunun Ağsu rayonu, Qiyaslı kəndindən keçən hissəsində hərəkətdə olarkən arxasında **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobilin hərəkətdə olmasını görmüşdür, idarə etdiyi avtomobil ilə Ağsu rayon Qiyaslı kəndinə çatdıqda **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq onun avtomobilinə ötmə əməliyyatı etməyə başlamış, həmin vaxt isə yolun sol tərəfində ehtiyyat hissədə olan velosipedçi Zərərçəkmiş şəxs velosipedini idarə edərək yolun hərəkət hissəsinə çıxdığından **-CP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili ilə velosipedçi Zərərçəkmiş şəxsin idarə etdiyi velosipedinin arxa təkərindən vurmuş, nəticədə Zərərçəkmiş şəxs velosipeddən yerə yıxlaraq xəsarət almışdır. Bundan sonra o, avtomobili saxlamış, həmin yerdə olan tanımadığı şəxs vasitəsilə velosipedi sürən uşağı Ağsu rayon mərkəzi xəstəxanasına yola salmışlar. Daha sonra baş vermiş yol nəqliyyat hadisəsi olan yerə Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gələrək hadisəni sənədləşdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinə zamanı sərxoş olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2023-cü il tarixli, 226 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişmə sınığı, başın açıq yarası küt – bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir, adına tərtib olunmuş tibbi sənəd (xəstəlik tarixi) təqdim edildikdən, müalicəsi və tam sağalması başa çatdıqdan sonra və təkrari məhkəmə-tibbi ekspertizası aparılmaqla almış olduğu bədən xəsarətinin ağırlıq dərəcəsi təyin edilərək yazılıb bildiriləcəkdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli, 8/3231 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vaz-2106” markalı “**-CP-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs “Vaz-2106” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs “Vaz-2106” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2023-cü il tarixli, 226/10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişmə sınığı, başın açıq yarası küt – bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir. Ağırlıq dərəcəsinə görə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi Qanuni nümayəndə təyin olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 02 yanvar 2024-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqına” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1973-cü ildə Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmaqla hazırda Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır. Ailəlidir, üç övladı var. Fərdi təsərrüfatla məşğuldur. Sakit təbiətlidir, kənd sakinləri arasında hörmətə malikdir. Kəndin ictimai işlərində fəal iştirak edir. Ailədə gəlir gətirən tək şəxsdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olması barədə məlumat yoxdur. - Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi 14 mart 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş zərər onun tərəfindən ödənilmiş, ona qarşı hər hansı tələbi və şikayət yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 263-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və CM-in 26.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CPM-in 346.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli həbsə alındığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası CM-in 45-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X4, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-29/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-29/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver