Məhkəmə qərarları › İş №1(016)-3/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-3/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-3/2025 14.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X34 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Ağsu rayon Qəşəd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Ağsu rayon Qəşəd kəndində qeydiyyatda olmaqla yaşayan, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, barəsində Ağsu rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərarı ilə üç ay müddətində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq saxlamaqla, satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 27,41 qram təmiz çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla, yaşadığı Ağsu rayon Qəşəd kəndində yerləşən evinə gətirib saxlamış, qanunsuz olaraq əldə edib, daşımaqla saxladığı həmin narkotik vasitədən 08 dekabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Ağsu şəhər sakini Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə apardığı danışıqla sonuncuya 40 manat müqabilində narkotik vasitə olan marixuana satmağa razılaşdıqdan sonra, 15 manat nəğd şəkildə olmaqla, qalan 25 manatını isə Şahid3 verdiyi “Azəriqaz” İstehsalat Birliyinin smart ödəniş kartına sonuncunun yükləməsi müqabilində şəxsi istehlak miqdarında, yəni 1,87 qram təmiz çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Şahid3 qanunsuz olaraq satmış, 09 dekabr 2023-cü il tarixdə Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu rayon Qəşəd kəndi ərazisində saxlanılıb rayon X26 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilmiş, həmin tarixdə saat 12:10-da üzərində axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,44 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin tarixdə saat 13:40-da yaşadığı Ağsu rayon Qəşəd kəndində yerləşən evində aparılan axtarış və götürmə zamanı evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından 1 ədəd göy rəngli sellofanın içərisində dörd ədəd kirbit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 6,15 qram, 6,83 qram, 5,57 qram və 6,55 qram olmaqla ümumi təmiz çəkisi 25,10 qram olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Ağsu rayon Qəşəd kəndində ailəsi birlikdə yaşayır. Hal-hazırda heç-bir yerdə işləmir. 1-ci qrup əlildir, buna görədə səhhətində ağrılar vardır. Səhhətində olan ağrılardan ötrü narkotik vasitə olan marixuanadan mütəmadi olaraq əldə edərək istifadə edir. Təxminən 1 həftə bundan əvvəl İsmayıllı rayonunda təsadüfən tanış olduğu, lakin şəxsən tanımadığı şəxsdən 250 manat pul verərək 5 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana almışdır, həmin narkotik vasitələri yaşadığı evdə çarpayının üzərindəki döşəyin altında istifadə etməsi üçün gizlətmişdir. Ağsu rayon sakini X8 taksi sürücüsü kimi tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Şahid3 öz istifadəsində olan ***-***-**-** saylı nömrədən zəng edərək narkotik vasitə olan marixuana verməsini ondan xahiş etmişdir. Aralarında olan telefon danışığı zamanı Şahid3 40 manat müqabilində bir büküm marixuana verə biləcəyi barədə razılaşmış və Eldara yaşadığı Ağsu rayon Qəşəd kəndinə gəlməsini, narkotik vasitəni orada verəcəyini bildirmişdir. Təxminən 30-40 dəqiqə sonra Eldar ona zəng edərək yaşadığı evin yaxınlığında olduğunu və onu gözlədiyini bildirmişdir. O, evdə saxladığı narkotik vasitə olan marixuanadan bir qədərini salfet kağızına bükərək cibinə qoymuş, daha sonra isə evdən çıxıb, Eldarın idarə etdiyi “Naz Lifan” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişdir, oraya çatdıqda Şahid3 həmin yerə tanışı Röyal Abdurrahmanov ilə gəldiyini görmüşdür. Bundan sonra salfet kağızına bükdüyü narkotik vasitə olan marxiananı orada Şahid3 vermiş, narkotik vasitəni Şahid3 verdikdən sonra əvəzində Eldar ona 15 manat pul vermiş, pulun qalan hissəsini istədik də, Eldar hazırda üzərində pulunun olmadığını, qalan pulu da bir gün ərzində ona verəcəyini bildirmişdir. Bundan sonra o, cibindən yaşadığı evin qaz sayğacının smart ödəniş kartını çıxarıb Eldara verərək qalan 25 manat pulu həmin qaz kartına yükləməsini bildirmişdir. Şahid3 da onunla bu barədə razılaşmış və qaz sayğacının samrt ödəniş kartını ondan alaraq oradan uzaqlaşıb getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Ağsu rayonu Qəşəd kəndində yaşadığı evin qarşısında dayandığı vaxt polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib saxlayaraq, birlikdə Ağsu RPŞ-nə getməsini təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra o, şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət olunaraq ona hüquqları izah olunmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Sonradan protokol tərtib olunaraq əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan bir ədəd siqaretin qızılı kağızına bükülmüş marixuananı cibindən çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq götürülmüşdür. Sonra ondan başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda o, yaşadığı evdə də narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı Ağsu rayon Qəşəd kəndinə yerləşən evinə getmişdir. Evinə çatdıqda o, yataq otağında çarpayının üzərindəki döşəyin altında saxladığı bir ədəd göy rəngli sellofan torbanın içərisində olan dörd ədəd kirbit qutusunda olan narkotik vasitə marixuananı təqdim etmişdir. Yaşadığı evdə axtarış və götürmə aparılan zaman polis əməkdaşları çətənə bitkisinin tumlarını da aşkar etmişdirlər. Daha sonra təqdim etdiyi narkotik vasitə olan marixuana və aşkar edilmiş çətənə tumları polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs daha sonra ifadəsində həmin narkotik vasitə olan marixuananı 1 həftə əvvəl İsmayıllı rayonunda təsadüfən tanış olduğu, lakin şəxsən tanımadığı şəxsdən 250 manata almışdır, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə olaraq özü istifadə edir, Şahid3 ondan narkotik vasitə verməsini xahiş etdiyi üçün, o, özü də narkotik vasitəni pul qarşılığında aldığından, Şahid3 həmin narkotik vasitəni 40 manat müqabilində vermişdir, əvvəllər başqa hər hansı bir şəxsə narkotik vasitə satmamışdır, o, çətənə bitkisinin kultivasiyası ilə məşğul olmur, yaşadığı evdə aşkar olunmuş tumlar istifadə etdiyi narkotik vasitə olan marixuanadan çıxan tumlardır, həmin tumları kultivasiya etmək məqsədi olmamışdır, saxlanılan zaman üzərində “Samsung” markalı mobil telefon olmuşdur, mobil nömrəsi isə ***-***-**-**-dir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona CM-nin 234.2ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitə olan marixuananı 1 həftə əvvəl İsmayıllı rayonunda təsadüfən tanış olduğu, lakin şəxsən tanımadığı şəxsdən 250 manata almışdır, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə olaraq özü istifadə edir, Şahid3 ondan narkotik vasitə verməsini xahiş etsədə, o, narkotik vasitəni onların maşınında onlara göstərmiş, sonradan evdən çağırıldığıan görə narkotik vasitəni qoyub düşmüş, daha sonra maşına geri qayıtmışdır. Bu müddət ərzində ehtimal edir ki, Şahid3 onun narkotik vasitəsindən götürmüşdür. Qaz sayğacının kartını isə pul vurulması üçün vermişdir. Eldar taksi fəaliyyəti ilə məşğul olduğundan mütəmadi onunla danışır və zəruri ləvazimatların alınmasını ondan xahiş edir. Telefon danışıqları da bu səbəbdən olmuşdur. Həmçinin qeyd etmişdir ki, Şahid3la üzləşdirilən vaxt, ekspert rəyi ilə tanış edilən vaxt, həmçinin 17-19 yanvar 2024-cü il tarixlərdə keçirilən istintaq hərəkətləri zamanı müdafiəçisi iştirak etməmişdir. İbtidai istintaq zamanı isə özünü təqsirli bilməsinə dair ifadə verməsinə səbəb ona təsir etmələri olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində təqsiri boynuna almadığını, müdafiəçisinin dedikləri ilə razı olduğunu, 1-ci qrup əlil, olmasını, buna görədə səhhətində ağrılar olmasını, səhhətində olan ağrılardan ötrü narkotik vasitə olan marixuanadan mütəmadi olaraq əldə edərək istifadə etməsini, narkotik vasitələrin satışı ilə məşğul olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, nəzərə alaraq əməlinin düzgün tövsif edilib ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs 1-ci qrup əlil, olmasını, buna görədə səhhətində ağrılar olmasını, səhhətində olan ağrılardan ötrü narkotik vasitə olan marixuanadan mütəmadi olaraq əldə edərək istifadə etməsini, narkotik vasitələrin satışı ilə məşğul olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət işi üzrə ibtidai istintaqın prosessual pozuntularla aparılmasını, onun müdafiə hüququnun təmin edilməməsini, üzləşdirmə, təqsirləndirilən şəxs qismində cəlb etmə, ekspert rəyi ilə tanış etmə istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı müdafiəçinin iştirakının təmin edilməməsi, ekspertiza rəyinin saxta olmasını nəzərə alaraq obyektiv yekun məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, narkotik vasitə olan marixuananın istifadəçisidir. Bunun üçün arabir narkotik vasitə olan marixuana əldə edərək istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində narkotik vasitə almaq qərarına gəlmişdir. Bunun üçün taksi kimi işlədiyi vaxt avtomobilində sərnişin kimi əyləşmiş, həmin vaxtdan da tanış olduğu Ağsu rayon Qəşəd kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı nömrədən zəng etmişdir. Təqsirləndirilən şəxsla telefonla aralarında baş tutan danışıq zamanı istifadə etməsi üçün ona narkotik vasitə olan marixuana verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitə olan marixuana sata biləcəyini, bunun üçün əvəzində 40 manat pul verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs xəbər edəcəyini deyərək telefon danışığını bitirmişdir. Bundan sonra saat təxminən 19 radələrində tanışı Şahid4 işlədiyi yerə gedərək Röyala Ağsu rayon Qəşəd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana olduğunu, 40 manat müqabilində satdığını, lakin pulunun çatmadığını ona narkotik vasitə alması üçün pul verməsini və onunla birlikdə narkotik vasitə almaq üçün Ağsu rayon Qəşəd kəndə getməsini bildirmişdir. Röyal isə ona cəmi 8 manat pulunun olmasını bildirmiş və onunla birlikdə Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana almaq üçün Ağsu rayon Qəşəd kəndinə gedəcəyinə razılaşmışdır. O, Röyaldan aldığı 8 manat pulun üzərinə 7 manat qoyaraq 15 manat pul düzəldib, yenidən Təqsirləndirilən şəxs telefonla zəng edərək cəmi 15 manat pul düzəltdiyini, qalan 25 manat pulu isə sabahısı gün verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da telefonda onunla razılaşmış və yaşadığı kəndə, yəni Ağsu rayon Qəşəd kəndinə gəlməsini bildirmişdir. Bundan sonra o, tanışı Şahid4la birlikdə idarə etdiyi Naz Lifan markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayon Qəşəd kəndinə getmişdir. Ağsu rayon Qəşəd kəndinə çatdıqda Təqsirləndirilən şəxs yenidən zəng edərək yaşadığı kənd ərazisində olduğunu bildirmiş və avtomobilində Röyal ilə birlikdə gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs gələrək onun avtomobilinin arxa oturacağında əyləşmiş və cibindən salfet kağızına bükülmüş bükümdə narkotik vasitə olan marixuananı çıxartmış, həmin vaxt o, narkotik vasitəni içərisinə qoyması üçün avtomobilində olan sudan istifadəyə görə kommunal ödəniş qəbzini Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni verdiyi kommunal ödəniş qəbzinə bükərək ön oturacaqların arasında olan saxlanc yeri kimi istifadə olunan qoltuqaltının üzərinə qoymuşdur. Həmin vaxt o, cibindən 15 manat pul çıxardaraq Təqsirləndirilən şəxs vermiş və qalan 25 manatı sabahısı gün verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmış və cibindən yaşadığı evin qaz sayğacının smart ödəniş kartını çıxardıb onlara tərəf uzatmış və qalan 25 manat pulu həmin karta yüklənməsini bildirmiş, o, Xalidlə razılaşmış və Röyal kartı Xaliddən götürmüş, sonra Xalid avtomobildən yerə düşmüş və onlar idarə etdiyi avtomobil ilə oradan uzaqlaşaraq Ağsu rayonu istiqamətində gəlməyə başlamışdırlar. Ağsu rayon Navahı kəndinə çatdıqda saat təxminən 21:30 radələrində həmin kənd ərazisində yerləşən “Lukoyil” yanacaq doldurma məntəqəsinin qarşısında polis əməkdaşları onları saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs aldığı narkotik vasitə avtomobilinin surətlər qutusunun yanında olmuş, lakin polislər onları saxladıqdan sonra narkotik vasitə avtomobilində gösrsənməsin deyə o, narkotik vasitə olan marixuananı surətlər qutusunun yanından götürərək əynimdə olan gödəkcəsinin sağ yan cibinə qoymuş, sonra polis əməkdaşları onlarla birlikdə Ağsu rayon Polis Şöbəsinə getməyi təklif etdikdə, onlar polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmiş, daha sonra o, şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət olunaraq hüquqları izah olunmuş, sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan marixuana olmasını etiraf etmiş, sonradan protokol tərtib olunaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan bir ədəd sudan istifadəyə görə kommunal ödəniş qəbzinin kağızına bükülmüş, marixuananı cibindən çıxararaq təqdim etmiş, həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq götürülmüşdür. Daha sonra idarə etdiyi “Naz lifan” markalı ** BE *** d.q.n avtomobilimdə axtarış aparılmış, orada heç bir qanunsuz əşya aşkar edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitə olan marixuananı xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Ağsu rayon Qəşəd kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs 40 manat müqabilində almışdır, həmin pulun 15 manatını nəğd şəkildə Təqsirləndirilən şəxs vermiş, qalan 25 manat pulu isə Təqsirləndirilən şəxs verdiyi yaşadığı evin qaz sayğacının smart ödəniş kartına ödəyəcəkdi, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, narkotik vasitələrin istifadəçisidir, o, əvvəllər də bir və ya iki dəfə Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana almışdır, Şahid4 həmin narkotik vasitədən verməmişdir, Röyal narkotik vasitə istifadəçisi deyil, sadəcə olaraq pulu çatmadığı üçün Röyaldan 8 manat borc pul almışdır və onunla birlikdə Ağsu rayon Qəşəd kəndinə getməsini xahiş etmişdir, o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub əlaqə saxlamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəni və üzləşdirmədə dediklərini bir daha təkrar edərək təqsirləndirilən şəxsi ifşa etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Şahid3 onun dostudur, aralarında ədavət və düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində iş yerində olduğu vaxt Eldar onun iş yerinə gələrək Ağsu rayon Qəşəd kəndində yaşayan Təqsirləndirilən şəxsla telefonla danışdığını, Təqsirləndirilən şəxs 40 manat müqabilində narkotik vasitə olan marixuana olduğunu, birlikdə Ağsu rayon Qəşəd kəndinə gedərək Xaliddən narkotik vasitə olan marixuana almalarını təklif etmiş və ondan narkotik vasitə alması üçün ona pul verməsini xahiş etmişdir. Lakin o, Eldarla Təqsirləndirilən şəxs yanına gedəcəyi barədə razılaşsa da cəmi 8 manat pulunun olduğunu bildirmiş, Eldar isə cəmi 7 manat pulunun olduğunu demişdir. Beləliklə ümumilikdə 15 manat pul düzəlmişdir. Sonra o, Eldara Təqsirləndirilən şəxsla yenidən əlaqə saxlamasını, cəmi 15 manat pul olmasını bildirməsini, qalan pulu sonra verəcəklərini deməsini bildirmişdir. Bundan sonra isə Eldar öz mobil telefonu ilə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq cəmi 15 manat pulu olmasını, qalan 25 manat pulu sonra verəcəyini demiş, Təqsirləndirilən şəxs da bununla razılaşmışdır. Bundan sonra o, Eldarla birlikdə, Eldarın idarə etdiyi Naz Lifan markalı avtomobil ilə Ağsu rayon Qəşəd kəndinə yola çıxmışdırlar. Yolda olarkən Xalid bir-neçə dəfə Eldara zəng edərək harada olduqları barədə maraqlanmışdır. Təxminən 15-20 dəqiqə sonra Ağsu rayon Qəşəd kəndinə çatdıqdan sonra Eldar yenidən Xalidlə telefon əlaqəsi saxlayaraq Qəşəd kəndi ərazisində olduqlarını bildirmiş, bir neçə dəqiqə sonra Xalid piyada şəkildə gələrək Eldarın idarə etdiyi avtomobilin qapısını açıb arxa oturacaqda əyləşmiş, sonra cibindən salfet kağızına bükülmüş narkotik vasitə olan marixuananı çıxardaraq Eldarın verdiyi sudan istifadəyə görə kommunal ödəniş qəbzinin kağızına büküb, avtomobilin ön oturacaqlarının arasında olan saxlanc yeri kimi istifadə olunan qoltuqaltının üzərinə qoymuş, sonra Eldar Təqsirləndirilən şəxs qoltuqaltının üzərinə qoyduğu narkotik vasitə olan marixuananı qoltuqaltının üzərindən götürüb sürətlər qutusunun yanına qoymuşdur. Daha sonra isə razılaşdıqları kimi Eldar cibindən 15 manat pul çıxardaraq Xalidə vermiş, qalan 25 manat pulu isə sabahısı gün verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə bununla razılaşmış və cibindən yaşadığı evin qaz sayğacının smart ödəniş kartını çıxardaraq inlara təqdim edib, qalan 25 manat pulu qaz sayğacının smart ödəniş kartına ödəmələrini bildirmiş, onlar da Xalidlə razılaşmış və kartı o, Xaliddən götürmüş, daha sonra isə Xalid avtomobildən yerə düşmüş, onlar isə Eldarın idarə etdiyi avtomobil ilə oradan uzaqlaşıb Ağsu rayonu istiqamətində gəlməyə başlamışdırlar. Həmin gün saat təxminən 21:30 radələrində Şahid3 idarə etdiyi avtomobil ilə Ağsu rayon Navahı kəndinə çatdıqda, həmin kəndin ərazisində yerləşən “Lukoyil” yanacaq doldurma məntəsəqsinin qarşısında polis əməkdaşları onları saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs aldıqları narkotik vasitə avtomobilin sürətlər qutusunun yanında olmuş, lakin polislər onları saxladığı zaman narkotik vasitə avtomobildə görsənməsin deyə Eldar narkotik vasitə olan bükümü götürərək gödəkcəsinin cibinə qoymuşdur. Polis əməkdaşları onları saxladıqdan sonra Ağsu RPŞ-nə dəvət etmişlər, orada vəkil dəvət olunaraq Şahid3 şübhəli şəxs qismində tutulmuş, Eldarın üzərində axtarış aparılarkən əynində olan gödəkcəsinin cibindən marixuana aşkar edilərək götürülmüş, sonra onun da şahid kimi izahatı alınmış, daha sonra isə o, Polis Şöbəsindən buraxılmışdır. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir, sadəcə olaraq tanışı Eldar ona Təqsirləndirilən şəxs birlikdə narkotik vasitə almağı təklif etdikdə, habelə pulunun çatmadığını dedikdə Eldara 8 manat pul borc olaraq vermiş və maraq üçün Eldarla birlikdə Təqsirləndirilən şəxs narkotik vasitə almağa getmişdir. İş üzrə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Ağsu rayonu Musabəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-ci il tarixdə Ağsu şəhər sakini, Şahid3 narkotik vasitələrin qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şahid3 Ağsu rayon Gəgəli kənd yolunun, Ağsu rayon Navahı kəndindən keçən ərazidə olmasını müəyyən etmişlər, daha sonra Şahid3 idarə etdiyi “Naz Lifan” markalı ** BE *** d.q.n avtomobili ilə birlikdə saxlamış, Şahid3 üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacağı barədə qərar qəbul olunduğunu və birlikdə Ağsu RPŞ-nə getmələrini bildirmişdirlər. Şahid3 üzərində şəxsi axtarış aparılmasına və polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə getməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid3 onlarla birlikdə Ağsu RPŞ-nə gəlmiş və oraya vəkil dəvət edilmiş, videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Şahid3 hüquqları izah edilərək ondan üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olubolmaması barədə soruşulmuş, Şahid3 üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demiş, bundan sonra Şahid3 əynində olan tünd rəngli gödəkçəsinin sağ yan cibində kağıza bükülmüş narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş və götürülmüş vasitəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 40 manat pul müqabilində almasını bildirmişdir. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar həmin protokolı təsdiq etmişdir. Həmin tarixdə Şahid3 idarə etdiyi “Naz Lifan” markalı ** BE *** d.q.n avtomobilə də baxış keçirilmiş, lakin avtomobildə heç bir qanunusz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat tapşırğı əsasında xx.xx.2023-cü il tarixdə Ağsu rayonu Qəşəd kəndində yaşadığı evin qarşısında əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saxlayaraq Ağsu RPŞ-nə gətirmişlər, daha sonra vəkil dəvət edilərək videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah olunaraq üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirdiyindən yaşadığı evə getmişdirlər, orada da yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir ədəd göy rəngli sellofan torbada 4 ədəd kibrit qutusunda narkotik vasitə aşkar olunmuş, həmçinin döşəyin altında ağ sellofan torbada kağız bükümdə narkotik vastə olan çətənə bitkisinin toxumlarına bənzər toxumlar, eləcə də kağız bükümdə çətənə biktisinin yarpaqsız çiçəksiz saplaqları aşkar olunaraq götürülmüş, daha sonra aşkar olunmuş dörd ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkildi və aşkar olunmuş toxumlar, saplaqlar və narkotik vasitəyə bənzər kütlələr qablaşdırılaraq protokollaşdırılmış, sonra tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində vəzifəsində işləyən, polis leytenantı Şahid2 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci il tarixdən etibarən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Ağsu şəhəri S.Hacıyev küçəsində yaşayan Şahid3 narkotik vasitə qəbul etməsi, həmçinin üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Şahid1 tərəfindən həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Şahid3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən Şahid1 həvalə olunmuş və bu barədə Şahid1 tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2023-ci il tarixdə, saat 21 radələrində Ağsu şəhər sakini, Şahid3 narkotik vasitələrin qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Şahid3 Ağsu rayon Gəgəli kənd yolunun, Ağsu rayon Navahı kəndindən keçən ərazidə olmasını müəyyən etmişdirlər, daha sonra Şahid3 idarə etdiyi “Naz Lifan” markalı ** BE *** d.q.n avtomobili ilə birlikdə saxlamışdırlar. Şahid3 üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılacağı barədə qərar qəbul olunduğunu və birlikdə Ağsu RPŞ-nə getməsi bildirilmişdir. Şahid3 üzərində şəxsi axtarış aparılmasına və polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə getməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid3 onlarla birlikdə Ağsu RPŞ-nə gəlmiş və oraya vəkil dəvət edilərək videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Şahid3 hüquqları izah olunmuş və üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulduqda, Şahid3 üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra Şahid3 əynində olan tünd rəngli gödəkçəsinin sağ yan cibində kağıza bükülmüş narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş və götürülmüş vasitəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 40 manat pul müqabilində almasını bildirmişdir. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar həmin protokolu təsdiq etmişdir. Həmin tarixdə Şahid3 idarə etdiyi “Naz Lifan” markalı ** BE *** d.q.n avtomobilə də baxış keçirilmiş, lakin avtomobildə heç bir qanunusz əşya aşkar olunmamışıdr. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat tapşırğı əsasında xx.xx.2023-cü il tarixdə Ağsu rayonu Qəşəd kəndində yaşadığı evin qarşısında əməliyyat müvəkkili Şahid1 ilə birlikdə saxlayaraq Ağsu RPŞ-nə gətirmişlər, daha sonra vəkil dəvət edilərək videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah olunaraq üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirdiyindən yaşadığı evə getmişdirlər, orada da yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir ədəd göy rəngli sellofan torbada 4 ədəd kibrit qutusunda narkotik vasitə aşkar olunmuş, həmçinin döşəyin altında ağ sellofan torbada kağız bükümdə narkotik vastə olan çətənə bitkisinin toxumlarına bənzər toxumlar, eləcə də kağız bükümdə çətənə biktisinin yarpaqsız çiçəksiz saplaqları aşkar olunaraq götürülmüş, daha sonra aşkar olunmuş dörd ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkildi və aşkar olunmuş toxumlar, saplaqlar və narkotik vasitəyə bənzər kütlələr qablaşdırılaraq protokollaşdırılmış, sonra tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Keçmişdə narkotik vasitə olan marixuananın istifadəçisi olmuşdur, buna görə də keçmişdə hərdən bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir, lakin təxminən son 2-3 ay müddətində heç bir narkotik vasitələrdən istifadə etmir, yəni narkotik vasitə istifadə etməyi birdəfəlik tərgitmişdir. Ağsu rayon Qəşəd kənd sakini Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs onun tanışıdır, aralarında yaxşı münasibətlər olmuşdur. Təqsirləndirilən şəxsla keçmişdə təxminən 4-5 dəfə narkotik vasitə olan marixuanadan birlikdə istifadə etmişdirlər. Belə ki, narkotik vasitə olan marixuana çəkmək istədikdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrələrdən zəng edərək narkotik vasitə olan marixuana təşkil etməsini Xaliddən xahiş etmişdir, Xalid isə onun xahişi əsasında ona narkotik vasitə olan marixuana təşkil etmiş və birlikdə həmin marixuananı çəkmişdirlər. Buna baxmayaraq o, heç vaxt pul qarşılığında Təqsirləndirilən şəxs narkotik vasitə almamış, sadəcə olaraq münasibətləri yaxşı olduğundan o, Təqsirləndirilən şəxs ona narkotik vasitə təşkil etməsini xahiş etdikdə Xalid onun üçün pulsuz olaraq narkotik vasitə olan marixuana təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunusuz satışı ilə məşğul olması, başqa hər hansı şəxsə narkotik vasitə verməsi barədə hər hansı bir məlumatım yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisi olmuş Müdafiəçi1 bildirmişdir ki, ibtidai istintaq zamanı bütün istintaq hərəkətlərinin aparılmasında iştirak etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, adına olan mobil nömrələrdən istifadə edir, əksər vaxt Şirvan şəhərində və Kürdəmir rayonunda olur. Bəzən hər hansı istintaq hərəkətlərinin aparılması üçün Polis şöbəsinə gedərkən özü ilə mobil telefon aparmır. Həmin dövrdə üzərində mobil telefon olub-olmaması yadında deyil. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş müstəntəqi X17 bildirmişdir ki, bütün istintaq hərəkətləri təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxsin dedikləri özünü müdafiə xarakterlidir. Heç bir əsası yoxdur. İstintaq hərəkətlərinin keçirilməsi zamanı müdafiəçinin üzərində telefon olub-olmamasından məlumatı yoxdur. Hər hansı istintaq hərəkəti aparılarkən müdafiəçiyə əvvəlcədən məlumat verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş təhqiqatçı X11 bildirmişdir ki, ***-***-**-**, ***-***-**-** mobil nömrələr onun istifadəsindədir. Ekspertiza tədqiqatının materiallarını çox vaxt Nurlan Quliyev aparır, lakin Təqsirləndirilən şəxs qərarını o, aparmışdır. O, həmin gün Qəşəd kəndində olmuşdur, Şəkidən gəldikdən sonra izahatları almışdır, Həmin gün Nurlan Quliyevdə getmişdir, lakin birlikdə getməmişlər. Şəkiyə getmişdir və işi bitəndən sonra Ağsuya qayıdıb gəlmişdir. 16:54-də Şəkidə ola bilməz, ola bilsin sənəddə texniki səhv baş vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş ekspert X18 bildirmişdir ki, ekspertiza bölməsində Aktları özü tərtib edir. İşi qeydiyyata almağa 5-10 dəqiqə vaxt lazım olur. Şəkidən Ağsuya təxminən 150 km məsafə olar. Təxminən 2 saata Şəkidən Ağsuya getmək olar. xx.xx.2023-cü il tarixdı Vüsal Hüseynov və Nurlan Quliyev orada olmuşdur. Onlar ayrı gəlmişlər, ilk Vüsal Hüseynov, daha sonra Nurlan Quliyev gəlmişdir. Sənədləşmədə vaxtlarında texniki xəta baş verə bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş polis nəfəri X12 bildirmişdir ki, Ağsudan Şəki istiqamətində Göyçay yolu ilə gedir. Ağsudan Şəkiyə 165-170 km məsafə vardır. Çatma vaxtı gedilən avtomobilə, sürətə və yolun boş olub-olmamasına görə dəyişə bilir. Şəkiyə bir saata, iki saata çatmaq olur. Şəkiyə gedib-gəlmə saatını xatırlamır, tək getmişdir, ekspert rəyi verildikdən sonra götürüb gəlmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:20 radələrində Ağsu RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis mayoru Vüsal Hüseynov tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və müdafiəçi X6 iştirakları ilə şübhəli şəxs Şahid3 üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan tünd rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sudan istifadəyə görə ödəniş qəbzinin kağızına bükülmüş bükümdə, kağız bükümlə birlikdə 2,5 qram çəkidə, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş və Şahid3 həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağsu rayonu Qəşəd kəndində yaşayan Xalid adlı şəxsdən aldığını qeyd etmişdir. Foto və video çəkiliş protokola əlavə edilmişdir. - “Təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs yaşadığı evin qaz sayğacının smart ödəniş kartını könüllü təqdim etmişdir. Təqdim olunmuş əşyaya baxış zamanı müəyyən olunmuşdur ki, həmin smart ödəniş kartı “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının smart ödəniş kartı olmaqla sarı rəngli və plastik materiallıdır, üzərində sol alt tərəfində barkod və barkodun üzərində **********820 kodu vardır, kodun üzərində kartın üstünə “azəriqaz” sözü və loqosu həkk olunmuşdur. Sağ üst tərəfdə NFC və radiop dalğa işarəsi mövcuddur, sağ alt tərəfdə “siqnal səsinə qədər saxlayın” sözləri yazılmış, həmin sözlərin üstündə plastik kart işarəsi həkk olunmuşdur. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:10 radələrində Ağsu RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis mayoru Vüsal Hüseynov tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Müdafiəçi1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə, kağız bükümlə birlikdə 0,6 qram çəkidə, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan bir ədəd “Beynəlxalq bank”a məxsus **********226345 saylı bank kartı və bir ədəd **********362190 saylı “leo bank”a məxsus kart sübuti əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı istifadə edilən foto və video çəkiliş protokola əlavə edilmişdir. - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 13:40 radələrində Ağsu RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis mayoru Vüsal Hüseynov tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Müdafiəçi1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Ağsu rayon Qəşəd kəndində yerləşən evində videoçəkilişlə axtarış və götürmə aparılması zamanı evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir ədəd göy rəngli sellofanın içərisində dörd ədəd kibrit qutularında, ayrı-ayrılıqda kibrit qutularla birlikdə çəkisi 10 qram, 9,7 qram, 8,7 qram və 9,5 qram olmaqla, ümumi çəkisi 37,9 qram çəkidə, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, eləcə də kağız bükümlərdə çətənə biktisinin toxumları və çətənə biktisinin yarpaqsız, çiçəksiz saplaqları, altı ədəd içərisi boş olan siqaretlər və 04 ədəd narkotik vasitə çəkmək üçün istifadə olunan kağız parçaları aşkar edilərək götürülmüşdür. Axtarış zamanı istifadə edilən foto və video çəkiliş protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 09 dekabr 2023-cü il tarixli 17/835 saylı ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: /imza/ Şahid3 Vəkil: /imza/ V.Səmədov. Baş təhqiqatçı: /imza/ V.Hüseynov...” adlar və imzalar yazılımış zərfin içərisindəki 01 ədəd, kağız bükümdə, təmiz çəkisi – 1,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: a) Marixuananın təmiz çəkisi – 1,87 qr., tədqiqata sərf edildi – 0,02 qr., qalıq – 1,85 qr. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza xərci 35,97 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 09 dekabr 2023-cü il tarixli 17/836 saylı ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotikə bənzər kütlə. Şübhəli şəxs:/imza/ Təqsirləndirilən şəxs Vəkil: /imza/ Müdafiəçi1”. sözləri, adlar və imzalar yazılımış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs:/imza/ Təqsirləndirilən şəxs Vəkil: /imza/ Müdafiəçi1. Təqsirləndirilən şəxs evindən götürülmüş narkotikə bənzər kütlə...” sözləri, adlar və imzalar yazılımış zərfin içəirsindəki: - 04 (dörd) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri – 6,15 qr., 6,83 qr., 5,57 qr., 6,55 qr., ümumi təmiz çəkisi – 25,10 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, - 02 (iki) ədəd gümüşü falqa bükümdə və 07 (yeddi) ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0,14 qr., 0,29 qr., 0,16 qr., 1,12 qr., 0,11 qr., 0,08 qr., 0,35 qr., 0,06 qr., 0,31 qr., üumi təmiz çəkisi – 2,62 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, - 01 (bir) ədəd pul qəbzi kağızı bükümündə, təmiz çəkisi – 0,09 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Həmçinin həmin pul qəbzi kağızı bükümünün içərisindəki, təmiz çəkisi – 0,17 qram olan yarpaqsız və çiçəksiz bitki saplaqları narkotik təbitəli çətənə (kannabis) bitkisinin saplaqlarıdır. - Çətənə (kannabis) bitkisinin toxumları və yarpaqsız, çiçəksiz saplaqları narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs:/imza/ Təqsirləndirilən şəxs Vəkil:/ imza/ Müdafiəçi1. Baş təhqiqatçı/imza/ V.Hüseynov..” sözləri, adlar və imzalar yazılımış zərfin içərisindəki 06 (altı) ədəd boş papirosların və 04 (dörd) ədəd kağız parçalarının üzərində narkotik vasitə hissəcikləri yoxdur. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotikə bənzər kütlə. Şübhəli şəxs:/imza/ Təqsirləndirilən şəxs Vəkil: /imza/ Müdafiəçi1.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana və üzərində “Şübhəli şəxs:/imza/ Təqsirləndirilən şəxs Vəkil: /imza/ Müdafiəçi1. Təqsirləndirilən şəxs evindən götürülmüş narkotikə bənzər kütlə...” sözləri, adlar və imzalar yazılımış zərfin içərisindəki 04 (dörd) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar ilə üzərində “Şübhəli şəxs: /imza/ Şahid3 Vəkil: /imza/ V.Səmədov. Baş təhqiqatçı:/imza/ V.Hüseynov...” adlar və imzalar yazılımış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş çətənə bitkisinin toxumları və yarpaqsız, çiçəksiz saplaqları narkotik vasitələrə aid olmadığından həmin obyektlərin təqdim edilmiş qurudulmuş marixuanalar ilə müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmamışdır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”-na daxildir. Qeyd: a) Marixuananın təmiz çəkisi – 25,54 qr., tədqiqata sərf edildi – 0,25 qr. (hər ob.-0,05qr.), qalıq – 25,29 qr. b) Marixuananın təmiz çəkisi – 1,85 qr., tədqiqata sərf edildi – 0,02 qr., qalıq – 1,83 qr. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza xərci 35,97 manatdır. - Üzləşdirmə aparılması haqqında 10 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Şahid3 08 dekabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə zəng edərək Təqsirləndirilən şəxs özü istifadə etməsi üçün narkotik vasitə olan marixuana təşkil etməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs isə narkotik vasitə olan marixuana olduğunu bildirdiyini və 40 manat müqabilində ona bir qədər narkotik vasitə olan marixuana sata biləcəyini dediyini, narkotik vasitəni götürmək üçün onun yaşadığı Ağsu rayonu, Qəşəd kəndinə çağırdığını, bundan sonra o, tanışı Röyal Abdurrahmanov ilə birlikdə idarə etdiyi Naz Lifan markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə narkotik vasitə olan marixuananı almaq üçün Ağsu rayonu, Qəşəd kəndinə gəldiyini, oraya çatdıqdan sonra Təqsirləndirilən şəxsla görüşdüyünü və sonuncunun salfet kağızına bükülmüş vəziyyətdə olan bir büküm narkotik vasitə olan marixuananı ona verdiyini, əvəzində isə Təqsirləndirilən şəxs orada 15 manat nəğd pul verdiyini, qalan 25 manatı isə bir gün ərzində çatdıracağını dediyini, lakin Təqsirləndirilən şəxs yaşadığı evin qaz sayğacının smart ödəniş kartını ona verərək qalan 25 manatı qaz sayğacının ödəniş kartına yükləməsini bildirdiyini, sonuncu ilə razılaşdığını və qaz sayğacının ödəniş kartını Təqsirləndirilən şəxs götürərək idarə etdiyi avtomobil ilə oradan çıxıb getdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu bir daha ifşa etmişdir. Təqsirləndirilən şəxs öz növbəsində üzləşmə zamanı Şahid3 dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid3 üzləşdirmə aparılması haqqında 10 dekabr 2023-cü il tarixli protokolda qeyd edilən məzmunda izahat verərək həmin sözləri bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid3 üzərində şəxsi axtarış aparılarkən götürülmüş bir ədəd bükümdə, tədqiqatdan sonrakı qalıq çəkisi 1,83 qram olan marixuana, eləcə də Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə axtarış aparılarkən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı ümumilikdə qalıq çəkisi 25,29 qram olan marixuana, habelə çətənə bitkisinin toxumları, yarpaqsız, çiçəksiz saplaqları və Şahid4 təqdim etdiyi qaz sayğacının smart ödəniş kartı iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitələr və çətənə bitkisinin toxumları, yarpaqsız, çiçəksiz saplaqlar Ağsu RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Şahid4 təqdim etdiyi Təqsirləndirilən şəxs yaşadığı evin qaz sayğacının smart ödəniş kartı isə məişətdə gündəlik istifadə olunduğundan sahibinə geri qaytarılmışdır. - “Mobil telefona baxış keçirilməsi barədə” 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, “Galaxy A3” modelli mobil telefona baxış zamanı mobil telefonun “Qalereya” və “vvhatsapp” bölmələrinə daxil olan zaman telefonun kamerası ilə çəkilmiş şəkillərin arasında, eləcə də “vvhatsapp” yazışmalarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid şəkil və ya yazışma olması aşkar edilməmişdir. Baxış zamanı mobil telefonun sonuncu zənglərin giriş-çıxış bölməsinə daxil olduqda xx.xx.2023-cü il tarixdə saat 18:42-də, 19:05-də, 19:06-da, 19:26-da, 19:27də, 19:39-da, 19:40-da, 19:44-də və 19:46-da Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə illə danışıqlar aparması müəyyən edilmişdir. - Ağsu rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 5(016)-46/2023 nömrəli qərarından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Ağsu rayon Bico kəndində qeydiyyatda olmaqla, Ağsu şəhəri, S.Hacıyev küçəsində yaşayan Şahid3 ətrafında həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir. - "xxxx" 27 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərfon MMC-nin 20 dekabr 2023-cü il tarixli, x.o/29,069 saylı məktubu ilə daxil olmuş CD diskə baxış keçirilmiş və diskdə olan **********28.txt adlı fayla daxil olduqda müəyyən olunmuşdur ki, həmin faylda Təqsirləndirilən şəxs ilə Şahid3 arasında telefon danışıqları olmuşdur. Həmin faylda xx.xx.2023-cü il tarixdə saat 18:43-də (7 saniyə), 19:06-da (33 saniyə), 19:40-da (34 saniyə) və 19:47-də (39 saniyə) Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və danışıqlar aparılması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 2054 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Təqsirləndirilən şəxs 1-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X38 16 dekabr 2023-cü il tarixli 18-1-25/2- 940/23 nömrəli məktubdan görünür ki, Ağsu rayonunun Qəşəd kənd sakini, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə görə “Ağsu RMX” PHŞ-nin narkoloji kabinetində dispanser qeydiyyatındadır. - Sübutların qiymətləndirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixli qərarla CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanımış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.2 və 237-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 barəsində CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid3 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Ağsu rayon X21 Təhlükəsizlik Bölməsinə göndərilmiş, Şahid5 Ağamayil oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati icraat açılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs əldə edərək satdığı narkotik vasitənin əldə olunma mənbəsi ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, ilkin təhqiqat araşdırması zamanı şübhəli şəxs qismində Şahid3 üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş bir ədəd sudan istifadəyə görə kommunal ödəniş qəbzinin kağızına bükülmüş bükümdə olan hər iki tədqiqatdan sonrakı qalıq çəkisi 1,83 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə axtarış aparılarkən aşkar edilərək götürülmüş, 0,44 qram və dörd ədəd kirbit qutusunda olan ümumi təmiz çəkisi 25,10 qram çəkidə olmaqla ümumilikdə tədqiqatdan sonrakı qalıq çəkisi 25,29 qram narkotik vasitə olan qurudulmuş marixuananın, eləcə də çətənə bitkisinin toxumları, yarpaqsız, çiçəksiz saplaqlarının 11 dekabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, Şahid4 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus evin qaz sayğacının smart ödəniş kartının isə 11 dekabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq məişətdə gündəlik istifadə olunduğundan sahibinə geri qaytarılması nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, şahidlərin ifadələri, üzləşdirmə protokolu, maddi sübutlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X16 09 dekabr 2023-cü il tarixli, 17/835 saylı və 17/836 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli 2054 nömrəli ekspert rəyi cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə ********** anten dairəsi məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:30-dan saat 16:10-dək və xx.xx.2023-cü il tarixdə saat 08:00-dan 08:20-dək olan müddətdə zənglər qeydə alınmamışdır. Müdafiəçi1 məxsus ********** nömrəli mobil telefonla xx.xx.2023-cü il tarixdə saat 17:54-də 64 saniyə danışıq aparılmış və müddətdə ********** nömrəli telefon Kürdəmir rayonu, Muganlı kəndi antenin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrə ilə 17, 18, xx.xx.2024-cü il tarixdə danışıqlar aparılmış, eyni zamanda SMS-lər göndərilmiş və qeyd edilən müddətdə ********** nömrəli telefon Şirvan rayonu, Hacıqabul rayonu, Kürdəmir rayonu antenin əhatə dairəsində olmuşdur. Məlumat üçün qeyd edilmişdir ki, hər hansı ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə bilər. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə ********** saylı nömrənin anten dairəsi məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:30-dan saat 16:10-dək və xx.xx.2023-cü il tarixdə saat 08:00-dan 08:20-dək olan müddətdə zənglər qeydə alınmamışdır. Müdafiəçi1 məxsus ********** nömrəli mobil telefonla xx.xx.2023-cü il tarixdə saat 17:31-17:59 radələrində danışıq aparılmış və müddətdə danışıq nömrəli telefon Kürdəmir rayonunun antenin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrə ilə 17, 18, xx.xx.2024-cü il tarixdə danışıqlar aparılmış və qeyd edilən müddətdə ********** nömrəli telefon Şirvan rayonu, Hacıqabul rayonu, Kürdəmir rayonu antenin əhatə dairəsində olmuşdur. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə **********, **********, **********, **********, ********** saylı nömrələrin anten dairəsi məlumatlarından görünür ki, xx.xx.2023cü il tarixdə saat 14:00-dan 23:59-dək, xx.xx.2023-cü il tarixdə saat 08:00-dan saat 23:59dək olan müddət ərzində "xxxx" şəbəkəsində istifadə edilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli AZF/LGL-65/25 saylı məktubundan görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə ********** saylı mobil nömrənin anten dairəsi məlumatlarından görünür ki, Müdafiəçi1 məxsus ********** nömrəli mobil telefonla xx.xx.2023-cü il tarixdə saat 14:23-15:25 radələrində danışıq aparılmış və bu müddətdə danışıq aparılan telefon Ağsu rayonunun antenin əhatə dairəsində olmuşdur. Həmin telefonla xx.xx.2023-cü il tarixdə saat 08:50-dən saat 13:27-dək danışıq aparılmış və bu müddətdə danışıq aparılan telefon Ağsu rayonunun antenin əhatə dairəsində olmuşdur. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 825 saylı məktubundan görünür ki, ********** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 14:00-dan 23:59-dək olan müddətdə istifadəsi aşkar edilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 825 saylı məktubu ilə ********** və ********** mobil nömrələrin anten dairəsi məlumatlarından görünür ki, X9 məxsus ********** nömrəli mobil telefonla xx.xx.2023-cü il tarixdə saat 14:00-dan 23:59-dək olan müddətdə danışıq aparılmış və bu müddətlərdə ********** nömrəli telefon Ağsu rayonu antenin əhatə dairəsində olmuşdur. Müdafiəçi1 məxsus ********** nömrəli mobil telefonla xx.xx.2023-cü il tarixdə saat 14:29-da 96 saniyə, 15:22-də 17 saniyə danışıq aparılmış və bu müddətdə ********** nömrəli telefon Ağsu rayonu antenin əhatə dairəsində olmuşdur. Həmin nömrəli mobil telefonla xx.xx.2023-cü il tarixdə saat 08:59-dan 12:38-dək danışıq aparılmış və bu müddətdə ********** nömrəli telefon Ağsu rayonu antenin əhatə dairəsində olmuşdur. Məlumat üçün qeyd edilmişdir ki, hər hansı ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə bilər. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Həmin qanunun 1.0.11-ci maddəsində Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satmasını təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Şahid3 narkotik vasitə satmadığını, ibtidai istintaqda ona qarşı göstərilən təzyiqə görə Şahid3 narkotik vasitə satmasını etiraf etdiyini, üzləşdirmə və digər istintaq hərəkətlərinin keçirilməsində müdafiəçisinin iştirak etmədiyini bildirsə də məhkəmə iclasında Şahid3 əldə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını sonuncunun üzünə qarşı deməsi, həmçinin bu faktın istintaq zamanı öz təsdiqini tapması, Şahid3 üzərindən çıxan, həmçinin Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilən narkotik vasitələrin eyni tərkibli olması, həmçinin üzərinə və evinə baxış keçirilmə barədə istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə foto və video çəkilişlə keçirilməsi, həmin vaxt müdafiəçinin suallarına cavab verərkən törətdiyi əməli etiraf etməsi, həmçinin ona hər hansı təsir, təzyiq və ya fiziki zorakılığın olmadığını bildirməsi, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman da məhkəmə prosesində təsir, təzyiq və ya fiziki zorakılığa dair hər hansı söz deməməsi, əksinə barəsində “həbs” qətimkan tədbirinin seçilməməsini xahiş etməsi, sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bir daha təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs ona məxsus narkotik vasitənin Eldar tərəfindən əldə edilməsi barədə ibtidai və məhkəmə istintaqı zamanı müxtəlif fikirlər irəli sürmüşdür. Belə ki, ilkin izahatında və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs kimi verdiyi ifadədə törətdiyi əməli, yəni Şahid3 narkotik vasitəni 40 manat müqabilində satmasını etiraf etmiş, bundan sonra barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman narkotik vasitənin onun cibindən avtomobilə düşməsini, Eldarın həmin narkotik vasitəni maşından götürməsini bildirmiş, daha sonra cinayət işi üzrə məhkəmə istintaqı zamanı Şahid3 ondan narkotik vasitə verməsini xahiş etdiyini, o isə narkotik vasitəni onların maşınında onlara göstərdiyini, sonradan evdən çağırıldığına görə narkotik vasitəni maşında qoyub düşdüyünü, daha sonra maşına geri qayıtdığını, bu müddət ərzində Şahid3 onun narkotik vasitəsindən götürdüyünü ehtimal etdiyini qeyd etmişdir. Göründüyü kimi müxtəlif vaxtlarda verdiyi ifadələrdə vahid fikir yox, fərqli fikirlər irəli sürmüş və bu da məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün özünü müdafiə xarakteri kimi qiymətləndirilir. Bundan başqa təqsirləndirilən şəxsin müdafiəçisi həm vəsatət verərək, həm də çıxışında bildirmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququ pozulmuş və o , müdafiəçi yardımından istifadə edə bilməmişdir. Bu hal "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlardan da görünür. Belə ki, təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirildiyi, Şahid3la üzləşdirmə istintaq hərəkəti aparıldığı, həmçinin ekspert rəyi ilə tanış edildiyi, həmçinin 17-19 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş istintaq hərəkətləri zamanı müdafiəçi ilə təmin edilməmişdir. Bu səbəbdən göstərilənləri nəzərə alaraq və qüvvədə olan qanunvericlik aktlarının tələblərini rəhbər tutmaqla məhkəmədən qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs ilə aparılmış bütün prosessual, eləcədə istintaq hərəkətlərinin qanunsuz hesab edilməsini və cinayət işi materiallarından xaric olunaraq sübutlar qismində istifadə edilməməsi, həmçinin "xxxx" MMC-dən əldə edilmiş məlumatlara əsasən xx.xx.2023-cü il tarixdə X24 şəhərində olduğundan və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertisının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli akt” Vüsal Hüseynov tərəfindən qəbul edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 09 dekabr 2023-cü il tarixli 17/836 saylı ekspert rəyinin saxta hesab edilməsi xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 09 dekabr 2023-cü il tarixli 17/836 saylı ekspert rəyinin saxta hesab edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında dindirilən zaman Vüsal Hüseynov və ekspert bildirmişlər ki, həmin akt Vüsal Hüseynov tərəfindən qəbul edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertisının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli akt”ın qəbul edilib-edilməməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 09 dekabr 2023-cü il tarixli 17/836 saylı ekspert rəyinin saxta hesab edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 09 dekabr 2023-cü il tarixli 17/836 saylı ekspert rəyi mötəbər sübut olduğundan o saxta hesab edilməməli və sübutlar sıyasında saxlanılmalıdır. Bundan başqa iş materialları ilə, eyni zamanda məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, 09 dekabr 2023-cü il tarixli 17/836 saylı ekspert rəyi ilə tanış edilməsi tam sübuta yetirilir. Belə ki, "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlardan da görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi xx.xx.2023-cü il tarixdə saat 08:50-dən saat 13:27-dək mobil telefon vasitəsilə danışıq aparmış və bu müddətdə danışıq aparılan telefon Ağsu rayonunun antenin əhatə dairəsində olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarla tanış edildiyi, “təqsirləndirilən şəxs qismində” dindirildiyi, həmçinin 09 dekabr 2023-cü il tarixli 17/836 saylı ekspert rəyi ilə tanış edildiyi vaxt müdafiə hüququ pozulmamışdır. Həmçinin təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla üzləşdirmənin aparılması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı və üzləşmə zamanı dedikləri ilə eyni məzmunlu ifadə vermişdir. Həmçinin Müdafiəçi1 məhkəmə istintaqında dindirilən zaman bütün ibtidai istintaq hərəkətlərinin aparılmasında iştirak etdiyini, bəzən hər hansı istintaq hərəkətlərinin aparılması üçün Polis şöbəsinə gedərkən özü ilə mobil telefon aparmadığını, həmin dövrdə üzərində mobil telefon olub-olmamasının yadında olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, 10 dekabr 2023-cü il tarixdə Şahid3la Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılan zaman təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmamışdır. Belə ki, Şahid3 üzləşdirmə zamanı dediklərini məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzünə bir daha demişdir. Üzləşdirmə zamanı deyilənlər məhkəmə istintaqında bir daha tədqiq edilmişdir. Eyni zamanda digər istintaq hərəkətlərinin aparılması ilə bağlı da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına və həmin sübutların mümkünsüz hesab edilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 09 dekabr 2023-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10-da CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-38/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağsu rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 001/2023 nömrəli məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-38/2023 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cəzanın 04 ay 14 gün müddətini çəkmiş, tutulduğu xx.xx.2023-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 14 gün təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti başçısının Qəşəd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 dekabr 2023-cü il tarixli, 5-34-28/2-2-75/2023 saylı məktubdan görünür ki, Osmanov X1 qeydiyyatda olmaqla yaşayır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: həyat yoldaşı: 1983-cü il təvəllüdlü X7, qızı: 2009-cu il təvəllüdlü X13, oğlu: 2010cu il təvəllüdlü X19, qızı: 2016-cı il təvəllüdlü X14. - Ağsu rayon İcra Hakimiyyəti başçısının Qəşəd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü nizam-intizamlı aparır, kənddə qısa müddətdə böyük hörmət və nüfuza sahib olmuşdur. Ailəlidir, həyat yoldaşı X7 A.Soltanov adına tam orta məktəbdə tədris hissə müdiri vəzifəsində işləyir, 3 az yaşlı uşaq atasıdır. 2016-cı il tarixdən birinci qrup əlil kimi daimi qeydiyyata lınmışdır. Dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak edir və hökumətin apardığı uğurlu siyasətin dəstəkçisidir. Dövlət sirrini saxlamağı bacarır. Bu günə kimi onun haqqında Qəşəd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs birinci qrup əlildir. Diaqnozu: Kəskin stranqulyasion nazik bağırsaq keçməməzliyi, yayılmış serroz hemerragik pertonitdən sonrakı vəziyyət. Qarın boşluğunun bitişmə xəstəliyi. Kəskinstarnqulyasion bərk infiltrativ nazik və yoğun bağırsaq keçməməzliyi və total bitişmə xətəliyi. Total irinli pertonitə görə təkrari (2001-xx.xx.2012) əməliyyatlardan sonrakı vəziyyət, sğ tərəfli tranverzoanastomaz. Ümumi qidalanma zəifliyi. İİ-li anemiya. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində daha bir yetkinlik yaşına çatmayan uşaq olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, birinci qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin: 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağsu rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 001/2023 nömrəli məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-38/2023 saylı hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cəzanın 04 ay 14 gün müddətini çəkmiş, tutulduğu xx.xx.2023-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 14 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın qalıq qalmış 01 (bir) il 10 (on) ay 14 (on dörd) gün hissəsi qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 11 dekabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Şahid3 üzərində şəxsi axtarış aparılarkən götürülmüş bir ədəd bükümdə, tədqiqatdan sonrakı qalıq çəkisi 1,83 qram olan marixuana, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə axtarış aparılarkən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı ümumilikdə qalıq çəkisi 25,29 qram olan marixuana, habelə çətənə bitkisinin toxumları, yarpaqsız, çiçəksiz saplaqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid4 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus evin qaz sayğacının smart ödəniş kartının isə 11 dekabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq məişətdə gündəlik istifadə olunduğundan sahibinə geri qaytarılması nəzərə alınmalı, iş üzrə cinayət işində saxlanılan 05 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 71,94 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs 1-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməməsi nəzərə alınmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 14 (on dörd) gün hissəsi qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 09 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs 1-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməməsi nəzərə alınsın və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Şahid3 üzərində şəxsi axtarış aparılarkən götürülmüş bir ədəd bükümdə, tədqiqatdan sonrakı qalıq çəkisi 1,83 qram olan marixuana, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə axtarış aparılarkən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı ümumilikdə qalıq çəkisi 25,29 qram olan marixuana, habelə çətənə bitkisinin toxumları, yarpaqsız, çiçəksiz saplaqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Şahid4 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus evin qaz sayğacının smart ödəniş kartının 11 dekabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq məişətdə gündəlik istifadə olunduğundan sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə cinayət işində saxlanılan 05 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar