Məhkəmə qərarları › İş №1(016)-30/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-30/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-30/2025 20.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonu Ərəbuşağı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 23 noyabr 2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi özünə məxsus “Mercedes Benz C220 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu rayonu Qaraqoyunlu kəndi ərazisindən keçən 11-ci kilometrliyi ilə Kürdəmir şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən dönmə zamanı manevrin təhlükəsiz olmasına və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda buna riayət etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi avtomobillə sola dönmə əməliyyatı aparıb hərəkətini davam etdirərkən arxadan onunla eyni istiqamətdə hərəkətdə olmaqla ötmə əməliyyatı aparan Şahid2 idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmasına görə hərəkəti istiqamətində yolun solundan sağına doğru 2,3 metr məsafədə hərəkət hissə üzərində toqquşmanın baş verməsinə, nəticədə ehtiyatsızlıqdan “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısında İV-V-Vİ qabırğaların qapalı yerdəyişmiş sınıqları ilə nəticələnən dərəcələrinə görə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər və Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı ilə nəticələnən dərəcələrinə görə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onun özünə məxsus “Mercedes Benz C220 CDİ minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili B kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir, yəni sürücülük hüququ vardır. 23 noyabr 2024-cü il tarixdə saat 15 radələrində “Mercedes Benz C220 CDİ minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu-Kürdəmir-İmişli avtomobil yolu ilə Ağsu şəhərindən üzü Kürdəmir rayonu istiqamətində hərəkətdə imiş. Bu vaxt avtomobildə o tək olmuş, avtomobildə ondan başqa heç kim olmamışdır. Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 11-ci kilometrliyində - Ağsu rayonu, Qaraqoyunlu kəndi yaxınlığında hərəkətdə olarkən o, təxminən 70 km/saat sürətlə hərəkət edirmiş. Bu vaxt o, yolun sol tərəfinə dönmək üçün sola dönmə işıq siqnalını yandıraraq avtomobilini sol zolağa doğru hərəkət etmiş və nisbətən sol zolağa çıxmışdır. Lakin o, həmin vaxt arxa tərəfdən hər hansı nəqliyyat vasitəsinin gəlib-gəlməməsini görmək üçün yan güzgülərdən və ya başqa formada arxaya baxmamışdır. Bu vaxt arxa tərəfdə hərəkətdə olan “Chevrolet Aveo minik” markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini arxa tərəfdən vurmuşdur. Zərbənin təsirindən o, avtomobilə sükana idarəetməni itirmiş və avtomobili yoldan çıxaraq torpaq hissəyə düşmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, yolun sol tərəfinə dönmək üçün sola dönmə işıq siqnalını yandıraraq avtomobilini sol zolağa doğru hərəkət etdirib nisbətən sol zolağa çıxmış, lakin o, həmin vaxt arxa tərəfdən hər hansı nəqliyyat vasitəsinin gəlib-gəlməməsini görmək üçün yan güzgülərdən və ya başqa formada arxaya baxmamışdır. Arxa tərəfdən gələn “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 baş vermiş hadisədə əsas təqsirkardır. Onun baş vermiş hadisədə təqsiri çox azdır. Təhlükənin yaranma anını konkret olaraq toqquşma baş verdiyi vaxt başa düşmüş, çünki avtomobilini yolun sol zolağına hərəkət etdirərkən əvvəlcədən arxa tərəfdən hər hansı nəqliyyat vasitəsinin gəlib-gəlməməsinə baxmalı olduğu halda, buna əməl etməyərək arxa tərəfə baxmamış və buna görə də toqquşma baş verən anadək təhlükənin yaranmasını görməmiş, heç vaxt, o cümlədən baş vermiş yol-nəqliyyat hadisəsindən bilavasitə əvvəl spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir göstərmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş, maddi və mənəvi ziyanı tam ödəmişdir. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 2023-cü ilin noyabr ayından etibarən "xxxx" MMC-də fəhlə işləyir. Onun bununla bağlı olaraq "xxxx" MMC ilə rəsmi əmək müqaviləsi vardır. 23 noyabr 2024-cü il tarixdə saat 15 radələrində "xxxx" MMC-də ona və orada fəhlə kimi işləyən Bağır və Yusif adlı şəxslərə "xxxx" MMC-nin anbarından 2 ton buğda ununu yük avtomobilinə yükləyərək Ağsu şəhərində “Şlanba” adlanan ərazidə yerləşən mağazaya aparıb təhvil vermələrini bildirmişlər. Bundan sonra o, Bağır və Yusif anbardan hər birinin çəkisi 50 kiloqram olmaqla ümumilikdə 40 kisə unu Adəm adlı şəxsin “Kamaz” markalı avtomobilinə yükləmişlər. Bundan sonra o, Bağır və Yusif Adəmin idarə etdiyi yük avtomobilinə əyləşərək yola düşmüşlər. Təxminən yarım saat sonra onlar Ağsu şəhəri ərazisində yerləşən “Şlanba” adlanan yerdə olan mağazaya gəlmişlər. Burada onlar un kisələrini mağazaya boşaltmışlar. Bundan sonra Adəm idarə etdiyi “Kamaz” markalı avtomobil ilə oradan uzaqlaşmışdır. Bundan sonra o, Bağır və Yusif yolun qarşı tərəfinə keçərək üzü Kürdəmir rayonu istiqamətində avtomobil gözləməyə başlamışdır. Bu vaxt oradan yol ilə gedən “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yanında avtomobili saxlamışdır. Onlar sürücü adını sonradan bildiyi Şahid2 ilə onları 4 manat qarşılığında "xxxx" MMC-yə aparması üçün razılaşmışlar. Həmin vaxt qabaq sərnişin oturacağında adını bilmədiyi bir nəfər əyləşdiyi üçün onlar üçü də arxa sərnişin oturacağında əyləşmişlər. Bu vaxt sol tərəfdə o, ortada Yusif və sağ tərəfdə Bağır əyləşmişdir. Ağsu rayonu Qaraqoyunlu kəndi yaxınlığında hərəkətdə olarkən qarşı tərəfdə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobil hərəkətdə imiş. Bu vaxt Şahid2 idarə etdiyi avtomobil ilə “Kamaz” markalı avtomobili ötərək yenidən öz zolağına qayıtmışdır. Bu vaxt yenidən Şahid2 qarşıda hərəkətdə olan “Mercedes Benz minik” avtomobili ötmək üçün yolun sol hissəsinə çıxmışdır. Bundan sonra qəflətən “Mercedes Benz minik” markalı avtomobil sola dönərək yolun sol zolağına çıxmışdır. Bu vaxt “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz minik” avtomobilin arasında təxminən 15 metr məsafə var imiş. Bu vaxt Şahid2 idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz minik” markalı avtomibili arxa tərəfdən vurmuşdur. Həmin vaxt “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 80 km/saat sürətlə hərəkət edirmiş. Bu vaxt “Mercedes Benz minik” markalı avtomobil yoldan çıxmışdır. Lakin “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil yerində qalmışdır. Toqquşmanın təsirindən avtomobildə sərnişin kimi əyləşmiş Yusif, Bağır və o, xəsarət almışdır. Bundan sonra onu və Yusifi Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirmişlər və burada onlar müayinə olunmuşlar. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona vurulmuş maddi və mənəvi zərərin tam ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində olan CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə etirazının olmamasına dair özü tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2024-cü ilin iyul ayından etibarən "xxxx" MMC-də fəhlə işləyir. Onun bununla bağlı olaraq "xxxx" MMC ilə rəsmi əmək müqaviləsi vardır. 23 noyabr 2024cü il tarixdə saat 15 radələrində "xxxx" MMC-də ona, orada fəhlə kimi işləyən qardaşı Bağıra və Teymur adlı şəxsə "xxxx" MMC-in anbarından 2 ton buğda ununu yük avtomobilinə yükləyərək Ağsu şəhərində “Şlanba” adlanan ərazidə yerləşən mağazaya aparıb təhvil vermələrini bildirmişlər. Bundan sonra o, Bağır və Teymur anbardan hər birinin çəkisi 50 kiloqram olmaqla ümumilikdə 40 kisə unu Adəm adlı şəxsin “Kamaz” markalı avtomobilinə yükləmişlər. Bundan sonra o, Bağır və Teymur Adəmin idarə etdiyi yük avtomobilinə əyləşərək yola düşmüşlər. Təxminən yarım saat sonra onlar Ağsu şəhəri ərazisində yerləşən “Şlanba” adlanan yerdə olan mağazaya gəlmişlər. Burada onlar mağazaya un kisələrini boşaltmışlar. Bundan sonra Adəm idarə etdiyi “Kamaz” markalı avtomobil ilə oradan uzaqlaşmışdır. Bundan sonra o, Teymur və Bağır yolun qarşı tərəfinə keçərək üzü Kürdəmir rayonu istiqamətində avtomobil gözləməyə başlamışlar. Bu vaxt oradan yol ilə gedən “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yanında avtomobili saxlamışdır. Onlar sürücü adını sonradan bildiyi Şahid2 ilə onları 4 manat qarşılığında "xxxx" MMC-yə aparması üçün razılaşmışlar. Həmin vaxt qabaq sərnişin oturacağında adını bilmədiyi bir nəfər əyləşdiyi üçün onlar üçü də arxa sərnişin oturacağında əyləşmişlər. Bu vaxt sol tərəfdə Teymur, ortada o və sağ tərəfdə Bağır əyləşmişdir. Ağsu rayonu Qaraqoyunlu kəndi yaxınlığında hərəkətdə olarkən qarşı tərəfdə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobil hərəkətdə imiş. Bu vaxt Şahid2 idarə etdiyi avtomobil ilə “Kamaz” markalı avtomobili ötərək yenidən öz zolağına qayıtmışdır. Bu vaxt yenidən Şahid2 qarşıda hərəkətdə olan “Mercedes Benz” markalı avtomobili ötmək üçün yolun sol hissəsinə çıxmışdır. Bundan sonra qəflətən “Mercedes Benz” markalı avtomobil sola dönərək yolun sol zolağına çıxmışdır. Bu vaxt “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz” markalı avtomobilin arasında təxminən 15 metr məsafə var imiş. Bu vaxt Şahid2 idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz minik” markalı avtomibili arxa tərəfdən vurmuşdur. Həmin vaxt “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 80 km/saat sürətlə hərəkət edirmiş. Bu vaxt “Mercedes Benz” markalı avtomobil yoldan çıxmışdır. Lakin “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil yerində qalmışdır. Toqquşmanın təsirindən avtomobildə sərnişin kimi əyləşmiş Teymur, Bağır və o xəsarət almışlar. Bundan sonra onu və Teymuru Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirmişlər və burada onlar müayinə olunmuşlar. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona vurulmuş maddi və mənəvi zərərin tam ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində olan CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə etirazının olmamasınadair özü tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun özünə məxsus “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 23 noyabr 2024-cü il tarixdə saat 15 radələrində “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu şəhəri, Vidadi küçəsindən Ağsu şəhəri, Nizami küçəsi ilə üzü Kürdəmir rayonu istiqamətində hərəkətdə imiş. Bu vaxt avtomobilində qabaq sərnişin oturacağında oğlu X4 əyləşmişdir. Nizami küçəsi ilə bir qədər hərəkət edən zaman yolun kənarında dayanmış bir nəfər tanımadığı şəxs əli ilə işarə verdiyi üçün o, avtomobili saxlamışdır. Bu vaxt adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Etibar oğlu və Şahid1 Etibar oğlu ona yaxınlaşaraq "xxxx" MMC-yə getdiklərini bildirmişlər və onları "xxxx" MMC-yə aparmağı müqabilində 3 manat pul təklif etmişlər. O, Yusif, Teymur və Bağır ilə razılaşmış və onlar üçü də arxa sərnişin oturacağında əyləşmişlər. Bundan sonra o, avtomobilini üzü Kürdəmir şəhəri istiqamətində hərəkət etdirmişdir. Ağsu rayonu Qaraqoyunlu kəndi yaxınlığında hərəkətdə olarkən qarşıda hərəkətdə olarkən qarşı tərəfdə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobil hərəkətdə imiş. Bu vaxt o, idarə etdiyi avtomobil ilə “Kamaz” markalı avtomobili ötərək yenidən öz zolağına qayıtmışdır. Bundan sonra qarşıda hərəkətdə olan “Mercedes Benz minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün yolun nisbətən sol hissəsinə çıxdıqda qəflətən “Mercedes Benz minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil də yolun sol zolağına çıxmışdır. Bu vaxt onun idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arasında təxminın 15 metr məsafə var imiş. Bu vaxt o, idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfindən vurmuşdur. Həmin vaxt o, avtomobili təxminən 80 km/saat sürətlə hərəkət etdirirmiş. Bu vaxt “Mercedes Benz minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxmışdır. Lakin idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil yerində qalmışdır. Toqquşmanın təsirindən avtomobildə sərnişin kimi əyləşmiş Teymur, Yusif və Bağır xəsarət almışlar. Lakin hadisə zamanı o və oğlu Şükür heç bir xəsarət almamışlar. Eyni zamanda Şahid2 ifadəsində hadisə zamanı xəsarət almamasını və məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etməsini, təhlükənin yaranma anını ötmə üçün yolun sol zolağına çıxdıqdan sonra “Mercedes Benz minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sol zolağına çıxdığı anda görməsini, bu vaxt onun idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arasında təxminın 15 metr məsafə olmasını, oğlu X2 26 noyabr 2024cü il tarixdə Rusiya Federasiyasına getməsini və indiyədək Rusiya Federasiyasında olmasını, oğlu Şükür İbadovun baş vermiş yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamasını, heç vaxt, o cümlədən baş vermiş yol-nəqliyyat hadisəsindən bilavasitə əvvəl spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etməməsini göstərmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin iyul ayından etibarən "xxxx" MMC-də fəhlə işləyir. Onun bununla bağlı olaraq "xxxx" MMC ilə rəsmi əmək müqaviləsi vardır. 23 noyabr 2024-cü il tarixdə saat 15 radələrində "xxxx" MMC-də ona, orada fəhlə kimi işləyən qardaşı Yusifə və Teymur adlı şəxsə "xxxx" MMC-nin anbarından 2 ton buğda ununu yük avtomobilinə yükləyərək Ağsu şəhərində “Şlanba” adlanan ərazidə yerləşən mağazaya aparıb təhvil vermələrini bildirmişlər. Bundan sonra o, Yusif və Teymur anbardan hər birinin çəkisi 50 kiloqram olmaqla ümumilikdə 40 kisə unu Adəm adlı şəxsin “Kamaz” markalı avtomobilinə yükləmişdir. Bundan sonra o, Yusif və Teymur Adəmin idarə etdiyi yük avtomobilinə əyləşərək yola düşmüşdür. Təxminən yarım saat sonra onlar Ağsu şəhəri ərazisində yerləşən “Şlanba” adlanan yerdə olan mağazaya gəlmişlər. Burada onlar un kisələrini mağazaya boşaltmışdır. Bundan sonra Adəm idarə etdiyi “Kamaz” markalı avtomobil ilə oradan uzaqlaşmışdır. Bundan sonra o, Teymur və Yusif yolun qarşı tərəfinə keçərək üzü Kürdəmir rayonu istiqamətində avtomobil gözləməyə başlamışdır. Bu vaxt oradan yol ilə gedən “Chevrolet Aveo minik” markalı, **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yanında avtomobili saxlamışdır. Onlar sürücü adını sonradan bildiyi Şahid2 ilə onları 4 manat qarşılığında "xxxx" MMC-yə aparması üçün razılaşmışlar. Həmin vaxt qabaq sərnişin oturacağında adını bilmədiyi bir nəfər əyləşdiyi üçün onlar üçü də arxa sərnişin oturacağında əyləşmişlər. Bu vaxt sol tərəfdə Teymur, ortada Yusif və sağ tərəfdə o, əyləşmişdir. Ağsu rayonu Qaraqoyunlu kəndi yaxınlığında hərəkətdə olarkən qarşı tərəfdə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobil hərəkətdə imiş. Bu vaxt Şahid2 idarə etdiyi avtomobil ilə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı avtomobili ötərək yenidən öz zolağına qayıtmışdır. Bu vaxt yenidən Şahid2 qarşıda hərəkətdə olan “Mercedes Benz minik” avtomobili ötmək üçün yolun sol hissəsinə çıxmışdır. Bundan sonra qəflətən “Mercedes Benz minik” markalı avtomobil sola dönərək yolun sol zolağına çıxmışdır. Bu vaxt “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz minik” avtomobilin arasında təxminən 15 metr məsafə var imiş. Bu vaxt Şahid2 idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz minik” markalı avtomibili arxa tərəfdən vurmuşdur. Həmin vaxt “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 80 km/saat sürətlə hərəkət edirmiş. Bu vaxt “Mercedes Benz minik” markalı avtomobil yoldan çıxmışdır. Lakin “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil yerində qalmışdır. Toqquşmanın təsirindən avtomobildə sərnişin kimi əyləşmiş Teymur, Yusif və o xəsarət almışlar. Bundan sonra qardaşı Yusif və Teymur daha ağır xəsarət aldıqları üçün sonuncuları Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirmişlər və burada onlar müayinə olunmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işindən CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində olan sənədlərin əsli ********* nömrəli cinayət işinə əlavə edilməklə siyahı qərara əlavə edilmiş, ayrılmış CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qİİ Kürdəmir Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AC seriyalı 415676 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, B kateqoriyalı sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs məxsusdur. - BD seriyalı 274131 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz minik” markalı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdur. - 23 noyabr 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sərxoş olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 Publik hüquqi şəxsin 06 dekabr 2024-cü il tarixli, 318 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısında İV-V-Vİ qabırğaların qapalı yerdəyişmiş sınıqları – küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 Publik hüquqi şəxsin 06 dekabr 2024-cü il tarixli, 319 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı – küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 12 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 8/3513 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyindən görünür ki, Mercedes Benz C 220 markalı, **-BC-*** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Chevrolet Aveo markalı, **-CS-*** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 08 mart 2025-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışlar. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 14 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam-intizamlıdır, ailə və məişətdə özünü aparmağı bacarır, böyüklərə hörmət edir. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıdandan sonra fərdi təsərrüfatla məşğul olmuşdur. O, cavanların və kənd ağsaqqallarının dərin hörmətini qazanmış, dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak edib və hökümətin apardığı uğurlu siyasəti dəstəkləyib, dövlət sirrini saxlamağı bacarmışdır. Bu günə kimi onun barəsində X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə mənfixarakterli heç bir ərizə və şikayət daxil olmamışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 09 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 10 may 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 09 may 2025-ci il tarixdə CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan Şahid2 avtomobilinə maddi zərər vurması CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsində CM-in 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsini, baş vermiş yolnəqliyyat hadisəsi zamanı yolun sol tərəfinə dönmək üçün sola dönmə işıq siqnalını yandıraraq avtomobilini sol zolağa doğru hərəkət etdirib nisbətən sol zolağa çıxmasını, lakin həmin vaxt arxa tərəfdən hər hansı nəqliyyat vasitəsinin gəlib-gəlməməsini görmək üçün yan güzgülərdən və ya başqa formada arxaya baxmamasını, arxa tərəfdən gələn “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 baş vermiş hadisədə əsas təqsirkar olmasını, onun baş vermiş hadisədə təqsirinin çox az olmasını göstərməsi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 mart 2025-ci il tarixli, 8/3513 nömrəli rəyinə, 23 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokoluna, həmin protokola əlavə edilmiş sxem və fotocədvəllər, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ifadələri, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi, iş üzrə dindirilmiş Şahid2 ifadəsinə və digər istintaq sənədlərinə əsasən tam təkzib edildiyinə görə özünü müdafəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş və rədd edilmişdir. Cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından hadisə yerinə baxış keçirilməsi barədə 23 noyabr 2024-cü il tarixli protokol, həmin protokola əlavə edilmiş sxem və fotocədvəllər, məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2025-ci il tarixli 315 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2025-ci il tarixli 318 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2025-ci il tarixli 319 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 07 dekabr 2024-cü il tarixli 320 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 mart 2025-ci il tarixli, 8/3513 nömrəli rəyi, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ifadələri, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi, iş üzrə dindirilmiş Şahid2 ifadəsi, Təqsirləndirilən şəxs ifadəsi sübut növü kimi qəbul edilmiş, qərarın surətinin nəzarət qaydasında prosessual rəhbərliyi həyata keçirən Ağsu Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 1(016)-27/2025 nömrəli qərarından görünür ki, Şahid2 CM-in 263.1-ci maddəsi ilə təqsirli bilnmiş və həmin Məcəllənin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmiş, Şahid2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmuş, Təqsirləndirilən şəxs Şahid2 aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat məbləğində pulun alınıb Respublika büdcəsinin hesabına keçirilməsi qərara alınmışdır. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-in: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddianın olmaması, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmaması, ekspertiza xərcinin həll edilməsi məsələsinə Ağsu Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 1(016)-27/2025 nömrəli qərarı ilə münasibət bildirilməsi nəzərə alınmalıdır. Qeyd olunanları və CPM-in 40.3, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, mülki iddianın olmaması, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Ekspertiza xərcinin həll edilməsi məsələsinə Ağsu Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 1(016)-27/2025 nömrəli qərarı ilə münasibət bildirilməsi nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar