Məhkəmə qərarları › İş №1(016)-31/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-31/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-31/2025 20.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nünayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Masallı rayonu Təkdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Masallı rayonu Təkdam kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 12 mart 2025-ci il tarixdə saat 14 radələrində Ağsu şəhəri M.ƏRəsulzadə küçəsində yerləşən Melerator binasında birgə yaşadıqları evdə yetkinlik yaşına çatmayan oğlu xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs sifətinə bir dəfə sillə ilə vuraraq sonuncuya sağ göz yuvası altı nahiyədə yumşaq toxumanın şişkinliyi və sağ göz yarığının bir qədər darlması fonunda qançırdan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə ilə 2017-ci ildə qeyri-rəsmi şəkildə ailə həyatı qurmuş, birgə münasibətdən 2 oğlan övladları olmuş, böyük oğlu Hüseyin Məmmədov 2018-ci il, digər oğlu Zərərçəkmiş şəxs 2019-cu il təvəllüdlüdür. Vüsalə ilə birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Melerator binasında yaşamışlar, onunla münasibətləri normal olmuş, 12 mart 2025-ci il tarixdə evdə övladları ilə birlikdə olmuş, həmin vaxt Vüsalə işdə olmuş, saat təxminən 14 radələrində evdə olan zaman qazın açıq qaldığını müəyyən etmiş, böyük oğlu Hüseyindən bu barədə soruşan zaman oğlunun ona “ata qazı Vüsal açıq qoyub” demiş, Vüsal özünə yemək bişirmək üçün qazı açıb üzərinə tavanı qoyaraq yemək hazırlamağa qərar verdiyi üçün qazı açıq qoyması ona məlum olmuşdur. Oğlunun təkbaşına yemək hazırlamasına əsəbləşdiyi üçün onun sifət nahiyəsindən 1 dəfə sillə ilə zərbə endirmiş, daha sonra digər otağa keçmiş, sonradan isə arvadı oğlunu döyməsi ilə bağlı şikayət etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, oğlunu tərbiyə etmək məqsədi ilə vurmasını, zərər çəkmiş şəxslə barışmağa cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona cərimə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, oğlunu tərbiyə etmək məqsədi ilə vurmasını, zərər çəkmiş şəxslə barışmağa cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, orta məktəbə getmir, atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edir, atası anası Qanuni nümayəndə ilə mübahisə edir, həmçinin qardaşına və ona qarşı da yaxşı davranmır, 12 mart 2025-ci il tarixində günorta saat 14 radələrində evdə qardaşı və atası ilə birlikdə olmuş, həmin vaxt anası işdə olmuş, acdığı üçün yemək bişirmək qərarına gəlmiş, ardınca evdə olan tavanın içərisinə yağ töküb qazın üstünə qoymuşlar, qazı yandırmaq istəyərkən atası əsəbi şəkildə üstünə gəlmiş və onun sifət nahiyəsindən 1 dəfə sillə ilə vurmuş, bu zaman o, ağlamağa başlamış, atası isə uzaqlaşaraq getmişdir. Daha sonra ifadəsində anası və qardaşını çox istədiyini, atası onu döydüyünə görə atasını çox istəmədiyini, onun barışmadığını bildirmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş X8 qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, qardaşının 6 yaşı vardır, məktəbə getmir, anası Qanuni nümayəndə evlərinin yaxınlığında yerləşən kafedə qabyuyan işləyir, atası isə mütəmadi olaraq spirtli içkilər qəbul edir, evdə anası və onlarla mübahisə edərək onları və anasını döyür, 12 mart 2025-ci il tarixində günorta saat 14 radələrində evdə atası və qardaşı ilə birlikdə olmuşlar, həmin vaxt anası işdə olmuşdur, qardaşı Vüsalın ac olduğu üçün yemək qızdırmaq qərarına gəlmişlər, daha sonra evdə olan tavanın içərisinə yağ töküb tavanı qaz piltəsinin üstünə qoyaraq qazı yandırmağa çalışan zaman atası əsəbi şəkildə qışqıraraq qardaşının üstünə gəlmiş və sillə ilə onun üz nahiyəsinə zərbə endirmiş, qardaşının ağlamağa başlamış, onu isə yerə çırpmış, daha sonra atası uzaqlaşaraq digər otağa keçmişdir. Daha sonra ifadəsində anası və qardaşını çox istədiyini, atası onları döydüyünə görə atasını çox istəmədiyini, atasını ancaq onu, qardaşını və anasını döyməyəcəyi halda çox istəyəcəyini bildirmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Qanuni nümayəndə ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxslə 2017-ci ilin avqust və ya sentyabr aylarında Bakı şəhərində tanış olmuşlar, münasibətləri daha da yaxınlaşdığı üçün 2017-ci ilin oktyabr ayının 28-də Təqsirləndirilən şəxslə qeyri-rəsmi ailə həyatı qurmuş və Təqsirləndirilən şəxs 2 azyaşlı övladı olmuş, böyük oğlu Şahid xx.xx.2018-ci il təvəllüdlü, kiçik oğlu Zərərçəkmiş şəxs isə xx.xx.2019-cu il təvəllüdlü. Ağsu şəhəri X13 küçəsində “Delux” restoranı ilə üzbəüz yerləşən “Melerator” binasında əri və uşaqları ilə birgə yaşamış, əri Təqsirləndirilən şəxslə əvvəllər normal münasibətləri olsa da sonradan bir neçə dəfə ailə daxili mübahisələri olmuş, belə ki, Əli heç bir yerdə işləməmiş, ondan ailəni dolandırmağı tələb etmiş, mütəmadi olaraq spirtli içkilər qəbul etmiş və onların pulunu ondan istəmiş, buna görə də aralarında dəfələrlə mübahisələri olmuşdur. Sonuncu dəfə də 13 fevral 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə tək olan zaman əri Əli içkili vəziyyətdə evə gəlmiş və ondan spirtli içki almaq üçün pul tələb etmiş, ona pulu olmadığını demiş, bu zaman Əli onunla mübahisə etməyə başlamış, daha sonra Əli mətbəxdən əlinə plasmas dəstəkli və rəngi qara olan təxminən 10-15 sm uzunluğunda bir ədəd bıçaq götürüb onun üstünə gəlmiş və ondan təkrarən pul tələb etmiş, həmin bıçağın başqa hər hansı əlaməti yadında qalmamış, Əli əlindəki həmin bıçaqla onun sağ qıçından 2 dəfə vurub xəsarət yetirmiş, sağ qıçından qan açılmış, yarası 3 faizli spirtlə yuyub sonra da özü bağlamış, həmin vaxt qorxduğu üçün xəstəxanaya müraciət etməmiş, ayağındakı yaranı özü müalicə etməyə başlamış, lakin buna baxmayaraq həmin yara hazırda ayağında çapıq formasında qalmış, baş vermiş mübahisə zamanı evdə iksindən başqa heç kim olmamış, bundan başqa 12 mart 2025-ci il tarixdə saat 20 radələrində iş yerindən evə gəldikdə yetkinlik yaşına çatmayan oğlu Vüsal ona atası tərəfindən döyülməsini demiş, oğlu Vüsaldan səbəbini soruşduqda oğlu Vüsal saat 14 radələrində evdə yemək bişirmək üçün qazı işə salmaq istərkən Əlinin sillə ilə onun sifətinə vurduğunu demişdir Həmin vaxt oğlunun sifətində xəsarət olmuş, əri Əliylə bu barədə danışıb ona iradını bildirmiş, sonra isə övladının döyülməsi ilə bağlı Ağsu RPŞnə şikayət etmişdir. Daha sonra ifadəsində qeyd etmişdir ki, şikayətçidir və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum edilmə ilə bağlı hökm çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə ərizələri əsasında açılmış böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. - Qanuni nümayəndə 15 mart 2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025ci il tarixdə qeyri rəsmi birlikdə yaşadığı Təqsirləndirilən şəxs yaşadığı evdə azyaşlı oğlu Zərərçəkmiş şəxs döyüb ona xəsarət yetirmişdir. Odur ki, onun barəsində qanuni tədbir görməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli 58 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:42-də müayinəyə göndərilmiş və ağır dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli Hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Ağsu şəhəri, X13 küçəsində yerləşən köhnə Melerator binası ünvanında yerləşən Qanuni nümayəndə yaşadığı evə baxış keçirilmiş və foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 xx.xx.2025-ci il tarixli, 51 saylı rəyindən görünür ki, Qanuni nümayəndə bədəni üzərində sağ budun aşağı 1/3-nin bayır səthində çapıqlar iti uclu kəsici - deşici əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri halı inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 xx.xx.2025-ci il tarixli, 52 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ göz yuvasıaltı nahiyədə yumşaq toxumanın şişkinliyi və sağ göz yarığının bir qədər daralması fonunda qançır küt-bərk əşyanın təsirindən törənmişdir sağ budun aşağı 1/3-nin bayır səthində çapıqlar iti uclu kəsici- deşici əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri halı inkar edilmir və səhhətin qısa müddətə polzulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. - 16.03.2025-ci il tarixli Hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Ağsu şəhəri, X13 küçəsində yerləşən köhnə Melerator binası ünvanında yerləşən Qanuni nümayəndə yaşadığı evə baxış keçirilmiş və foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə X9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona qərar elan edilmişdir. - Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi qismində anası Qanuni nümayəndə təyin olunmuş və hüquq və vəzifələri izah edilmişdir. - 02 may 2025-ci il tarixli X2 görünür ki, Qanuni nümayəndə ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Qanuni nümayəndə ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Masallı Rayon Mərkəzi Xəstəxsanası” X12 13 may 2025-ci il tarixli, 18-1-60/2-891/2025 saylı məktubundan görünür ki, Masallı rayon Təkdam kəndində qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxsanası” PHŞ-in ruhi-əsəb və narkoloji kabinetdə dispanser qeydiyyatda durmur. - Sübutların qiymətləndirilməsi haqqında 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində 07 may 2025-cü il tarixli qərar ilə başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.1 və 221.3-cü maddələrinin tərkib əlamətləri olmadığına barəsində həmin maddələr ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 133-cü maddəsinin tərkib əlamətləri olmadığına barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmiş, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından iş üzrə MTE və PA birliyi X16 xx.xx.2025-ci il tarixli 51 və 52 nömrəli ekspert rəyləri, xx.xx.2025-ci il tarixli baxış protokolu və fotocədvəllər, Zərərçəkmiş şəxs, şahid X3, Qanuni nümayəndə və Təqsirləndirilən şəxs ifadələri sübut növü kimi qəbul edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, qanuni nümayəndə və mütəxəssisin iştriakı ilə dindirilmiş zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən qanuni nümayəndə və mütəxəssisin iştriakı ilə dindirilmiş zərər çəkmiş şəxs, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Qədiyev X10 Qarnizonunun Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə CM-nin 242, 143.2, 38 maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya qərarının 11 maddəsinə əsasən azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə CM-nin 221.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay 24 gün müddətinə islah işləri (20%) cəzaına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 221.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilmiş, CM-nin 221.3-cü maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 03 ay 09 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı il tarixdə təyin edilmiş cəzanı tam çəkib qurtarmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon İcra Hakimiyyəti Başçısının X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 242 saylı Arayışından görünür ki, Qədiyev X11 rayonu Təkdam kəndində qeydiyyatda olmaqla yaşayır. - Masallı rayon İcra Hakimiyyəti Başçısının X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və barəsində Masallı RİHB-nın Həsənli kənd ərazi nümayəndəliyinə şikayət tərkibli ərizə daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışığa cəhd etməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 7 iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Masallı rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 07 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar