Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-3/2023 16.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X15 Natiq oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Ağsu rayonu Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağsu şəhəri, C.Şərifov küçəsində qeydiyyatda olmaqla Ağsu şəhəri Nəsimi küçəsi ev 3-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, 18 oktyabr 2019-cu il tarixdən 17 avqust 2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon Şöbəsinin pensiya sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışan zaman özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2019-cu ilin noyabr ayının sonlarında, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda nəzərdə tutulmuş, vətəndaşın pensiya təyinatı üçün çatışmayan sənədlərinin X12 daxil edilməsi kimi səlahiyyətləri olmasından istifadə edərək, tanışı X8 yüksək vəzifədə işləyən tanışları vasitəsilə, sonuncunun arvadı X5 pensiya təyin etdirəcəyi vədi ilə aldadıb, Nazim Fətaliyevin ona olan etibarından sui-istifadə etməklə 28 noyabr 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun ünvan 1 ünvanında yerləşən inzibati binasında sonuncudan üç min beş yüz manat məbləğində nağd pulu alaraq, Nazim Fətaliyevə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, 17 avqust 2020-ci il tarixdən 11 avqust 2021-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon Şöbəsində ştatdankənar işçi vəzifəsində çalışdığı dövr ərzində təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayında tutduğu vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə edərək X3, sonuncuya ailə başçısını itirməyə görə ödənilən müavinətin məbləğini yüksək vəzifədə işləyən tanışları vasitəsilə artıracağı vədi ilə aldadıb, Şahnaz Talıbovanın ona olan etibarından sui-istifadə etməklə 2021-ci ilin aprel ayında Dövlət Sosial Müdafiə Fondunun ünvan 1 ünvanında yerləşən inzibati binasında sonuncudan min manat məbləğində nağd pulu alaraq, Şahnaz Talıbovaya məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, təkrarən dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2ci və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmiş şəxslər X10 və X4 ilə barışdığını, onlara dəyən ziyanı ödədiyini və eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin özünü CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib zərərçəkmiş şəxslər X10 və X4 ilə barışdığını, onlara dəyən ziyanı ödədiyini və eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X10 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs X4 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəyən ziyanı tam ödəyərək sonuncuların ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs X6 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. - "xxxx" ASC-nin Bakıxanov filialının xx.xx.2023-cü il tarixli, 8486 nömrəli və xx.xx.2023-cü il tarixli, 17940 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 1125 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X10 və X4 ilə barışdığını və dəymiş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73- 1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxs X7 məhkəmə istintaqı zamanı göstərdiyi 35 (otuz beş) saat hüquqi yardıma görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-3/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-3/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver