Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-29/2025 20.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1954-cü il tarixdə Ağsu rayonu Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağsu Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası başa çatmamış, ünvan 1 ünvanda yaşayan – barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 75,70 qram xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 04 mart 2025-ci il tarixdə saat 11:55-də Ağsu Rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri T.Əliyarbəyov küçəsində piyada hərəkət edərkən saxlanılıb üzəri yoxlanılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 75,70 qram xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibində aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə müayinə olunmaq üçün Bakı şəhərinə getmiş, Bakı şəhərində ünvanını və adını xatırlamadığı xəstəxanada müayinə olunduqdan sonra həmin gün yaşadığı Ağsu şəhərində yerləşən evinə gəlmək üçün taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxslərdən birinin idarə etdiyi markasını və dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobilə əyləşərək onu Ağsu şəhərinə aparmasını demiş, daha sonra həmin avtomobillə sərnişin kimi Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə Ağsu şəhərinə yola düşmüş, bir qədər getdikdən sonra Şamaxı şəhərini keçərək Muğanlı-İsmayıllı adlanan yolun yaxınlığına gəlmiş, burada sürücüyə ayaqyoluna getmək istəmiş, buna görə də avtomobili kənarında saxlamağını demiş, sürücü avtomobili yolun kənarında saxlamış, bundan sonra orada olan ağacların nisbətən sıx olduğu yerə daxil olmuş, bu vaxt diqqətini orada yabanı halda bitmiş çətənə bitkisinin kolları cəlb etmiş, dərhal həmin çətənə bitkisinin kollarına yaxınlaşaraq onun istifadəyə yararlı yarpaqlarını əli ilə ovuşdurub cibində olan qara rəngli sellofan bağlamaya yığmış, həmin çətənə bitkisinin yarpaqları quru vəziyyətdə olduğu üçün bunu etmiş, daha sonra içərisində çətənə bitkisinin yarpaqları olan sellofan bağlamanı özü ilə götürərək sonradan istifadə etmək qərarına gəlmiş, daha sonra Ağsu şəhərinə gəlmiş və içərisində narkotik vasitə marixuana olan sellofan bağlamanı qonşu məhəllədə yerləşən kolluqda aparıb gizlətmiş və üstünü də örtərək sonradan istifadə etmək qərarına gəlmiş, 04 mart 2025-ci il tarixdə saat 12 radələrində narkotik vasitə marixuana qəbul etmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı evdən çıxaraq içərisində narkotik vasitə marixuana olan sellofan bağlamanı gizlətdiyi yerə gəlmiş, kolluğun arasına baxdıqda həmin sellofan bağlamanın orada olmasını görmüş, bundan sonra həmin sellofan bağlamanı açıb baxdıqda onun içərisində narkotik vasitə marixuana olmasını görmüş və onu əynində olan qara rəngli qış gödəkcəsinin içəri sol yan cibinə qoymuş, daha sonra yaşadığı evə tərəf yola düşmüş, üzərində daşıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməklə yanaşı qalan hissəsini də çayın kənarına aparıb orada gizlətmək niyyətində olmuş, bir qədər getdikdən sonra Ağsu şəhəri T.Əliyarbəyov küçəsi ilə hərəkət etməyə başlamış, bu vaxt 2 nəfər mülki geyimdə olan şəxs və iki nəfər də polis geyim formasında olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olmalarını deyib özlərini təqdim etmişlər. Həmin vaxt polis əməkdaşları onu saxlamaları ilə bağlı videoçəkiliş etdiklərini müşahidə etmiş, polis əməkdaşları video çəkiliş altında üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında şübhəli olmağını bildirib bununla bağlı hüquq və vəzifələrini izah edib üzərində qanunsuz saxlanılan əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onu təqdim etməyi təklif etmiş, bundan sonra üzərində narkotik vasitə marixuana olmasını demiş və əynində olan qara rəngli qış gödəkcəsinin içəri sol yan cibindən içərisində narkotik vasitə marixuana olan bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etmiş, həmin sellofan bağlamanın polis əməkdaşı tərəfindən açılan zaman içərsində narkotik vasitə marixuanaya bənzər kütlə olması məlum olmuş, daha sonra içərisində narkotik vasitə marixuana olan həmin sellofan bağlama elektron tərəzidə çəkilən zaman çəkisinin 87 qram olmasını görmüşdür. Ardınca polis əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bağlamada olan narkotik vasitə marixuana bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənərək polis əməkdaşları və özü tərəfindən imzalanmış, daha sonra isə polis əməkdaşları ona üzərində başqa hər hansısa əşya və ya predmetin olması barədə sual verdikdə əynində olan qara rəngli klassik şalvarın sağ yan cibindən 87 manat pulu çıxarıb təqdim etmiş, bundan başqa üzərində hər hansısa əşya və ya predmet olmadığını demişdir. Buna baxmayaraq polis əməkdaşları tərəfindən üzəri yoxlanılmış, yoxlamanın sonunda üzərindən hər hansısa əşya və ya predmet, həmçinin narkotik vasitə və ya dövriyyəsi qadağan edilmiş əşya aşkarlanmamış, polis əməkdaşları onun təqdim etdiyi 87 manat pulu iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarmışlar. Daha sonra polis əməkdaşları videoçəkilişi dayandırıb müvafiq sənədləşmə aparılması məqsədi ilə onu Ağsu rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər, orada olarkən polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyi üçün imzalamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində qurudulmuş marixuananı Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə Ağsu şəhərinə gələrkən Şamaxı şəhərini keçib Muğanlı-İsmayıllı adlanan yolun yaxınlığında tapmasını, həmin vaxt hərəkətdə olduğu avtomobilin sürücüsünün bundan heç bir məlumatının olmadığını və bununla bağlı ona heç bir məlumat vermədiyini, narkotik vasitə olan marixuananı evin qonşuluğunda yerləşən məhlədə gizlətməyi barədə özündən başqa heç kimin məlumatı olmamasını, bu barədə başqa şəxslərə məlumat verməməsini, narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib gizlətməklə 04 mart 2025-ci il tarixdə üzərində qanunsuz daşıyarkən Ağsu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığı ana qədər həmin narkotik vasitədən hər hansısa miqdarda istifadə etmədiyini, polis əməkdaşları onu saxlayarkən, həmçinin polis şöbəsinin inzibati binasında olarkən hüquq və vəzifələrini izah etdiklərini, müdafiə hüququnu təmin edərək dövlət hesabına onu müdafiəçi ilə təmin etdiklərini, ona qarşı heç bir qanunsuz hərəkət etmədiklərini, heç bir narazılığı olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşlı olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşlı olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, hazırda DİN-in Ağsu RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etməsini, 04 mart 2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmasını, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmasını məlumat dərhal onun tərəfindən Ağsu RPŞ-nin rəhbərliyinə məruzə edilməsini, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilməsini, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmasını, əməliyyat qrupunun üzvlərinin isə Ağsu RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X7 və ondan ibarət olmasını, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 04 mart 2025-ci il tarixdə saat 11 radələrində xidməti avtomobillə Ağsu RPŞ-nin inzibati binasının həyətindən çıxıb Ağsu şəhəri T.Əliyarbəyov küçəsinə yollanmalarını, bir az sonra həmin yerə çatmalarını, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həmin ərazidə piyada hərəkətdə olacağı məlum olduğu üçün həmin yerə gedib yaxınlıqda bir qədər gözlədikdən sonra saat 11:55-də Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb dərhal baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə ona yaxınlaşıb xidməti vəsiqəsini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib video çəkiliş altında əməliyyat-axtarış tədbirinin keçirilməsinə başlanmasını, həmin vaxt əməliyyat tədbirinin video çəkilişini Ağsu RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X4 həyata keçirməsini, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməsini, üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilməsini, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi onun tərəfindən təklif edilməsini, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan marixuana olmasını deyərək, əynində olan qara rəngli qış gödəkçəsinin iç sol yan cibindən bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etməsini, təqdim edilən bir ədəd sellofan bağlamanın içərisinə baxış zamanı narkotik vasitə marixuanaya bənzər maddə olması aşkar edilməsini, həmin bir ədəd sellofan bağlamanın içərisində narkotik vasitə marixuanaya bənzər maddənin elektron tərəzidə çəkilməsini və çəkisinin sellofan bağlama ilə birlikdə 87 qram olmasının müəyyən edilməsini, bundan sonra aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər maddənin sellofan bağlama ilə birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək qablaşdırılmasını və üzərinə 94 nömrəli möhür vurulmasını, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya bənzər maddəni Bakı şəhərindən Ağsu rayonuna gələrkən Şamaxı rayonu Muğanlı kəndi ərazisində yolun kənarında olan kolluqdan yığmasını, şəxsi istifadəsi ilə əlaqədar götürüb üzərində saxladığını, həmin narkotik vasitə marixuanaya bənzər maddəni satmaq niyyətinin olmadığını bildirməsini, bunun ardınca Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa əşya və ya predmetin olması ilə bağlı verilən suala cavab olaraq əynində olan qara rəngli klassik şalvarın sağ yan cibində 87 manat pul olmasını deməsini, bunun ardınca Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, eyni zamanda hər hansısa əşya və ya məmulat aşkar edilməməsini, Təqsirləndirilən şəxs təqdim etdiyi 87 manat məbləğində pul iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmasını, bununla da Təqsirləndirilən şəxs üzərini yoxlamanın Ağsu şəhəri T.Əliyarbəyov küçəsində başa çatdırılmasını, bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixuanaya bənzər maddənin aşkar edilərək götürülməsi ilə bağlı Ağsu RPŞ-nə gətirilməsini, orada onun tərəfindən müvafiq sənədləşmə aparılmasını, sənədləşmə ilə bağlı Təqsirləndirilən şəxs və digər iştirakçıların imza etmələrini, bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixuanaya bənzər maddənin aşkar edilərək götürülməsi ilə bağlı şəxsin özü və barəsində toplanmış müvafiq materialın narkotik vasitə olan marixuanaya bənzər maddə və bir ədəd disklə birlikdə müvafiq prosessual qərar qəbul edilməsindən ötrü RPŞ-nin TQna təhvil verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 04 mart 2025-ci il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli Protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, üzərində yoxlama və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan marixuana olmasını edmiş, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etmiş, təqdim edilən bir ədəd sellofan bağlamanın içərisinə baxış zamanı narkotik vasitə marixuanaya bənzər maddə olması aşkar edilmiş, həmin bir ədəd sellofan bağlamanın içərisində narkotik vasitə marixuanaya bənzər maddə elektron tərəzidə çəkilmiş və sellofan bağlama ilə birlikdə çəkisinin 87 qram olması müəyyən edilmiş, bundan sonra aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər maddə sellofan bağlama ilə birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək qablaşdırılmış və üzərinə 94 nömrəli möhür vurulmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya bənzər maddəni Bakı şəhərindən Ağsu rayonuna gələrkən Şamaxı rayonu Muğanlı kəndi ərazisində yolun kənarında olan kolluqdan yığmasını, şəxsi istifadəsi ilə əlaqədar götürüb üzərində saxlamasını, həmin narkotik vasitə marixuanaya bənzər maddəni satmaq niyyətinin olmamamasını bildirmiş, bunun ardınca Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa əşya və ya predmetin olması ilə bağlı verilən suala cavab olaraq, əynində olan qara rəngli klassik şalvarın sağ yan cibində 87 manat pul olmasını demiş, bunun ardınca Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, eyni zamanda və ya məmulat aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 87 manat məbləğində pul iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. - Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli Protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və 01 ədəd DVD-yə baxış keçirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli 17/189 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “1) Şahid2. 2) Şahid3. 3) Təqsirləndirilən şəxs.” yazısı və imzalar yazılmış 01 (bir) ədəd zərfin işərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi – 75,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 75,70 qr., tədqiqata sərf edildi – 0,10 qr., qalıq – 75,60 qr. Ekspert xərci 34,55 manatdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Maddi sübut hesab edilməsi haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 75,60 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X11 10 mart 2025-ci il tarixli, 18-1-25/2-226/25 saylı məktubundan görünür ki, Ağsu şəhəri, H.Aslanov küçəsi, ev 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 01 aprel 2025-ci il tarixli, 486 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Yaşı 65-dən yuxarı olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti 3-16-21/2- 26169/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə elektron nəəzarət vasitəsinin tətbiq edilməsi, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs hökm üzrə müəyyən edilmiş ərazi hüdudlarını tərk edərək xx.xx.2024-cü il tarixdə saat 20:21-dən saat 20:43-dək İsmayıllı rayonu ərazisi hüddülarına daxil olması, xx.xx.2024-cü il tarixdə saat 15:32-dən saat 17:14-dək, xx.xx.2024-cü il tarixdə saat 02:38-dən saat 04:12-dək, xx.xx.2025-ci il tarixdə saat 04:21-dən saat 05:24-dək elektron nəzarət vasitəsini gəzdirmək, həmçinin xx.xx.2024-cü il tarixdə saat 12:01-dən saat 12:57-dək elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlamaq üçün qulluq göstərmək vəzifələrini yerinə yetirməməsi, həmin müddətlərdə onun Ağsu rayonu ərazisi hüdudlarını tərk etməsinin istisna edilmədiyi göstərilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 06 may 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə elan edilməsini ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham qüvvəsində saxlanılmış və barəsində Ağsu Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bağlamada təmiz çəkisi 75,70 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı istintaq zamanı haradan, kimdən və hansı yolla əldə etməsinin müəyyən edilməsi, gələcəkdə bununla bağlı şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılaraq araşdırılması üçün icraata qəbul edilmiş, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin əməlində CM-nin 234-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bağlamada təmiz çəkisi 75,70 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə marixuana ekspertiza tədqiqatında “CAS MWP300” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertiza tədqiqatında istifadə edilən elektron tərəzi daha dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs saxlanılıb üzərində yoxlanılma aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibinə yerləşdirib qanunsuz daşıdığı bir ədəd sellofan bağlamada təmiz çəkisi 75,70 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı təqdim etdiyi üçün onun bu hərəkəti könüllü təqdim etmə kimi qiymətləndirilməmiş, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 75,60 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın Ağsu RPŞ-in saxlancına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi və cəzası başa çatmadan yenidən qəsdən cinayət törətməsi CM-in 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmaması nəzərə alınmış, cinayət işinə əlavə edilmiş 0******* nömrəli etibarlı olmaqla Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin ksero surətində Bəhrəçin Mirzəyevin doğulduğu yerin Ağsu rayonu Leninabad kəndi olması yazıldığından cinayət işi materiallarında Təqsirləndirilən şəxs Ağsu rayonu Sanqalan kəndində doğulması Ağsu rayonu Leninabad kəndi kimi qəbul edilmiş, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından məhkəmə-bioloji ekspertizanın 04 mart 2025-ci il tarixli 17/189 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2025 il tarixli 486 nömrəli rəyi, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və əşyaların götürülməsi barədə 04 mart 2025-ci il tarixli protokol, həmin protokola əlavə edilməsini bir ədəd disk, Ağsu RPŞ-dən daxil olmasını xx.xx.2025-ci il tarixli 3-13-64/1-3256/2025 nömrəli raport, Təqsirləndirilən şəxs, iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri sübut növü kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin qərarın 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, xx xxxxx 1954-cü il tarixdə Ağsu rayonu Sanqalan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, Ağsu şəhəri, H.Aslanov küçəsi, ev 11 ünvanda yaşayan Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 mart 2025-ci il tarixdə saat 11:55-də tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(016)-10/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 mart 2025-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Mirzəyev X1 Diyarı Mineralnı Vodı Şəhər Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə RSFSR CM-nin 224.3-cü maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1982-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə 95, 123, 215-1.1, 38 maddələri ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə cinayət əməli CM-nin 120.1 maddəsinə tövsif edilərək cəzası 12 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 1(016)-17/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin 085/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda onun cəzasının çəkilməmiş hissəsi 05 (beş) ay 10 (on) gün təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 aprel 2025-ci il tarixli, 5-34-17/2-3-531/2025 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, H.Aslanov küçəsi, ev 11-də yaşayır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşlı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarına əlavə edilmiş Ağsu rayon İcra və Probasiya şöbəsinin 085/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hal-hazırda məhkumun cəzasının çəkilməmiş hissəsi 05 (beş) ay 10 (on) gündür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın qalıq qalmış 05 (beş) ay 10 (on) gün hissəsi qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 05 mart 2025-ci il tarixdə Ağsu Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdən 20 iyun 2025-ci il tarixədək tutulduğu 03 (üç) ay 16 (on altı) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə məhv olunmalı, sübut olan iki ədəd CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamaların rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 07 (yeddi) iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Ağsu Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 10 (on) gün hissəsi qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdən 20 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsində saxlanılan maddi sübut – bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 75,60 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 07 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-29/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-29/2025
20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver